İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 7
Qonaqlar 7
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 23 » Kəramət sahibləri
    6:42 PM
    Kəramət sahibləri
    «ŞƏFAVERICI NƏFƏS»
    Etibarlı dostlarımdan biri deyirdi:
    Şeyx Həsənəli İsfəhani ölən günü, bir nəfər məsihi qadın cənazənin yolu üstündə başına-sinəsinə döyüb şivən qoparırdı.
    Dedim:
    Məgər sən məsihi deyilsən? Axı bu kişi müsəlman ruhanisidir. Dedi:
    Mənim yanımda olan bu iki qızım bir-iki il bundan qabaq çarəsi tapılmayan xəstəliyə tutulmuşdular. Nə qədər dəva-dərman elədik, bir xeyri olmadı. Hətta amerikalı həkimlərə də göstərdik, bizi məyus etdilər. Get-gedə xəstəlikləri şiddətləndi və ölümcül vəziyyətə düşdülər.
    Müsəlman qadın olan qonşumuz bizim bu halımızı görüb dedi:
    Xəstənizin şəfası üçün Noxudəki kəndinə gedin və İsanəfəsli Həsənəli İsfəhanidən kömək diləyin. Dedi ki, mənim bu çadramı da sal başına get ora.
    Əlacsızlıqdan onun çadrasını başıma salıb soruşa-soruşa gedib şeyx olan kəndə çıxdım. Gördüm şeyx qapının qarşısında oturub və bir dəstə hacəti olanlar da ətrafında əyləşiblər.
    Mən də öz dinimi izhar etmədən dərdimi söylədim. Dedi:
    Bu iki ənciri götür, həmin o qonşuluğundakı müsəlman qadına ver. De ki, dəstəmazlı halda bunları qızlara yedizdirsin. Dedim:
    Yeməyə halları yoxdur. Dedi:
    Suda qarışdırın həll olsun, qarışıq suyu içirin.
    Şəhərə qayıtdım və əncirləri həmin müsəlman qadına verdim. Dəstəmaz alıb əncirləri suda həll etdi və mənim xəstə qızlarımın boğazına tökdü. Gözlənilmədən bir-neçə dəqiqədən sonra gözlərini açdılar və şəfa tapdılar. Bəli belə bir insan bizim aramızdan gedib.(Həmin mənbə, səh. 74)
    Ruhul-Qüdsün feyzi əgər mədəd buyursa
    Məsiha edəni hər bir kəs edərdi.
    «SƏNI ÖLDÜRƏCƏYƏM»
    Mirzə Çehelsütuninin oğlu Mirzə Məhəmməd nəql edirdi:
    Xeyratxan mədrəsəsinin dalanında bir nəfərin silah dükanı var idi. Bu adamın boynunun kökündən böyük bir şiş çıxmışdı. Bir gün mən Həsənəli İsfəhani ilə birlikdə Noxudəki kəndinə gedirdik. Həmin silah satan adam da şəhərdən bizim arxamızca düşüb gəlirdi və tez-tez deyirdi:
    Ya şeyx! Ya mənə şəfa verin, ya da öldürün. Şeyx ona etina etmirdi.
    Yolun yarısını getmişdik ki, şeyx arxaya dönüb onun qulağına astaca nəsə pıçıldadı. Həmin şəxs ucadan dedi:
    Razıyam, söz verirəm.
    Şeyx sonra dedi:
    Bax ha... Səni öldürəcəyəm. Həmin adam ərz etdi:
    Oldu, öldürün.
    Şeyx minikdən düşüb o kişiyə dedi ki, yolun bir kənarında əyləşsin. Sonra cibindən bir bıçaq çıxardıb onun boynunun dibindəki şişin üstünü çərtdi və içindəki domba yeri çölə çıxartdı. Yarıq yerdən bir xeyli çirk axdıqdan sonra bıçağın yanı ilə yaranın üstünə sığal çəkdi ki, dərinin altı tamam boşalsın. Sonra ağzının tüpürcəyindən yaranın üzərinə bir az vurub bıçaqla sığalladı.
    Sonra dedi: Yaranı dəsmalla bağla, çıx get. Bir neçə gündən sonra yaranın yeri tamamilə sağaldı.
    Bu hadisənin üstündən bir neçə il keçdi.
    Şeyx Həsənəli vəfat edəndən sonra o adamı yenidən gördüm. Boynunda təzədən həmin şişdən çıxmışdı. Ondan soruşdum, o günü şeyx Həsənəli sənin qulağına nə dedi ki, sən dedin razıyam?
    Dedi:
    Mənim ərli arvadlarla qeyri-əxlaqi əlaqələrim olurdu. Şeyx dedi, əgər söz versən ki, bir daha bu cür işlərə baş qoşmayacaqsan, xəstəliyini müalicə edərəm. Sonra dedi, əgər bir də belə işlərə qurşansan, şişin yenidən peyda olacaq və öləcəksən. Mən qəbul etdim.
    Neçə ildən sonra şeytan məni yoldan çıxartdı, yenidən həmin günaha batdım. Bilirəm ki, bu şiş məni bu dəfə öldürəcək.
    Çox keçmədi həmin adam vəfat etdi.(Həmin mənbə, səh. 96)
    «ARIFIN DUASININ TƏSIRI»
    Nəhavəndin hörmətli şəxslərindən sayılan Zəfəris-Sultan nəql edirdi:
    Şeyx Həsənəli İsfəhaninin yanına gedib ərz etdim:
    Gəlinimin uşağı olmur. Dedi niyə? Dedim yumurtalığını çıxarıblar, həkimlər deyir artıq hamilə ola bilməz.
    Şeyx buyurdu:
    Sən oğlun üçün övlad istəyirsən, daha nə işin var gəlininin yumurtalığı var, ya yox. Sonra dua yazıb bir neçə dənə də xurma verdi. Allah Öz lütfü ilə onlara bir-neçə övlad nəsib elədi.(Həmin mənbə, səh. 97)
    «BIR NEÇƏ GÜN SONRA»
    Şəhər merinin yüksək rütbəli işçilərindən biri deyirdi:
    Müəyyən səbəblərə görə məni işdən çıxardılar. Şeyx Həsənəlinin yanına gedib dərdimi söylədim. Dedi: Namazlarını vaxtında qıl, qırx gün sonra işlərin düzələcək.
    Bir ay keçdi xəbər çıxmadı. Təzədən şeyxin yanına getdim. Buyurdu:
    Dedim ki, qırx gün!
    Nə qədər fikirləşsəm də ümid yeri görmədim. Qırxıncı gün küçənin kənarında çayxanaların birində oturmuşdum. Məşhədin keçmiş meri Məhəmmədəli Rövşən faytonla həmin küçədən keçirdi. Yanımdan keçəndə ayağa qalxıb salam verdim. Faytonu saxlatdırıb soruşdu: Burda niyə oturmusan? Məgər işin-gücün yoxdur? Əhvalatı danışdım.
    Dedi:
    Gəl mənimlə... Onunla bərabər faytona oturub icra hakimiyyətinə getdik. O saat əmr etdi, mənə qarşı olan ittihamı geri götürdülər. Təzədən məni iş başına qaytardı. Qırxıncı günün düz günorta çağı − şeyxin dediyi vaxt − məni yenidən işə bərpa etdilər.(Həmin mənbə, səh. 101)
    «DÜZGÜN GƏLMIR!»
    ... Həmçinin cənab Tac nəql edirdi:
    Bir gün minbərdə bir məsələ ilə əlaqədar şeyx Həsənəli İsfəhaninin kəramətlərindən danışırdım. Minbərdən aşağı enəndə bir nəfər mənə yaxınlaşdı və dedi:
    Siz şeyx Həsənəlini heç görmüşdünüzmü? Dedim:
    Xeyr. Dedi:
    Mən onun görüşünə getmişdim və onunla olan görüşdən bir xatirəm var.
    Bir neçə nəfər dostlarımla birlikdə Məşhədə ziyarətə getmişdik. Məşhəddə olarkən dostlarım dedilər ki, şeyx Həsənəlini ziyarət etmək və bəzi həcətlərimizi söyləmək üçün Noxudəki kəndinə getməyi planlaşdırmışıq. Məni də dəvət etdilər ki, gəl sən də bizimlə gedək.
    Mən dedim:
    Həzrət imam Rizanın (ə) ziyarətinə gələn adamın ondan qeyrisinə üz tutmağı düzgün deyil. Mən getməkdən boyun qaçırdım. Onlar israr edib dedilər:
    Eybi yoxdur, siz bizimlə gəlin, amma şeyxdən bir şey istəməyin. Mən də qəbul edib onlarla getdim.
    Şeyx Həsənəlinin qəbulunda olanda dostlarım öz hacətlərini deyib cavabını aldılar.
    Mən bir kənarda dayanıb baxırdım. Bu vaxt şeyx məni çağırıb astaca qulağıma dedi:
    Kim deyir ki, şeyxin görüşünə getmək Həzrət Rizanın (ə) ziyarəti ilə düzgün gəlmir?!(Həmin mənbə, səh. 82)
    «XALIS INCILƏR SILSILƏSINDƏN»
    İmam Sadiq (ə) buyurmuşdur:
    Ariflərin vücudunun sirri və batinlərinin həqiqəti üç kök üstündə dayanıb: Qorxu, ümid, məhəbbət.
    Qorxu elmin bəhrəsidir, ümid yəqinin bəhrəsidir, məhəbbət dərkin (mərifət) bəhrəsidir.("Misbahuş-şəriət və miftahul həqiqət”.)
    «İMAMIN BƏXŞIŞI»
    Şeyx Məhəmməd Razi yazır:
    Böyük alim və şəxsiyyətlərdən eşitdim ki:
    Sahibi Zamani ləqəbi ilə tanınan şeyx İbrahim Türk Məhşədə − imam Rizanın (ə) ziyarətinə getmişdi. Uzun müddət Məşhəddə qaldığı üçün pulu tükənir. Deyir:
    Pulum qurtarandan sonra şəhərin icra başçısının mədhində bir qəsidə yazdım ki, gedib qəsidəni oxuyub əvəzində bəxşiş alım.
    Yolda fikrimi dəyişib öz-özümə dedim: Heç Həzrətdən (ə) utanmırsanmı? Onun ziyarətinə gəlmisən, amma ondan qeyrisinə məddahlıq edib bəxşiş almaq istəyirsən?!
    Tez istiğfar edib o qəsidəni həzrətin adına çevirdim və hərəmə daxil olub ziyarətdən sonra ərz etdim:
    Ey ağam! Sənə bir mədihə yazmışam, bunun müqabilində səndən bəxşiş gözləyirəm.
    Yazdığım qəsidəni astaca oxumağa başladım. Qəsidə başa çatandan sonra Həzrətdən bəxşiş verməsini xahiş etdim və zirehə yaxınlaşdım. Zirehi öpmək istəyəndə gördüm əlimə bir əl toxundu və ovcuma nəisə basdı.
    Açıb gördüm bir dənə 10 tümənlik əskinasdır. O saat işin nə yerdə olduğunu anlayıb ərz etdim:
    Qurbanın olum ağa, bu azdır. Yenə də bir əl mənimlə əl tutub əlavə bir 10 tümənlik əskinası ovcuma qoydu. Yenə də dedim:
    Ey mövlam, azdır. Bu dəfə də bir 10 tümənlik çatdı; belə-belə altı dənə 10 tümənlik oldu.
    Artıq həya edib dedim. Bəsdir, mənə bəs edər.
    Zirehi öpüb çölə çıxdım. Qapının astanasına − ayaqqabıların təhvil verildiyi yerə çatanda gördüm kəraməti ilə məşhur olan şeyx Həsənəli İsfəhani hərəmin həyətinə daxil oldu və tələsik mənə tərəf gəlir. Mənə çatıb dedi:
    Şeyx İbrahim, mövlamla (İmam Riza (ə) ilə) yaman dostlaşmısan ha... Mədh deyib bəxşiş alırsan... Həzrətdən (ə) aldığın o bəxşişi ver mənə.
    Şeyxin heybətindən həyəcanlanıb tez əlimi qoynuma salıb həmin 60 tüməni çıxarıb ona verdim. O da əlini cibinə aparıb bir zərf çıxarıb mənə uzatdı və elə ordan da geri döndü. Zərfi açıb baxdım, 120 tümən idi. Sevinib şeyx Həsənəlinin kamal sahibi olduğunu bir daha təsdiq etdim, çünki mənim bu əhvalatımı Allahdan və Həzrət Rizadan (ə) başqa kimsə bilmirdi.(Məhəmməd Razi, "Ət-təqva və ma ədrakə mət-təqva”, səh. 123)
    Onu da deyək bu hekayə azacıq fərqlə Şeyx Həsənəlinin oğlunun dilindən atası haqqında yazdığı kitabda da nəql olunmuşdur. Həmin kitabda deyilir:
    Şeyx İbrahim qəsidəni oxuyub zirehi öpəndən sonra görür ki, xəbər çıxmadı, ona bəxşiş verən olmadı. Deyir: Narahat oldum. Ərz etdim:
    Ey ağa! Əgər mən bu şeri sizdən başqa hər kəsə oxusaydım mükafatım yüz faiz hazır idi, amma sizdən xəbər çıxmadı.
    Narahatçılıqla hərəmdən çölə çıxdım. Hərəmin həyətindən çıxmaq istəyirdim ki, birdən heybətli bir şeyxin mənə yaxınlaşdığını gördüm. Mənimlə hal-əhval tutub dedi:
    Al, Həzrətin (ə) bəxşişini götür, bir də imamla bu cür dikbaşlıqla danışma!
    Görüşüb ayrılandan sonra ovcumda bir zərf gördüm. Amma şeyxin heybətindən bir söz deməyib yola düzəldim.
    Zərfi açanda gördüm 120 tümən puldur. Bu məbləğ mənim bütün xərclərimə kifayət edirdi.
    Bir neçə dəqiqədən sonra bizi qıraqdan müşahidə edən Hərəmin xadimindən soruşdum:
    Mənimlə indicə görüşüb ayrılan bu şeyx kim idi? Dedi:
    O, həzrət Riza (ə) ilə birbaşa əlaqəsi olan şeyx Həsənəli İsfəhanidir.(Miqdadi, həmin mənbə, səh. 81)
    «NURA QƏRQ OLMUŞ CƏSƏD»
    Adlı-sanlı xətib Hüseynəli Raşid atası − məşhur arif molla Abbas Türbəti haqqında yazır:
    Atamdan görüb müşahidə etdiyimiz və həmçinin bizim üçün qaranlıq qalan məsələlərdən biri də budur ki, atam 1322-il mehr ayının 24-ü, yekşənbə günü − təqribən 2 saat dan yeri söküləndən sonra vəfat etdi.
    Sübh namazını uzanmış halda qıldı və ölüm əlamətləri onda müşahidə edilməyə başladı. Əllərini, ayaqlarını qibləyə tərəf uzatdılar, amma huşu yerində idi və dodağının altında nə isə deyirdi. Deyəsən can verdiyini başa düşmüşdü və ruhunun son işartısında dilindən çıxan söz "La ilahə illəllah” oldu.
    Düz bir həftə qabaq, elə həmin yekşənbə günü sübh namazından sonra qibləyə sarı uzanıb əbasını da üzünə çəkmişdi ki, birdən gün işığı pərdə arxasından necə bərq vurursa atamın da vücudu nura qərq olmağa başladı. Xəstəlikdən saralıb-solmuş çöhrəsi işıqlanıb şəffaflaşdı, belə ki, üzünə çəkdiyi nazik əbanın altından aydın görünürdü. Birdən tərpənib dedi:
    "Əssəlamun əleykə ya rəsulullah (s)”, siz bu həqir bəndəni görməyə gəlmisiniz.
    Sonra, sanki bir-bir görüşünə gəlirlərmiş kimi Həzrət Əliyə (ə) və bir-bir imamların hamısına − on ikinci imama kimi salam verir və onlara gəldiklərinə görə təşəkkür edirdi. Sonra Həzrət Fatiməyə (s) salam verdi, sonra xanım Zeynəbə salam verdi. Xanım Zeynəbə salam verəndə ağladı və dedi:
    Xanım, mən sizin üçün çox göz yaşı axıtmışam. Sonra öz anasına salam verdi və dedi: Ana, səndən razıyam. Mənə halal süd verdin. Bu hal gün çıxandan iki saat keçənə qədər davam etdi.
    Bu haldan sonra vücudundan qalxan nur aradan getdi və adi halına qayıtdı. Üzünün də rəngi yenə əvvəlki kimi saralmağa başladı. Bir həftə sonra həmin gündə, həmin saatda can verməyə başladı və ruhunu təslim etdi.
    Bu bir həftə arasında bir gün mən ona dedim ki, biz peyğəmbərlərdən, övliyalardan çoxlu rəvayət eşidirik və arzu edirik ki, ey kaş o zaman biz onların yanında olaydıq, öz dillərindən eşidərdik. İndi mənim ən yaxın adamım sizsiniz və belə bir hal sizin üçün baş vermişdir. Mən bu halın nə olduğunu anlamaq istəyirəm. Sizin düşdüyünüz o hal nə idi? Sükut etdi. Bir kəlmə olsun belə danışmadı.
    İkinci dəfə, üçüncü dəfə başqa üsullarla sualımı təkrar etdim. Yenə də sükut etdi. Dördüncü, beşinci dəfə soruşanda dedi:
    Hüseynəli, məni incitmə. Dedim:
    Məqsədim bu barədə bir şey öyrənmək idi. Dedi:
    Mən sənə başa sala bilmərəm, get özün öyrən. Onun keçirdiyi bu hal mənə, anama, qardaşıma, bacıma və bibimə indiyə qədər − bu yazını yazdığım günə kimi anlaşılmaz qaldı. Bu barədə heç bir şey deyə bilmərəm, ancaq onu deyirəm ki, belə bir halət görsəndi, biz olanları öz gözümüzlə gördük.(Hüseynəli Raşid, "Fəziləthaye fəramuş şode”, səh. 149)
    Kitab müəllifi deyir:
    Xoş təsadüfdən yuxarıdakı hekayəni yazarkən televizor elan etdi: Bu gün Hüseynəli Raşidin həyatdan köçməsinin ildönümü münasibəti ilə dini hövzə və universitet müəllimlərinin iştirakı ilə Tehran universitetində yığıncaq keçiriləcək. Bu xatirənin yazıya köçürülməsi ilə mərhumun ildönümü təsadüfən üs-üstə düşdü.(Abanın 8-i1376-cı il.)
    «MƏNƏVI ALƏMƏ SƏFƏRIN INTIZARINDA»
    Əllamə Məhəmmədtəqi Cəfəri öz ustadı şeyx Mürtəza Taliqani haqqında nəql edirdi:
    Məhərrəm ayına iki gün qalmış hər gün olduğu kimi ustadın yanına dərs almağa getdim, dedi:
    Qalxın gedin, niyə gəlmisiniz? Deyəndə ki, dərs üçün gəlmişəm, dedi:
    Dərs qurtardı.
    Mən elə bildim məhərrəm ayı yaxınlaşdığı üçün belə deyir, ona görə də dedim: Hələlik hövzələr tətil olmayıb.
    Dedi: Bilirəm, mən müsafirəm, mən müsafirəm. Taliqaninin ulağı getmiş, palanı qalmışdır, ruhu getmiş, cismi qalmışdır, la ilahə illəllah!
    Bunu deyib gözlərindən bulud kimi yaş axıtdı. Anladım ki, ölümündən xəbər verir, halbuki sap-sağlam gözə dəyirdi.
    Vəziyyəti belə görüb dedim:
    Mənimlə söhbət edin!
    Dedi:
    Afərin, ağacan, indi anladınız, indi anladınız. Sonra bu beyti oxudu:
    Fürsət var ikən çalış gün ağla özünə
    Qocalsın əl-ayağın baxmayacaqdır sözünə.
    Bu beyti deyib həmin halda "la ilahə illəllah” kəlməsini söylədi.
    Çöhrəsinə aydın görünəcək nur çökmüşdü. Mən qalxıb getdim. İki gün çəkmədi ki, Taliqaninin ölüm xəbərini gətirdilər. Təəssüf edə-edə tələbələrlə birlikdə Taliqaninin qaldığı Seyyid Kazim Yəzdinin mədrəsəsinə tərəf yollandıq.
    Dedilər ki səhərə yaxın, adəti üzrə evin damına qalxıb münacat etmiş, sonra sübh namazını qılıb hücrəyə girmiş və artıq çölə çıxmamışdır. Gün qalxmazdan qabaq həmişə hücrədən çıxıb mədrəsənin həyətinə gələn Taliqanini görməyən tələbələr nigaran qalıb onun hücrəsinə gedirlər... Görürlər ki, müraqibə halında söykənib canını tapşırıbdır.
    Qüsul verib kəfənləməyi mən boynuma götürdüm. Qüsulxanadan qəribə xoş qoxu gəlirdi. Əvvəllər heç kim buna oxşar xoş qoxunu duymadıqları üçün çox təəccüb etdilər. Cəsədində də qəribə nur hiss olunurdu. Cənazəni Nəcəfin Vadiüs-səlam qəbristanlığında torpağa tapşırdılar.(Mənuçehr Səduqi Suha, "Tarixe hükəma və ürəfaye mütəəxxir”, səh. 92)
    «VÜSAL ŞÖVQÜNDƏN DOĞAN GÜLÜŞ»
    ...Rəhmətlik Mürtəza Taliqani mələkuti nəfs sahibi idi. Ömrünün son illərini Məhəmməd Kazim Yəzdinin mədrəsəsində yaşamışdı. Həkim Hiydəci kimi dərs deməklə məşğul olurdu və tələbə hansı dərsi istəsəydi onu da deyirdi. Seyyidin mədrəsəsinin tələbələri deyirdilər:
    Şeyx Mürtəza öləcəyi günün axşamı bütün tələbələri öz hücrəsinə topladı və sübhə qədər onlarla deyib-güldü. O axşam hamı ilə zarafat edir, hamının könlünü oxşamağa çalışırdı. Mədrəsənin tələbələri öz hücrələrinə getmək istəyəndə deyirdi:
    Bir gecədir, qənimətdir. Tələbələrin heç biri onun öləcəyini güman etmirdilər.
    Azan vaxtı şeyx dama qalxıb azan dedi və aşağı enib öz hücrəsinə getdi.
    Gün hələ çıxmamışdı ki, gördülər şeyx üzü qibləyə uzanıb üzünü bir parça ilə örtmüş və dünyadan köçmüşdür.
    Mədrəsənin xadimi deyir:
    Günortadan keçmiş (səhərisi gün şeyx vəfat edir.) Şeyx mədrəsənin həyətində dolaşarkən mənimlə rastlaşdı və dedi:
    Bu gecə yatacaqsan, sübh yuxudan duranda, dəstəmaz almaq üçün hovuzun qırağına gələndə eşidəcəksən ki, deyirlər:
    Şeyx Murtəza vəfat etdi.
    Xadim deyir:
    Mən onun nə demək istədiyini anlamadım, dedim yəqin zarafatyana nəsə demək istəyir. Sübh yuxudan durub hovuzun kənarına dəstəmaz almaq üçün gələndə gördüm mədrəsənin tələbələri deyirlər:
    Şeyx Mürtəza vəfat edib.(Əllamə Hüseyn Hüseyni Tehrani, "Məadşenasi”, c. 1, səh. 103)
    «NIYƏ KI... AMMA...!»
    Əbdünnəbi İraqi Nəcəf və Qum elmi hövzələrinin böyük ustadlarından və dəyərli əsərlər sahibi idi.
    İraqinin Ayətullahül-Üzma seyyid Əbul-Həsən İsfəhaniyə böyük hörmət və etiqadı var idi. İsfəhanini İmam Zamanın təsdiq və təyin etdiyi nümayəndələrindən və onunla görüşən şəxslərdən hesab edirdi. Bu barədə eşitməli olan qəribə bir mükaşifəsi də olmuşdur.
    İraqi bu barədə deyirdi:
    Nəcəf-Əşrəfdə olduğum vaxtlarda on dörd mühüm və çətin məsələ zehnimi məşğul etmişdi. Həllini tapa bilmirdim. Qərara gəlmişdim ki, o məsələləri İmam Zamandan soruşum. Həmin əyyamda eşitdim ki, şəri məşəqqət yolu ilə ali dərəcəyə çatmış bir nəfər mürtaz Nəcəfə gəlib və qəribə işlər görür.
    Onun görüşünə gedib yoxladım, gördüm agah adamdır. Sonra ondan soruşdum: Səndə olan məlumata əsasən səncə İmam Zamanı görmək olar?
    Cavab verdi: Bəli.
    Dedim: Necə?
    Dedi: Xalis niyyətlə dəstəmazlı və qüsullü halda səhraya gedərsən... xəlvətdə, gözdən uzaq bir yerdə üzü qibləyə oturarsan... Yetmiş dəfə "Ayətül-Kürsü”nü bütün vucudunla oxu, sonra hacət və istəyini tələb elə. Yəqin bil ki, dediklərimi eləyəndən sonra, yanına gələn ilk şəxs istədiyin adam olacaqdır, onun ətəyindən yapışıb hacətini dilə.
    Bu məqsədlə günlərin bir günü tam hazır vəziyyətdə Səhlə məscidinin biyabanına yollandım və deyilənləri üzü qibləyə kamal-ədəblə icra etdim. Gördüm böyürdən ərəb paltarında bir nəfər görkəmli şəxs peyda oldu və mənə dedi:
    Sizin mənimlə işiniz var idi? Dedim:
    Sizinlə yox. Dedi:
    Niyə? Məni o qədər qəflət basmışdı ki, yenə də dedim:
    Yox, səninlə işim yoxdur.
    O çıxıb getdi. Mən birdən özümə gəldim və tez onun arxasınca düşdüm. O həmin çöllükdə bir mənzilə daxil oldu. Mən də ora çatıb gördüm qapı bağlıdır. Qapını döydüm, bir nəfər qapını açıb soruşdu:
    Nə istəyirsən? Dedim:
    Bura indicə daxil olan ağanı istəyirəm.
    Dedi: Buyur içəri.
    İçəri keçdim... Balaca bir ev idi. Qarşısında eyvanı da var idi. Həmin eyvana bir taxt qoyulmuşdu və taxtın üstündə on ikinci məsum imam Həzrət Mehdi (ə) oturmuşdu. Keçib salam verdim. Həzrət salamımın cavabını verdi, amma özümü elə itirmişdim ki, zehnimdə tutduğum bütün məsələləri tamam unutdum. Heyran-heyran baxıb nə deyəcəyimi bilmirdim. Axırda bir-iki başqa sual soruşub cavabımı alandan sonra çölə çıxdım.
    Evdən bir az uzaqlaşmışdım ki, zehnimdə tutduğum, sualına cavab axtardığım 14 məsələ yadıma düşdü. Tez geri qayıdıb təzədən qapını döydüm. Yenə də həmin adam gəlib qapını açdı və dedi:
    Buyurun: Dedim:
    Həzrətin xidmətinə getmək istəyirəm, suallarım var, onların cavabını soruşacağam.
    Dedi: Ağa getdi, amma naibi burdadı.
    Dedim: Əgər mümkündürsə icazə verin naibindən soruşum. Dedi:
    Buyurun, gəlin. Daxil oldum, amma baxanda gördüm Seyyid Əbül-Həsən İsfəhani Həzrət İmam Zamanın bir az bundan qabaq oturduğu həmin taxtın üstündə əyləşmişdir. Suallarımı bir-bir verib cavablarını aldım və xudahafizləşib çölə çıxdım.
    Çölə çıxandan sonra öz-özümə dedim:
    Əcəba! Ayətullah İsfəhani Nəcəfdə idi, bura nə vaxt gəlib çıxdı?
    Tez Nəcəfə qayıtdım. Günortanın yandırıcı istisində gözləməyib birbaşa İsfəhaninin evinə yollandım. İcazə alıb içəri keçdim. Gördüm namaz qılır.
    Namazı başa vurandan sonra mənə sarı dönüb hal-əhval tutdu və dedi:
    Məgər suallarının cavabını almadın?
    Dedim:
    Niyə ki ... amma..!
    İkinci dəfə soruşdum, yenə də həmin qaydada cavab verdi. Başa düşdüm ki, məqamı çox yüksəkdə olan bir şəxsdir və İmam Zamanla (ə) əlaqəsi nə səviyyədədir.(Şeyx Məhəmməd Razi, "Kəramate Salehin”, səh. 166)
    «HƏZRƏTƏ DEMƏYINIZ LAZIM DEYIL!»
    Ayətullah Üzma Əraki, Şeyx Məhəmmədhəsən Kermanşahidən belə nəql edir:
    Mirzə Məhəmmədtəqi Şirazi vəfat edəndən sonra güzəranım çətinləşdi. Neçə gün ağır vəziyyətdə oldum. Nəcəfə gedib hərəmə daxil oldum, üzümü pak zirehə söykəyib hacətlərimi bildirdim. Çölə çıxanda hərəmin həyətində bir nəfər gəldi, bir miqdar pul verib getdi. Bir müddət həmin pulla dolandım, elə ki, pul qurtardı, yenə də hərəmə gedib Həzrət Əlidən (ə) hacət istədim. Bu dəfə də bir nəfər mənə yaxınlaşıb bir az pul verdi və neçə gün onunla keçindim. Üçüncü dəfə də bu minvalla pul aldım. Dördüncü dəfə yenə də pulum tamam oldu və bu dəfə də gedib Həzrətə ağız açdım. Çölə çıxanda gördüm Ayətullahül-Üzma Əbul-Həsən İsfəhani hərəmin o biri başında − oturduğu yerdən məni gördü və səslədi. Yanına getdim, dedi:
    Məhəmmədhəsən nə vaxt pulun qurtardı gəl məndən istə, həzrətə deməyin lazım deyil!
    Bu barədə təkid də etdi. Mən təəccübdən donub qaldım ki, o hardan başa düşdü ki, mənim hacətim nədir?
    Hərəmdən çıxıb evə getdim. Sabahısı günü onun təkidinə əsasən rəhmətliyin evinə yollandım. Qapını döydüm, özü gəlib açdı və dedi:
    Hə... pulun qurtarıb? Gəl içəri.
    Ağa içəri otağa getdi və gəlməyi bir az ləngidi. Mən gəldiyimə peşiman oldum, istədim ki, qayıdım, gördüm üst-başı tozlu halda gəldi. Əvvəl üzürxahlıq etdi, sonra ətəyini açıb qarşıma çoxlu dirhəm, iraq pulları tökdü və dedi:
    Gec gəldiyim üçün məni bağışla, içəridə uşaqların yığdığı pul kasasını axtarırdım, onları çıxarmaq məni bir az yubandırdı. Bunları götür, sənə zəruridir.
    Ayətullah Ərakinin dediyindən məlum olur ki, Əbul-Həsən İsfəhaninin uşaqlarının yığdığı pullardan başqa pulu yox imiş, çünki mərciyyətinin ilk günləri idi.(Şeyx Məhəmməd Razi, "Gəncineyi Daneşməndan”, c. 6, səh. 376)
    Category: Kəramət sahibləri | Views: 1246 | Added by: Islam_Kitabxanasi | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024