İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 5
Qonaqlar 5
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 13 » Kumeyl duasının şərhi 2
    1:54 PM
    Kumeyl duasının şərhi 2
    MÜHÜM BIR HƏDIS
    Həzrət Peyğəmbər (s) buyurur: "Namaz dinin sütunudur və onun on xüsusiyyəti var: çöhrənin zinəti, qəlbin nuru, cismin rahatlığı, qəbirdə ünsiyyət, rəhmət gətirən, asimanın çırağı, Qiyamətdə əməl tərəzisinin ağırlığı, Allahın razılığı, Behiştin dəyəri, Cəhənnəm oduna maneçilik. Hər kəs namaz qılsa dini abad edir, hər kəs namazı tərk etsə dini viran qoyur.”
    Doğrudan da, böyük bir zəhmət tələb etməyən iki rəkət namazda bu qədər faydanın olması insanı heyran qoyur!
    Həzrət Peyğəmbər (s) buyurur: "Hər hansı namazın vaxtı çatarkən bir mələk nida edər: "Ey camaat! Kürəklərinizdə (günahlar vasitəsilə) yazdığınız odu namazla söndürün!”
    İmam Sadiq (ə) və qorxmuş karvan
    Həzrət Musa ibn Cəfər (ə) buyurur: "İmam Sadiq (ə) bir karvanla hərəkət etdiyi zaman xəbər gəlir ki, qarşıda quldurlar pusqu qurub. Karvandakılar qorxuya düşüb İmama (ə) deyirlər: "Bizim bir qədər malımız var. Qorxuruq ki, quldurlar qarət edə. Bu mallara yiyə dursanız, bəlkə Sizə görə toxunmadılar.” İmam (ə) buyurdu: "Nə bilirsiniz, bəlkə onlar məni gözləyir?” Karvan əhli İmamdan bir tədbir görməsini istədi. İmam (ə) buyurdu: "Mallarınızı elə bir şəxsə tapşırın ki, dövr etdirib çoxaltsın və bir vaxt sizə artıqlaması ilə qaytarsın!” Soruşdular ki, kimə tapşıraq? İmam (ə) buyurdu ki, aləmlərin Rəbbinə. Dedilər ki, Ona necə tapşıraq? İmam (ə) buyurdu: "Niyyət edin ki, Allah quldurların şərrini sovuşdursa, malınızın üçdə birini sədəqə verəcəksiniz.” Karvan əhli razılaşdı. İmam (ə) buyurdu: "Artıq Allahın amanındasınız, yolunuza davam edin.”
    Karvan hərəkətə başladı. Bir qədər getmişdilər ki, quldurlar yolu kəsdi. Amma quldurbaşı birbaşa İmama (ə) yaxınlaşdı, onun əlindən öpüb dedi: - "Yuxuda Həzrət Peyğəmbəri (s) gördüm, sizin haqqınızda tapşırıq verdi. Sizi mənzil başınadək düşmənlərdən qorumaq istəyirik.” İmam (ə) buyurdu: "Sizə ehtiyac yoxdur. Sizin şərrinizi bizdən uzaqlaşdıran başqalarının da şərrindən uzaqlaşdırar.”
    Karvan sağ-salamat mənzilə çatdı. Karvan əhli malının üçdə birini sədəqə verib sonradan elə bir qazanc əldə etdi ki, heyrətə düşdü. İmam Sadiq (ə) buyurdu: "Allahla müamilənin bərəkətini gördünüz, indi bu işi davam etdirin.”("Biharul-ənvar”, 93-120.)
    İmam Riza (ə)-ın məktubu
    Mötəbər rəvayətçilərdən olan Bəzənti nəql edir ki, İmam Riza (ə) oğlu Həzrət Cavada (ə) Xorasandan Mədinəyə göndərdiyi məktubda yazırdı: - "Oğlum, mənə xəbər çatıb ki, sən evdən çıxanda xidmətçilər səni kiçik (arxa) qapıdan ötürürlər. Onlar xəsis olduqlarından bir kəsə xeyir verməyini istəmirlər. Mən bir ata və İmam olaraq sənin böyük qapıdan gedib-gəlməyini istəyirəm. Bayıra çıxanda özünlə dinar-dirhəm götür ki, möhtaclara kömək edə biləsən. Əmilərin kömək istədikdə əlli dinardan az vermə. Artıq vermək istəsən azadsan. Əgər bibilərin ağız açsa, iyirmi beş dirhəmdən az vermə. Çox vermək istəsən azadsan. Allahdan səni «məqama» çatdırmağını istəyirəm. Əl tut və Allah tərəfindən kasıblıqdan qorxma!”
    Əgər Allahın övliyaları belə böyük mərhəmət sahibidirlərsə, görün Allah necə rəhmət sahibi olmalıdır!? Bəli, məhz Allah-Taalanın sonsuz mərhəmətinə ümid bəsləyərək, Həzrət Əli (ə) belə dua edir: "Xeyr, biz Səni belə tanımırıq!”
    "Həyhatə ma zalikəz-zənnu bikə və ləl-mərufu min fəzlikə və la muşbihun lima amətəl bihil muvəhhidinə min birrikə və ihsanikə fəbilyəqini əqtəu ləv la ma həkəmtə bihi min təzibi cahidikə və qəzəytə bihi min ixladi muanidikə ləcəəltənnarə kulləha bərdən və səlamən, və ma kanə liəhədin fiha məqərrən və la muqamən, lakinnəkə təqəddəsət əsmaukə əqsəmtə ən təmləəha minəl kafirinə, minəl cinnəti vənnasi əcməinə və ən tuxəllidə fihəl muanidinə, və Əntə cəllə sənaukə qultə mubtədiən, və tətəvvəltə bil-inami mutəkərrimən, əfəmən kanə muminən kəmən kanə fasiqən la yəstəvun”
    ("Əvvəldə dediklərim Sənin bəndələrə nəvazişindən çox-çox uzaqdır, Səni belə zənn etmirik, Sənin fəzlindən belə münasibət gözlənilmir. Bu, tovhid əhlinə etdiyin ehsan və yaxşılıqlarına uyğun gəlmir. Yəqin bilirəm ki, kafirlərə əzab fərmanın, düşmənlərinə əbədi odda qalmasına hökmün olmasaydı, Cəhənnəm başdan-başa salamatçılıq yeri olar, bir nəfər də orada yerləşməzdi. Amma Sən ki, adların müqəddəsdir və and içmisən ki, Cəhənnəmi kafir cinlər və insanlarla dolduracaqsan, öz uca həmd-sənan ilə bunu da buyurmusan ki, mömin günahkarla birdirmi? Xeyr, bərabər deyil.”)
    Mehr-məhəbbət ağuşu
    Allaha pərəstiş edən övliyalar belə güman etməyiblər ki, Allah onları cəzalandırar. Qurani-Kərimdə özünü mehribanların mehribanı adlandıran Allah mömini cəzalandırarmı? Qiyamət əzabı Allahla düşmənliyin, həqiqi inkarın acı meyvəsidir. Qiyamət çətinlikləri peşəkar zalımlara və günahkarlara aiddir. Yadda saxlamaq lazımdır ki, bu əzab insan vücudunda istehsal olunur. Bir insan ki, özü üçün əzab hazırlamayıb, Allah ona əzab verməz. Tovhid, iman, həqiqəti inkar etməyən və qüvvəsi həddində əxlaq və əməl üçün çalışan insan nə üçün əzaba düşməlidir?
    O, mehribandır və bütün günahkarları tövbəyə dəvət edir. Mərhum ibn Fəhəd Hilli "Uddətud-dai” kitabında belə bir rəvayət nəql edir:
    Allah-Taala Fironu qorxutmaq üçün Musanı göndərəndə ona buyurdu: "Firona de ki, Mən günahkarlara qəzəbdən daha çox onları bağışlamağa, tövbə və dualarını qəbul etməyə tələsirəm.”
    İbrahimin günaha dözümsüzlüyü
    "Ənam” surəsinin 75-ci ayəsində buyurulur: "Beləcə İbrahimə göylərin və yerin mülkünü göstərdik ki, yəqinliklə inananlardan olsun.”
    Alimlər bu ayəni təfsir edərək yazırlar: Allah-Taala İbrahimin gözlərindən hicabları götürdüyü vaxt insanlarda elə əməllər gördü ki, onlara nifrin oxudu. Öz nifrini ilə neçə-neçə insanları məhv etdikdən sonra vəyh olundu ki, nifrinini saxla. Mən, şübhəsiz ki, mehriban və bağışlayanam. Sonra Allah-Taala İbrahimə belə buyurdu: "Mən bəndələrimlə üç cür rəftar edirəm: ya tövbə edirlər və Mən də onların tövbəsini qəbul edir, günahlarını bağışlayır, eyiblərini örtürəm; ya onlardan mömin övladlar törəyəcəyini bildiyim üçün əzabdan uzaqlaşdırır, övladlar doğulduqdan sonra atalar tövbə etməsələr, onları cəzalandırıram; bu iki münasibət görünmədikdə onları axirətdə hazırladığım cəzaya düçar edirəm.
    Ey İbrahim! Bəndələrimi Mənim ixtiyarıma qoy. Mənəm səbirli, bilən, hikmət sahibi, cəbbar və öz biliyimlə onlar üçün tədbir tökür, qəzavü-qədərimi yerinə yetirirəm.”("Təfsire-burhan”.)
    Təəccüblü həqiqət
    Böyük alim Feyz Kaşaninin "Elmül-yəqin” kitabında belə nəql olunur:
    «Qiyamətdə, pis əməlləri yaxşı əməllərini üstələyən bəndə Cəhənnəmə aparılarkən Allah-Taala Cəbrailə xitab edər: "Bəndəmdən öyrən, gör dünyada alimlərlə əyləşibsə onların şəfaəti ilə onu bağışlayım.” Günahkar bəndə deyər ki, yox. Allah xitab edər ki, alimlə bir süfrədə oturubmu? Yenə də cavab "yox” olar. Yenə sual olunar ki, alim oturan yerdə oturubmu? Bəndə deyər ki, yox. Bir daha xitab edilər: "Alimlə dost olan şəxslə dostluğu olubmu?” Bəndə bu dəfə müsbət cavab verər. Xitab olunar: Ey Cəbrail! Onu lütfümlə bağışladım. Ona nəvaziş göstər və Behiştə apar.»
    Davud dövründə bir gəncə mərhəmət
    Şeyx Səduq belə rəvayət edir:
    «Həzrət Davudun məclisində bir gənc iştirak edirdi. Çox zəif və arıq olan bu gənc dinib-danışmırdı. Ölüm mələyi Davudun hüzuruna gəlib dedi: "Yeddi gündən sonra onun ruhunu bədənindən çıxarmalıyam.” Davudun gəncə ürəyi yandı. Dedi: "Evlisənmi?” Gənc cavab verdi ki, xeyr.
    Davud oğlana xeyli pul verib dedi: "Get filankəsin yanına. Mənim adımdan de ki, qızını sənə ərə versin. Elə bu gecə özünə toy et. Yeddi gündən sonra yanıma gələrsən.”
    Oğlan getdi və yeddi gündən sonra Həzrət Davudun yanına gəldi. Davud onun halını soruşdu. Oğlan razılığını bildirdi. Davud nə qədər gözlədisə də ölüm mələyindən bir xəbər çıxmadı. Oğlana dedi ki, get, yeddi gün sonra gələrsən. Yeddi gün sonra bu hadisə bir daha təkrarlandı. Nəhayət, ölüm mələyi Davudun hüzuruna gəldi və Davud ondan bu yubanmanın səbəbini soruşdu. Ölüm mələyi dedi: "Allah sənin rəhminə görə ona rəhm etdi və otuz il möhlət verdi.”("Biharul-ənvar”, 4-111.)
    Əsirin azad olunmasına səbəb olan beş xüsusiyyət
    Mühüm bir hədisdə İmam Sadiqdən (ə) belə bir rəvayət nəql olunur:
    «Həzrət Peyğəmbərin (s) hüzuruna bir qrup əsir gətirdilər. Həzrət (s) qətlə yetiriləsi əsirlərdən birini ayırıb saxladı. Həmin əsir təəccüb içində ərz etdi: "Məni azad etməyinizin səbəbi nədir?” Həzrət Peyğəmbər (s) buyurdu: "Cəbrail mənə xəbər verdi ki, səndə Allahın sevdiyi beş xüsusiyyət var: Məhrəmlərinə münasibətdə qeyrət, səxavət, xoş əxlaq, düz danışıq və şücaət.”
    Bu sözlərdən sonra əsir İslamı qəbul etdi və kafirlərə qarşı döyüşlərin birində şəhadətə çatdı.»("Vəsailuş-şiə”, 20-155.)
    Müvəhhid qul
    İmam Sadiq (ə) xətaya yol vermiş bir qula qamçı vurulmasını əmr etdi. Qul dedi: "Ey Peyğəmbər (s) övladı, səndən başqa şəfaətçisi olmayan bir kəsəmi qamçı vurursan?” İmam Sadiq (ə) göstəriş verdi ki, qulu azad edin. Qul dedi: "Məni sən yox, həmin sözü nitqimə gətirən azad etdi.” İmam (ə) buyurdu: "And olsun Kəbənin Allahına, bu qul tovhid əhlidir”.
    Bəli, Allah-Taala tövhid əhli ilə mərhəmətli rəftar edir.
    Yusifin günahsızlığının şahidi
    Təfsirlərdə nəql olunur ki, Yusif padşahlıq taxtına çıxdıqdan sonra xalqın vəziyyətinin yaxşılaşması, insanların tərbiyəsi, ədalətə məhəbbətin yaradılması barədə düşünməyə başladı. Cəbrail nazil olub bildirdi ki, sənə vəzir lazımdır. Dedi ki, sabah sübh taxtından durub hərəkət et və qarşına çıxan ilk insanı vəzir məqamına oturt.
    Səhəri gün Yusif arıq, çöhrəsi solğun bir şəxslə rastlaşdı. Düşündü ki, bu şəxs vəzirlik yükünə tab gətirə bilməz. Bu şəxsin yanından ötüb keçmək istədiyi vaxt Cəbrail nazil olub dedi: "Onu seç, çünki sənin boynunda onun haqqı vardır. O, sənin günahsızlığına şəhadət verən şəxsdir...”
    Əgər bir dəfə Yusifin günahsızlığına şəhadət verən şəxs bu məqama qaldırılırsa, bir ömür Allahın birliyinə şahid durmuş bəndə ilə pis rəftar oluna bilərmi?! Bəli, kimsədə Allahın rəhmətini dərk etməyə qüvvə yoxdur!
    "İlahi və Səyyidi, fəəsəlukə bil-qudrətil-ləti qəddərtəha və bil-qəziyyətil-ləti hətəmtəha və həkəmtəha, və ğələbtə mən ələyhi əcrəytəha ən təhəbə li fi hazihil-ləyləti, və fi hazihis-saəti, kullə curmin əcrəmtuhu, və kullə zənbin əznəbtuhu, və kullə qəbihin əsrərtuhu, və kullə cəhlin əmiltuhu, kətəmtuhu əv ələntuhu əxfəytuhu əv əzhərtuhu”
    ("Ey Məbudum, ey Ağam! Səni təqdir etdiyin qüdrətə verdiyin fərmana, çıxardığın o hökmə and verirəm ki, icra edildiyi kəsə qalib oldu və Səndən batdığım günahları bu gecə bu saat bağışlamağını, yol verdiyim xətalardan, gizlində gördüyüm çirkin işlərdən, gizli və aşkar nadanlıqlarımdan keçməyini istəyirəm.”)
    Duanın əvvəlində günahlar və onların təsirləri müfəssəl şəkildə bəyan olundu. Duanın bu hissəsində bir daha gizli və aşkar günahlar yad edilir.
    Bəli, cümə axşamıdır, dua, sızıltı, peşmanlıq, tövbə axşamı!
    Sarınmışam eşq ipinə
    Gəlmişəm ümid qapına.
    Günah da çox, çəkir geri,
    Boğur xəcalətin təri.
    Ağartmışam günah yolu,
    İş də söz də xəta dolu.
    Düz bir ömür yardan uzaq
    İllər yanıb varaq-varaq.
    Açılsa rəhmət qucağı
    Yanasıdı eşq ocağı.
    Amma bu eşqə var hələ
    Nə vaxt könül gələr dilə?
    Açılsa qara pərdələr
    Dörd bir yanda nələr, nələr!
    Kəsib yolu yağı düşmən,
    Gendə qalıb çiçək, çəmən.
    Düşmən edə hər nə acıq,
    Nəzər salsan, yollar açıq!
    "Və kullə səyyiətin əmərtə biisbatihəl-kiraməl-katibin, əlləzinə vəkkəltəhum bihifzi ma yəkunu minni, vəcəəltəhum şuhudən ələyyə məə cəvarihi, və kuntə Əntər-rəqibə ələyyə min vəraihim vəşşahidə lima xəfiyə ənhum, və birəhmətikə əxfəytəhu və bifəzlikə sətərtəhu və ən tuvəffirə həzzi min kulli xəyrin ənzəltəhu, əv ihsanin fəzzəltəhu, əv birrin nəşərtəhu, əv rizqin bəsəttəhu, əv zənbin təğfiruhu, əv xətəin təsturuhu”
    ("Hər çirkin işi qeyd etməyi kərim yazanlara əmr etdin, məndən baş verənlərin qeyd edilməsini onlara tapşırdın, onları da əzalarımla birlikdə mənə şahid qərar verdin, Özün onlardan daha artıq müraqib oldun, onlardan gizli qalana şahid oldun, rəhmətinlə məxfi saxladın, fəzilətinlə örtdün. Səndən nazil etdiyin hər bir xeyirlə ehsanla, yağdırdığın ruzilərlə bağışladığın günahlar və örtdüyün xətalarla nəsibimi kamilləşdirməyini istəyirəm.”)
    Yazan mələklər və bədən əzaları
    Əməllərin mələklər tərəfindən yazılması və bədən üzvlərinin bu günahlara şahidliyi Qurani-Kərim ayələri ilə təsdiq olunmuş həqiqətdir:
    "Sizin üstünüzdə gözətçi mələklər - yazan və hörmətli olan mələklər vardır.Onlar sizin nə etdiklərinizi bilirlər.”(Infitar-10-12)
    "Nəhayət, onlar Cəhənnəmə gəldikdə qulaqları, gözləri və dəriləri etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir.”("Fussilet-20)
    "Qiyamət günü dilləri, əlləri və ayaqları etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəklər.”("Nur-24)
    "Bu gün onların ağızlarını möhürləyirik. Etdikləri əməllər barəsində onların əlləri bizimlə danışar, ayaqları isə şəhadət verər.”(Yasin-65)
    "Dediyin hər sözü onun yanında durub gözləyən vardır.”("Qaf" 18)
    "Məhz o gün yer öz hekayətini söyləyəcək.”(Zilzal-4)
    "...Allah, Onun peyğəmbəri və möminlər əməllərinizi görəcəklər. Siz qeybi və aşkarı bilən Allahın hüzuruna qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi xəbər verəcəkdir.” (Tövbə-105)
    Əlbəttə ki, bütün bu deyilənlər kafirlərə və peşəkar günahkarlara aiddir. Çünki günahlardan tövbə edib iman gətirənlər rəhmət əhlidirlər və onların keçmiş günahlarını şahidlər xatırlamaz.
    Həzrət Əli (ə) buyurur: "Tövbə edib, tövbəsi qəbul olunan kəsin əzalarına günahlarını örtmək əmr olunar. Torpağa buyurular ki, onun günahlarını gizləsin. Yazan mələklərin isə yazdıqları yadlarından çıxarılar.”(Səvabul-əmal-179)
    İmam Sadiq (ə) buyurur: "Allah xalis tövbə edən bəndəsinə məhəbbət göstərər, günahlarını dünya və axirətdə örtər. Mələklər yazdıqları günahları unudar və Qiyamətdə Allahla görüşdükləri vaxt heç bir günaha şahid dura bilməzlər.”(Biharul-Ənvar-6-28)
    "Ya Rəbbi, ya Rəbbi, ya Rəbbi. Ya İlahi və Səyyidi və Məvlayə və malikə riqqi, ya mən biyədihi nasiyəti, ya əlimən bizurri və məskənəti, ya xəbirən bifəqri və faqəti, ya Rəbbi, ya Rəbbi, ya Rəbbi! Əsəlukə bihəqqikə və qudsikə və əzəmi sifatikə və əsmaikə ən təcələ əvqati minəl-ləyli vən-nəhari bizikrikə məmurətən, və bi xidmətikə məvsulətən, və əmali indəkə məqbulətən, hətta təkunə əmali və əvradi kulluha virdən vahidən, və hali fi xidmətikə sərmədən, ya Səyyidi, ya mən ələyhi muəvvəli, ya mən iləyhi şəkəvtu əhvali, ya Rəbbi, ya Rəbbi, ya Rəbbi”
    ("Ya Rəbb, ya Rəbb, ya Rəbb. Ey Məbudum, ey Ağam, ey Mövlam, ey ixtiyar sahibim, ey taleyim əlində olan, ey çarəsizliyimdən xəbərdar, ey yoxsulluğumdan agah olan! Ya Rəbb, ya Rəbb, ya Rəbb. Səni öz həqiqətinə pak və müqəddəs zatına, ən üstün sifət və adlarına and verərək istəyirəm ki, səni yad etməklə vaxtlarımı abad edəsən, Öz xidmətinə müvəffəq edəsən, işlərim hüzurunda qəbul olunsun, bütün əməllərim və dilimə gələn sözlərim bir zikr olsun, və daim Sənə xidmət halında olum. Ey Ağam, ey mənim etimadım! Ey halımdan Ona şikayətləndiyim kəs! Ya Rəbb, ya Rəbb, ya Rəbb.”)
    İsmi-əzəm
    Hikmət sahibləri və ariflər belə hesab edirlər ki, "Rəbb” mübarək kəlməsi "tərbiyə edən” mənasını daşıyır və İslamda ən yüksək məqama malik "İsmi-əzəm” kəlmələrindəndir. Bu sözə bağlanan insan Allahın rəhmətinə yol tapır, yolundan maneələr götürülür, günahları bağışlanır. Bütün peyğəmbər və imamların Allaha bu kəlmə ilə müraciət etməsi onun İsmi-əzəm, yəni Allahın böyük adı olmasına inam yaradır.
    Adəm və Həvva (ə) tövbə etdikləri vaxt belə dedilər: "Ey Rəbbimiz, biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan və mərhəmət etməsən, şübhəsiz ki, ziyana uğrayanlardan olarıq.”("Əraf”, 23.)
    Həzrət İbrahim (ə) belə dua etdi: "Ey Rəbbim, mənə hökumət əta et və məni salehlərə qovuşdur.”("Şüəra”, 83.)
    Həzrət Nuh doqquz yüz əlli il əzab-əziyyətdən sonra belə ərz etdi: "Ey Rəbbim! Yer üzündə bir nəfər də kafir qoyma.” ("Nuh”, 26.)
    Həzrət Musa (ə) Allaha belə müraciət etdi: "Ey Rəbbim, Sənin nazil edəcəyin hər hansı bir xeyirə möhtacam.” ("Qəsəs”, 24.)
    Həzrət Süleyman (ə) belə ərz etdi: "Ey Rəbbim, məni bağışla və mənə elə bir səltənət ver ki, kimsə ona nail ola bilməsin.” ("Sad”, 35.)
    Həzrət Zəkəriyya (ə) övlad istədiyi vaxt belə ərz etdi: "Ey Rəbbim, məni tək qoyma. Sən varislərin ən yaxşısısan.” ("Ənbiya”, 89.)
    Həzrət Yusif (ə) Allah dərgahına üz tutub belə dedi: "Ey Rəbbim, Sən səltənətindən mənə pay verdin...”(Yusif”, 101)
    Həzrət Əyyub (ə) bəlalar zamanı belə ərz etdi: "Ey Rəbbim, mənə bəla üz verdi. Sən rəhimlilərin rəhimlisisən.” ("Ənbiya”, 83.)
    İslam Peyğəmbəri (s) isə belə ərz etdi: "Ey Rəbbim, bağışla və rəhm et. Sən rəhm edənlərin ən yaxşısısan.” ("Muminun”, 118.)
    Salehlər və möminlər kainatın yaradılışı haqqında düşündükləri vaxt belə ərz etdilər: "Ey Rəbbimiz, Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi Cəhənnəm odunun əzabından qoru.”("Ali-İmran”, 191.)
    Hətta son dərəcə təkəbbürlü olan İblis Allaha bu adla müraciət etdi: "Ya Rəbb, mənə Qiyamətə qədər möhlət ver.” ("Əraf”, 14.)
    Həzrət Peyğəmbər (s) buyurur ki, hər kəs yeddi dəfə "ya Rəbbi” desə duası qəbul olar. Başqa bir rəvayətdə nəql olunur ki, mömin bəndə bir dəfə "ya Rəbbi” deyərək Allahı çağırsa, Allah-Taala "ləbbəyk” buyurar. İkinci, üçüncü dəfə bu adla çağırdıqda nida olunar ki, "istə əta edim.”("Mustədrəkul-vəsail”, 5-220.)
    Category: Kumeyl duasının şərhi 2 | Views: 991 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024