İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 13 » Siddiqeyi-Tahirə (ə) 1
    6:04 AM
    Siddiqeyi-Tahirə (ə) 1
    Əlinin (ə) evinin əşyaları
    Peyğəmbərin (s) qızı Fatimənin (ə) sadə cehiz əşyaları ilə tanışlıqdan sonra şiələrin birinci imamı Əlinin (ə) də evinə baş çəkmək və o həzrətin evində hansı əşyaların olduğunu bilmək yerinə düşər. Həmin müqəddəs evlə tanışlıq birincisi, şiələrin birinci imamının necə bir sadə evdə yaşadığını göstərir. İkincisi isə, Peyğəmbərin (s) qızının bir gəlin kimi necə bir evə qədəm qoyduğunu bizə məlum edir. Bundan əlavə, Peyğəmbərin (s) kürəkəninin maddi vəziyyəti ilə tanış olmaq imkanını da bizə verir.
    İslam tarixçiləri yazırlar ki, Əli (ə) toy günü üçün, hörmətli həyat yoldaşının rifahı üçün yalnız aşağıdakı sadə ev əşyalarını tədarük etmiş və satın almışdı:
    1. Paltar və su tuluğu asmaq üçün bir taxta asılqan;
    2. Bir ədəd qoyun dərisi;
    3. Bir ədəd mütəkkə (yastıq);
    4. Bir ədəd su tuluğu;
    5. Bir ədəd un ələyi.
    Bəli, Əlinin (ə) ailəsi üçün yaşayış vasitələri kimi satın aldığı əşyaların hamısı bunlar idi. Əli (ə) onları cəmi bir neçə dirhəmə satın almışdı.
    Kirayə mənzil
    Peyğəmbərlik və imamlıq ailəsinin o ən böyük, ən ali bəylə gəlini – Əli (ə) və Fatimə (ə) evləndikləri ilk gündən başlayaraq kirayə götürdükləri kiçik mənzildə yaşayırdılar. Mədinə şəhərinin alaqapısının yaxınlığında Qəba adlanan məhəllədəki bu mənzil məscidin kənarında idi. Onun sahibi Loğmanın övladlarından olan Harisə idi. Bu iki böyük şəxs həmin kiçik evdə yoxsulluq və kasıblıq içində yaşasa da, onların heç bir şikayət və gileyləri yox idi. Ona görə ki, onlar üçün həyatda mühüm və vacib olan şey yalnız və yalnız saflıq və mənəvi təmizlik idi. Həmin keyfiyyətlər isə bu iki gəncdə kifayət qədər var idi.
    Bəzi tarix kitablarında yazıldığına görə həmin ev İslam peyğəmbərinin (s) mənzilindən uzaqda yerləşirdi və qızı Zəhra (ə) ilə kürəkənini tez-tez görməyə böyük həvəsi olan kəramətli Rəsul (s) üçün bu uzaq məsafəyə gedib-gəlmək çətinlik törədirdi. Buna görə də Peyğəmbər (s) bir gün yenə də adəti üzrə Fatimənin (ə) mənzilinə təşrif gətirərkən buyurdu: "Qızım, istəyirəm, sizi öz mənzilimizin yanında olan bir evə köçürəm ki, səni tez-tez və asanlıqla görə biləm.”
    Fatimə (ə) möhtərəm atasına dedi: "Harisənin daha bir neçə evi var. Onunla söhbət edin, bəlkə bizim üçün ayrı bir ev ayırdı.”
    İslam peyğəmbəri (s) buyurdu: "Harisə indiyədək bizim üçün çox mənzil boşaldıb və özü gedib uzaqda yaşayıbdır. Buna görə də bu barədə onunla bir daha danışmağa üzüm gəlmir.”(Biharul-ənvar, 42-ci cild, s. 114)
    Bu xəbər Harisəyə çatcaq özünü Rəsulun (s) xidmətinə yetirib dedi: "Ey Allahın Rəsulu (s), mən bütün malımla bərabər Sizin ixtiyarınızdayam. İndi isə çox istəyirəm ki, mənə minnət qoyub Fatimeyi-Zəhranı (ə) mənim öz mənzilimə köçürülməsinə icazə verəsiniz.”
    Beləliklə, Allahın Rəsulu (s) Fatiməni Harisənin daha yaxında yerləşən başqa bir evinə köçürtdü.(İbn Səd, Təbəqat, 8-ci cild, s. 14)
    Bu xəbər başqa rəvayətlərlə də təsdiq olunur. Bir çox hədis kitablarında və tarixi mənbələrdə göstərildiyi kimi, İslamın ulu Peyğəmbəri (s) toy günü Fatiməni (ə), üstündə bir qətifə olan öz dəvəsinə mindirdi və Salmana buyurdu ki, gəlinin dəvəsinin cilovunu tutub aparsın.
    Bu hədis göstərir ki, Peyğəmbərin (s) evi ilə kürəkəninin evi (indi İslam dünyasının gəlininin yola düşdüyü ev) arasında kifayət qədər fasilə var idi. Belə olmasaydı, hörmətli gəlinin bu qədər yolu dəvə üstündə getməsinə heç bir ehtiyac olmazdı.(Hilyətul-əbrar, 1cild, s. 108)Düzdür, gəlinin dəvə üstündə aparılmasını o dövrün adəti kimi də qəbul etmək olar. Lakin qeyd etmək lazımdır ki, İslamın ulu Peyğəmbəri (s) – bir çox zərərli adətlərə son qoyan o böyük şəxsiyyət belə məsələlərə fikir verməzdi. Bu cür əhəmiyyətsiz adətlər onun üçün ümumiyyətlə mövcud deyildi.
    Ailənin rahatlığı üçün evdə çalışma
    Fatimeyi-Zəhra (ə) bir ev qadınının, canıyanan və işgüzar bir ev xanımının, zəhmətkeş və yorulmaq bilməyən bir həyat yoldaşının ən parlaq nümunəsi idi. O həzrət ailəsinin rahatlığı üçün hər cür çətin və ağır işlərə dözürdü. O böyük xanım şəxsən öz mənzilində öz əlilə əl dəyirmanında çəkdiyi undan qabarlı əllərilə xəmir yoğurur, təndiri özü qalayır, suyu özü quyudan çəkir və özü çörək yapırdı. Bir sözlə, o zaman rahatlıq vasitələrinin yoxluğu üzündən həddindən artıq ağır olan, bir nəfərin öhdəsindən gəlməsi mümkün olmayan bütün ev işlərini təklikdə görür və əsla giley-güzar etmirdi.
    Fatimənin (ə) bütün bu ağır işləri təklikdə görməsindən xəbəri olan Əli (ə) bir gün onu yorğun halda görüb mehribanlıqla dedi:
    "Ay Zəhra, elə çətin işləri görürsən ki, mənim qəlbimi incidir. Allah müsəlmanlar üçün xidmətçilər və çoxlu qüvvələr nəsib etmişdir.Əgər istəyirsənsə, Allahın Rəsulunun (s) yanına gedib onlardan birini istə. Qoy yanında qalıb sənə xidmət etsin, köməkçin olsun ki, bu qədər yorulmayasan.”
    Fatimə (ə) həmin gün atasının görüşünə getdi. Salam verib bir qıraqda sakitcə oturduqdan sonra Peyğəmbər (s) onun ürəyində nə isə bir narahatlıq olduğunu duyub soruşdu: "Əziz qızım, nə olub, nə işin var?”
    Fatimə (ə) nə qədər çalışsa da, nə üçün gəldiyini deyə bilmədi. Odur ki, atasının cavabında dedi: "Sənə salam verməyə gəlmişəm.”
    Bu sözləri deyib atasının evindən çıxdı. Fatimənin (ə) ağır ev işlərinə görə bərk yorulmasından ürəyi sıxılan Əli (ə) bir gün həyat yoldaşı ilə birgə Peyğəmbərin (s) yanına gedib onun əvəzindən həmin məsələni açıb dedi. Peyğəmbər (s) bu sözü eşidən kimi dərhal qəti şəkildə buyurdu:
    "Allaha and olsun ki, yox. Əsla bacarmaram, döyüşdə əsir alınmış birisini sizə bağışlaya bilmərəm. Müsəlmanları ac qoya bilmərəm. Heç onlar üçün yeməyə bir şey tapa bilmirəm. Həmin əsirləri satıb pulu ilə yalnız Səffənin aclarını doyururam.”
    Beləliklə, Əli (ə) ilə Fatimə (ə) tam razı halda əliboş qayıtdılar.
    Evin-ocağın idarəsi
    Ev-ocaq hər bir cəmiyyətin varlıq mərkəzi və onun fəal təşkiledici qüvvəsidir. Buna görə də bütün bəşər cəmiyyətlərinin inkişaf və tərəqqisində evin, ocağın mühüm yaradıcı rolu var. Bu bir inkaredilməz həqiqətdir ki, cəmiyyət evdən və ailədən qidalanır, onunla böyüyür. Buna görə də evi bir insan tərbiyə edən instituta, onun məzunlarını isə cəmiyyətin böyük idarəedici qüvvələrinə bənzətmək olar.
    Onu da nəzərə almaq lazımdır ki, hər bir evdə qadının rolu olduqca həssas və həlledicidir. Bu ocağı idarə etməyin müxtəlif məsələləri qadının öhdəsinə düşür. Birgə ailə həyatına qədəm qoyan hər bir xanımın ən mühüm vəzifəsi mənzili qaydaya salmaq, nizamlamaq və cəmiyyətin bünövrəsi sayılan evi idarə etməkdir. Aydındır ki, bu vəzifələrin yerinə yetirilməsində yol verilən kiçicik bir zəiflik və süstlük cəmiyyətin dayaqlarını sarsıtmış olar.
    Fatimeyi-Zəhra (ə) bu mühüm məsələyə xüsusi diqqət yetirir və öhdəsinə düşən vəzifələrin yerinə yetirilməsində olduqca böyük səy göstərir, yorulmaq bilmədən çalışırdı. Hörmətli həyat yoldaşı Əli (ə) onun bu dərəcədə fədakarlıqla çalışmasını heyrətlə izləyir, ona yüksək qiymət verirdi. O həzrət bir dəfə Səd qəbiləsindən olan bir dostuna öz həyat yoldaşının çalışqanlığı barədə belə danışmışdı:
    "İstəyirsənmi, sənə Fatimədən danışım? O, İslam peyğəmbərinin (s) qızı, özü də ən istəkli qızı olmasına baxmayaraq, mənim mənzilimdə çiynində kuzə o qədər su daşıdı ki, sinəsinə ziyan oldu. Əl dəyirmanında o qədər buğda üyütdü ki, əlləri qabardı. Evin, həyətin təmizliyi, paklığı üçün mənzilə o qədər süpürgə çəkdi ki, paltarlarının rəngi soldu. Ocaqdakı qazanların altında o qədər odun yandırdı ki, paltarları his-tüstü rəngində oldu...”(İmam Musayi-Sədrin dilindən söylənmiş bu sözlər Süleyman Kəttaninin kitabından götürülmüşdür. Eyni məzmunlu hədisə rast gəlməsək də, başqa hədislərdə ona oxşar fikirlər var.)
    Bu hədis Fatimənin (ə) ev işlərinə olan canıyananlığını göstərir. O həzrətin evində qulluqçu tutmağa imkanı var idi, özünə bu qədər zəhmət verməyə bilərdi. Lakin evə, ocağa olan eşqi, məhəbbəti naminə, həyat yoldaşının, övladlarının rahatlığı xatirinə bütün işlərə özü əl qatır və onları yerinə yetirməkdən zövq alırdı. Bəli, o evi həyatın özəyi, bünövrəsi hesab edir və bu yolda canla-başla çalışırdı. Bu səy və təlaş İslam cəmiyyətinin bütün qadınları üçün ən ali nümunə ola bilər və olmalıdır.
    Fatimənin (ə) fəzilətləri və əxlaqi keyfiyyətləri
    "... Yer üzünün ən yaxşı qadını dörd nəfərdir: İmranın qızı Məryəm (həzrət Məsihin anası), Xüvəylidin qızı Xədicə (Allahın Elçisinin (s) həyat yoldaşı), Asiyə (Fironun həyat yoldaşı) və mənim qızım Fatimə (ə)...”(Böyüklər haqqında seçilmiş sözlər, s. 45)
    Bütöv bir dünyaya bərabər, ən ali məna və məfhum yükünü daşıyan bu gövhərli kəlam Allahın kəramətli Rəsulunun (s) mübarək sözlərindəndir. Bəli, bizim böyük Peyğəmbərimiz (s) alicənab qızını İslam, Quran və Peyğəmbər baxımından dünyanın ən yaxşı, ən böyük dörd qadınından biri adlandırmışdır. Bu elə böyük bir iftixardır ki, qələm və söz onu yazmaqda, bəyan etməkdə acizdir.
    İslam peyğəmbərinin (s) nəzərində belə bir yüksək məqamı tutan, bu cür sözlərlə şərəflənən o qadın necə bir qadındır? Onun hansı imtiyazları, mənəvi dəyərləri və səciyyəvi əxlaqi keyfiyyətləri vardır?
    Düzdür, qələm o həzrətin əxlaq və mənəviyyat dənizinin bir damlasını belə bəyan etməkdə çətinlik çəkir, lakin Peyğəmbər (s) nəslinin aşiqlərinin bu barədə kiçicik də olsa bir məlumat almaq istədiklərini, həmçinin Fatimənin (ə) həyatı və şəxsiyyəti haqqındakı belə bir kitabda həmin mətləblərin olmamasının onun üçün bir nöqsan sayılacağını nəzərə alaraq İlahinin lütfü və köməyilə və o həzrətin müqəddəs nəfəsinin yardımı ilə gücümüz çatdığı qədər onları hörmətli oxucuların nəzərinə çatdırırıq.
    Bəli, qeyd olunduğu kimi, Fatimeyi-Zəhra (ə) dinlər tarixində ən yüksək və ali imtiyazlardan bəhrələnmiş nadir simalardan sayılır. Bəşəriyyət həmin imtiyazlara özünün ən yüksək qiymətini vermişdir. Qeyd etmək lazımdır ki, yalnız Zəhranın (ə) müqəddəs vücudunda müşahidə olunan bəzi nadir və misilsiz üstünlük və fəzilətlər, mənəvi dəyərlər bu alicənab qadını onunla bir sırada olan başqa qadınlardan daha da uca və şərəfli etmişdir.
    Fatimə (ə) özünəməxsus, səciyyəvi imtiyaz və xüsusiyyətlərinə görə elə bir yüksək zirvədə, elə bir parlaq nöqtədə dayanmışdır ki, başqa böyük qadınlar, dini şəxsiyyətlər onun şüası altında qalmışlar. Bunun da səbəbi aydındır: axı Fatimə (ə) Məhəmmədin (s) tərbiyə məktəbində doğulub tərbiyə almış və Əlinin (ə) isti və müqəddəs ocağında yaşamışdır. Bu şəxsiyyətlərin hər biri isə övliya və peyğəmbərlər aləminin ən böyük əxlaq-tərbiyə sahiblərindən sayılır. Bəli, Fatimənin (ə) mübarək vücudunun dəyərini Məhəmməd (s) və Əlinin (ə), Həsən (ə) və Hüseynin (ə), Zeynəb (ə) və Gülsümün (ə) dəyərlərini nəzərə almaqla ölçmək lazımdır. Onların hər biri öz-özlüyündə mənəviyyat və fəzilət, elm və əməl, tərbiyə və möminlik aləminin ən parlaq ulduzlarıdır. Bununla belə, hər şeydən əvvəl nəzərə almaq lazımdır ki, pakların pakı Zəhra (ə) bu imtiyaz və xüsusiyyətləri insanlığın, bəşəriyyətin böyük müəllimindən – ulu və hörmətli atasından – Allahın Rəsulundan (s) qazanmış və möminlərin (müttəqilərin) mövlasının – şiələrin rəhbərinin yanında yaşamaqla davam etdirmişdir.
    Fatimeyi-Zəhranın (ə) tərbiyə məsələsində bir mühüm cəhətə xüsusi diqqət yetirmək lazımdır: Fatimənin (ə) mehriban və qayğıkeş atası qızına müraciətində elə bir dərin mənalı, gövhər kimi qiymətli cümlə söyləmişdir ki, o böyük xanımın bütün həyatında silinməz iz buraxmış və əbədilik onun üçün bir örnək, nümunə olmuşdur. O həzrətin buyurduğu həmin cümlə belədir:
    "Əziz qızım Fatimə, bu dünyada öz işini özün gör, sabah mən sənin üçün heç bir iş görə bilmərəm.”(İslamın nümunəvi qadını, s. 156)
    Bu dərin mənalı cümlə göstərir ki, hər kəs gərək öz səy və imanı ilə özü ilə Allahı arasındakı əlaqəni düzgün istiqamətdə qursun. Əks təqdirdə hətta Allahın peyğəmbərinin (s) qızı olmaq da Qiyamət günündə insanın çətinlik düyününü açmır.
    Bəli, bu elə bir dərin mənalı cümlədir ki, əgər hər bir müsəlman qadını və kişisi onu düzgün dərk edib həyatda ona əməl etsə, səadət və xoşbəxtliyə qovuşar. Amma belə bir böyük kəlamı bütün dərinliyi ilə dərk edən və bütün varlığı ilə ona əməl edən bircə nəfər olmuşdur ki, o da Fatimədir (ə). Həmin cümlə pakların pakı Fatimənin (ə) bütün duyğu və düşüncələrinə, fikir və əməllərinə hakim kəsildi və onu böyük atasının parlaq nümunəsinə çevirdi. İndi isə Fatimənin (ə) bu peyğəmbərlik göstərişləri işığında fəth etdiyi zirvələri bir-bir bəyan etməyə başlayaq.
    1. Allahı tanıma
    Allahı tanımaq bəşərin ilkin yaradıcı mərhələsini təşkil, çünki bəşəri fəzilət və dəyərlərin əsasında Yaradanı dərk etmək durur. Allahı tanıma bəşərin ilkin rüşeymi, onun fəaliyyət və təkamül mərkəzidir. Bəşər həyatının məramnaməsində Allahı tanıma prinsipi olmasa, onun bütün əməlləri – fikri və əməli fəaliyyəti düzgün və bərabər əsaslar üzərində qurula bilməz.
    Pakların pakı Zəhra (ə) Allahı tanıma məsələsində nadir bir şəxsiyyət idi. Onun Allahı taınma əlamətləri bütün əməllərində, işində, fikirlərində özünü göstərirdi. O, gecə-gündüzünü nəfsin və Allahı tanımanın təkamülünə sərf edir, bu yolla hər an yeni addımlar atırdı. Allahı dərk etmənin bu qığılcımları onun vücudunu bürümüşdü. Bütün varlığı bu mərifət alovlarının içərisində idi.
    İstəkli oğlu imam Həsən (ə) hörmətli anasının bu parlaq xüsusiyyəti haqqında belə buyurur: "Anam gecələr sübhədək Allaha ibadətlə məşğul olur və qazandığı mənəvi dəyərlərə görə Allaha dua edərkən Yaradandan əvvəlcə qonşularına mərhəmət göstərməsini diləyər və buyurardı: "Əvvəl qonşu, sonra öz evim.” Aydındır ki, yalnız və yalnız bu cür səmərəli bir məktəbdə tərbiyə almış bir şəxs belə bir məntiq sahibi ola bilərdi. Çünki yaşadığımız dünyada insanların çoxu hər şeydən əvvəl özlərini düşünür və hər şeyi birinci olaraq özləri üçün istəyirlər. Sonra isə vaxt və ya əlavə imkanlar olduqda başqaları haqqında da fikirləşirlər. Özü də bunu özlərinə tərəfdarlar toplamaq xatirinə edirlər. Fatimənin (ə) məntiqi isə belə insanların əksinə olaraq təbiətindəki paklıqdan və əzəmətli mənəvi aləmindən irəli gəlirdi. Bu xüsusiyyətlər isə yalnız Məhəmmədin (s) tərbiyə məktəbində qazanıla bilər, çünki belə bir məntiqin əsasında insansevərlik və humanizm, fədakarlıq və özünü qurban vermək kimi keyfiyyətlər durur. Bütün bunlardan isə başqa məktəblərdə əsər-əlamət belə ola bilməz.
    2. İşlərdə intizam və diqqətlilik
    İşlərdə intizamlı və diqqətli olmaq din övliyalarının verdikləri tövsiyələrin tərkib hissəsi olmaqdan əlavə həm də bir növ daxili tənzimləmədən, nizam-intizamdan da xəbər verir. İntizama, mərama dəqiq riayət etmək, həm də hər hansı bir şəxsin etiqad və inama bağlılıq dərəcəsini də aşkar edir.
    Fatimənin (ə) həyatında nizam-intizamın necə bir rol oynamasına gəldikdə isə qısaca olaraq bunları demək olar: Fatimənin (ə) həyatı başdan-ayağa öz işlərində intizamlı və diqqətli olmağından, dəqiq, ölçülüb-biçilmiş meyar və məramlar əsasında davranmağından xəbər verir. Fatimeyi-Zəhra (ə) müxtəlif şəxsi işlərinə və məsuliyyətinə baxmayaraq, ev işlərindən tutmuş zehni, mədəni və ictimai işlərə qədər hamısının öhdəsindən gəlir və heç bir işi yarımçıq qoymurdu. Buna ən yaxşı sübut isə Zəhranın (ə) həyatıdır. O həzrətin bütün işləri dəqiq qayda-qanunlar əsasında nizamlanır. Hər bir iş vaxtlı-vaxtında yerinə yetirilir və heç biri o birinə maneçilik törətmirdi.
    3. Fatimənin (ə) ədəb və nəzakəti
    Fatimənin (ə) ədəb və nəzakəti ilk öncə Allah qarşısında ali ruhların və İlahi mələklərin köməyilə etdiyi ibadətlərdə, sonra isə Yaradanın seçilmiş bəndəsi olan Tanrının kəramətli Elçisinin (s) qarşısında yerinə yetirdiyi borclarında saflaşır, büllurlaşırdı. Məlum olduğu kimi, cahiliyyə ərəbləri bəşər mədəniyyətindən çox az bəhrələnmişdilər, bəzi qəbilələr isə başqa millətlərin mədəniyyətindən ümumiyyətlə tam xəbərsiz idilər. Onlar İslamı qəbul etdikdən sonra bir müddət köhnə adət-ənənələrinə əməl edirdilər. Ərəb qəbilələrinin bir çoxu hələ də əxlaq qaydalarını, ictimai əlaqələrini düzgün şəkildə yerinə yetirmirdilər. Bə səbəbdən də onlar İslamın əzəmətli Peyğəmbərinə (s) bədəvilərə və cahiliyyə dövrünə məxsus adlarla müraciət edirdilər. Bu müraciətlər içərisində bəzi hallarda həqarətlə səslənənləri də var idi.
    Nəhayət, Allah tərəfindən bu şərif ayə nazil oldu: - "Allahın Rəsulunu bəzilərinizin bəzi kəsləri çağırdığı kimi çağırmayın.”
    Fatimeyi-Zəhra (ə) deyir: "Bundan sonra mən daha atama "əb” (ata) sözü ilə müraciət etmirdim və əvəzində başqaları kimi mən də o həzrəti "Rəsulullah” deyə çağırırdım. Bir neçə dəfə atamı bu ləqəblə çağırdıqda o həzrət cavab vermədi. Sonra buyurdu: "Fatimə can, bu ayə sənin və övladların üçün nazil olmamışdır. Sən məndənsən və mən də səndənəm, bu ayə Qüreyşin təkəbbürlü şəxsləri üçün nazil olmuşdur. Sən mənə həmin "ata” sözünü de, çünki bu söz mənim ürəyimə çox yatır, məni fərəhli və şad edir. Allahı da razı salır.”(Nümunəvi xanım, s. 156)
    Bəli, bu Fatimənin (ə) ədəb və nəzakətinə aid bir nümunədir. Bu nümunə göstərir ki, o həzrət hətta mehriban atasının, ən yaxın adamının qarşısında belə qayda-qanunu gözləyir və ona qarşı etinasızlıq göstərmirdi.
    4. Allah yolunda hicrət (köçmə)
    Fatimeyi-Zəhra (ə) hələ azyaşlı ikən Məkkədən Mədinəyə köçmək qərarına gəldi. Yuxarıda qeyd olunduğu kimi, o həzrət başqa Fatimələrlə birgə Əlinin (ə) başçılıq etdiyi kiçik və müqəddəs bir karvanla onlarça təhlükə ilə üz-üzə gələrək bu iki şəhər arasındakı məsafəni qət etdi. Xatırladaq ki, pakların pakı Zəhra (ə) Peyğəmbərin (s) nəslindən ilk müqəddəs qadındır ki, Allah yolunda bu mühacirətə razılıq verdi. Fatimə (ə) yaşının azlığına baxmayaraq Allahın bəxş etdiyi ağıl və fərasəti ilə dini inam və etiqadlarını qorumaq və böyük atasının çatdırdığı İlahi ayinlərə əməl etmək xatirinə doğulduğu vətəndən əl çəkdi. Bəli, o yaşca kiçik, lakin qəlbi dənizlər qədər böyük, fikirləri okeanlar qədər dərin olan qız öz yurd-yuvasından, dost-tanışından, ailəsindən və onun üçün ən doğma, ən sevimli olan bütün şeylərdən əl çəkərək ən ali, ən böyük məqsədi yolunda Mədinəyə köçdü. Köçdü ki, iman və etiqadını, inam və ayinini sağlam bir şəkildə, əmin-amanlıqla və düşmən təhlükəsindən uzaq bir yerdə qoruyub saxlaya bilsin. Beləliklə, Peyğəmbərin (s) mühacirətindən bir neçə gün sonra Fatimə (ə) də yuxarıda qeyd olunduğu kimi, Mədinəyə yola düşərək mehriban atasına qovuşdu və İslam tarixində ən böyük bir hadisə olan hicrət tarixi səhifəsinə də böyük atasının (s), Əlinin (ə) və başqa məşhur mühacirət edənlərin adları ilə yanaşı öz adını da əbədilik həkk etdi.
    5. Kamal və fəzilətlərin başlıca mənşəyi
    Fatimənin (ə) bütün həyatı misilsiz kamal və fəzilətlərdən, bənzərsiz üstünlük və səciyyəvi xüsusiyyətlərdən xəbər verir. O həzrətə məxsus bu keyfiyyətləri dünya tarixində nəinki heç bir qadında, hətta pak peyğəmbərlik məqamından və müqəddəs imamlıq nəslindən başqa heç bir kişidə belə tapmaq mümkün deyil.
    Bütün bu kamal və fəzilətlər haradan başlayır, öz mənşəyini haradan götürür?
    Məlum olduğu kimi, müasir elm valideynin bəzi xüsusiyyətlərinin irsən övladlarına keçməsini sübut edir. Bununla belə Fatimənin (ə) həyatında daha mühüm bir məsələ vardır: O həzrətin ilk tərbiyəçisi, ilk böyük müəllimi – ulu Peyğəmbər (s) gözünün işığını, qəlbinin meyvəsini, dünya xanımlarının xanımını lap körpəlikdən kamal və fəzilətlərin əsl kökü, mənşəyi ilə tanış etmiş və onun canını – qəlbinin təşnəliyini Quranın zülal kimi həyat bəxş edən suyu ilə doyurmuşdu. Bəli, İslamın ilk böyük Peyğəmbəri (s) əziz qızını həmişə Quranın sahilsiz okeanına, Onun ayələrinin mənalı və tərbiyəedici dərinliyinə baş vurmağa çağırır və bu səma Kitabındakı incə mətləbləri, rəmzləri açıqlayırdı. Yalnız ulu Peyğəmbər (s) həmin mətləbləri öyrənmək səadətini qazanmışdı. Peyğəmbər (s) istəyirdi ki, qızının canını Quranın ətirli nəfəsilə təravətli etsin. O həzrət (s) mübarək ömrünün son anlarında da bu tövsiyəsini təkidlə əziz qızına buyururdu.
    Tarixçilər yazırlar ki, Allahın Rəsulu (ə) bu dünyadan köçərkən Fatimə (ə) atasının başı üstündə duraraq yaşlı gözlərilə o İlahi simaya baxır və dərd-qəmin şiddətindən bu şeri zümzümə edirdi:
    Ağ bənizli o kişinin parlaq simasının bərəkətindən
    Yetimlərin və dul qadınların fəryadına yetmək üçün buluddan su istəyirlər.
    İndi həmin o şəxs aramızdan gedir...
    Birdən kəramətli Peyğəmbər (s) gözünü açdı və Zəhraya (ə) müraciətə dedi: "Qızım, bu şer əmin Əbu Talibindir, mənim mədhimə qoşmuşdur onu. Qızım şer oxuma, Quran oxu.”
    Peyğəmbər (s) bu mübarək kəlamı ilə öz qızının gələcək nəsillərin qızlarının hafizəsinə həkk etdirdi ki, onların əsl səadət və xoşbəxtliyi şer və nəğmələrdə yox (hətta İslam peyğəmbərinin (s) mədhinə, tərifinə aid olsa belə), Quranda və İlahi kəlamlarındadır. Bəli, şairlərin şer və nəğmələri yox, Quran bəşərin ruhi və fikri qidasını təmin edə bilər. Şer və nəğmələr ən yüksək səviyyədə və ən düzgün, ən layiqli şəxslərin qələmindən çıxmış olsa belə, əgər öz mayasını Qurani-Məciddən götürməmiş olsa, İslamın və hörmətli Peyğəmbərin (s) fikrincə, oxunmağa layiq deyillər.
    Bəli, Fatimə belə nəsihət və moizələri çox dinləmiş, alicənab atasından həyat dərsi almış, Qurani-Məcidin mənşəyini yaxşıca dərk etmiş və bu İlahi kitabındakı fəzilətləri, sonsuz əxlaqi-mənəvi dəyərləri incəliyinə qədər anlamışdı.
    Bütün bunlara onu da əlavə etmək lazımdır ki, Fatimənin (ə) atasına olan əlaqəsi bir qızın atasına bəslədiyi hisslərdən qat-qat güclü və alovlu idi. O, atasını dərin bir məhəbbətlə sevirdi. Lakin bu qız da atası kimi adi deyildi. O, Peyğəmbərin (s) özünün buyurduğu kimi, "atasının anası” idi. Atası qürbətdə və tənha olarkən onun əzablarına təsəlli bəxş edəni, qəmli-kədərli anlarında qəmçəkəni, müharibədə-cihadda döyüş və səngər yoldaşı, Şibi-Əbu Talibdə mühasirədə olarkən daima hüzurunda duranı, o həzrətin qəlbinin, həyatının şirin meyvəsi, sonbeşiyi, ömrünün tənha çırağı, Əlinin (ə) ömür-gün yoldaşı, o böyük din rəhbərlərinin – Peyğəmbərin (s) nəvələrinin anası idi. Bəli, bütün bu keyfiyyətlər, misilsiz imtiyazlar bəşəriyyət tarixində yalnız bir qadına məxsusdur. O böyük və müqəddəs xatuna, bənzərsiz və mübarək xanıma – Fatiməyə (ə) məxsusdur.
    6. Fatimə (ə) bir evdar qadın kimi
    Fatimeyi-Zəhra (ə) Məhəmməd (s) məktəbinin yetirməsi idi. Təlim-tərbiyəsini ilahi vəhyinin sinifində başlamışdı. İnsan tərbiyə edən bu mədrəsəni bitirdiyi üçün o həzrətin bütün sözü, işi, fikirləri yaradıcı və qurucudur. İlahi və mənəvidir. Məhz buna görə də o həzrətin davranış və əməl qaydaları İslam dünyasının bütün qızları, qadınları üçün nümunə olmalıdır. İndi isə Fatimənin (ə) mənzildə və evdarlıq işlərində rəftarına, özünü ev sahibəsi kimi necə aparmasına, ər üçün həyat yoldaşlığı, övladlar üçün isə analıq vəzifələrini necə yerinə yetirməsinə nəzər salaq.
    Fatimə (ə) hər şeydən əvvəl nümunəvi bir evdar qadın, canıyanan və mehriban, düşüncəli və dərrakəli, bir ev sahibəsi idi. O, hər kəsdən daha yaxşı dərk edirdi ki, cəmiyyətin bünövrəsi, dayaq nöqtəsi evdə qurulur. Cəmiyyətdəki vicdanlı və sağlam cavanlar da, naxələf və pozğun övladlar da evdə tərbiyə alırlar. Buna görə də ev mühitini məhəbbət və təmizlik, düzgün tərbiyə və saf əxlaq mühitinə çevirmək üçün var qüvvəsilə çalışırdı.
    Fatimənin (ə) özü uşaqlıq illərini peyğəmbərlik ocağında, İslam dünyasının və bəşəriyyətin ilk ali şəxsiyyətinin yanında keçirdi. İlk tərbiyəsini vəhy və ilham ocağında, o İlahi məktəbin fəzilət və mənəviyyat beşiyində aldı, ən ali və bəşəri dəyərlərə burada yiyələndi. Elə buna görə də o, hər kəsdən daha yaxşı bilirdi ki, övladın tərbiyəsində evin, ailənin rolu nə dərəcədə böyük və mühümdür. Bundan əlavə o, həyatının inkişaf və yaradıcı dövrünü imamlıq və vəlilik ocağında keçirdi. Bu da öz-özlüyündə onun həmin ocaqda pak və layiqli övladlar tərbiyə etməsinə səbəb oldu. Fatimənin (ə) boya-başa çatdırdığı övladları vəlilik bayrağını başları üstündə qaldırıb, bütün bəşəriyyət üçün imamlıq çırağını alovlandırdılar.
    O həzrətin evdarlıq işlərində rəftarı, alicənab ərinə və övladlarına olan münasibəti Allaha ibadətindən, bilikli və qüdrətli Yaradana olan mənəvi bağlılığından, İslam yoluna – iş, mübarizə və inqilab yoluna olan sədaqətindən irəli gəlirdi. Belə ki, yerinə yetirdiyi hər bir işdə, atdığı hər bir addımda birinci növbədə Allahı düşünür və çalışırdı ki, şəxsi həyatındakı, ailəsindəki hər bir işi, əməli ictimai həyatındakı kimi İslam və Quran yolu ilə başa gəlsin. Əri ilə İslamın qoyduğu qayda-qanunla rəftar etməyə, övladlarına Quranın buyurduğu qaydada tərbiyə verməyə çalışırdı.
    Bu məsələlərə xüsusi diqqət yetirmiş İslam tarixçiləri o həzrət haqqında yazmışlar: "Tuluqda o qədər su daşıdı ki, sinəsində yeri qaldı və ziyanı dəydi. Əl dəyirmanında o qədər buğda üyütdü ki, biləyi düyün bağladı və əllərinin içi qabardı. Evi o qədər süpürdü ki, onun təmizliyi üçün o qədər çalışdı ki, paltarlarının rəngi toz rənginə döndü. Qazan altına o qədər odun yandırdı ki, hisdən-tüstüdən paltarlarının rəngi qaraldı.”(Ustad Məhəmməd Cavad Müğənniyə, "Əş-şiə fil-mizan”, s. 213)
    Onun da ulu atası kimi dünya malında, maddi nemətlərdə zərrəcə gözü yox idi. Əlinə nə düşürdüsə, onun dəyərinə əsla fikir vermədən Allah yolunda xərcləyirdi. Dünya malına bağlılıqdan asudə olduqda isə pak və təmiz halda Allaha ibadətə başlar və hər dərdə çarə qılan, hər şeyin səbəbkarı olan Yaradanına dua və şükürlər edərdi.
    Dünyəvi nemətlərə əlaqəsini nə qədər çox kəsirdisə, əzəli və əbədi Pərvərdigara olan bağlılığını bir o qədər möhkəmlədirdi. Əziz oğlu imam Həsən Müctəba (ə) anasının pak və ürəkdən gələn ibadətləri haqqında belə yazır: "Cümə gecələrində görərdim ki, anam ibadət mehrabında durub Allaha dua və şükürlər edir, öz bəndəlik vəzifələrini yerinə yetirir. Görərdim ki, bütün gecəni sabahadək rüku və səcdə vəziyyətində namaz qılır. Allaha dua və şükürlər edirdi. Sübh çağı da eşidirdim ki, daima mömin kişi və qadınlar, qonşular və tanışlar üçün xeyir duası edir, başqalarının adlarını çəkir və əsla öz adını dilinə gətirmir. Bir gün dedim: "Ana, niyə özümüz üçün dua etmirsən? Elə hey başqaları üçün dua edirsən?” Cavabında buyurdu: "Oğlum, əvvəl qonşu, sonra evin içi.”(Biharul-ənvar, 43-cü cild, s. 281)
    Bəli, Fatimənin (ə) duası belə idi. Fatimə (ə) duası belə də olmalı idi, yoxsa Allaha ibadət də yalnız özünü istəməyə çevrilmiş olardı.
    Category: Siddiqeyi-Tahirə (ə) 1 | Views: 980 | Added by: Islam_Kitabxanasi | Rating: 3.0/2
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024