İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 4
Qonaqlar 4
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 13 » Kumeyl duasının şərhi 2
    1:59 PM
    Kumeyl duasının şərhi 2
    GÜNÜ GÜNƏ SATMAQ
    Tövbə etməkdə və fəsadlardan uzaqlaşmaqda, Qiyamət hazırlığı və saleh əməllərdə günahdan çəkinib mərifət ardınca getməkdə süstlük göstərib, günü günə satdıq, vədlərimizə əməl etmədik. "Bu gün-sabah”lar şirin yalanları ilə bizi aldatdı, kamilliyə doğru hərəkətdən saxladı.
    Səndən diləyirəm ki, mənə vədə vəfa qüdrəti, "bu gün-sabah”lardan nicat əta edəsən! Bu büdrəmələr məni nəhayət dərəcədə zərərə salıb, Səninlə görüşdən məhrum edə bilər.
    Bu yolunu azmış nəfsə dəva yox,
    Elə küfrə batıb, zərrə şəfa yox.
    Nə qədər olmuşsa həvəslərə qul
    Çətin sona yetə bu xətərli yol.
    İbrahim eşqindən xəbərsiz insan
    İnanma atəşi görə gülüstan.
    Nəfsini danlayan peşiman olmaz,
    Əhrimənə uyan Süleyman olmaz.
    Ya Rəbbi, kənarda sığınacaq yox,
    Dərgahından qeyri isti qucaq yox.
    "Ya Səyyidi, fəəsəlukə biizzətikə ən la yəhcubə ənkə duai suu əməli və fiali”
    ("Ey mənim Ağam! İzzətinə and verib Səndən istəyirəm ki, çirkin əməl və hərəkətlərim Sənə dualarımın qarşısını almasın.”)
    Ey mənim mehriban Allahım! Əməllərimin pisliyini və hərəkətlərimin çirkinliyini dualarımın qarşısında hicab qərar vermə!
    Dua yolunun bağlılıq səbəbi
    İnsan tövbə etmədiyi təqdirdə günahlar ilahi rəhmətə çatmaqda, duaların qəbul olunmasında bir maneədir. Çirkin əməl insanı dua halından məhrum edir. Hətta dua etməyə müvəffəq olsa da, bu dualar qəbul dərəcəsinə çata bilmir.
    Dua qapısının insanın üzünə bağlanması bəndənin Allahın hüzurundan qovulması əlamətidir. Aşiq bir arif deyir: - "Duadan məhrum olmağım onun qəbulundan məhrum olmağımdan daha pisdir.”
    Duanın bu hissəsində dua edən şəxs Allahı Onun izzətinə and verib belə istəyir: "Ey mənim Ağam, dualarımı Sənin hüzurunda təsirsiz edəcək pis əməl və hərəkətlərimi aradan götür. Qoy bu əməllər məndən dua gücünü almasın və mən dərgahına gəda kimi gəlim, Sən də öz rəhmətinlə dualarımı qəbul edəsən.”
    Bir rəvayətdə nəql olunur ki, Həzrət Əli (ə) bir neçə səhabəsi ilə birlikdə yoldan keçərkən başını divara söykəyib istəyinin qəbulu üçün Allahı Onun izzətinə and verən bir gənc görür. Həzrət (ə) buyurur: - "Bu andla bu cavanın duası hökmən qəbuldur.”
    Bəli, mehriban Allah duaların qarşısını alan maneələri aradan qaldırmaq gücünə malikdir. Yandırıcı odu İbrahimə iti bıçağı İsmailə təsirsiz edən Odur!
    "Və la təfzəhəni bixəfiyyi məttələtə ələyhi min sirri”
    ("Məni daxilimdə bildiyin gizli günahlarla rüsvay etmə.”)
    Pərdənin götürülməsi
    Bəndə bilməlidir ki, bütün aşkar və gizlinlərdən xəbərdar olan Allah nədənsə xəbərsiz qala bilməz. Keçmiş, bu gün və gələcək Onun qarşısında aşkardır. O, bütün gizli işlərdən xəbərdardır. Əgər günahlarımızı açsa, nə ata-anamızın, nə ailə-övladımızın, nə də xalqın gözünə baxa bilərik. Günahlar aşkarlansa, insanlar arasındakı inam və etibar itər.
    Bəndə duanın bu yerində eyibləri örtən Allahdan rüsvay edilməməsini istəyərək sızıldayır. Bəndə əmin olmalıdır ki, Allah-Taala tövbə edən bəndəsini rüsvay etmir. O, bəzi bəndələri haqqında buyurur: "Onlardan Özüm sorğu-sual edərəm ki, hətta rəhmət peyğəmbərimin yanında belə günahları açılmasın.” İmam Səccad (ə) "Əbu Həmzə” duasında Allahın bəzi sifətlərini belə bəyan edir: "Eyibləri örtən, günahları bağışlayan, gizlinləri bilən (Allah), günahları böyüklüyünlə örtər, cəzaları helminlə təxirə salarsan.” Bəzi bəndələr vücudlarının məhdudluğuna baxmayaraq o qədər eyiblərin üstünü örtürlər ki, onların haqqında olan dastanlar insanı heyrətə gətirir. Belə isə, vücudu nəhayətsiz və naməhdud olan Allahın eyib örtməyi görün necə ola bilər?!
    Yəqub peyğəmbər (ə) qardaşlarının Yusifin başına gətirdiklərini bilmək istədiyi vaxt Yusif yalnız bunu deyir: "Ey ata, Allah baş verənlərdən keçdi və göz yumdu.” ("Maidə”, 95.)
    Maraqlı əhvalat
    Xorasanın təqvası ilə tanınmış insanlarından olan Əbu Əbdürrəhman haqqında yazırlar: "Bir şəxs öz suallarına cavab tapmaq üçün onun yanına gəlir. Söhbət zamanı həmin şəxsdən yel xaric olur. Əbu Əbdürrəhman dərhal özünü karlığa vuraraq deyir: "Ucadan danış, yaxşı eşitmirəm.” Baş vermiş hadisədən özünü itirən şəxs alimin zəif eşitməsinə inanıb özünə gəlir.”
    Əbu Əbdürrəhman Hatəm ibn Yusuf Əsəm (yəni kar) dünyasını dəyişdikdən sonra hikmət sahiblərindən biri onu yuxuda görüb soruşur: "Allah səninlə necə rəftar etdi?” Hatəm Əsəm deyir: "Bir eşitdiyimi eşitməməzliyə vurduğum üçün Allah bütün eyiblərimi bağışladı.”
    "Və la tuacilni bil-uqubəti əla ma əmiltuhu fi xələvati min sui fili və isaəti və dəvami təfriti və cəhaləti və kəsrəti şəhəvati və ğəfləti”
    ("Xəlvətdə yol verdiklərimə çirkin işlərimə günahlarıma, bəndəlikdə süstlüyümə nadanlığıma, şəhvətiminin çoxluğuna, qəflətimə görə cəzalandırmağa tələsmə”)
    İlahi maarifdən məlum olur ki, əgər insan möhlət verilmədən cəzalandırılsaydı, yer üzündə bir nəfər də sağ qalmazdı. Lakin Allah-Taala öz bəndələrini cəzalandırmağa tələsmir, onlara tövbə edib təmizlənmək üçün möhlət verir. Bəzən də cəza ona görə təxirə salınır ki, bu nəsildən mömin insanların vücuda gəlməsi mümkün olsun. Bəzən isə uşaqların göz yaşı, gecəni oyaq qalan aşiqlərin duaları cəzaları yubandırır.
    Ola bilər ki, günah əhlinin etinasızlığı bu təxirin qarşısını alsın. Amma dua, yalvarış, göz yaşı, tövbə yolu ilə cəzalar təxirə düşə bilər. Yunis qövmünün tövbə və dua vasitəsi ilə Allahın cəzasını təxirə salması deyilənlərə nümunədir.
    Bunu da qeyd etməliyik ki, artıq gəlib çatmış cəzanı kimsə yubada bilməz. Bəzən bu cəzalar qıtlıq, bahalıq, səma bəlaları, cəmiyyətdə biganəlik və inamsızlıq və sairə şəkillərdə də təzahür edə bilər.
    Mənəviyyatın pozulması şəklində gələn cəza haqqında Həzrət Peyğəmbər (s) Həzrət Əli (ə)-a belə buyurur: "Ya Əli, məndən sonra bu ümmət tezliklə var-dövləti ilə imtahana çəkilər. Onlar dindarlıqlarına görə Allaha minnət qoyar və Allahdan rəhmət istəyərlər, özlərini əzabdan amanda bilər və yalan şübhələri, haramları halal tanıyarlar. Məstedici içkiləri halal içki, haram malı hədiyyə sələmi al-ver zənn edərək özləri üçün halala çıxararlar.”("Nəhcül-Bəlağə”.)
    Əgər insanların batini günah səbəbindən çirkaba batmazsa, onlar haramı halal hesab etməzlər. Bu günahkarlığın səbəbi əslində Allahın cəzası olaraq insani mənəviyyatın şeytani xislətə çevrilməsidir. Bu hala Bəni-İsrail qövmünün düşdüyü vəziyyət misal ola bilər: "İlahi rəhmətdən məhrum edilmiş meymunlara çevrildilər.”("Bəqərə”, 65.)
    İmam (ə) bu mövzuya toxunarkən dörd məsələni qeyd edir:
    1. Təfrit (ifratın ziddi);
    2. Cəhalət;
    3. Şəhvət;
    4. Qəflət
    Təfrit
    Təfrit dedikdə Allaha itaətdə və xalqa xidmətdə göstərilən etinasızlıq və süstlük nəzərdə tutulur. Vəzifəyə münasibətdə təfrit, yəni yüngül münasibət insanın başına böyük bəlalar aça bilər. Həzrət Əli (ə) buyurur: "Təfrit böyük müsibətdir.”("Ğürərul-hikəm”, 479.) "Təfritin sonu peşmançılıq, uzaqgörənliyin meyvəsi salamatlıqdır.”("Nəhcül-Bəlağə”.) "Səy edərək irəli düşənlərin sonu Behişt, səhlənkarlıq edənlərin sonu isə atəşdir.”("Nəhcül-Bəlağə”.)
    İmam Sadiq (ə) buyurur: "Təfritə yol verən kəs böyük çətinliklərə düçar olar.”("Tuhəful-uqul”, 356.)
    Cəhalət
    Həqiqətdən xəbərsizlik, dünya və axirət işlərinə münasibətdə cəhalət olduqca təhlükəli bir xəstəlikdir. Bu xəstəliyə elm və mərifət yolu ilə əlac olunmazsa nəticə olduqca ağır ola bilər. Ötən söhbətlərimizdə bu mövzuda yetərincə danışdıq.
    Şəhvət
    Şəhvət insanın ələ keçirmək istədiyi bir şeyə şiddətli rəğbətidir. Əgər bu rəğbət çirkin şeylərədirsə insanı günaha batıracaq və nəhayət insan dünya və axirət əzabına düçar olacaqdır.
    Şəhvətin oyanmasının səbəbi dünyaya hədsiz məhəbbətdir. Bu insan şeytan qucağında bitmiş ağac kimidir. Onun budaqları şəhvət, meyvəsi günahdır. Bu ağac Cəhənnəmdəki Zəqqum ağacının oxşarıdır. Əlbəttə ki, həyəcanlanmış şəhvət qarşısında moizə və nəsihət təsirsizdir.
    Bəsirət əhli belə bəyan edir ki, çox nəfslərdə kök atmış bu qorxulu ağacın yeddi çox çirkin budağı var:
    1. Məqam, vəzifə və cah-cəlal şəhvəti;
    2. Var-dövlət şəhvəti;
    3. Ev-eşik, imarət şəhvəti;
    4. Qadına şəhvət;
    5. Ləzzətli yeməklər və məstedici içkilər şəhvəti;
    6. Qiymətli və əlvan geyim şəhvəti;
    7. Günahkarlarla yaxınlıq şəhvəti.
    Bu yeddi şəhvət istər-istəməz insanda yeddi şeytani sifət doğurur:
    1. Təkəbbür;
    2. Riyakarlıq və lovğalıq;
    3. Həsəd;
    4. Hərislik və tamah;
    5. Xəsislik;
    6. Zülm;
    7. Qəzəb.
    Dünya məhəbbəti quyusuna düşənlər, şəhvət zülmətində qərq olanlar ölüm məqamında qəflətən oyandıqları zaman, anlayırlar ki, düzəlişi mümkün olmayan bir səhvə yol veriblər.
    Bədbəxt şahzadə
    Oğlunu evləndirmək istəyən bir padşah onun üçün əsilli-nəcabətli bir ailədən gözəl bir qız tapır. Toy günü varlı-kasıb saraya toplaşaraq şənləməyə başlayırlar. Padşah da ehsan xəzinəsini açıb hamıya hədiyyə paylayır.
    Ay üzlü gəlin saraya gətirildiyi vaxt məlum olur ki, şahzadə yoxa çıxıb. Məclisdə həddindən artıq şərab içən şahzadə məst olub, saraydan çıxmış, atəşpərəstlərin yaşadığı məhəlləyə gəlmiş idi. Adətən, ölülərini bir daxmanın ortasında uzadıb onun ətrafında gecə yarı şam yandıran atəşpərəstlər yenə də belə bir mərasim qurmuşdular. Məclis dağıldıqdan sonra tənha meyyitin uzadıldığı otağı bəy otağı zənn edən məst şahzadə ölünü qucaqlayıb səhərədək yatmışdı!
    Görün dünya məhəbbəti, dünya nemətlərinə olan şəhvət insanı nə hala salır! Məhz bu şəhvət səbəbindən şahzadə atəşpərəst daxmasını saraydan, ölünü isə ay üzlü gəlindən fərqləndirə bilmir!
    Yetməzmi xəbərsiz qaldın özündən,
    Çəkindin əməlin, sözün düzündən.
    Bəsirət əhlinə arxa çevirdin,
    Uydu ehtirasa, həvəsə qəlbin.
    Qartal, zirvə quşu, deyilsə xəstə
    İlan kimi sürünməz torpaq üstə.
    Vurulma özünə inan bu məstlik
    Gətirəcək sənə ağır şikəstlik.
    Əgər unutmasa şikar özünü
    Ovçu tapa bilməz onun izini.
    Minmə qəflət atın, cilovsuz atdır.
    Oyanmayan süvarini aldadır.
    Soruş yolu mənzilinə çatandan,
    Avaradır qəflətdə qalan insan.
    Eşit ki, nə demiş pirani kamil:
    Əsla bel bağlamaz dünyaya aqil.
    Sən də onun kimi burax dünyanı,
    Dünyanı sevərək ucalan hanı?!
    Vücuduna əqlini seç hökmran,
    Nəfsi seçsən olasısan peşiman.
    Bilirsənmi, qazanc nədir dünyadan?
    Bir yaxşı ad qalır köç edən zaman!
    Həzrət Peyğəmbər (s) buyurur: "Xoş o kəsin halına ki, hal-hazırda mövcud olan şəhvəti, görmədiyi Behişti qazanmaq üçün tərk edir.”("Əmaliye-Mufid”, 51.)"Behişt bəndəlik və ibadət əziyyəti, Cəhənnəm odu isə şəhvətlərlə əhatə olunmuşdur.”("Biharul-ənvar”, 68-72.)
    Bir şəxs Həzrət Baqirə (ə) dedi: "İbadətim zəif, ruzim isə azdır. Amma elə bilirəm ki, yediyim yalnız halaldır.”
    Həzrət (ə) buyurdu: "Hansı iş qarını və şəhvəti haramdan qorumaqdan üstün ola bilər?!”("Biharul-ənvar”, 68-269.)
    Həzrət Peyğəmbər (s) buyurur: "Mənim ümmətimi Cəhənnəm oduna daxil edən əsas səbəblər qarın və cinsi şəhvətdir.”("Biharul-ənvar”, 68-269.)
    Qəflət
    Qəflət insanın bilməli olduğu şeylərdən xəbərsiz qalmasıdır. Allahdan və Qiyamətdən, bəndəlik və ibadətdən qəflətdə qalmanın əsas səbəbləri maddiyyat məsələləri ilə çox məşğul olmaq, qəlbi dünya fikirləri ilə doldurmaq, gecə-gündüz həvəs dalınca qaçmaqdır.
    Həzrət Əli (ə) buyurur: "Ən ziyanlı düşmən qəflətdir;” "Vay o kəsin halına ki, qəflət ona qalib gəlsin, nəticədə axirət səfərini unudub ona hazırlaşmasın;” "Qəflətin qalib gəldiyi kəsin qəlbi ölər;” "Davamlı qəflət bəsirət gözünü kor edər.”("Ğürərul-hikəm”, 265-266.)
    İmam Həsən (ə) buyurur: "Məscidi tərk edib fəsadçıya itaət etmək qəflətdir.”("Biharul-ənvar”, 78-115.)
    "Və kunillahummə biizzətikə li fil-əhvali kulliha rəufən və ələyyə fi cəmiil umuri ətufən”
    ("Pərvərdigara! Səni izzətinə and verirəm, mənə bütün hallarda rəuf və bütün işlərdə mehriban ol.”)
    Bəşəriyyət nə qədər elm və bilik qazansa da Allahın rəufluğu və mehribanlığını şərh etməkdə acizdir. Bu sifətləri ayə və rəvayətlərin köməyi ilə qismən anlamaq olar. Bu işdə ən asan yol isə bu sifətlərin təzahürlərinə nəzər salmaqdır.
    Həzrət Peyğəmbər (s) buyurur: - "Allahdan bir neçə şey istədim və dedim: - Pərvərdigara, ümmətimin hesabını mənim özümə tapşır. Belə xitab olundu: - Sən rəhmət peyğəmbəri olsan da, ərhəmər-rahimin deyilsən. Əgər onların bəzi günahlarından xəbərdar olsan, zara gələrsən. Qoy sənin ümmətinin günahından yalnız Özüm agah olum. Ya Məhəmməd, onlara elə hesab çəkərəm ki, çirkin işlərindən sən də xəbər tutmazsan. Əgər onların günahını səndən gizləyəcəyəmsə sözsüz ki, biganələr üçün də açmayacağam. Ya Məhəmməd! Əgər sənin onlara peyğəmbər mehribanlığı varındısa, Mənim onlara Allah mərhəməti varımdır. Sən onların peyğəmbərisənsə Mən onların Allahıyam. Əgər sən onları bu gün görürsənsə Mənim onların üzərində əzəli və əbədi inayət nəzərim var.”
    Günahkarın bağışlanması
    Şeyx Bəhai deyir: "Etibarlı bir şəxsdən belə bir əhvalat eşitdim: Bir günahkar şəxs dünyasını dəyişir. Onun xanımı dəfn üçün camaatdan kömək istəyir, amma bu günahkar şəxs dərin nifrət qazandığından heç kim onun dəfnində iştirak etmək istəmir. Qadın muzdla adam tutub cənazəni şəhər mərkəzindəki müsəllaya gətirdir ki, bəlkə möminlər ona kömək edərlər. Amma heç kim cənazəyə yaxınlaşmır. Qadın məcbur qalıb cənazəni səhraya gətirir ki, qüslsüz, namazsız dəfn etsin.
    Bu səhranın yaxınlığındakı dağda bir zahid yaşayırdı. Bu şəxs xalq arasında öz möminliyi ilə məşhur idi. Zahid cənazəni görüb, dəfndə iştirak etmək üçün ona yaxınlaşır. Ətrafda yaşayan insanlar abidlə birlikdə cənazəni dəfn etmək üçün gəlirlər.
    Camaat abiddən onun bu dəfndə iştirak etməsinin səbəbini soruşduqda abid deyir: "Yuxuda mənə dedilər ki, sabah səhraya get. Orada tənha bir qadın və bir cənazə olacaq. Cənazə üçün namaz qıl, çünki o, artıq bağışlanmışdır.” Bu sözlər eşidənləri çox təəccübləndirdi. Abid qadını çağırıb meyyit haqqında soruşdu. Qadın dedi: "Əksər günlər bir günaha batırdı. Amma üç xeyir əməli vardı:
    1. Hər gün günaha batdıqdan sonra paltarını dəyişər, dəstəmaz alıb səmimi qəlbdən namaz qılardı;
    2. Hər vaxt evində yetimlər olardı. Övladlarından daha çox onlara ehsan edərdi;
    3. Hər gecə ayılar, ağlayar və deyərdi: "Pərvərdigara, bu günahkarı Cəhənnəmin hansı guşəsinə atacaqsan?”
    Əbdullah Mübarəkin qulu
    Əttar Nişaburi deyir:
    «Əbdullah Mübarəkin bir qulu vardı. Bu qul ilə şərt kəsmişdi ki, işləyib öz qiymətini ödəsə onu azad edəcəkdir. Bir gün Əbdullaha deyirlər ki, sənin qulun qəbirləri açıb, meyyitlərin kəfənini oğurlayır, sonra kəfənləri satıb, pulunu sənə ödəyir. Bu xəbər onu çox pərişan edir.
    Bir gün gizlicə qulun arxasına düşüb onu izləyir. Qul qəbiristanlıqda boş bir qəbirə girib ağlaya-ağlaya dua etməyə başlayır. Bu səhnəni görən Əbdullahı ağlamaq tutur. Qul səhər açılanadək dua oxuyub qəbirdən çıxır və şəhərə üz tutur. Qarşısına çıxan ilk məscidə girib, namaz qılır. Namazdan sonra deyir: "Ey mənim həqiqi Ağam! Gecə gündüz oldu, müvəqqəti ağam isə məndən pul gözləyir. Pərvərdigara, sən çarəsizlərin ümid yerisən!” Bu vaxt qulu kənardan müşahidə edən Əbdullah bir nur görür. Nur qulun əlinə doğru hərəkət edir və ovcunda itir. Əbdullah qulun əlində bir qızıl dinarın işıltısını görür. Bu səhnə onu haldan salır. Qula yaxınlaşıb, onu qucaqlayır. Başını sinəsinə sıxıb deyir: "Min mənim kimisinin canı sən tək qula fəda olsun. Kaş sən ağa, mən isə sənin qulun olaydım!”
    Hadisənin aşkarlandığını görən qul deyir: - "Pərvərdigara, bu sirr açıldı, daha yaşamaq istəmirəm, məni öz yanına apar!” Bu sözlər sona yetən kimi qul Əbdullahın qucağındaca keçinir!..»
    Ey ulu şah, xətamızı ötür sən,
    Biz günahkar, Sənsə günahdan keçən.
    Sən xeyirxah, bizimsə eybimiz çox,
    Eybimizin, xətamızın sonu yox.
    Hər anımız üsyan dolu, şərr dolu,
    Ayağımız nəfsimizlə buxovlu.
    Könlümüz dünyaya, üzümüz Sənə
    Min bir səcdə qılaq, borculuyuq yenə.
    Qol-boyunuq gecə-gündüz günahla,
    Sinə dolu ehtirasla, tamahla.
    Tövbə qılıb, yenə aşırıq həddi,
    Bu nəfs şeytan caynağında kəmənddi.
    Yenə ümidimiz Səndən üzülməz,
    Cəza nə ki, ayrılığın dözülməz.
    Əmmarə nəfsimiz şeytanın qulu,
    Şeytanla birləşib bağlayıb yolu.
    Sınasıyam yardım olmasa göydən,
    Yapışmışam rəhmət dolu ətəkdən.
    Aparma dünyadan məni imansız,
    Günah odu günahdan da amansız.
    "İlahi və Rəbbi mən li ğəyrukə əsəlukə kəşfə zurri, vənnəzərə fi əmri”
    ("İlahi, Pərvərdigara! Səndən başqa kimim var ki, ondan
    narahatlıqlarımın aradan götürülməsini, işlərimə lütf nəzəri etməsini istəyim?!”)
    Ey mənim Rəbbim! Mənim üçün səndən başqa feyz və xeyir çeşməsi varmı? Çətinliklərin və halsızlıqların, xəstəliklərin və uğursuzluqların çarəsini Səndən istəyirəm.
    Ey mənim Mövlam! Dərdimə o kəs çarə qıla bilər ki, hər cəhətdən qüdrətli olsun, məni öz mərhəmətindən uzaq salmasın, ehsanının qarşısını ala bilən tapılmasın, bütün kamal sifətlərinə malik olsun və o kəs Sənsən.
    Səndən başqa kimə ağız açsam, ya mənə ürək yandırmayacaq, ya çətinliyimi aradan qaldırmağa gücü çatmayacaq, ya da xəsislik göstərəcəkdir. Ona görə də gözümü və ümidimi yaranmışların köməyindən - xüsusilə dostların və yaxınların yardımından - kəsib zəlil halda Sənə əl açıram. Səndən bütün çətinlikləri, bütün çirkin sifətləri məndən uzaqlaşdırmağını, zahiri və batini müşküllərdən mənə nicat verməyini istəyirəm!
    Bəli, insan dənizdə qərq olmuş və hər şeydən ümidini üzmüş bir kəs kimi yalnız Allaha üz tutmalıdır. Allah-Taala həzrət İsaya (ə) buyurur: "Ey İsa, məni dənizdə qərq olmuş və yardımçısı olmayan kəs kimi çağır.”("Biharul-ənvar”, 14-295.)
    İmam Sadiq (ə) buyurur: "Əgər Allahın sizə bir şey əta etməsini istəsəniz, ümidinizi hamıdan kəsib yalnız Ona ümid bağlamalısınız. Allah-Taala bəndəsində belə bir hal gördükdə onun istədiyini əta edir.”("Kafi”, 2-148.)
    "Ey mənim Allahım” deyən kəs bütün əqidə əməl və əxlaq nöqsanlarından təmizlənməli, dünyanın bütün nemətlərini kamala çatmaq üçün bir vasitə bilməlidir. Çünki Allahdan qeyrisini məbud qəbul edən müşrikdir, müşrikin duası isə heç vaxt qəbul olmaz.
    "Ey mənim Rəbbim” deyən kəs bütün batil fironlardan, ilahi mədəniyyətdən qeyri bütün mədəniyyətlərdən azad olmalıdır. Çünki batil mədəniyyətlərə bağlanan insan nəhayət elə bir uçuruma yuvarlanar ki, duaları rədd edilər.
    Bəli, Allahın izni olmadan kimsədən yardım istəmək faydasızdır. Yalnız Allaha ümid bağlamaqla dünya və axirət səadətinə nail olmaq mümkündür. Allahı və Onun məxluqunu lazımınca tanıyanlar bilirlər ki, bütün çətinliklərin həlli yalnız qadir Allahın əlindədir. Ona görə də Allah aşiqləri öz müşküllərinin həlli üçün yalnız Ona üz tuturlar. Həzrət Musa (ə) Allahın dərgahına belə ərz edir: "Ey mənim məbudum! Gədalıq boxçamda Sənin bütün xəzinələrində olmayan bir şey mövcuddur və o da budur ki, Sənin kimi bir məbudum vardır!”
    Elə ki, ümid hər yerdən üzüldü, yalnız Həzrət Haqqa əl açıldı, gözlərdən bulaq tək yaş süzüldü, üz torpağa sürtüldü, inayət qapıları insanın üzünə açılar, bütün müşküllər öz həllini tapar.
    Category: Kumeyl duasının şərhi 2 | Views: 997 | Added by: Islam_Kitabxanasi | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024