İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 7
Qonaqlar 7
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 13 » Kumeyl duasının şərhi 2
    2:02 PM
    Kumeyl duasının şərhi 2
    HƏQİQİ MALİK ALLAHDIR
    Dua oxuyan şəxs duanın bu hissəsini oxuyarkən, ayə və rəvayətlərin yardımı ilə bəsirət gözünü açaraq iki həqiqəti müşahidə etməlidir: əvvəla, mehriban Allahdan savayı mütləq malik, feyz mənbəyi, bağışlayan, ehtiyacsız və qəni yoxdur; ikincisi, insanın və digər mövcudların vücudu fəqirlik və ehtiyacdan başqa bir şey deyildir. Qəni və ehtiyacsız olduğu halda varlıq aləmini ərsəyə gətirən, hər bir mövcudun ehtiyacını ödəyən Allahdır. Heç bir mövcudda Onunla qarşılaşmaq gücü yoxdur və hamı zatən Onun qüdrətinə təslimdir. Kainatı bir «ol» kəlməsi ilə yaradan və «olma» kəlməsi ilə də aradan götürə biləcək varlıq Odur. Əgər O, ehtiyacsız və hamı Onun rəhmətinə möhtacdırsa, nə üçün varlıq aləmini bu rəhmətə bürüməməlidir?! İnsan hansı əsasla Onun rəhmətindən ümidsiz olmalıdır?! O, Xaliq, Rəzzaq, Müsəvvir, Vədud, Rəhim, Kərim, Ğəfur, dirildən və öldürəndir. Onun heç bir işdə şəriki yoxdur və heç bir yaranmış bir an olsun belə, Ondan ehtiyacsız deyil. O, bütün dünya əhlinin maliki, bütün mövcudların tərbiyəçisidir.
    Dünya malına başı qatılıb Ona möhtaclığını hiss etməyənlər var. Amma bu hisslər şeytani bir haldır və bu qəflət ağacının meyvələri çox acı olasıdır. Bu bəsirət gözü kor olan qafillər Allah hüzurunda durub, ehtiyaclarını izhar etməkdən məhrumdurlar. Bu zərəri ödəmək mümkünsüzdür. Bu insanlar səhradakı heyvanlar tək yalnız maddi ehtiyaclar ardınca qaçır və ilahi fəzilətlərdən məhrum olurlar. Qurani-Kərim o mütləq qəni, nəhayətsiz feyz sahibi, bütün kamal sifətlərinin toplandığı zat haqqında buyurur:
    «Göylərin və yerin hökmü Allaha məxsusdur. Allah hər şeyə qadirdir».(«Ali-İmran» surəsi, ayə 189.)
    «Göylərin, yerin və onların arasında olan hər bir şeyin ixtiyarı Allahın əlindədir və axır dönüş də Onun hüzurunadır».(«Maidə» surəsi, ayə 18.)
    «Göylərin və yerin hökmü Onun əlindədir. Dirildən də öldürən də Odur. O hər şeyə qadirdir».(«Hədid» surəsi, ayə 2)
    «Göylərin və yerin hökmü Allahın əlindədir. O, istədiyini bağışlayar, istədiyinə də əzab verər. Allah bağışlayan və rəhm edəndir».(«Fəth» surəsi, ayə 14.)
    «Fatir» surəsinin 15-ci ayəsində insan haqqında buyurulur: «Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə möhtac deyildir və hər cür şükrə tərifə layiqdir. Doğrudan da, insanın bütün vücudu ehtiyacdan ibarətdir. Yaranmaqda, yaşamaqda, xeyir qazanmaqda və zərəri dəf etməkdə onun nə qüdrəti vardır?! İnsanı yaradan, yaşadan, onu xeyrinə çatdırıb zərərdən uzaqlaşdıran şəxs qadir olan Allahdır. Bir belə ehtiyacı olan insan nə üçün xalis qəlblə, cümə axşamı Allahın dərgahına üz tutub fəryad etməməlidir ki: «Allahummə və əsəlukə sualə məniştəddət faqətuhu».
    İnsan üçün ən gözəl və ən faydalı hal dua halıdır. İnsan zatən fəqir olduğunu anlayıb, Allaha əl açmalı, qəlbən nalə çəkib öz məhbubunu çağırmalıdır.
    Bir qəlbdə O varsa, qəmə nə hacət,
    O kəs ağlasın ki, etməz itaət.
    Əlbət, sənsiz könül zülmətə məhkum,
    Körpə nalə çəkər olmasa qəyyum.
    Biganədir Səni uzaqda görən,
    Ağlamaz üzünü Sənə döndərən.
    Sözsüz, divanədir eşqdən xəbərsiz,
    Aşiqə divanə söyləmə yersiz.
    Böyüklər mərifət sahibi olmuş,
    Arif olmayana kiçiklik qalmış.
    Sədəf gərəklidir qiymətli dürrə
    Daşda nə hal var ki, sədəfə girə.
    Onu görən könül eşqini dadır,
    Görməyən könülsə özün aldadır.
    Səni canan bilən uymaz özgəyə
    Aşiq olan girməz boş bütxanəyə.
    «Yusif» surəsini oxusan əgər,
    həqiqi sevgiyə verərsən dəyər.
    Bəzərsən könlünü sevgi nuruyla,
    Görüşər bu qərib aşiq yarıyla.
    «Və ənzələ bikə indəşşədaidi hacətəhu»
    («Çətinliklər içində istəyini qarşına gətirmiş kəs kimi...»)
    Əlbəttə ki, mehriban Allah istək və dua olmadan da çətinliyə, müsibətə düşmüş bəndəsinin halından xəbərdardır. Amma ayə və rəvayətlərdən belə məlum olur ki, Allah öz bəndəsinin ah-zarla dua etməsini, öz ehtiyaclarını mövlasından istəməsini sevir.
    Ey mehriban, ey mənim məhbubum! Öz lütf və inayətinlə çətinliklərimi aradan qaldır, müsibətləri məndən uzaqlaşdır, məni bəlalar zindanından xilas et, rəhmət və ehsanınla duamı qəbul et, istəklərimi yerinə yetir, boş könlümü ilahi feyzlərinlə doldur!
    İnsanın öz möhtaclığını, ah-nalədən başqa bir şeyə malik olmadığını izhar etməsi Həzrət mövlanın istəyincədir. Elə buna görə də Allah-Taala dua etməyə çağırır və bu duaları qəbul edəcəyinə zəmanət verir.
    Bəli, dua və ehtiyacın izharı istəkləri dilə gətirmək və göz yaşları ibadət və Allah əmrinə itaət etməyin bir növüdür. Allah çətinliyə düşmüş bəndəsinin Ondan qeyrisini çağırmasını sevmir.
    Mühüm kitablarda nəql olunmuş qüdsi bir hədisdə qeyd edilir ki, bəndə öz müşkülünü yalnız Allaha izhar etməlidir. Uyğun hədisdə Allah-Taala buyurur: «Məgər çətinliyə düşmüş bəndəm başqalarına bel bağlayıb, çətinliklərin onlar tərəfindən həll olunacağınımı gözləyir?! Halbuki, çətinlikləri aradan qaldırmaq yalnız mənim əlimdədir. Mənim bəndəm başqaları tərəfindən ehtiyaclarının ödənməsinimi gözləyir?! Halbuki, imkanlı, bağışlayan, kərim olan Mənəm və bütün dərdlərin açarı Mənim əlimdədir.
    Nə üçün bəndəm Məndən üz döndərib?! Halbuki, bütün istəklərini vermişəm. İndi isə o bir bu qədər ehtiyacla başqalarına üz tutub onlara ağız açır.
    Mənəm Allah və Məndən başqa bir məbud yoxdur. İstəmədiyini əta etdiyim halda, istədiyini əta etmərəmmi?! Məgər sonsuz səxavət dəryası Məndən deyilmi?! Dünya və axirət Mənim əlimdə deyilmi?!
    Əgər göylərin və yerin əhli göylərcə və yercə bir şey istəsələr və Mən onlara əta etsəm, mülkümdən milçək qanadı qədər də azalmaz. Vay halına Məndən üz döndərib başqasına ağız açanın və çətinliklərinin həllini özgəsindən gözləyənin».(«Ənisül-ləyl», səh-196.)
    «Və əzumə fima indəkə rəğbətuhu»
    («Səndə olana rəğbətim, meylim böyükdür»)
    Həzrət Əli (ə) Allah-Taalanın nəzərində olanlardan yaxşı xəbərdar idi. Ona görə də bu duanı oxuyarkən üzünü torpağa qoyar, sızıltı ilə ərz edərdi: «Və əzumə fima indəkə rəğbətuhu».
    Əgər Allah-Taalanın hər bir insan üçün müyəssər olanlarını sadalayıb açıqlamaq istəsək, bir neçə yüz cild kitab yazmalı olarıq və ömrümüz sona çatar. Lakin həmin kitablar Allahın nəzdində olanlarla münasibətdə bir damlanı xatırladar. Sadəcə rəğbət və sevgilimizi artırmaq üçün bəzi həqiqətlərə işarə edirik.
    ƏMƏL MÜQABİLİNDƏ MÜKAFATLAR
    Allah-Taala öz lütf və mərhəmətindən bütün bəndələrini namaz, oruc, həcc, cihad, sədəqə xalqa xidmət, hüquqlara riayət, günahdan uzaqlığa dəvət etmiş, hər bir əməl müqabilində də mükafat təyin etmişdir. Qurani-Kərimdə qəti şəkildə elan olunur ki, heç kimin saleh əməli mükafatsız qalmayacaqdır.
    Allah-Taala mömin və saleh bəndələri üçün bir neçə növ mükafat təyin etmişdir: 1. Əzim əcr; 2. Kərim əcr; 3. Daimi əcr; 4. Böyük əcr; 5. İkiqat əcr.
    «Yaxşı işlər görüb pis işlərdən çəkinənləri əzim bir mükafat gözləyir».(«Ali-İmran» surəsi, ayə 172.)
    «Şübhəsiz ki, sədəqə verən kişi və qadınların, Allah yolunda gözəl borc verənlərin mükafatları qat-qat artırılacaq. Onları həm də yaxşı, kərim bir mükafat gözləyir». («Hədid» surəsi, ayə 18).
    «Doğrudan da, iman gətirib saleh işlər görənləri daimi mükafat gözləyir». («Fussilət» surəsi, ayə 8).
    «İman gətirib yaxşı işlər görənləri bağışlanma və böyük bir mükafat gözləyir» («Fatir» surəsi, ayə 7).
    «Səbir edib, pisliyi yaxşılıqla dəf etdikləri və verdiyimiz ruzidən sərf etdikləri üçün onlara ikiqat mükafat veriləcəkdir».(«Qəsəs» surəsi, ayə 54.)
    İman və saleh əməl sahiblərinə veriləcək daimi mükafat Allaha məxsusdur və Ondan qeyri kimsə belə bir qüdrətə malik deyildir. Bu mövzuda Quran ayələrini açıqlayan bəzi rəvayətlərə nəzər salaq:
    Həzrət Əli (ə) buyurur: «Sizin yaxşı əməllərinizin mükafatı əməllərinizdən üstündür»,(«Təfsire-Muin», səh-299.) «Səbir və dözümün mükafatı ən yaxşı mükafatdır».(«Ğürərul-hikəm», səh-281.) «Doğrudan da ən böyük mükafat insaf mükafatıdır».(«Ğürərul-hikəm», səh-394.) «Cihadın mükafatı ən böyük mükafatlardandır».(«Ğürərul-hikəm», səh-333.)
    Həzrət Baqir (ə) buyurur: «Məkkədə yatan ziyarətçi şəhərlərdə çalışanlar kimidir. Məkkədə səcdə edən kəs Allah yolunda qanına bələnmiş şəhid kimidir. Ziyarətçinin yerinə onun ev işlərini idarə edən kəsin savabı qara daşa toxunan ziyarətçinin savabı kimidir».(«Məhəccətul-bəyza», 2-ci cild, səh-153.)
    Həzrət Peyğəmbər (s) buyurur: «Allah yolunda bir gün cihad bütün dünya və onda olanlardan üstündür».(«Təfsire-Muin», səh-193.)«Allah yolunda bir gecə keşik çəkmək gecələri ibadət edilən, gündüzləri oruc tutulan min gecədən üstündür».(«Təfsire-Muin», səh-193.)«Gecə yarı xəlvətdə Allahla münacata duran bəndənin qəlbində Allah öz nurunu sabit edər».(«Mustədrəkul-vəsail», 5-ci cild, səh-207.) «Qiyamət günü bir bəndənin oda çəkilməsi əmri olunduğu vaxt mömin kişilər və qadınlar deyərlər ki, Pərvərdigara, o daim bizim üçün dua edib, xilası üçün şəfaətimizi qəbul et. Allah onların şəfaətini qəbul edib, həmin şəxsə nicat verər».(«Kafi», 2-ci cild, səh-507.) «Agah olun ki, Quranı öyrənən, başqalarına öyrədən, ona əməl edən şəxsi behiştə doğru çəkib, ona cənnətin yolunu göstərəcəyəm».(«Təfsire-Muin», səh-496.)
    Həzrət Əli (ə) buyurur: «Gündəlik ibadət bədəni sağlam edir, Allahı razı salır və peyğəmbər əxlaqına çatdırır».(«Vəsailüş-şiə», 8-ci cild, səh-150.)
    BEHİŞT
    Allah yanında olan, mərifət və iman əhlinin rəğbət göstərdiyi həqiqətlərdən biri behiştdir. Allah-Taala Qurani-Kərimdə bütün bəndələrini bu əbədi məkana dəvət edir və bildirir ki, behiştə çatmağın yolu iman, saleh əməl, təqva və halal-haramı gözləməkdir.
    «Rəbbinizin məğfirətinə və müttəqilər üçün hazırlanmış, genişliyi göylər və yer qədər olan cənnətə tələsin».(«Ali-İmran» surəsi, ayə 133.)
    «Rəbbinizin tərəfindən bağışlanmağa, Allaha və Onun Peyğəmbərinə (s) iman gətirənlər üçün hazırlanmış, göylər və yer qədər geniş olan cənnətə nail olmaq üçün bir-birinizdən qabağa düşməyə çalışın. Bu, Allahın dilədiyi kimsəyə əta etdiyi mərhəmətdir. Allah çox böyük mərhəmət, kərəm sahibidir».(«Hədid» surəsi, ayə 21.)
    Ayə və rəvayətlərə görə behişt iman, saleh əməl, təqva və haramdan uzaqlığın mükafatıdır. Bu həqiqətlərdən kənar düşüb, küfrə şirkə müxtəlif günahlara bulaşanlar bu nemətdən məhrum olub, cəhənnəmə düşərlər. «Mumin» surəsinin 40-cı ayəsində buyurulur: «Hər kişi və hər qadın mömin olaraq bir yaxşılıq etsə cənnətə daxil olub saysız-hesabsız ruziyə çatar.» «Tövbə» surəsinin 71-72 ayələrində buyurulur: «Mömin kişilərlə mömin qadınlar bir-birlərinə vəli və yardımçıdırlar. Onlar yaxşı işləri əmr, pis işləri yasaq edər, namaz qılıb zəkt verərlər, Allaha və peyğəmbərinə tabe olarlar. Əlbəttə ki, Allah onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüdrət və hikmət sahibidir; Allah mömin kişilərə və qadınlara altından çaylar axan cənnətlər və Ədn cənnətlərində gözəl məskənlər vəd etmişdir. Onlar orada əbədi qalacaqlar. Allahdan olan bir razılıq isə daha böyükdür. Bu, ən böyük qurtuluş və uğurdur.»
    Həzrət Səccad (ə) buyurur: «Bilin ki, behiştə müştaq olan kəs yaxşılığa tələsib, şəhvəti unutdu. Kim ki, oddan qorxdu, günahdan tövbə etməklə Allaha doğru tələsdi və haramlardan üz döndərdi».(«Biharul-ənvar», 75-ci cild, səh-139.)
    Həzrət Əli (ə) buyurur: «Cənnətin qiyməti saleh əməldir».(«Ğürərul-hikəm», səh-154.)
    İmam Baqir (ə) buyurur: «Hər kəs on xüsusiyyətlə Allahın görüşünə getsə behiştə daxil olar: Allahdan başqa məbud olmadığına şəhadət, Məhəmmədin (s) peyğəmbər olmasına şəhadət, peyğəmbərin Allah tərəfindən gətirdiyi Quranın təsdiqi, namaz qılmaq, zəkat ödəmək, ramazan ayı oruc tutmaq, həccə getmək, Allah dostları ilə dostluq, Allah düşmənləri ilə düşmənlik, bütün məstedicilərdən uzaqlıq».(«Xisal», 2-ci cild, səh-432)
    ALLAHIN RƏHMƏTİ
    Qurani-Məciddə və Əhli-beyt (ə) buyruqlarında Allahın rəhməti geniş şəkildə açıqlanmış və insanlar bu rəhməti qazanmaq üçün iman və saleh əmələ tövbə və təqvaya dəvət olunmuşlar. «Nisa» surəsinin 175-ci ayəsində oxuyuruq: «Allah Ona iman gətirən və Ondan möhkəm yapışan kimsələri öz mərhəmətinə daxil edər və doğru yola salar». «Ən,am» surəsinin 54-cü ayəsində oxuyuruq: «Ayələrimizə iman gətirənlər sənin yanına gəldikləri zaman de: «Salam olsun sizə! Rəbbiniz özü üçün mərhəməti vacib etmişdir». Bu surənin 147-ci ayəsində belə buyurulur: «De ki, Rəbbiniz geniş rəhmət sahibidir». Bu məna «Əraf» surəsinin 156-cı ayəsində bir daha təsdiqlənir: «Rəhmətim hər şeyi əhatə etmişdir».
    İlahi rəhmətə çatmaq üçün nəzərdə tutulmuş göstərişlərə əməl etmədən bu rəhmətə nail olmaq mümkün deyildir. Həzrət Baqir (ə) buyurur: «Gözəl qayıdışla ilahi rəhmət və bəxşişə can at və gözəl qayıdışın gerçəkləşməsi üçün gecənin zülmətində xalis duadan kömək istə».(«Biharul-ənvar», 75-ci cild, səh-162.)
    Bir şəxs Həzrət Peyğəmbərə (s) ərz etdi: «Allahın rəhmətinə çatmaq istəyirəm». Həzrət (s) buyurdu: «Özünə və Allahın xalqına rəhm et, Allah sənə rəhm edəcək».
    Ah-naləmə yetməz Səndən özgəsi,
    Bir Sənsən bu ağlar könlümün bəsi.
    Unutmayıb daim yada salan kim,
    Deyilməyən dərdi duya bilən kim?!
    Kimdir Səndən başqa bu işə qadir,
    Ümidim, pənahım rəhmətindədir.
    Bu rəhmət çeşməsi sevgilə dolu,
    Nuş edənin eşqdən dəyişir halı.
    Bu badədən içmək olsa qismətim,
    İbadətin, zikrin olar adətim.
    ALLAHIN ƏFVİ
    «Əfv» günahı bağışlamaq, nöqsanlara göz yummaq deməkdir. Allah-Taala bu həqiqəti həqiqi tövbə qılıb, doğru yola qayıdanlar üçün qərar vermişdir. «Nisa» surəsinin 43-cü ayəsində buyurulur: «Şübhəsiz ki, Allah əfv edən və bağışlayandır».
    Həzrət Əli (ə) buyurur: «Onun fərmanı vacib, hikmətlidir. Razılığı aman və rəhmətdir. Elm və agahlıqla hökm edər, helmlə bağışlayıb göz yumar». («Nəhcül-bəlağə»); «Allahın mərhəməti haramdan uzaqlaşan şəxsə tərəf tələsər».(«Biharul-ənvar», 75-ci cild, səh-90.)
    Bir ərəb Həzrət Peyğəmbərdən (s) soruşur ki, qiyamət günü insanları hesaba kim çəkəcək? Həzrət (s) buyurur ki, Allah-Taala. Ərəb deyir: «And olsun kəbənin Allahına, nicat tapdıq. Çünki Kərim qüdrətə çatanda bağışlayar».(«Məcmueye-vərram», 1-ci cild, səh-9.)
    Bəli, savab, behişt, rəhmət, əfv kimi həqiqətlər yalnız Allaha məxsus olduğundan möhtac aşiqlər Onun dərgahına üz tuturlar: «və əzumə fima indəkə rəğbətuhu».
    «Allahummə əzumə sultanukə»
    («Pərvərdigara, sultanlığın əzəmətə çatmış.»)
    Allah-Taalanın səltənəti zati və həqiqi, başqa səltənətlər isə etibari və müvəqqətidir. Digər səltənətlər zaman və məkanca məhdud olduğu halda, ilahi səltənət əbədi və sonsuzdur.
    İlahi səltənət qeybi və aşkarı tam əhatə edir. Digər bütün səltənətlər hər biri ilahi səltənətə möhtacdır. Onun dəlilləri qüvvətlidir və Onun qarşısında heç bir dəlil yoxdur. Əql, peyğəmbərlik, Quran, imamət qiyamət günü bütün yaranmışlara şahidlik edəcək dəlillərdir. Bu dəlillər vasitəsi ilə bütün bəhanələr kəsiləcəkdir.
    «Və əla məkanukə»
    («Və Sənin məqamın ucadır.»)
    «Şura» surəsinin 11-ci ayəsində buyurulur: «Ona bənzər heç bir şey yoxdur». Bəli, Həzrət Haqq bütün eyiblərdən pakdır, bütün kamal, camal və cəlal sifətlərinə malikdir. Bu sifətlər Onun zatının eynidir. Bütün qeybi və aşkar mövcudlar Onun qəyyumluğu ilə qiyam edir. Kainat Onun elm və iradəsinin, qüdrət və rəhmətinin təzahürüdür. O, vəsfə sığılmazdır. Onun qüdrət və qüvvəsi bütün qüdrət və qüvvələrin fövqündədir. Şəni və məqamı isə hər şeydən üstündür.
    «Və xəfiyə məkrukə»
    («Və Sənin məkrin gizlidir.»)
    Adi halda «məkr» dedikdə hiyləgərlik, aldatma başa düşülür. Əlbəttə ki, Allaha münasibətdə işlədilən məkr sözü cahil insanlara məxsus məkr mənasını daşımır. Elm, qüdrət, rəhmət, səxavət sahibi olan Allahın öz yaratdığı mövcudlardan ehtiyacsızlığı aşkar bir həqiqətdir.
    Allah haqqında işlədilən məkr kəlməsi «cəza» mənasını verir. Allah-Taala bu cəzaya layiq bildiyi kəsi qurtuluş yolu qoymadan əzaba düçar edər. Allahın qəflət içində günaha qərq olmuş insanlara cəzası müxtəlif formalarda gerçəkləşə bilər. Məsələn, azğın günahkarı nemətlərə qərq etməklə onun başını qatar və o şəxs qarşıdakı günahlardan xəbərsiz qalar. «Məkr» günahkar insanı bu sayaq qəfildən yaxalayan məxfi əzabdır.
    Həzrət Sadiq (ə) buyurur: «Allah xeyirini istədiyi bəndə günaha batdığı vaxt ona qulaqburması verər və bu qulaqburması vasitəsi ilə ona tövbəni xatırladar. Amma şərə layiq bilinmiş adam günaha batdığı vaxt Allah ona nemət verməklə başını qatar və tövbəni onun yadından çıxarar...»
    «Və zəhərə əmrukə»
    («Və Sənin əmrin aşkardır.»)
    Allahın əmri ilkin mərhələdə təkvinidir, yəni bu əmr vasitəsi ilə varlıq aləmi vücuda gəlmişdir. Təkvini əmrdən sonra təşrii əmr gəlir. Yəni yaradılmış şüurlu insana peyğəmbərlər vasitəsi ilə göstərişlər verilir, doğru yol göstərilir.
    «Və ğələbə cəhrukə və cərət qudrətukə»
    («Sənin qəhrin hər şeyə qalib və qüdrətin hər şeyə hakimdir.»)
    Əvvəlki söhbətlərdə «qəhr» və «qüdrət» haqqında kifayət qədər danışıldığı üçün təkrar izahata ehtiyac görmürük.
    «Və la yumkinul-firaru min hukumətikə»
    («Hökumətindən qaçmaq mümkünsüzdür.»)
    Hər bir varlıq Onun hökuməti daxilindədir və heç kim bu mühitdən xaric ola bilməz.
    Bütün mövcudlar Onun iradəsi ilə yaranmışdır. Demək, o hər şeydən əvvəldir, hər şey Onun qüdrət və rəhməti sayəsində həyatını davam etdirir. O, bütün yaranmışlarladır və hər şey nəhayətdə, Ona tərəf qayıdasıdır. Demək, O hər şeyin axırıdır. Belə bir halda hansı mövcud Onun hakimiyyətindən qaça bilər?!
    Bir rəvayətdə nəql olunur ki, bir kişi İmam Hüseynə (ə) dedi: «Mən günahkar bir adamam və günah qarşısında səbrim yoxdur. Məni nəsihət et». Həzrət İmam (ə) buyurdu: «Deyəcəyim beş işi gör, sonra hansı günaha istəyirsən, bat. Əvvəla, Allahın ruzisini yemə. İkincisi, Onun vilayətindən və hökumətindən çıx. Üçüncüsü, elə bir yer tap ki, Allah səni görməsin. Dördüncüsü, ölüm mələyi canını almağa gələndə onu qov. Beşinci, cəhənnəm mələyi səni cəhənnəmə atanda sən cəhənnəmə girmə».(«Biharul-ənvar», 75-ci cild, səh-126.)
    Bəli, qaçmaq istəyən insan yaxşı olar ki, cəhalətdən mərifətə eşitdiyindən gördüyünə və nəhayət, xalqdan Xaliqə doğru qaçsın. Bu qaçışda dünya və axirət səadəti və Allah razılığı vardır.
    Aşiqə dünyanı versən də əgər
    Gözlərini yumub ruhunu dinlər.
    Məşuqla görüşü olan bir insan
    Dünya sevgisinə uymaz heç zaman.
    Bu hicran çölündə göz yaşlarından
    Çiçəklər açılır dərdlərə dərman.
    Kim yaşlar axıtsa göz bulağında
    Vüsala yetişər yar sorağında.
    «Allahummə la əcidu lizunubi ğafirən, və la liqəbahi satirən, və la lişəyin min əməliyəl-qəbihi bilhəsəni mubəddilən ğəyrəkə»
    («Pərvərdigara, Səndən başqa günahlarımı bağışlayacaq, qəbahətlərimi örtəcək və pis əməllərimi yaxşıya döndərəcək bir kəs tapmıram.»)
    Category: Kumeyl duasının şərhi 2 | Views: 904 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024