İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 13 » Şəhadət yatağında Mövlanın (ə) öyüdü
    5:31 AM
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü
    BİRİNCİ MƏCLİS:
    DÜNYADAN QURTULUŞ
    «(Lənətə gəlmiş İbn Mülcəm həzrət Əlini (ə) qılınc zərbəsi ilə vurduğu vaxt Əmirəl mömininin (ə) övladları imam Həsən (ə) və imam Hüseynə (ə) vəsiyyətlərindən)» «Rəhman və Rəhim Allahın adı ilə. Sizə Allah qarşısında təqvalı olmağı tapşırıram. Dünya sizin ardınızca qaçsa da, onun ardınca getməyin. Dünyaya aid bir şey sizlərdən alınsa qəmlənməyin. Həqiqəti söyləyin. (Axirətə aid) mükafat üçün səy göstərin. Sitəmkara düşmən, sitəmə düçar olmuşa yardımçı olun.»
    HƏYATA KEÇMİŞ ARZU
    Mövla Əmirəl-mömininin yaralandığı, yatağa düşdüyü şərafətli ömrünün son saatlarında yanında ola bilsəydik, qəlbimizdən nə keçərdi? Şübhəsiz, həzrəti sevdiyimizdən ilk addımda arzulayardıq ki, ey kaş dəyərsiz canımız həzrətə fəda olsun, onun əvəzinə bizim qanımız axsın, həzrətin şərafətli ömrü davam etsin! Bəs onun şəhadətə yetişməsinin qaçılmaz bir təqdir olduğunu, ömründən cəmi bir-iki gün və bir neçə saat qaldığını anlasaydıq nə arzulayardıq? Olsun ki, ən böyük arzumuz həmin fürsətdən faydalanıb həzrətin bir neçə kalamını eşitmək olardı. Bəli, biz həmin dəhşətli səhnədə iştirak edə bilməmişiksə də, həzrətin yanında olanların zəhmətləri sayəsində bizim üçün arzuladığımız fürsət yaradılıb.
    Tarixdə qeyd olunduğu kimi, həzrət zəhərli qılıncla vurulduqdan sonra iki günədək yataqda qaldı. Həmin iki gündə dostlar, yaxınlar, övladlar, qohumlar həzrətin ətrafında idilər. Onların əksəri sual vermək istəyirdi, amma həzrətin fiziki durumu nəzərə alındığından görüşlər qısa çəkir, sual-cavablar müxtəsər olurdu. Hər halda həmin fürsətlərdən birində yaxınları, övladları, qohumları yanında olarkən həzrət bir sıra vəsiyyətlərini buyurdu. O öz vəsiyyətində dedi: «Bu yazımın çatacağı hər kəsə…» Uyğun sözlərdən anlaşılır ki, bu vəsiyyət istənilən bir yolla gələcək nəsillərə çatasıdır. Sual yaranır ki, əgər biz həmin vaxt həzrətin yanında olsaydıq imam Həsəndən və imam Hüseyndən əzizmi olasıydıq?! Ola bilərdimi ki, həzrət Əli (ə) hətta imam Həsən və imam Hüseynə demədiklərini bizə söyləsin?! Yəni kimdə imam Həsən və imam Hüseyndən uca məqam var ki, həzrət bu iki imama demədiyini həmin şəxslərə söyləsin?! Şübhəsiz, uyğun məqamda Əmirəl-möminin (ə) ən mühüm məsələləri və nəsihətləri övladlarına bəyan etdi. Amma Allah məsum imamları alicənab xəlq etdiyindən onlar bu vəsiyyəti bütün bəşəriyyətə təqdim etdilər.
    İndi uyğun vəsiyyətin həyata keçdiyi məqamı nəzərdən keçirək: Əmirəl-möminin (ə) şəhadət yatağındadır. Zəifliyin şiddətindən arabir özündən gedir, sonra yenidən ayılır, gözlərini açır. İmam Həsən (ə), imam Hüseyn (ə), digər övladları və yaxınları həzrətin ətrafında cəmləşmişlər.
    Həzrət ağzını açır və son vəsiyyətlərini buyurur. Şərait olduqca həssasdır. İzaha ehtiyac yoxdur. Aydın məsələdir ki, həzrətin buyuruqları olduqca mühüm və dəyərlidir.
    Şübhəsiz, arzularımızdan biri bu olardı ki, Əmirəl-mömininin (ə) şəhadət yatağında, son saatlarda, ömrünün son anlarında nəzərdə tutduğu məsələlər nədən ibarətdir? İndi bu «ey kaş» həqiqətə çevrilib və həzrətin buyuruqları ixtiyarımızdadır. Biz bu vəsiyyətlərin qədrini bilməli, onun hər kəlməsi haqqında yetərincə düşünməliyik. Əhli-beytin buyuruqları heç bir bəşər sözü ilə müqayisə olunası deyil. Uyğun buyuruqlarda saysız-hesabsız ibrətamiz nöqtələr var. Biz uyğun vəsiyyətin əsrarəngiz nöqtələrini anlamağa çalışmalı, onu başqalarının dəyərli kəlamlarından səmərəsiz saymamalıyıq. Hər halda bu kiçik müqəddimədən sonra uyğun vəsiyyətin və onun şərhinin bəyanına başlayırıq.
    DÜNYAPƏRƏSTLİKDƏN PƏHRİZ
    Əmirəl-möminin (ə) öz vəsiyyətinə təqvaya dəvətlə başlayır: «Sizi Allah qarşısında təqvaya çağırıram.»Təqva çağırışı İslamın mühüm göstərişlərindəndir. Allah-təalanın, peyğəmbər və məsum imamların tövsiyələrində təqva çağırışı öndə dayanır. Bu mövzuda həm böyük alimlər qədərincə danışmış, həm də bundan öncəki söhbətlərimizdə ona yer verilmişdir. Buna görə də uyğun cümlənin şərhi ilə kifayətlənirik. Növbəti cümlədə həzrət buyurur: «Dünya ardınızca qaçsa da onun ardınca getməyin.» Maraqlıdır! Həzrət vəsiyyətinin əvvəlində öncə imam Həsən və imam Hüseynə müraciət edir, daha sonra bütün övladlarına, yaxınlarına və bu vəsiyyəti oxumaq imkanına malik olacaq insanlara üz tutur. İmam Həsən və imam Hüseynə aid hissədə Əmirəl-möminin (ə) övladlarına müraciət edərək buyurur ki, əziz övladlarım, gözlərimin nuru, dünyanın ardınca getməyin, dünya sizin sorağınızca gəlsə də onu izləməyin!
    Vəziyyəti təsəvvür etsək kimlərin bu məqamda işlənməsi maraqlı görünər. Həzrətin ömrünün son saatlarıdır və o son vəsiyyətlərini bəyan edir. Həzrət təqva çağırışının ardınca dərhal iki məsum imamı, həzrət Peyğəmbərin (s) «cənnət cavanlarının ağası» adlandırdığı məsumları dünyadan çəkinməyə çağırır. Heç şübhəsiz ki, bu sözlər bütün bəşəriyyətə ünvanlanmışdır. Axı imam Həsən (ə) və imam Hüseyn (ə) iki məsum şəxsdir, hətta böyük şiə alimlərinin əqidəsincə, onların zərrəcə büdrəməsi də mümkünsüzdür. Bəzi alimlər düşünürlər ki, əgər bəzi böyük peyğəmbərlər hansısa yaxşı işi tərk etmişlərsə («tərki-ovla»), məsum imamlar belə etməmişlər. Əmirəl-möminin (ə) imam Həsən (ə) və imam Hüseyni (ə) dünya ardınca getməməyə çağırır! Əslində belə bir müraciət bizim kimi adi insanları qəflət yuuxusundan oyatmaq üçündür. Düşünməliyik ki, imam Həsən (ə) və imam Hüseynin (ə) nəzərdən qaçırmamalı olduğu bir məsələyə biz necə yanaşmalıyıq!
    Doğrudan da, bu məsələ olduqca mühüm və həyatidir. Əmirəl-mömininin (ə) öz vəsiyyətinə bu tövsiyə ilə başlamasının yeri var. Məgər bu dünyada büdrəyənlər, süquta uğrayanlar, yolunu azanlar dünyaya aldanmadılarmı?! Ən böyük günahları, dünyanın ən çirkin və ən cinayətkar insanlarını bir anlıq nəzərinizdə canlandırın. Onları bu cinayətlərə sövq edən nə oldu? Əlbəttə ki, dünya məhəbbəti!
    Dünya məhəbbəti və onun məzəmməti ilə bağlı çox danışılıb. Amma gənc nəslin diqqətini bu mühüm məsələyə yönəltmək üçün bu barədə müəyyən qədər izahat vermək yerinə düşər.
    DÜNYA MƏZƏMMƏT OLUNUR, YOXSA MƏDH?
    Dünya haqqında danışan ayə və rəvayətləri nəzərdən keçirdikdə müəyyən suallar yaranır: Bütün bu məzəmmətlərdə məqsəd nədir? Adını dünya qoyduğumuz bu aləm yerdən göyədək zatən xəbis, şər və çirkindirmi? Bu aləmdəki bütün mövcudlar zatən pisdirmi? Əgər doğrudan da belədirsə, nə üçün Allah-təala bütün bu mövcudları yaradıb? Digər bir tərəfdən, dünyanı zatən pis saysaq bu münasibət peyğəmbər əhli-beytinin müəyyən buyuruqları ilə uyğun gəlməz. Aşağıdakı mövzuda azca bir-birindən fərqlənən xeyli rəvayətlər var: «Dünyaya pis deməyin, onu məzəmmət etməyin; deməyin ki, lənət olsun bu dünyaya, dünya Allahın lənətinə gəlsin?! Dünya onu lənətləyənin cavabında deyər: Bizlərdən kim Allaha qarşı daha çox günah edibsə, o da Allahın lənətinə gəlsin! Dünya onu lənətləyənə xitabən deyər: Allaha qarşı mən çox günah etmişəm, yoxsa sən? Bəli, dünyanın günahı yoxdur. Göylər və yer Allaha tabedir: «(Göy) və yerə buyurdu: «İstər-istəməz gəlin! Onlar dedilər: Təslim olaraq gəldik.»("Fussilət", 11.) Göy və yer dünya nizamı əsasında (təkvini olaraq) Allaha tabedir. Varlıq aləmində nə varsa, Allaha təsbih deyir və ona ibadət halındadır:«Yeddi göy, yer və onlarda olanlar Allaha təsbih deyir. Ona sitayiş edib təsbih deməyən bir şey yoxdur.»("İsra", 44.) Başqa bir ayədə oxuyuruq: «Göylərdə və yerdə olanların hamılıqla Allaha təsbih dediyini görmədinmi? Quşlar səmada qanad açmış halda (təsbih deyir) hər biri öz sitayiş və duasını bilir.»("Nur", 41.) Allaha qarşı azğınlıq edib üsyan qaldıran göy və yer deyil. Dünyanı lənətləyən insan özü bu lənətə daha çox layiqdir. Əslində o dünyaya yox, özü özünə lənət oxuyur.
    Ümumiyyətlə dünya haqqında iki qrup rəvayətlər var: Bir qrup rəvayətlərdə ümumi şəkildə dünya məzəmmət olunur, digər qrup rəvayətlərdə tamamiilə əks mövqe tutulub. Amma elə rəvayətlər də var ki, başqa məzmun daşıyır. Məsələn: «Dünya lənətlənmişdir. Onda nə varsa lənətə gəlmişdir. Yalnız Allahın razılığına vasitə olanlar istisnadır! Allah üçün dünyadan pisi yoxdur. Allah onu yaratdı, insanların ixtiyarına verdi. Ona nəzər salmayıb və Qiyamət qopanadək nəzər salmaz.»("Biharul-ənvar", c.77, s.82, rəvayət 3, bab 4.)
    Bu qəbildən olan rəvayətlərdə dünya zatən lənətlənmiş və pis sayılır. Məlum olur ki, Allahın dünyaya heç bir diqqəti yoxdur. Amma başqa bir qrup rəvayətlərdə göstəriş verilir ki, dünya lənətlənməsin. Hətta bundan da üstün mövqe tutulur: «Dünyaya pis deməyin, dünya möminin süvar olub xeyirə çatması üçün yaxşı minikdir. Mömin onun vasitəsi ilə şərdən qurtular.»("Biharul-ənvar", c.77, s.180, rəvayət 10, bab 7.)
    Bu qəbil rəvayətlərə əsasən dünya nəinki pis deyil, hətta insan dünya vasitəsi ilə xeyirə çata bilər. Nəql olunur ki, həzrət Peyğəmbərdən (s) «Nəhl» surəsinin 30-cu ayəsi haqqında soruşulduqda həzrət buyurdu ki, nəzərdə tutulan təqvalıların təqva əldə etdiyi dünyadır. "Nəhcül-bəlağə"də nəql olunur ki, bir şəxs Əmirəl-mömininin (ə) yanında dünyanı məzəmmət etdi. Həzrət buyurdu ki, nə üçün dünyanı məzəmmət edirsən, dünya Allah övliyalarının ticarət məhəllidir. («Dünya Allah dostlarının ticarət məhəllidir, onlar dünyada Allahın rəhmətini qazanır, behiştdən bəhrələnirlər.»)("Nəhcül-bəlağə", qısa kəlamlar 126.)
    Şübhəsiz ki, ticarət olmasa fayda da olmaz və ticarət üçün dünyadan başqa bir yer yoxdur. Həzrət Əli (ə) uyğun mövzuda buyurur: «Axirət dünya vasitəsi ilə əldə olunur.»("Nəhcül-bəlağə", xütbə 156.)
    Dünya vasitəsi ilə axirəti əldə etəmək olar. İnsan dünyada Allaha ibadət, itaət etməsə behiştə çata bilməz. Axirət istəyən insan elə bu dünyada onu əldə etməlidir. Axirəti qazanmaq üçün dünyadan başqa yer yoxdur. İnsan öz əkinəcəyini bu dünyada salmalıdır ki, axirətdə ondan məhsul götürə bilsin. Necə ki, buyurulur: «Dünya axirət əkinəcəyidir.»
    Qurani-kərimdə buyurulur: «Ey iman gətirənlər, sizə sizi ağrılı əzabdan qurtaracaq bir ticarət göstərimmi?»("Səff", 10.)Bəs Quranın nəzərdə tutduğu ticarət hansı ticarətdir? Axı ölümdən, dünyanı tərk etdikdən sonra ticarətə yer qalmır. Həzrət buyurur: «Bu gün əməl günüdür və hesab yoxdur. Sabah hesab günüdür, əməl vaxtı ötüb.»("Biharul-ənvar", c.32, s.354, rəvayət 337, bab 10.)
    Category: Şəhadət yatağında Mövlanın (ə) öyüdü | Views: 1085 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024