İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 5
Qonaqlar 5
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 13 » Siddiqeyi-Tahirə (ə) 1
    1:48 PM
    Siddiqeyi-Tahirə (ə) 1
    Uzaq keçmişlərə bir baxış
    Tarixi mənbələrə əsasən mübaliğəsiz demək olar ki, ərəblərin cahiliyyə dövrünün bütün tarixi ərzində cəmiyyətdə azacıq qədir-qiyməti olan qadınların sayı vur-tut bir neçə nəfər imiş. Çünki deyildiyi kimi, o cür çürük quruluşu, düşkün qayda-qanunu olan cahiliyyə cəmiyyətində "qadın” anlayışı ar və eybə bərabər idi. Cahiliyyə ərəblərinin geniş yayılmış bir zərbül-məsəlində deyilir:
    "Qadın ardır, arı da gərək torpağa basdırasan.”
    Qəribədir ki, cahiliyyə ərəblərinin ədəbiyyatı başdan-başa bu əsas üzərində qurulmuşdur. Belə ki, bir qızın atası üçün ən yaxşı kürəkəni qəbir hesab edən yuxarıdakı şerə və qadının yerini torpağın qoynunda bilən zərbül-məsələ bənzər şerlər və dastanlar ərəb ədəbiyyatında çox olmuşdur. Bunlara ən tutarlı nümunə olaraq "Əl-əsnam Kəlbi”, "Əl-əğani İsfahani” və "Əl-bəyan vət-təbyin Cahiz” kitablarının adını çəkmək olar ki, onların hər biri bu cür sözlərlə, nəğmələrlə, zərbül-məsəllərlə, gülməcə və lətifələrlə doludur. Bu cür biabırçı meyarları olan cəmiyyətdə bir dəvənin qiyməti bir neçə qızın dəyərindən qat-qat çox idi. Bir qəbilənin bütün qızları (əgər diri-diri qəbirə basdırmasaydılar) kişilərin nəzərində bir atın – özü də o qədər bahalı və əsil olmayan atın – qiyməti qədər də deyildilər. Çünki cahiliyyə cəmiyyətinin kişiləri öz şərəf və ləyaqətlərini oğlan övladları olmaqda (o da iş görmək, dolanacaq əldə etmək, müharibə və qətl-qarətdə iştirak etmək üçün) görürdülər. Bu səbəbdən də onların nəzərində, kimin ki, arvadı öz iradəsi və ixtiyarı olmadan qız dünyaya gətirirdi, dəyərsiz və mənfur kişi idi. Həmin kişinin alnına ar və nifrət damğası vurulurdu, onu istehza ilə, barmaqla göstərirdilər.
    Bəli, belə bir qaranlıq aləmdə, cəhalət və xurafatla dolu mühitdə İslam zühur etdi və insanlara istər qadın olsun, istər kişi - əsl insanlıq bəxş etmək üçün ayağa qalxdı. Yeni qədəmli İslam qayda-qanunu insanlara, xüsusilə də qadınlara – bu məhrum və qapazyemiş varlığa, bəşər cəmiyyətinin tərk edilmiş və dəyərsiz təbəqəsini təşkil edən hissəsinə şərəf və etibar bəxş etmək üçün bütün köhnə meyarları alt-üst etdi, insanlığın saxlanması və davamının yeni məramnaməsini hazırladı, qadını elə bir yüksək məqama çatdırdı ki, Allahın Peyğəmbəri (s) öz qızının əlini öpdü. Səma kitabında qadının – dünənə qədər diri-diri torpağa basdırılan varlığın da kişi ilə çiyin-çiyinə dayanması, elm-bilik öyrənməsi vacib işlərdən, başlıca vəzifələrdən hesab olundu.
    Qadın bütün bu başucalığını, izzət və şərəfi İslamdan və İslamı gətirəndən əldə etdi. Mədəni və mənəvi baxımdan şəxsiyyət səviyyəsinə yüksələn əsl müsəlman qadınının, İslamın tərbiyəvi təbiətinin təmsilçisi olan qadının ən ali nümunəsi də göylərə üz tutaraq Merac yüksəkliyinə doğru irəliləyən Fatimeyi-Zəhra (ə) oldu. O, elə bir nümunə və örnəkdir ki, fəziləti Qurana zinət bəxş etdi. Yeri, göyü Yaradanın əmri ilə elə böyük bir məqama layiq görüldü ki, ayaqlarının altında dəvə qurban kəsdilər və əziz varlığının uğuruna şükr və səcdə etdilər. Belə ki, Qurani-Kərimdə Fatimeyi-Zəhranın (ə) bərəkətli vücudu İslam Peyğəmbəri (s) üçün Kövsərə, tükənməz və ən dəyərli hədiyyələrə bərabər tutuldu. Onun yaxşı adının, şəfqətli məqamının, nəslinin davamı sayıldı, pak kökünün-soyunun saxlanması hesab olundu:
    "Biz sənə Kövsər bəxş etdik. Ona görə də namaz qıl, şükr və səcdə et, qurban kəs. Sənə "sonsuz, nəsli kəsilmiş” deyən düşmənin özü sonsuzdur.”(Qurani-Məcid, Kövsər surəsi. )
    Bu səma ayələri Məkkədə İslam Peyğəmbərinə nazil oldu. Bu zaman Fatimeyi-Zəhra (ə) anadan olmuşdu və Allahın Peyğəmbərinin (s) həmin sevimli qızından başqa övladı yox idi. O vaxtlar İslamın düşmənləri Allahın elçisi ilə bərk düşmənçilik edirdilər. Peyğəmbərin oğlan övladı olmadığı üçün kafir və müşriklərdən bir qrupu cahiliyyə adət-ənənəsinə görə Allahın elçisini məsxərəyə qoyur, ələ salır və incidirdilər. onların bir dəstəsi As bin Vailin başçılığı ilə Peyğəmbəri (s) qızı olduğuna görə "nəsli kəsilmiş”, "sonsuz” adlandıraraq deyirdilər ki, onun nəslinin davamı yoxdur, ondan çoxlu övladlar və nəvələr olmayacaq və xələfsiz, arxasız qalacaq. Amma Allah-təala bu şərif ayələri ilə Öz Peyğəmbəri (s) ilə danışdı və qızı Fatimənin (ə) varlığını övlad və nəvələrinin nəslinin davamı üçün böyük bir dəlil saydı. Həmçinin ona deyilən tənəli sözlərin əvəzində xəbərdar etdi ki, düşmənlərin özləri nəsli kəsilmiş və sonsuzdurlar.
    Böyük təfsirçilər və islamşünas alimlər bu surədəki "kövsər” sözünün həzrət Fatimənin (ə) əziz varlığı və ondan doğulacaq çoxlu övladlarını bildirdiyini təfsir etmiş, həmin ayələrin bu cür şərhini vermişlər:
    "Ya Peyğəmbər, biz sənə çoxlu bol nemət və "Kövsər” bəxş etdik. Ona görə sən də bu nemətlərə şükr edərək Rəbbin üçün namaz qıl və dəvə qurban kəs. Həqiqətən də sənin düşmənlərinin (As bin Vail və köməkçiləri) özləri sonsuz və nəsli kəsilmişlərdir. (Sənin nəslin qiyamətə qədər törəyib artacaq və başıuca olacaq).”
    Fatimənin (ə) yaşadığı dövr
    Fatimeyi-Zəhra (ə) dünyaya qədəm qoyan zaman əziz atası bərəkətli həyatının ən çətin dövrünü yaşayırdı. Bir müddət idi ki, Peyğəmbərin (s) ən möhkən və qatı düşmənləri Qüreyşin bir qrup nadan və qəlbiqara adamları ilə əlbir olaraq cahil və dinsiz adamlardan bir qoşun təşkil etmiş, İslam Peyğəmbərini (s), onun fədakar köməkçilərini düşmənçilik mühasirəsinə almışdır. Bu mühasirə təkcə siyasi mühasirə deyildi, eyni zamanda hədə-qorxu müharibəsi və, hər şeydən daha pis, həm də iqtisadi mühasirə idi. Müşriklər möhkəm və üzücü mübarizələrdən sonra nəhayət, müsəlmanları öz şəhər və yurdlarından – Məkkədən qovdular və onları şəhərin kənarındakı tarixdə Şibi Əbi-Talib adı ilə məşhur olan dərənin içində mühasirədə saxladıılar. Müsəlmanlar burada sürgün edilmiş adamlar kimi yaşayırdılar. Qüreyş başçıları bütün qəbilə üzvlərinə bu qorxulu sığınacağa yaxın düşməyi qadağan etmişdilər. Heç kim Peyğəmbərlə (s) və onun köməkçiləri ilə təmasda ola, alış-veriş edə bilməzdi. Kimin hünəri nə idi ki, onlara müraciət etsin, əborcu pul versin və ya bir çörək satsın.
    Beləliklə, Peyğəmbərin (s) və köməkçilərinin həyatı o əzablı sürgündə dərd, məhrumiyyət və aclıq içində keçirdi. Ərzaq məhsulları norma ilə verilirdi. Bəzən çörək elə az olurdu ki, qocalar aclıqdan nalə çəkir, uşaqlar isə huşsuz düşürdülər.
    Qıtlıq və aclıqla bərabər xəstəlik və ölüm də gəlmişdi. Allahın elçisinin bir qrup yaxın adamı və ən yaxşı köməkçilərindən bir neçə nəfəri həmin sürgündə o qorxulu mühasirənin və ondan doğan xəstəliyin, aclığın nəticəsində canlarını tapşırdı.
    Belə bir qara və dərdli dövrdə Fatimeyi-Zəhra (ə) dünyaya göz açdı. Südəmər çağını həmin mühitdə keçirtdi. Həmin o yandırıcı qumluqda ayağa durmağı və yeriməyi öyrəndi. Mühasirə altında olan həmin dərədə ac və məhrum uşaqların fəryad və nalələrini eşitdi. Bəli, o, əzab və dərdlə qarışıq mübarək təvəllüdünün ilk günlərini məhrum kəslərlə yaşadı, məhrumiyyətlər görmüş zəif adamlarla oturub durdu. Dərdlilərlə, zülm görmüşlərlə birgə addımladı və ömrünün günlərini beləcə arxada qoydu.
    Amma bütün bu dərd, əzab və məhrumiyyətlərlə yanaşı ən böyük nemət də onunla idi. Çünki o əvəzsiz qız Allahın Peyğəmbərinin (s) lütfündən, məhəbbət və şəfqətindən bəhrələnirdi. O, Allahın elçisinin (s) insan tərbiyələndirən məktəbində və Xədiceyi-Kübranın səfalı ətəyində tərbiyə alırdı. Hər gün o yaradıcı məktəbdə paklıq və səfa ilə, mənəviyyat və dərin dünyagörüşlə, mənəvi düzlüklə dolu bütöv bir dünyanı tanıyır, hər bir kəlamda Allahı tanımanın, Allahı axtarmanın və Allahı görmənin sirr və rəmzlərini öyrənirdi.
    Buna görə də Fatimeyi-Zəhra (ə) bənzərsiz və kamil bir qadının ən parlaq nümunəsi, İslam tərbiyəsinin və əzəmətli İslam ilahi məktəbinin həqiqi və ləyaqətli yetirməsi oldu. Bu səbəbdən də, həmin yeniyetməlik yaşlarından, həyatının qönçə dövrünün başlanğıcından əziz varlığı çətinliklər və müsibətlər qarşısında möhkəm dayandı, cəmiyyətin məhrum, zavallı şəxslərinə sonsuz əlaqə və məhəbbət göstərdi və əbədi əsatirə çevrildi.
    Uşaqlıq yaşlarında əziz və istəkli anasını – Şibi Əbi Talibdə çoxlu müsibətlərə dözmüş anasını itirdi. Həmin uşaqlıq çağından incə və körpə çiyinlərinə ağır məsuliyyət düşdü. Bütün bunlara dözdü. Bu məsuliyyətlərin ən yüksəyi - əziz atasına baxmaq, o həzrətin xidmətində durmaq idi. Bu zaman Xədiceyi-Kübra kimi həyat yoldaşını itirmiş o həzrətin qəlbinin dərinliyində bir kədər var idi. Kiçik yaşlı qız özünü o kədərə şərik etdi, atasına həmdərd oldu. Həmişə çalışdı ki, atasının dərdinə təskinlik versin, anasının boş yerini kədərli daxili aləmində, varlığında olan lütflə, fəhm və dərklə, ağıl və biliklə, fəzilət və kamalla doldursun...
    Fatimeyi-Zəhra (ə) "atasının anası”- "Ümm Əbiha”nın yerinə yetirə biləcəyi analıq vəzifəsini özü yerinə yetirmişdi. Fatimənin istəkli atası da öz sevimli qızını qəlbinin və canının meyvəsi sayırdı. Bu atalıq məhəbbəti həm də məhrum və başıbəlalı qadına olan etibarın təcəssümü idi. İllər, əsrlər boyu cahiliyyə ərəblərinin cəmiyyətində əzilən və İslamdan qabaqkı axır illərdə tamamilə yox olmaq dövrünü yaşayan qadına olan inamın nişanəsi idi. Həmin illərdə qeyd olunduğu kimi, qız uşağı doğulan andaca ya yerə basdırılır, ya da əgər sağ qalırdısa, ləkəli, çirkin və nifrətəlayiq bir şey kimi anbar və zirzəmilərin küncünə atılır və qaranlıqda gizlicə əzab-əziyyətlə, zillətlə dolu bir həyat keçirirdi... Yeniyetmə yaşına çatan kimi isə dəyərsiz bir mal kimi başqalarına verilirdi ki, ondan oğlanlar doğması üçün istifadə olunsun. Bu oğlanlar da ərəblərə işçi, döyüşçü kimi lazım idi. Fatimənin atasının qızına olan bu məhəbbəti ərəb qızları üçün yeni xoşbəxt tale sayıla bilər. Bu məhəbbət qızları öz atalarının əlləri ilə diri-diri basdırılmaqdan xilas edə bilərdi...
    Amma Fatimeyi-Zəhranın (ə) əziz varlığı atasının ona bəslədiyi dərin ehtiramı və böyük məhəbbəti sayəsində qadınlar cəmiyyətinin həyatını birdəfəlik dəyişdirdi və onlar üçün yeni tale yazdı. İslam tərbiyəsi və əxlaqının bərəkəti ilə ev mühitindən səfa və səmimiyyətlə, lütf və mehribanlıqla dolu bir cəmiyyət yaratdı. Evi böyük bir tərbiyə ocağı kimi yenidən qurdu ki, orada Həsən (ə) və Hüseyn (ə) kimi oğulları, Zeynəb və Ümm Gülsüm kimi aslana bənzər qızları dünyaya gətirsin və tərbiyə etsin.
    Bəli, o, İslam cəmiyyətində, bəşəri cəmiyyətdə bir qadın nümunəsi kimi möhkəm iman və dindarlıq yolunda, İslamın yeni, inqilabi əsaslarını gücləndirmək istiqamətində əziz atası və ömür-gün yoldaşı ilə səngər-səngər, ev-ev, meydan-meydan gəzdi və irəli gedə bildi. Axırda da özünün dərin İslami məsuliyyətini və borcunu yerinə yetirmək yolunda əziz canını fəda etdi...
    İslamın nümunəvi qadını öz evi içərisində kamil bir ev sahibəsi, əri qarşısında bir fədakar və cəsur ömür-gün yoldaşı, övladları üçün bənzərsiz və ürəyəyatan bir ana və tərbiyəçi idi. Mübarizə və çalışmaq meydanında yorulmaq bilməyən, əzmkar bir insan, İslam aləmində nümunəvi bir müsəlman, İslam inqilabı nailiyyətlərinin qorunub saxlanılması sahəsində bir qurucu, yaradıcı mübariz və öz Yaradanı qarşısında bir pəhrizkar, namuslu, pak, mömin idi... Öz evində işləməkdən cadar-cadar olmuş qabarlı əlləri ilə əl dəyirmanını işlədir, buğda döyür, çörək bişirirdi ki, sadə, rəngi solmuş süfrəsinin üstündə həmişə yemək olsun. Kiçikyaşlı olmasına baxmayaraq qonaq-qaralı evin bütün ağır işlərini şəxsən özü yerinə yetirirdi. Evin səliqə-sahmanı da yalnız onun öhdəsində idi... Gecələr yorğun və sustalmış halda, dincəlmək, istirahət etmək əvəzinə gecə yarısına kimi, bəzən sübhədək səccadənin üstündə oyaq oturur və bir olan Yaradanına dua və sitayiş edirdi... Müharibə zamanı haqla batil döyüşərkən yaralıların köməyinə tələsir və mehriban əllərilə onların yaralarına məlhəm qoyurdu...
    Siyasət aləmində yerni İslam siyasətinin həyata keçirilməsində yorulmuz mübariz, əsl mücahid, cəsur döyüşçü və sözün həqiqi mənasında bir inqilabçı idi...
    O özünün və ailəsinin hüququnun müdafiəsi yolunda bir an da dayanmırdı. Bu, əslində müsəlman cəmiyyətinin və məhrumlar təbəqəsinin müdafiə demək idi, çünki öz hüquqları tapdandıqda cəmiyyətin də hüquqları tapdanır və deməli, İslam inqilabının həqiqəti ayaqlar altına atılırdı. Çətinliklər qarşısında dağ kimi möhkəm dayanır və vuruşurdu. Məscidə gedir, alovlu xitabları, aydın nitqi ilə özünün və ailəsinin hüquqlarını bildirir, o dövrün hökumətinin iç üzünü açıb göstərir və dövlətin yolunu azmış başçılarını, onların qəlbiqara davamçılarını həqiqət yoluna dəvət edirdi. Fatimənin (ə) bu açıq-aşkar əməlləri, işləri aydın göstərir ki, Peyğəmbərin (s) qızı, Peyğəmbərin (s) canişininin (ə) ömür-gün yoldaşı, haqq-ədalət İmamlarının anası təkcə ev qadını və ocaq sahibi deyildi, həm də mübarizə qadını idi, həyatın hər cür sahələrində ləyaqətli bir qəhrəman və döyüşkən qadın idi. İş və siyasət aləminin, ibadət və təlim-tərbiyə dünyasının, cihad və şəhidlik meydanının qəhrəmanı idi. Və nəhayət, fəzilət və bilikdə ən yüksək bir şəxs idi. Fatimeyi-Zəhra (ə) fərdi və ictimai həyatda əsl həqiqətləri tez görə bilir və bütün məsələlərə elə incəliklə yanaşırdı ki, onlardan hər biri bizim İslam cəmiyyətimizdə yaşayan qızlar və xanımların üzləşdiyi bir çox ailəvi çətinliklərin və problemlərin həllində açar ola bilər. Bu kitabda həmin məsələlərin hamısı haqqında danışılır, onlar bir-bir açıqlanır və nəzərdən keçirilir.
    Tovhid (təkallahlılıq) məktəbləri tarixində qadın
    Tovhid hərəkatları və inqilabları tarixini ən ali və yaradıcı bəşərdən – qadın varlığından ayrıca öyrənmək və təhlil etmək olmaz. Ona görə ki, bu cür hərəkatlar və üsyanların tarixi həmişə elə bir qəhrəmanlıq dastanı şəklində özünü göstərmişdir ki, başdan-başa böyük kişilərin və böyük qadınların döyüş macəraları ilə doludur. Həmin üsyanlara elə kişilər və qadınlar başçılıq etmişlər ki, ali məqsədlərinə, müqəddəs amallarına çatmaq yolunda çiyin-çiyinə vuruşmuş və özlərini qurban vermişlər.
    Bu cür müqəddəs hərəkatların tarixində həmişə hər şeydən keçən, öz sevimlisi – ibadət etdiyi Allahı yolunda canını qurban verən qadınlarla üzləşirik. Peyğəmbərlərin böyük tarixinə nəzər saldıqda belə bir məsələ özünü tam aydınlığı ilə göstərir.
    Hər hansı bir peyğəmbər zülm və qarət, istibdad və despotizm əleyhinə harada bayraq qaldırırsa-qaldırsın, onun yanında alicənab qadın da fədakarcasına çalışır, onunla çiyin-çiyinə ən böyük çətinliklərə, əzab-əziyyətlərə sinə gərir, hətta ağır işgəncələrə belə dözür ki, həmin hərəkatın qələbəsi asanlaşdırsın.
    Əgər İbrahim Xəlilin həyatına nəzər salsaq, görərik ki, o, büt düzəldənlərə və bütpərəstlərə qarşı necə üsyan qaldırdı və bu işi necə fədakarlıqla davam etdirdi. Axırda da atəş şölələri içərisinə atıldı. Yenə də görərik ki, o öz imanı yolunda necə sədaqətlə hətta istəkli oğlunun – gözünün işığı, can-ciyəri İsmayılın boğazına bıçaq qoymağa hazır olur. Bütün bu işlərdə alicənab və fədakar qadını da onun yanındadır və hər yerdə onunla qoşa addımlayır. Bu qadın Hacərdir – bir ana, bir ömür-gün yoldaşı, sözün həqiqi mənasında bir qadın. Oğlu ilə quru və susuz-otsuz səhrada tək-tənha addımlayan qadın. Alicənab ömür-gün yoldaşının üsyanı qarşısında heç bir maneə yaranmaması xatirinə oğlu İsmayılı eşq qurbangahına göndərməyə razılıq verən qadın...
    Əgər Musanı yada salsaq, görərik ki, o, böyük bir üsyan qaldırır, Fironun istibdadına qarşı üsyan. O, Fironun üçqat zülmünə, Qarunun sərvət toplamasına, Bələm Dauranın hiylələrinə qarşı çıxır. Yenə də əgər onun üzücü səy və təlaşlarına nəzər salsaq, tovhid hərəkatının zülm və istibdad üzərində qələbə çalmasının şahidi olarıq. Və yenə də onun yanında namuslu, şir ürəkli bir qadın görərik. Musanın uşaqlığından rəhbərliyinə qədər, peyğəmbərliyə çatana qədər onunla addım-addım irəli gedən qadın. Asiyə adlı bir qadın. O, Firon kimi qaniçən bir zülümkarın evində körpə Musanı öz yanında saxlayıb böyüdür və Musanın bütün mübarizələrində onunla yanaşı addımlayır...
    Əgər İsanın həyatına nəzər salsaq, görərik ki, din satanların fırıldaq və hiylələrinin baş alıb getdiyi bir zaman, Roma imperatorluğunun zülm və zorakılığının tüğyan etdiyi bir vaxtda ayağa qalxır və özünün xalqı oyatmaq, onların əqidəsini dəyişmək sahəsindəki vəzifəsini yerinə yetirməyə nail olur. Yəhudilərin sərvət toplamaqla, hiylə ilə məşğul olan, özlərini dindar kimi qələmə verən dinsiz din xadimlərinə qarşı ölüm-dirim mübarizəsinə qalxır. Yenə də onun yanında Məryəm adlı təmiz ürəkli, pak ruhlu bir qadını, şir ürəkli ananı, qorxmaz köməkçini görürük. Bu qadın həmişə onunla çiyin-çiyinə addımlayır, onu müdafiə edir. Onu bir mübariz, çətin məsələlər açıb həll edən bir incə məxluq kimi görürük.
    Əgər Allahın sonuncu elçisi, İslamın nicatverici peyğəmbəri olan Məhəmməd-Əminin (s) mübarək həyat yoluna nəzər salsaq, görərik ki, Allah yolunda üsyana qalxır və bəşəriyyət üçün yeni bir dinin – insanlara insanlıq və nicat, şərəf və ləyaqət gətirən bir dinin bünövrəsini qoyur. Yenə görərik ki, o Həzrət (s) o dövr Qərbin və Şərqin misilsiz qüdrət sahiblərinə - Roma imperatoruna, Sasani şahına və yer üzünün başqa zülmkar hökmdarlarına qarşı vuruşur və bəşəriyyət tarixində olan bütün zülmkarların zülm və haqsızlıq üzərində qurulan səltənətlərini lərzəyə salır. Bir daha şahid olarıq ki, Hicazın qoluzorlularının, xain və dinsiz, təkəbbürlü və zülmkar ərəb tayfalarının min bir əzab və əziyyətlərinə necə dözür və yüzlərlə qorxunc işlərə doğru necə çəkinmədən gedir. Şibi-Əbi Talibdə başdan-başa məşəqqət və müsibətlərlə dolu iqtisadi mühasirəni, kafir və imansızların daimi qorxu və hədələrini necə rahatlıqla qarşılayır və bütün bu anlarda yalnız müqəddəs məqsəd və vəzifəsi haqqında düşünür. Yenə də onun yanında fədakar və canından keçən bir qadın görürük. Bu qadın o Həzrətlə (s) bərabər addım-addım, çiyin-çiyinə irəli gedir. O, Xədicədir – o Xədicə ki, əziz ərinin pak niyyətləri xatirinə hər şeyə göz yumur, bu yolda nəyi varsa hamısından keçir. Bu qadın hətta müqəddəs Peyğəmbərin (s) məqsədləri yolunda əziz canından keçməyə hazır olur və Şibi-Əbi Talibdə özünü alicənab ərinin pak və ilahi amallarına fəda edir. Bəli, özünün iqtisadi və mənəvi dayağı, səmimi və fədakar həmrəyliyi, ürəkdən bağlılığı ilə Allah elçisini (s) əsla tək-tənha qoymayan bir qadını görərik. Özünün son dərəcə dəyərli maddi köməkləri ilə sonuncu Peyğəmbərin (s) ilahi üsyanında, İslam inqilabında böyük və mühüm rol oynayan Xədicəni görərik...
    Əgər peyğəmbərlik və imamlıq, ismət və paklıq nəslinin təmiz sülaləsi olan Hüseynə (ə) – Allahın elçisinin (s) bu müqəddəs nəvəsinə, Fatimənin (s) tərbiyəsini görmüş bu oğula nəzər salsaq, görərik ki, qızmar Kərbəla səhrasında əlində qanlı qılınc qəhrəmanlıq göstərir. Görərik ki, Peyğəmbərin (s) dinini öz tamahları xatirinə aşkarca tapdalamış və bütün müqəddəs dini ayinləri məsxərəyə qoymuş, Peyğəmbərin (s) minbərinə, müsəlman xilafətinin taxtına məst-kefli halda oturmuş Yezidə və yezidçilərə qarşı necə ölüm-dirim mübarizəsinə qalxır və 72 nəfər canından keçən dostları ilə cəhalət və nifaqın, fitnə və fəsadın, kin və inadın saysız-hesabsız qoşunu qarşısında məzlumcasına neçə dayanır, canını necə qurban verir və Allaha qovuşur. Onun da yanında bir şirürəkli, alicənab, canından keçən vəfadar bir qadın görərik... Bəli, Zeynəbi görərik ki, Hüseynin və onun şəhid dostlarının qanlı xəbərini, bütün bəşəriyyətə yayır, Hüseynçilərin həqiqət və məzlumluq səsini, murdar və zalım yezidçilərin vəhçi əməllərini hər zaman və hər yerdə bütün dünyaya, bütün nəsillərə, bütün insanlara çatdırır.
    Aşura xəbərini dərindən dərk edən, onun bütün dünyaya çatdırılmasını, inikas tapmasını vacib sayan, Hüseyn (ə) üsyanını Aşura günündən başlayaraq Kərbəla torpağından tutmuş bütün məkanlara hər an çatdıran, yayan odur. Bəli, susmayan fəryadları ilə Hüseynin (ə) üsyanını kamil edən, yezidçilərə o qanlı üsyanı Kərbəla torpağında dəfn etməyə, naqis və natamam qoymağa icazə verməyən odur...
    Tovhid hərəkatları tarixində qadının mühüm xidmətlərinə aid belə nümunələr çoxdur. Biz burada çoxlu-çoxlu belə qadınlar arasından yalnız bir neçə seçmə qadının adını nümunə olaraq çəkdik.
    Yoxsa, Suməyyə kimi bir qadının qəhrəmanlıq və igidliyini, fədakarlıq və dözümlüyünü unutmaqmı olar?! O, Ərəbistanın yandırıcı səhrasında zəncirlənmiş əri Yasərin yanında bütün əzab və işkəncələrə mətanətlə dözdü və ruh quşu canından uçub Allaha qovuşanacan ağzını yalnız tək olan Allahın həmd və sənası, Onun pak peyğəmbərinin (s) təsdiqi üçün açdı...
    Və ya Yudeyi-Həmədani kimi aslan qadının ürəkləri lərzəyə salan fəryadlarını unutmaq olarmı? Döyüş meydanlarında kişilərlə çiyin-çiyinə fədakarlıqla vuruşan, düşmən üzərinə hücumlar çəkən o qadını kim unuda bilər? Və ya kafirlər əleyhinə cihadda çiynindən qan axa-axa vuruşan şir ürəkli Nəsibəni yaddan çıxarmaq olarmı?
    Məgər Xədicənin özünü qurban verməsini, Asiyənin səbr və fədakarlığını, Bilqeysin müqavimətini, Zənirənin ağıl və kamalını, Linənin dözümünü, Səfiyyənin (peyğəmbərin (s) bibisi) mübarizəsini, Ümm Ətiyyənin mətanətini, Nəsibənin döyüşkənliyini, Rəfidənin xidmətlərini, Darimməyinin vəfalılığını və başqa bu layiqli xidmətlərini unutmaq olarmı? Buna görə də qadını inqilablar tarixində bir müəllim və tərbiyəçi, hərəkatların ruhlandırıcı, təkamülverici və yaradıcı bir qüvvəsi kimi dəyərləndirmək lazımdır. Beləliklə, açıq-aşkar aydındır ki, bu insan tərbiyələndirən yaradıcı aslan qadınlar qarşısında nə qədər borcludur. Tarixin bütün səhifələrinə diqqətlə nəzər salsaq, görərik ki, bu cür hərəkat və çıxışların hamısında böyük və fədakar qadınlar da mübarizə və qəhrəmanlıq meydanının məşəlçisi olmuşlar...
    Category: Siddiqeyi-Tahirə (ə) 1 | Views: 920 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024