İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 13 » Şəhadət yatağında Mövlanın (ə) öyüdü
    5:08 AM
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü
    DÖRDÜNCÜ MƏCLİS:
    NİZAM İSLAM CƏMİYYƏTİNİN HƏYATİ VƏ MÜHÜM ÜNSÜRÜDÜR.
    «Siz və yazımın çatacağı hər kəsə təqvalı, işinizdə nizamlı olmağı, iman qardaşları arasında rabitələrin islahını tövsiyə edirəm; həqiqətən, cəddiniz rəsulullahdan (s) belə buyurduğunu eşitdim: «İman qardaşları arasında rabitələri islah etmək istənilən namaz və orucdan üstündür.»
    BÜTÜN DƏYƏRLƏRİN BÜNÖVRƏSİ TƏQVADIR.
    Əmirəl-möminin (ə) vəsiyyətinin bu hissəsində yalnız imam Həsən (ə) və imam Hüseynə (ə) müraciət edir. Bu hissə əvvəlki üç məclisdə haqqında danışdığımız cümlələrin ardınca gəlir. Həzrətin buyuruqları ilə bağlı baxışlarımızı bəyan etdik. Həzrət imam Həsən (ə) və imam Hüseynə (ə) müraciət etməklə yanaşı başqalarını da nəzərdə tutmuş, öz xitabının dairəsini geniş götürmüşdür. İmam Həsən (ə) və imam hüseynə (ə) xitab etdikdən sonra buyurur: «Yazımın çatacağı hər kəsə!» Yəni son anlarda həzrətin yanında olmasalar da, onun vəsiyyətindən bütün xəbər tutanlara! Birinci məclisdə araşdırdığımız cümlələrdən zahirən belə görünür ki, vəsiyyət yazılı şəkildə olmuşdur. Çünki «yazımın çatacağı hər kəsə» buyurulur.
    Hər halda vəsiyyətin bu hissəsi bütün möminlərə, xüsusi ilə imam Həsən (ə) və Hüseynə (ə), o cümlədən həzrətin digər övladlarına tapşırıqlardan ibarətdir. Bu hissə də birinci hissə kimi təqvaya çağırışla başlayır. Bəli, bütün dəyərlərin əsası təqvadır. Qurani-kərim buyurur: «Həqiqətən, sizlərdən Allah yanında ən əzizi ən təqvalı (pəhrizkar) olanınızdır.»("Hucurat", 13.)
    Bu dəyər üçün nə ümumiləşdirmə var, nə də xüsusiləşdirmə. Yəni nə başqa bir şey təqvaya aid edilir, nə də təqvanın olmasına baxmayaraq istisnalar olunur. Bəli, Allah yanında kəramət və üstünlük yalnız təqva yolu ilə qazanılır. Allah yanında təqvadan savayı kəramət səbəbi yoxdur. Eləcə də təqva olan yerdə əlavə bir şeyə ehtiyac duyulmur. Təqvası çox olanın kəraməti də çox olacaq. Bəzən İslamda təqva, elm, cihad kimi bir çox şeylərin dəyər sayıldığı şərti ifadədir. Əslində yalnız bir meyar var və o da təqvadır. Bütün digər işlər təqva sayəsində dəyərli olur. Məsələn, elm təqva şərti kimi dəyərlidir. Şeytani məqsədlərlə, şöhrət və sərvət üçün elm öyrənməyin heç bir faydası yoxdur. Hətta bir şəxs yalnız elm xatirinə elm öyrənərsə İslami baxımdan dəyərli sayılmır. Allahın razılığı üçün olmayan, başqa sözlə, təqva meyarı ilə ölçülməyən istənilən bir iş İslam baxımından dəyərsizdir. Bir daha qeyd edirik ki, İslamda bir mütləq dəyər məfhumu var və bu məfhum təqvadır. Digər əməllər təqvadan dəyər alır. Bu səbəbdən əksər moizələr təqvaya çağırışla başlayır.
    Cümə namazı xütbələrində təqvaya çağırış vacibdir. Cümə xitabətçisi hökmən hər iki xütbədə qarşı tərəfi təqvaya dəvət etməlidir. Bilərəkdən bu dəvəti tərk etmək olmaz.
    Təqva digər dəyərlər üçün açar rolunu oynayır. Başqa dəyərlərə sahib olmaq istəyən insan təqva qapısını açmalı, bu qapıdan keçməlidir. Başqa sözlə, bütün dəyərlərin ruhu təqvadır. Digər dəyərlər təqva ruhunun üfürülməsi üçün qəlibi xatırladır. Təqva ruhu olmadan bu dəyərlər boş qəlibdən başqa bir şey deyil.
    İstənilən bir halda, istər əqli bəhs baxımından, istər təfsiri bəhs baxımından belə bir nəticə əldə edirik ki, İslamda yeganə mütləq dəyər təqvadır. Bu səbəbdən də Əmirəl-möminin (ə) silsilə nəsihətlərində növbəti dəfə təqvaya dəvət edir. Məqsəd digər moizələrdə uyğun tövsiyənin nəzərdə saxlanmasıdır.
    TƏQVANIN ARDINCA İLKİN TÖVSİYƏ NİZAMDIR.
    Mütləq dəyər və bütün dəyərlərin ruhu olan təqvaya çağırışdan sonra iki nöqtəyə toxunulur: İşlərdə nizam və möminlər arasında rabitələrin islahı.
    İnsan ötəri bir baxışla həzrətin bəyanatlarını nəzərdən keçirsə olsun ki, onun əhəmiyyətini lazımınca dərk etməz. Bu səbəbdən də bir daha nəzərə çatdırırıq ki, uyğun bəyanatların hansı məqamda, hansı zamanda, hansı şəraitdə dilə gətirildiyini yaddan çıxarmaq olmaz. Unutmamalıyıq ki, həzrət bu vəsiyyətləri bəyan edərkən şəhadət yatağında idi və ömrünün son saatlarını yaşayırdı. Vəsiyyətdən az sonra o dünya həyatı ilə vidalaşacaq. Həzrət bəzən huşunu itirir, bəzən ayılırdı. Ayıldığı vaxt bir neçə cümlə söyləyib yenidən huşdan gedirdi. İmam Həsən (ə), imam Hüseyn (ə), sair övladlar və yaxınlar həzrətin yatağını dövrəyə alıb gözlərini onun dodaqlarına dikmişdilər. Həzrətin hansı məsələlərə önəm verəcəyi, övladlarının nəzərinə hansı məsələləri çatdıracağı mühüm idi. Aydın məsələdir ki, belə həssas məqamlarda adi sözlər deyilmir. Həzrətin dilindən çıxan hər kəlmə fərdi və ictimai yönümdən insanın dünya və axirət səadəti üçün böyük əhəmiyyət daşıyır. Bu bəyanatlardan qəflətdə qalmaq olmaz! Şübhəsiz, Əmirəl-möminin (ə) uyğun şəraitdə mühüm məsələlərə önəm verir. Belə həssas vaxtlarda bəzi müstəhəb və vacib işlərin zikri bir o qədər də mühüm deyil. Ən əsası həyati əhəmiyyətli nöqtələrin nəzərdən qaçırılmamasıdır. Bu nöqtələrə hamı diqqət yetirməlidir. Onlardan xəbərsizlik labüd zərərlərlə sonuclanır. İslami məqsədlər aradan qalxır, insanların xoşbəxtliyi təhlükə altına düşür, onların dünya və axirəti havaya sovrulur. Həmin vaxt Əmirəl-mömininin (ə) yatağı ətrafında əyləşənlər şübhəsiz bu sayaq əhəmiyyətli sözlərin intizarında idilər. Bu nöqtəni nəzərə alaraq söhbətimizi davam etdirək.
    Qeyd etdiyimiz kimi, təqva bütün dəyərlərin ruhu və əsasıdır. Ona görə də təkrar-təkrar təqvadan danışmağa dəyər. Təqvadan sonra necə? İmam Həsən (ə) və imam Hüseyndən (ə) əlavə o biri övladlara, yaxınlara və ardıcıllara hansı ümumi mühüm xəbər veriləsidir? Həzrət buyurur: «Təqvalı, işinizdə nizamlı olmağı… tövsiyə edirəm.» Həzrət təqva barədə danışdıqdan sonra nizamdan söz açır. Çox maraqlıdır! Görəsən həzrət cəmiyyət üçün hansısa təhlükə hiss etdiyindənmi bu tapşırıqla onun qarşısını almaq istəyir? Və ya İslam cəmiyyətinin varlığını hədələyən ən böyük təhlükə nizmasızlıqdırmı? Görəsən həzrətin iti düşüncə və baxışında bundan böyük təhlükə yoxdurmu? Təqva kimi mühüm bir mövzunun ardınca nizamdan danışılır!
    Mövzunun aydınlaşması üçün bəzi mühüm nöqtələr açıqlanmalıdır. Qeyd etməliyik ki, uyğun tövsiyələrdə bəzən yalnız imam Həsən (ə) və Hüseynə (ə) üz tutulur. Adətən cümlənin başlanğıcında imam Həsən (ə) və Hüseynə (ə), davamında bütün ətrafa müraciət edilir. (Ərəb qrammatikasında azərbaycan dilinin qrammatikasından fərqli olaraq «tək» və «cəm» formalarından əlavə «cüt» bildirən forma var. Vəsiyyətnamədəki «usikuma», yəni «tövsiyə edirəm» feli iki nəfəri nəzərdə tutur.) Vəsiyyətnamənin hazırkı cümləsində də uyğun ardıcıllıqla rastlaşırıq. Həzrət öncə imam Həsən (ə) və Hüseynə (ə), sonra bütün ətrafa, sonda yenidən iki övladına üz tutur. Əslində bu çox geniş yayılmış bir danışıq formasıdır. Məsələn, toplum arasında onların nümayəndəsi varsa, topluma müraciət edən şəxs arabir hamıya, arabir həmin nümayəndəyə üz tutur. Bu vəsiyyətnamədə də Əmirəl-möminin (ə) əsasən imam Həsən (ə) və imam Hüseynə (ə) müraciət edirsə də, başqalarını da nəzərdə tutur.
    Vəsiyyətnamədəki ikinci nöqtə budur ki, bundan sonra gələcək cümlələrdə adətən mühüm tövsiyələr verildikdə onların səbəbləri də açıqlanır. Bəzən isə bu səbəblər zikr edilmir. Məsələn, həzrət müsəlmanlar arasında rabitələrin möhkəmləndirilməsi göstərişini verərkən bu göstərişin səbəbi kimi həzrət Peyğəmbərin (s) buyuruğunu yada salır. Bəli, bu tapşırıq Peyğəmbərin (s) tapşırığıdır, istənilən bir namaz və orucdan üstündür. Bununla yanaşı, işlərin nizama salınması ilə bağlı göstərişin səbəbləri açıqlanmır. Əslində nizam məsələsi elə bir məsələdir ki, onun izahata, dəlilə ehtiyacı yoxdur. Olsun ki, rabitələrin islahı mövzusunda hansısa qaranlıq nöqtələr qalsın. Bu səbəbdən də həzrət uyğun mövzuda Peyğəmbərin (s) buyuruğunu xatırladır və bildirir ki, iki müsəlmanın rabitəsini yaxşılaşdırmaq namaz və orucdan üstündür. İşlərdə nizam məsələsi isə hər bir ağıllı insana aydındır, hamı tərəfindən dəyərli və əhəmiyyətli sayılır. Bu mövzu yalnız nəsihət ünvanında xatırladılır.
    Hər birimiz nizam, nizamın fərdi və ictimai həyatda rolundan xəbərdarıq. Ən xırda işlərdən başlamış ən böyük ictimai hadisələrədək ətrafda nizamın rolunu müşahidə etmək olar. Ən kiçik və sadə bir iş üçün də plan və tədbirə ehtiyac var. İş nizam və proqramsız həyata keçmir. Əgər məktəblinin, müəllimin, evdar bir xanımın, həkimin fəaliyyətləri nizam, qanun-qayda əsasında həyata keçməsə, nəticədən danışmaq olmaz. Heç şübhəsiz, nizam-intizamsız işlər qarışar, vaxt səmərəsiz ötüşər. Bəzən nizamsızlıq və proqramsızlıq səbəbindən bir neçə dəqiqəlik iş saatlar boyu uzanır və nəticə əldə olunmur. Əgər evdəki libaslarınız üçün müəyyən bir yer ayırmasanız, onları evdə haraya gəldi atasınız, zəruri halda geyinmək üçün çətinlik çəkəcəksiniz. Belə qarışıq evdə hətta bir cüt corabı tapmaq üçün saatlarla vaxt gedir. Başqa bir misal: Əgər kitablarınızı xüsusi bir səliqə ilə yerləşdirməsəniz, bir kitabı tapmaq üçün bütün kitablara təkrar baxmalı olacaqsınız.
    Müxtəlif mərhələlərdən ibarət olan istənilən bir işdə nizam əsasında istənilən bir nəticə əldə olunur. Əks təqdirdə, bir neçə dəqiqəlik iş bir neçə saata görülür və yaxud ümumiyyətlə nəticə əldə olunmur.
    HANSI NİZAM?
    İstənilən bir halda nizamlı iş görməyin əhəmiyyəti kimsəyə qaranlıq deyil. Hətta ibtidai məktəb şagirdləri bu mövzuda inşa yazıb dəlillər göstərə bilər. Görəsən Əmirəl-möminin (ə) ömrünün son anlarında, çox böhranlı dəqiqələrdə həmin bu nəzmdənmi danışır? Həzrət bunumu demək istəyir ki, işlərinizdə nizamlı olun. Şagird kitablarını, sənətkar alətlərini, evdar xanım qab-qaşığını səliqə ilə düzsün? Cihad və Həcc kimi mühüm məsələlərlə yanaşı hansısa ibtidai səliqədən söhbət açılması mümkündürmü? Çətin ki belə olsun!
    Bəli, Əmirəl-mömininin (ə) vəsiyyətinin ibtidai səliqəyə heç bir aidiyyatı yoxdur. Əxlaq, siyasət, cəmiyyətlə bağlı mühüm məsələlərdən danışılan bir vaxt həzrətin ibtidai səliqəni xatırlaması mümkünsüzdür. Bu səbəbdən də həzrət «işləriniz» dedikdə iki mənadan birini nəzərdə tuta bilər: «İşləriniz» sözü vəsiyyətnamənin mətnində «əmrikum» sözü ilə ifadə olunmuşdur. Qurani-kərimin İslam cəmiyyətinin və ümumiyyətlə cəmiyyətin problemlərindən danışan müəyyən ayələrində də «əmr» sözü işlədilmişdir. «Və şavirhum fil-əmr» ayəsi ilə bağlı bəzi nöqtələri xatırlayaq. Həzrət Peyğəmbərin (s) ətrafında zəif imanlı, qəlbində müəyyən qədər nifaq olan şəxslər vardı. Onlar peyğəmbər qarşısında özlərini ixtiyar sahibi sayır, xüsusi ilə cihad məsələlərinə müdaxilə edib fikir bildirmək istəyirdilər. Bu şəxslər kobud çıxmasın deyə, Peyğəmbərin (s) hüzuruna gəlib dedilər: «Bu işdə bizim ixtiyarımız varmı?» Onların məqsədi bu idi ki, bir sıra işlərin idarəsi, o cümlədən savaş məsələləri onların öz ixtiyarına verilsin. Yəni nəyi məsləhət bilirlərsə, əməl etsinlər, nəyi məsləhət bilmirlərsə boşlasınlar. Şübhəsiz, son məqsəd savaş qabağı isti-soyuğu, iqtisadi problemləri bəhanə gətirərək cihaddan boyun qaçırmaq idi. Əgər onlara müdaxilə ixtiyarı verilsəydi müxtəlif bəhanələrlə peyğəmbərin qərarlarına qarşı çıxar, işə mane olardılar. Məsələn, Ühud savaşında döyüşçülər peyğəmbərin göstərişlərinə əməl etmədiklərindən onların əhəmiyyətli bir hissəsi şəhadətə çatdı. Münafiq sifətli bu zümrə deyirdi: «Əgər bu işdə bizə ixtiyar verilsəydi öldürülməzdik.»("Ali-İmran", 154.) Onlara elə gəlirdi ki, əgər özbaşına buraxılsalar daha yaxşı plan cızarlar. Belələri peyğəmbərdə savaş bacarığının olmadığını düşünür, məğlubiyyəti onun ayağına yazırdılar. Guya həzrət onlarla məsləhətləşmiş olsaydı nəticə müsbət alınardı. Allah-təala belələrinə cavab olaraq buyurur: «De ki, əgər siz evlərinizdə də qalsaydınız, alnına ölüm yazılanlar öz qətligahlarına doğru gedərdilər.» Bəli, insanın əcəli çatdıqda ölüm onu harada olsa yaxalayır. Bir şəxsin nə vaxtsa harada öləcəyi necə təqdir olubsa, elə də həyata keçəsidir.
    Hər halda «əmr» dedikdə bu ayələrdə İslam cəmiyyəti ilə bağlı məsələlər və onun idarə olunması nəzərdə tutulur. Həzrətin vəsiyyətnaməsindəki uyğun buyuruqda cəmiyyətin işlərindəki nizamı nəzərdə tuta bilər. İslam cəmiyyətinə nizam hakim olmasa hökumət üçün təhlükə yaranar, müsəlmanların şərəf və ləyaqəti ayaq altda qalar.
    «Əmr» sözü ilə bağlı ikinci ehtimal belədir: «Əmr» dedikdə müxtəlif mərtəbələri və nümunələri olan ümumi bir məfhum nəzərdə tutula bilər. Bu ümumi məfhumda öncə İslam cəmiyyəti ilə bağlı məsələlər, daha sonra fərqli mövzular sıralana bilər. Bu sayaq bəyanat Quran və rəvayətlərdə çoxdur. Ümumi bir məfhum mövzu seçilir, ona aid məsələlər bəyan olunur. Mövzu ümumi olduqda o müxtəlif fərdlərə şamil olunur. Məsələn, bəzi işlər vacib, bəziləri müstəhəbdir. Vacibin də önəmlisi və önəmli olmayanı var. Müstəhəb əməlin də mərtəbələri var. Məsələn namaz haqqında buyurulur: «Namaz möminin meracıdır.»("Biharul-ənvar", c.82, s.303, bab 4.) Sual olunur ki, uyğun buyuruqda təkcə vacib namazlar, yoxsa vacib namazlarla yanaşı müstəhəb namazlar da nəzərdə tutulur? Cavab verilir ki, həm vacib namazlar nəzərdə tutulur, həm də müstəhəb namazlar. Amma istər vacib namazların, istərsə də müstəhəb namazların qəlbin iştirakı baxımından müxtəlif mərtəbələri var. Görəsən bütün hallarda namaz meracla nəticələnir, yoxsa xüsusi hallar nəzərdə tutulur? Məsələn buyurulur ki, namaz hər bir təqvalının Allaha yaxınlaşma vasitəsidir.("Biharul-ənvar", c.10, s.99, rəvayət 1, bab 7.) Sual oluna bilər ki, hansı namazda nəzərdə tutulmuş xüsusiyyətlər var? Cümə namazı, yoxsa yövmiyyə namazı? Cəmiyyət namazı, yoxsa fərdi namaz? Vacib namaz, yoxsa müstəhəb namaz? Gecə nafiləsi, yoxsa gündüzün nafiləsi? Cavab budur ki, bütün bu namazlarda uyğun səciyyə ola bilər. Yaxınlıq vasitəsi olma ümumi bir məfhumdur və onun müxtəlif dərəcələri var. Hər namaz insanı müəyyən dərəcədə Allaha yaxınlaşdıra bilər. Ümumiyyətlə şiddətlənib zəiflənən, naqisləşib kamilləşən məfhumlar «muşəkkik» adlanır. Yəni eyni bir məfhumu müxtəlif dərəcələrinə görə fərqləndirmək mümkündür. Məsələn, işığın güclüsü də ola bilər, zəifi də. Ayə və rəvayətlərdə yada salınan bir çox məfhumlar bu qəbildəndir.
    Artıq belə düşünə bilərik ki, «işinizdə nizamlı olmağı tövsiyə edirəm» təbiri eyni formada işlədilmişdir. Yəni həzrət nəzərdə tutur ki, işlər əhəmiyyətlilik baxımından nizama salınmalıdır. Təbii olaraq az əhəmiyyətli işlərdə nizamdan qismən danışılırsa, işlərin əhəmiyyəti artdıqca nizam məsələsinə də diqqət artır. Bu arada İslam cəmiyyəti ilə bağlı məsələlər ən önəmli məsələlərdir. Növbəti dərəcələrdə evin, mədrəsənin, şəxsi işlərin nizama salınması nəzərdə tutula bilər. Bir daha qeyd edirik ki, ən mühüm və ən önəmli məsələ İslamın ictimai məsələləridir. Yəni bütün müsəlmanlar üçün həyati əhəmiyyət daşıyan məsələlər!
    Beləcə, vəsiyyətnamədə ya İslam cəmiyyəti ilə bağlı xüsusi məsələlərin, ya da mühüm məsələlərlə yanaşı ikinci dərəcəli məsələlərin də nəzərdə tutulduğunu qəbul etmək olar. İstənilən bir halda uyğun buyuruqların adi və gündəlik işlərə aid olduğu inandırıcı görünmür.
    Category: Şəhadət yatağında Mövlanın (ə) öyüdü | Views: 871 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024