İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 3
Qonaqlar 3
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 13 » Şəhadət yatağında Mövlanın (ə) öyüdü
    5:06 AM
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü
    NİZAM UNUDULMUŞ BİR ZƏRURƏTDİR.
    Maraqlıdır ki, Əmirəl-möminin (ə) nə üçün təqva kimi mühüm bir məsələnin ardınca nizam məsələsinə toxunur? Nə üçün bu mövzuya bir bu qədər əhəmiyyət verilir və necə olur ki, biz nizam məsələsindən qəflətdə qaldığımızı qeyd edirik?
    Məsələni aydınlaşdırmaq üçün öncə belə bir nöqtəni qeyd etməliyik ki, bizlər adətən əməliyyə risalələrində yazılanları vacib, bu risalədə qeyd olunmayanları ikinci dərəcəli sayırıq. Əlbəttə ki, belə bir təsəvvür kökündən yanlışdır. Bir çox vacib məsələlər əməliyyə risalələrində əks olunmamışdır. Hansı ki, onlar əməliyyə risalələrində zikr olunan vacib məsələlərdən daha mühümdür. Nəzərdə tutulan mövzuların risalələrdə nə üçün əks olunmadığı başqa bir mövzudur. Uyğun zəruri məsələlərin yenidən nəzərdən keçirilib əməliyyə risalələrində əks olunması zəruridirmi? Bu mövzu hazırkı söhbətimizin çərçivəsindən xaricdir. Amma bilməliyik ki, vacib vəzifələr dedikdə təkcə əməliyyə risalələrindəki vəzifələr nəzərdə tutulmamalıdır.
    Məsələn, qohumları yoxlamaq, ata-anaya ehsan, valideynə itaət İslamın ən böyük vacib əmrlərindəndir. Amma adətən əməliyyə risalələrində bu barədə danışılmır. Hansı ki, valideynə itaət o qədər mühümdür ki, Allah-təala Qurani-kərimdə özünə pərəstiş əmri verdikdən sonra ata-anaya yaxşılığı tapşırır. Yəni Allaha pərəstiş və valideynə yaxşılıq mövzuları yanaşı zikr olunur: «Sənin Rəbbin yalnız Ona pərəstişi və ata-ananıza ehsanı müəyyən etdi. Əgər onlardan biri və ya hər ikisi sənin yanında qocalıq yaşına çatsa, onlara «uf» demə, onlarla qaba davranma, gözəl şəkildə danış.»("İsra", 23.)
    Qohumları yoxlamaq («sileyi-ərham») İslamın vacib göstərişlərindəndir. Bu göstərişə itaətsizlik kəbirə günahlardan sayılır. Çoxsaylı rəvayətlərdə qeyd edilir ki, bu vəzifəni icra etməyən behiştə daxil olmaz. Hansı ki, əməliyyə risalələrində sileyi-ərhamın vacibliyi barədə bir qeyd yoxdur. Əgər bu məsələlər yada salınırsa da, digər bir mövzudan danışarkən ona işarə olunur.
    Bəli, güman etməməliyik ki, vacib nə varsa əməliyyə risaləsində qeyd olunmuşdur. Şübhəsiz, bir çox müsəlmanlar bu həqiqətdən xəbərdardır. Amma xəbərsiz qalanlar da var. Məsələn, bir neçə on il qabaq müsəlmanlar zülmlə mübarizəni vacib saymırdılar. Onlar elə düşünürdülər ki, yalnız namaz, oruc, həcc kimi ibadətlər vacibdir. Əlbəttə, demək istəmirik ki, zülmlə mübarizə haqqında danışılmamışdır. Hər halda həmin vaxtlar risalə oxuyarkən belə bir məsələ ilə rastlaşmırdıq. Yalnız imam Rahil xalqı həyati əhəmiyyətli bu vəzifə ilə yaxından tanış etdi və nəticədə zülmlə mübarizə ən önəmli məsələ kimi müsəlmanların nəzərinə çatdırıldı. Şübhəsiz, uyğun məsələ ardıcıl şəkildə xalqa xatırladılmasa yenidən tədrici şəkildə unudula bilər. Əmirəl-mömininin (ə) uyğun vəsiyyətindən aydın olur ki, həzrət uyğun vəzifənin diqqətdən kənarda qalacağını öncədən görmüşdür.
    Diqqət yetiriləsi nöqtələrdən biri budur ki, Əmirəl-möminin (ə) həyat yolu seçimində çox təsirli amil olan dünyaya bağlılıq məsələsinin ardınca zülmlə mübarizədən danışır və buyurur: «Sitəmkara düşmən, sitəm qılınana yardımçı olun.» Həzrət sanki öncədən görürmüş ki, Allaha yaxınlığı cəmiyyətdən kənara çəkilib tənhalıqda ibadətə məşğul olmaqda görən müsəlmanlar zühur edəcək. Həzrət belə bir yanlış təsəvvürün qarşısını almaq üçün dünyaya etinasızlıqdan danışır və dərhal zülmlə mübarizəni zəruri sayır.
    Həzrətin bu vəsiyyətdəki yanaşmaları çox düşündürücüdür. Həzrət vəsiyyətinin başlanğıcında, oruc və zəkat kimi ibadətlərlə bağlı tövsiyələrindən öncə zalımla mübarizə və məzluma yardımdan söhbət açır. Əməliyyə risalələrində qeyd olunmur ki, məzluma yardım və zalımla mübarizə müsəlmanın vəcib vəzifələrindəndir. Amma Əmirəl-möminin (ə) təqva tövsiyəsinin ardınca ilkin olaraq zülmlə mübarizə mövzusuna da yer verir. Olsun ki, vəsiyyətdə bu məsələni önəmli edən adətən möminlərin və müsəlmanların uyğun məsələyə münasibətdə qəflətdə qalması olmuşdur. Nəfsin tərbiyəsi ilə məşğul olan bir çox insanlar öz ictimai vəzifələrindən qəflətdə qalır. Hansı ki, əsrimizdə dünyanın müxtəlif nöqtələrində müsəlmanlar təhlükədədir və belə görünür ki, dünyamızda İslam və müsəlmanlara qarşı fəaliyyətlər güclənməkdədir. Biz Bosniya, Qarabağ və Fələstində müsəlmanların soyqırımına şahid olduq. Mədəniyyətdən dən vuran dünya bütün bu cinayətlər qarşısında səsini çıxarmadı. Çox təəssüf ki, müsəlmanlar arasında da namaz və orucla kifayətlənib bəşəri cinayətlərə biganə qalanlar var! Bəzi müsəlmanlar dünyada baş verən cinayətlərə münasibətdə özünü elə aparır ki, sanki bu problemlərin onlara heç bir aiddiyyatı yoxdur. Guya fələstinlilər, azərbaycanlılar və bosniyalılar öz dərdlərinə özləri çarə qılmalıdır. Müsəlmanların dərdinə şərik olmağı başqa dövlətlərin işinə müdaxilə sayan belələri Qüdsdə İbrahim xəlil məscidində, işğal olmuş Fələstində müsəlmanlara qarşı qətliamlardan xəbər tutsaydılar təəssüf edərdilər!
    Əgər İslam cəmiyyətində zülmlə mübarizə ruhiyyəsi olmasa ümmət getdikcə zəifləyər. Zülm qarşısında biganəlik ruhiyyəsi ümmət üçün onu öz taleyinə münasibətdə biganələşdirən tiryək kimidir. Bu səbəbdən Əmirəl-möminin (ə) uzaqgörənliklə dünyadan çəkinmək tövsiyəsinin ardınca zülmlə mübarizə mövzusuna toxunur.
    Bir sözlə, bu müqəddiməni uzatmaqda məqsədimiz o idi ki, vacib göstərişləri yalnız əməliyyə risalələrində axtarmayaq. Bir çox zəruri vəzifələrə əməliyyə risalələrində işarə olunmamışdır. İctimai nizam-intizam məsələsi də bu qəbil məsələlərdəndir. İctimai işlərdə nizamlı olmağın zəruriliyi risalələrdə nəzərə çarpmır və müəllif də şəri məsələlərin bəyan olunduğu moizələrdə uyğun nöqtə ilə rastlaşmamışdır. Amma nizam məsələsi o qədər əhəmiyyətli məsələdir ki, Əmirəl-möminin (s) öz ömrünün son anlarında, ən həssas məqamlarda namaz və orucdan qabaq diqqəti bu məsələyə yönəldir. Bəs bu vacib məsələyə nə üçün diqqətsiz qalmışıq? Bu suala düzgün cavab vermək üçün müəyyən araşdırmalara ehtiyac var. Nizamsızlığın özünün nizam olduğunu təbliğ edən nəğmələr var. Əmirəl-mömininin (ə) bəyanı hara, bu sayaq cəfəngiyyatlar hara! Belə bir təfəkkürlə insan özünü Əli şiəsi saya bilərmi? Nizamsızlığı nizam kimi qəbul edən təfəkkürlə Əmirəl-mömininə (ə) ardıcıllıq bir araya sığırmı?! Həzrətin hətta sübuta yetirilməsinə ehtiyac duymadığı bir mövzu barədə mübahisə edir, eyni zamanda şiəlikdən danışırıq!
    Qeyd etdik ki, Əmirəl-möminin (ə) öz vəsiyyətlərində bəzi nöqtələri qeyd edərkən dəlillər göstərdiyi halda nizamdan danışarkən əlavə izahat vermir. Çünki bu məsələnin aşkar bir həqiqət olduğunu düşünür. Əlbəttə ki, hər bir ağıllı insan, hətta düşüncə qabiliyyətli körpə bu həqiqəti qəbul edir. Bununla belə İslam cəmiyyəti uyğun məsələyə biganə qalmışdır! Əslində bizlər hətta fərdi işlərimizdə nizam məsələsinə bir o qədər də diqqət yetirmirik. Həzrətin hazırkı tövsiyəsi ilə bağlı çox geniş danışmaq olar. Amma hazırkı söhbətimizdə bəzi nöqtələri qeyd etməklə kifayətlənirik.
    NİZAM YARANMASI ÜÇÜN İKİ ƏSAS ŞƏRT
    Mahiyyət baxımından nizam dedikdə bir tamın müxtəlif hissələri arasında uyğunluq yaradılması nəzərdə tutulur. Ədəbiyyatda da söz iki qismə, nəsr və nəzmə bölünür. Nəzm (şer) dedikdə vəzn və həmahənglik baxımından bir-birinə uyuşan kəlamlar nəzərdə tutulur. Nəsrdə bu sayaq həmahənglik yoxdur. Külək əsib torpaq zərrələrini havaya sovurduğu vaxt ərəblər deyər: «Yayılıb dağıldı.» Qurani-kərimdə qiyamət günü günahkarların halı ilə bağlı buyurulur: «Gördükləri hər növ işi araşdırar, onu toz tək sovurarıq.»(Qur`an, "Fürqan", 25.)
    Təsbeh dənələrini sapa düzüb ardıcıl vəziyyətə saldığımız vaxt onları nizama salmış oluruq. Təsbehin ipi qırıldıqda dənələr ətrafa səpilir və nizam pozulur. Daha dəqiq desək, nizamın yaranması üçün ünsürün birdən çox olması şərtdir. Yalnız bundan sonra bu vahidlər arasında nizam yaratmaq olar. Nizamın yaranması üçün xüsusi düzüm mühümdür. Yoxsa vahidlər istənilən bir formada yanaşı dayandıqda onların vəziyyətində hansısa ölçülər olur. Uyğun vahidləri üfüqi, şaquli, dairəvi, üçbucaq və digər formalarda düzmək olar. Bu düzülüşlərin hər biri müəyyən bir nizamdır. Əlifba sırasını yada salaq. Bu hərflər müxtəlif şəkillərdə yanaşı düzülə bilər. Hətta təsbehin ipi qırıldıqda və onun dənələri yerə səpildikdə hansısa bir forma yaranır. Amma bu formanı əvvəlki formadan fərqləndirən öncəkində xüsusi bir nizamın olmasıdır. Bəs nə üçün yalnız xüsusi düzüm nəzm adlandırılır? Əlifba sırası dəyişsə nə olar? Nə üçün təsbehdəki dənələr nizamlı, yerə səpilmiş dənələri nizamsız sayırıq?
    Bu məqamda toplumda nizam hökmü üçün ikinci meyar və şərt bəyan olunur: Bəli, düzüm məqsədə münasib olmalıdır. Başqa sözlə, əgər sizin məqsədiniz hərflərdən «kəlam» sözünü düzəltməkdirsə, hərflər «k,ə,l,a,m» şəklində düzülməlidir. Məqsəd başqa söz olduqda hərflərin düzümü də fərqlənir. Rəssam da öz tablosunda rəngləri elə seçir ki, insanların gözəlliyə olan daxili tələbi təmin edilsin. Rənglərdə uyğun məqsədə yönəlmiş tənasüb gözlənildikdə deyirik ki, burada nəzm var. Amma rənglər qatmaqarışıq olduqda, insanın gözünü və düşüncəsini yorduqda, psixologiyasına mənfi təsir göstərdikdə qərar çıxarırıq ki, burada nizamsızlıq var.
    Belə bir sual yaranır ki, əgər rəssam insanların zövqünə oxşayacaq tablo çəkmək istəyirsə, rənglərdən nizamla istifadə etmək arzusundadırsa, nə etməlidir? Rəssam birinci addımda düşüncəsində plan cızmalıdır. Yəni öncə rənglərin tərkibini və çəkəcəyi rəsmi öz təsəvvüründə canlandırmalıdır. Rəssam nəzərdə tutduğu tablonu dəqiq müəyyənləşdirməlidir. İkinci addımda növbəti mərhələlər müəyyənləşdirilməli, işin haradan başlayıb harada başa çatacağı aydınlaşmalıdır. Belə bir ardıcıllıq adətən proqram adlanır. Demək, rəssam proqramlaşdırma aparmalıdır. Bir sözlə, ilk addım məqsədi müəyyənləşdirmək, ikinci addım proqram hazırlamaqdır.
    Proqramın həyata keçməsi, yanlışlıqlardan qaçmaq üçün işə daim nəzarət olunmalıdır. Mühəndis layihə hazırladıqda və inşaatçılar işə başladıqda işin layihə əsasında gedib-getməməsi daim izlənilməlidir. Bu proses «nəzarət» adlanır. İstənilən bir işə müdiriyyət zamanı əsas məsələlərdən biri nəzarətdir. Demək, nizam qurmaq, nəzmi təmin etmək üçün layihə hazırlanmalı, layihənin həyata keçməsi üçün proqram müəyyənləşdirilməli və işin gedişinə nəzarət edilməlidir.
    Bir toplumda nizam yaradarkən nəzərdə tutulan budur ki, ayrı-ayrı vahidlər arasında bizi məqsədə çatdıracaq münasibət qurulsun. Nəzərdə tutulmuş üç mərhələdən keçmədən nəzm yaratmaq mümkünsüz görünür.
    İSLAM CƏMİYYƏTİNDƏ NƏZM
    Müəyyən izahatlardan sonra Əmirəl-mömininin (ə) İslam cəmiyyətində nizam haqqındakı tövsiyələri bir qədər aydınlaşdı. İslam cəmiyyətinin ümumi bir hədəfi var və nizama riayət etmədən bu hədəfə çatmaq mümkünsüzdür. İslam cəmiyyətinin son hədəfi Quranda bəyan olunmuşdur: «Allah sizlərdən iman gətirib saleh işlər görənlərə vəd etmişdir ki, onlardan əvvəlkiləri yer üzünə canişin qərar verdiyi kimi, onları da hökmən yer üzünə canişin edəcək; onlar üçün bəyəndiyi dini xeyirlərinə möhkəmləndirəcək, qorxularını arxayınlığa çevirəcək; (belə ki, Mənə ibadət etsinlər və nəyisə Mənə şərik qoşmasınlar.»(Qur`an, "Nur", 55.)
    Hazırkı ayəyə əsasən Allah-təalanın, İslam dininin ən ali məqsədi budur ki, yer üzündə allahpərəst cəmiiyyət zahir olsun. Belə bir məqsəd nəzərdən qaçırılası deyil. Şübhəsiz ki, həmin məqsədə aparan yolda başqa mərhələlər də var. Şərait dəyişdikcə diqqət son məqsəddən ara mərhələyə yönələ bilər. Uyğun ara mərhələlər İslam cəmiyyətinin əsas proqramının tərkib hissələrindən olsa da, onu strateji saymaq olar. Strategiya isə şərait dəyişməsindən asılı olaraq yenidən nəzərdən keçirilə bilər. Qısa müddət üçün nəzərdə tutulmuş qaydalar (taktikalar) ara gedişlərdən (strategiyalardan) daha çox dəyişikliyə məruz qala bilər. Amma son məqsəd heç bir şəraitdə dəyişəsi deyil, strategiya və taktikalar həmin məqsəd yönümündə tənzimlənməlidir.
    Demək, nizamın təmini üçün məqsəd müəyyənləşməlidir. Əgər biz hansı cəmiyyəti qurmaq istədiyimizi müəyyənləşdirməsək, nizam da yaratmaq mümkünsüz olacaq. Necə ki, hansı rəsmi çəkmək istədiyini müəyyənləşdirməmiş rəssam rəng seçimində məəttəl qalır. Layihəsiz görülən işi necə nizamlı saymaq olar?! Qeyd etdiyimiz kimi, nizam dedikdə məqsədlə hərəkət və düzüm arasında tənasüb nəzərdə tutulur. Əgər məqsəd məlum deyilsə, hansısa nizamdan danışmağa dəyməz.
    Əmirəl-mömininin (ə) uyğun tövsiyəsinə əməl etmək üçün ilk addımda İslam cəmiyyəti ilə bağlı idealımızı müəyyənləşdirməliyik.
    Sual olunur ki, bu layihəni kim cızmalıdır? Əlbəttə ki, uyğun vəzifə İslam mənbələri, maarifi ilə dərindən tanış olanların öhdəsinə düşür. Elmi hövzələrin alimləri hamıdın qabaq bu vəzifənin həyata keçməsi üçün cavabdehdir.
    Sual olunur ki, bu iş həyata keçmişdirmi? Belə görünür ki, hələlik belə bir layihə yoxdur. Uyğun layihənin əldə olmaması bizim təqsirimizdir və fürsəti əldən verməməliyik. Əgər Əli şiəsi olmaq, həzrətin son vəsiyyətinə əməl etmək istəyiriksə, öz işlərimizi sahmana salmaqla yanaşı İslam cəmiyyətinin nizamını təmin edəcək fəaliyyətlər də göstərməliyik. İslam cəmiyyətində nizam yaratmaq üçün isə hökmən layihəyə ehtiyac var. Layihə hazırlandıqdan sonra bu layihəni həyata keçirmək üçün proqram müəyyənləşdirməliyik. Yəni öncə müəyyənləşdirilir ki, İslam cəmiyyəti necə olmalıdır, sonra uyğun məqsədə çatmaq üçün atılacaq addımlar təyin olunur. Əlbəttə uyğun layihənin həyata keçməsi üçün uzunmüddətli və qısamüddətli proqramlar hazırlana bilər. Uyğun proqramlar mədəniyyət, siyasət, iqtisadiyyat, cəmiyyət, hərb və bütün başqa sahələri əhatə etməlidir. Bu sırada mədəniyyət, ideologiya sahəsi bütün başqa sahələrdən üstündür. İslam ümmətinin əqidəsini islah etmədən iqtisadiyyat və hərbdə uğur qazanmaq faydasızdır.
    Uyğun yönümün əhəmiyyəti nə qədər aydın olsa da, təəssüf ki, ötən illərdə məsullar bu sahə ilə lazımınca məşğul ola bilməmişlər. Hətta bəzən büdcə imkanları bəhanə gətirilir. Unutmamalıyıq ki, Qurani-kərim İslam cəmiyyəti üçün son hədəf kimi mədəni, ideoloji uğuru göstərir. Məgər mədəniyyət dedikdə idman, rəqs, musiqi nəzərdə tutulur? Allah-təala buyurur: «Mənə ibadət etsinlər və nəyisə Mənə şərik qoşmasınlar.»(Qur`an, "Nur", 55.)Beləcə, iqtisadiyyat və digər sahələrdə fəaliyyətlər cəmiyyətdə allahpərəstlik ruhunun hakim olmasına yönəlməlidir. Bu məqsədlə büdcə ayrılmalı, nəzərdə tutulmuş məqsədi həyata keçirmək üçün layihə hazırlanmalıdır. Növbəti addımda proqramar tərtib olunmalı və bu proqramlar əsasında zəruri tədbirlər həyata keçirilməlidir. Allah-təalanın lütfü, həzrət Mehdinin (ə) diqqəti sayəsində İslam dəyərləri cəmiyyətdə öz yerini tutmalıdır.
    Digər bir tərəfdən, alimlər, elmi hövzələr, islamşünaslar uyğun məsələyə lazımınca diqqət yetirməli, öz təlaşlarının bir qismini nəzərdə tutulan məqsədə yönəltməlidirlər. İctihad və istinbat məsələsi namaz və orucla başa çatmır. İdeal İslam cəmiyyətinin qurulması ilə bağlı məsələlər də xüsusi əhəmiyyət kəsb edir. Unutmayaq ki, Əmirəl-möminin (ə) son vəsiyyətində, böhranlı bir şəraitdə namaz və orucdan öncə nizamdan danışır. Nizam yaratmaq dedikdə cəmiyyətə zor tətbiq etmək nəzərdə tutulmur. Elə addımlar atılmalıdır ki, nizam fərdlərin və cəmiyyətin mədəniyyətinə çevrilsin, fərdlərdə bu mühüm məsələyə daxili bir nəzarət hissi formalaşsın. Bütün bunların gerçəkləşməsi üçün layihə, proqram və nəzarətə ehtiyac var. Uyğun mövzu nə qədər əhatəli olsa da, hazırkı söhbətimizdə deyilənlərlə kifayətlənməli oluruq.
    Category: Şəhadət yatağında Mövlanın (ə) öyüdü | Views: 776 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024