İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 3
Qonaqlar 3
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 13 » Şəhadət yatağında Mövlanın (ə) öyüdü
    5:28 AM
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü
    MÜSTƏQİL BAXIŞ
    Sual yaranır ki, bu iki qrup rəvayətlərdən hansı ümumi qənaətə gəlmək olar? Fiqhi yolla gedib deyə bilərik ki, hansı rəvayətlərin mənbəsi mötəbərdirsə həmin rəvayətləri də əsas götürək. Yaxud, ümumiyyətlə bu seçimin ağlımızın fövqündə olduğunu düşünə bilərik. İcazə verin bu barədə mütəxəssislər danışsın!
    Amma ən düzgün yol rəvayətlərdə də işarə olunmuş ümumi qənaətdir. "Nəhcül-bəlağə"də dünyanın vəsfində buyurulur: «Ona baxana göz verdi, ona baxanı kor etdi.»("Nəhcül-bəlağə", xütbə 81.) Yəni dünya ikibaşlı bıçaq kimidir. Onun xeyirli və ya zərərli olması hansı tərəfindən istifadə olunmasındadır. Yəni əsas məsələ insanın dünyaya hansı prizmadan baxmasıdır. Biz dünyaya bir növ məktəbli baxışla da baxa bilərik. Amma bəzən baxışımız dolayı olur. Yəni dünyaya məqsədə çatmaq üçün vasitə kimi baxılır. Yəni eynək almaq bir işdir, ondan istifadə başqa bir iş. Eynək aldığımız zaman adətən onun zahiri görüntüsünü əsas götürürük. Amma ondan istifadə zamanı zahiri görüntünün heç bir faydası yoxdur. Zəif gördüyü üçün daim eynək taxanlar çox vaxt gözlərindəki eynəyi unudurlar. Hətta eynək gözlərində olduğu halda ətrafda eynəklərini gəzirlər!
    Dünya ilə bağlı da uyğun iki baxışdan istifadə etmək olar. Əmirəl-möminin (ə) bu iki baxışı dolayı və müstəqil baxışlar kimi təqdim edir. Bəli, insan bəzən dünyanı məqsəd seçir. Dünyaya bu sayaq baxışın sonu korluqdur. Əlbəttə ki, daxili korluq nəzərdə tutulur. Amma dünya vasitə seçildikdə onun vasitəsi ilə başqa məfhumları da dərk etmək mümkün olur. Bu halda dünya insanın gözünü açır.
    Dünya ev-eşik, həyat, ailə-övlad, qidalar, geyimlər, nəqliyyatlar, bər-bəzək əşyaları, bağ-baxça, var-dövlət, məqamdan ibarətdir. Bəli, dünya dedikdə bu sadalananlar nəzərimizdən ötüb keçir. Amma bütün bunlara iki prizmadan baxmaq olar:
    Bəzən biz dünyaya heyran olur, gecə-gündüz dünya matahları haqqında düşünürük. Belə məqamda düşüncəmizdə ev-eşikdən, nəqliyyatdan, yaşayış vasitələrindən savayı bir şey canlanmır. Dünyaya bu sayaq baxış zərərli və qeyri-məqbul baxışdır. Əmirəl-möminin (ə) buyurur ki, dünyaya bu sayaq baxış insanı kor edir. Təəssüf ki, çoxları dünyaya məhz bu sayaq baxır. Dünya nemətlərinə çatmaq bəzilərinin son arzusudur. Amma dünyaya başqa prizmadan da baxmaq olar. Bəzilərinin dünyaya baxışı əksəriyyətin baxışından fərqlənir. Onlar da dünyanın gözəlliklərini seyr edirlər. Amma baxışları bu gözəlliklərə dikilib qalmır. Onlar bu gözəlliklər arxasında digər bir cazibə sorağındadırlar:
    Kimi sərin sudan bihuş olurkən
    Kimisi zövq alır qaynar çeşmədən.
    Məqsədi daha da aydınlaşdırmaq üçün mərhum Qomşeinin bir xatirəsini yada salaq: Bir vaxt mən höccətiyyə mədrəsəsində təhsil alırdım. Mərhum Qomşeinin övladlarından biri də həmin mədrəsədə oxuyurdu. Mərhum imamın böyük oğlu Mustafa da onunla bir sinifdə oxuyurdu. Bəzən mərhum Qomşei öz övladını görmək üçün mədrəsəyə gəlirdi. Mədrəsədə olduqları vaxt arabir baxçadakı gül-çiçəklərin seyrinə çıxırdı. Bəzən bir saat ardıcıl gülləri seyr edirdi. Əslində o güllərə baxmırdı. Yaxınlaşdıqda görürdün ki, gözlərindən aram-aram yaş süzülür. Bu şəxs əslində gülləri yox, Allahı görürdü. Onu ağladan güllər yox, onların Rəbbi idi. Bu əlvan gül-çiçəklər onun üçün Allahın əzəmət cilvəsindən savayı bir şey deyildi. O bütün bu gözəllikləri yaradan haqqında düşünürdü!
    Bəli, mənim kimilərin baxışı ilahi qomşeilərin baxışı ilə fərqlidir. Onlar təkcə gül-çiçəyə yox, dünyada nə varsa hər birinə bəsirət gözü ilə baxırlar. Məsələn, biz qidalandığımız vaxt qidanın dadı-tamı, yumşaqlığı, yağlılığı, ətirliliyi barədə düşünürük. Bəzən ləzzətinə görə zərərli xörəklərdən də imtina etmirik. Bu onu göstərir ki, ləzzət bizim üçün nə qədər önəmlidir. Amma Qomşei kimi ariflər üçün qida sadəcə bir vasitədir. Onlar qidalanırlar ki, ibadət, təhsil, xalqa xidmət üçün gücləri olsun. Buna görə də onları qəbul etdikləri qidanın dadı yox, enerjisi maraqlandırır. İnsan həm ləzzət almaq, həm də enerji əldə etmək məqsədi ilə qidalana bilər. Amma ən əsası insani və ilahi fəaliyyətlər üçün güc əldə etməkdir.
    Rəvayətlərdən məlum olur ki, dünya özü özlüyündə pis deyil. Torpağı, gül-çiçəyi, ayı-günəşi lənətləməyə dəyməz. Lənətlənəsi bizim dünya ilə rəftarımızdır. Əgər insan haqqa itaət yolunda dünya nemətlərindən düzgün faydalanarsa, dünya Allaha yaxınlıq və xoşbəxtliyə çatmaq üçün bir vasitə olar. Amma dünya məqsədə çevrildikdə, insan dünyaya vasitə kimi baxmadıqda dünyanı məzəmmət etməyə dəyər. Əlbəttə ki, bu məzəmmətin də dərəcələri var. Bəzən insanın dünyaya müstəqil baxışı onun dünya ləzzətlərini axirətdən üstün tutması ilə nəticələnir. Bu çox təhlükəli haldır. Bəzən isə insan dünya nemətlərinə xatir hansısa savabları əldən verir. Bu isə bir pillə aşağıdır. Əlbəttə ki, bu hal da məzəmmət olunasıdır. Bəzən də insan dünya nemətlərinə xatir axirət əzabını, cəhənnəmi satın alır. Ən təhlükəli, ən çox məzəmmət olunan da elə bu haldır. Bu halda insan halalla haram arasında seçim aparıb harama üstünlük verir. Qurani-kərim uyğun halı məzəmmət edir və xəbərdarlıq dilində buyurur: «Vay olsun kafirlərə ağır əzaba görə. Onlar ki, dünya həyatını axirətdən üstün tutarlar.»("İbrahim", 2, 3.)
    Bəli, bizim «vay olsun filankəsə» sözümüzü bəzən Quran da müəyyən insanlara münasibətdə işlədir. Əgər Quran biri haqqında «vay olsun ona» deyirsə, həqiqətən də vəziyyət ciddidir. Sonra ağır əzab intizarında olanlar haqqında buyurulur: «O kəslər ki, dünya həyatını axirətdən üstün tutarlar.» Onların bu əzaba düçar olmasının səbəbi axirətə əhəmiyyət verməmələridir. Onlar dünya faydası ilə axirət faydası yanaşı olduqda dərhal dünya faydasına əl atırlar. Küfrün də mənşəyi elə bu ruhiyyədir!
    Bəziləri məhz cəhalətdən, düzgün məlumatlandırılmadıqlarından (höccət tamamlanmadığından) küfrə üz tuturlar. Belələrinin işi bir qədər asandır. Amma küfr yolunu bilərəkdən seçənlər də var. Bu sayaq küfr «cuhudi» küfr adlanır. Bu küfrün də kökündə dünya məhəbbəti dayanır. Onlara elə gəlir ki, iman gətirsələr dünya ləzzətləri əllərindən çıxacaq. Ona görə də haqqı qəbul etməyib küfrə üstünlük verirlər. Belələrini küfrə vadar edən dünya və dünya ləzzətlərinə bağlılıqdır. Bu zümrənin başında Firon və fironçular dayanır. Quran həmin zümrə haqqında buyurur: «Qəlbləri ilahi ayələrə əmin olduğu halda zülm-sitəm, üstünlük səbəbindən haqqı inkar etdilər.»("Nəml", 14.) Axı nə üçün fironçular ilahi ayələri öz gözləri ilə gördükləri halda onu inkar etdilər? Axı onlar iman gətirsəydilər, malik olduqları imtiyazlar, ixtiyarlarındakı dünya ləzzətləri əllərindən çıxacaqdı. Firon görürdü ki, əgər Musa və onun Allahına iman gətirsə öz səltənətindən və tanrılıq iddiasından əl çəkəsi olacaq. Başqaları kimi sadə yaşamaq onun üçün dözülməz idi. Dünyaya bağlılıq, üstünlük istəyi, vəzifəpərəstlik Firon və fironçuların iman gətirməsinə mane olur, onları küfrə sürükləyirdi.
    Əgər insan dünyaya bir bu qədər bağlı olsa, dünya nemətlərinə xatir axirətdən üz çevirsə olduqca təhlükəli vəziyyətə düşər. Bu yolun sonu küfürdür. Amma unutmamalıyıq ki, bu yol davam etdikdə küfr aqibəti qaçılmazdır. Quranda əvvəlki ayəyə oxşar ayələr də var. Buyurulur: «Küfrə qoyun açanlar Allahın qəzəbinə gələr, onlar üçün böyük əzab var. Çünki onlar dünya həyatını axirət həyatından üstün tutdular.»("Nəhl", 106, 107.)
    Bu zümrədən olanların ilahi əzaba düçar olmasının səbəbi dünya həyatına üstünlük verib axirətdən üz döndərmələridir. Kərbəla hadisələrində adı hallanan Ömər Səd nə hala düşdü?! Bir zaman Əhli-beyt aşiqləri cərgəsində dayanmış bu insan Kərbəlada imam Hüseynlə (ə) üzbəüz gəlib onunla savaşa qalxdı, kəsilmiş başının üzərində ney çaldı! Bəli, Ömər Sədi bu günə qoyan yalnız dünya məhəbbəti idi. O dünya və axirət seçimində dünyaya üstünlük verdi və Allahın qəzəbinə gəldi. Ömər Sədə imam Hüseynin (ə) şəhadəti müqabilində Rey mülkünün hakimiyyəti vəd edilmişdi. O illər uzunu bu həsrətlə yaşadı. Gecə yuxularında Rey mülkünü görürdü. Hansı ki, bu insan behiştə, cəhənnəmə inanır, Allah qarşısında dayanacağını bilirdi. Bununla belə, dünya məhəbbəti üstün gəldi! Bunu da qeyd etmək yerinə düşər ki, Ömər Səd onun bəsirət gözünü kor etmiş Rey mülkünə də çata bilmədi!
    Qeyd etdiyimiz kimi, dünya məhəbbəti həmişə bu qədər təhlükəli olmur. Amma onun istənilən bir dərəcəsi məzəmmət edilir. Dünya məhəbbətinin elə bir dərəcəsi var ki, insan günaha yol vermir, amma fəzilətlərdən məhrum olur. Məsələn, rəvayətlərdə namazı ilkin vaxtında qılmaq tapşırılır. İnsan seçim qarşısında qalıb: Süfrədə ləziz təamlar və minarədən ucalan azan səsi! Hansına üstünlük vermək? Ləziz təamların ətri insanın huşunu başından alır və namaz təxirə düşür. Bu da dünya məhəbbətinin bir növüdür. Amma düşünməyək ki, belə bir məhəbbət nöqsan deyil. Mənəvi və insani kamilliklər sorağında olan insan ehtiyatını əldən verdikdə addım-addım dünyaya yaxınlaşır və Allah eləməmiş, küfrə gedib çıxır.
    MƏNƏVİ TƏKAMÜLDƏ MÖTƏDİLLİK - ORTA HƏDD
    Söhbət elə bir axar aldı ki, bir nöqtəni qeyd etmək lazım gəlir. Bəli, insanın dünyaya bağlılığı onu hətta müstəhəb (vacib yox, bəyənilmiş) işlərin yerinə yetirilməsindən ayırmamalıdır. Amma mənəvi təkamül prosesində, əxlaqi fəzilətlərin əldə olunmasında mötədillik, orta hədlilik prinsipini də unutmamalıyıq. Özünütərbiyənin, Allaha doğru hərəkətin (seyri-süluk), əxlaqi saflaşmanın ilk mərhələsində olanlar tədricən hərəkət etməli, orta həddi gözləməlidirlər. İti hərəkət edib nəfsini sıxıntıya salan insan nəfsin azğınlığı ilə rastlaşır. Bu vaxt onu cilovlamaq mümkünsüz olur və insan zərbə alır. Elə bu baxımdan tövsiyə olundu ki, insan özü üçün əxlaq ustadı seçsin. Əlbəttə ki, insan müəyyən mütaliələrin nəticəsində hansısa göstərişləri yerinə yetirmək qərarına gələ bilər. Məsələn, gecəni sübhədək və ya gecənin bir hissəsini oyaq qalar. Amma onun bu işi başqa bir sahədə zəifliyə səbəb olar. Məsələn, əsəblər zəifləşər, təhsildə gerilik yaranar, insan xəstəliyə düçar olar. Bu halda o həm dünya, həm də axirətdən məhrum olar. Əgər deyiriksə ki, dünya işləri hətta müstəhəb işlərə mane olmamalıdır, bunun öz yolu var. Bu işdə təcrübəli insanlarla məsləhətləşmək lazımdır. Şübhəsiz, uyğun addımları Əhli-beyt rəvayətləri əsasında atmaq lazımdır. İstənilən bir halda ifrat və təfritə yol vermək olmaz.
    Əlbəttə, dünyaya bağlılıq insanı, məsələn namazı ilkin vaxtda qılmaq kimi fəzilətdən məhrum etməməlidir. Namaz qılmaq bir məsələdir, onu yüksək bir səviyyədə yerinə yetirmək başqa bir məsələ. Quran namazın qılınmasına, onun hifz olunmasına, yüksək səviyyədə yerinə yetirilməsinə çağırır: «Namazları hifz edin (diqqətli olun).»("Bəqərə", 238.)Başqa bir ayədə oxuyuruq: «Möminlər namazlarını hifz edənlərdir.»(Mu`minun", 9.)Namazı qorumaq dedikdə onu həm də öz vaxtında qılmaq nəzərdə tutulur. Bu məsələyə rəvayətlərdə də toxunulur. O cümlədən, imam Riza (ə) buyurur: «Üzürsüz səbəbdən heç bir namazınızı təxirə salmayın.»("Biharul-ənvar", c.49, s.49, rəvayət 49, bab 3.)
    Əgər insan belə bir dəyərli əməli hansısa əhəmiyyətsiz işlərə görə yubadıb axır vaxtda yerinə yetirərsə, şübhəsiz bu iş bəyənilməzdir. Fəzilət, kamillik, mənəvi məqam umacağında olanlar ibadət sahəsində, xüsusi ilə namazda bu sayaq səhlənkarlıq göstərməməlidir.
    İNSANIN DÜNYAYA FİTRİ VƏ ZATİ MARAĞ
    I
    Dünya məhəbbəti hansısa dərəcədə insanın fitri meylidir. Bu meylə qarşı irad yoxdur, hətta uyğun meyl məzəmmət də edilmir. İnsan elə bir şəkildə xəlq olunub ki, gözəlliklərdən, dünyanın ləzzətlərindən zövq alır, onlara maraq göstərir. Əslində dünyaya münasibətdə normal maraq bəşəriyyət üçün faydalıdır. Necə təsəvvür etmək olar ki, insan dünya ləzzətlərinə nifrət etsin?! Demək, insanın dünya ləzzətlərinə meyl göstərib onlardan zövq alması eyb deyil. Məsələ bundadır ki, insan dünya gözəlliklərini, yoxsa axirəti üstün tutmalıdır?!
    Rəvayətlərdə də təsdiqlənir ki, insanın dünyaya və onun ləzzətlərinə meyli təbiidir və məzəmmət olunmur. Rəvayətlərdən birində oxuyuruq: «İnsanlar dünyanın övladlarıdır. İnsan anasını sevdiyi üçün qınanmaz.»("Biharul-ənvar", c.73, s.131, rəvayət 135, bab 122.) Bəli, insan dünyanın ağuşunda doğulur, boya-başa çatır. Dünya bütün insanlar üçün ana kimidir. Məgər anasını sevməyən məzəmmət olunmurmu?! Demək, dünyaya meyl insan xarakterində qoyulmuş meyllərdəndir və bu meylə görə kimsəni qınamaq olmaz. AllaH özü insan fitrətində belə bir meyl qərar vermişdir və məqsədi onu sınağa çəkməkdir: «Yer üzündə olanları bərbəzək qərar verdik ki, onları sınağa çəkək.»(Qur`an "Kəhf", 7.) Əgər dünya və onun ləzzətləri olmasaydı, insanı sınağa çəkmək mümkün olmazdı. Əsas məsələ odur ki, insan günaha maraqlı olduğu halda Allahın əmrinə əsasən günahdan çəkinsin. Əgər günaha maraq olmasaydı, günahdan çəkinmək də hünər sayılmazdı. İnsanın sevdiyi şeyi tərk etməsi onun üçün iman nişanəsi sayıla bilər. Təbii ki, insan marağı olmayan işdən uzaq dayanasıdır. Belə bir uzaqlığı bəndəlik nişanəsi saymaq olmaz.
    Bəli, insan dünyaya marağına görə məzəmmət olunmur. Məzəmmət olunan budur ki, insan dünyaya bağlanıb axirəti yaddan çıxarsın. Məzəmmət olunan budur ki, mənəviyyat, fəzilətlər və axirət müqabilində dünyaya üstünlük verilsin. İnsanın fitrətində gözəlliyə sevgi var. Ona əmr etmək olmaz ki, gözəlliyi sevmə. Demək olar ki, belə bir hal mümkünsüzdür. İnsan susadığı vaxt təbii şəkildə su istəyir. Həmin vaxt ona demək olarmı ki, su içmə?! İnsan elə xəlq olunub ki, istər-istəməz gözəlliklərə və dünya ləzzətlərinə meyillidir. Ona görə də kimsəni bu səbəbdən qınamaq, məzəmmət etmək olmaz. Amma bir şəxs əməli olaraq bu meyllərini gücləndirsə, həyat məqsədi qərar versə, dünyaya məşğul olmaqla dini vəzifələrini və axirəti yaddan çıxarsa, məzəmmətə layiqdir. Bəli, Quran ayələrinə əsasən, dünyaya bağlılıq yüksələn xətt üzrə davam etdikdə küfrlə sonuclanır. Ona görə də bu meyli öz başına buraxmaq təhlükəlidir. Dünya məhəbbətinin ən aşağı mərtəbəsi budur ki, həmin məhəbbət insanı vacib əməllərdən çəkindirməsin, harama sövq etməsin. Mümkündür ki, belə bir şəxs müstəhəb əməlləri tərk edib kərahətli işlərə yol verməklə bir çox fəzilətləri əldən çıxarsın. Dünyaya bağlılığın belə bir mərtəbəsi haqqında «əxlaqi baxımdan məzəmmət olunur» söylənilir. Bu mərtəbə əvvəlki mərtəbədən təhlükəli olmasa da uyğun istiqamətdə başlanğıc nöqtə ola bilər. Unutmayaq ki, bütün işlər sıfırdan başlayır!
    YERSİZ QƏM
    Bəzən dünyanı kölgəyə oxşadırlar. Dünyanın arxasınca getdikcə o qaçır. Amma ondan üz çevirən insanın ardınca gəlir. Əgər ətrafımızı diqqətlə nəzərdən keçirsək deyilənlərin həqiqət olduğunu görərik. Dəlicəsinə dünya ardınca qaçanlar daha böyük məhrumiyyətlərə və problemlərə düçar olurlar. Digər bir tərəfdən, dünyaya arxa çevirib axirət işləri ilə məşğul olanlar ac-susuz qalmır. Bəzən axirət aşiqləri dünya aşiqlərindən daha çox bəhrələnir. Bir sözlə, əsası dünyaya əsir olmamaqdır. İnsan Allah-təalanın ona yetirdiyi halal nemətlərdən istifadə etməli, bu nemətlərin şükrünü yerinə yetirməlidir. Nemətlər cüzi olduqda qəmlənməyə dəyməz. Həzrət Əmirəl-möminin (ə) buyurur: «Dünyada əlinizdən alınanlara görə qəmlənməyin.» Həzrətin uyğun buyuruğu bir Quran ayəsində xatırlanır: «Əlinizdən bir şey çıxanda qəmlənməyin, əlinizə bir şey düşəndə şadlanmayın.»("Hədid", 23.)
    Rəvayətdə nəql olunur ki, imam Sadiqdən (ə) zöhd haqqında soruşulduqda həzrət hazırkı ayəni oxudu.("Biharul-ənvar", c.2, s.27, rəvayət 5, bab 9.)Rəvayətdən anlaşılır ki, zahid dedikdə heç də yoxsul insan nəzərdə tutulmur. Zahid o insandır ki, dünyaya əsir olmasın. Bəs dünyaya əsir olmamağın əlaməti nədir? Cavab budur ki, dünyaya əsir olmayan insan əlindən bir şey çıxdıqda nigaran olmur. O düşünür ki, nəyi varsa Allahın əmanətidir, bir müddətlik ona tapşırılıb və sonradan geri alınasıdır.
    Özünüz düşünün, bir şəxs verdiyi əmanəti geri alanda narahat oluruqmu? Həqiqi zahid o insandır ki, dünya malını Allahın əmanəti sayır. Ona görə də əlindən bir şey çıxanda qəmlənir. Bəziləri az miqdar pul itirdikdə işlərini-güclərini atıb ev-eşiyi ələk-vələk edir, itirdiyini tapmağa çalışır. Adam da var ki, məsələn, üzüyünü və saatını itirdiyi üçün gecə yata bilmir. Bəli, bütün bunlar dünyaya əsirlik nişanəsidir. Həqiqi zahid bu sayaq əsarətlərdən azaddır və itkilər onun qəddini əymir. Əslində böyük miqdarda dünya malı əldə etdikdə də zahid insan şadlanmır. Çünki o əlinə düşənə əmanət kimi baxır. Bu səbəbdən də nə əldə etdikdə sevinir, nə də əlindən çıxdıqda qəmlənir!
    Əslinə qalsa, insanın əsas ehtiyacları qida, libas məskəndən ibarətdir. Bundan artıq dünya malının nə faydası var?! Axı bank hesabındakı milyardlar insanı necə xoşbəxt edə bilər? Axı həmin milyardlardan yalnız kiçik bir hissəsi insanın ehtiyaclarını təmin edir. Ehtiyacdan artıq var-dövlət yalnız qəm-qüssə gətirir. Əmin olun ki, böyük sərvət arzusu yalnız şeytan vəsvəsəsidir.
    Amma yenə də məsələni məsələyə qarışdırmayaq. Əgər bir şəxs böyük sərvət əldə edib həmin sərvəti xeyriyyə işlərinə sərf etsə onu dünyaya bağlı insan saymaq olmaz. Əslində o axirət üçün çalışır. Rəvayətdə bu nöqtəyə də toxunulub. Bir şəxs imam Sadiqə (ə) belə ərz edir: «Ey peyğəmbər övladı, siz dünyanı məzəmmət edirsiniz. Hansı ki, biz dünyanı əldə etmək üçün tər axıdırıq.» Həzrət buyurur: «Dünyanı nə məqsədlə istəyirsən?» Həmin şəxs ərz edir: «Dolanışıq xərcləri, ailə-övladın təminatı, həcc, sədəqə üçün!» Həzrət buyurur: «Sənin sadaladığın işlərə görə qazanmaq dünyaya yox, axirətə bağlılıqdır.»
    Dünyapərəstlik budur ki, insan yalnız dünya ləzzətlərindən faydalanmaq üçün pul arzulasın. Amma zəruri ehtiyaclar, ziyarətlər, xeyriyyə işləri üçün qazanmaq axirət üçün faydalı səydir.
    Bəzi rəvayətlərdə böyük var-dövlət toplayıb ondan özü üçün istifadə edə bilməyənlər «həmmal» kimi yada salınır. Əslində belələri başqalarına hamballıq edir edir. Böyük əzab-əziyyətlə var-dövlət toplayır, dünyasını dəyişəndən sonra başqaları onun sərvətini talayır. Nə böyük axmaqlıq! İnsan tər axıdır, halalı harama qatır, var-dövlət toplayır, dünyasını dəyişdikdən sonra isə onun yığdığı var-dövlət eyş-işrətə, əyləncəyə sərf olunur! Ağıllı insan belə bir addım atarmı?!
    İnsan öz ailə-övladının dolanışıq xərclərini təmin etmək həddində çalışmalıdır. Bundan artıq çalışmaq məzəmmət olunmuş dünyaya bağlılıqdır. Əlbəttə ki, ailə-övladın yaşayış şəraitini yaxşılaşdırmaq müstəhəbdir. Bu faydalı işi də axirət səylərindən saymaq olar.
    Əgər insan ailə-övladın xərclərini ödəmək, həyat şəraitini yaxşılaşdırmaq, xeyriyyə işləri üçün yox, başqa məqsədlərlə çalışırsa bu dünyapərəstlikdir. Yalnız bank hesabını artırmaq üçün çalışanlar rəvayətdə buyurulduğu kimi, hamballıqdan başqa bir şey deyil. Bu isə axmaqlıqdır. Yalnız aldanmış insanlar belə bir axmaqlığa yol verir.("Loğman", 33; "Fatir", 5.)
    Category: Şəhadət yatağında Mövlanın (ə) öyüdü | Views: 831 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024