İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2075
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 11
Qonaqlar 11
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Main » 2011 » September » 13 » Şəhadət yatağında Mövlanın (ə) öyüdü
    5:04 AM
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü
    BEŞİNCİ MƏCLİS:
    İMAN QARDAŞLARI ARASINDA RABİTƏLƏRİ MÖHKƏMLƏNDİRMƏK NAMAZ VƏ ORUCDAN ÜSTÜNDÜR.
    «Siz və yazımın çatacağı hər kəsə təqvalı, işinizdə nizamlı olmağı, iman qardaşları arasında rabitələrin islahını tövsiyə edirəm; həqiqətən, cəddiniz rəsulullahdan (s) belə buyurduğunu eşitdim: «İman qardaşları arasında rabitələri islah etmək istənilən namaz və orucdan üstündür.»
    RABİTƏLƏRİN İSLAHI
    Əmirəl-möminin (ə) vəsiyyətinin ikinci hissəsində əvvəlki hissədən fərqli olaraq, imam Həsən (ə) və imam Hüseyndən (ə) əlavə bütün digər övladlara, yaxınlara və vəsiyyətin çatacağı hər kəsə müraciət edir. Həzrət öncə təqvalı olmağı tövsiyə edir. Bütün xeyir və fəzilətlərin açarı və ruhu olan bu nöqtəyə həzrət hər zaman toxunur. Tövsiyənin ikinci cümləsi işləri nizama salmaqla bağlıdır. Ötən məclisdə bu barədə danışdıq. Növbə üçüncü cümləyə çatmışdır: «İman qardaşları arasında rabitələrin islahını tövsiyə edirəm» Vəsiyyətnamənin uyğun cümləsi adi danışıqda işlənən sözlərlə tərcümə olunsa, belə alınar: «Rabitələrinizi yaxşılaşdırın.» Məqsədimiz vəsiyyətnamədəki qrammatik incəliklərə varmaq deyil. Hər halda uyğun cümlə belə anlaşılır ki, qarşılıqlı rabitələrinizi islah edin, möhkəmləndirin, yaxşılaşdırın. Adətən, iki fərd və ya iki müsəlman qrup arasında münasibətlər pozulduqda bu münasibətlərin yaxşılaşdırılması üçün «islahu zatil-bəyn» təbiri işlədilir. Əvvəlki cümlə gündəlik danışıq dili ilə "müdiriyyətinizi yaxşılaşdırın" kimi tərcümə edildi. Əlbəttə ki, müdiriyyət dedikdə geniş bir anlam nəzərdə tutulur. Əgər cəmiyyətin idarəçiliyində fərd məsuliyyət daşıyırsa, ailə ilə bağlı və ya şəxsi işlərdə də fərd fəaliyyətdədir. Ötən söhbətimizdə qeyd etdik ki, həzrət böhranlı bir vəziyyətdə yalnız cəmiyyətin idarəçiliyini nəzərdə tuta bilərdi. Burada isə daha əhatəli bir məna ola bilər. Yəni həm cəmiyyətin nizama salınması, həm də fərdi işlərin. İşlərin nizama salınması məsələsi ilə rabitələrin yaxşılaşdırılması məsələsi cümlənin həmcins üzvləri kimi təkrarlandığından belə qənaətə gəlmək olar ki, hər iki məsələ ictimai xarakter daşıyır.
    İSLAMDA İCTİMAİ MÜNASİBƏTLƏRİN ƏHƏMİYYƏTİ
    Əmirəl-möminin (ə) vəsiyyətnamənin uyğun cümləsində İslam cəmiyyətinin mühüm bir probleminə toxunur. Müsəlmanlar arasında rabitələrin necəliyi olduqca mühüm məsələdir. Hətta İslam göstərişlərinə əməl etmək üçün var qüvvəsi ilə çalışanlar da uyğun məsələyə lazımınca diqqət yetirmir. Hansı ki, İslam ictimai məsələlərə, müsəlmanlar arasında rabitələrə önəm verir. Bizlər isə adətən fərdi məsələlərə diqqətliyik. Aramızda fərdi hökmlərə ciddi əməl edənləri yaxşı müsəlman sayırıq.
    Əgər İslamın, Peyğəmbər (s) və onun Əhli-beytinin göstərişlərinə əməl etmək əzmindəyiksə, ictimai məsələlərə diqqətli olmalıyıq. Cəmiyyət və onun islahı o qədər əhəmiyyətli məsələdir ki, fərdin faydası cəmiyyətin faydası ilə zidd olduqda İslam cəmiyyətin faydasına üstünlük verir. Yalnız peyğəmbər və imam kimi məsum şəxslər bu məsələdə istisnadır. Bu istisna ilə bağlı faktımız yoxdur. Amma məsələyə ehtiyatlı yanaşaraq belə bir qeyd edirik. Qəti şəkildə deyə bilərik ki, fərdin faydası və cəmiyyətin faydası arasından birini seçməli olsaq cəmiyyətə üstünlük verməliyik. İslam hüquq sistemində cəmiyyət əsas götürülmüşdür. Yəni İslam cəmiyyətin xeyiri üçün fərdin xeyrini qurban verir. Əlbəttə, bu addımı atarkən dünya və axirət xeyirləri nəzərə alınır. Amma bu o demək deyil ki, fərdin axirət xeyiri cəmiyyətin dünya xeyrinə qurban verilsin. Sadəcə xeyrlər bərabər olduqda cəmiyyətin xeyri fərdin xeyrindən üstün tutulur.
    İslam hökmlərini araşdırdıqda şahid oluruq ki, onlardan bir çoxu ictimai məsələlərdir. İstər vacib, istər müstəhəb məsələlər arasında ictimai məsələlər üstünlük təşkil edir. Əhli-beytin buyuruqlarının önəmli bir hissəsi ictimai məsələlərə aiddir. Məsələn dəyərli «Üsuli-Kafi» kitabında geniş bir fəsil ictimai münasibətlərə həsr olunmuşdur. Bu fəsildə müsəlmanların hüquq və vəzifələri açıqlanır. Məsum imamlar möminlər arasındakı məhəbbət məsələsinə olduqca ciddi diqqət yetirmişlər. Nümunə olaraq bir rəvayəti xatırlayaq: «İki mömin əl görüşdükdə Allah-təala onların baş barmaqları arasına yüz rəhmət nazil edər; bu rəhmətin doxsan doqquz hissəsi bu iki nəfər arasında qarşı tərəfi daha çox sevənə məxsusdur.»
    İslamın ictimai rabitələr və onların möhkəmləndirilməsi sahəsində çoxsaylı vacib və müstəhəb hökmləri var. Bununla belə, çoxları uyğun məsələdən qəflətdədir və təsəvvür edir ki, İslam fərdi hökmlər məcmusundan ibarətdir. Onlara elə gəlir ki, əsas məsələ insanla Allah arasında rabitələrin tənzimlənməsidir və İslamda insanın insanla rabitələri ilə bağlı vacib vəzifələr yoxdur.
    Şübhəsiz ki, prinsipcə biz yalnız Allaha bəndəlik etməli, yalnız Ona üz tutmalıyıq. Amma Allaha ibadət və itaət yalnız fərdi yönümlə məhdudlaşmır, ictimai rabitələri də əhatə edir. İbadət təkcə namaz və oruc deyil. İslamın ictimai göstərişlərinə əməl edilməsi də ibadət sayılır. Zahirən fərdi ibadət kimi görünən namazda Allaha müraciət edən insan «iyyakə nəbudu və iyyakə nəstəin», «ihdinəs-siratəl–mustəqim» deyərkən cəm tərəfindən müraciət edir. Demək, bir fərd ibadət zamanı Allahla danışarkən «biz Sənə pərəstiş edir, biz Səndən yardım diləyirik» deməlidir. Yəni fərdi ibadətdə də toplum ruhiyyəsi var. Namaz qılan müsəlman namaz əsnasında özünü toplum arasında görməli, başqa müsəlmanlarla çiyin-çiyinə ibadət etdiyini təsəvvür etməlidir.
    Dua qaydalarından biri də budur ki, insan öncə başqaları üçün dua etsin. Rəvayətdə nəql olunur ki, öncə qırx möminə dua edən insanın özü üçün etdiyi dua qəbul olar.("Üsuli-kafi", kitabud-dua, babi-mən təstəcabə də`vətə, rəvayət.) Rəvayətlərə əsasən, əgər insan öz dualarında yalnız başqaları üçün ağız açsa Allah onun başqaları üçün istədiyi bütün şeyləri onun özünə əta edər.(Həmin mənbə.)Amma insan yalnız özü üçün dua etdikdə bu duaların qəbul olunacağına zəmanət yoxdur. Allah insanı başqaları üçün duaya çağırmaqla ondakı ictimailik ruhunu gücləndirir. Uyğun mövzuda məşhur bir rəvayətdə imam Həsən (ə) buyurur: «Bir gecə oyaq idim. Anam Fatimənin dua səsini eşitdim. Anam yalnız başqalarına, qonşulara, dostlara, qohumlara dua edirdi. Nəhayət sübh açıldı. Mən ərz etdim ki, anacan, bu gecə nə qədər qulaq asdımsa eşitmədim ki, özümüz üçün dua edəsiniz. Anam buyurdu: «Övladım! Əvvəl qonşu, sonra ev əhli.»("Biharul-ənvar", c.43, s.81, rəvayət 3, bab 4.) Bəli, İslamda qayda belədir. İslam baxışına əsasən, Allahla raz-niyaz edən insan öncə başqaları üçün dua edir, sonda fürsət qalarsa özü üçün də bir şey istəyir. İslam insanlara belə tərbiyə verir. Amma bugünki məsihi ayinlərinə əsasən insana cəmiyyətdən uzaqlaşmaq, meşələrdə, mağaralarda məskən salmaq tövsiyə olunur. Əlbəttə ki, həqiqi məsihilikdə belə olmayıb. Bu günki məsihilik gerçək məsihi təlimlərinin təhrif olunmuş formasıdır. Əslində bütün ilahi dinlər eyni bir kökdən qaynaqlanır və onlar arasında ziddiyyət yoxdur. Bir sözlə, məsihiliyin əksinə olaraq İslam fərdiyyətçiliyi, tərki-dünyalığı pisləyir. İslamın nəzərincə, fərdin problemləri cəmiyyətin problemlərinin həlli sayəsində aradan qaldırılır. Öncə qeyd etdiyimiz kimi, insanın özü üçün duası başqalarına dua sayəsində yerinə yetir. Rəvayətlərə əsasən, bir mömin digər möminə dua edərkən ilahi mələklər deyir: «Pərvərdigara, onun özünə də əta et.» Mələklərin amin dediyi dua qəbuldur. İnsan təkcə özünə dua etdiyi vaxt bu sayaq zəmanətlər verilmir.
    Böyük ustadımız mərhum Əllamə Təbatəbai buyurur: «Mən ömür boyu təkcə özüm üçün dua etmədim!» Bu çox böyük iddiadır. Bu şəxs olduqca təvazökar idi və «mən» sözünü təsadüfən işlədərdi. Xidmətində olduğum uzun illərdə nə vaxtsa «mən» dediyini eşitməmişdim. Özünə işarə etmək istədiyi vaxt «bəndə» təbirindən istifadə edərdi. Belə bir insanın ömür boyu təkcə özünə yox, həm də başqalarına dua etməsi onun böyüklüyünə uyğundur və həqiqi İslam ruhunda tərbiyə olunmuş bir insanın səciyyəsidir.
    İSLAMIN İCTİMAİ RABİTƏLƏRƏ ÖNƏM VERMƏSİNİN FƏLSƏFƏSİ
    Şübhəsiz, İslamın ardıcıl şəkildə müsəlmanların diqqətini bir-birlərinə yönəltməsinin səbəbləri var. Bu səbəblərdən ən mühümü budur ki, insanların taleyi bir-birinə bağlıdır, onların mənəvi kamilliyi sıx şəkildə əlaqəlidir. Əgər insanlar dağlarda və meşələrdə pərakəndə şəkildə yaşasaydılar, bugünki elmi-texniki nailiyyətləri əldə edə bilərdilərmi?! Tənhalığa çəkilmiş insan cəmiyyətlə heç bir əlaqə saxlamasa, qarnını doyurmaq üçün heyvan tək yem gəzməlidir. Cəmiyyətlə əlaqəni tamamilə üzdükdə sadəcə yemək bişirmək və paltar tikmək mümkün olmur. Sadə bir köynək fermadan toxuculuq fabrikinədək uzun bir yol keçir. Başqa insanlarla rabitədə olmadan hətta nitqi qorumaq mümkünsüzdür. Bu gün mənzilimizdə faydalandığımız su, qaz, işıq ictimai həyatın bəhrələrindəndir. Əgər toplum olmasa tənhalığa çəkilmiş insan bir ovuc su əldə etmək üçün olmazın əziyyətlərini çəkər. Bəli, ictimai həyat bizim bütün maddi ehtiyaclarımızın təminində aparıcı rol oynayır. Məgər toplum olmasa tənha insan təbiət hadisələri qarşısında tab gətirə bilərmi?! Şübhəsiz, cəmiyyətdən uzaqlıq insan üçün yalnız problemlər yaradır.
    Mənəvi işlərdə də vəziyyət eynidir. Şübhəsiz ki, böyük əksəriyyət eşitmək və ya mütaliə yolu ilə dinlə tanış olur. Biz uyğun sahədəki biliklərimizə görə ata-analarımıza, müəllimlərimizə və kitablara borcluyuq. Əgər ictimai həyat olmasaydı bu sayaq rabitələr də olmazdı. Aydın məsələdir ki, hər bir millətin dili ictimai rabitələr sayəsində formalaşmışdır. Çoxsahəli ünsiyyətlər sayəsində dilin lüğət tərkibi genişlənmişdir.
    Düşünmüsünüzmü ki, əgər ata-anamız və ətrafdakılar bizi Allah, peyğəmbər, din və Quranla tanış etməsəydilər, bütün bu həqiqətlərdən qəflətdə qalardıq? Deyə bilərsiniz ki, mən kitablardan oxuyub öyrənərdim. Məgər kitablar ictimai rabitələr sayəsində ərsəyə gəlmirmi? Əgər cəmiyyət olmasaydı, hərflər, sözlər, dillər formalaşardımı? Yazı necə yaranır, necə öyrədilir? Əgər bir şəxs tənhalığa çəkilib özündən əlifba yaratsa və həmin əlifba ilə kitab yazsa, bu kitabı ondan başqa kim anlayar? Başqalarının bu kitabı oxuması üçün o ictimai əlaqələrə qatılıb uyğun əlifbanı öyrətməyə məcburdur. Bəli, dini və mənəvi məsələlərdən nə biliriksə, ictimai həyatın səmərələrindəndir.
    Mənəviyyatla, zəruri həqiqətlərlə tanışlıq üçün hər birimiz ictimai həyata, məsələn müəllimə, ata-anaya, məktəbə, sinifə, məscidə, hüseyniyyəyə, kitaba möhtacıq. İnsan təklikdə saleh iş görməyə də acizdir. Yalnız başqalarının köməyi ilə xeyir işləri həyata keçirmək mümkün olur. Məsələn, Əhli-beyt (ə) üçün əlamətdar günlərdə mərasim qurmaq savabdır. Əvvəla, bu məclis özü ictimai bir yığıncaqdır. İkincisi, əgər siz qonaqlara yalnız çay süfrəsi açmaq istəsəniz, süfrəyə qoyacağınız qənd, çay və başqa hər nə ictimai işin məhsuludur. Əgər başqaları fabrik və zavodlarda çalışıb ehtiyac duyduğunuz şeyləri istehsal etməsələr, siz addım ata bilməzsiniz. Demək, sadə bir məclisinin keçirilməsi üçün cəmiyyətin iştirakı labüddür.
    İstər maddi, istər mənəvi yönümdə insanın bütün ehtiyacları cəmiyyət və ictimai həyat sayəsində təmin edilir. Əgər cəmiyyət və ictimai həyat olmasaydı, hətta peyğəmbərlər də bir iş görə bilməzdi.
    Peyğəmbər (s) təkbaşına ayrı-ayrılıqda fərdlərlə görüşüb söhbətləşsə nə kimi nəticə əldə edər?! İslam peyğəmbəri (s) öz mühüm bəyanatlarını xalqa çatdırmaq üçün müxtəlif fürsətlərdən faydalanmışdır. Həzrət həcc dövrünü qənimət sayırdı. Həmin vaxt ucqar yerlərdən ziyarətə gələnlər böyük bir izdiham təşkil edirdi. Belə məqamlarda Allah buyuruqlarını insanlara çatdırmaq daha münasib idi. Amma fərdi dəvətlə nəticə əldə etmək mümkünsüzdür. Demək, hətta peyğəmbərlər də cəmiyyətlə işləmiş, ictimai rabitələrdən bəhrələnmişlər. Əgər peyğəmbər ətrafındakılarla ayrı-ayrılıqda görüşsəydi ömrünün sonunadək kiçik bir qrupa həqiqəti çatdırmış olardı. Hansı ki, biz qısa bir müddətdə milyonlarla insanın İslama qatıldığını görürük.
    Əslində informasiya mübadilələrinin misilsiz sürət aldığı dövrümüzdə fərdi həyatdan danışmağa dəyməz. Belə bir dövrdə insanın öz maddi və mənəvi ehtiyaclarını təkbaşına təmin etməsi mümkünsüzdür.
    Əgər desək ki, insanın həyatı ictimai həyatdan ibarətdir, yalan olmaz. Bu istiqamətdə ifratçı nəzəriyyələr də var. Onların nəzərincə, ümumiyyətlə insan ictimai rabitələrə qatılmadan öz insanlığını qoruya bilməz. Onlar bildirirlər ki, ictimai həyatdan uzaqlaşmış fərd heyvan səviyyəsinə enir. Uyğun baxışı irəli sürən materialistləri rədd edirik. Bəşəriyyətin atası həzrət Adəm tək-tənha xəlq olunmuşdu. Cəmiyyət yox idisə də, həzrət Adəm şəxsiyyət baxımından böyük insan idi. Yəni Allah cəmiyyətdən kənarda da insan tərbiyə edə bilər. İslam baxımından, insanın ictimai həyata qatılması onun normal bir həyat yaşayıb öz ehtiyaclarını təmin etməsi üçündür.
    Biz həzrət Adəmin yaranışı kimi istisna halları rədd etmirik. Hazırkı vəziyyət isə başqadır. Əgər ictimai rabitələr qırılarsa, ya insanların həyatına son qoyular, ya da bir çox ehtiyaclar təmin olunmamış qalar. Allah insanı elə yaratmışdır ki, o öz maddi və mənəvi ehtiyaclarını başqalarının köməyi ilə təmin edə bilir. Bu baxımdan insanı ictimai varlıq saymaq olar. Bu ictimailiyi müxtəlif cür mənalandırmaq mümkündür. Həqiqət budur ki, insan öz maddi və mənəvi ehtiyaclarını yalnız ictimai həyat sayəsində təmin edə bilir.
    Əgər Allah-təala insanı kamilləşmək üçün yaratmışsa və bu kamilləşmə yalnız ictimai həyat sayəsində mümkündürsə, təbii ki, Allah rahibliyi, tərki-dünyalığı tövsiyə etməz. İnsanın təkamülündə məqsəd onun mənəvi kamilliyidir. Amma bir çox mənəvi kamilliklər maddi vasitələrlə əldə olunur. Demək, mənəvi inkişaf üçün maddi inkişafa ehtiyac var. Maddi inkişaf isə ictimai həyat sayəsində gerçəkləşir. İnsanı kamillik üçün yaratmış və bu kamilliyi ictimai həyatla şərtləndirmiş Allah guşənişinliyi məqbul saymaz. Bu səbəbdən İslam rəhbərləri buyurmuşlar: «İslam rahibliyə, guşənişinliyə, tənhalığa çəkilməyə icazə vermir. Yalnız istisna şəraitdə, xüsusi fərdlərin zərurət ucbatından müvəqqəti olaraq kənara çəkilmək icazəsi var. Bəli, deyilənlərdən bu qənaətə gəlirik ki, rahiblik İslamda məqbul deyil. Acından ölmək qorxusu olan insana yalnız zəruri həddə murdar ətdən qidalanmaq icazəsi verildiyi kimi, bəzilərinə istisna hallarda guşənişinlik icazəsi verilmişdir. Zərurət olmayan şəraitdə rahiblik qadağandır. Əksinə, İslam ictimai rabitələrin gücləndirilməsini, fərdlərin bir-birinə yaxınlaşmasını göstəriş verir. Bu baxışı İslamda prinsip kimi qəbul etmək olar. İslam insanların maddi və mənəvi problemlərinin həlli üçün ictimai rabitələrin möhkəmləndirilməsini tapşırır.
    İCTİMAİ RABİTƏLƏRDƏ QIRMIZI XƏTT
    İnsanın ilkin yaranışında mələklərin qeyd etdiyi və sonradan şahid olduğumuz kimi, heç də bütün insanlar haqqa xidmət etmir. Onlardan bir çoxu fəsad törədir, zülmə uğrayır. Allah-təala insanı yaratmaq istədiyi vaxt mələklər ərz etdilər: «Yer üzündə fəsad törədib qan tökəcək kəsimi yaradırsan?»("Bəqərə", 30.)
    Mələklərin insanla bağlı öncə görməsini açıqlamaq mövzumuzdan kənardır. Amma aydın məsələdir ki, Allah-təala bəzi insanların yer üzündə fəsad törədəcəyini öncədən bilirdi. Bəs fəsad törədən, qan tökən zümrə ilə münasibətlər necə tənzimlənməlidir? Aydın məsələdir ki, insan öz imanı üçün faydalı rabitələri gücləndirməli, imanına zərbə vuracaq rabitələri kəsməlidir. Möminlərə tövsiyə ünvanında belə buyurur: «Məhəmməd Allahın rəsuludur. Onunla olanlar kafirlərlə sərt, bir-birləri ilə mehribandırlar.»("Fəth", 29.)
    İslamın göstərişi budur ki, fəzilət və kamillik düşmənləri ilə, İslam və doğru yola qarşı çıxanlarla sərt rəftar olunsun. Belələri möminlərdən və müsəlmanlardan xoş üz görməməlidir. Qurani-kərim uyğun məsələ ilə bağlı digər bir yerdə möminləri və müsəlmanları həzrət İbrahimdən nümunə götürməyə çağırır: «Şübhəsiz, sizin üçün İbrahim və onunla olanlarda yaxşı nümunə var; bir zaman qövmlərinə dedilər: «Biz sizdən və Allahın yerinə pərəstiş etdiyiniz şeydən zara gəlmişik; sizi inkar edirik, yalnız Allaha iman gətirənədək bizimlə sizin aranızda həmişəlik düşmənçilik var.»("Mumtəhinə", 4.) Ayədə göstəriş verilir ki, müsəlmanlar həzrət İbrahimdən nümunə götürsünlər. Bəs hansı işdə? İbrahim haqqa qarşı inad göstərib təslim olmayanlara aydın şəkildə bildirdi ki, onlardan zara gəlib, onların hesabı ayrıdır və aralarında düşmənçilik mövcuddur.
    Bəli, möminlər Allahın dini və haqq yola qarşı çıxanlarla ibrahimsayağı rəftar etməlidir. İslam ictimai rabitələrin möhkəmləndirilməsini əmr edərkən bu zümrəni nəzərdə tutmur. Hətta maddi mənafelər üçün təhlükə yaransa da, bu zümrə ilə əlaqə saxlanmamalıdır. Çünki onların mənəvi zərəri olduqca böyükdür. İslam maddi faydanı o zaman dəyərləndirir ki, bu fayda mənəvi faydalar üçün müqəddimə olsun. Əgər maddi fayda mənəvi faydaya ziddirsə, ondan imtina etmək zəruridir. Bu gün əksər insanlar gözəl anlayır ki, dünyanın müstəmləkəçi super güclərinin yoxsul xalqlara göstərdiyi humanitar yardımlar yalnız bu xalqları tora salmaq üçündür. Dənizə qarmaqda yem salan balıqçı balığa ürək yandırdığından belə etmir. Onun məqsədi balığı tilova keçirməkdir. Öz humanitar yardımları ilə öyünənlər arasında milyonlarla ton buğdanı dənizə tökənlər var ki, bazarda buğdanın qiyməti aşağı düşməsin! Hansı ki, bəşəriyyətin əhəmiyyətli bir hissəsinin aclıq çəkdiyi göz qabağındadır. Dünya iqtisadiyyatını ata malı kimi öz ixtiyarında saxlayıb istədiyi kimi tənzimləyən, bəşəriyyəti böhranlı vəziyyətə düçar edən zalımlarla hansı rabitədən danışmaq olar?! Belələri nəinki imansızdır, hətta insani sifətlərini itirmişlər. Onlarda insani mahiyyət və ruh gözə çarpmır. Mərhəmət hissini itirmiş daş ürəkli bu zümrə haqqında Quran buyurur: «Kafirlərlə sərt davran.»
    Amma cəhalət, bilməməzlik ucbatından müxalif mövqe tutanlarla məhəbbətlə davranmaq lazımdır ki, onlar doğru yola gəlsinlər. Əgər belələri ilə düzgün rəftar etsək, onların çoxu hidayət olasıdır.
    İnadkarlıq göstərməyən, imana yaxın olan zümrə ilə nəinki sərt davranmamalı, hətta onlara məhəbbət göstərib, ehsan etməliyik.
    Category: Şəhadət yatağında Mövlanın (ə) öyüdü | Views: 838 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024