İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 6
Qonaqlar 6
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 13 » Siddiqeyi-Tahirə (ə) 1
    1:41 PM
    Siddiqeyi-Tahirə (ə) 1
    Xədicənin övladları
    Həzrət Xədicədən dörd övlad dünyaya gəldi. Qasim adlı bir oğlu dünyaya gəldi. Onun ləqəbi "Tahir” və "Təyyib” idi. İslam peyğəmbərinin (s) künyəsi – Əbül-qasim də həmin əziz övladının adından götürülmüşdü. Qasim körpəlik və südəmərlik dövrünü keçirdi, hətta ayaq açmaq və yerimək mərhələsinə qədər sağ idi. Amma hələ süddən kəsilməmişdi ki, İlahi yazısı ilə bu dünyaya gözünü yumdu və aqibət sarayına tələsdi.
    Bu oğlan övladından başqa Xədicənin üç qızı oldu. Onların adları Zeynəb, Ümm Gülsüm və Fatimə (ə) idi. Bəli, Xədicə kimi bir qadının ali şəxsiyyətidir ki, pak ətəyində varlıq dünyasının ən təmiz, ən pakizə gövhər qadını həzrət Fatimeyi-Zəhra (ə) tərbiyə olunur. İlahinin iradəsinə görə Peyğəmbərin (s) bütün övladları içərisində böyük atası üçün bu parlaq günəş sağ qalır ki, İlahi nurların – dünyanın seyyidlərinin anası seçilsin və gövhər ətəyində məsum imamlar kimi övladlar – bəşəriyyətə rəhbərlik məşəlini alovlandıran övladları tərbiyə etsin. Bəli, Fatimənin "Xədicə” adı ilə məşhur olan belə bir anası var idi.
    Fatimeyi-Zəhranın (ə) səadətli təvəllüdü
    Bəli, Fatimeyi-Zəhranın (ə) anası belə bir xanım idi. Doğrudan da, demək olar ki, Fatimənin anası olmağın özü Xədicənin fövqəladə üstünlüklərindən hesab olunur. Çünki bu, elə bir böyük iftixardır ki, varlıq dünyasında heç bir anaya nəsib olmamışdır. Böyük iftixardır ki, bir ana, Fatimə kimi bir övladı dünyaya gətirsin və öz qoynunda tərbiyə etsin. Elə bir övladı ki, pak nəsli məsum imamlar kimi ulduzlar olsun, qiyamət qopana kimi işıq saçsın. Elə imamlar ki, əsl insanlıq beşiyinin başında durmuş və bəşər nəslinin rəhbərlik məşəlini alovlandırmış olsun. Elə bir övladı ki, Allah-təala onun varlığını Peyğəmbər (s) üçün coşan bir kövsər kimi bəyan etmişdir. Elə bir kövsər ki, onun dalğalarının coşmasından imamlıq gövhərləri üzə çıxır və Peyğəmbərin (s) nəslini qiyamət gününə qədər davam etdirir.
    Bəli, Fatimə belə bir övladın anası və belə bir ananın övladı idi. Fatimənin (ə) səadətli doğumu – onu bəşəriyyət tarixində bir dönüş nöqtəsi hesab etmək olar – elə bir kiçicik hücrədə baş verdi ki, kiçikliyinə baxmayaraq, mənəviyyatı bütün dünyanın genişliyindən daha böyük idi. Onun uzunluğu beş dirsək boyundan bir az çox idi. Hücrə gildən və bir neçə dənə də xurma budağından tikilmişdi. Gillə budağları tük nazikliyində olan kəndirlə bir-birinə birləşdirmişdilər. hücrənin hündürlüyü elə qısa idi ki, ayaq üstündə duranda adamın əli onun tavanına dəyirdi.
    Həmin o kiçik, eyni zamanda əzəmət və şərəf baxımından padşah və imperatorların ən ali saraylarından üstün olan hücrə İslam peyğəmbəri (s) kimi böyük bir atanın və elə bir ananındır ki, onun fəzilət dəryasından kiçicik bir hissəni qeyd etdik. Bu ana dünyaya elə bir qız gətirdi ki, pak adı, məqamının əzəməti və parlaqlığı misilsizdir, mənəviyyatı, əsl insanlığı nəinki dünya qadınlarını əbədi olaraq öz şüalarının təsiri altında saxlayır, eyni zamanda ümumiyyətlə, bəşəriyyət aləmində paklıq və namusun, şərəf və böyüklüyün, iman və fəzilətin, əyriliklərə və pisliklərə qarşı, düzlük və təmizlik uğrunda dönməz mübarizənin parlaq nümunəsi kimi qalır... Bu mənəvi böyüklük və əzəmət elə yüksək idi ki, dünya tarixinin bütün sahələrinə - hökumət və siyasətdən tutmuş mədəniyyət və mənəviyyatına kimi hər yerə işıq saçdı, "Fatimilər” adlı qüdrətli dövlət yarandı, institutlar və "Əl-Əzhər əz-Zəhra” kimi böyük elm mərkəzi onun gözəl və parlaq adıyla zinət və etibar qazandı.(Nümunə olaraq gəstərə bilərik ki, İslam dünyasının ən böyük universiteti – min ildən artıq elmi və dini fəaliyyəti olan Əl-Əzhər universitetinin adı o böyük və parlaq simanın adından – "Zəhra” sözündən götürülmüşdür. 1360-cı ilin böyük İran inqilabından sonra Əz-Zəhra universiteti Tehranda da zəhrasevərlər mərkəzinin ortasında açıldı. )
    Fatimənin təvəllüdü: Fatimənin təvəllüd tarixi haqqında tarixçilərin arasında fikir müxtəlifliyi var. Belə ki, sünnə əhli ilə şiə əhlinin dediklərinə əsasən həzrət Fatimənin yaşı arasındakı fərq on ildən də çoxdur.
    Ən mühüm tarixi mənbələrdən biri hesab olunan mötəbər Kafi kitabının müəllifi Kuleyninin fikrincə, Fatimeyi-Zəhranın (ə) təvəllüdü peyğəmbərliyin başlanmasından beş il sonra olmuşdur. "Şeyx ət-Taif” adlı ilə şöhrət qazanmış böyük alim, üləma və alimlərin şeyxi Şeyx Tusi bu fikirdədir ki, o həzrətin doğumu peyğəmbərliyin başlanmasından iki il sonra olmuşdur.
    Əhli sünnə müəlliflərinin əksəriyyəti isə o həzrətin təvəllüd tarixini peyğəmbərlikdən beş il sonra hesab etmişlər. Beləliklə, mülahizə olunur ki, o həzrət vəfat edərkən (bu, hicrətin onuncu ilində baş verdi) əksər şiə alimlərinin fikrinə görə Fatimənin (ə) şərif ömründən on səkkiz il keçməmişdi. Halbuki sünnə əhlinin fikrinə görə Fatimənin (ə) bu zaman yaşı iyirmi səkkiz olardı. Bəziləri də onun bu zaman on səkkiz – iyirmi səkkiz yaşları arasında olduğunu hesab edirlər. Hər halda Fatimənin (ə) təvəllüd ili və günü haqqında fikir ixtilafı çoxdur ki, bunun da nəticəsində bütün bu rəqəm və ədədlər oxucuya heç bir fayda vermir. Amma şiə tarixçilərinin çoxu bu fikirdədirlər ki, o həzrətin təvəllüdü peyğəmbərlikdən sonra olmuşdur. Əksər alimlər peyğəmbərlikdən beş il sonranı düzgün hesab edirlər. beləliklə, bu gün şiə aləmində bu rəqəm daha çox qəbul edilmişdir.
    Bütün bunlara baxmayaraq, İslam tarixçiləri və tədqiqatçıları o həzrətin doğum gününü hansı gün sayırlarsa saysınlar, bir məsələni etiraf ediblər. O günü – hansı gün olur-olsun, böyük və əzəmətli bir tarixi gün hesab edirlər. Həmin gün Fatimeyi-Zəhranın (ə) dünyaya gəlişi ilə İslam tarixində böyük bir hadisə baş vermişdir.
    Bu barədə müasir yazıçılardan biri – xanım doktor Bint əş-Şati yazır: "Uca Tanrının iradəsi belə idi ki, onun doğumu Qüreyş tarixində böyük bir hadisəyə yaxın zamanda olsun. Həmin hadisədə qüreyşilər Məhəmməd Əmindən – o həzrətin böyük atasından xahis etdilər ki, Kəbə evindəki Qara daşın yerləşdirilməsi haqqında ədalətli və münasib qərar versin. Həmin gün o həzrətin doğulması müjdəsi verildi. Belə olduqda yeni doğulmuş uşağın xatirinə indiyədək görünməmiş bir şənlik və bayram keçirildi. Hələ heç vaxt yeni doğulmuş qız uşağı xatirinə (özü də ondan əvvəl üç bacısı olmuşdu və onların arasında heç bir oğlan uşağı doğulmamışdı) belə bir təntənəli şənlik və şadyanalıq olmamışdı.”(Əl-Əimmə əl-Əsna Əşr (On iki imam), 1 cild, s. 69)
    Fatimeyi-Zəhranın (ə) təvəllüd iftixarının nəsibi olduğu həmin o xoşbəxt gündə, o həzrətin mübarək doğumundan bir saat qabaq Xədiceyi-Kübra bir nəfəri Qüreyş qadınlarının və keçmiş dostlarının yanına göndərdi ki, sifarişini onlara çatdırsın. Sifariş belə idi: "Ey Qüreyş qadınları, bu gün Xədicə sizdən xahiş edir ki, keçmiş kin və küdurəti unudasınız və onun bu həssas vaxtında – dünyaya yeni bir övlad gətirəcəyi anında köməyinə tələsəsiniz və bu vəziyyətində ona şəfqətli əllərinizi uzadasınız.”
    Xədicənin göndərdiyi qadın tələsik evdən çıxdı. Amma çox keçmədi ki, qəmli və gözüyaşlı halda evə qayıtdı. Ağlaya-ağlaya, qəhər boğa-boğa dedi: "Heyf Xədicədən, heyf onun sülh və dostluq, mehribanlıq və barışıq sifarişindən... Əfsus ki, hara getdimsə, kimin qapısını döydümsə, sifarişinizi hara çatdırdımsa, kimsə mənə yol vermədi, qapını üzümə açmadı və sözlərimə qulaq asmadı... Onlardan heç biri sizin xahişinizi qəbul etmədi. Əvəzində isə sizə bir sifariş göndərdilər. dedilər: "Xədicəyə de ki, sənə nəsihət verdiyimiz gün sözlərimizi eşitmədin. Səninlə aramızda olan danışığımıza baxmayaraq, öz istədiyinin ardınca yola düzəldin: əliboş, yetim bir kəsə ərə getdin, dostlarının şan-şöhrətini, əyan ailəsindən olmalarını nəzərə almadın... Ona görə də sənin bu hərəkətin bizə bərk təsir etdi, qəzəbləndirdi. Bu səbəbdən biz də bu gün sənin evinə gəlmək, sənə kömək etmək istəmirik.”
    Xədicə bu rədd cavabını – tənəli və zəhərli sifarişi eşidərkən anladı ki, keçmiş dostlarından əlini üzməli, onlara bel bağlamamalıdır. Beləliklə, qəmli halda o kin-küdurətli, bu dünyanın var-dövlətinə aludə olmuş qadınlardan ümidini üzdü və bütün ruhu, qəlbi ilə mənəviyyat aləminə üz tutdu. Dünyanı yaradan Tanrının sorağınca gedib ürəyində bəslədiyi mənəvi duyğularla məna aləminin qapısını döydü və oradan yardım dilədi...
    Uca Tanrı ən yüksək, ən ali köməklərini Özünün ən ali məxluqlarından birinin ixtiyarında qoydu. Artıq o kin bəsləyən qadınların köməyinə ehtiyac yox idi, çünki mehriban Allah Özünün sonsuz mərhəmətini göstərərək gözəgörünməyən yardım damcılarını Xədicənin üzünə çilədi, pak mələklərini ona köməyə göndərdi.
    Bəli, Tanrı Xədicəyə kömək etdi ki, əziz Fatimə - peyğəmbərlik səmasının o parlaq ulduzu, vilayət mülkünün həmişəyanar günəşi tam rahatlıqla, sağ-salamat halda dünyaya qədəm bassın və müqəddəs vücudundan parlayan əbədi vilayət və imamlıq nurları ilə dünyanın Şərqini və Qərbini işıqlandırsın.”(Dəlail-ül-imamət, s. 8; Nümunəvi İslam qadını, s. 37; Zəxair-ül-üqba, s. 44)
    O anlarda Tanrının Elçisi (s) dua əlini göyə qaldıraraq intizar çəkirdi. Elə həmin anlarda birdən müjdə gəldi ki, ey Tanrının Elçisi (s), indicə Allah-təala tərəfindən Xədicəyə elə bir yeni doğulmuş qız uşağı bəxş edildi ki, gözlərində səma işığı və sifətində İlahi nuru parlayır...
    Allahın Elçisi (s) bu müjdəni alçaq misilsiz bir şadlıq və sevinc dəryasına qərq oldu, pak qəlbi rahatlıqla döyünməyə başladı.
    İlahinin köməkçiləri isə öz işlərində idi. Onlar gül yarpağından daha zərif, gecə şehindən daha pak olan yeni doğulmuş uşağı pak və müqəddəs su ilə yuyub tərtəmiz etdilər. Sanki ulduzların nuru və behişt ətirləri ilə toxunmuş qundağını bağlayıb Xədicənin qucağına qoydular. Mehriban ana da səma köməyinin sayəsində hamiləlik qayğısından rahatlıqla qurtardığı üçün asudə nəfəs ala-ala, belə bir uşağın dünyaya gəlməsindən sevinə-sevinə döşünü əziz və müqəddəs övladının ağzına qoydu və ana ilə bala üçün İlahi hədiyyəsi olan xalis südlə onu doydurdu. Həmin o ilahi lütf sayəsində o misilsiz körpə sağ-salamat böyüdü ki, peyğəmbərlik bağının bərəkətli ağacı özünün tam səmərə həddinə çatsın və bu bağın gülləri – Peyğəmbərin (s) nəsli Qiyamət gününə kimi təravət və ətir içində yaşasın, davam etsin...
    Fatimənin (ə) adları və İslamda adqoyma
    Uşaqlar üçün, yəni sabahın fəal insanları, cəmiyyətin gələcək kişi və qadınları üçün adqoyma məsələsi İslam baxışlarına görə xüsusi əhəmiyyət daşıyır. Müasir inkişaf etmiş ictimai elmlər, xüsusilə də elmin psixologiya, sosiologiya, pedaqogika və hətta kriminologiya kimi sahələri çoxlu nəzəri və əyani dəlillərlə sübut etmişdir ki, insan şəxsiyyəti ilə onların arasında qəribə və inkaredilməz bir əlaqə var. Başqa sözlə desək, uşaq üçün ən gözəl və layiqli adın seçilməsinin onun şəxsiyyətinin yaranmasında, formalaşmasında, zehni-fikri qabiliyyətinin inkişafında, hətta onun gələcək həyat yolunun necə qurulmasında mühüm təsiri var. Bu təsir onun həyat yolunun təkamülündə, düzgün tərbiyəsində, özünə və cəmiyyətdə tutacağı yerə inamında, bir sözlə, gələcək inkişafında mühüm rol oynaya bilər. Əksinə, pis və münasib olmayan adın uşağın əhval-ruhiyyəsinə mənfi təsiri olur, şəxsiyyətinə xələl gətirir, özünə inamını qırır, təlim-tərbiyəsini, istedad və qabiliyyətini korlayır. Son nəticədə, hətta onun yaramaz yollara düşməsinə, cinayətkarlara qoşulmasına gətirib çıxara bilər.
    İslamın gözəl ayinində, qayda-qanununda tam incəliklə ölçülüb-biçilmiş, nəzərə alınmış başqa məsələlərlə yanaşı, gözəl və xoş səslənən, yaxşı mənalı adın seçilməsinə də böyük əhəmiyyət verilmişdir. İslam gözəl və yaxşı adın seçilməsini ata-ananın öhdəsinə qoymaqla yanaşı, uşağın bəyəniləsi bir adı daşımasını da valideynin vəzifə borcu hesab etmişdir. Belə ki, əgər valideyn uşağın bu qanuni hüququnun ödənilməsində bir qüsurə yol vermiş olsa, uşaq Məhşər günündə ata-anasından bunu tələb edə bilər.
    İndi isə İslamda həmin məsələ haqqında bir əsas, bünövrə olduğunu nəzərə alaraq bu kiçik girişdən sonra Fatimənin (ə) – İslamın bu qəhrəman və qadınlığa nümunə olan xanımın adları və ləqəblərini nəzərdən keçirək. Baxaq görək Peyğəmbərin (s) sevimli və əziz övladı haqqında bu məsələ öz həllini necə tapıbdır.
    Elə ilk baxışda açıq-aşkar müşahidə olunur ki, bütün bu incəliklər və təfərrüatlar o həzrətin adı haqqında tam dəqiqliklə düşünülüb nəzərə alınmış, bu müqəddəs ad elə-belə, düşünülmədən seçilməmişdir. Əksinə, bu əzəmətli xanımın adları və ləqəblərindən hər biri gözəl və bəyəniləsi məna ilə yanaşı xeyirxah niyyətə də xidmət etmiş və böyük tərbiyəvi əhəmiyyət daşımışdır. Bu incə məsələ İslamın qəhrəman xanımının adlarının şərhi və təfsiri ilə bağlı rəvayət hədislərin məzmunundan aydın olur.
    İlk növbədə nəzərə almaq lazımdır ki, ərəb ədəbiyyatında künyə və ləqəbin xüsusi rolu vardır. Əslində bu, elə bir vasitə və amildir ki, hər bir fərdin yaxşı və tərifli əxlaqi xüsusiyyətlərini göstərir. Ərəb ədəbiyyatında hər hansı bir fərd haqqında söz demək üçün ən yaxşı yol onun ləqəbi və künyəsinə müraciət etmək, onlarda gizlənmiş incə mətləblərdən bəhrələnməkdir. Buna görə də ərəb cəmiyyətində, ərəb ədəbiyyatı və tarixində ləqəb və künyənin böyük əhəmiyyəti olmuşdur.
    Bu məsələdə diqqəti cəlb edən daha bir mühüm cəhət də vardır. O dövrdə ərəblərdə bəlkə də həmin dövrün başqa cəmiyyətlərinə nisbətən insanların ləqəb və künyələrinə, adlarına daha çox həssaslıqla yanaşır və bu məsələyə xüsusi əhəmiyyət verirdilər.
    Bütün bunları nəzərə alaraq "Fatimə” adını, eləcə də o həzrətin başqa adları və ləqəblərini dərindən öyrənmək bizi pakların pakı Zəhranın (ə) şəxsiyyətinin elə müxtəlif meyarları ilə tanış edir ki, bu məsələ üzərində bir qədər dayanmağı, onu qısaca da olsa araşdırmağı, İslamın bu böyük xanımının künyə və ləqəblərini bir daha tanıtmağı zəruri edir. Ona görə də, qeyd etdiyimiz kimi, bu bucaq altında o həzrətin səciyyəvi xüsusiyyətlərinin, keyfiyyətlərinin mühüm bir hissəsi ilə tanış olmaq mümkündür.
    İmam Sadiq (ə) pak anasının müqəddəs adlarını bu şəkildə müəyyən etmişdir: Fatimə Siddiqə, Mübarəkə, Tahirə, Zəkiyyə, Raziyyə, Mərziyyə, Mühəddəsə, Zəhra. O həzrətin (ə) bu bəyanı Fatimeyi-Zəhranın (ə) adları haqqında ən mötəbər sənəd kimi gəlib çatmışdır.
    İndi isə bu müqəddəs adların bəziləri ilə bağlı mətləbləri qısaca da olsa, nəzərdən keçirək.
    1. Fatimeyi-Zəhra (ə)
    1500 illik bir dövrü əhatə edən İslam mədəniyyətinə hətta kiçik və ötəri bir nəzər salmaq da kifayətdir ki, bu zəngin və məzmunlu mədəniyyətdə "Fatimə” adının nə dərəcədə böyük yeri və nüfuzu olduğu aşkarlansın. İslam mədəniyyətinin ölçüyə sığmaz dəyərləri, İslam tarixinin eniş və yoxuşları göstərir ki, bu sadə və qısa, eyni zamanda dərin və zəngin ad ayrılıqda necə əzəmətli hadisələri, bəşəri dəyərləri yada salır və İslamın ən parlaq dövrlərinin iftixarlı səhifələrini, unudulmaz xatirələrini, İslam qadınlarının namus və ismətini, böyüklük və quruculuğunu xatirələrdə canlandırır və canlandıracaqdır. Bu gözəl və əzəmətli adı ilk dəfə Peyğəmbərlik evində, böyük Peyğəmbərin (s) pak sülaləsinin ucalığında, yəni nur və rəhbərlik Elçisinin qəhrəman və fəzilət sahibi qızı kimi görürük. Qeyd edək ki, "birinci dəfə” ifadəsi tarix və zaman baxımından deyil, əksinə, şiə tarixinə böyüklük və əzəmət gətirdiyinə, nur səpdiyinə, imamlıq nəslinin baş silsiləsinin başında və Peyğəmbərin (s) həqiqi canişinliyinin zirvəsində yer tutduğuna görədir. Çünki vilayət, imamlıq və Peyğəmbərin həqiqi xilafəti elə bir nöqtədən başlayıb ki, onun zirvəsi Fatimeyi-Zəhranın (ə) pak qədəmlərinin altındadır. Bu zirvənin davamı da Fatimənin (ə) pak ətəyində tərbiyə almış, onun fəzilət bəxş edən zülal çeşməsindən güc almışdır. Ona görə də tarix və zaman baxımından birincilik Fatimə olmağın özünün mahiyyətcə birinci olmağından, imtiyazlı olmağından irəli gəlir. Axı o, Peyğəmbərin (s) təkcə gövhəri, yeganə dürrüdür. Bu müqəddəs ad Peyğəmbərin (s) fəzilətli qızı kimi peyğəmbərlik nemətinin mənbəyindən nur alır və bütün bəşəriyyətə işıq saçır. Onun adı bəşəriyyət tarixinin ikinci məsum qadınının adıdır, dünya xanımlarının ən hörmətli qadınının adıdır. Dörd tərəfdən dörd mənbəyə nur və müqəddəslik çatdıran odur. Bir yandan Peyğəmbərin (s) qızı və Allah Rəsulunun (s) gözünün nuru və əzizidir. Bir yandan Əlinin (ə) – mövlaların mövlasının (müqəddəslərin müqəddəsinin), bütün dövrlərin yeganəsinin həyat yoldaşıdır, bir tərəfdən Hüseynin (ə) və pak imamların (ə), ismət və fəzilət qəhrəmanlarının anasıdır. Digər bir tərəfdən isə onun özü nemət mənbəyi, fəzilət mənbəyidir – müsəlman qadının yeganə şəxsiyyəti, İslamda qadının parlaq nümunəsidir – Fatimədir...
    Bəli, Fatimənin birinciliyi nur saçmasına, nemət bəxş etməsinə görədir. O həzrət Siddiqeyi-Kübradır, yeganə məsum qadındır. Yeganə qızdır ki, bəşəriyyət tarixində "Ümm Əbiha” ləqəbini qazanmışdır – mənası "atasının anası” deməkdir. O, elə yüksək nəsilli bir qadındır ki, bütün pak və səmərəli ömrünü təmizlik və müqəddəsliklə, böyüklük və əzəmətlə keçirdi və sonsuz iftixarla, başucalıqla Allahla qovuşmağa, əzəli və əbədi İbadətgahı ilə həsrətli görüşünə tələsdi. Yeganə qadındır ki, özündən sonra fəzilət və paklıqla, müqəddəslik və əzəmətlə, igidlik və şəhidliklə dolu bir dünyanı yadigar qoydu. Onun həyat yolu nəsillər üçün örnək olan qəhrəmanlıq və candankeçmə yoludur. Heyrətli və pak övladları, şəhid xələfləri – hamısı bu müqəddəslik və fəzilət dünyasının canlı, təkanverici və ibrətli nümunələridir. İlahinin köməyilə kitabın gələcək fəsil və bölmələrində bütün bunlar haqqında, inşaallah, söz açacağıq.
    2. Fatimə bint Əsəd
    Fatimeyi-Zəhranın (ə) adı Əlinin (ə) mübarək adı ilə qoşa çəkildiyi kimi, başqa bir Fatimənin adı da müttəqilərin mövlasının – Əmirəl-mömininin adının yanındadır. Burada zaman və tarix baxımından bir qədər arxaya qayıtmalıyıq ki, Əli bin Əbi Talibin – o İslam qəhrəmanının, şiələrin məsum rəhbərinin pak və namuslu anası Fatimə bint Əsəd haqqında söz açaq.
    Elə təkcə Əlinin (ə) anası olmağın özü aydındır ki, bəşəriyyət tarixini dolaşan əzəmətli bir iftixardır. Lakin bu hörmətli qadının iftixarı təkcə bunda deyil. Çünki Əlinin (ə) – bu qəhrəman imam və rəhbərin, Peyğəmbərin (s) həqiqi canişininin təvəllüdündən əvvəl də Fatimə bint Əsədin yüksək məqamı, sonsuz hörmət və nüfuzu var idi. O zamana kimi heç bir xanım belə yüksək məqama çatmamışdı. Bəli, Fatimə bint Əsədin yüksək və misilsiz məqamı önündə dünyanın gözləri qamaşır, insanların ağlı başlarından çıxırdı. Onun bu yüksək məqamı Kəbə ilə, uca və ali Tanrının o pak və müqəddəs evi ilə ünsiyyətdə olmasına görə idi. Bu ünsiyyət peyğəmbərlikdən qabaq – İslamın dünyaya işıq saçan günəşi doğmamışdan əvvəl görünməmiş dərəcədə böyük və dərin idi. Allah evinin güclü cazibəsi həmişə o qadını özünə çəkirdi. Bir gün o – İlahinin bəxş etdiyi övlada – o nur mənbəyinə hamilə ikən yenə də Allah evinə getmişdi. Və bətnində daşıdığını o müqəddəs yerdə azad etdi. Allahın iradəsi ilə Fatimə bint Əsəd yeni doğulmuş müqəddəs körpəsini özgələrdən uzaq bir yerdə - səma mələklərinin köməyilə Kəbə evinin içində dünyaya gətirdi. Beləliklə, Fatimə bint Əsəd Allahın evini öz evi və övladının evi etdi. Doğrudan da, ondan başqa yer üzündə heç bir qadın belə bir iftixara nail olmamış – öz övladını Allahın evində, səma mələkləri qanadlarının ürəkoxşayan kölgəsində dünyaya gətirməmişdir.
    Başqa bir iftixar isə odur ki, İslamı ilk qəbul edənlər sırasında birincilərdən və ulu Peyğəmbərə (s) iman gətirənlərdən oldu. O cəhalət və küfr mühitində on birinci bəşər övladı oldu ki, adı Allahın Elçisinin (s) adının yanında, dünya tarixinin qəlbində yazıldı və İslam aynasında əbədi əks olundu.
    Fatimə bint Əsədin həyat tarixçəsi bir tərəfdən büsbütün paklıq və ismət, digər tərəfdən isə böyüklük və əzəmətdir. Elə bir şəffaf ayna kimidir ki, hansı bucağından baxsan, onda böyüklük və gözəllik təsvirinin əks olunduğunu görmüş olarsan. Həmin bucaqlardan və heyrətdoğurucu təsvirlərdən biri budur ki, Allahın iradəsilə İslam peyğəmbərinin (s) uşaqlıq və yeniyetməlik illəri onun mehribanlığı və analıq qayğısının sayəsində başa gəldi. Bu, elə illər idi ki, Peyğəmbərin (s) hörmətli əmisi, Əlinin (ə) sevimli atası Əbu Talib yetim qalmış qardaşı oğlunun – Məhəmməd bin Abdullahın (s) himayəsini öz öhdəsinə götürmüşdü. Hələ təvəllüdündən qabaq atasını və körpəliyində anasını itirmiş Peyğəmbər (s) kiçik yaşlı ikən sevimli babası cənab Əbdül Müttəlib də dünyasını dəyişdi, aqibət sarayına tələsdi. Cənab Əbu Talib Allahın Elçisini (s) öz övladlarından biri, hətta onlardan daha əziz bir ciyərparası kimi öz evinə apardı və onu öz məhəbbət qayğısı altına aldı. Beləliklə, Peyğəmbər (s) böyüyənədək və özü həyatını idarə etmək qüdrətinə çatanadək Əbu Talibin evində onun ailə üzvlərindən biri kimi qaldı.
    Burada Fatimə bint Əsədlə bağlı məsələ ondan ibarətdir ki, Abdullahın kiçik yaşlı yetim uşağı hörmətli əmisinin yanında onun evinə daxil olarkən bu möhtərəm qadın Əbu Talibin həyat yoldaşı və evin xanımı kimi o həzrəti açıq ürəklə, mehriban rəftarla, xoş sifətlə və böyük məhəbbətlə qarşıladı. Bu müqəddəs vücudu istəkli balası kimi şirin canından da əziz tutaraq ona qəlb evində yer verdi. Peyğəmbər (s) əziz əmisinin evində yaşadığı bütün müddət ərzində bu böyük qadın bir an belə öz məhəbbət və qayğısını o həzrətdən əsirgəmədi.
    Peyğəmbər (s) də bu pak və fədakar qadını mehriban anası kimi sevir, onun yanında anasızlıq dərdini nisbətən az çəkirdi. Peyğəmbərin (s) Fatimə bint Əsədə məhəbbət və əlaqəsi elə böyük və sonsuz idi ki, o böyük qadın dünyasını dəyişərkən cənazəsinin başında bərk-bərk ağladı və ona ehtiramla yas tutdu. İslam tarixinə aid mənbələrdə qeyd olunduğu kimi, Peyğəmbər (s) öz mübarək kəlamı ilə buyurdu ki, mən mehriban anamı və ürəyiyanan, fədakar köməkçimi itirdim. Elə bir kəsi əldən verdim ki, öz övladlarından da artıq qayğıma qalır, dürməyimi tutur, məni yedirib-içirməyincə, məndən sarı tam rahat olmayınca başqa ailə üzvlərinə qulluq etmirdi. Bu ana-övlad ünsiyyəti və əlaqəsinə, ikitərəfli məhəbbətə görə Peyğəmbər (s) onun vəfatı zamanı bütün varlığı ilə ağladı, öz mübarək libası ilə onu kəfənlədi və pak cənazəsi üstündə qırx təkbirlə namaz qıldı. Nəhayət, dəfni zamanı da öz mübarək ayağı ilə o böyük qadının qəbrinə daxil oldu ki, ona əmin-amanlıq və rahatlıq bəxş etsin və onun dəfnini İslam tarixində ən pak dəfn mərasimlərindən birinə çevirsin. Bəli, bütün bu işləri Peyğəmbər (s) o vaxtadək heç kim üçün görməmiş və ondan sonra da kimsə üçün bu qaydada yerinə yetirməmişdi. Fatimə bint Əsədin böyüklüyü və paklığının bir parçası belə idi...
    Category: Siddiqeyi-Tahirə (ə) 1 | Views: 1148 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024