İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 6
Qonaqlar 6
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 13 » Kumeyl duasının şərhi 2
    2:00 PM
    Kumeyl duasının şərhi 2
    UZUN-UZADI ARZULAR
    Arzu və ümid mehriban Allahın insana əta etdiyi bir nemətdir. Əgər arzu və ümid olmasaydı, insan heç vaxt bir işə maraq göstərməz, çalışmazdı.
    Rəvayət olunur ki, sahədə şum edən qoca kişini görən Həzrəti İsa (ə) əlini qaldırıb belə dua etdi: "Pərvərdigara! Bu qocanın arzu və ümidini bir an saxla.” Dua qəbul olan kimi qoca əlindəki beli yerə qoyub, ağacın kölgəsində uzandı. Bir neçə saat keçsə də qoca yerindən tərpənmirdi. Yalnız Həzrət İsa (ə) duasını geri götürdükdən sonra qoca işinə davam etməyə başladı.("Mizanul-hikmət”, 1-184.)
    Həzrət Peyğəmbər (s) buyurur: "Arzu mənim ümmətim üçün bir rəhmətdir. Əgər arzu olmasa, heç bir ana övladına süd verməz və heç bir əkinçi bir ağac əkməz.”("Biharul-ənvar”, 74-175) İmam Səccad (ə) belə dua edir: «Pərvərdigara! Səndən ən doğru arzunu istəyirəm.»("Biharul-ənvar”, 91-155)
    Elm mərtəbəsinə yüksəlmək, əxlaqi dəyərlər əldə etmək, bəndəlik zirvəsinə ucalmaq, xalqa xidmət etmək, məscid tikmək, yol çəkmək, kitabxana yaratmaq imana dəlalət edən ali arzulardandır. Amma insanın arzuları yalnız dünyaya aid olsa və həddini aşsa, rahatlığını əlindən alar, onu tamah, təkəbbür kimi günahlara sövq edər. Həzrət Əli (ə) buyurur: "Arzular ilğım kimidir. Ona baxan aldanar, ona ümid edən əliboş qalar”; "Arzu hiyləgər, yalançı və ziyanvericidir”; "Arzular bəsirət gözünü bağlayar”; "Arzu qafillərin qəlbində şeytani bdir padşahdır.”(Ğurərul-hikəm”, 312-313.)
    Həzrət Musa (ə) münacat zamanı Allahın belə buyurduğunu eşitdi: "Ey Musa! Dünya arzularını uzun etmə ki, qəlbini bərkidər. Qəlbi bərkiyən isə Məndən uzaqdır.”("Kafi”, 2-329.)
    İmam Sadiq (ə) «Ərəfə» gününün duasında Allaha belə ərz etdi: "Sənə insanı üstün axirətdən uzaqlaşdıran dünyadan, üstün ölümdən məhrum edən həyatdan, üstün əməllərin qarşısını alan arzulardan pənah gətirirəm.”("İqbal”, 390.)
    Həzrət Əli (ə) buyurur: "Ölüm qılıncıyla dostlardan ayrılacağına, torpağa sakin olacağına, sorğuya çəkiləcəyinə qoyub getdiklərindən ehtiyacsız olacağına, qabaqcadan göndərdiklərindən faydalanacağına əmin olan şəxs arzularını qısaldıb, səylərini artırmalıdır.”("Biharul-ənvar”, 70-167)
    Uzun-uzadı arzular insana ağır zərbələr vurub onu ilahi feyzlərdən məhrum edir. İnsan doğulduğu gündən başlayaraq münbit torpaq kimi bəhrə vermək istedadına malikdir. Əgər bu istedad min bir günahla məhv edilməsə, Allahın rəhmət yağışından faydalanaraq iman, gözəl əxlaq və saleh əməl kimi çiçəklər yetirəcəkdir.
    "Əraf” surəsinin 58-ci ayəsində buyurulur: "Pak bir məmləkətin bitkiləri Rəbbinin izni ilə çıxar. Pis bir məmləkətin bitkiləri isə həm çox çətinliklə həm də az bitər.” İnsan düşüncəsini hörümçək toru tək bürümüş arzular onun qavrayış bacasını qapayır və həqiqətlərə diqqət yoluna sədd çəkir. Beləcə insan Allahın zikrindən və axirət hazırlığından məhrum olur. Doğrudan da, arzular girdabında çabalayan, yalnız dünya nemətlərinə çatmaq barədə düşünən insan Allah, Qiyamət, saleh əməl və tövbə haqqında düşünə bilərmi?!
    Həzrət Peyğəmbər (s) mühüm bir rəvayətdə buyurur: "Sizin üçün iki şeydən qorxuram: nəfs istəyinə tabeçilik və uzun-uzadı arzular. Nəfs istəyinə tabeçilik insanı həqiqətdən uzaqlaşdırır, uzun-uzadı arzular isə axirəti yaddan çıxarır.”
    Axı arzulardan ömrə nə fayda,
    Sütunlar titrəyir bu boş sarayda.
    Qul ol o kəsə ki, dövrün gedişi
    Keçirməyib ona pis-pis vərdişi.
    Aldanma İblisin şirin vədinə
    Haqdan müjdələr var qalsan qeydinə.
    Bu dünyada durmaq yaraşmaz pirə
    Aldanıb dayanan dönər əsirə.
    Gör kimlər çağırır səni bəqadan,
    Şeytana uyası ağılsız insan.
    Arzular faydasız, əməl köməkçi,
    Saleh əməl yoxsa, arzular nəçi?!
    Çəkmə dünya qəmin, eşit sözümü
    Aldanmazsan Haqqa tutsan üzünü.
    Nə damaq qalası, nə damaqda dad,
    Hər kəs gözləyəsi əməldən imdad.
    Dəyişkən vücuddan gözləmə vəfa,
    Hər kim gözləmişsə qazanmış cəfa.
    Uyma qızılgülün təbəssümünə
    Qulaq ver bülbülün qəmli səsinə.
    Özümdən də vəfa görmədim inan,
    Ucaldan o oldu yıxılan zaman.
    İnsan səadəti üçün çox qorxulu olan uzun-uzadı arzulardan qurtarmaq üçün Quran və Əhli-beyt (ə) xəbərlərini mütaliə edib tarixi əhvalatlarla tanış olmaq, qəbiristanlığa gedib qəbirlərdə yatanlar haqqında düşünmək çox faydalıdır. Bəli, qəlb arzular ilğımına büründüyü vaxt insan dünya və axirət faydalarından, hətta elm və biliyin səmərələrindən belə məhrum olur.
    Maraqlı bir hekayət
    Əttar Nişaburi belə rəvayət edir:
    Bir gün Həsən Bəsri səfər zamanı Dəclə çayına çatıb dayanır. Qəfildən tanınmış zahid Həbib Əcəmini görür. Həbib deyir: "Nə üçün dayanmısan?” Həsən cavab verir ki, - "Qayıq gözləyirəm.” Həbib Əcəmi deyir: "Ustad, mən səndən elm öyrənmişəm. Sən demisən ki, qəlbindən həsədi çıxarsan, uzun-uzadı arzulardan qurtarmaqla dünya sevgisindən xilas olsan, ayağını qoyub suyun üstündən keçə bilərsən.” Həbib bu sözləri deyib suyun üstündən keçir. Həsən bu səhnənin təsirindən huşunu itirir. Özünə gəldikdən sonra soruşurlar ki, - "Sənə nə oldu?” Deyir: "O, elmi məndən öyrənib. İndicə məni danlayıb, özü suyun üstündən keçdi. Əgər Qiyamət günü Siratdan keçmək əmr olunduğunda bu sayaq dala qalsam, halım necə olacaq?” Sonra Həbibdən soruşdu ki, - "Bu məqama necə çatdın?” Həbib dedi: "Ustad, mən qəlbimi ağardıram, sən kağız qaralayırsan.” Həsən təəssüflə pıçıldadı: "Elmimdən başqası faydalandı, mən isə bir xeyir götürə bilmədim.”
    "Və xədəətnid-dünya biğururiha”
    ("Dünya öz hiylələri ilə məni aldatdı.”)
    Dünyanın xeyir və zərərləri, hiylə və yalanları insanın nəfs halına və təfəkkür tərzinə uyğun qiymətləndirilməlidir. Nəfs istəklərinə məğlub olan insan dünyanın bər-bəzəklərinə aldanaraq yalnız gördüklərini həqiqət hesab edir. O, yalnız ölüm məqamında maddi nemətlərdən ayrılarkən anlayır ki, həqiqət hesab etdiyi şeylər yalanmış və bütün zəhmətləri bada getmişdir.
    Fironlar və qarunlar doğulduqları vaxt heç də bizim tanıdığımız kimi çirkin doğulmurlar. Yalnız sonradan nəfs istəkləri onların düşüncəsini yanlışlığa yönəldir. Amma nəfsani çirkinliklərdən təmiz olan, təfəkkürünü mənasız düşüncələrdən qoruyan, gözəl əxlaqa üstünlük verən insanlar ilahi mərifətdən faydalanır, dünyanı əbədi səadətə çatmaq üçün vasitə bilir və saleh əməl dalınca gedirlər.
    İlahi peyğəmbərlər və məsum imamlar dünya bər-bəzəyinə aldanmayan insanlardır. Bütün incəlikləri bəsirət gözü ilə müşahidə edən hal əhli xalqı qəflət yuxusundan oyatmaq üçün çoxlu nəsihətlər etmişlər ki, bu barədə düşünməyə dəyər.
    Həzrət Əli (ə) buyurur: "Həzrət Zəhraya (ə) məxsus Fədək bağlarında işlədiyim vaxt Qureyş tayfasından olan gözəl bir qadın mənə yaxınlaşıb dedi: "Əgər mənimlə evlənmək istəsən, sənə gəlməyə razıyam. Sənə ehtiyaclarını aradan qaldırmaqda köməkçi olar, yerdəki xəzinələrin yolunu göstərər və səni dünyada sultanlığa çatdıraram.” Soruşdum: "Kimsən ki, səninlə evlənim?” Dedi: "Dünya.” Dedim, get özünə başqa bir ər axtar, çünki dünyaya üç dəfə talaq vermişəm və geriyə də yol yoxdur.”("Biharul-ənvar”, 70-84.)
    Dünyanın hiylələrinə aldanan insan alnına əbədi həlakət damğası basmış, dünya və axirət faydalarından məhrum olmuşdur. Dünyaya rəğbət göstərməyən isə Allahın razılığı kimi bir xəzinəyə yol tapmışdır.
    İmam Sadiq (ə) buyurur: "Allah-Taala dünyadan çəkinib, ona rəğbət göstərməyən kəsin qəlbinə hikmət vermiş, dilini açmış, dünyanın eyibləri, ondakı xəstəliklər və şəfasını görmək üçün qəlb gözünə işıq vermişdir və onu dünyadan sağ-salamat və nöqsansız əmin-amanlığa doğru aparacaqdır.”("Vəsailuş-şiə”, 16-10.)İmam Kazım (ə) buyurdu:
    Loğman öz oğluna belə dedi: "Ey övladım! Doğrudan da dünya dərin bir dəryadır. Çox aləmlər onda qərq olmuşdur. Bu dəryada öz gəmini ilahi təqva, bu gəminin yükünü iman, yelkənini təvəkkül, sürücüsünü əql, yol göstərənini elm və mərifət, ləngərini (lövbərini) səbir qərar verəsən.”("Kafi”, 1-15.)
    Həzrət Peyğəmbər (s) buyurur: "Dünyada bir qərib, bir yoldan ötən kimi ol və özünü qəbir əhli hesab et.”("Biharul-ənvar”, 70-99.)İmam Sadiq (ə) İbn Cündəbə deyir: "Əgər axirət evində Allaha yaxın və Firdövsə sakin olmaq istəyirsənsə dünyanı yüngül saymalısan.”("Tuhəful-uqul”, 303.)
    Ayə və rəvayətlərdən məlum olur ki, dünya saleh əməl və axirət üçün istifadə olunarsa xeyirlidir. Dünyanın necəliyi insanın əqidəsindən asılıdır. Əgər insan dünyada iman, əxlaq, saleh əməl qazanırsa, bu dünya, heç şübhəsiz ki, faydalıdır. Günah qazanılan dünya isə insanın zərərinədir. Dünya ilə əlaqədə olmadan onun haqqında söz demək olmaz. Dünyanın necəliyi insanın dünya ilə əlaqəsinin keyfiyyətindən bəlli olur. İnsanı doğru yoldan uzaqlaşdıran dünya haqqında deyilir: "Pisliklər bir evdə toplanmışdır və bu evin açarı dünya məhəbbətidir.”
    "Dünyaya daxil olmaq asan, ondan sağ-salamat çıxmaq isə olduqca çətindir.”
    "Əgər axirət əbədi gil qab, dünya isə müvəqqəti qızıl cam olsaydı, axirəti seçmək lazım gələrdi. Halbuki, axirət əbədi qızıl qab, dünya isə müvəqqəti gil camdır.”
    Əbu Hazim Məkki deyir: "Dünyadan çəkinin. Eşitmişəm ki, Qiyamət günü bəndə sorğuya çəkildiyi vaxt Allah-Taala belə nida edər: "Bu o bəndədir ki, Allahın kiçik saydığını böyük sayıb, Allahın düşmən tutduğunu dost tutub.”
    "Və nəfsi bi xiyanətiha və mitali”
    ("Nəfsim öz cinayətləri və xəyanətləri ilə məni aldatdı.”)
    Nəfs elə bir mövcuddur ki, onu dərk etmək çətin, bəzən isə imkansızdır. Amma onun ayə və rəvayətlərdə qeyd edilmiş xüsusiyyətlərini tanımaq olar. Əgər nəfs tərbiyə olunmazsa, yolunu azar və istənilən hər bir günaha aparar. "Həva və həvəs” nəfs üçün çox təhlükəlidir. "Həva”nın lüğəvi mənası hündür yerdən aşağı yıxılmaq və ya səhv yolda həlak olmaqdır. Bu sözün digər bir mənası maddi və mənəvi işlərə ifrat məhəbbətdir. "Həvəs” kəlməsinin lüğəvi mənası isə sınmaq, fəsad, avaralıq və heyrətdir. Nəfs bəhsində "həvəs” dedikdə müəyyən bir məsələdə nəfsin eşq, kin, qəzəb, nifrət kimi iztirablara düçar olması, aramlığını itirməsi başa düşülür.
    Hər an hansısa həvəsdə olan insanın kamilliyə doğru addım atması qeyri-mümkündür. Kamala doğru hərəkətin ilkin şərti ruhi aramlıq və sakitlikdir. Həvəs olan yerdə aramlıq yoxdur və əql heç bir hakimiyyətə malik deyildir.
    Uşağa həvəs hakim olur. Ona daim nəzarət etmək lazımdır ki, həvəs xasiyyətə çevrilib sabitləşməsin. Qadın da, adətən, həvəsə tabe olur. Daxili həyatın idarəsi üçün xəlq edilmiş qadının belə bir xüsusiyyətə malik olması təbii haldır. Onlar xırdalıqlara daha çox diqqət yetirir və həsəd onlara iztirab verir. Belə isə, onların nəfsi təlim-tərbiyə vasitəsi ilə əqlə itaətə vadar edilməlidir.
    Özbaşına buraxılmış nəfs şəhvətə çevrilir. İnsanın özü və ya bir başqası bu şəhvətin qarşısını almazsa, şəhvət xəstəlik və dəlilik həddinə çatar.
    Bu xəstəlik insanda hərislik, vəzifəpərəstlik şəklində təzahür edə bilər. İnsan nə qədər kar və kor olmalıdır ki, öz istəyinə çatmaq üçün min bir günaha batsın, müqəddəslikləri ayaq altına atsın, hətta vətənini satmaqdan belə çəkinməsin!
    Belə insanların dostluğuna, əhdinə bel bağlamaq olmaz. Çünki onlar öz istəklərinə çatmaq üçün ən əziz adamlarını belə qurban verməyə hazırdırlar. Belələri ətrafındakılara bir vasitə kimi baxır. Təqvalı, mömin insanlar belələrində nifrət doğururlar.
    Dedik ki, həvəs şəhvətə şəhvət isə dəliliyə çevrilir. Çünki şəhvətə məğlub olanlar ağlını itirir. Ağlını itirmək isə dəlilərə məxsus əlamətdir. Xəstə isə o insanı hesab etmək olar ki, xəstəlik qarşısında çarəsizdir.
    Vəzifə məqampərəstlik şəhvəti bütün digər şəhvətlərdən şiddətlidir. Şəriətə bu şəhvətdən böyük zərbələr dəymişdir. İnsanlar vəzifəyə məqama çatmaq üçün hətta öz atalarının qatili olmaqdan çəkinmirlər.
    Sözsüz ki, həva-həvəsə uymuş nəfsin bu qədər məzəmmət edilməsi o demək deyil ki, insan birdəfəlik nəfsini ayaqları altına atıb, özünü məhv etməlidir. Məzəmmət olunan nəfs həddi aşan nəfsdir. İnsanda nəfsin yaradılmasında məqsəd vardır. İnsanın bütün müsbət özünümüdafiə fəaliyyətləri nəfsdən qaynaqlanır və bu işdə nəfsin faydalarını inkar etmək olmaz.
    Eqoist meyllər Allaha və Qiyamətə iman, Peyğəmbər (s) və İmamlara (ə) bağlılıq, şəri vəzifələrin icrası və xalqa xidmət vasitəsi ilə cilovlanmalıdır. Müsbət özünüistəyin mənfi özünəvurğunluğa çevrilməsinə yol vermək olmaz. Eqoist insan üçün yalnız şəxsi maraqlar mövcuddur. Bu çirkin sifət əvvəlcə insanın özü, sonra isə cəmiyyət üçün zərərlidir. Məsələn, qəzəb özünüistəkdəndir. Amma bu xüsusiyyət məzlumları incitmək yox, canını və malını, namusunu və dinini qorumaq istiqamətində fəaliyyət göstərməlidir.
    Azadlıq həyatın şirin neməti, iradə kamilliyin şərtidir. Çünki azad insan başqalarının əsiri deyil. Amma azadlıq əqlin hakimiyyəti altında olmalı və ifrata varılmamalıdır. Azadlıq hərc-mərclik, özbaşınalıq demək deyildir.
    Dünya nemətlərini istəmək təbii bir haldır. Amma bu istək ifrata varıb, insanı cinayətə günaha, oğurluğa, qumara sövq edirsə əlbəttə ki, pisdir.
    Ətrafdakılarla münasibətdə ən yaxşı yol xeyirxahlıqdır. Amma bu işdə də həddi gözləmək lazımdır. Xeyirxahlıq elə bir həddə çatmamalıdır ki, insan özünə və ailəsinə zülm etmiş olsun.
    Xoş rəftar, mehribanlıq çox gözəl sifətlərdir. Amma orta həddi aşıb şit zarafata çevrilən mehribanlıq bəyəniləsi iş deyildir. Xeyirxahlığa həvəsləndirən tərif də həddi aşmamalıdır.(Elmül-əxlaq”, 101.)
    Nəfsin halları
    Qurani-Kərimdə nəfsin halları zikr olunmuşdur. Bu hallar insanın gerçəkliyə dini həqiqətlərə əxlaqi dəyərlərə diqqətsizliyi nəticəsində yaranır. Nəfsin qeyd olunmuş hallarına nəzər salaq:
    1. Əmmarə nəfs;
    2. Dəssayi nəfs;
    3. Səfəhi nəfs;
    4. Təsvili nəfs;
    5. Rəhineyi nəfs;
    6. Həvayi nəfs;
    7. Həsrəti nəfs.
    "Yusif” surəsinin 53-cü ayəsində oxuyuruq: "Doğrudan da, Allah rəhm etməyəcəyi təqdirdə nəfs pisliyə əmr edəndir.” ("Əmmarə”) .
    "Şəms” surəsinin 10-cu ayəsində oxuyuruq: "Nəfsini günah və fisq-fücurla örtən şəxs Allahın rəhmətindən məhrum oldu.” ("Dəssayi”)
    "Bəqərə” surəsinin 130-cu ayəsində isə belə buyurulur: "Özünə səfehliyi rəva biləndən savayı kim İbrahim ayinindən üz döndərər?” ("Səfəhi”)
    "Yusif” surəsinin 18-ci ayəsində buyurulur: "Yəqub oğlanlarına dedi: - Yusifi canavar yeməyib. Əslində nəfsiniz çirkinliyi sizə gözəl göstərib.” ("Təsvili”)
    "Muddəssir” surəsinin 38-ci ayəsində oxuyuruq: "Hər bir nəfs batdığı günahın girovudur.” ("Rəhineyi”)
    "Naziat” surəsinin 40-41-ci ayələrində buyurulur: "Allahın məqamından qorxan və nəfsini fəlakətə düşməkdən saxlayan şəxsin yeri, həqiqətən, Behiştdir.” ("Həvayi”)
    "Zumər” surəsinin 56-cı ayəsində oxuyuruq: "İşi o yerə çatdırmayın ki, Qiyamət günü nəfs desin: - Əfsus, Allahın qarşısında göstərdiyim itaətsizliyə.” ("Həsrəti”)
    Şeyx Bəhai "Ərbəin” kitabında deyir: "Rəvayətlərdə nəfs dedikdə şəhvət və qəzəb kimi heyvani qüvvələr nəzərdə tutulur.” Qəzzali deyir: "Nəfs əql qüvvələrinə qarşı çıxan bütün məzəmmət olunmuş sifətlərin cəmidir.”
    Hikmət sahibləri deyir: - "Nəfslə cihad dedikdə şeytani hallara düşmüş nəfs nəzərdə tutulur. Nəfsin digər halları əqlə aiddir. Nəfsin mələk sifətlərinə malik halları var və məhz bu hallar vasitəsi ilə ibadət yerinə yetirilir. Nəfslə cihad onu sakitləşdirib, heyvani meyllərdən uzaqlaşdıranadək davam edir.
    Sədi deyir ki, bir şəxsdən "ən pis düşmən nəfsdir” hədisi haqqında soruşdum. Dedi: - "Ona görə ki, bütün düşmənlərə ehsan etdikdə dost olur. Amma nəfsə öz ehsanını artırsan, düşmənçiliyini artırar.”
    Əqldən kənarda yaşayan nəfs həvasının tabeçiləri əslində divanədirlər. Bəhluldan soruşdular ki, - "Şəhərdə neçə divanə var?” Cavab verdi ki, - "Onları saymaq çox çətindir, aqillərin sayını soruşun, deyim.”
    Nəfsin islahı
    Kamil bəsirətə malik məsum İmamlar (ə) hər bir işin yolunu və maneəsini bilirdilər. Nəfsin islahı haqqında Həzrət Əlinin (ə) dəyərli buyruqları "Ğurərul-hikəm” kitabında nəql olunmuşdur:
    "Nəfsini islah etmək istəsən orta həddi gözlə qənaət et, dünyanı əhəmiyyətsiz bil.”
    "Nəfsin süqutuna aparan namünasib işlərlə cihad nəfsin islahıdır.”
    "Nəfsin dərmanı hesabsız istəklərdən çəkinməkdir.”
    "İlahi təqva qəlb xəstəliklərinizin dərmanı, nəfs çirkinliklərinizin pakedicisidir.”
    "Nəfsin fəsadı dünyaya heyrətli şəkildə şövq duymaqdır.”
    "Fəsadların böyüyü qeyri-şəri ləzzətlərə heyrətlə şövq duymaqdır.”
    "Xoş o kəsin halına ki, nəfs Fironuna qarşı çıxır və ağıl Musasına itaət edir.”
    Bu ilahi kəlamlardan məlum olur ki, hər kəsin daxilində bir Firon və bir Musa vardır. Musa kamalına çatmaq istəyən şəxs Firon nəfsinə qarşı çıxmalıdır. Firona itaət edənlər fəlakətə Musaya itaət edənlər qurtuluşa yetəsidir.
    "Saffat” surəsinin 120-ci ayəsində buyurulur: "Salam Musaya və Haruna.” Həmin surənin 122-ci ayəsində oxuyuruq: "Şübhəsiz ki, onların hər ikisi Bizim mömin bəndələrimiz idi.”
    Öz əql Musasına itaət edən insan fələklərdə Musa ilə qoşa pərvaz edir...”Nəfslərinizi haram şəhvət çirkinliklərindən pak edin ki, yüksək mənəvi dərəcələrə nail ola biləsiniz.”
    Bəli, ali məqamlara çatmaq istəyənlər, dar təbiət qəfəsindən mərifət bağına keçməyi arzulayanlar öz nəfslərini heyvani şəhvət çirkabından təmizləməlidirlər. Nəfs çirkinlikdən paklandıqdan sonra insan hətta mələkdən də uca məqama qalxa bilər.
    Hikmət sahibləri buyururlar ki, nəfsi dörd yolla paklamaq olar:
    1. Ədəbsizlərdən ədəb öyrənmək;
    2. Ədəb əhli ilə ünsiyyət;
    3. Həqiqi dostlardan öz eyblərini soruşmaq;
    4. Düşmənlərin qeyd etdiyi eyblərdən təmizlənmək.
    Category: Kumeyl duasının şərhi 2 | Views: 849 | Added by: Islam_Kitabxanasi | Rating: 5.0/2
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024