İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 3
Qonaqlar 3
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 13 » Şəhadət yatağında Mövlanın (ə) öyüdü
    5:02 AM
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü
    İCTİMAİ RABİTƏLƏRDƏ İXTİLAF LABÜDDÜR.
    Vəsiyyətnamədə möminlər və iman əhli nəzərdə tutulmuşdur. İslam təlimlərinə əsasən biz öz iman qardaşlarımızla sıx rabitədə olmalı, kin-küdurətə yol verməməliyik. Qurani-kərimdə buyurulur: «Həqiqətən möminlər qardaşdırlar; qardaşlarınızın rabitələrini möhkəmləndirin.»("Hucurat", 10.)
    Uyğun buyuruqlar bir şəhərdə və ya bir kənddə yaşayan möminlərə şamil olunmur. Buyuruqda meyar imandır. İstənilən bir qövmdən, irqdən, millətdən, məntəqədən, əyalətdən olan imanlı insan bizə qardaş sayılır və onunla rabitəni möhkəmləndirməliyik. Bəli, hətta Amerikanın qara dərili müsəlmanları bizə qardaşdır. Mömin dedikdə təkcə ərəb və ya iranlı nəzərdə tutulmur. Bütün iman əhli arasında rabitələrin möhkəmləndirilməsi İslamın qəti göstərişlərindəndir. Dünyanın bu gün ərazilər üzrə bölünməsi bu məsələdə heç bir rol oynamır. Bizim üçün əsas imandır, dünyanın ən ucqar nöqtəsindəki imanlı insan bizim qardaşımızdır və İslam göstərişlərinə əsasən onunla dostluq vacibdir.
    İslamın eyni əqidəli insanları qardaş sayması onun prinsiplərindəndir. Hər bir müsəlman vəzifəlidir ki, bu qardaşlığı möhkəmləndirsin və onu hifz etsin.
    Eyni zamanda qan qardaşları arasında da fərqli baxışların olması təbiidir. Necə ki, fiziki baxımdan fərqlənməyən iki nəfər yoxdur. Səliqə baxımından da iki insan eyni ola bilməz. Demək, baxış və səliqə fərqi tam təbiidir və iki qardaş, ərlə arvad, ata ilə oğul arasında fərq ola bilər. İman qardaşları da istisna deyil. Möminlər arasında da fərqli cəhətlər mövcuddur.
    Digər bir tərəfdən, ixtilaflar kin-küdurətlə, narahatlıqla müşayiət olunur. Bəsirətli insan öncədən görür ki, hər bir cəmiyyətdə səliqə fərqləri ucbatından ziddiyyətlər olasıdır. İki şəxs eyni bir məsciddə namaz qılır, eyni bir şəxsə iqtida edir, eyni bir alimə, mərcəyə təqlidçidir, eyni rəhbərə tabedir və eyni bir xəttədir. Bütün bunlara baxmayaraq onların müxtəlif məsələlərdə fərqli mövqe tutmasına, fərqli münasibət göstərməsinə şahid oluruq. Təcrübəli və imanlı insanlar bu sayaq ixtilafları sadəliklə həll edə bilir. Adi insanlar arasında isə uyğun səliqə fərqləri soyuqluğa kin-küdurətə səbəb olur. Digər bir tərəfdən şeytan da pusqudadır və münasib fürsət gözləyir ki, möminlər arasında düşmənçilik toxumu səpsin. Allah-təala buyurur: «Həqiqətən, şeytan sizin aranızda ədavət və düşmənçilik yaratmaq istəyir.»("Maidə", 91.)
    Ayənin zikr etmədiyimiz davamında buyurulur ki, şeytan şərab və qumar vasitəsi ilə kin-küdurət yaradır. Əlbəttə ki, şərab və qumar şeytanın yalnız iki qurğusudur. Möminlər arasında düşmənçilik yaratmaq istəyən şeytanın minlərlə qurğusu var. Şeytan iki mömin arasında qarşıdurma yaratmaq üçün fürsət gözləyir. Ata ilə övlad, ana ilə qız, iki bacı, iki qardaş, iki qonşu, iki dost, iki sinif yoldaşı arasında ədavəti qızışdırmaq üçün şeytana fürsət lazımdır. İki millət arasında ədavət yaratmaq isə onun üçün daha asandır. İnsanın amansız düşməni pusquda gözləyir və onun gedişlərindən biri də budur ki, möminlər arasında soyuqluq yarandıqda onların qəlbinə nüfuz edib saman çöpündən dağ düzəltsin. Sadəcə bağışlanası bir səhv şeytan vasitəsi ilə şişirdilir. Nəticədə iki qohum, iki yerli, iki millət arasında düşmənçilik yaranır. Şeytanın təlqinləri o qədər güclənir ki, insan hətta qəlbindəki kin-küdurət səbəbindən yata bilmir. O düşündükcə bu düşmənçilik daha da dərinləşir. Belə məqamlarda insan öz mömin qardaşının qətli ilə də razılaşa bilər.
    İxtilaf gerçəkdən də evlər yıxa bilər. İxtilaf səbəbindən şagird dərsə, müəllimə soyuq münasibət göstərə bilər. Bəzən elə olur ki, şagirdin müəllimə münasibəti onu sinifdən uzaqlaşdırar və ya müəllimin sözlərinə qulaq asmaz. İxtilaf səbəbindən ərlə arvad arasındakı səmimi münasibətlər pozulur, ailə mühitində qovğa yaranır. Kin-küdurət və ixtilafların kök atıb insanları bir-birindən uzaqlaşdırması ziddiyyətlərin təbii sonluğudur. İnsanlar təkcə fiziki baxımdan uzaqlaşmır, onlar qəlbən də bir-birlərindən soyuyurlar. İncimiş insanlar bir-birlərinə ağız açmaq istəmir, yardım əli uzatmırlar. İnsan incidiyi insana ağız açmağı özünə ar bilir. Bir sözlə, ixtilaf səbəbindən hər iki tərəfin məhrumiyyətləri artır.
    İxtilafların ağrılı sonluğunu nəzərə alan İslam tədbir görür. Əmirəl-möminin (ə) öz son tövsiyələrində yaxınlarına namaz və orucdan öncə aralarındakı rabitələri möhkəmləndirməyi tapşırır. Həzrət bu münasibətlə Peyğəmbərin (s) buyuruğunu zikr edir: «İki müsəlman, iki mömin qardaş arasında rabitəni möhkəmləndirmək namaz və orucdan üstündür.»
    BİR NÖQTƏYƏ DİQQƏT
    Burada bir nöqtəni xatırlamaq yerinə düşər: Rəvayətlərdə tez-tez rastlaşırıq ki, iki ibadət müqayisə olunur və buyurulur ki, onlardan biri o birindən üstündür. Belə bir nəticə çıxarmaq olmaz ki, bir ibadət o birini əvəz edə bilər. Məsələn, deyirlər ki, su çörəkdən üstündür. Çünki insan bir müddət ac qala bilir, amma susuz qala bilmir. Amma bu o demək deyil ki, insan su içib, çörəksiz yaşaya bilər. İnsan həyatını davam etdirmək üçün həm suya, həm də çörəyə ehtiyaclıdır. Rəvayətlərdə də müqayisə bu qəbildəndir. «Namaz orucdan üstündür» dedikdə nəzərdə tutulmur ki, Ramazan ayında oruc tutmayıb əvəzinə namaz qılmaq olar. Cihad namazdan üstündür deyilirsə, bu o demək deyil ki, cihada gedən namaz qılmamalıdır. Haqqında danışdığımız vəsiyyətnamədəki müqayisədən də belə bir nəticə çıxarılmamalıdır ki, iki müsəlmanı barışdıranın namaz və oruca ehtiyacı yoxdur. Bəli, möminlər arasında yaxınlıq yaradan insan min namazın savabını qazanır. Amma bu iş namazı əvəz etmir. Rabitə yaratmağın öz, namazın öz təsiri var. İnsanın kamilləşməsi üçün bütün bu işlərə ehtiyac var. Namazın öz yeri, müsəlmanlar arasında rabitələri möhkəmləndirməyin öz yeri! Əlbəttə, müqayisə zamanı onların birini o birindən üstün saymaq olar. Əmr be məruf (yaxşılığa əmr) və nəhy əz munkər (pisliyə qadağa) haqqında da oxşar təbir var. Deyilir ki, əmr be məruf və nəhy əz munkər namaz və orucdan üstündür. Səbəb budur ki, insanlar doğru yola çağırılmasa, pis yola qadağa qoyulmasa tədricən namaz və oruc da yaddan çıxar. Demək, namaz və orucun davamı əmr və qadağadan asılıdır, amma nəticə çıxarmaq olmaz ki, namaz və oruc əvəzinə əmr be məruf və nəhy əz munkərlə məşğul olmaq mümkündür.
    HƏTTA YALAN VASİTƏSİ İLƏ RABİTƏLƏRİ MÖHKƏMLƏNDİRMƏK
    İndi rabitələrin möhkəmləndirilməsi ilə bağlı əsas mövzuya keçirik. Möminlər arasında rabitələrin islahı İslamın ən vacib göstərişlərindəndir. Əksinə, iki möminin rabitəni kəsib bir-birindən küsməsi üç gündən artıq davam edə bilməz. Əgər dördüncü gün möminlər barışmasa onların namazları qəbul deyil. Barışmaq üçün ilkin addım atan mömin çox böyük savab qazanır. Həmin üç gün ərzində bu iki mömini barışdırmaq başqalarına vacibdir. Küsülülük müddəti artdıqca başqa möminlərin də vəzifsi ağırlaşır. Onlar hətta yalan vasitəsi ilə möminləri barışdıra bilər. Hansı ki, yalan İslamda böyük günahlardan sayılır və rəvayətlərə əsasən, bir çox başqa günahların açarıdır. Rəvayətdə bildirilir ki, evlərdəki bütün pisliklərin açarı yalandır.(Biharul-ənvar", c.72, s.263, rəvayət 46, bab 114.) Amma iki mömin arasındakı kin-küdurəti aradan qaldırmaq o qədər əhəmiyyətlidir ki, onları barışdırmaq üçün yalan danışmaq hətta müstəhəb sayılır.
    Əgər görsək ki, bir şəxs öz iman qardaşından onun arxasınca danışdığı üçün gileylənir, yalandan istifadə edə bilərik. Deyərik ki, Həmin şəxs sənin haqqında çox xoş sözlər deyir. Qarşı tərəf təəccüblənsə də, biz dediklərimizi təsdiqləyib, onun yanıldığını bildirməliyik.
    Belə bir yalanın savabı istənilən bir doğru sözdən çoxdur. Çünki bu yalan iki mömini barışdırır, onlar arasındakı kin-küdurəti aradan qaldırır. Bəli, məhz bu məqamda yalan vasitəsi ilə iki mömini barışdırmaq tövsiyə olunur.
    Bəs nə üçün başqa məqamlarda şiddətlə məzəmmət olunan yalana bu məqamda yol açılır? Çünki ictimai rabitələr qırılsa, insanların nə maddi, nə də mənəvi ehtiyacları ödənər!
    Soruşula bilər ki, iki şəxs bir-birindən küssə, dünya dağılmaz ki? Biz onlara xatir nə üçün ən böyük günaha əl atmalıyıq? Cavab budur ki, əgər möminlər arasında küsülülük davam etsə, günbəgün öz çərçivəsini genişləndirər, nəhayətdə ictimai rabitələr sarsılar. Bu səbəbdən də küsülülüyün qarşısı ilk addımda alınmalıdır. Rabitələrin möhkəmləndirilməsi üçün təsirli tədbirlərdən biri budur ki, insan özü ətrafdakılara bədgümanlıqdan çəkinsin. Rəvayətlərdə oxuyuruq: «Qardaşının işini ən yaxşı şəkildə yoz.»("Biharul-ənvar", c.74, s.186, rəvayət 7, bab 12.)Əgər mömin qardaşının hansısa işi sənə xəta kimi görünürsə, səbr et, bunu yaxşılığa yoz. Düşün ki, onun məqsədi başqa olub. Mümkündür ki, sizin nəzərinizə xəta kimi görünən işi həmin şəxs xeyir məqsədlə yerinə yetirmişdir. Hər halda mömin qardaşının ittihamına çalışma. Rəvayətlərdə qeyd olunur ki, əgər əlli mömin başqa bir möminin ziddinə şəhadət versə, amma o özü deyilənləri rədd etsə, sən həmin əlli nəfərin yox, şəxsin öz sözünü qəbul et.("Biharul-ənvar", c.75, s.214, rəvayət 11, bab 65.)
    Rəvayətdə əlli möminin yalançı sayılması yox, onların şəhadəti əsasında əməl etməmək nəzərdə tutulur.
    «ƏYNƏL-MUTƏHABBUNƏ FİLLAH»
    İslam müsəlmanlar arasında sülh-səfa, məhəbbət yaranması üçün son həddə səy göstərir. Dinimiz möminlər arasında qardaşlıq üçün təhlükə yaradan bütün amillərlə mübarizə aparır. Şübhəsiz ki, bu məhəbbət iman üzərində qurulmuşdur. Belə bir məhəbbətin əlaməti odur ki, insan daha imanlı şəxsləri daha çox sevir. Belə bir məhəbbət ən mühüm və böyük islami dəyərlərdəndir. Uyğun məhəbbət insan üçün dünya və axirətdə imtiyaz sayılır. Bu barədə çoxsaylı rəvayətlər var. Rəvayətlərdən birində bildirilir ki, Qiyamət bərpa olan vaxt hamı məhşər səhrasına toplanar; nida olunar ki, «mutəhabbunə fillah» haradadır? Məhşər əhlinin bir hissəsi ayağa qalxar; onlara bildirilər ki, hesab-kitabsız behiştə yola düşün; onlar yola düşər; yolda mələklər onlarla rastlaşıb soruşar ki, hara gedirsiniz? Deyərlər ki, sorğu-sualsız behiştə gedirik; mələklər maraqlanar ki, siz hansı dəstəsiniz? Deyərlər ki, biz dünyada Allahın razılığı üçün başqalarını dost sayan və Allahın razılığı üçün kimlərisə düşmən bilənlərik.("Biharul-ənvar", c.9, s.245, rəvayət 19, bab 36.)
    Bəli, Allah xatirinə sevginin belə bir təsiri var! Bəli, İslamın bir bu qədər əhəmiyyət verdiyi rabitələr haqqında ömrün son anlarında danışmağa dəyər! Bu məsələ sadə məsələ deyil, təəssüf ki, bizlər onun əhəmiyyətini anlamırıq. Bizim fikrimizcə əsas məsələ namaz qılıb oruc tutmaqdır. Məsələn, tez-tez deyilir ki, namazınızı ilkin vaxtında qılmağa çalışın. Əlbəttə ki, namaz dinin sütunudur və olduqca əhəmiyyətlidir. Əmirəl-mömininin (ə) namaza çağırışları var. Amma belə bir çağırışla yanaşı, digər bir mühüm məsələni də unutmaq olmaz. Əmirəl-möminin (ə) namazdan əlavə zülmlə mübarizə, işlərdə nizam, düzgün müdiriyyət, tərəflər arasında rabitələrin islahı məsələlərinə də toxunur. Bu məsələlər həzrətin nəzərində o qədər mühümdür ki, o son vəsiyyətində onları yaddan çıxarmır. Mömin insan namazına diqqətli olduğu kimi, möminlər arasında münasibətlərə də diqqətli olmalı, bu sahədə vəzifələrini yerinə yetirməlidir. İki mömin arasında kin-küdurətə biganə qalmaq haqqımız yoxdur. Düşünə bilmərik ki, vaxt ötdükcə özləri barışarlar. Allah belə bir münasibəti qəbul etmir. Peyğəmbər (s) və onun Əhli-beytindən nəql olunan rəvayətlərə əsasən iki mömin arasında münasibətlər soyuyan vaxt yalan vasitəsi ilə olsa belə, bu soyuqluğu aradan qaldırmağa vəzifəliyik. İki müsəlman arasında kin-küdurət olan zaman şeytan üçün yol açılır. Belə bir hal Allahı razı salmır. Demək, möminlər arasında soyuqluğu aradan qaldırmaqla şeytanın nüfuz yolunu bağlamalıyıq. Ümid edirik ki, Əmirəl- mömininin (ə) məqamına xatir Allah-təala möminləri bir-birinə qarşı mehriban buyura!
    Category: Şəhadət yatağında Mövlanın (ə) öyüdü | Views: 916 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024