İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2075
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 11
Qonaqlar 11
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Main » 2011 » September » 13 » Siddiqeyi-Tahirə (ə) 1
    1:31 PM
    Siddiqeyi-Tahirə (ə) 1
    Qorxulu gecə
    Tam inamla demək olar ki, Fatimənin (ə) uşaqlıq illərinin – böyüyüb boya-başa çatdığı dövrün xüsusiyyətlərindən biri onun şəxsiyyətinin aramverməyən qəm-kədər və aramsız müsibətlər içində yaranması, formalaşmasıdır. Bu müsibətlərin ən dərdlisi də o qorxulu gecə ilə bağlıdır. Bəşər tarixinin o qorxulu gecəsi ki, əgər qeybdən gələn köməklər və İlahi yardım olmasaydı, bu gün bəşər həyatı və bəşəriyyət tarixi başqa istiqamətdə inkişaf etmiş olardı... O qorxunc, dəhşətli gecə İlahi lütfü ilə xeyirliklə ötüşdü, lakin onun acı anlarının ağırlığını Fatimə (ə) də uşaqlığına baxmayaraq, hiss etdi. O gecənin hər anı onun üçün acılıq və dərd içində keçdi...
    Nə qədər ki, Əbu Talib sağ idi, Qüreyş kafirləri nə qədər həyasız və alçaq olsalar da, öz həyasızlıqlarını həddindən artıq göstərməyə cürət etmirdilər. Çünki Əbu Talib Qüreyş qəbiləsində nüfuzlu və hörmətli bir şəxsiyyət sayılırdı, böyük bir qrupun başçısı – rəhbəri idi, buna görə də dinsizlərlə Peyğəmbər (s) arasında möhkəm dayanır, onların hədə-qorxularını dəf edirdi.
    Lakin Əbu Talibin vəfatından hələ çox keçməmişdi ki, Qüreyş dinsizləri Peyğəmbərin (s) belə bir böyük hamisini itirməsindən sevinərək və Allahın Elçisinin (s) tənhalığından, arxasızlığından istifadə edərək o həzrətə şiddətli təzyiq göstərməyə başladılar. Hətta iş o yerə çatdı ki, həyasızlıqla həzrətin mübarək canına qəsd etmək qərarına gəldilər. Onların bir dəstəsi gecə ikən Peyğəmbərin (s) evinə hücum çəkib, onu qılıncla qanına qəltan etmək haqqında and içdi.
    Bu səbəbdən də artıq Məkkədə yaşamaq, bu şəhərdə qalmaq mümkün deyildi. Ona görə də Peyğəmbər (s), İlahinin iradəsi ilə Məkkəni tərk edərək Mədinəyə köçmək məcburiyyətində qaldı. O həzrət özünün bu böyük və tarixi hicrəti – köçməsi ilə dinlər tarixində, bəşəriyyət tarixində dönüş nöqtəsi yaratdı.
    Köçmə gecəsi qorxunc və dəhşətli bir gecə idi. O gecə Əliyə (ə) Peyğəmbərin (s) evində qalmaq və onun yatağında yatmaq tapşırılmışdı. Bu yolla Peyğəmbərin (s) həyatını xilas etmək mümkün idi: dinsizlər ora hücum etdikdə o həzrətin mübarək vücuduna bir xətər yetirə bilməyəcəkdilər...
    Evdəkilər və Peyğəmbərin (s) yaxın adamları bilirdilər ki, qana susamış düşmənlər o həzrətin evinə hücum etmək niyyətindədirlər. Fatimə (ə) də bu qorxunc xəbəri öyrənmişdi. O gecə atası evində idi. Hər an dinsizlərin hücumu başlana, qan tökülə bilərdi. Kiçik və həssas Fatimə (ə) qorxu və təlaş içində açıq üfüqə və aydın gələcəyə baxırdı: atasının gələcəyinə baxır və hər anı qorxu və ümidlə yola salırdı.
    Anlar çətinliklə, çox gec ötürdü. Artıq gecə yarıdan ötdü. Səma üfüq xəttində aydınlaşmağa başladı... Dinsizlər sübh çağı parıldayan yalın qılıncla evə girdilər. Amma Peyğəmbərin (s) yatağına sarı hücum çəkdikdə o həzrətdən əsər-əlamət görmədilər. onun yerində İslamın qoçaq cavanını, şücaət rəmzini – Əlini (ə) tapdılar. Ona görə də məyus və başları aşağı, ürəklərində kin və ədavətlə dolu halda oradan geri qayıtdılar. Beləliklə, onların alçaq və yaramaz qəsdi baş tutmadı.
    Bu qorxunc və dəhşətli saatlar Fatimənin (ə) həyatında ən ağır saatlar idi. Həmin dəhşətli saatlar kiçik qızın həssas qəlbində dərin izlər qoydu, həmin izlər onu daha da püxtələşdirdi, həyat təcrübəsini artırdı. Atasının həyat və mübarizəsinin daha bir heyrətli səhnəsini öz gözləri ilə gördü, onun məqsəd və məktəbi yolunda olan daha bir qorxunc hadisə ilə üzləşdi və başqa müsibətlərə dözmək üçün hazır oldu...
    Mədinəyə köçmə
    Peyğəmbərin (s) hicrəti – İslam tarixində, bəşəriyyət tarixində dönüş nöqtəsi olan bu hadisə bir çox çətinliklərə baxmayaraq, baş verdi. Peyğəmbər (s) tezliklə Mədinənin kənarındakı bir yerdə özünə mənzil seçdi. Özü və yaxın adamlarının bir dəstəsi burada sakin olduqdan bir müddət sonra Əliyə (ə) sifariş göndərdi ki, Mədinəyə hərəkət etsin və Fatimələri də özü ilə gətirsin. Fatimələr üç nəfər idilər: Əlinin (ə) anası Fatimə bint Əsəd, Peyğəmbərin (s) əmisi Zübeyr bin Əbdül Müttəlibin qızı Fatimə və Allahın Elçisinin (s) qızı Fatimeyi-Zəhra (ə). Əli (ə) Allahın Elçisinin (s) göstərişi ilə ismət və namus pərdəsi olan bu qadınlarla birgə karvanla Məkkədən yola düşdü. Əhvalatdan xəbər tutmuş müşriklər də belə bir saatı gözləyirdilər. onlar bu kiçik, lakin şöhrətli karvana hücum edib, öz kin və ədavətlərini göstərmək istəyirdilər. Odur ki, həyasız müşriklər cahiliyyə dövründə ərəb kişiləri arasında mövcud olan mərdlik keyfiyyətlərinin əksinə olaraq bir dəstəni silahlandırıb həmin karvanın ardınca yola saldılar. Alçaq təbiətli, yaramaz müşriklər o şərəfli və namuslu qadınların karvanına yaxınlaşarkən küfr və iman döyüşlərinin nərə çəkən şiri, haqq və batil savaşlarının pəhləvanı Əli – fəryadının səsi canlara lərzə salan, qılıncının parıltısı gözləri qamaşdıran o igid – hücum çəkən düşmənlərə sarı gəldi. Birbaşa o yaramazların qabağında dayandı. Canlara qorxu salan qılıncını çəkib dinsizlərin üstünə elə hücum çəkdi ki, onlar bir neçə andan sonra müqavimət göstərə bilməyib geri çəkildilər və qaçmağa üz qoydular. Beləliklə, Əli (ə) İslamın və müsəlmanların namusunu igidliklə müdafiə etdi və əziz, hörmətli Fatimələri bu təhlükədən qurtararaq Mədinəyə çatdırdı.
    O səhnəni kim gözləri önünə gətirib canlandıra və hiss edə bilər ki, əziz Fatimələr o qorxulu anlarda necə bərk həyəcan və iztirab içində idilər? Xüsusilə də kim duya bilər ki, kiçik Fatimə əziz atasının qəddar düşmənlərini bir neçə nəfərlə əllərində yalın qılınc onların üstünə hücum etdikləri o anlarda nələr düşünür, hansı iztirablı hisslər keçirirdi?! Axı onların can və namuslarını qorumaq üçün yanlarında yalnız bircə kişi var idi... Doğrudan da, belə halları təsvir etməkdə tarixin dili necə də zəif və qısadır. Çünki olmuşları, hadisələri yalnız qeyd edə bilir. Həmin hadisələr baş verərkən ayrı-ayrı şəxslərin hansı hiss-həyəcanlar keçirdiklərini isə əsla çatdıra bilmir...
    Beləliklə, karvan Mədinəyə daxil oldu. Fatimeyi-Zəhra (ə) əziz atasının özü üçün müvəqqəti yaşayış yeri seçdiyi Əbu Əyyub Ənsarinin evinə gəldi. O, istəkli atasının gözəl sifətini görən kimi gözləri işıqlandı. Özünü atasının məhəbbətlə dolu qoynuna atdı, orada yenidən öz rahatlıq və aramını tapdı. Lakin o qorxulu səfərin xatirəsi əsla yadından çıxmırdı. Əlinin (ə) bir qrup silahlı müşriklər qarşısında çəkinmədən təkbaşına dayanması və onları qoruması səhnəsi gözləri önündə hey canlanırdı. Bəli, bu xatirə də başqa canlı xatirələrə qarışdı və beləliklə, onun ali şəxsiyyətinin təkmilləşməsində mühüm rol oynadı. Bütün bu hadisə və xatirələr, müsibət və əzablar onun kamil bir insan səviyyəsinə yüksəlməsində, həyatın acısını və şirinini dadmış təcrübəli və yetkin bir şəxsiyyət kimi yetişməsində, bəşəriyyət üçün, xüsusilə də müsəlman cəmiyyəti üçün böyük hədiyyələr bəxş etməsində öz müsbət təsirini göstərdi.
    Bəli, belə bir qəhrəman qadın öz həyatında bu cür hadisə və müsibətlərlə üzləşməli idi ki, o cür misilsiz şəxsiyyət səviyyəsinə yüksəlsin və həqiqi qəhrəman imamların anası olsun...
    Fatimeyi-Zəhra (ə) Mədinədəki həyatının böyük atasının himayəsində davam etdirir və belə bir atanın xüsusi tərbiyəsindən bəhrələnirdi. O cür bənzərsiz paklıq və fədakarlığı görür, o həzrətin gecələr oyaq qalaraq ibadət etməsini, İslam və Allah yolunda yorulmaq bilmədən fəaliyyət göstərməsini öyrənir, həyat və iman dərsi keçir, bütün bunları öz həyatı üçün məşq edir və beləliklə, özünü gələcək günlərə hazırlayırdı...
    Çox qəribədir ki, bu hadisələr bir-birinin ardınca baş verirdi və bütün bu dərslər arasıkəsilmədən Fatimənin (ə) öyrəndiklərini, qazandıqlarını artırırdı. Hələ İslam peyğəmbərinin (s) hicrətindən bir il keçməmişdi ki, müşriklər İslam cəmiyyətinin gücünün artmasından xəbər tutub qorxuya düşdülər. Günbəgün artan bu qüdrətin qarşısında sonra dayana bilməyəcəklərindən qorxan bu düşmənlər İslam qüdrətini, İslam cəmiyyətini dərhal yox etmək qərarına gəldilər. Ona görə də İslamın yeni yaranmış qərargahına hücuma – yürüşə hazırlıq gördülər. Bunun üçün onlar qoşun və silah yığmağa başladılar.
    Bədr döyüşü
    Bu xəbər ildırım sürəti ilə İslam peyğəmbərinə (s) çatdı və o həzrət də dərhal vuruşa hazır oldu. Müşriklərlə müsəlmanlar arasında baş vermiş ilk toqquşma – Bədr döyüşü haqqında İslam tarixinə aid mənbələrdə geniş məlumat verildiyi üçün biz burada ona ötəri nəzər salmaqla kifayətlənirik. Bəli, Allah-təaladan döyüş üçün fərman almış alicənab Peyğəmbər (s) xəbis müşriklərə yeni yaranan İslam cəmiyyətinin qüdrətini göstərməyi lazım bilirdi. O həzrət kiçik, lakin cürətli, şir ürəkli bir qrup müsəlmanla və azacıq silah-sürsatla Mədinədən çıxaraq müşriklərlə döyüşə yola düşdü. O misilsiz tarixi döyüşdə müşriklərin sayı müsəlmanlardan üçqat artıq idi. Onların hamısı o dövrün ən yaxşı döyüş silahları ilə dişlərinə qədər silahlanmışdı. Lakin uca Tanrı müsəlmanlara Özünün gözəgörünməyən yardım əlini uzatdı və bu bərabər olmayan döyüşdə müsəlmanlara qələbə - uğur bəxş etdi. Bu qələbə bir tərəfdən müsəlmanların əhval-ruhiyyəsini daha da gücləndirdi, bir tərəfdən düşmənləri ruhdan saldı, digər tərəfdən isə çoxlu mal və qəniməti, xüsusilə də, məğlub olmuş düşmən silahlarının çoxunu müsəlmanlara nəsib etdi. Beləliklə, müsəlmanların döyüş silahları ilə təchizatı artdı və maddi-hərbi imkanları çoxaldı.
    Bədr döyüşündə aşkar və təsəvvür edilməyən məğlubiyyətə uğramış müşriklər Məkkəyə dönən gündən bu məğlubiyyətin heyfini almaq üçün yeni döyüşə hazırlaşmağa başladılar. Onlar tam bir il ərzində döyüş üçün tədarük görüb, yeni canlı qüvvə və silah toplayaraq sonrakı ili tarixi və ibrətli Ühüd döyüşünə başladılar. Bu döyüş əvvəlcə müsəlmanların məğlubiyyəti ilə nəticələnsə də, onlar üçün böyük dərs oldu. Onlara İslam ordusunun yüksək rəhbərliyinin, onun başçısının əmrlərinə sözsüz itaət etməyin vacibliyi və zərurətini bir daha sübuta yetirdi...
    İslam tarixinə aid bütün mənbələrdə göstərildiyi kimi, Ühüd döyüşündə Peyğəmbərin (s) hərbi göstərişlərinin bəzilərinə qüsurlu şəkildə itaət edildi, bəziləri isə yarımçıq yerinə yetirildi. Həmçinin bəzi müsəlmanlar tamahları üzündən qənimət toplamağa girişdilər. bütün bunların nəticəsində müsəlmanlar içərisindən döyüşdən yayınan və onlara tapşırılmış döyüş yerlərini tərk edənlər oldu. Bu isə ona səbəb oldu ki, pusquda durmuş düşmənlər və ehtiyatda saxlanılan döyüşçülər müsəlmanların bu hərəkətindən istifadə edərək arxadan onlara hücum etdilər. beləliklə, müşriklər onların tam məğlubiyyətinə yaxın olan bu döyüşün taleyini dəyişdirərək onu müsəlmanların məğlubiyyəti ilə başa vurdular.
    Bütün bu məsələlər üzündən həmin döyüşdə müsəlmanlardan yetmiş nəfər şəhid oldu. Onlardan biri Peyğəmbərin (s) hörmətli qəhrəman əmisi Həmzə idi. Ondan əlavə, bu döyüşün gedişində müşriklərin atdıqları daşlardan biri Peyğəmbərin (s) mübarək alnına dəydi və onun yarılmasına, qanamasına səbəb oldu. O həzrətin bir neçə dişi də sındı və onların pak, ətirli qanı şərif saqqalına axdı. Beləcə, qələbəyə yaxın döyüş səhnəsi məğlubiyyət səhnəsinə döndü... Bir tərəfdən də Əbu Süfyan – İslamı ürəkdən, sədaqətlə qəbul etməmiş o yaramaz, məkrli insan bu qarmaqarışıqlıqda müsəlmanların ruhunu sındırmaq, İslam qoşununu zəif salmaq məqsədilə aravermədən qışqırırdı: "Məhəmməd öldürüldü. Məhəmməd öldürüldü... Müsəlmanların işi bitmək üzrədir...”
    Ah... Necə də hüznlü və dərdli anlar idi. İlahi, bu xəbərlər Fatimənin (ə) qulağına çatanda atasının aşiqi o mehriban qız nə hala düşdü?! Nələr çəkmədi?! O acı və kədərli saatlarda Fatimənin (ə) hansı hisslər keçirdiyini təsəvvür etmək və onları qələmə almaq, doğrudan da, çətin işdir... O çətin anlarda Fatimə (ə) da başqa İslam qadınları və cavan qızları kimi evdən bayıra çıxmışdı ki, bu dərdli xəbərin düzgünlüyü, dəqiqliyi haqqında soruşsun. Atasının öldürülməsi xəbərini eşitcək özünü saxlaya bilmədi, vücudunu sarmış dərdin şiddətindən "Ata, ata!” – deyə fəryad qopardı...
    Fəryad və nalələrin ərşə qalxdığı o anlarda Fatimə (ə) Allahın Rəsulunun (s) bibisi Səfiyyə ilə birlikdə döyüş meydanına yollandı. Ora çatanda döyüş sona yetmişdi. İslam peyğəmbəri (s) dərdli-hüznlü halda döyüş meydanında həlak olanları axtarırdı. İri və qara, şəffaf və gözəl gözlərində qəmli yaş damlaları görünürdü. Hörmətli əmisini – qəhrəman Həmzənin mübarək bədənini o cür ürəkparçalayan vəziyyətdə görəndə (Cigərxar ("ciyəryeyən”) və qaniçən Hində onun qarnını yırtmış, ciyərini çeynəmişdi) ətirli və dərdli göz yaşları gücləndi. Ancaq peyğəmbərlərə xas olan aramını, toxdaqlığını saxladı, əbasını çiynindən götürərək o qanlı və parça-parça olmuş bədəni örtdü...
    O anlarda Fatimeyi-Zəhra (ə) möhtərəm atasını o cür üzücü vəziyyətdə - alnı yarılmış, sifəti, ağzı və saqqalı qana bulaşmış halda görcək dərhal mehriban əlləri ilə o həzrətin başını və mübarək sifətini təmizlədi, sonra isə əllərini göyə qaldıraraq İlahi dərgahına müraciətlə nalə çəkə-çəkə dedi: "İlahi, Öz şiddətli qəzəbini o daşürəkli günahkarlara – Allahın Elçisinin (s) gözəl sifətini bu cür qana bulaşdıran kəslərə göstər.”
    Sonra Fatimə (ə) bir qab su gətirdi, atasının alnındakı və sifətindəki qanları yudu. Onlar birlikdə evə qayıtdılar... Evdə həm atası, həm də əmisi oğlu qılıncını ona təhvil verdi ki, qurumuş qanlarını yusun... Beləliklə, Ühüd döyüşü bu cür dərdli sonluqla başa çatdı.
    Sizlərdən hər biriniz, xüsusilə də qadınlar və qızlar, bu səhnələrin Fatimənin (ə) təfəkküründə, ruhunda, bütün varlığında necə acı təsir buraxdığını, gələcək həyatında nə dərəcədə mühüm rol oynadığını yəqin ki, yaxşı təsəvvür edirsiniz.
    Təəssüf ki, tarix belə hallarda susur...
    Ögey ana sıxıntısı – daha bir dərd
    Bu qədər əzab və dərd burulğanında Fatimə (ə) üçün anasının ölümü və anasızlıq qəmi ilə bağlı daha bir çətinlik ortaya çıxdı. O nur və səfa evində ögey ana ilə bağlı çətinlik. Doğrudan da, ögey ana, hətta əgər ən mehriban ana olsa belə, hər hansı bir uşaq üçün çətin və dözülməzdir. Xüsusilə də, əgər o uşaq kiçik yaşlı, həssas qız olsa, bu daha da çətin olur. Fatimeyi-Zəhra (ə) da belə həssas, körpə qız idi. Bundan əlavə o, çox əzablar görmüş, incə qəlbli, düşüncəli, dərdbilən qız idi. Bu səbəbdən də ögey ana məsələsi onun üçün olduqca ağır və dözülməz çətinliklər törədir, ağrılı-acılı dərdlər yaradırdı.
    Bu məsələdə diqqəti cəlb edən cəhət Fatimə (ə) ilə Allahın Rəsulunun (s) həyat yoldaşlarının – Fatimə üçün ögey ana olan qadınların arasında olan münasibətdir. Həmin ögey analardan bəzilərinin həssas qəlbli, tez inciyən Fatimə (ə) ilə rəftarları bəyəniləsi, ürəyəyatan deyildi. Bu, onların təbiətindəki qadınlığa xas xüsusiyyətlərindən irəli gəlirdi. Onlar bəzən ev mühitində Fatimə (ə) ilə səmimi rəftar etmir, onun qəlbinə toxunan hərəkətlərə yol verirdilər. bütün bu məsələlərin də əsas səbəbi o idi ki, onlar Peyğəmbərin (s) bu kamal və fəzilət sahibi qıza bəslədiyi dərin məhəbbətinə, sonsuz əlaqəsinə həsəd gözü ilə baxırdılar. Onlar mehriban atanın Fatiməyə (ə) olan bu sönməz məhəbbətini elə izləyirdilər ki, son nəticədə bu, qızın qəlbinin inciməsinə gətirib çıxarırdı. Təbiidir ki, bu düzgün olmayan rəftarlar Fatimənin (ə) həssas qəlbinə toxunur, onu yaralayırdı. Bəzən isə lap incə mətləblər də Fatimənin (ə) həssas qəlbinə təsir edir, onu sıxırdı...
    Ərəgetmə astanasında
    Nəhayət, bu cür acılar və çətinliklərlə dolu uşaqlıq dövrü ötdü və cavanlıq çağı yetişdi. Bəli, indi müxtəlif təcrübələr toplamış, ömrünün eniş-yoxuşunu arxada qoymuş, vücudunu əritmiş o ağır həyat sınaqlarından keçmiş Fatimə (ə) həyatının yeni bir mərhələsinə qədəm qoydu. Uşaqlıq illərində gördüyü əzab-əziyyətlər, ağrılar-acılar onu mətinləşdirmişdi. O, bütün bu çətinlikləri, ağır məsələləri Pərvərdigarına bəslədiyi iman və etiqad, ümid və təvəkkül işığında bir-birinin ardınca həll etdi. Bütün imtahan və sınaqlardan üzüağ, başıuca və güclü çıxdı, uşaqlıq illərində üzləşdiyi bütün əzab-əziyyətlərdən, ağrılı dərdlərdən xilas oldu, səbr və dözümlə, güclü iradə ilə, bənzərsiz ağlı və tədbirləri ilə bütün çətinliklərə yol tapdı, hər məsələnin düzgün həlli yollarını aradı və nəhayət, ərəgetmə yaşına, yeni həyat mərhələsinə, yeni həyatına şərik seçmə dövrünə çatdı...
    Category: Siddiqeyi-Tahirə (ə) 1 | Views: 786 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024