İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 7
Qonaqlar 7
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 13 » Kumeyl duasının şərhi 2
    2:01 PM
    Kumeyl duasının şərhi 2
    GƏNC GÜNAHKARIN ETİRAFI
    Mənsur ibn Əmmar deyir:
    Bir gecə küçədən keçərkən bir evdən belə bir münacat eşitdim: «Pərvərdigara! Sənə qarşı itaətsizlikdən yox, şeytana və nəfsimə aldandığımdan günah etmişəm. Nəticədə Sənin qəzəbinə gəlmişəm». Bu sözləri eşidib Qurandan bir ayə oxudum: «Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar, xidmətçiləri isə Allahın buyruqlarını yerinə yetirən daşqəlbli və sərt təbiətli mələklərdir». («Təhrim» surəsi, ayə 6). Mən bu ayəni oxuduqdan sonra həmin gəncin naləsi ərşə ucaldı. Səhəri gün həmin qapıdan keçərkən bir qoca arvadın ağlayaraq yanındakılara belə dediyini eşitdim: «Gecələr Allah qorxusundan ağlayan bir oğlum var idi. Gecə o, münacat oxuyarkən küçədən keçən bir şəxs əzab ayəsi oxudu. Oğlum da fəryad çəkib dünyasını dəyişdi».
    Yaxınlaşıb dedim: «Ana, o ayəni mən oxudum və oğlunun dünyadan getməsinə səbəb oldum, olarmı onun qüslünü mən verim?» Qarı razılaşdı. Oğlanın üzündən örtüyü qaldırdıqda sinəsində yaşıl xətlə yazılmış bir yazı gördüm: «Biz bu bəndəyə tövbə suyu ilə qüsl verdik».(«Ənisül-ləyl», səh-233.)
    Məşuqdən özgəyə açma sirrini,
    Dağda-daşda gəzmə qiblə yerini.
    Bil, məşuq incisə eşqə düşəndən
    Naləylə fəryadla çətin gedə qəm.
    Elə ki, qırıldı əllər ətəkdən,
    Hicran alovunda qovrular bədən.
    Pərvanə görüşçün gözlər gecəni,
    Şəm olmasa, nalə olar həmdəmi.
    Çün şəmə vermişdir nə ki, sirri var
    Başqası nə bilsə olası aşkar.
    Asmışam boynumdan bəndəlik ipin,
    O bir olan ağam mehriban, həkim.
    Sordum eşq odundan varmı bir əlac,
    Buyurdu ki, vüsal ağrıya möhtac.
    TÖVBƏKAR GÜNAHKARIN AQİBƏTİ
    Bir gün tanınmış abid Yusif ibn Hüseyn məclisdə moizə edirdi. Günahkarlığı ilə tanınmış Əbdül-Vahid ibn Zeyd də bu məclisdə iştirak edirdi. Yusif dedi: «Mehriban Allah günahkarları özünə doğru elə dəvət edib ki, sanki onlara möhtacdır». Bu sözlərdən təsirlənən Əbdül-Vahid yerindən dik qalxıb fəryad edərək birbaşa qəbiristanlığa üz tutdu. Həmin gecə Yusifə yuxuda belə nida olundu: «Günahkar cavanı tap». Üç gün Əbdül Vahidi gəzən Yusif, nəhayət, onu qəbirisatanlıqda tapdı. Üzünü torpağa qoyub ağlayan Əbdül-Vahid Yusifi görüb «üç gündür səni göndəriblər, indi gəlirsən» - dedi və gözlərini əbədi olaraq yumdu!
    «Allahummə mövlayə kəm min qəbihin sətərtəhu və kəm min fadihin minəl-bəlai əqəltəhu və kəm min isarin vəqəytəhu və kəm min məkruhin dəfətəhu və kəm min sənain cəmilin ləstu əhlən ləhu nəşərtəhu».
    («Pərvərdigara, ey mənim mövlam! Yol verdiyim nə çox çirkinliyi örtmüsən, nə çox ağır bəlaları məndən kənarlaşdırmısan, məni nə çox büdrəmələrdən hifz etmisən, məni nə çox xoşa gəlməyən işlərdən müdafiə etmisən, layiq olmadığım nə çox tərifləri xalq arasında yaymısan.»).
    Cümə axşamı gecənin qaranlığında bəndənin dua və tövbə halında "Ey mənim Ağam, ey mənim Mövlam” çağırmasının başqa bir mənzərəsi var. Həzrət Musa (ə) öz münacatında belə ərz etdi: "Ehtiyac içindəyəm və xəzinəndə olmayan bir şey məndədir.” Həzrət Musadan (ə) soruşuldu ki, o nədir? Həzrət Musa (ə) belə ərz etdi: "Sənin kimi Allahım var.”(Ənisül-ləyl, 239.) Çirkinliklərin örtülməsi böyük nemətlərdən və Allahın öz bəndəsinə olan əsl ehsanlarındandır. Əgər Allah-Taala dünyada pis əməllərin üstünü örtürsə Qiyamətdə tövbə etmiş mömin bəndəsinin günahlarına hökmən pərdə çəkəsidir. Həzrət Peyğəmbər (s) buyurur: «Bu dünyada əgər bəndənin bir günahı örtülürsə, axirətdə də örtüləcəkdir.»
    Peyğəmbər (s) və Əhli-beytdən (ə) nəql olunmuş dualarda tez-tez Allahın "eybləri örtən” sifətinə işarə olunur. Tövbə edən günahkara müjdə verilir ki, mehriban Allah möminin hörmətini dünya və axirətdə qoruyur, onun çirkinliklərini örtür. İbn Fəhəd Hillinin məşhur "Uddətud-dua” kitabında mühüm bir hədis nəql olunur:
    Cəbrail (ə) Peyğəmbərə (s) dedi: "Allah-Taala sənin üçün hədiyyə göndərib. Bu, ərş xəzinələrindən olan kəlmələrdir. Allah Öz ərşini bu kəlmələrə görə əziz tutub.” Sonra həmin kəlmələri oxumağa başladı: " Ey yaxşılıqları aşkarlayıb pisliklikləri örtən Kəs, ey günaha görə cəzalandırmayıb, hörmət pərdəsini götürməyən Kəs, ey əfvi əzəmətli, bağışlaması geniş olan Kəs, ey iki qüdrət əli açılmış Kəs, ey hər sirrin sahibi, şikayətlərin sonu, ey böyüklüklə keçən (bağışlayan) qapayan, ey neməti əzəmətli, ey neməti istənilmədən verən, ey Rəbb, ey Ağa, ey Mövla, ey rəğbət və şövqümüzün sonu! Səndən istəyirəm ki, vücudumu odla çirkin surətə döndərməyəsən.” Həzrət Peyğəmbər (s) Cəbrailə (ə) buyurdu: "Bu kəlmələrin savabı nədir?” Cəbrail (ə) dedi: "Bu kəlmələrin savabından agahlığa güc çatmaz. Əgər yeddi göy və yeddi yerin mələkləri toplanıb Qiyamət gününədək bu duanın savabını vəsf etsələr, onun mində biri üçün yetərli olmaz. "Ya mən əzhərəl-cəmilə və sətərəl-qəbihə” deyənin günahı örtülər, dünyada rəhmətə və axirətdə yaxşılığa çatar və dünya ilə axirətdə min pərdəyə bürünər. "Ya mən ləm yuaxiz bil-cərirəti və ləm yəhtikis-sitrə” deyəni Allah Qiyamətdə hesaba çəkməz və pərdələr götürülən gün onun pərdəsi qalar. "Ya əziməl-əfv” deyənin günahları dəryaca da olsa belə, bağışlanar. "Ya həsənət-təcavuz” deyənin hətta böyük günahları belə əfv edilər. "Ya vasiəl-məğfirəti” deyən Allahın rəhmətinə qərq olar. "Ya basitəl-yədəyni bir-rəhməti” deyənə Allah rəhmətlə qüdrət əlini açar. "Ya sahibə kulli nəcva və muntəha kulli şəkva” deyənə hər bir müsibətin savabı əta olunar. "Ya əziməl-mənni” deyən bütün arzularına çatar. "Ya mubtədiən bin-niəmi qəbləstihqaqiha” deyənə şükür edən bəndənin savabı verilər. "Ya Rəbbəna və Səyyidəna” deyən haqqında Allah-Taala buyurar: - "Ey mələklərim! Şahid olun ki, onu bağışladım...” "Ya Mövlana” deyənin qəlbi imanla doldurular. "Ya ğayətə rəğbətina” deyənə xalqın istəyincə əta olunar. Bəndə "əsəlukə ya Allahu ən la tuşəvvihə xəlqi bin-nari” dedikdə Allah buyurar: "Bəndəm oddan qurtuluş istədi. Ey mələklər, şahid olun ki, onu, ata-anasını, qardaşlarını, ailə-övladını, qonşularını azad etdim. Onun min od əhli haqqında şəfaətini qəbul etdim və onu Cəhənnəmdən qurtardım.”
    Cəbrail (ə) dedi: "Ya Məhəmməd, bu sözləri təqva əhlinə öyrət, münafiqlərə yox! Bu duanı oxuyanın duası qəbuldur...”
    Möhtərəm oxucular bu duadakı böyük savablara təəccüb etməməlidirlər. Çünki Allahın rəhməti sonsuz, mükafatları tükənməzdir.
    Həzrət Əli (ə) "Kəm min qəbihin sətərtəhu” cümləsi haqqında buyurur: "Zəlzələ tufan, sel, yanğın, qəza, səma bəlaları, qıtlıq, bahalıq, ağır müsibətlər, yaxınların itkisi kimi ağır bəlaları məndən uzaqlaşdırdın. Məni imanımı aparacaq, əxlaqımı məhv edəcək, saleh əməllərimi fənaya döndərəcək, xalq arasında hörmətdən salacaq büdrəmələrdən hifz etdin. Rahatlığımı pozacaq, pərişanlığa qərq edəcək, yuxumu gözümdən alacaq, ruhuma və qəlbimə narahatlıq gətirəcək pislikləri məndən dəf etdin. Əməl naməm günahla dolu olsa da, məni xalq arasında əziz etdin. Ata-ana, bacı-qardaş, qohum-əqrəba arasında məni üstün tanıtdırdın, mənə tərif dedilər – halbuki, bütün bunlara layiq deyildim!”
    "Allahummə əzumə bəlai və əfrətə bi suu hali və qəsurət bi əmali və qəədət bi əğlali”
    ("Pərvərdigara, bəlam böyükdür, halımın pisliyi həddini aşmış, əməllərim yetərsiz olmuş, zəncirlərim məni yerə oturtmuş.”)
    Bu cümlələrdən aydın olur ki, günah xəstəsi, üsyan əsiri, maddiyyat düşkünü, halının pisliyi həddini aşmış bəndə alim və həkim, qadir və güclü həkimə yol tapmışdır. Bu həkim öz mərhəmət və məhəbbəti sayəsində xəstəyə şəfa vermək üçün Özü onu dəvət etmişdir.
    Bəlanın mənası
    Kəramət və bəsirət sahibləri "Allahummə əzuməl-bəlai” cümləsindəki "bəla” kəlməsini bir neçə cəhətdən mənalandırmışlar:
    1. Günah.
    Qeyd olunur ki, "bəla” dedikdə xəstəliklərin ən böyüyü olan günah nəzərdə tutulur. Əgər insan tövbə və saleh əməl vasitəsi ilə bu xəstəliyi müalicə etməsə qəlbi ölümə məhkumdur. Qəlb öldükdən sonra Allahla bəndə arasındakı bağlar qırılır və insan Allahın rəhmətindən əbədi məhrum olur.
    İmam Səccad (ə) "Taibin” duasında bu həqiqətə işarə edərək belə buyurur: "Böyük cinayətim olan həmin günahkarlığım qəlbimi öldürmüşdür.” Əbuzərdən hansı xəstəliyə düçar olduğunu soruşdular. Cavab verdi ki, «günahlarımın xəstəliyinə.»
    Çox mühüm bir sual-cavab
    Əminül-İslam Təbərsi "Məcməul-bəyan” təfsirində "Vaqiə” surəsinin təfsirinin müqəddiməsində belə rəvayət edir:
    Osman ibn Əffan , Əbdullah ibn Məsud xəstə olduğu vaxt ona baş çəkməyə getdiyi zaman ondan soruşdu: "Nədən şikayətin var?” Cavab bu oldu ki, - "Günahlarımdan”. Yenə sual verdi: "İştahan nə istəyir?” Əbdullah cavab verdi: "Allahın rəhmətini.” Osman ondan həkim gətirilməsi barədə soruşduqda Əbdullah dedi: "Məni həkim xəstələndirib.” Osman soruşdu ki, - "Haqqını (maaşını) beytül-maldan (xəzinədən) ödəyimmi?” Əbdullah cavab verdi: "Möhtac olduğum vaxt ödəmədin, ehtiyacım olmayandamı ödəmək istəyirsən?” Osman dedi: "Qoy ödəyim, qızların istifadə edər.” Əbdullah imtina etdi: "Qızlarımın ona ehtiyacı yoxdur. Onlara demişəm ki, "Vaqiə” surəsini oxusunlar. Həzrət Peyğəmbərdən (s) eşitmişəm ki, hər gecə "Vaqiə” surəsini oxuyan heç vaxt fəqir olmaz.”
    Üveys Qərən ilə söhbət
    "Təzkirətül-övliya” kitabında nəql olunmuş bir rəvayətdə Hərim ibn Həyyan deyir:
    «Üveys Qərənin şəfaət məqamı haqqında eşitdikdən sonra onunla görüşmək arzusuna düşdüm. Kufəyə gəlib onu axtarmağa başladım. Nəhayət, tapdım. O, dəstəmaz alırdı. Məni görüb soruşdu: "Bura gəlişinin səbəbi nədir?” Dedim ki, - "Səninlə görüşmək eşqi.” Dedi: "Allahı tanıyan insanın Ondan başqası ilə ünsiyyət axtarmasına inanmıram.” Dedim ki, - "Mənə nəsihət et.” Dedi: "Ölümü yatanda başının altında, oyananda isə qarşında gör. Günahın kiçikliyinə yox, Allahın böyüklüyünə diqqət et. Gör kimin qarşısında dayanmısan. Günahı kiçik saysan, Allahı kiçik saymış olarsan!»
    2. Yaxın məqamdan uzaqlıq.
    Alimlərin fikrincə «böyük bəla» Allaha yaxın məqamdan uzaq düşməkdir. Bu elə bir məqamdır ki, iman, saleh əməl və gözəl əxlaq vasitəsi ilə əldə edilir, Qiyamətdə insanın peyğəmbərlər, siddiqlər, şəhidlər və salehlərlə yoldaşlığına səbəb olur.
    Belə bir məqamdan uzaq düşənlər, nəhayət, insanlıqdan, iman və saleh əməllərdən əsər-əlamət olmayan bir səviyyəyə - şeytanlara və dördayaqlı heyvanlara məxsus olan bir səviyyədə enirlər.
    İlahi məqama doğru daim hərəkətdə olanlar xüsusi feyzlərdən faydalanırlar. Bu feyzlərin təsirindən insan vəsfəgəlməz bir şadlıqla ibadət edir, xalqa yardım əlini uzadır. Belələri üçün xalis bəndəlikdən başqa bir iş yoxdur. Onların yeganə arzusu məhbubun ağuşuna yetişməkdir.
    Yusif Siddiq rəbbani eşqin təsiri altında Kənanın evini məscidə döndərdi. Yolun başlanğıcında röyalar aləminə səyahət edib bəzi məqamlardan xəbərdar oldu. Züleyxa üçün zəlalət uçurumu olan saray Yusif üçün yüksəliş zirvəsinə döndü. Yusif zindanı ibadət məkanına çevirdi. Nəhayət, Misir sultanlığını xalqa xidmət üçün vasitə etdi.
    Ey qəlb fəryad qopar, nalə çək, ağla,
    Ol vəfalı yarı axtar, soraqla.
    Sirrini açmaqçün o qara zülfün,
    Hər telini götür, ayrı daraqla.
    Bu eşq kitabında çatmaqçün haqqa,
    Oxu asta-asta, aram varaqla.
    Ya Rəbb, bu candakı həvəs ağacın,
    Kökdən qopar, yerdə otun oraqla.
    Eşqindən qəlbimə düşməsə işıq,
    Süzəcək dünyanı şirin maraqla.
    Yaddan çıxarılmaq istəməyən can,
    Götür eşq kəmərin, belinə bağla.
    3. Nadanlıq.
    Cəhalət və nadanlıq da «böyük bəla» hesab olunur. Bütün bədbəxtliklərin və məhrumiyyətlərin kökü nadanlıqdır. Həzrət Əli (ə) buyurur:
    "Cəhalət xəstəlik və gücsüzlükdür.”(Ğurərul-hikəm”, 73.)
    "Cəhalət xəstəliklərin ən şiddətlisidir.”(Ğurərul-hikəm”, 73.)
    "Cəhalət diriləri öldürür, bədbəxtlikləri əbədi edir.”(Ğurərul-hikəm”, 75.)
    "Cahil təqsirini anlamır, nəsihəti qəbul etmir.”(Ğurərul-hikəm”, 75.)
    "Cahil diri də olsa, ölüdür.”(Ğurərul-hikəm”, 75.)
    "Cahil su axmayan daş, budağı cücərməyən ağac, otsuz torpaqdır.”(Ğurərul-hikəm”, 74.)
    Həzrət Əli (ə) bir duasında Allaha belə münacat edir: "Mən cəhaləti səbəbindən Sənə itaətsizlik göstərmiş, günaha batmış, Səni unutmuş və dünyaya könül vermiş cahiləm.”("Biharul-ənvar”, 94-219)
    Hal pisliyi
    «Hal pisliyi» dedikdə ən pis xəstəliklərdən olan əxlaqi çirkinliklər nəzərdə tutulur. Bəsirət əhlinin fikrincə bu xəstəlik insanı bir çox həqiqətlərin dərkindən, səadət və ilahi razılıqdan məhrum edən bir hicabdır. "Mutəffifin” surəsinin 15-ci ayəsində oxuyuruq:
    "Xeyr, o gün onlar Rəbbinin mərhəmətindən məhrum olacaqlar.”
    Allah-Taala gözəl əxlaqa bütün digər vəzifələrdən daha təkidlə tövsiyə edir. "Şəms” surəsində on bir dəfə and içildikdən sonra əxlaqlı insanların əbədi səadətə çirkin əxlaqlıların isə ümidsizliyə qovuşacağı buyurulur:
    "Nəfsini təmizləyən mütləq nicat tapacaqdır; onu çirkləndirən isə əlbəttə ziyana uğrayacaqdır.” ("Şəms”, 9-10.)
    Bəsirət gözünün korluğu, həqiqətdən uzaqlıq, haqqa münasibətdə karlıq, rəhmət qoxusunu duymamaq hal pisliyi əlamətlərindəndir.
    Həzrəti Peyğəmbər (s) buyurur: "Mömində iki xasiyyət ola bilməz: xəsislik və pis əxlaq.”("Şərhe-Nəhcül-Bəlağə”, 6-337.)
    Həzrət Əli (ə) buyurur: "Pis əxlaqdan da qorxunc bir dəhşət yoxdur.”(Ğurərul-hikəm”, 265.) "Ən pis yoldaş pis əxlaqdır.”(Ğurərul-hikəm”, 264.)
    İslam Peyğəmbəri (s) buyurur: "Şübhəsiz ki, bəndə pis əxlaqına görə Cəhənnəmin lap dibinə enəcəkdir.”("Məhəccətul-bəyza”, 5-93.)
    Əməldə qüsur
    Əgər insan səadətə mənəvi kamilliyə Behiştə çatmaq istəyirsə öz əməllərini Quran və Əhli-beyt (ə) göstərişlərinə uyğunlaşdırmalı, zəruri şərtlərə əməl etməlidir.
    Əgər əməllər mərifət libası geyməmişsə Allahın istəyincə deyilsə sevgi və məhəbbətlə yerinə yetirilmirsə onda riya, tamah, təkəbbür, düşmənçilik varsa, bu əməllərə ümid etmək olarmı?! Onlar insanı nicat sahilinə çıxara bilərmi?!
    Böyük mənəvi sərmayəyə malik olan Həzrət Əli (ə) öz münacatında göz yaşları axıdaraq deyir: "Aman ehtiyatın azlığı, səfərin uzunluğu və yolun qorxusundan!”("əl-Mənaqib”, 2-103.)
    Əsl bəndəlik eşqi və ixlasını dərindən dərk etmək üçün övliyaların həyatını əks etdirən kitablar oxumaq faydalıdır. İnsan bu yolla qəlbində mərifət çırağı yandırıb mənəvi həyatın zövqlərini əldə edə bilər.
    Şəhid Qazi Nurullah Şüştəri "Məcalisul-muminin” kitabında belə rəvayət edir:
    Üveys Qərən gecələrin bir qismində "bu, rüku gecəsidir” deyib, həmin gecələri rüku halında keçirər, digər qismini də "bu səcdə gecəsidir” deyib, həmin gecələri səcdə halında başa vurardı. Soruşurlar ki, - "Uzun gecələrin rükusu, səcdəsi səni yormurmu?” Cavab verir: "Kaş bütöv həyat bir gecə olaydı və onu bir səcdə ilə sona çatdıraydım!”
    Zəncirlər və buxovlar
    Bəsirət əhli "və qəədət bi əğlali” cümləsi haqqında deyirlər: "Əğlal” insanı hərəkətdən saxlayıb oturdan böyük günahlara işarə ola bilər. Bu günahlar insanı ibadət imkanından məhrum edir, onu məhrumiyyət uçurumuna yuvarladır. Həzrət Əli (ə) "Mən əvvəllər namaz və gecə nafiləsi qılırdım, indi bu tofiqdən məhrum olmuşam” deyən kişiyə belə buyurdu: "Günahların səni buxovlayıb.”("Kafi”, 3-450.)
    "Əğlal” dünyaya hədsiz bağlılıq da ola bilər. Bu bağlılıq insanı kamillikdən, mənəviyyatdan, saleh əməllərdən kənarlaşdırır. "Əğlal” insanı əsl məqsəddən yayındıran mənasız məşğuliyyətlər də ola bilər. Həzrət Peyğəmbər (s) buyurur: "Faydasız işləri boşlamaq insanın İslamının gözəl olmasındandır.”("Biharul-ənvar”, 1-150.)
    "Və həbəsəni ən nəfi bodu amali”
    ("Uzun-uzadı arzular məni faydalardan saxladı.”)
    Category: Kumeyl duasının şərhi 2 | Views: 958 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024