İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 13 » Kumeyl duasının şərhi 2
    1:55 PM
    Kumeyl duasının şərhi 2
    AH-NALƏ VƏ GÖZ YAŞLARI
    Allahın ən böyük nemətlərindən biri göz yaşıdır. Ayə və rəvayətlərdə göz yaşı yüksək dəyərləndirilir.("Maidə”, 83)
    Həzrət Peyğəmbər (s) buyurur: "Ya Əli, sənə bəzi xasiyyətləri tövsiyə edirəm...(dördüncüsü) Allah üçün ağlamaq. Hər göz yaşı damlasına görə Behiştdə sənin üçün bina qərar verilər.”("Biharul-ənvar”, 69-391.)
    "Xoş o çöhrənin halına ki, Allah qorxusundan günahına görə ağladığı vaxt Allah o çöhrəyə nəzər sala.”("Cameül- əxbar”, 97.)
    "Allah qorxusundan ağlayan gözün hər damlasının mükafatı əməl tərəzisində Uhud dağı tək ağırdır.”("Əmaliye-Səduq”, 431.)
    "Allah qorxusundan gözündən bir damla yaş gələn kəsi Allah Qiyamət qorxusundan amanda saxlayar.”("Biharul-ənvar”, 90-336.)
    Həzrət Əli (ə) buyurur: "...Göz yaşının bir damlası dəryaca odu söndürür. Gözdən yaş gəldiyi zaman çöhrəyə zillət qonmaz, bu yaşlar selləndiyi vaxt bu çöhrəyə atəş haram olar. Əgər bir ümmət içində ağlayan olsa, Allah o ümmətə rəhm edər.”("Biharul-ənvar”, 90-331.)
    Axıt göz yaşını vüsal istəsən,
    Titrə yarpaq kimi kamal istəsən.
    Yaradan göz yaşın etməmiş hədər,
    Şəhid qanı ilə tutmuş bərabər.
    Xəstə qəlbə ondan başqa çarə yox.
    Allah bir bəndəyə qılsa mərhəmət,
    Ona göz yaşını edər inayət.
    * * *
    Ey quru göz, xəbərsizmisən işdən,
    Ölülər dirilir gözdəki yaşdan.
    Hicran xeyməsində ağlayan kəsin
    Eşidərsən bir zaman gülüş səsin.
    Su olmasa bağçada bitərmi gül,
    Axıt göz yaşını, ikiqat bükül.
    Bu yaşlardan göyərəsi daş-divar,
    Demə göz yaşından məşuqa nə var?
    Ağla, yatmış könül oyansın yetər,
    Mərhəmət göstərən sevgi nuş edər.
    Yəhya ibn Məaz deyir: "Yuxuda ağladığını görən kəs oyandıqda şad olar. Dünya həyatı yuxu, axirət həyatı isə oyaqlıq kimidir. Axirətdə şad olmaq üçün ağlayın.”
    Ayrılıq dərdi
    Peyğəmbərlərə imam və övliyalara aşiq olanların fikir-xəyalı onların vüsalına yetişməkdir. Onlar Qiyamətdə öz istəklilərinə qovuşmaq, onları görmək üçün can atırlar. Bəzən bir qrup insanlar günaha yol verdikləri üçün Qiyamətdə övliyalardan uzaq düşürlər. Bu ayrılıq, bu fəraq fikri həqiqi aşiqlərə iztirab verir. Doğrudan da, dostlardan ayrı düşmək Cəhənnəm əzabından qat-qat ağırdır.
    Ayrılıq ağrısını onu çəkənlərdən soruşmaq lazımdır. Fəraq acısını dadmayan kəs bu dərdi anlamaz. Fəraq dərdini ilahi məkandan, mələklərlə yoldaşlıqdan məhrum olmuş Adəm (ə) yaşamış, onun acılığını dadmışdır. Ayrılıq ağrısını ilahi imtahan məqamında var-dövlətini, sağlamlığını itirmiş Əyyub yaşamışdır. Fəraq acısını geniş dünyadan məhrum olub nəhəngin qarnında zindana düşən Yunus dadmışdır. Ayrılıq müsibətini bu yolda gözləri ağarmış Yəqub yaşamışdır. Ayrılıq acısını mehriban atadan kənar düşən Yusif dadmışdır. Amma mehriban Allah bütün bu dərdlərə dəva qılmış, aşiqləri öz istəyinə yetirmişdir.
    Ey fəraq dərdinə dəva qılan! Sənin dostlarından ayrı düşməyimizə razı olma. Tutaq ki, əzaba dözdük, bəs dostların fərağına necə dözəcəyik?
    Dərdimizə dərman olaydın, ey kaş,
    Yoxsa bərkə düşür iş yavaş-yavaş.
    Bu dəvasız dərdin çarəsi Sənsən,
    Başqa nə həb varsa, artırası qəm.
    Yaxşı ki, eşqindən ucalmış bu od,
    Səndən gələn qəmə kim edər imdad.
    Yolunda qurbandır bu qəlb, bu ürək,
    Bu qəlbə ürəyə bircə Sən gərək.
    Sanki qışa düşüb, gözləyir bahar,
    Can üzülür uzandıqca intizar.
    Sevindir nurunla qaranlıqları,
    Eşqlə doldur canda boş otaqları.
    Yoxsa iki dünya batası yasa,
    Əlbət, günəş doğar istəyin olsa.
    Kəramət məqamı istəyi
    Tutaq ki, əzabına, atəşinə dözdüm, bəs bəndələrə rəva qıldığın kəramətdən gözümü necə çəkim?
    İmam Sadiq (ə) buyurur ki, mehriban Allah hər bir bəndəni yaratdığı vaxt axirətdə onun üçün yer müəyyənləşdirmişdir. Behişt əhlinə nida olunar ki, Cəhənnəmə baxın. Onlara Cəhənnəmdəki yerləri göstərilərək deyilər: "Əgər günah etsəydiniz, burada yerləşəcəkdiniz.” Behişt əhli Cəhənnəmdən nicat tapdıqları üçün vəcdə gələr, sevinərlər.
    Sonra Cəhənnəm əhlinə nida olunar ki, yuxarıya baxsınlar. Onlara Behiştdə boş qalmış yerləri göstərilər və deyilər: "Əgər Allaha itaət etsəydiniz, bu mənzillərə çatardınız.” Cəhənnəm əhli üzücü bir iztirab keçirər....
    Bağışlanma ümidi
    Ey mənim Mövlam! Quranda günahdan peşman olanlara vəd etdiyin əfvə ümid bağladığım halda od içində necə sakinləşim?!
    Pərvərdigara! Çox ehtiyaclılar birinin qapısını döydükdə ümidsiz qaytarılmırsa, necə ola bilər ki, Sənə ümid bağlayan bəndə əliboş qaytarıla?
    Əttar "İlahinamə” kitabında belə nəql edir:
    Məkkədə eyş-işrət məclislərini qızışdıran bir rəqqasə yaşayırdı. Həzrət Peyğəmbərin (s) hicrətindən neçə illər sonra gözəlliyi və səsini itirmiş bu qadın çörəyə möhtac olur. Çarəsiz qalıb Mədinəyə Həzrət Peyğəmbərin (s) hüzuruna gəlir. Həzrət (s) ondan soruşur: "Mədinəyə axirət, yoxsa dünya qazancı üçün gəlmisən?” Qadın deyir: "Nə o, nə də o birinə görə. Sənin səxavətin haqqında eşidib, yanına ümidlə gəlmişəm.” Peyğəmbər (s) bu sözlərdən xoşhal olur. Mübarək ridasını qadına bağışlayıb səhabələrinə buyurur: "Hər kəs imkanı daxilində ona hədiyyə versin.”
    Bəli, günahkar bir qadın Sənin peyğəmbərinə (s) ümid bağlayıb, onun görüşünə gəlir və lazımınca mükafat alır. Necə ola bilər ki, mən bir bu qədər ümidlə Sənin dərgahına üz tutam və əliboş qalam?
    Səndən ayrılığa halım yox, inan,
    Könlümün səhnəsi Sənindir tamam.
    Gec olsun, tez olsun, axır ki, bir gün
    Qismətim olası Sənin görüşün.
    Eşqinlə çırpınır sinəmdə ürək,
    Qan da durub deyir eşq olsun gərək.
    İçib ol badədən, düşmüşəm qəmə
    Bu dərdin çarəsi bir Sənsən yenə.
    Hara baxıramsa "vurul, sev” deyir,
    Əlbət ki, sevgi də dözüm istəyir.
    O qədər ucasan, Sənə baxanda
    Ağıl başdan çıxır bir anda.
    Vüsalından özgə bir diləyim yox,
    Düşüncədən başqa bir köməyim yox.
    Bəlkə də bu sevgi çox-çox yubanmış,
    Amma nə yaxşı ki, qəlbimə qonmuş.
    Yandırıb-yaxan da, qurub-tikən də
    Həmin sevgi imiş, vüsalı Səndə.
    Yağdırsan başıma sevgi yağışı
    Əlbət qismət olar rəhmət ağuşu.
    "Fəbiizzətikə, ya Səyyidi və Məvlayə, uqsimu sadiqən, ləin tərəktəni natiqən, ləəziccənnə iləykə bəynə əhliha zəcicəl-amilinə və ləəsruxənnə iləykə suraxəl-mustəsrisxinə və ləəbkiyənnə ələykə bukaəl-faqidinə və ləunadiyənnəkə əynə kuntə ya vəliyyəl-mumininə ya ğayətə amalil-arifinə ya ğiyasəl-mustəğisinə ya həbibə qulubis-sadiqinə ya ilahəl-aləminə”
    ("Ey Ağam, ey Mövlam! İzzətinə sədaqətlə dolu and içirəm ki, məni danışmaqda azad buraxsan, Cəhənnəm əhli içindən istəklilər kimi hüzuruna nalə çəkəcəyəm, yardım istəyənlər tək fəryad qoparacaq, əzizlərini itirənlər kimi ağlayacaq və bütün vücudumla Səni çağıracağam: - Ey möminlərin ağası, ey ariflərin son istəyi, ey fəryad qoparanların dadına çatan, ey sadiq qəlblərin məhbubu, ey aləmlərin məbudu, haradasan?”)
    Doğrudan da, əzaba və əzabların ən ağırı olan ayrılığa düçar olmuş şəxs oda büründüyü vaxt hansı halda olar?!
    Məşuqunu itirən insanın naləsindən də ağır nalə varmı?!
    Deyirlər ki, yoldan ötən arif bir ananın öz qızının cənazəsi üstə ağladığını görür və deyir: - "Xoş bu ananın halına ki, necə qiymətli gövhər itirdiyini anlayır!”
    Uşaq itirəndə evini ağlar,
    Mənsə ev sahibin itirdim aşkar.
    Xoş ağır Qiyamət səhnəsində rəhmətə qovuşanların halına! Yaxşı olar ki, ölüm qapını döyməmiş özümüzdən, kimliyimizdən, əməllərimizdən xəbərdar olaq!
    Harun və Bəhlul
    Harun Həcc səfərindən qayıdıb bir neçə gün Kufədə qaldı. Bir gün yoldan ötərkən Bəhlul onu üç dəfə "Harun, Harun, Harun” deyə səslədi. Harun təəccüb etdi ki, onu bu sayaq kim çağıra bilər? Dedilər ki, divanə Bəhluldur. Harun Bəhlulu çağırıb soruşdu: "Məni tanıyırsan?” Bəhlul dedi: "Bəli, sən o kəssən ki, məşriqdə zülm olunduğu vaxt məğribdə də olsan, ölkə başçısı olduğun üçün Qiyamət günü cavab verməli olacaqsan.” Harun ağladı və dedi: "Halımı necə görürsən?” Bəhlul belə cavab verdi: "Qurana bax, halını bil.” Sonra bu ayəni oxudu: "Şübhəsiz ki, yaxşılar Behiştə və şübhəsiz ki, pislər Cəhənnəmə göndərilər.” ("İnfitar”, 13-14.) Harun soruşdu ki, bəs çəkdiyimiz zəhmətlər necə olacaq? Bəhlul bu ayəni oxudu: "Allah yalnız təqvalılardan qəbul edir.” ("Maidə”, 27.) "Bəs Peyğəmbərlə (s) yaxınlığımız necə olsun?”–deyə Harun soruşdu. Bəhlul bu ayəni oxudu: "Sur üfürüldüyü vaxt bütün qohumluq, yaxınlıq əlaqələri aradan götürülər və heç kim bir-birindən hal-əhval tutmaz.” ("Muminun”, 101.)Harun Həzrət Peyğəmbərin (s) şəfaəti haqqında soruşur. Bəhlul yenə Quran ayəsi oxuyur: "Həmin gün Rəhman olan Allahın icazə verdiyindən savayı digər şəfaət fayda verməz.” ("Taha”, 109.)
    Bəhlula yaxşılıq etmək istəyən Harun soruşur ki, nə istəyin var? Bəhlul deyir: - "Günahlarımı bağışla, məni Behiştə göndər.” Harun deyir: "Məndə belə bir güc yoxdur. Amma deyirlər borcun var, bəlkə borcunu ödəyim?” Bəhlul deyir: "Borcu borcla ödəməzlər. Səndə nə varsa, hamısı xalqın malıdır və sən xalqa borclusan. Əvvəl öz borclarını ödə.” Harun başqa təklif edir: "Gəl, ömrünün sonunadək sənə maaş təyin edim.” Bəhlul yenə etiraz edir: "Mən Allahın ruzisini yeyirəm. Sən bilən, Allah səni yada salır, məni yox?!”
    Xəzinələr fəna, qənaət bəqa,
    Biri sultan malı, o biri gəda.
    "Əfəturakə subhanəkə ya İlahi və bihəmdikə təsməu fiha səvtə əbdin muslimin sucinə fiha bimuxalifətihi və zaqə təmə əzabiha biməsiyətihi, və hubisə bəynə ətbaqiha bicurmihi və cərirətihi, və huvə yəziccu iləykə zəcicə muəmmilin lirəhmətikə və yunadikə bilisani əhli təvhidikə və yətəvəssəlu iləykə birububiyyətikə”
    ("Səni beləmi tanıyırlar, ey mənim məbudum?! Ey daim həmd oxumaqla hər eybdən pak bildiyim məbud, Cəhənnəmdə o müsəlman bəndənin səsini eşidirsən ki, Səninlə müxalifliyinə görə zindana düşüb, itaətsizliyinə görə əzabı dadıb, cinayətlərinə görə Cəhənnəm əhli arasında həbs olunub və rəhmətinin arzusunda olan kəs kimi dərgahına nalə çəkir, tovhid əhlinin dili ilə nida edir, Sənin rübubiyyətinə doğru vasitə axtarır.”)
    Ayə və rəvayətlərdə Cəhənnəm səhnəsinin ağrı-acıları haqqında eşidən bəsirət sahiblərinin bədəni lərzəyə gəlir, qəlblərini qorxu bürüyür. Onlar bu sıxıntıdan qurtulmaq üçün Allaha pənah aparır, ilahi qadağalardan çəkinir, hətta bəzən həyəcandan dünyalarını da dəyişirlər.
    Səlman və mömin gənc
    İmam Sadiq (ə) nəql edir ki, bir gün Kufədə Səlmanın yolu dəmirçilər bazarından düşür. Özündən getmiş bir gəncin başına camaatın toplaşdığını görür. Səlmana deyirlər ki, bir dua oxu, bəlkə ayıldı. Səlman gəncin başı üstə durub onun ayılmasını gözləyir. Oğlan özünə gəldikdə Səlmanı görüb deyir: "Mənim haqqımda bir söz desələr, düz deyil. Dəmirçilərin çəkic səsini eşidib "Günahkarlar üçün dəmirdən gürzlər var”("Həcc”, 21.) ayəsini xatırladım və əzab qorxusundan huşumu itirdim.”
    Səlman dedi: "Sən mənə din qardaşı olmağa dəyərsən.” Bu hadisədən sonra Səlman bu oğlanla rəfiq oldu.
    Bir gün oğlan xəstələndi. Səlman can verən dostunun başı üstə oturmuş və deyirdi: "Ey ölüm mələyi, qardaşımla müdara et, yaxşı keçin.” Cavab gəldi: "Mən bütün möminlərlə müdara əhliyəm.”("Əmaliye-Mufid”, 136.)
    Huşunu itirən qadın
    Tanınmış alim Molla Fəthullah Kaşani "Mənhəc” təfsirində yazır:
    Bir gün Həzrət Peyğəmbər (s) məsciddə namaz qılırdı. O, "Həmd”i bitirib "Hicr” surəsini oxumağa başladı. "Şübhəsiz ki, Cəhənnəm onların hamısına vəd olunmuş yerdir; Cəhənnəmin yeddi qapısı var və hər qapısından müəyyən bir dəstə girər” ayələrini oxuduğu vaxt pərdə arxasında Həzrətə (s) iqtida edən bir qadın huşunu itirdi. Qadının üzünə su çiləyib onu ayıltdılar. Qadın dedi: - "Ya Rəsulallah, oxuduğunuz ayələrin qorxusundan huşumu itirdim. Vay mənim halıma, bədənimin əzaları yeddi qapı arasında bölüşdürüləcək!”
    Həzrət (s) buyurdu: "Elə deyil. Günahkarların hər dəstəsi bir qapıda cəzalandırılacaq.” Qadın dedi: "Ya Rəsulallah! Mənim sərvətim yeddi quldan ibarətdir. Cəhənnəmin hər qapısından azad olmaq üçün bu qulların birini azad edirəm.”
    Vəyh mələyi nazil olub dedi: "Ya Peyğəmbər (s), qadına müjdə ver ki, "Allah Cəhənnəm qapılarını sənə haram etdi və üzünə Behişt qapılarını açdı.”
    Qüdsi hədisdə deyilir:
    "Ey Adəm övladı! Mən bu şölələnən alovu yalnız kafirlər, xəsislər, sözgəzdirənlər, valideynlərinin üzünə ağ olanlar, zəkatın qarşısını alanlar, sələm yeyənlər, zinakarlar, haramxorlar, Quranı unudanlar, qonşuları incidənlər üçün yaratmışam. Tövbə edib iman gətirənlər, saleh işlər görənlər istisnadır.
    Ey bəndələrim! Özünüzə rəhm edin. Çünki bədənlər zəif, səfər uzaq, yük ağır, Sirat dəqiq, atəş şölələnmişdir. İsrafil nida edər, Rəbbül-aləmin hesab çəkər.”
    Hatəm Əsəmmin vəsiyyəti
    Səfərə çıxan bir şəxs Hatəm Əsəmdən vəsiyyət dilədi. Hatəm dedi:
    "Əgər yar istəsən, sənə Allah bəsdir.
    Əgər yoldaş istəsən, sənə yazan mələklər kifayətdir.
    Əgər ibrət istəsən, dünya yetər.
    Əgər munis istəsən, Quran sənə bəsdir.
    Əgər iş istəsən, ibadət sənə kifayətdir.
    Əgər vaiz, nəsihətçi istəsən, ölüm yetər...”
    "Ya Məvlayə, fəkəyfə yəbqa fil-əzabi və huvə yərcu ma sələfə min hilmikə əm kəyfə tulimuhun-naru və huvə yəmulu fəzləkə və rəhmətəkə əm kəyfə yuhriquhu ləhibuha və Əntə təsməu səvtəhu və təra məkanəhu, əm kəyfə yəştəmilu ələyhi zəfiruha və Əntə tələmu zəfəhu, əm kəyfə yətəqəlqəlu bəynə ətbaqiha və əntə tələmu sidqəhu, əm kəyfə təzcuruhu zəbaniyətuha və huvə yunadikə ya Rəbbəhu, əm kəyfə yərcu fəzləkə fi itqihi minha fətətrukuhu fiha”
    ("Ey mənim Mövlam! Ötən müdaralarına ümid edən bəndən əzabda necə qala bilər? O, Sənin ehsan və rəhmətini arzu etdiyi halda od onu əzaba necə sala bilər? Atəş şölələri onu necə yandıra bilər ki, fəryadını eşidirsən, yerini görürsən? Odunun hənirtisi onu necə bürüyə bilər ki, zəifliyindən xəbərdarsan? Cəhənnəm təbəqələrində necə ora-bura çəkilə bilər ki, sədaqətindən xəbərdarsan? Əzab mələkləri onu necə qəzəblə qova bilərlər ki, Səni Allahlığınla çağırıb? Necə ola bilər ki, o, Cəhənnəmdən azad edəcəyinə ümidi olduğu halda, Sən onu öz başına buraxasan?!”
    Haqqın rəhməti, lütf və, kəraməti
    Ayə və rəvayətlərdən məlum olur ki, Allah-Taala bütün bəndələrinə mərhəmətli, lütf və kəramət göstərəndir. İnsanların saysız-hesabsız nemətlərlə təminatı yuxarıdakı müddəaların sübutudur.
    Bəzi insanlar nemətə çatdıqdan sonra Allahdan üz döndərir, özləri özlərinə quyu qazırlar. Arzu edən bəndələr heç bir maneə olmadan çalışmaqla misilsiz maddi və mənəvi nemətlər əldə edə bilərlər. Allahın rəhmət, lütf və kəramətinin ecazkarlığı ondadır ki, az əməl müqabilində çox şey əta edir.
    Süleyman və kəndli
    Əzəmətli səltənət sahibi olan Həzrət Süleyman (ə) yoldan keçərkən bir kəndli öz-özünə dedi: "Mehriban Allah Davudun oğluna böyük səltənət kəramət edib.” Külək bu sözləri Süleymana çatdırdı. Həzrət Süleyman kəndliyə yaxınlaşıb buyurdu: "Gücün çatmayan, məsuliyyətinə dözə bilmədiyin şeyi arzulama. Əgər Allah bir təsbihini, həmdini qəbul etsə bu sənin üçün Süleymana əta olunmuş dünya ucalığından daha yaxşıdır. Çünki təsbihin savabı baqi, Süleymanın mülkü isə fanidir.”("Rəbiul-asar”.)
    Mərhum Səduq "Səvabul-əmal” kitabında belə bir maraqlı rəvayət nəql edir:
    İsmail ibn Yəsar deyir ki, İmam Sadiq (ə) buyurdu: "Süstlükdən çəkinin. Çünki Allahınız mehribandır və az əmələ görə çox əta edər. Əgər bir şəxs ona vacib olmadığı halda məhəbbətlə iki rəkət namaz qılsa və məqsədi yalnız Allahın razılığını qazanmaq olsa, Allah onu Behiştə daxil edər. Allahın razılığı üçün bir dirhəm sədəqə verən şəxs də Behiştə daxil edilər. Bir gün qəlbən oruc tutan və bu işlə Allahın razılığını qazanmaq istəyən şəxs də Behişt sakinidir.”("Biharul-ənvar”, 93-253.)
    Həzrət Əli (ə) Həzrət Peyğəmbərdən (s) belə bir rəvayət nəql edir: "Allah üçün Adəm övladından daha dəyərlisi yoxdur. Soruşdular ki, mələklər daha dəyərli deyilmi? Həzrət buyurdu: «Mələklər Günəş və Ay kimi ibadətə məcburdurlar.»
    Azadlıq və ixtiyar insana verilmiş nemətdir. Əgər o, bu nemətdən düzgün istifadə edərsə Allahın rəhmət və kəramətindən faydalanar.
    Category: Kumeyl duasının şərhi 2 | Views: 1028 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024