İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2075
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 3
Qonaqlar 2
İstifadəçilər 1
Ferec313
Son qeydiyyatçılar
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Main » 2011 » September » 23 » Kamil insan
    7:33 AM
    Kamil insan
    İNSANIN DƏRDİ ƏLİ KƏLAMINDA
    Əli (ə) Kumeyl ibni Ziyad ilə səhraya gedəndə necə də gözəl söz deyib. Kumeyl deyir ki, səhraya və heç kəsin olmadığı bir yerə çatanda Əli (ə) dərindən ah çəkib belə dedi: «Ey Kumeyl ibni Ziyad! İnsanın qəlbi qab kimidir. Qabların ən yaxşısı tutumu çox olan və ya içindəkini yaxşı saxlayandır. Sənə dediklərimə yaxşı qulaq as.»
    Həzrət Əli (ə) söhbətinin davamında insanları üç hissəyə bölür ki, mən bu barədə danışmaq niyyətində deyiləm. Söhbətinin sonunda isə belə şikayətlənir: «Əfsuslar olsun ki, ürəyimdəkiləri deməyə layiq sirr saxlayan insanlar yoxdur.» Sonra isə belə deyir: «Amma belə də deyil ki, heç kəs olmasın. Həmişə, bütün dövrlərdə belə adamlar olublar... Bəsirətin son həddində olan həqiqi elm onlara üz tutub və onlar tam yəqinlik məqamına çatıblar. Onlar yəqinlik ruhuna birləşiblər və onunla onlar arasında fasilə yoxdur. Əyyaş və maddəpərəst adamlara çox çətin gələn şeylər, onlara çox asan və rahat gəlir. Nadanların qorxaraq vəhşət etdikləri şey, yəni haqq ilə xəlvətdə münacat etmək onların ülfət mənbəyidir, ünsiyyət ocağıdır. Bunlar, dünyada camaatla bir yerdədirlər, amma uca aləmə cəzb edilmiş ruhlarla! Bu dünyada olmaları ilə yanaşı, həm də bu dünya da yoxdurlar. Həm bu dünyadadırlar, həm də başqa dünyada.»
    Əli (ə)-ın dərdləri, öz dilimizlə desək, Əlinin irfani-ibadi dərd və münacatları çox aydın bir məsələdir. O, ibadət edərkən elə bir mərhələyə çatır və özündən uzaqlaşaraq məhbub və məşuqunun eşqi ilə elə isinir ki, ətrafında baş verənlərdən, hətta bədəninə batmış oxun çıxırlmasından xəbərsiz olur!
    İnsanın dərdi budur, yəni Haqqdan uzaqlığı, Onun zatına yaxınlaşmaq arzu və şövqü və Ona yaxınlaşmaq dərdi! İnsan Haqq olan varlığın zatına çatmayınca bu iztirab və sıxıntı həmişə öz yerində qalacaqdır. İnsan başını nə ilə qarışdırsa, həmin şey bir növ əyləncədir, həqiqət isə ayrı bir şeydir. Quran bu mətləbi belə ifadə edib:
    «...Bilin ki, qəlblər [möminlərin ürəkləri] yalnız Allahı zikr etməklə aram tapar!»
    (Rəd-28).
    Quran demək istəyir ki, qəlblər yalnız və yalnız bir şey ilə iztirab və narahatçılıqlardan uzaqlaşaraq aram ola bilər, bəşər bir şey vasitəsilə sakitləşər və o, Haqqı zikr edərək yada salmaq və Onun zatı ilə ünsiyyətdə olmaqdır. Ariflər bu dərd üzərində çox təkid edir və digər dərdlərə çox az əhəmiyyət verirlər.
    MÖVLANANIN TƏMSİLİ
    Mövlana «Məsnəvi»də əslində təmsil olan bir hekayət nəql edib. Deyir ki, bir kişi həmişə öz Allahı ilə raz-niyaz edərək Allah-Allah deyirmiş. Bir dəfə şeytan zahir olaraq onu vəsvəsəyə salıb elə bir iş görür ki, həmin şəxs həmişəlik olaraq susur. Şeytan ona belə deyir: Ey kişi, sən ki, bu qədər Allah-Allah deyərək səhər axşam nalə və yanğı ilə Onu çağırırsan, heç bir dəfə ləbbeyk (bəli) cavabı eşitmisənmi? Şeytanın bu sözü kişinin ağlına batır, susaraq bir də Allah-Allah səslənmir. Bir dəfə yuxuda qeybdən gələn bir səs ona deyir: Nə üçün Allahla münacatını tərk etdin? Kişi cavab verir: Mən nə qədər münacat etdim və Allaha yalvardımsa bir dəfə belə, ləbbeyk cavabı eşitmədim. Qeybdən gələn səs yuxuda ona belə deyir: Mənə əmr edilib ki, sənə Allah tərəfindən cavab verim və o, budur ki, sənin Allah-Allah deməyin bizim ləbbeyk deməyimizdir.
    Sən, bizim sənin qəlbində yaratdığımız dərd və şövqin, məhəbbət və aşiqlərin ləbbeykimiz olduğunu bilmirsən.
    Nə üçün Əli (ə) Kumeyl duasında belə deyir: «İlahi! Mənim dua etmələrimin qarşısının alınmasına (və dua və münacat dərdinin məndən alınmasına) səbəb olan günahlarımı bağışla!»
    Buna görə də deyirlər ki, dua həm arzu və məqsəd və həm də vasitədir. Yəni dua, həmişə icabət edilərək cavab verilməsi üçün deyil, onun icabət edilməməsinin özü də icabətdir. Məqsəd duanın edilməsidir.
    İNSANIN YARANMIŞLARA QARŞI OLAN DƏRDİ
    Digər bir qrup isə dəyərlərin ən mühümü kimi qələmə verilən insan dərdi barəsində başqa bir məsələyə toxunublar. Onlar insanın Allah deyil, xalq dərdi çəkilməsini mühüm dəyər hesab edirlər. Bu qrupun fikrincə, insanın insanlıq meyarı onun digərlərinin dərdini çəkməsidir. Belə ki, başqalarının ona aidiyyatı olmayan narahatçılıqları onda dərd yaratsın və o, onların dərdlərini çəksin. Sədinin sözü ilə desək:
    Mənim çöhrəm yoxsulluqdan deyil, yoxsulların dərdini çəkməkdən saralıb.
    Başqalarının dərd-qəmini çəkən şəxs yadların aclığı fikrindən yata bilmir, ona özünün aclığı başqalarının aclığından daha asan gəlir. O, başqalarının ayağına tikan batmasını öz gözünə batan tikan hesab edir. Bu qrupa daxil olan insanlar bunu insanın dərdi hesab edir və onun insana dəyər və şəxsiyyət verməsini vurğulayıb, bütün insani dəyərlərin mənşəyinin bu məsələ olduğunu bildirirlər. Bu gün filan məsələnin insani məsələ olduğunu deyənlər, bundan başqa heç bir şeydə insanlıq nişanələri görmürlər. Onlar insanın məsuliyyət hissinə qayıdan və onun, digər insanlar müqabilindəki dərdi ilə bağlı şeyləri insani məsələ hesab edir, digər şeyləri isə bu qismə aid olan məsələlərdən saymırlar. Bu da bütün dəyərlərin yalnız bir dəyərdə məhv olmasının digər bir nümunəsidir.
    İSLAMIN NƏZƏRİ
    Görəsən islam baxımından da insan, yalnız başqalarının dərdini çəkərək onların qeydinə qalan şəxsdirmi? Yaxud, yalnız Allah dərdinə malik olan şəxslər insan adlanır? İslam meyarları baxımından insan Allah dərdinə malik olan şəxsdir və o, Allah dərdinə malik olduğu üçün digər insanların da dərdini çəkir.
    Quranın, başqalarının dərdini çəkərək qeydinə qalmaq barəsindəki sözlərinə diqqət edin. Bu ilahi kitab peyğəmbər barəsində belə buyurur: «[Ya Məhəmməd!] Yoxsa [kafirlər] bu Qurana inanmasalar, [səndən üz çevirib getdiklərinə görə] arxalarınca təəssüflənib özünü həlak edəcəksən?!»
    (Kəhf-6).
    Peyğəmbər (s) xalqın hidayət və səadəti, onların dünya əsirlikləri və giriftarçılıqlarından qurtarmaları və axirətlərinin yaxşı olmasına o qədər rəğbət bəsləyirmiş ki, sanki özünü bu yolda həlak etmək istəyirmiş. Buna görə də ona xitab edilir ki, nə olub? Nə xəbərdir? özünü xalqa görə həlak edəcəksənmi? «Biz Quranı sənə məşəqqət çəkməyin üçün nazil etmədik!
    [Biz onu Allahın əzabından] qorxan bir kimsəyə yalnız öyüd-nəsihət olaraq göndərdik.»
    (Taha-2-3).
    Digər bir ayədə isə belə buyurur: «[Ey ümmətim!] Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə, məşəqqətə düşməyiniz ona ağırdır, o, ;sizin iman gətirməyinizi] çox istəyir, möminlərə şəfqətli və mərhəmətlidir.»
    (Tövbə-128).
    Siz bu ayədə Quranın ifadəsinin nə qədər maraqlı və ali olduğuna diqqət edin. Camaat! Sizin öz aranızdan və öz cinsininzdən olan peyğəmbər gəlib. Onun birinci xüsusiyyəti budur ki, sizin çətinlik, məşəqqət və narahatçılıqlarınız ona ağır gəlir və o, sizin dərdinizi çəkir. Deməli, müsəlman həm Allah və həm də Allah bəndələrinin dərdini çəkən şəxsdir. Quran həris kəlməsindən istifadə edib. Bəzən valideynlər uşaqlarının ruhani olmalarını istəyirlər və bu məsələdə o qədər ifrata varırlar ki, onlar barəsində belə deyilir: Filankəs uşağının savadlı olmasına hərisdir. Bu hərislik, istəyin çoxluğu baxımından eynilə dünyapərəstlik və pulpərəstlik kimidir. Peyğəmbər xalqın nicat tapmasına, onların dərdlərinin yaxşılaşmasına həris olub. Xalqın dərdini çəkmək budur.
    Əli (ə)-ın özü də bu ifadədən istifadə edib və dərd ifadəsi ona məxsusdur.
    Bəlkə də bu məsələni dəfələrlə eşidibsiniz. Osman ibni Huneyf Bəsrədə bir qonaqlıqda iştirak edibmiş. Həmin məclisdə nə olmuşdu? Allah eləməmiş, orada araq içilmişdimi? Xeyir! Qumar oynanılmışdımı? Xeyir! Pozğunçuluq olmuşdumu? Xeyir! Bəs nə olmuşdu? Osman ibni Huneyfin günahı tam əşraf, bu günkü dillə desək, aristokratlar məclisində iştirak etməsidir. Belə ki, həmin məclisdə yoxsullardan heç kəs olmayıb. Təəssüflər olsun ki, bizlər bu gün belə şeylərə tamamilə laqeyidliklə yanaşırıq. Əli (ə)-a xəbər çatır ki, sənin nümayəndə və hakimin yoxsullardan bir nəfərin belə iştirak etmədiyi varlı, əşraf və pulluların qonaqlıq məclisində iştirak edib. Əli (ə) belə buyurur: «Ey Osman ibni Huneyf! Mən sənin ancaq varlılar dəvət edilmiş və kasıbların dəvət edilməyərək qapı arxasında qaldıqları süfrədə oturmaq dəvətini qəbul etməyinə inanmazdım. Əli (ə) sonra öz dərdləri barəsində danışaraq bu yerə çatır: Əli xəlifədir! öz-özünə deyir ki, istəsəm mənim üçün hər bir imkan hazırdır. İstədiyim ən yaxşı yeməli, içməli və geyinməli şeyləri özüm üçün əldə edə bilərəm. Amma mənim belə etməyim qeyri-mümkündür. Mənim öz cilovumu hərislik və nəfsi istəklərimin əlinə verməyim mümkün olmayan bir şeydir.»
    Əli (ə) nə üçün belə deyir? Məgər Allah bu nemətləri haram edib? O, bəzilərinin yaxşı paltar geyinmək, saf bal yeməyin haram olmamasını güman etməmələri üçün bu barədə izah verərək deyir ki, xeyir, məsələ belə deyil, onlar haram deyil, halaldır. Amma məsələ belədir ki, əgər mən burada öz qarnımı doyuzdursam İraq, Kufə, Yəmanə, Fars körfəzi sahilləri və Hicazda kiminsə bu bir tikə çörəyə belə ehtiyacı ola bilər, bir tikə çörək əldə etməyə belə ümidi olmaz. Mən tox qarınla yatım, amma ətrafımda ac qarınlar və susuz cigərlər olsun? Mən bu şerdəki kimi olum:
    Və həsbukə daən təbitə bibitnətin
    Və hovləkə əkbadun təhinnu iləl qiddi
    Mənası:
    Sənə təkcə bu dərd bəsdir ki, sən tox qarınla yatasan,
    Amma ətrafında ac qarınlar olsun.
    Xalqın dərdini çəkmək buna deyərlər. İnsanlıq meyarı, daha düzgün desək, dəyərlərin ikinci anası budur. Əli (ə) söhbətinin davamında belə deyir: Mən Əmirəl-möminin, xəlifə və abadlıqların çoxunu əhatə etmiş islam ölkələrinin başçısı ləqəb və xitabına qane olub özümü möminlərin ağası adlandırım, amma çətinliklərdə onlarla şərik olmayım?!
    Diqqət edəndə görürsən ki, burada, bütün sözlər başqalarının dərdlərini duymaqdan gedir.
    Category: Kamil insan | Views: 990 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024