İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 6
Qonaqlar 6
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 13 » Siddiqeyi-Tahirə (ə) 1
    1:48 PM
    Siddiqeyi-Tahirə (ə) 1
    Fatimə
    Bu yalnız adi bir addır. Bu lüğəvi qəlibdə, hərf və yazıların bu şəklində - bu hərflər yan-yana düzüldükdə hamısı birlikdə yalnız bir adı təşkil edir. İslama məxsus adı, qadınlığa aid adı, müsəlman qadınlarına xas adı...
    Bu ad yalnız adi bir ad kimi xatırlanarsa, burada fövqəladə heç bir şey yoxdur. Onu təşkil edən hərflər – istər tək olsun, istərsə də bütövlükdə - heç bir alilik və müqəddəslik, heç bir qeyri-adi parlaqlıq və hətta heç bir səciyyəvi xüsusiyyət daşımır. Məgər adı Fatimə olan azmı qadın və qızı görmüş, tanımışıq?.. Uşaqlıqda adı ilə çağırılan azmı qadın və qız görmüşük ki, böyüyəndə başdan-başa sürtülmüş Qərbə qərq olmuş ictimai həyatda, Qərbi və qərbliləri özləri üçün nümunə edənlərin məclis və yığıncaqlarında müstəmləkə dünyasının kino ulduzlarının adları ilə çağırılan dost və tanışlarının yanında uşaqlıq zamanının adından – Fatimə adından bezərək bu addan üz döndərmiş və öz adlarını "Fifi” və "Fati” ilə əvəz etmişlər!..
    "Fatiməlik” yolundan, "Fatiməlik” adətindən fərsənglərlə uzaqda olan çoxlu elə fırıldaqçılar da olmuşlar ki, sadəlövhləri aldatmaq və İslam cəmiyyətində gözə yaxşı görünmək üçün riyakarlıq və ikiüzlülük edərək Fatimə adına pənah gətirmişlər!.. Və hətta şeytanlar, "pəhləvilər” kimi diktatorlar da öz qızlarına zahirən "Fatimə” adı qoymuş və onları xalqa bu adla tanıtmış, lakin sadəlövh adamlardan uzaq xudmani məclislərində qızlarını başqa adla çağırmış və özlərinin bu riyakarlığı ilə fəxr etmişlər.
    Bəli, əgər "Fatimə” adı yalnız bir ad kimi qeyd olunsa, yalnız və yalnız bir neçə adi hərfin birləşməsindən ibarət sadə bir addır, vəssəlam... Lakin bizim İslam mədəniyyətində, onun geniş və ilhamverici aləmində bu ad artıq adi bir ad deyil, müqəddəslik və paklıq camalının aynası, əzəmət pərdəsinin və saflığın inikası, bu dünyanın əvəzsiz müsəlman qadınları üçün bir örnək və nümunədir. Ruh ucalığı və ululuğun, can gözəlliyinin canlı təcəssümüdür. Qaranlıq gecədə parlayan günəşdir, qadın həyatının əzabla, həqarətlə dolu tarixində işıqlı ulduzdur. Bir qızın öz atası üçün fədakarlığının, candan keçməsinin ən yüksək nümunəsidir. Bir qadının öz əri ilə bir yol sahibliyinin, qoşa addımlamanın, həmrəylik və həmdərdliyin nümunəsidir, səbr və dözümün nümunəsidir. Bütün əsrlər və yüzilliklər boyu atasının, rəhbərinin, Peyğəmbərinin ümməti üçün misilsiz bir müsəlman qızının, müsəlman qadınının nümunəsidir! Çalışqan və işgüzar, vəfalı və səliqəli qadının nümunəsidir. İnqilabi mübarizəyə qalxmış qadının nümunəsidir. Qəhrəman qadının, qəhrəman ananın nümunəsidir. Ən əziz və əvəzsiz şəhidləri tərbiyə etmənin nümunəsidir. Bütün tarix boyu, yüzilliklər ərzində, insan varlığının bütün mərhələləri ərzində tarixə şəhidlik şücaətini bəxş etməyin nümunəsidir.
    Bütün bunlara görə də bu ad sadə bir ad qəlibindən çıxaraq İslam məktəbi, İslam mədəniyyəti çərçivəsində elə müqəddəs və ali bir ada çevrilir ki, onu yalnız pak bir qəlblə yad etmək, adını yalnız pak bir ağızla dilə gətirmək olar. Bəli, Fatimə əleyhassəlam (Allahın ona salamı olsun)!
    İndi isə bu söhbətlər silsiləsindən belə bir qadın (Allahın və Onun pak bəndələrinin ona salamı olsun) haqqında söz açmaq istəyirik. Onun qısa və canlara od salan, lakin səmərəli və parlaq, insansevər və ali həyatından, Allah yolunda və Allah üçün sürdüyü mənalı ömründən bəhs etmək niyyətindəyik.
    İslamın bərəkətli məktəbində
    İslamın bərəkətli məktəbində hər şey qəribə və heyrətləndiricidir. Hər şeydən daha heyrətli və qəribəsi də bu İlahi məktəbin saf və əvəzsiz insan tərbiyə etmək xüsusiyyətidir. Bu məktəbdə adı insan və bəşər olan bu varlıq üçün bütün hədd və sərhədləri birdəfəlik dağıdır, cismin qəlibindən bir vəhşi sifətində çıxır ki, can qəlbinin İlahi gözəlliyi qəlbinin içinə girsin və özünü bu mübarək – "Allah insanı özünə bənzər şəkildə yaratdı” – səma kəlamının ən düzgün təsdiqi surətinə sala bilsin. Yalnız bu bərəkətli məktəbin düzgünlüyünə görə belə bir qəribə və heyrətli şey baş verir. Və torpaqdan və qurumuş gildən yaranmış insan – İslamdan qabaq ruhu fitnə-fəsadla yoğrulan murdan şeyləri, meyidi yeyən, qanı içən, öz övladlarını diri-diri torpağa basdıran, qadınını pozğunluğa, fahişəliyə vadar edən, qardaşını öldürən, başqalarının mal və namusuna meyl salan, nəfsinin, şəhvətinin üzündən günahsızların qanını axıdan insan – bəli, belə bir zülm və cəhalət varlığı – İslam məktəbində birdəfəlik dəyişir. Həmin insan elə alilik qazanır, elə bir yüksəklik və ucalıqlara baş vurur, elə canlarla bir canda olur ki, zillət və alçaqlıq dibindən şərəf və iftixar zirvəsinə yüksələrək elə bir yerə çatır ki, Allahdan başqa heç nəyi düşünmür...
    Bütün bunlar ona görədir ki, İslamın insan tərbiyələndirici məktəbi təkcə adi və yüksək qaydaları tərtib edən, fərdi və ictimai səadət yolunda misilsiz dəyərlərin bünövrəsini qoyan məktəb deyil, həm də həmin qaydalar və dəyərlər əsasında insanları da tərbiyə edən məktəbdir. Belə bir tərbiyə nəticəsində insanların özləri bəşər cəmiyyətində yüksək İlahi dəyərlərin nümunəsi ola bilərlər.
    Canlı nümunə
    Belə şəxslərin ən açıq-aşkar nümunəsi, bu canlı dəyərlərin ən parlaq təcəssümü İslam və imanın qəhrəman qadını, əbədi qəhrəmanlar anası Fatimeyi-Zəhradır (ə). O həzrət sözün əsl mənasında tam İslam tərbiyəsi almış insanlığın kamil və yetkin nümunəsi olan bir qadındır.
    Fatimeyi-Zəhra (ə) bir qız kimi, yəni İslam Peyğəmbərinin (s) əziz qızı kimi ismət və qənaət, möminlik və paklıq, iman və fəzilət nümunəsidir. Bir həyat yoldaşı kimi, yəni İmam Əlinin (ə) həyat yoldaşı kimi səbr və uzaqgörənliyin, xoşrəftarlıq və dözümlülüyün, mehribanlıq və fədakarlığın nümunəsidir. Və bir ana kimi üsyan məktəbinin banisi olan Həsənin (ə) anasıdır. Qırmızı və qanlı inqilab bayrağını qaldıran, qanla suvarılmış şəhidlik qöncəsi əbədiyyətə qədər solmayan Hüseynin (ə) anasıdır. Sözdə üsyan məktəbinin sahibidir. Əzəmətli və təsirli kəlamı ilə, yüzlərlə qılınc kəsərində olan atəşin çıxışları ilə peyğəmbərliyin Quran inqilabını davam etdirən, Zeynəbin anasıdır. Ümm Gülsümün anasıdır. İlahi bir dinin dönməz imamları və rəhbərlərinin anasıdır.
    Elə bir döyüşkən və şücaətli insanların tərbiyəçisidir ki, hər biri bəşər cəmiyyətinə rəhbərlik üçün böyümüş və hər birinin varlığı bu qorxulu iş üçün kifayətdir.
    Həmçinin bir müsəlman qadının, əxlaq müəlliminin, fərdi və ictimai həyat müəlliminin, İslam cəmiyyətinin tale yolunu quran bir şəxsin nümunəsidir. Axı cəmiyyətin taleyi onun fərdlərinin rəftar qaydasından, iş tərzindən, əməl və əxlaqlarının keyfiyyətindən asılıdır və fərdlər də bu xüsusiyyətlərin yaxşı və pisini ana qoynunda, onun yanında öyrənir, onları öz ruhlarına qarışdırır və ana südü ilə içlərinə daxil edirlər ki, canlarına hopsun. Bu səbəbdən də, əgər cəmiyyətin anaları Fatimeyi-Zəhra (ə) kimi yüksək və ali keyfiyyətlərə malik olsalar və onlardan öyrənib, öyrəndiklərini təbliğ etsələr, onda bəşər cəmiyyyəti bu dünyada xoşbəxtliyə çatmaq yolunda, o dünyada isə nicat tapmaq yolunda öz taleyinin istiqamətini dəyişdirə bilərlər.
    Bütün bunlara da yalnız bir vasitə ilə nail olmaq mümkündür: bəşər duyğusu və təfəkkürü, iman və etiqad gərək öz kökünü İslamın insan tərbiyələndirən məktəbində tapsın və bu məktəbin həqiqi rəhbərlərini özləri üçün fikir və əməl, söz və düşüncə aynası etsin...
    Fatimeyi-Zəhra (ə) da bu İlahi aynaların ən pak və ən şəffaflarından biridir.
    Tarixdə qadının etibar və dəyərinin başlanğıcı
    Fatimeyi-Zəhra (ə) haqqında çoxlu tərifli, xoş sözlər işlətmək olar. Belə sözlərin sayı hədsiz-hesabsız olsa da, onların heç biri onun mənəvi böyüklüyünü, dərin və böyük mənəviyyatını, əziz varlığının sonsuz dəyərlərini ifadə etmək üçün bir damla da deyil – dəniz və okeanlarla müqayisədə bir damcı bərabərindədir. Bununla belə, tutaq ki, bu anda bütün bu dəyərləri və qabiliyyətləri bir neçə qısa sözlə tərif və vəsf etmək mümkündür, onda belə demək olar: Fatimeyi-Zəhra (ə) öz əsrində qadınların hər şeydən məhrum və zəif bir dövrünü dəyişdirən və onu mənəvi, ictimai, siyasi və bəşəri baxımdan xoşbəxtlik və səadət çağına qovuşduran bir həlqə hesab olunur. Həmçinin başqa əsrlər üçün – köklü dəyişikliklərin başlanğıcıdır. Köhnə və yeni dəyərlərin, meyarların elə bir məhvəridir ki, bütün zaman və məkanlarda bir ağıllı və yaradıcı, hər şeydən agah və doğru yol göstərən, insan həyatını dəyişdirən və onu mənalandıran bir qadın nümunəsi ola bilər.
    İlk baxışda Fatimənin (ə) qısa, lakin səmərəli həyatına bu nəzərlə baxsaq, tarixin, dost və düşmənin şəhidliyi ilə belə bir həqiqəti açıq-aşkar dərk etmiş olarıq: bədəvi qəbilə və tayfalarda "qadın və qız” arını-eybini mühafizəkar, köhnə adət-ənənələrə aludə olmuş kişilərin zehnindən, yaddaşından silən, məhv edən o həzrətin əziz vücudu oldu. O həzrət bu yolda kişini başçı sayan, kişiyə hədsiz imtiyazlar verən cəmiyyətlərdə insanlığı təkcə "kişi olmaqla” məhdudlaşdıran bir fikrin aradan qaldırılmasında, qadınla kişinin dəyərlərinin bərabər şəkildə tanınmasında əbədi nümunə oldu. Bu əsassız və mənasız imtiyazları öz varlığının parlaq gövhəri ilə yalana çıxaran, sübut və elan edən o həzrət oldu. O həzrət səmərəli həyatı ilə göstərdi ki, İslam cəmiyyətinin yaradıcısı olması, həm maddi, həm də mənəvi məqsədlərin əldə edilməsi üçün qadınlar da kişilərlə bərabər xidmət göstərə bilər, həyatda özlərindən sonra yadigar qoya bilər, kişilərin görə biləcəyi hər hansı bir yaradıcı işin öhdəsindən bacarıqla gələ bilər.
    Qısaca demiş olsaq, Fatimeyi-Zəhra (ə) sözün həqiqi mənasında misilsiz bir mömin və elmli-bilikli bir qadındır. Fatimə (ə) yeni dəyər və meyarların bir yaradıcısı kimi İslam qadınlarına həqiqi və əsl həyatın nə olduğunu öyrətmiş, onların diqqətini öz varlıqlarında olan gövhərə bənzər dəyərlərə cəlb etmişdir. Beləliklə də, qadınların həqarətli maddi həyat mərhələsindən düzgün və ağıllı mənəvi həyata qədəm qoymasına rəhbərlik etmişdir.
    "Kişilərə məxsus” cəmiyyətdə cahiliyyə qadını
    Peyğəmbərliyin başlanması ərəfəsində - İslamın inqilab və yenilik ayininin yaranmasının başlanğıcında Ərəbistan yarımadasının bomboş və yandırıcı səhralarında yaşayan və qaba, "kişilərə məxsus” həyat tərzinə adət etmiş cahiliyyə ərəblərinin cəmiyyəti "kişilərin” cəmiyyətini (patriarxal ailə münasibətlərinin hökm sürdüyü cəmiyyəti) təşkil edirdi.
    "Matriarxat” (ananın hökmranlığına əsaslanan ailə münasibətləri) hakimiyyətinin ardınca gələn və "patriarxat” (atanın hökmranlığına əsaslanan ailə münasibətləri) hakimiyyətinin qaba və quru həyat tərziilə səciyyələnən başlanğıc dövrünə təsadüf edən belə bir cəmiyyətdə fərdin həyati dəyərləri yalnız iqtisadi, hərbi və maddi meyarlarla ölçülür və qiymətləndirilirdi. Başqa sözlə desək, belə bir cəmiyyətdə hər hansı bir fərd yalnız bir şərtlə şəxsiyyət sayılır və hörmət qazanırdı ki, hər hansı bir iş görməyə, çalışmağa, dolanacaq əldə etməyə qadir olsun. Yəni bir şəxs əgər at çapmağı, meydanda vuruşmağı, çapıb-talamağı bacarırdısa, o, başqa qəbilələrlə birgə keçirilən döyüş, vuruş, güləşmə yarışlarında iştirak edə bilər və məntəqədə nüfuz qazanmaqda, maddi gəlir əldə etməkdə, döyüş qənimətləri ələ keçirməkdə, düşmənləri, qulları və kənizləri əsir almaqda mühüm rol oynaya bilərdi.
    Beləliklə, qadınların cəmiyyəti bütün bu imtiyazlardan bəhrələnmədiyi üçün, eləcə də təbii keyfiyyətlərinə, cismani xüsusiyyətlərinə görə bu işlərdə iştirak edə bilməzdi, deməli, "oyundan kənarda” – pərdə arxasında qalırdı. Bütün bu xüsusi meyarlara əsasən "qadın” heç bir ictimai dəyəri və insani şəxsiyyəti olmayan fərd sayılırdı. Ona görə də, qadınların cəmiyyəti düşkünlük və puçluğa, bir sözlə, bir təbəqə kimi edama məhkum idi. Quranın təbirincə desək, "mövudə” idi, yəni diri ikən qəbirə qoyulmağa "layiq görülən” idi. Cahiliyyə cəmiyyətinin kişiləri qız uşağı doğulmasını özləri üçün elə böyük bir ar sayırdılar ki, bu ar ləkəsini yumaq üçün yeni doğulmuş qızı dərhal öz əlləri ilə bir çalada dəfn edir və "qız doğmuş” arvada çox həqarətlə baxır, bəzən onu evdən qovurdular.
    Bir ərəb şairi bu barədə belə yazır:
    "Qızı olan hər ata onu diri saxlamaq istəsə və əgər (gələcək) kürəkən xəyalına düşsə, onda onun üç kürəkəni olacaq: biri – qızı gizlədən ev, biri – onu saxlayacaq ər və üçüncüsü – onu örtəcək qəbir. Bu kürəkənlərdən ən yaxşısı həmin o qəbirdir.”
    İslamdan qabaqkı dövrdə qadın və qızın acınacaqlı və dərdli taleyini, onun cəmiyyətdəki mövqeyini və dəyərini təsvir edən bu kimi şerlər ərəblərin cahiliyyə dövrünün ədəbiyyatında çoxdur. Bütün bunlar göstərir ki, İslam inqilabı və inqilabi İslam qadına necə münasibət bəsləmiş və insan tərbiyələndirən hərəkəti və bərəkətli məktəbi ilə qadın varlığını necə öz həqiqi mahiyyət və vəzifəsinə qaytarmış, onu əsl bəşəri gövhəri ilə zəngin etmişdir.
    Nəzərə almaq lazımdır ki, bu cür çirkin və qeyri-bəşəri adətlərlə yaşayan, qızlarını diri-diri torpağa basdıran, belə bir adətdən əsla əl çəkmək istəməyən ərəblərin arasında İslam Peyğəmbəri (s) də yaşayırdı. Və o Həzrət qız sahibi oldu. O qız Fatimeyi-Zəhra (ə) idi. Allahın kəramətli elçisi (s) onu özünün mehriban ətəyində oturtdu, lütf və mərhəmətli əli ilə başını sığalladı, mehribanlıq və məhəbbətlə yanağından öpdü və əziz canı kimi istəklə saxladı. Bununla da o zamankı ərəblərə (eləcə də bütün zamanların və məkanların insanlarına) öyrətdi ki, qızı necə saxlamaq lazımdır. Allahın belə bir ailə ocağında varlıq çırağını yandırdığı belə bir qız üçün belə bir Ata gərək idi...
    Peyğəmbər (s) qızının əziz varlığı ilə bəzənən, işıq saçan qadınlar cəmiyyətindəki inqilabi dəyişikliklərin başlanğıcı da elə budur.
    Category: Siddiqeyi-Tahirə (ə) 1 | Views: 1055 | Added by: Islam_Kitabxanasi | Rating: 3.5/2
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024