İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 23 » Kamil insan
    7:28 AM
    Kamil insan
    ƏQL MƏKTƏBİNƏ TUTULMUŞ İKİ İRAD
    Filosofların fikrincə insanın cövhəri yalnız onun əqlidir və qalan şeylərin hamısı onun üçün alət və vasitədirlər. Onlar deyirlər ki, əgər bizə bədən, göz, qulaq, hafizə, xəyal, vahimə və hər hansı bir başqa qüvvə verilibsə, onlar bizim zatımız üçün vasitədirlər və bizim zatımız da həmin əqldir.
    Biz islamda bu məsələni təsdiqləyəcək bir mətləb tapa bilərikmi? Xeyir, biz islamdan insanın cövhərinin yalnız əql olması məsələsini təsdiqləyəcək bir şey gətirə bilmərik. İslam, əqli insan vücudunun hamısı və onun bütün varlığı hesab edən nəzəriyyələri deyil, onu insan vücudunun bir hissəsi hesab edən fikirləri təsdiq edir. Üçüncü mətləb budur ki, bizim fəlsəfi kitablarımız, adətən imanı «mərifət və tanımaq» kimi izah edirlər. Onlar deyirlər ki, islamda imanın mənası ancaq mərifətdir, Allaha iman gətirmək Onu tanımaq deməkdir və peyğəmbər, mələklər və məada iman da həmin mənadadır. Quranın harasında iman kəlməsi işlənibsə, mənası mərifət və agahlıqdır və onun bundan başqa heç bir mənası yoxdur.
    Bu mətləb islamın dedikləri ilə heç cür düz gəlmir. İman, islamda mərifət və tanışlıqdan artıq bir həqiqətə malikdir. Tanımaq bilməkdir. Astronom ulduzu, sosioloq cəmiyyəti, psixoloq ruhu, baytar heyvanı tanıdığı kimi su mütəxəssisi də suyu tanıyır. «Tanıyır», yəni həmin şey ona aydındır və o, həmin şeyi dərk edir. Məgər Qurandakı imanın mənası yalnız tanımaqdır? Allaha iman gətirməyin mənası, Onu yalnız dərk etməkdirmi? Xeyir! Tanımağın imanın əsaslarından və onun hissələrindən biri olması və onsuz olan imanın, iman olmaması düzgün fikirdir, amma quru mərifət və tanışlıq da iman deyil. İman rəğbət və təslimdir, onda təzim, bağlılıq və məhəbbət ünsürləri də vardır, amma tanışlıqda rəğbət və meyl məsələsi yoxdur.
    Bir nəfərin astronom olması, onun ulduza rəğbət və meyl göstərməsi demək deyil, o, sadəcə olaraq ulduzu tanıyır. Həmçinin kiminsə şaxtaçı və ya su mütəxəssisi olması onun mədən və suya rəğbət bəsləməsi mənasını vermir. Çünki insanın, çox nifrət etdiyi bir şeyi tanıması da mümkündür. Bəzən kimsə siyasət aləmində düşmənini özündən yaxşı tanıyır. Məsələn, İsraildə olan ərəbşünas, müsəlmanşünas və hətta islamşünasların sayı müsəlmanlar arasında həmin sahələrlə məşğul olanlardan çox ola bilər. İsraildə olan Misirşünas, Suriyaşünas və Əlcəzairşünasların sayını İrandakılardan çox olması qətidir. Ümumiyyətlə, bəlkə də İranda bir nəfər belə həqiqi Misirşünas yoxdur, amma onlarda həmin işlə məşğul olanların sayı yüzlərlədir. Misirdə də İranşünaslıq çoxdur. İndi, İsrailin Misiri tanımasının mənası onun İsrailə meyl və rəğbəti olması mənasındadırmı? Xeyir, belə deyil, bəlkə məsələ tamamilə əksinədir və onlar bir-birlərinə nifrət bəsləyirlər.
    İslam alimləri, filosofların iddialarının əksinə olaraq, islam imanının yalnız mərifət və tanışlıqdan ibarət olmasının dəlilinin, Quranın ən yaxşı tanıyanlardan ən yaxşı nümunələr gətirməsi olduğunu bildirirlər. Bu ilahi kitab Allah, peyğəmbərlər, ilahi höccətlər və məadı ən yüksək və ali səviyyədə tanıyan bir məxluqu misal gətirib ki, o, bütün bunlara baxmayaraq müsəlman deyil, kafirdir. O, hansı məxluqdur? Şeytan! Şeytan Allahı tanıyır, yoxsa Onu inkar edir və materialistdir? O, Allahı biz və sizdən çox yaxşı tanıyır, neçə min il də Allaha ibadət edib. Quran bizə mələklərə iman gətirməyimizi deyir. Şeytan mələkləri tanıyır ya yox? Bəli tanıyır. O, minlərlə il mələklərlə bir sırada dayanıb və Cəbraili mən və sizdən çox-çox yaxşı tanıyır. Peyğəmbərləri necə? O, peyğəmbərlərin peyğəmbər və ilahi elçilər olduqlarını bilir ya yox? Bəli, o, peyğəmbərlərin hamısını bizdən yaxşı tanıyır. Məadı da həmçinin! Allahla həmişə qiyamət barəsində danışır. Əgər belədirsə, bəs nə üçün Quran onu kafir adlandıraraq belə buyurur: «...O, [səcdə etməyə] təkəbbür göstərdi və kafirlərdən oldu». (Sad-74). İman filosofların dedikləri kimi, yalnız mərifət və tanımaq olsaydı, şeytan birinci mömin olmalı idi, halbuki mömin deyil. Çünki o, inadkar tanıyandır, yəni mərifət və tanımasına baxmayaraq, inad və müxalifət edir. Tanıdığı həqiqət müqabilində təslim olmur. Həmin həqiqətə rəğbəti yoxdur. Həmin həqiqətə əlaqə göstərmir və ona doğru hərəkət etmir. Deməli iman, təkcə tanımaq deyil. Buna görə də bizim filosofların çoxu Tin surəsinin ayələrinin birinin təfsirində səhvə yol veriblər. Həmin surə belədir:
    «And olsun əncirə və zeytuna, and olsun Tur dağına, and olsun bu təhlükəsiz, qorxusuz-xətərsiz şəhərə ki, biz insanı ən gözəl biçimdə yaratdıq. Sonra da onu qaytarıb rəzillərin rəzili edirik! Yalnız iman gətirib yaxşı əməllər edənlərdən başqa!»
    Filosoflar deyirlər ki, bu surənin 6-cı ayəsindəki «İlləl-ləzinə amənu» (iman gətirənlərdən başqa) ifadəsindən məqsəd nəzəri hikmət, «Və əmilus-salihati» (yaxşı əməllər edənlər) ifadəsindən məqsəd isə əməli hikmətdir. Bu düzgün deyil. «İlləl-ləzinə amənu» ifadəsində nəzəri hikmətdən üstün şeylər vardır və nəzəri hikmət onun bir hissəsi və təməlidir, iman yalnız hikmət, elm və tanışlıq əldə etmək demək deyildir, onda mərifət və tanışlıqdan üstün şeylər vardır.
    Biz bura kimi əql məktəbi barəsində üç məsələni açıqladıq. Onlardan biri budur ki, əql höccətdir, onun əldə etdiyi şeylər mötəbərdir və o, düzgün agahlıq və bilik əldə edə bilər. İslam bu mətləbin düzgün olduğunu bildirib. İkinci məsələ bu idi ki, əql insanın yeganə cövhəridir. İslam bu məsələni təsdiq etmir. Üçüncü məsələ isə budur ki, islami iman əqlin həmin dərk, bilik və agahlığıdır və tanışlıqdan başqa bir şey deyil. İslam baxımından bu fikrin də düzgün olmamasını qeyd etmişdik.
    İMANIN ƏSİLLİYİ
    Ortaya çıxan digər bir məsələ isə budur ki, iman və tanışlıq – imanı tanışlığın eyni və ya tanışlığı onun bir hissəsi götürməyimizdən asılı olmayaraq – əsasdır, yoxsa o, əməlin müqəddiməsidir və əsas deyil? Burada da iki böyük məktəb bir-birinə qarşı çıxaraq üz-üzə dayanır.
    «İman əsasdır» sözündən məqsəd nədir? Yəni iman, insan əməlinin etiqad bazası olduğu üçün, islam onu bizə tövsiyə edib? Başqa sözlə desək, insan dünyada səy və təlaş etməli, həmişə fəaliyyətlə məşğul olmalı, həmçinin həmin fəaliyyət müəyyən proqrama əsasən həyata keçirilməli və habelə insan müəyyən hədəf, proqram və taktikaya sahib olmalı olduğu üçün etiqadi təmələ malik olmalıdır? Sualı sadələşdirmək üçün onu bir az da genişləndiririk. Belə ki, insan, fəaliyyəti istər-istəməz zehni olan bir varlıqdır. O, həyatında əməli proqramlara malik olmaq və hədəflərinə çatmaq üçün zehni və etiqadi təmələ möhtacdır və həmin şeylər bu təməl olmadan mümkün deyildir. İndi sual budur ki, ona, bu zehni məhsulları üzərində qurması üçün etiqadi təməl vermək lazımdırmı?
    Bu eyni ilə bir bina, salon və ev tikmək istəyən şəxsə bənzəyir. Həmin şəxsin hədəf və məqsədi dörd divar, bir tavan, qapı, pəncərə və s. şeylərə malik olan bir salon tikməkdir. Hər hansı bir tikinti, o cümlədən bu salonun tikilməsində görüləcək ilk iş, yəni yerin qazılması və tikinti təməlinin tökülməsi həmin şəxsin hədəf və məqsədindən xaricdir, amma tikiləcək salonun möhkəmliyi və titrəyərək uçmaması üçün həmin işin görülməsi zəruridir.
    Məsələn, kommunizm materializmə arxalanan və materialist fikirləri üzərində qurulmuş bir sıra etiqadi əsaslara malikdir. Onun, həmçinin bir sıra ictimai, siyasi, iqtisadi və əxlaqi əsasları vardır ki, həmin etiqadi əsaslar fikri quruluş baxımından bu əsaslar üçün təməldirlər. Amma kommunist şəxs üçün həmin fikri əsaslar hədəf deyildir. Doğrudan da kommunist üçün materializm hədəf deyil və bu onun üçün əsas məqsəd sayılmır. Amma o, səhvən belə fikirləşir ki, materializmsiz bu ictimai, siyasi, iqtisadi və əxlaqi əsasları heç cür yozmaq mümkün deyildir. Buna görə də bu əsasları yozmaq üçün həmin fikri əsasları qəbul edir. Son zamanlar dünyada olan kommunistlərin çoxu materializmi kommunizmdən ayırmağa başlayıblar. Onlar deyirlər ki, materializm nəinki bizim üçün əsas deyil, bəlkə bizim onu inkaredilməz əsas kimi qəbul etməyimizin heç bir lüzumu yoxdur, biz hətta materializmsiz olsa belə, kommunizmi istəyirik. İndi dünyanın bəzi yerlərində kommunist başçıları dinlə mübarizəni yavaş-yavaş azaltmağa başlayıblar. Bunun səbəbi odur ki, həmin fikri əsaslara inam onlar üçün əsas deyil. Həmin fikri əsaslar yalnız etiqadi baza və fikri təməldir. Dünyagörüşü olmadan ideologiya qurmaq mümkün olmadığı üçün, bu dünyagörüşünü onun altında qururlar. Bundan məqsəd öz ideologiyalarını həmin dünyagörüşü üzərində qurmaqdır. Amma əsas və hədəf ideologiyanın özüdür.
    Bu məsələ islamda necədir? İslam da, Allah, mələklər, peyğəmbər, övliyalar və məada iman bəsləməyi fikri və etiqadi təməl təqdim etmək üçün irəli sürübmü? İslam, ideologiyasının fikri əsaslar üzərində qurmaq üçün bu fikri əsasları irəli sürüb və əslində, əsas hədəf ideologiyadır və bu fikri əsaslar əsassızdırlar? Yaxud bu fikri əsasların özləri də əsasdırlar? Bu sualın cavabı budur ki, həmin fikri əsaslar islam ideologiyasının etiqadi təməli olmaqla yanaşı, təməl dəyərinə malik deyillər. İslam da, iman və etiqadi təməldir və islam ideologiyası həmin iman üzərində qurulur, amma iman təməl dəyərinə malik olmaqla yanaşı həm də əsasdır. (Yəni hədəf də sayılır).
    Deməli burada filosoflar haqlıdırlar və imanın dəyəri onun əmələ müqəddimə olmasına görə deyildir, onun özü əsasdır. Hər şey əməl, fəaliyyət və səydən ibarət deyil. Əgər imanı əməldən ayırsaq onun bir sütununu xarab etmiş olarıq. Həmçinin əməlin imandan ayrılması onun sütunlarından birini xarab etmək deməkdir. Quran həmişə «iman gətirib yaxşı əməl edənlər...» deyir. İman əməlsiz olsa, səadətin rükunlarından biri var, digəri isə yoxdur. Əməli əsas kimi tutub, imanı buraxmaq da düz deyil. Səadət çadırı bir sütun üzərində dayanmır. İslam baxımından imanın zatı dəyəri var və onun özü əsasdır. Doğrudan da insanın bu dünya, xüsusilə axirət dünyasındakı kamalı onun imanlı olması ilədir. Çünki islamda ruh doğrudan da müstəqildir, özünün kamalı var və o, insan öləndən sonra da qalacaqdır. Ruh öz kamilliklərinə çatmasa naqis olur və səadətə nail ola bilmir.
    QURAN VƏ NƏHCÜL-BƏLAĞƏDƏN NÜMUNƏLƏR
    Quranın bu barədəki ibarətinə diqqət edin: «Bu dünyada [Allahın dəlillərini, möcüzələrini görməyib gözü və qəlbi] kor olan axirətdə də kor olar və haqq yoldan daha da çox azar.»
    (İsra-72).
    İmamlar və başqaları bu ayənin təfsirində deyiblər ki, məqsəd bu deyil ki, kimin zahiri gözləri bu dünyada kordursa, o dünyada da kor olacaq. Əgər belə olsaydı imam Cəfər Sadiq (ə)-ın səhabələrindən olmuş Əbu Bəsir o dünyada necə də pis vəziyyətdə olardı?! Xeyir! Məqsəd budur ki, kimin batini gözləri kor olsa və həqiqət, Allah, Allahın aşkar nişanələri və iman gətirməli olduğu şeyləri görməsə axirət dünyasında məhşərə kor gətiriləcəkdir, onun bundan başqa yolu yoxdur! Əgər fərz etsək ki, bir nəfər insanın, etməli olduğu bütün yaxşı əməlləri yerinə yetirib, insanları yaxşı əməllərə dəvət edərək pis işlərdən çəkindirmək sahəsindəki vəzifələrini tamamilə həyata keçirib, dünyada pərhizkarların ən pərhizkarı kimi yaşayıb və ömrünü Allah bəndələri yolunda sərf edib, amma Allaha iman gətirməyib, məad və varlıq aləmini tanımayıb, həmin insan doğrudan da kordur və axirətdə kor olmasında heç bir şübhə ola bilməz. Artıq, söhbət imanın bu zəhmət, səy və əməllər üçün yalnız müqəddimə olmasından getmir ki, biz «insanın əməli düz olmalıdır, imanı olmasa da olar» deyək. Xeyir, bu söz düz deyil.
    Fəxri Razi bu rübaisində çox ali deyib:
    Tərsəm berəvəm aləme can nadide
    Birun rəvəm əz cəhan cəhan nadide
    Dər aləme can çun rəvəm əz aləme tən
    Dər aləme tən aləme can nadide
    Onun «qorxuram bu dünyadan gedəm, amma dünyanı görməyəm»dən məqsədi bu qapı, pəncərə, yer-göy, dəniz, ulduz və s. şeyləri görmək deyil, «ürəyimdəki gözün açılmamasından, islamın iman adlandırdığı, dünyanın ruhu, başlanğıcı, sonu və s. dərk etmədən ölməkdən qorxuram» mənasıdır. Deyir ki, mən bədən aləmində ruh aləmini görməmişəmsə, bu aləmdən ruh aləminə gedəndə oranı necə görə bilərəm? Mən onu burada görməli idim və lakin bacarmadım. Fəxri Razi bu rübaidə İsra surəsinin 72-ci ayəsini, yəni bundan qabaq gətirdiyimiz ayəni məna edib.
    Quran digər yerdə belə buyurur: «O belə deyər: Ey Rəbbim! Nə üçün məni məhşərə kor olaraq gətirdin.
    Allah buyurar: Elədir, amma sənə ayələrimiz [möcüzələrimiz, qüdrətimizə dəlalət edən əlamətlər] gəldi, sən isə [özünün görməməzliyə vurub] onları unutdun [iman gətirmədin]. Bu gün eləcə də sən unudulacaqsan.»
    (Taha 125-126).
    Qiyamət günü məhşərə kor gətirilən bəndə etiraz edərək deyəcək: Ey Rəbbim! Nə üçün məni məhşərə kor halında gətirdin, mənim dünyada gözüm görürdü, nə üçün burada kor olmuşam? Ona xitab olunacaq ki, dünyada malik olduğun göz bura yaramır. Burada başqa göz lazımdır və sən özün həmin gözü dünyada kor edibsən, buna görə də burada korsan. Bizim dünyada nişanələrimiz var idi. Sən, həmin nişanələrlə bizi görmək əvəzinə, bizi tanıyaraq həqiqəti dərk etmək yerinə, orada onları kor etdin. Buna görə də həqiqət aləminə gəldiyin zaman, məhşərə kor gətirilirsən. Bu dünyada yalnız həqiqi görüm faydalıdır.
    Mütəffifin surəsində də belə buyurur: «Xeyr, o gün Rəbbinin mərhəmətindən məhrum olacaqlar.» Allah-taala peyğəmbərə göstəriş verir ki, onlardan əl çəksin. Həmin gün onların gözlərini tor və pərdə tutacaqdır, onlar görmək üçün dünyada qəflət pərdəsini kənara çəkməli idilər. İmanın mənası budur: Ey insan, sən bura, bu dünyada gözünün o o biri dünyanı görməsi və qulağının burada oranı eşitməsi üçün gəlmisən.
    Mən dəfələrlə gənclərin dini ədəbiyyat, xüsusilə «Nəhcül-bəlağə»yə diqqət yetirmələrini görəndə sevindiyimi bildirmişəm. Amma, yaddan çıxarmaq lazım deyil ki, sizlər «Nəhcül-bəlağə»nin bütün cəhətlərini görməmisiniz. Orada göz və qulaqlar barəsində necə söhbət açdığına diqqət edin. «Nəhcül-bəlağə» imana əsas kimi baxır. Həzrət Əli (ə) imanın yalnız təməl və etiqadi dəyər olmasını demir. O, deyir ki, iman təməli və etiqadi dəyərə malik olmaqla yanaşı, həm də əsas dəyərə malikdir.
    Əli (ə) «Nəhcül-bəlağə»də Allah əhli barəsində belə buyurur: «Onlar, Allahı çağırmaq, istiğfar edərək Onda qərq olmaqla yanaşı, batinlərində bağışlanma mehi əsir.» Yəni onlar bağışlandıqlarını hiss edir, duyurlar.
    O həzrət başqa bir yerdə belə buyurur: «Bütün dövrlərdə fikir və batinlərində öz Allahları ilə söhbət edən, Onu dinləyən insanlar vardır.» Yəni Allah onların fikir və ağıllarında onlarla danışır.
    Deməli, islamda Allahı, varlıq aləminin vasitələri olan mələkləri, ilahi feyz və bərəkətin bizlərə çatmasında digər vasitələr olan peyğəmbərləri və Allah övliyalarını tanımaq, bu dünyaya nə üçün gəldiyimizi və hara getdiyimizi bilmək və həmçinin istər-istəməz hamının Allaha doğru qayıdacağını (yəni məadı) dərk etmək əsasdır. Həqiqət və gerçəkliklərə iman gətirmək əsasdır və bu, əsaslı olmaqla yanaşı həm də islam ideologiyasının əqli və etiqadi təməlidir. Tam əsaslı olan iman, ideologiya üçün çox gözəl əqli və etiqadi təməl ola bilər. Buna görə də heç vaxt nə əməli imana və nə də imanı əmələ qurban verməyin. Bunların heç biri digərinə qurban verilməməlidir. Filosofların «kamil insan»ı, ümumi götürdükdə kamil deyil, naqis insandır. Naqis insandan məqsədimiz budur ki, o, kamalın bir hissəsinə malikdir. Onların əqli kamalı əsas hesab etmələri düzgün fikirdir, amma insani kamilliyin digər cəhətlərinə göz yumaraq bütün kamilliyi əqli kamillikdə axtarmaları, onların «kamil insan»larını «yarımkamil» yəni naqis edib. Filosofların «kamil insan»ı yalnız bilik heykəlidir. O, yalnız bilir. Belə ki, onların fərz etdikdləri kamil insan hər şeyi yaxşı bilən bir varlıqdır. Həmin insan şövq, hərəkət, hərarət, gözəllik və digər başqa şeylərə malik olmayan, yalnız və yalnız bilən varlıqdır. İslam baxımından bacarığı yalnız bilmək olan və elmi bütün varlığı əhatə edən, necə deyərlər «bir küncdə oturmuş dünya» olan varlıq kamil deyil, naqis, yəni yarımkamildir.
    İmam Musa ibni Cəfər (ə)-ın filosofların sözlərinin düz olan hissəsini təsdiqləyən, əqlin dəyəri barəsindəki rəvayətini oxumağa fürsət yoxdur. Əlbəttə bu barədə çox söz var. Bu barədə danışmaq istəsək bir iki gün vaxt lazımdır. Buna görə də, bu məktəb barəsindəki söhbətimizi burada sona çatdırırıq.
    Category: Kamil insan | Views: 925 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024