Günlərin bir günü Seyyid Rəzi namazda qardaşı Seyyid Murtəzaya iqtida etdikdən sonra birdən, namaz əsnasında fürada (tək) niyyəti ilə camaat namazından ayrılaraq namazını tək qıldı. Onlar evə qayıtdıqdan sonra Seyyid Murtəza qardaşından anasına gileyləndi. Anası Seyyid Rəzini məzəmmət edib danladıqda Seyyid Rəzi belə dedi:
Fəthəli şah Qacarın Mirzə Qumiyə böyük hörməti vardı. Hər dəfə Quma gələndə, Mirzəni də ziyarət edərdi. Mirzə də əlacsız qalıb onunla həmsöhbət olardı. Əlbəttə, həmişə ona nəsihət edərdi. Bir gün Mirzə, Fəthəli şahın uzun saqqalına əl çəkib dedi:
Ey padşah, elə iş görmə ki, qiyamət günü bu saqqalın cəhənnəm odunda yansın. Həmin görüşdə
... Read more »
Şeyx Məhəmməd Qumi böyük təqva sahibi alim və zahid Şeyx Ənsarinin müasiri olmuş Seyyid Əhməd Ərcəzinidən belə nəql edir:
Şeyx nə qədər ki, sağ idi, mənim xərcimi ödəməyi öz öhdəsinə götürmüşdü. Amma vəfat edəndən sonra mənim güzəranım pisləşdi və çox çətinlik çəkməyə başladım. Bir gün arvad-uşağa yeməyə bir şey tapmaq üçün evdən çölə çıxdı
... Read more »
Məşrutiyyət və istibdad tərəfdarlarının qalmaqallarının qızğın vaxtlarında Zəncanın bazar əhlindən olub məşrutiyyətin mühüm mübəlliğlərindən biri, axundun (Ayətullah Molla Qurbanəli) hüzuruna gəlib onu yolundan döndərmək fikri ilə söhbətə başlayır. Axund deyir:
Bizim fiqhimiz (sünnə və ya Əhli-beytin tapşırıqları) mənə məşrutiyyəti imzalamağa icazə
... Read more »
Axund Kaşidən (Molla Məhəmməd) elmi-əməli tərbiyə almış şəxsiyyətlərdən biri də görkəmli filosof Həkim Rahim Ərbab olmuşdur. Bu böyük alim, Axund Kaşini ziyarət etmək üçün iki dəfə İsfahana getmiş və hər dəfə də Axundun feyz xırmanından bəhrələr götürmüşdür. Bu böyük şəxs, ustadı Axund Kaşinin mənəvi-ruhi
... Read more »
Nəcəf-Əşrəfdə dini təhsil aldığım vaxtlar dolanışıq cəhətdən çətinlik çəkirdim. Bir gün iş o yerə çatdı ki, ailəmə çörək almağa bir qəpik pulum qalmadı. Evdən çıxıb pərişan halda bazara yollandım. Neçə dəfə bazarı əvvəldən axıra kimi gedib-gəldim və kimsəyə öz vəziyyətimi bildirmədim. Öz-özümə fikirləşdim, baz
... Read more »
Şeyx Məhəmməd Razi "Ət-təqva və ma ədrakə mat-təqva” adlı kitabında Məhəmmədtəqi Bafqi haqqında yazır: Tanınmış arif və saleh şəxs Rəcəbəli Xəyyat batini oxuyan, insaflı və xoşəxlaqlı bir adam idi. Rəcəbəli mənə nəql etdi: Məhəmmədtəqini uzaqgörənliyindən, qeybi xəbərlərindən, gələcəyindən tanıyıb bildim ki, həqiqət aləmi ilə, ismət sülaləsi − vilayət mərkəzi ilə rabitəsi var. Belə ki:
Ağa Qazi ziyarət əyyamlarında həmişə Nəcəf-Əşrəfdən Kərbəlaya gedərdi. Heç kim onun maşına mindiyini görməmişdi. Bu sirdən saat bazarının (böyük bazar) bir nəfər tacirindən başqa heç kim xəbər tuta bilməmişdi. Həmin tacir müqəddəs Məşhəd şəhərində ziyarətdə olarkən Qazini orada görür. Qazidən xahiş edir ki, pasportunda qarşıya çıxmış problemi həll etsin.
Qazi ona bu işində kömək göstərir. Tacir Nəcəfə döndüyündən Qazini Məşhədd
... Read more »
Ayətullahül-Üzma Cəmaləddin Gülpayqani mənə nəql etdi ki, Ziyaüddin İraqi vəfat edəndən sonra Nəcəf elmi hövzəsinin rəisliyi Məhəmməd Hüseyn İsfəhaniyə tapşırıldı.
İmam Sadiq (ə) ariflərin mənəvi məqamının şərhində buyurur: "...Elə ki, ilahi mərifətin nuru qəlbdə təcəlla etdi, eşq nəsimi əsər; elə ki, eşq və məhəbbət nəsimi əsdi, öz məhbub və məşuqu ilə munis olar və Onu, Ondan qeyri olan hər bir şeydən üstün tutar, və Allahın buyurduqlarına əməl edib, çəkindirdiklərindən çəkinər...
Tanınmış arif seyyid Haşım Həddadın ölümü barədə qızı Fatimə və nəvələri seyyid Abbas və seyyid Musa belə nəql edirlər ki:
Ölümünə az qalmış seyyid Haşim Həddadı Kərbəla xəstəxanasında yatırdırlar. Xəstənin xüsusi həkimi doktor seyyid Məhəmməd Şəruqi idi. Ramazan ayının 12-ci günü qürub çağına üç saat qalmış ağa Həddad deyir ki, məni xə
... Read more »
Yadına sal ki, İbrahimi öz Rəbbi bir neçə sözlə imtahana çəkdiyi zaman o, Allahın əmrlərini tamamilə yerinə yetirdi. Belə olduqda Allah-taala ona: «Səni insanlara imam təyin edəcəyəm» dedi. İbrahim isə «Nəslimdən necə?» – deyə so
... Read more »
İnsan ruhunu bədbəxtliklərə düçar edən şeylərin köklərini qısa da olsa açıqlamaq istəyirəm. Psixologiya elmi baxımından məhrumiyyət və nəsibsizlik ruhi xəstəliklərin mənşəyidir. Belə ki, insanın ruhi xəstəlik və narahatlıqlarının çoxu nəsibsizlik və uğursuzluqlardan nəşət tapır. Bildiyiniz kimi Fervid, hədsiz dərəcədə bu məsələyə, xüsusilə cinsi məsələlərə təkid edir. Hər halda insanın nəsibsizlik və məhrumiyyətlərinin onda bir çox xəstəliklər yaratması əsas
... Read more »
Hər bir mövcudun kamilliyi digər bir mövcudun kamilliyi ilə fərqlidir. Məsələn «kamil insan» ilə «kamil mələk» arasında fərq vardır. Mələyin, özünün mümkün kamilliyinin ən yüksək və son dərəcəsinə çatması, insanın öz kamilliyinin ən
... Read more »
Azadlıq ən böyük və ali insani dəyərlərdən biridir. Başqa sözlə desək, azadlıq insan mənəviyyətinin, yəni onun heyvanlıqdan üstün olan cəhətlərinin bir hissəsidir. Azadlıq insan üçün maddi dəyərlərdən də əhəmiyyətlidir. İnsanlıq dəyərlərini azacıq da olsa dadanlar, ən çətin şəraitdə aclıq və susuzluqla yaşamağı kiminsə əlində əsir vəziyyətində yaşamaqdan üstün tuturlar. Onlar, kiminsə hökmranlığı altında deyil, azad yaşamaq istəyirlər.
Bildiyimiz kimi, insanın həqiqət və mahiyyəti barəsində müxtəlif nəzərlər vardır. Ümumi baxışda iki nəzəriyyə, yəni materialistlər və ruhçuların nəzərləri bir-birinin müqabilində dayanıb. Ruhçuların fikrincə insan cism və ruhdan ibarət b
... Read more »
Əli (ə) Kumeyl ibni Ziyad ilə səhraya gedəndə necə də gözəl söz deyib. Kumeyl deyir ki, səhraya və heç kəsin olmadığı bir yerə çatanda Əli (ə) dərindən ah çəkib belə dedi: «Ey Kumeyl ibni Ziyad! İnsanın qəlbi qab kimidir. Qabların ən yaxşısı tutumu çox olan və ya içindəkini yaxşı saxlayandır. Sənə dediklərimə yaxşı qulaq as.»
Mən indi sizdən belə bir sual soruşmaq istəyirəm ki, sizcə adamın duyğusuz və bədən üzvlərinin hissiz olması ilə olan rahatlığı yaxşıdır, yoxsa hissiyyatlı olub bu dərdi dərk etməsi? Bu dərd həm də ləzzətli bir dərddir, çünki başqalarının dərdini çəkərək onların qeydinə qalmaq həmişə ləzzətlidir. Görəsən bu nə sirrdir? Düzünü Allah bilir. Başqalarının dərdini çəkmək ləzzətli olduğu kimi, Haqqın hicran dərdi də ləzzətlidir.
Peyğəmbərin səhabələri necə olublar? «Kafi» kitabında nəql edilmiş və Mövlananın nəzmə çəkdiyi məşhur hədis, doğrudan da çox maraqlıdır. Bu hədis həm şiə və həm də sünni mənbələrində nəql edilib. Hədisdə deyilir ki, Peyğəmbər (s) bir gün səhər tezdən dan yeri söküləndə Suffə sakinlərinin yanına getdi. Suffə sakinləri arasında gözü bir gəncə sataşdı. Peyğəmbər həmin gəncin qeyri-adi halda olduğunu müşahidə etdi. O, sağa-sola aşırdı, gözləri çuxura düşmüş və rəng
... Read more »
Bu gün Ramazan ayının 21-ci gecəsidir. İslamın məntiqi ilə tanış olmağımız üçün Nəhcül-bəlağədən bu iki məsələyə aid iki qısa ibarə oxuyuram. Müaviyə və Əli (ə)-ın qoşunları Fərat kənarında bir-birləri ilə üzləşirlər. Müaviyə göstəriş verir ki, onun döyüşçüləri tez, Əli (ə) və onun qoşunu çatmamış suyu onların üzünə bağlasınlar. Bu göstəriş Müaviyənin ətrafındakıları çox sevindirir. öz-özlərində fikirləşirlər ki, yaxşı vasitədən istifadə etdik, çünki Əlinin qoşunu çatanda su
... Read more »
MÜXTƏLİF MƏKTƏBLƏRİN KAMİL İNSAN BARƏSİNDƏKİ NƏZƏRİYYƏLƏRİNİN XÜLASƏSİ
Bəşəriyyət üçün məktəb gətirmiş hər bir şəxs, kamil insan və ya insanın kamalı barəsində nəzəriyyələr irəli sürüb. Əxlaq adlandırılan həmin şeydə deyilir ki, insan müəyyən xislətlərə malik olsa, insanlığın ali də
... Read more »
Bizim aramızda da bilmədən və özümüzdən asılı olmayaraq həmin sözlərdən yayılıb. Məsələn, «həyat ölüm-dirim mübarizəsidir» kimi bəzi ifadələr işlədirik. Amma əslində bu belə deyil. Bəli, həyat ölüm-dirim mübarizəsi deyil, özünü müdafiə xarakteri daşıyan ölüm-dirim mübarizəsi haqq bir işdir.
Hətta Fərid Vəcdi kimi bəzi müsəlman a
... Read more »
«[Əksəriyyəti yazıb-oxumaq bilməyən] ümmi ərəblərə özlərindən peyğəmbər göndərən Odur. Bu peyğəmbər – əvvəllər haqq yoldan açıq-aşkar azsalar da – onlara Allahın ayələrini oxuyar, onları [günahlardan, şirk və küfr çirkabından] təmizləyər
... Read more »
Filosofların fikrincə insanın cövhəri yalnız onun əqlidir və qalan şeylərin hamısı onun üçün alət və vasitədirlər. Onlar deyirlər ki, əgər bizə bədən, göz, qulaq, hafizə, xəyal, vahimə və hər hansı bir başqa qüvvə verilibsə, onlar bizim zatımız üçün vasitədirlər və bizim zatımız da həmin əqldir.
Biz islamda bu məsələni təsdiqləyəc
... Read more »
«[Əksəriyyəti yazıb oxumaq bilməyən] ümmi ərəblərə özlərindən peyğəmbər göndərən Odur. Bu Peyğəmbər – əvvəllər haqq yoldan açıq-aşkar azsalar da – onlara Allahın ayələrini oxuyar, onları [günahlardan, şirk və küfr çirkabından] təmizələyər
... Read more »
Arif bütün dünyaya yalnız bir həqiqət qail olduğu və həmin həqiqətin eşqdən ibarət olduğunu bildirdiyi üçün onun fikrincə, insanın həqiqəti filosofun dediyi kimi fikir deyil, onun «qəlb»idir. Qəlbdən də məqsəd ilahi eşq mərkəzidir. Deməli, əql məktəbi ilə eşq məktəbi arasındakı fərqlərdən biri insanın «mən»liyi məsələsidir. İnsanın «mən»liyi onun fikirləşmə mərkəzidir, yoxsa eşq bəslədiyi yer? Arif deyir ki, sənin «mən»liyin fikirləşmə mərkəzi deyil, eşq bəsləmə mərkəzidir.
İslam, ariflərin kamil insanını yuxarıdakı qədər təsdiq edir. Amma irfan məktəbində bəzi şeylər təhqir edilib ki, islam həmin alçaltmalarla razılaşmır və buna görə də, ariflərin kamil insanı da bu din baxımından yarımkamildir. İrfanda elm və əql
... Read more »
«[Əksəriyyəti yazıb oxumaq bilməyən] ümmi ərəblərə özlərindən peyğəmbər göndərən Odur. Bu Peyğəmbər – əvvəllər haqq yoldan açıq-aşkar azsalar da – onlara Allahın ayələrini oxuyar, onları [günahlardan, şirk və küfr çirkabından] təmizə
... Read more »
İslam baxımından insanın təbiətlə əlaqəsi əkinçi ilə tarla, tacirlə bazar və abidlə ibadətgah arasında olan əlaqə kimidir. Tarla əkinçi üçün hədəf deyil, vasitədir. Əkinçinin yaşadığı yer şəhərdir, amma o, öz rifah və səadəti üçün lazım olan şeyləri bu tarla vasitəsilə əldə edir. Əkinçi tarlaya gedərək yeri şumlamalı, toxum səpməli və torpağı abadlaşdıraraq münbitləşdirməlidir. Məhsul çıxandan sonra isə alaq otları çıxsa onları təmizləməli, məhsulu biçərək xarmana aparmalıd
... Read more »
«Kim [dünyada] azğınlıq etmişsə, dünyanı [axirətdən] üstün tutmuşsa, şübhəsiz ki, onun məskəni Cəhənnəmdir! Amma kim [qiyamət günü] Rəbbinin hüzurunda durmaqdan qorxmuş və nəfsinə istəyini, şəhvəti qadağan etmişsə, həqiqətən onun yur
... Read more »
Bura kimi deyilən məsələlər yüz faiz düz, dərin və dəqiqdir, Quran və hədislərdən olan çoxlu nümunələr bunları təsdiq edir. Mən bu mətləbin təsdiqi barəsində olan Quran ayələri və hədis nümunələrini bir-bir misal çəksəm, söhbətimiz çox vaxt aparar. Amma qısa olaraq bunu demək istəyirəm ki, insanın, adi hal olan yalnız özünü düşünməsi və başqalarının fikrində olmaması kimi ibtidai və heyvani «öz»ündən əlavə, hərislik və tamahkarlıq kimi hisslərə malik olmasınd
... Read more »
Dediyimiz kimi, islamda nəfsi istəklərə uymağın qadağan edilməsi, nəfsin, pis işlərə əmr edən olmasının bildirilməsi, «Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır! Onu (günaha) batıran isə, əlbəttə ziyana uğrayacaqdır» və «Cismani ölümdən qabaq nəfsinizi öldürün» kimi məsələlərin olması ilə yanaşı, onun qədir-qiyməti və heysiyyət məsələsi üzərində çox təkid edilib. Quran buyurur: «... Şərəf-şan da, qüvvət və qələbə
... Read more »
1. QÜDRƏT MƏKTƏBİ NƏZƏRİYYƏLƏRİNİN İZAH VƏ TƏNQİDİ
«Neçə-neçə peyğəmbər bir yığın allahpərəstlə birlikdə [düşmənə qarşı] vuruşmuşlar. Lakin onlar Allah yolunda çəkdikləri müsibətlərə görə nə zəiflik, nə acizlik göstərmiş, nə də [kafirlərə] boyun əymişlər. Allah səbr edənləri sevər
... Read more »
İslam bu barədə hansı məntiqə əsaslanır? Görəsən islam güclülüyü təbliğ edib, yoxsa zəifliyi və ya bu mənada onların heç birisini? Sualların cavabı budur ki, islam bir növ qüdrət və gücü təbliğ edib, amma bu qüdrət Niçenin dediyi qüdrət deyil, bütün adi insanlıq sifətlərinin mənşəyi olan qüdrətdir. Bu elə bir qüdrətdir ki, onda mehribanlıq, rəhm, yaxşılıq, xeyirxahlıq kimi ali insanlıq sifətləri vardır.
Ümumiyyətlə rəhm, mehribançılıq və başqalarının halına yanma islamda həmişə təkid olunmuş məsələlərdəndir. Bəlkə də nəql edəcəyim bu əhvalatı hamınız eşitmisiniz. Bir dəfə, cahillik dövrünün tanınmış şəxsiyyətlərindən biri Peyğəmbər (s)-in yanına gəlir və görür ki, o həzrət nəvələrindən birini dizinin üstündə oturdub üzündən öpür, başını sığallayaraq ona məhəbbət göstərir. Həmin şəxs birdən Peyğəmbərə (s) üz tutaraq belə deyir: Mənim on uşağım var, amma indiyə kim
... Read more »
SOSİALİZM MƏKTƏBİ NƏZƏRİYYƏLƏRİNİN İZAH VƏ TƏNQİDİ
«[Ya Məhəmməd!] Söylə: «Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan bir kəlməyə tərəf gəlin!» [O bu kəlmədir ki:] Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi [özümüzə] rəbb qəbul etməy
... Read more »
Digər bir məsələ isə budur ki, əvvəldə «O»na çevrilmiş «mən» gerçək və həqiqi «biz» ola bilər. Bu ariflərin nəzəriyyəsindəki mətləbdir. Əvvəlcə «O» olmamış, «mən» «bizə» çevrilə bilməz. «Mən»lərin «biz» olma yolu onların, əvvəlcə «O» olmaları, yəni Allaha iman gətirmələridir. «[Ya Məhəmməd!] Söylə: «Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan bir kəlməyə tərəf gəlin!» [O bu kəlmədir ki:] Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq v
... Read more »
EKSİSTANSİALİZM MƏKTƏBİ NƏZƏRİYYƏLƏRİNİN İZAH VƏ TƏNQİDİ
«Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabah üçün nə etdiyinə [axirət üçün özünə nə hazırladığına] nəzər salsın. Allahdan qorxun! Həqiqətən, Allah etdiklərinizdən xəbərdardır!
Eksistansialistlərin «Allaha iman gətirmək insani dəyərlərin unudulmasına səbəb olur» sözlərinin cavabında demək lazımdır ki, yad bir şeydə qərq olmaq insanın zati dəyərlərini unutmasına səbəb olur, amma «öz» və kamilliyin eyni olan bir şeydə qərq olmaq insanda dəyərlərin daha da çiçəklənməsinə gətirib çıxarır. Buna görə də ibadət və bəndəçilik məqamında yüksəlmiş şəxslərdə bütün insani dəyərlər güclənir, onların ağılları kamilləşir, eşqləri qüvvətlənir, qüdrətləri ar
... Read more »