İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 3
Qonaqlar 3
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 13 » Şəhadət yatağında Mövlanın (ə) öyüdü
    4:53 AM
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü
    YEDDİNCİ MƏCLİS:
    QURAN VƏ NAMAZ İSLAMIN İKİ HƏYATİ ƏSASIDIR.
    «Qurana münasibətdə Allahı…Allahı unutmayın; bu işdə başqaları sizi ötüb keçməsin; namaza münasibətdə Allahı…Allahı unutmayın; O (namaz) dinin sütunudur.»
    «İRŞADİ» HÖKM VƏ «MÖVLƏVİ» HÖKM
    Əmirəl-möminin (ə) öz vəsiyyətinin davamında Qurana əməl olunmasından və bu işdə başqalarından geri qalmamaqdan söz açır. Quranın mühüm göstərişlərindən biri olan namaz yada salınır. Həzrət bu nöqtəyədək işlərdə nəzm, rabitələrin islahı, yetimlərə qayğı, qonşularla mehribançılıqdan danışdı. İşarə olunmuş məsələləri insan öz ağıl gücü ilə də dərk edə bilər. İnsan öz ağılı əsasında müəyyənləşdirə bilər ki, sadalanan nöqtələr zəruri məsələlərdir. Hətta səmavi dinə etiqadı olmayan bir çox cəmiyyətlər bu həqiqətləri təsdiqləyir və hansısa həddə əməl edirlər. Əməl etməyənlərə də hansısa xarici təsirlər var. Əslində nəzəri baxımdan sadalanmış işlərin zəruriliyinə heç bir şəkk-şübhə yoxdur. Bugünkü dünyamızda səmavi dinə etiqadı olmadığı halda işlərini nizamla görən bir çox cəmiyyətlər və millətlər var. Bəli, deyə bilərik ki, bu qəbildən olan işlər ağılın tələbləridir. Uyğun istiqamətlərdə dini bəyanatlar və şəri göstərişlər təbliğ xarakteri daşıyır («irşadi»). Ağılın müstəqil şəkildə şahid olub təsdiqləyəcəyi həqiqətlər din tərəfindən tövsiyə xarakterində yada salınır. Dinin bu sayaq göstərişləri «irşadi» göstərişlər adlanır. Həqiqətən də müəyyən şəri işlərin isbatında ağıl bəs edir. Şəriətin bu sahədə ayrıca dəlil göstərməyinə ehtiyac qalmır. İslamda elə dəyərlər var ki, bu dəyərlər haqqında ayə və rəvayətlərdə bir söz deyilməyib. Amma bütün din alimləri və fəqihlər bu dəyərləri dəyər olaraq qəbul edir. Fəqihlər yekdilliklə bildirirlər ki, ictimai nizamda pozuculuq caiz deyil.
    Böyük fəqihlər bu dəyərləri mütləq sayaraq onlarla bağlı müxtəlif hökmlər vermişlər. Hansı ki, hökmlərin əsası yalnız ağıldır. Yalnız ağıl tərəfindən təsdiqlənmiş həqiqətlər arasında məzlumun müdafiəsi, nizamın qorunması, məhrumların hüquqlarına riayət edilməsi kimi dəyərlər var. Əgər bir hökmün isbatı üçün ağıl kifayət edirsə, müqəddəs şəriət həmin əqli dəlillər əsasında məsələyə yanaşaraq münasibət bildirir. Bu qəbildən olan hökmlər irşadi hökmlərdir. Yəni şəriət insanın diqqətini ağıl təsdiqləyən həqiqətlərin qəbuluna çağırır.
    Əmirəl-mömininin (ə) öncə yada saldığımız tövsiyələri ağıl tərəfindən təsdiqlənmiş həqiqətlərdir. Bu səbəbdən Əmirəl-möminin (ə) sadəcə olaraq uyğun dəyərlərə əməl etməyə çağırırdı. Amma söhbətimizin hazırkı hissəsində nəqli və etiqadi dəlillərə ehtiyaclı dəyərlərdən danışılacaq. Vəsiyyətin bundan sonrakı bütün göstərişləri həmin qəbildəndər. Ayə və rəvayətlərdə təsdiqini tapmış bu hökmlər «mövləvi» hökmlər adlanır.
    QURAN SONSUZ VƏ UNUDULMUŞ BİR NEMƏTDİR.
    Həzrət öncə bütün ibadət hökmlərinin və nəqli dəlillərin ilkin mənbəsi olan Qurandan sözə başlayır. Qurana diqqət və onun hökmlərinə əməl göstərişi verilir. Təbirlərdən zahirən elə görünür ki, həzrət burada fərdə üz tutur. Bu sayaq təbirləri başqa yerdə görməmişəm: «Bu işdə başqaları sizi ötüb keçməsin.» Əvvəlki cümlə aydındır. Peyğəmbər (s) və məsum imamların bu sayaq tapşırıqları təbiidir. Əvvəlki məclisdə də «Əllahə, Əllahə» təbirlərinin dilimizə olduğu kimi tərcümə olunmadığını qeyd etdik. Bu təbirləri dilimizə olduğu kimi tərcümə edə bilməsək də, belə bir nəticə çıxarırıq ki, həmin təbirlər məsələnin fövqəladə əhəmiyyətini göstərir. Əgər «Əllahə, Əllahə fil Quran» cümləsini azad tərcümə etsək belə alınar: «Quranın qədrini bilin, Qurandan ayrılmayın.»
    Qurani-kərim Allahın bəşəriyyətə ən böyük hədiyyəsidir. Yaranışın başlanğıcından Qiyamət gününədək Qurani-kərim kimi dəyərli hədiyyə olmayasıdır. Quran haqqında nə desək azdır, istənilən bir bəyan onun həqiqətini çatdırmayacaq. Bununla belə, çoxlarımız bu böyük nemətdən qəflətdəyik. Qurandan lazımınca bəhrələnmir, onun şükrünü yerinə yetirmirik. İstənilən bir nemətin şükrü ondan düzgün faydalanmaqdır. Qurana münasibətdə qədərincə faydalanmadığımız aşkar həqiqətdir.
    Ağrılı nöqtə budur ki, biz Qurandan bəhrələnmə imkanına tam malik olduğumuz halda yerimizdə sayırıq. Əksərimizin evində heç olmaya bir Quran var. Hətta yoxdursa da, onu asanlıqla əldə edə bilərik. Quranın müxtəlif dillərə tərcümələri də var. Ərəb dili ilə tanış olmayanlar bu tərcümələrdən faydalana bilər. Tərcümələrdən əlavə bir çox böyük İslam alimləri illər uzunu zəhmət çəkərək Quranın dəyərli təfsirlərini yazmışlar. Bu təfsirlər də ixtiyarımızdadır. Allah-təala bizlərə xüsusi bir iftixar nəsib etmiş, Əhli-beyt (ə) və məsum imamların elmlərindən faydalanmışıq. Əhli-beytdən (ə) nəql olunmuş rəvayətlərin bir hissəsi Quranın təfsiri ilə bağlıdır. Bu misilsiz bir xəzinədir. Başqa məzhəblərdən fərqli olaraq bizim möminlər rəbbani alimlərdən, Quran təfsirçilərindən, islamşünaslardan faydalanmaq imkanına malikdirlər. Hansı ki, bir çox ölkələrdə insanlar din alimi və Quran təfsirçisindən bəhrələnmək imkanından məhrumdur. Məsələn, əhalisi iki yüz milyonu ötmüş İndoneziyada xalqın əksəri bu baxımdan məhrumiyyətdədir. Rəbbani alimlər Allahın bizə xüsusi lütfüdür. Onların qədrini bilmək lazımdır. Bu yönümdə dəyərli alim mərhum Əllamə Təbatəbainin adını çəkmək olar. Bu böyük insan Qurana dəyərli təfsir yazmış, bizlərə misilsiz bir töhfə vermişdir. Allahdan diləyirik ki, mərhum alimin dərəcəsini daha da ucaltsın, onu cədləri ilə məşhur etsin.
    Bəli, Qurandan hərtərəfli istifadə etmək imkanımız var. Çoxları isə bu imkandan məhrumdur. Bizim Qurana biganəliyimizin səbəblərindən biri də budur ki, yanlış münasibət göstərərək asanlıqla əldə edə biləcəyimiz bir şeyin qədrini bilmirik. İnsan belədir. O, çətinliklə əldə olunan şeyi qiymətli sayır, asanlıqla ixtiyarına verilənlərə biganə qalır. Qurana münasibətdə də uyğun yanlışlığa düçar olmuşuq. Qurana böyük hörmətimiz var. Onu öpür, gözlərimiz üstünə qoyuruq. Ondan əməli şəkildə istifadə etməyə gəldikdə süstlük göstəririk. Təəssüf ki, bu baxımdan bəzi müsəlman zümrələrindən geridə qalmışıq. Əlbəttə ki, son illərdə müqəddəs hərəkatımız sayəsində cəmiyyətdə Quran dəyərləri dirçəlib. Quranın qiraəti, hifzi gənc nəsil tərəfindən rəğbətlə qarşılanır. Bunun qədrini bilməli, Allahdan diləməliyik ki, rəbbani rəhbərlik məqamı sayəsini davamlı buyursun, bütün bu nemətlər günbəgün artsın, gənclərimiz Qurandan istifadəyə daha çox təşviq olunsunlar.
    Mövzunu bir qədər aydınlaşdırmaq üçün, Quranın misilsiz əhəmiyyətini anlamaq məqsədi ilə misallar çəkək:
    Təsəvvür edin ki, bir şəxs xəstəliyiə düçar olub və üzücü baş ağrılarından şikayətlənir. O ardıcıl şəkildə müxtəlif şəhərlərə müalicə məqsədi ilə səfərlər edir və əziyyətləri nəticəsiz qalır. Bu baş ağrıları bəzən o qədər əziyyət verir ki, insan bir anlıq rahatlıq tapmaq üçün bütün var-dövlətindən keçməyə hazır olur. Bu xəstə eşitsə ki, məsələn, Almaniyada və ya İsveçrədə bu xəstəliyi yetərincə müalicə edən bir həkim var, hər şeyini satıb səfər üçün hazırlaşar. Hansı ki, bu baş ağrıları yüzlərlə ağrılı sinir xəstəliklərindən biri ola bilər. Əgər yalnız baş ağrılarından şikayətlənən insan var yoxundan keçməyə hazırdırsa, bütün orqanlarından əziyyət çəkən insan nə hala düşər?! Belə bir xəstəyə dünyanın ən ucqar nöqtəsində bütün xəstəlikləri müalicə edə biləcək bir həkim haqqında məlumat verilsə, dərhal özünü həmin nöqtəyə çatdırar. Əlbəttə ki, söhbət imkanı olanlardan gedir. Əgər həmin həkimin qəbulunda olsa və həkim ona başa düşmədiyi bir dildə nüsxə yazsa, xəstə nüsxəni anlamaq üçün hətta həmin dili öyrənməyə də hazır olar. Bəli, insan bilsə ki, onun bütün xəstəliklərinə çarə qılası həkim var, hər şeyindən keçib onunla görüşər!
    Bəziləri isə hətta ehtimal üzərində hansısa mənfəətdən ötürü ömrünü sərf edir. Bəlkə də oxucu xəbərdardır ki, Mixi əlifbasını anlamaq üçün üç nəsil zəhmət çəkmiş, amma bir nəticə əldə etməmişdir! Görən bu üç nəsil çəkdiyi zəhmətlərə görə həmin əlifbadan hansı xeyir gözləyirmiş?
    Şübhə etmirəm ki, bəşəriyyət Mixi əlifbasının kəşf olunması istiqamətində atdığı addımları Quranı anlamaq məqsədi ilə atsaydı, min qat artıq xeyir götürərdi. Dağlarda, qayalarda cızılmış həmin xətlər nə qədər faydalı olsa da, maddi həyatla bağlıdır. Elə bir fayda ki, bir müddətdən sonra əldən çıxır. Bu dünyada kimsə əbədi qalası deyil. Ömür nə qədər uzun olsa da, onun sonu var. Hansı ki, Qurani-kərim bəşəriyyətin dünya həyatı üçün faydalı olmaqla yanaşı, onun üçün əbədi həyata yol açır. Əgər belə bir kitab dünyanın ən ucqar nöqtəsində olsaydı, onun ardınca getməyə dəyərdi. Əgər Quran Mixi xətti ilə yazılmış olsaydı, onu araşdırıb anlamaq üçün çəkilən zəhmətlər hədərə getməzdi!
    Çox əfsus ki, əksərimiz bu istiqamətdə imkanlarımızın mindən biri qədər çalışmırıq. Hansı ki, Quran ixtiyarımızdadır və ondan istifadə üçün əziyyət çəkməyə ehtiyac yoxdur. Bundan ötrü yalnız istək lazımdır. Quran elə bir kitabdır ki, onun özünü, tərcüməsini, təfsirlərini çox asanlıqla əldə edə bilirik. Bütün bu imkanlara malik olduğumuz halda əlimiz boşdur! Əlbəttə ki, dinə biganə, imansız insanlardan gileyimiz yoxdur. Amma Əhli-beyt (ə) ardıcılı olan bizlər hidayət nuru ardınca gəzdiyimiz halda nə üçün Qurana əhəmiyyət verməyək? Necə olur ki, bu həyat qaynağının yanından bir bu qədər biganə ötüb keçirik? Mərifət əldə etmək üçün Qurandan üstün, Qurandan mötəbər mənbə hansıdır?! Axı biz nə axtarırıq?! İntizarında olduqlarımızdan hansı Quranda yoxdur?! Biz Quran maarifinə yiyələnmək istiqamətində nə qədər çalışsaq da azdır. Doğrudan da, bu əziz kitaba, ilahi hədiyyəyə, səmavi töhvəyə cəfa qılırıq. Əksərimiz ildə heç olmaya bir dəfə Quranı tam oxumağa müvəffəq olmuruq. Əlbəttə, mübarək ramazanın bərəkəti ilə ildə bir dəfə Quranı xətm edənlər də var.
    Quranı anlamaq, təfsirlərin mütaliəsi bir yana dursun, cəfa deyilmi ki, ixtiyarımızda belə bir kitab ola-ola, sadəcə onun qiraətindən də çəkinək?!
    QURAN MAARİFİNİN QİSİMLƏRİ
    Quran çeşidli maariflərlə zəngin bir okeandır. Bu maarifin bir hissəsi adi insanların adi yollarla yetişə bilməyəcəyi həqiqətlərdən ibarətdir. Bu həqiqətlərin əsasını qeybi həqiqətlər təşkil edir. Allahın müqəddəs zati sifətlərindən tutmuş, qeyb aləmi, vəhy, peyğəmbərlik, ölüm və məad mövzularınadək bir çox mövzular Quran maarifinin tərkib hissəsidir. Qurani-kərim bu qəbildən olan maarifi «əlləməkə ma ləm təkun tələm» adlandırır: «Allah sənə kitab və hikmət nazil etdi, bilmədiyini sənə öyrətdi.»("Nisa”, 113.) Oxşar təbirlərlə başqa ayələrdə də rastlaşırıq: «Sizə özünüzdən olan rəsul göndərdik, ayələrimizi sizə oxuyar, sizi paklandırar, sizə kitab və hikmət təlim edər, bilmədiklərinizi öyrədər.»("Bəqərə”, 151.)
    Quran maarifinin digər bir hissəsi bir növ ağılın hökmünə çağırış və ya xatırlatma yönümlüdür. Yəni insan özü də yaxşıca düşünsə bu məsələləri anlayar. Quran uyğun nöqtələri insana xatırladır, onu oyadır. Quranda buyurulmur ki, insan özü bu məsələləri anlaya bilməzdi. Əslində insan düşüncə yolu ilə bu həqiqətləri dərk etmək gücündədir. Sadəcə bəsirət gözü bağlanır, insan anlaya biləcəyi məsələlərdən qəflətdə qalır. Əmirəl-möminin həzrət Əlinin (ə) uyğun buyuruqları həmin qəbildəndir. Həzrət buyurur: «Onların arasında elçilərini ayağa qaldırdı, ardıcıl olaraq peyğəmbərlərini göndərdi ki, onlardan fitrətlərinin əhdinə əməl etmələrini istəsin, Allahın unudulmuş nemətlərini onlara xatırlatsın.»("Biharul-ənvar”, c.11, s. 60, rəvayət 70, bab 1.)
    Olsun ki, elə bu səbəbdən Quran bəzən «zikr» adlandırılır.
    Bəli, Qurandakı bir çox məsələləri bəşəriyyətin ağıl və fitrəti anlayır və ya anlaya bilər. Quran bu istiqamətdə sadəcə xatırladır. Quranın bu qəbil maarifi də onun əvvəlki hissəsi kimi çox mühümdür. Çünki insan bir çox məsələləri anlamaq gücündə olsa da onlara diqqət yetirmir, qəflətdə qalır. Onun uyğun məsələləri anlamaq gücü həyatına təsir göstərmir. Bu məqsədlə insana müəyyən mövzular xatırladılır ki, onun həyat və rəftarına təsir edilsin. Bu, peyğəmbərlərin öz öhdəsinə götürdüyü mühüm vəzifədir.
    Demək, Quran maarifinin bir hissəsi təbiətüstü həqiqətlərə aiddir və insan ağlının fövqündədir. Bəşəriyyət nəsil-nəsil bu həqiqətləri araşdırsa da, yol tapası deyil. Axirət, behişt, cəhənnəm, ölümdən sonrakı hadisələr bu qəbildəndər. Quran maarifinin müəyyən mövzuları hökmlərdən (əhkam) ibarətdir. İnsan düşüncəsi əhkam mənbələrini əhatə etmədiyindən müstəqil şəkildə ona yol tapa bilmir. Yuxarıda qeyd olunan iki mövzu adətən «təəbbüdi», yəni tabe olunası adlandırılır. Bu məsələlər Allah-təala tərəfindən bəşəriyyətə bəyan olunur və vəhy yolu ilə çatdırılır. Qurani-kərim beləcə iki qisim təbirlə bəyan olunur: Quran təbirlərinin bir hissəsini insan müstəqil şəkildə dərk etmək gücündə deyil. Məsələn, dünyanın bütün alimləri, filosofları, pisixoloqları, fizikləri bir araya gəlib uzunmüddətli araşdırma aparsalar, anlaya bilməzlər ki, sübh namazı nə üçündür, nə üçün bu namaz iki rəkətdir, nə üçün günəş doğmamış qılınır? Min illər boyu düşünsək də, bu məsələni aydınlaşdıra bilmərik. Yalnız bunu bilirik ki, bunun faydaları var, sadəcə bu faydalardan xəbərsizik. Əgər namazın faydaları bizə sadalansaydı ağlımız bu həqiqətləri təsdiq edərdi. Amma heç bir vasitə olmadan həmin faydaları araşdırıb tapmaq ağlımızın gücündə deyil. Yeganə yol Allah-təalanın vəhy və peyğəmbər vasitəsi ilə bəyanlarıdır. Bu qəbil vəhylər tabeçiliklə qəbul olunur. Quran təbirincə, «Allah tərəfindən olduğu üçün qəbul edir, gözümüz üstə qoyuruq.»("Ali-İmran”, 7.)
    QURANA ƏMƏLDƏ QEYRİ-MÜSƏLMANLARIN MÜSƏLMANLARI ÖTÜB KEÇMƏSİ
    Quran maarifinin bir hissəsi, qeyd olunduğu kimi, insan düşüncəsinin qavrayacağı bəyanlardan ibarətdir. İnsan sadəcə bu barədə düşünməyə vaxt tapmadığından və ya maddiyyata əsir olduğundan uyğun bəyanlardan xəbərsiz qalır. Uyğun maarifə çatmaq üçün yeganə yol Qurana müraciət etmək deyil. Bəziləri iman gətirmədən, Quranı qəbul etmədən də bu qəbildən olan maarifi arayıb tapıb, ondan faydalana bilərlər. Amma müsəlmanlar heç bir əziyyət çəkmədən Quranın uyğun maarifindən istifadə edə bilər. Nəticədə Quran əlində olan insan Qurandan uzaq bir insandan geridə qalır!
    Əmirəl-mömininin (ə) buyuruqlarının mövzusu ola biləcək bir qisim Quran maarifi özünəməxsus səciyyəyə malik hökmlərdən ibarətdir. Hətta Allaha yaxınlaşmaq məqsədi olmayan bir insan bu hökmlərə əməl etdikdə onlardan faydalanır. Yəni bu hökmlərə sırf itaət edildikdə bəhrə götürülür. Bu qəbildən olan hökmlər adətən «təvəssüliyyat» adlanır. Bir də var «ibadat» (ibadətlər). İbadətlərdə Allaha yaxınlaşma məqsədi zəruridir. Amma «təvəssüliyyat», yəni təvəssüllərdə belə bir məqsəd olmadan da nəticə əldə olunur. İrs, müamilə, izdivac, icarə, borc kimi mövzularla bağlı hökümlər bu qəbildəndir. Allah insanların dünyəvi və ictimai həyatını tənzimləmək üçün bu sayaq hökmlər bəyan etmişdir. Bu baxımdan Quranın ən önəmli ayəsi «dəyn» (borc) ayəsidir. Bu ayədə necə borc vermək, necə borc götürmək açıqlanılır. Hətta qeyri-müsəlman bir şəxs Quranın bu hökmünə əməl edərsə, hökmən ondan faydalanar. Allah-təala bu ayədə buyurur ki, bir şəxsə borc vermək istədiyiniz vaxt onu yazın, şahid tutun. Yəni sənədsiz, şahidsiz borc verməyin. Bu hökmün səbəbi Quranda açıqlanılır. Buyurulur ki, çünki bu danışıq unudula bilər, şəkkə düşərsiniz və aranızda ixtilaf yaranar. Necə də pis olar ki, bir insan borc verdiyi məbləği unudub neçə qat artıq tələb edə! Əksinə, borc götürmüş insan götürdüyü məbləği yaddan çıxardıb cüzi bir məbləğ qaytarmaq istəyə! Aydın məsələdir ki, Allah-təalanın bu qəbil göstərişləri çox uzaqgörənliklə bəyan olunur. Qeyri-müsəlman bir şəxs də bu hökmü bəyənib ona əməl edərsə, hökmən bərəkətlərindən faydalanar. İbadət məsələləri isə belə deyil. Bu məsələlərdə faydalanmaq üçün hökmən Allaha yaxınlıq məqsədi ilə əməl olunmalıdır. Bir insan Allaha və Qiyamət gününə inanmazsa, onun namaz və digər ibadətləri faydasızdır. Bəli, əgər bir gün hətta dinə biganə insanlar İslamın qanunlarından faydalanmaq istəsələr «təvəssüli» hökmlərdən faydalana bilərlər. Məlumatlı insanlar gözəl bilirlər ki, Avropa ölkələrində hüquq sistemləri tənzimlənərkən Quran və İslam fiqhindən yetərincə istifadə edilmişdir. Hətta bəzi qərb hüquqşünasları bunu açıq şəkildə etiraf edir.
    Avropa və qərb tarixini mütaliə etdikdə görürük ki, qərbdə son iki əsrədək qadının mülkiyyət hüququ olmamışdır. Qadın üçün hətta irsdən pay nəzərdə tutulmamışdı. Onlar öz hüquq sistemlərində məhz Quran və İslam fiqhindən ilhamlanaraq bir sıra dəyişikliklər aparmışlar. Əgər müsəlmanlar da Qurana müraciət etsələr şübhəsiz faydalanasıdırlar.
    Bir neçə əsr öncə bir şəxs gəlib desəydi ki, kimlərsə Qurana əməl etməkdə sizi qabaqlayıb, inanmazdıq. Əslində isə bu həqiqətdir. Quran və Əhli-beyt (ə) maarifi bizim əlimizdə olduğu halda kimlərsə Quran hökmlərinə əməl edərək faydalanmaqdadır! Əmirəl-möminin (ə) öz vəsiyyətində buyurur: «Bu işdə başqaları sizi ötüb keçməsin.» Olsun ki, Əmirəl-möminin (ə) uyğun buyuruqlarını eşidərkən ətrafdakılar təəccüblənmişlər. Həzrət ömrünün son saatlarında gələcəyi necə dəhşətli görürdü ki, bu sayaq haray çəkirdi: «Əllaha, əllahə fil qurani la yəsbiqkum bil-əməli bihi ğəyrukum.»
    Əmirəl-möminin (ə) öz iti baxışları və uzaqgörənliyi ilə qeyri-müsəlmanların bir gün İslamın müəyyən hökmlərində müsəlmanları ötüb keçəcəyini görürdü. İşlərdə nizamlı olmaq Quranın, Əmirəl-mömininin (ə) göstərişidir. Amma biz Quran və Əli (ə) ardıcılları bu gün təcrübədə bir çox millətlərdən geri qalmışıq. Qanlar bahasına cəmiyyətimizdə canlanmış islami dəyərlər bu gün xoşagəlməz durumdadır və qeyri-müsəlmanlar, şiə olmayanlar uyğun göstərişlərə riayət etməkdə öndədirlər! Ədəb qaydaları, nəzakət ölçüləri, müdiriyyət, işlərdə nizam, iş bölgüsü və bir çox başqa dəyərlər Qurandan qaynaqlandığı halda qeyri-müsəlman ölkələrdə daha çox cərəyandadır. Onlar uyğun istiqamətdə nəzərə çarpan dərəcədə irəliləmişlər. Sözlərim qərbpərəstlik kimi anlaşılmasın.
    Məlumatlı və etibarlı şəxslərdən eşitmişəm ki, iki yüz il bundan öncə dünyanın hazırkı inkişaf etmiş ölkələrinin hətta saraylarında ayaqyolu olmayıb. Avropalılar ayaqyolu tikməyi müsəlmanlardan öyrənib. Nasirəddin şah tərəfindən Fransaya göndərilmiş Əsxər Mirza adlı bir şəxs avropalılara bu sahədə təlimat verib. Hələ İslamın zühurundan neçə əsr sonra Avropada hamam yox idi. Onlar hamamın nə olduğunu anlamırdılar. Avropalılar adətən çaylarda, hövzələrdə yuyunurdular. Bəli, həmin xalqlar qısa bir müddət ərzində tibb və gigiyena sahəsində əhmiyyətli dərəcədə irəlilədilər və bu gün gün ərzində bir dəfə yox, iki dəfə yuyunmağı qayda qoymuşlar. Bütün bu qaydaların müsəlmanlardan götürüldüyünə tarix şahiddir. Çünki onların uyğun sahəyə diqqətinin tarixi olduqca azdır. Bəli, həzrət uzaqgörənliklə xəbərdarlıq edirdi ki, bu işdə başqaları sizi ötüb keçməsin! Min dörd yüz il bundan öncə Əmirəl-möminin (ə) «işlərinizdə nizamlı olun» deyə haray çəkirdi. Amma bu gün aramızda elələri tapılır ki, bizim nəzmimiz nizamsızlıqdadır söyləyir! Etiqadsız qərblilər İslam və Quran hökmlərindən faydalandığı halda adı müsəlman olanlar qərblilərin vəhşi keçmişinə maraq göstərir. Biz yalnız son yüz ildə özümüzə sual vermişik ki, axı nə üçün onlar Quran hökmlərindən daha çox faydalanır? İlahi kitaba zərrəcə etiqadı olmayanların onun hökmləri sayəsində tərəqqi etməsi nəyə əsaslanır? Necə olur ki, onlar Qurana əməl etməkdə etiqadlı müsəlmanları ötüb keçirlər? Əmirəl-mömininin (ə) uyğun bəyanını bu vaxtadək anlamayanlar gözlərini açıb görsünlər ki, qeyri-müsəlmanlar müxtəlif sahələrdə bizi necə qabaqlamışlar. Əlbəttə ki, biz qərblilərin müstəmləkəçilik və sitəmkarlıq tarixini unutmamışıq. Amma qəbul etməliyik ki, həmin qərblilər Quran və Əhli-beyt (ə) göstərişlərinə əməl etməkdə bizdən öndədir. Biz vacib saydığımız hökmlərə biganə qaldığımız halda, etiqadsız qərblilər uyğun hökmlərə ciddi əməl etməkdədir. Əmirəl-möminin (ə) bu barədə ciddi xəbərdarlıq etdi, amma bəsirət gözümüz bağlı oldu. Ümid edirik ki, bundan sonra addım ataq.
    Əmirəl-möminin (ə) Qurana yaxınlığı tövsiyə edir. Bizlər onun səsinə ürəkdən səs verməli, Qurana diqqətlə yanaşıb bütün iş və proqramlarımızda onu müqəddəm saymalıyıq. Quran elə bir xəzinədir ki, hətta kafir bir fərd onun təkcə bir göstərişinə əməl etməklə faydalanır. Əgər ruh və canımıza aramlıq gətirmək, bütün dərdlərimizə əlac etmək istəyiriksə, bilməliyik ki, Quran bütün dərdlərin dərmanıdır. Axı nə üçün mömin şəxs başını itirmiş vəziyyətdə onun-bunun qapısını döyüb səadət üçün dilənməlidir? Axı insan öz dərdlərinə Qurandan şəfalı, Qurandan üstün hansı dərmanı tapasıdır?!
    NAMAZ DİNİN SÜTUNUDUR.
    Vəsiyyətnamənin bu hissəsindən başlayaraq Əmirəl-möminin (ə) Quranın mühüm göstərişlərini nəzərdən keçirir. Bu göstərişlərin şəri, ibadi yönümləri var. Yalnız İslama etiqadlı insanlar bu hökmləri qəbul edib, əməl üçün çalışır. Öz-özlüyündə ağıl bu hökmləri dərk etməyə qadir deyil. Bu göstərişlər arasında öndə namaz gəlir. Əmirəl-möminin (ə) bu barədə buyurur: «Namaza münasibətdə Allahı…Allahı unutmayın; o (namaz) dinin sütunudur.»
    Ötən mərhələdə diqqət Qurana yönəldikdən sonra nəzərə çatdırıldı ki, Qurana əməl olunsun. Əmirəl-möminin (ə) namazı Quranın ən mühüm göstərişi sayaraq onu bütün işlərdə müqəddəm tutmağı tapşırır. Qurani-kərimdə təkrar-təkrar namazdan, onun əhəmiyyətindən, xüsusi yerindən danışılmışdır. Allah-təala müxtəlif bəyanlarla namazı tövsiyə edir. Axı bu ibadətdə nə sirr var? Əlbəttə ki, biz müsəlmanlar inanırıq ki, Allah nə buyursa gerçək həqiqətdir və həmin buyuruqda anlamadığımız bir hikmət var. Amma biz namazın müəyyən səciyyələrini və hikmətlərini anlaya bilərik. Olsun ki bu yolla namaz və onun əhəmiyyətinə diqqətimiz arta. Əgər namazın əhəmiyyətini dərk etsək və onu adət üzrə yerinə yetirməsək, həm onun vaxtına diqqətli olar, həm də çalışarıq ki, namazda qəlbimiz iştirak etsin. Bu yolla namazın nurundan daha çox bəhrələnər, ruhumuzun dərdlərinə çarə qılarıq.
    Bəli, namaz ruhi xəstəliklər üçün ən böyük, ən təsirli və ən üstün dərmandır. Rəvayətlərdə buyurulduğu kimi, namaz insanın hər gün beş dəfə ruhunu paka çıxardığı çeşmə kimidir. Namazda qəlbin və ruhun bulaşıqlıqları təmizlənir. İnsan namaz qılmaqla ruhuna ilahilik verir, onu alçaqlıqdan yüksəkliyə hərəkətə gətirir. Namazda aramlıq vermək səciyyəsi var. Nigaran və iztirab içində qalmış insan iki rəkət namaz qılmaqla Allahla rabitə yaradıb aramlıq tapa bilər.
    Ayə və rəvayətlərdə namazla bağlı onlarla səciyyələr zikr olunmuşdur. Təəssüf ki, ruhsuz qıldığımız namazlarda bu sayaq təsirlər olmur. Bəzilərimizin namazı sadəcə əyilib-düzəlməkdən ibarətdir. Uşaq vaxtımızdan yalnız bunu görüb, bunu öyrənmişik. Namaz sanki ictimai bir ənənəyə çevrilib və öz ilahi ruhundan məhrum edilib. Bəli, namazın fövqəladə əhəmiyyətinə diqqətsizik. Özümüzdən tez-tez soruşmalıyıq ki, axı nə üçün ayə və rəvayətlərdə namaza bir bu qədər diqqət yetirilir? Mən yetmiş illik ömrümün əlli ilini dini mütaliələrə sərf etsəm də, haqqında bir bu qədər tövsiyə verilən namaza münasibətim özümü qane etmir. Dəfələrlə namaz haqqında danışmış, onun ayə və rəvayətlərdəki səciyyələrini nəzərə çatdırmışam. Amma dediklərim özümə nə qədər təsir edib? Bəli, namaza münasibətimlə razılaşmıram. Təsəvvür etmirəm ki, bu sahədə özündən razı olan təkcə mənəm.
    Bu nöqtəni anlamaq üçün insan bir an əyləşməli, özündən soruşmalıdır ki, görəsən ayə və rəvayətlərdə namaz haqqında deyilənlər düzgündürmü? Əgər düzgündürsə, nə üçün mən bu qədər məsələyə yüngül yanaşıram?! Əgər doğru deyilsə, ayə və rəvayətlərin təkidlərini nəyə yozaq?!
    Namazda hansı təsir var ki, Əmirəl-möminin ömrünün son saatlarında namazdan danışır? İmam Sadiq (ə) ölüm yatağında ətrafındakılara tapşırır ki, onun deyəcəklərini başqalarına da çatdırsınlar. Həzrət buyurur: «Şübhəsiz, bizim şəfaətimiz namazı yüngül sayana heç vaxt nəsib olmaz.»("Biharul-ənvar”, c. 82, s. 235, rəvayət 63, bab 1.)
    Bir şəxs namaza yüngül yanaşsa Əhli-beytin (ə) şəfaətindən məhrum olacaq. Namazda hansı sirr var ki, ona yüngül yanaşmaq insanı şəfaətdən məhrum edir? Qurani-kərim bəzi günahkarlar haqqında danışarkən onların Qiyamət halını yada salaraq buyurur: «Sizi cəhənnəmə salan nə oldu? Deyərlər: Biz namaz qılanlardan deyildik.»("Muddəssir”, 42, 43.) Bəli, bəziləri namaza bağlı olmadıqlarından şəfaətdən məhrum qalır. Bəs namazın sirri nədir?
    Bu nöqtəni aydınlaşdırmaq üçün birinci insanın həyat məqsədinə nəzər salmalıyıq. Axı insanın məqsədi nədir, o haraya getməlidir, haraya çatmalıdır? Öz məqsədini həyata keçirmək üçün hansı vasitələrdən bəhrələnməlidir?
    Ayə və rəvayətlərdən göründüyü kimi insan «Allaha yaxın məqama çatmaq üçün yaradılıb. Bu məqam «Allahın civarı» adlanır. Quranda buyurulur: «Müqtədir məlikin yanında…»("Qəmər”, 55.)
    Biz bəzən öz danışığımızda bu məqamı Allahın mərhəmət civarı, qonşuluğu adlandırırıq. Fironun zövcəsi Asya da Allah-təaladan belə bir məqam istəyirdi: «Pərvərdigara, behiştdə öz yanında mənə bir ev ver.»("Təhrim”, 11.)Asyanın bu duası onun ilahi ruhunu göstərir. Bu qadın böyük ilahi mərifətdən bəhrələnmişdir. Görün Asya kimdir? Asya özünü Rəbb sayan Fironun zövcəsidir!("Naziat”, 24)Amma Asya Allahdan behiştdə, öz yaxınlığında bir ev istəyir! Belə bir istək bir insan üçün əzm zirvəsidir. Bu istəyi adi danışıq dilimizdə bəyan etmək qərarına gəlsək deməliyik ki, Pərvərdigara, Səndən Sənə nəhayət bir yaxınlıq məqamı diləyirəm. Axı bundan çox nə istəmək olar? Asyanı bundan azı razı salmır. O Allaha ən yaxın məqam arzusundadır.
    İslam insanın məhz belə bir məqam üçün yaradıldığını bildirir. Demək, insanı bu məqama yaxınlaşdıran istənilən bir vasitə zəruridir. Eləcə də, bu məqsədə mane olan istənilən bir vasitə mənfi sayılacaq.
    Deyilənləri nəzərə alaraq araşdırılası mövzulardan biri budur ki, insanı Allaha namazdan çox yaxınlaşdırası ibadət varmı? Namaz müxtəlif yönümlər, zikirlər və hərəkətlərdən ibarət bir ibadətdir. İnsan namazda öz bəndəliyini izhar edir və heç bir ibadətdə duymadığı bir bəndəlik duyur. Namaz o qədər uca mərtəbəyə malikdir ki, yetərli şəkildə namaz qılan insan elə bu dünyada özünü Allaha yaxın məqamda görə bilər. Əziz Peyğəmbər (s) və məsum imamların namazı belə olmuşdur. Namazlarının təsiri onların əməl və rəftarlarında özünü göstərirdi. Bir çox din alimləri və övliyalar bu məqama çatmışlar. Onların həyatında ibadətlərinin təzahürləri görünür. Uyğun mövzuda rəvayət və dastanlar çoxdur. Amma həmin dastanları ətraflı şəkildə zikr etmək imkanımız yoxdur. İmam Səccad (ə) gecə namazına durduğu vaxt əlini dəstəmaz üçün qaba uzadarkən qəfildən diqqəti Allah-təalaya yönəlir. Bu diqqətin təsirindən uzun müddət tərpənməz vəziyyətdə qalır. Yalnız sübh azanında özünə gəlir. Həzrət sübhlər səmaya baxdığı vaxt "Ali- İmran ” surəsinin son ayələrini tilavət edir və gözlərindən sel tək yaş axıdır. O Allahla münacatdan təsəvvürə sığmayan bir ləzzət duyur. Övliyaları silkələyən bu ləzzət nədir? Yalnız Allaha məlum olan bu halı dadmaq üçün imkanımız varmı? Allah-təala buyurur: «Əməlləri müqabilində möminlər üçün gözlərini işıqlandıracaq hansı nemətlər saxlandığını kimsə bilməz.»("Səcdə”, 17.)
    Quran behişt əhlinin faydalandığı bir çox nemətləri yada salır. Amma sübh oyananlar üçün nəzərdə tutulan nemətlər pərdə arxasında qalır. Buyurulur ki, həmin məqamın necə bir məqam olduğunu kimsə bilməz. Xoş həmin dünyaya yol tapanların halına!
    Category: Şəhadət yatağında Mövlanın (ə) öyüdü | Views: 921 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024