İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 23 » Kamil insan
    7:17 AM
    Kamil insan
    YERLİ VƏ YERSİZ QAYĞILAR
    İndi isə sizin üçün Sədinin bir şerini və Quranın bir ayəsini oxuyacağam.
    Sədinin şeri budur:
    Tərəhhom bər pələnge tizdəndan
    Setəmkari bovəd bər qusfəndan.
    Yəni: İti dişli pələngə rəhm etmək, qoyunlara zülm etmək deməkdir.
    Sədi bu şerdə deyir ki, bir sürü qoyunu yırtmış canavarı tutub öldürmək istəyəndə ürəyi yumşalaraq canavara yazığı gələn şəxs, digər bir mənada daşürəklilik və rəhimsizlik etdiyini başa düşməlidir. Əlbəttə bu bir məsəldir. Onun məqsədi budur ki, zalım insana rəhm etmək məzlum insanlara zülm etmək deməkdir. Adətən zəif insanlar zalımlara rəhm edirlər.
    Əvvəldə qeyd etdiyim Quran ayəsi isə zinakar kişi və arvad barəsindədir. İslamda, evli kişinin zina etməsinin cəzası daşqalaqdır. Zinakar ərli arvadın da cəzası belədir. Quran buyurur ki, zina etmiş həmin şəxsləri cəzalandırın və bir qrup mömin mütləq bu cəza mərasimində iştirak etsin. Belə yerlərdə bir də görürsən, cəmiyyətin ümumi və yüksək mənafelərini fikirləşməyən zəif ruhlu insanlar hissə qapılaraq həmin şəxslərin cəzalandırılmamalarını və ya edam edilməmələrini istəyirlər. Bir də görürsən ki, onlar «bunlara yazığınız gəlsin; bu işi görməməyiniz yaxşı olar» kimi ifadələr işlədirlər. Quran buyurur: «...Allahın dini barəsində [bu işin icrasında] ürəyiniz onlara yumşalmasın...» (Nur-2). Bəli, bura ilahi cəzalandırma yeridir; ilahi qanunlar bəşəriyyətin ümumi mənafelərini nəzərə almaq əsasında və ona uyğun şəkildə tənzim edilib, bura ürəyiyumşaqlıq yeri deyil. Belə yerdə ürəyiyumşaq və atifəli olmaq, cəmiyyətə qarşı zülm və daş ürəklilikdir.
    Bu gün də bir çoxları eyni ilə həmin mətləbi təkrar edərək deyirlər ki, edam nə deməkdir? Edam qeyri-insani cəza növüdür! Cinayətin növündən asılı olmayaraq, cinayətkar edam edilməməlidir! Bu fikrə malik olan insanlar öz sözlərinin izahında deyirlər ki, cani islah edilməlidir. Əcəb ikibaşlı və müəmmalı söz danışıblar!!
    İnsanların islah edilməsinin zəruriliyində heç bir şəkk-şübhə yoxdur. Amma onlar cinayət törətməzdən əvvəl islah edilməlidirlər və onlara bu cinayətləri törətmək icazəsi verilməməlidir. Məsələ burasındadır ki, əgər cəmiyyətlərdə ya tərbiyə üsulları kifayət qədər deyil və ya nəinki islahedici amillər yoxdur, əksinə fəsad və pozğunçuluq amilləri mövcuddur və yaxud da islahedici amillər kifayət qədərdir, amma cəmiyyətlərdə həmişə mövcud olan azdırıcı ünsürlər cinayətə əl atırlar. Bunlarla necə davranmaq lazımdır? Edam cəzası ləğv edilən kimi, tərbiyə üsullarının olmaması və ya kifayət etməməsi ucbatından mövcud olan islah edilməmiş canilər və bütün şəraitlərdə cinayətkarlıq ruhuna malik olan qruplar amansız cinayətlərə əl atacaqlar. Biz bu gün «qoy cani cinayət törətsin, sonra gedib onu islah edək» mənasını verən, «cinayətkarı islah etmək lazımdır» bəhanəsi ilə mövcud canilərə yaşıl işıq yandırırıq və bizim bu işimiz onları cinayətə təşviq edir. Çünki cinayətkar öz-özlüyündə fikirləşir ki, yaşadığım cəmiyyət indiyə kimi məni islah etmək fikrinə düşməyib; uşaqlıqda atam, böyüyəndən sonra isə heç kəs mənim tərbiyəmlə məşğul olmayıb, bəs biz cinayət törədək və bizi həbsxanaya aparsınlar, bəlkə orada bizi tərbiyə və islah edələr və orada adam olaq. Deməli, islah olunmağımıza hazırlıq məqsədi ilə bir cinayət törətməyimiz lazımdır!
    Başqa birisi isə belə deyir: Oğrunun əlini kəsmək nə deməkdir?! Bu qeyri-insani bir şeydir və adamın qəlbini riqqətə gətirir!
    Dar düşüncəli adamlar bu cür sözlər danışaraq etiraz edirlər. Siz qəzetlərin «hadisələr» səhifəsinə baxsanız oğurluq nəticəsində cəmiyyətə nə qədər maddi xəsarətlər vurulmasından əlavə, nə qədər cinayətlərin törənməsi və günahsız adamların öldürülməsinin şahidi olarsınız. Əgər oğru vaxtında cəzalandırılsa və o, bilsə ki, yaxalandığı təqdirdə törətdiyi cinayətə görə dörd barmağı kəsiləcək və bu cinayətinin nişanəsi ömrünün axırına kimi onun bədənində qalacaq, heç vaxt oğurluq etməz. And içirəm ki, bir neçə oğru, bəlkə hətta bir oğru bu cür cəzalandırılsa, oğurluğun qapısı bağlanar.
    Əlli-altmış il bundan əvvəl Məkkəyə getmiş hacılar bilirlər və bəlkə də həmin vaxt həcc ziyarətinə getməyənlər də Səudiyyə Ərəbistanında oğurluğun necə geniş yayıldığını eşidiblər. O zamanlar maşın və təyyarə olmadığı üçün həcc karvanları at, dəvə və bu kimi heyvanlarla yol gedirdilər. Onlar silahlanmalarına və özləri ilə mühafiz aparmalarına baxmayaraq, həmin yolu iki min nəfərdən az adamla getməyə cürət etmirdilər. Elə bir il olmurdu ki, yolkəsənlərin həmin karvanlara hücum edərək nə qədər adam öldürmələri, onların mallarını oğurlamaları və hətta özlərindən nə qədər adam öldürülməsi barəsində xəbərlər eşidilməsin. Bu cür basqınlarda həmin oğruların ölmələri ehtimali və fərzi olduğu üçün, onlar oğurluq etməkdən çəkinmirdilər. Səudiyyə dövləti həddindən artıq pis xüsusiyyətlərə malik olmasına baxmayaraq, dünyada heç olmasa bu bir işi çox yaxşı gördü, yəni oğruların barmaqlarını kəsməyə başladı. Bəlkə də hər il yüzlərlə oğru və hacı öldürülürdü, amma bunun heç bir təsiri yox idi. Ərəbistanlı dövlət məmurları oğruları Ərəfat, Mina və ya bu kimi digər izdihamlı yerlərə, yəni bütün hacıların toplaşdıqları yerlərə gətirir və onların barmaq və ya əllərini kəsirdilər. Onlar bu işi bir neçə dəfə təkrar etdilər. Bir də gördülər ki, yolkəsənlər, azğınlıq və ya yoxsulluq ucbatından oğurluq edən digər dəstələr bu işlərindən əl çəkdilər və ümumiyyətlə oğurluq hadisələri yığışdırıldı. Bundan sonra həmin ölkədə bəzən zəvvarların çamadanı və ya başqa bir şeyi yerə düşür, amma üstündən neçə gün keçməsinə baxmayaraq heç kəs onu götürməyə və hətta ona əl vurmağa cürət etmir və axırda sahibi gəlib öz malını tapırdı. Bu vəziyyətin yaranması cəzanın vaxtında və yerində icra edilməsi nəticəsində hasil olmuşdur. Quran buyurur: «Allahın dini barəsində [bu işin icrasında] ürəyiniz onlara yumşalmasın...»
    Deməli bu növ ürəyiyumşaqlıq, rəhm və atifə qeyri-məntiqi, yəni rəhm formasında olan daşürəklilik və zülmdür. Başqa sözlə desək, bu iş birinə rəhm, digərinə isə zülmdür. Bu növ rəhm və mərhəmət nəfsani istək və şəhvətlər müqabilində müqavimət göstərmək kimi, müəyyən bir qüdrət sayılmamalıdır.
    Buna görə də həmişə qüdrətdən dəm vuraraq ondan tam bəhrələnən və öz zəif nöqtələrini gizlədən şəxsin üstün və kamil insan olmasını iddia edən qüdrət məktəbi, qüdrətin özünü belə düzgün tanıyaraq dərk etmyib və onun həqiqətini anlamayıb.
    HƏDİSLƏR BAXIMINDAN HƏQİQİ QÜDRƏT
    Qüdrət insanın başqalarının köməyinə tələsməsidir. Qüdrətli ruh öz övladlarına belə buyurur: «Zalıma düşmən, məzluma arxa ol!» Əli (ə) əziz övladları imam Həsən və imam Hüseyn (ə)-a belə buyurub: «Ey mənim övladlarım! Sizin güc və qüdrətiniz həmişə məzluma köməyə, zalımla döyüşə tələssin.» Bu iş qüdrət nişanəsidir. Məsələ burasındadır ki, Niçenin təklif etdiyi kin bəsləmək, həsəd, bədxahlıq və bu kimi xüsusiyyətlərin hamısı zəiflikdən yaranır. Həmişə başqalarından intiqam almaq istəyən, başqalarının pisliyini arzulayan və başqalarını incitmək istəyən şəxsin bu işləri, Niçenin dediyi kimi qüdrətdən deyil, zəiflikdən yaranır. İnsan nə qədər çox güclü və qüdrətli olsa, onun başqalarına qarşı kin və həsədi az olar. Sizə imam Hüseyn (ə)-dan bir cümlə nəql edim. O həzrət buyurub: «Qüdrət, kini aradan aparır.» Bu, çox maraqlı cümlədir və çox dəqiq psixoloji mülahizələr üzərində qurulub. Bəli, qüdrət kini aradan aparır, yəni insan özündə güc və qüdrət hiss etdikdə başqalarına qarşı kin bəsləmir, əksinə zəif adam həmişə qəlbində kin saxlayır və başqalarına qarşı həsəd aparır.
    İndi isə Əli (ə)-dan qeybət barəsində bir cümlə nəql edirəm. Əli (ə)-dan soruşurlar ki, qeybət edənlər, ürəkləri həmişə onun-bunun dalınca danışmaq istəyən və başqalarının dalınca pis sözlər danışmaqdan ləzzət alanlar kimlərdir? O həzrət buyurur: Aciz, zəif və bacarıqsız insanlar! Qeybət aciz adamın son cəhdidir. Güclü və qüdrətli insan və ruhunda güclülük hiss edən şəxs qeybət etməkdən utanır və o, bu işi alçaq və zəif adamların işi hesab edir. Güclü insan başqalarının qeybətini etmək və ya eşitmək istəmir. Əli (ə) qeybətin zəifliyə əsaslandığını bildirərək deyir ki, güclü və qüdrətli insan, güclü ruh sahibi heç vaxt qeybət etmir.
    Əli (ə) hətta zinanın səbəbinin də zəiflik olmasını bəyan edib. O həzrət buyurub: «Qeyrətli şəxs heç vaxt zina etməyib.» Yəni dünyada bir damla qeyrəti olan adam heç bir qadınla zina etməz, başqalarının namusuna xəyanət əli uzatmaz, yalnız qeyrətsiz adam özündə zəiflik hiss edər. Yəni o, elə adamdır ki, birdən başqaları onun namusuna toxunsalar belə, onun tükü tərpənmir. Bəli, zina edənlər ancaq qeyrətsizlərdir, qeyrətli adam heç vaxt zina etmir.
    Niçe bu qüdrətlərin heç birini tanımır. Onun fikrincə qüdrət yalnız güc və zor, yəni silah və dəmirə malik olmaq və onları onun-bunun başına vurmaqdır. Üstün insan, böyük bir heyvan, yəni qolunun gücü çox olan şəxsdir. O, ruhun güc və qüdrətindən tamamilə xəbərsizdir və bu barədə heç nə bilmir. Deməli islamda, qüdrətin dəyər, insani kamal və kamil insan çöhrəsinin cizgilərindən olmasında heç bir şübhə yoxdur. İslam zəif insanı bəyənmir. Üsuli-kafi kitabının 5-ci cildinin 59-cu səhifəsində nəql edilmiş hədisdə deyilir: «Alahın zəif mömindən xoşu gəlmir.»
    Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, birincisi, islam, qüdrəti insan üçün yeganə dəyər hesab etmir və onunla yanaşı digər dəyərlərə də diqqət yetirilməsini vurğulayır; ikincisi, islamın qüdrət ifadəsi ilə Niçe, səfsətəçilər, Makyavel və başqalarının işlətdikləri qüdrət kəlməsi arasında fərq vardır. İslam insanda elə qüdrətləri tanıyır və onları gücləndirərək təhrik edir ki, onların nəticəsi Niçenin dediyi nəticələrdən başqa bir şey olur. Onun nəticəsi cəmiyyətin xeyrinə olan şeylərdir.
    Niçe deyir ki, insanın ürək yanğısı onun zəifliyindəndir. Ona demək lazımdır ki, söhbət «ürəyiyanmaq zəiflikdəndir» deyil, səxavətlilik, xeyirxahlıq və faydalılıqdan gedir. Nə üçün məsələyə bu tərəfdən baxmırsan, cənab Niçe?! Həmin sözlərini bu cür de: Qüdrətli adam başqalarına xeyir yetirir, yoxsa zəif? Xeyir və fayda vermək qüdrətdəndir, yoxsa zəiflikdən? Bəli, xeyir və fayda vermək zəiflik deyil, qüdrətdəndir.
    İndi isə digər bir məktəbdən danışaq.
    MƏHƏBBƏT MƏKTƏBİ
    Daha çox Hindistanda, bir az da xristianlar arasında təbliğ edilmiş digər bir məktəb isə «məhəbbət» məktəbidir. Əlbəttə xristianlar öz məktəblərini məhəbbət məktəbi adlandırırlar, amma dediyimiz kimi, onların məhəbbət məktəbində elə yerlərə çatılıb ki, onları məhəbbət deyil, zəiflik məktəbi və zəifliyi tərifləyənlər adlandırmaq lazımdır. Amma hindistanlıların məktəblərini məhəbbət məktəbi adlandırmaq olar. Məhəbbət məktəbi nədir?
    Məhəbbət məktəbi insanın kamlliyini xalqa xidmət və onlara məhəbbət göstərməkdə görür, yəni onlar Niçe məktəbinin tam əks nöqtəsində dayanırlar. Onlar Niçe rədd edən şeylərin tam əksini deyirlər. Bu məktəbin tərəfdarları deyirlər ki, kamil insan Allah bəndələrinə xeyir verən insandır və ümumiyyətlə insanlıq xalqa xeyir verməkdən ibarətdir. İndi də əcnəbi məktəblərdə insanlıq və humanistlik deyiləndə, xalqa xidmət və məhəbbət göstərmək nəzərdə tutulur. Amma dediyimiz kimi, əcnəbilərin özləri əməldə bu sözlərə riayət etmirlər. Qəzet və jurnallar da «filan şey insanidir» və ya «insani deyildir» deyəndə, ondan başqa heç bir şeyi nəzərdə tutmurlar. Onların «filan şey insanidir» demələrinin mənası budur ki, həmin şey Allah bəndələri baxımından xeyirlidir, filan şey «insani deyil»in mənası isə onun xalqın xeyrinə olmamasıdır. Deməli, onların fikrincə, insanlıq xalqa və Allah bəndələrinə xidmətdən başqa bir şey deyildir. Bəzən bizim şairlərimizin sözlərində də bu cür mübaliğələr edilib. Məsələn, Sədi deyir:
    İbadət becoz xedməte xəlq nist
    Be təsbiho səccadevo dəlq nist.
    Yəni: İbadət təsbeh, səccadə və zahid paltarı ilə deyil, xalqa xidmətlədir.
    Əlbəttə Sədinin burda məqsədi başqa şeydir. O, bu şerində yeganə işi təsbeh çevirmək, səccadə salmaq və dərviş paltarı geyinmək olan və xeyirli işlərdən heç bir şey anlamayan sufiləri nəzərdə tutub. Sədi özü dərviş olmasına baxmayaraq, xalqa xidmətdən heç nə anlamayan dərvişlərə xitab edib. Amma mübaliğə edərək deyir: «İbadət xalqa xidmətdən başqa bir şey deyildir.»
    Bəzən də başqaları həmin mətləbi ayrı ibarətlərlə deyir, amma bunlar səhv ifadələrdir. Onlardan biri də bu ifadədir: «Şərab iç, minbəri yandır, amma mərdimazarçılıq etmə!»
    Onların fikrincə dünyada ancaq bir pislik var və o da mərdimazarçılıqdır. Həmçinin yalnız bir yaxşılıq mövcuddur və o da xalqa yaxşılıq etməkdən ibarətdir. Məhəbbət məktəbinin sözü budur ki, yeganə kamal, dəyər və yaxşılıq xalqa xeyir yetirmək və yeganə naqislik və pislik isə xalqı incitmək və mərdimazarçılıqdır.
    QURANIN YAXŞILIQ VƏ FƏDAKARLIĞA DƏVƏTİ
    Biz bu məktəbin nəzəriyyələrini də islami meyarlarla ölçməliyik. Xalqa xidmət və yaxşılığın islam baxımından insani və ilahi dəyərlərdən olmasında heç bir şübhə yoxdur. İslam baxımından xalqa xidmət etmək, məhəbbət göstərmək və onun dərdini çəkərək qayğısına qalmağın özü kamillik, dəyər, məqam və dərəcəyə malikdir. Amma islam, bu dəyərin də yeganə dəyər kimi qələmə verilməsi ilə müxalifdir.
    Allah-taala, söhbətimin əvvəlində oxuduğum ayədə biz müsəlmanlara bir ədalətli olmağı, bir də yaxşılıq etməyi əmr edib. Ədalətdən məqsəd xalqın hüquqlarına riayət edərək onları pozmamaqdır. Yaxşılıq etmək ictimai baxımdan deyil, əxlaqi cəhətdən ədalətdən də üstündür. Allah-taala nəinki insanların hüquqlarını pozaraq onları tapdalamamağı, hətta öz qanuni haqlarımızı onlara bağışlamağı əmr edib.
    Fədakarlıq və başqalarını özündən üstün tutmaq Quranın bəyan etdiyi mühüm məsələlərdəndir. Fədakarlıqdan məqsəd, insanın özündən keçərək, başqasını özündən üstün tutmasıdır, yəni insan öz malını tam ehtiyacı olan halda başqasına verərək onu özündən üstün tutmalıdır. Fədakarlıq insanlığın ən böyük təzahürlərindəndir və Quran bu işi çox maraqlı ifadələrlə sitayiş edib. Allah-taala, Peyğəmbərin (s) mühacirləri özlərindən üstün tutmuş səhabələrini, yəni «Ənsar» barəsində belə buyurub: «...özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar...» (Həşr-9). Yaxud Əli (ə), Fatimeyi-zəhra (s), imam Həsən və Hüseyn (ə) və Əhli-beyt (ə)-ın şəninə nazil etdiyi «İnsan» surəsinin 8-9-cu ayələrində belə buyurub: «Onlar öz iştahaları çəkdiyi, özləri yemək istədikləri halda [və ya Allah rizasını qazanmaq uğrunda] yeməyi yoxsula, yetimə və əsirə yedirərlər.
    [Və sonra da yedirtdikləri kimsələrə belə deyərlər]: Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən [bu ehsan müqabilində] nə bir mükafat, nə də bir təşəkkür istəyirik.» Yəqin ki, bu ayənin nazil olma səbəbini hamınız eşitmisiniz. Bir dəfə imam Həsən və Hüseyn (ə) xəstələnirlər və Əli (ə) ilə həzrət Zəhra (s) onların sağalmaları üçün oruc nəzr edirlər. Onlar sağaldıqdan sonra Əli (ə) və Fatimeyi-zəhra (s) oruc tutur. Əli (ə) oruc tutduğu halda işləyərək arpa alıb gətirir və Fatimeyi-zəhra (s) ondan çörək bişirir. İftar vaxtı bir yoxsul gəlir və onlar əllərində olan yeməyi ona verirlər. Sonrakı iki gecədə də iftar üçün hazırladıqları yeməyi yetim və əsirə verməli olurlar. Bu hadisədən sonra həmin ayə nazil olur.
    Bəli, söhbət fədakarlıqdan gedir və bu iş yüksək və ali insani məqam və dərəcələrdəndir ki, Quran onu sitayiş edib. İslam tarixində də bu barədə çoxlu hekayətlər nəql edilib.
    Category: Kamil insan | Views: 862 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024