İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 23 » Kamil insan
    7:20 AM
    Kamil insan
    QÜDRƏT MƏSƏLƏSİ BARƏSİNDƏ İSLAMIN MƏNTİQİ
    İslam bu barədə hansı məntiqə əsaslanır? Görəsən islam güclülüyü təbliğ edib, yoxsa zəifliyi və ya bu mənada onların heç birisini? Sualların cavabı budur ki, islam bir növ qüdrət və gücü təbliğ edib, amma bu qüdrət Niçenin dediyi qüdrət deyil, bütün adi insanlıq sifətlərinin mənşəyi olan qüdrətdir. Bu elə bir qüdrətdir ki, onda mehribanlıq, rəhm, yaxşılıq, xeyirxahlıq kimi ali insanlıq sifətləri vardır.
    İslamda qüdrət və güclülüyə dəvət edilməsinə heç bir şübhə yoxdur və bu, Quran ayələri və hədislərin aşkar məntiqidir. İslam mövzusunda araşdırmalar aparmış əcnəbilər də islamı digər dinlər içərisində bu xüsusiyyəti ilə tanıyıblar. Heç bir din öz davamçılarını islam qədər güc və qüdrətə dəvət etməyib. Vill Dorant «Svilizasiya tarixi» kitabının islam mədəniyyəti barəsində olan on birinci cildində bu cümləni belə deyib: «Heç bir din islam qədər camaatı qüdrət və gücə dəvət etməyib.»
    Bu barədə Quranda çoxlu mətləblər vardır. Məryəm surəsinin 12-ci ayəsində həzrət Yəhya (ə)-a xitab edilərək belə deyilir: «...Ey Yəhya! Kitabdan bərk yapış!...»
    Söhbətimin əvvəlində oxuduğum ayədə, möminlərin necə qüvvətli insanlar olmaları və özlərinə qorxu hissi və zəifliyin yol tapmamasına icazə verməmələri barəsində necə də şüurla danışıldığına diqqət edin. «Neçə-neçə peyğəmbər bir yığın allahpərəstlə birlikdə [düşmənlərə qarşı] vuruşmuşlar. Lakin onlar Allah yolunda çəkdikləri müsibətlərə görə nə zəiflik, nə acizlik göstərmiş, nə də [kafirlərə] boyun əymişlər. Allah səbr edənləri sevər!»
    Səff surəsinin 4-cü ayəsində isə belə buyurur: «Şübhəsiz ki, Allah öz yolunda möhkəm divar kimi səf çəkib döyüşənləri sevər!» Digər bir yerdə isə buyurur: «Məhmmməd (s) Allahın peyğəmbəridir. Onunla birlikdə olanlar [möminlər] kafirlərə qarşı sərt, bir-birinə [öz aralarında] isə mərhəmətlidirlər...» (Fəth-29). Quranda buna bənzər ayələr çoxdur.
    Şücaət islamda mədh edilmiş həqiqətlərdəndir. İslamda izzət, yəni möhkəm və mətin məqama malik olmaq və heç kəsin insanı xar edərək alçalda bilməməsi səviyyəsində gücə malik olmaq da bəyənilən işlərdəndir. Quranın düşmənlə üzləşmək barəsindəki sözlərinə diqqət edin və görün ki, bu ilahi kitab bununla bağlı nə buyurur: «[Ey möminlər!] Allahın düşmənini və öz düşmənlərinizi, onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi düşmənləri [münafiqləri] qorxutmaq üçün kafirlərə qarşı bacardığınız qədər qüvvə və [cihad üçün bəslənilən] döyüş atları tədarük edin...» (Ənfal-60). Digər bir ayədə isə belə buyurur: «[Ey möminlər!] Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun, lakin həddən kənara çıxmayın. Allah həddi aşanları sevməz!»
    (Bəqərə-190).
    Gördüyünüz kimi ayədə həddi aşmaq qadağan edilib. Bu o deməkdir ki, düşmənlə döyüşəndə də haqq-ədaləti unutmaq olmaz. Alimlər bu ayənin təfsirində deyiblər ki, düşmənlə döyüşəndə vuruşunuzu, düşmən döyüşü davam etdirənə kimi davam etdirin. Əgər düşmən «təslim oldum» deyərək silahını yerə qoysa siz silah işlətməyin, çünki bundan sonra silah işlətmək həddi aşmaq və təcavüzdür. Qocaları, qadın və uşaqları öldürməyin, onlara toxunmayın, döyüş meydanından kənara çıxmış adamla işiniz olmasın, yalnız sizinlə döyüşən adamla, var gücünüzlə vuruşun. Bunlar Qurani-kərimdə olan bir sıra hökmlərdir və bu ilahi kitabda buna bənzər digər ayələr də vardır.
    HƏDİSLƏRDƏ GÜC VƏ QÜDRƏT
    İndi isə islamın qorxaqlıq, zəiflik və acizliyi pisləməsinin, güc və qüdrəti tərifləməsinin aydınlaşması üçün bir neçə hədis oxuyacağam. Amma bir daha qeyd edirəm ki, islamın təriflədiyi güc və qüdrət, qətiyyən Niçe fəlsəfəsindəki güc və qüdrət qismindən deyildir. Əziz islam peyğəmbəri həzrət Məhəmməd (s) buyurub: «Möminə xəsislik və qorxaqlıq yaraşmaz.» Bəli, pul möminin can və qanı olmamalıdır və o, həmçinin şücaətli və qorxmaz olmalıdır. Peyğəmbər (s) həmçinin belə bir dua oxuyarmış: «Allahummə inni əuzu bikə minəl-buxli və əuzu bikə minəl-cubn» yəni, İlahi mən xəsislik və qorxaqlıqdan Sənə pənah aparıram!
    Əli (ə) mömin barəsində belə buyurub: «Möminin ruhu çaxmaq daşından da möhkəmdir.»
    Həmçinin imam Sadiq (ə) belə buyurub: «Allah-taala möminin özünü xar və zəlil etməsindən başqa bütün işlərini onun öz ixtiyarına buraxıb. Məgər siz Allah-taalanın bu sözünü eşitməmisinizmi ki, buyurub: «İzzət yalnız Allah, Peyğəmbər və möminlərə məxsusdur.» Mömin həmişə izzətlidir və heç vaxt özünü xar etmir. Mömin dağdan da mətindir. Çünki, dağı külünglə parçalamaq mümkündür, amma möminin ruhundan heç nə ilə kiçicik bir parça belə qopartmaq mümkün deyil.»
    İmam Baqir (ə) buyurub: «Allah-taala möminə üç xislət verib: – Dünya və axirətdə izzət və başıucalıq; hər iki dünyada uğurluluq və zalımların qəlbində onlardan olan qorxu və heybət; Yəni möminlər elə olurlar ki, zalımlar onların heybətindən qorxurlar.»
    Qeyrət qüvvət və güc, qeyrətsizlik isə zəiflik olduğu üçün bu barədə də çoxlu hədislər vardır.
    Peyəmbər (s) buyurub: «İbrahim peyğəmbər (ə) qeyrətli olub və mən ondan da qeyrətliyəm. Allah-taala mömin və müsəlmanlara nisbətdə qeyrətli olmayanların burunlarını kəssin!»
    O həzrət qeyrətli Səd barəsində belə buyurub: «Səd qeyrətlidir və mən ondan da qeyrətliyəm. Allah da qeyrətlidir.
    İqbal Lahurinin gözəl bir cümləsi var və o, deyəsən həmin cümləni Mussolininin dediyi cümləyə cavab olaraq deyib. Mussolini deyib: «Dəmiri olanın çörəyi də olacaq.» Yəni əgər çörəyinin olmasını istəyirsənsə dəmir (güc və silah) əldə et! Gücü olanın çörəyi də olacaq. İqbal isə belə deyib: «Dəmir olanın çörəyi var.» Mussolini silaha təkid edərək deyir ki, kimin maddi gücü varsa, çörəyi də olacaq. Amma İqbal ruha təkid edərək deyir ki, özü dəmir olanın çörəyi olar. Əmirəl-möminin Əli (ə)-ın ifadəsi belədir: «Möminin ruhu çaxmaq daşından da möhkəmdir.» İqbal da deyir ki, möminin ruhu dəmirdir. Bunların hamısının məqsədi bir şeydir. Deməli islam güc və qüvvətə dəvət edir.
    Siz Əli (ə)-ın Nəhcül-bəlağədə güc, qüdrət və qüvvəyə nə qədər təkid etməsinə və zəifliyi islam cəmiyyətinə yaraşmaz sifət kimi göstərməsinə diqqət edin. O həzrət buyurur: «Allaha and olsun ki, evlərində döyüş aparılmış bütün ümmətlər məğlub olublar.» Başqa bir xütbədə isə belə buyurur: «Xar və zəif adam heç vaxt zülmün qarşısını ala bilməz və haqq yalnız səy və çalışqanlıqla əldə edilər.»
    HAQQ ALINMALIDIR, YOXSA VERİLMƏLİ?
    Əcnəbilər deyirlər ki, haqq alınmalı bir şeydir. Haqqın alınmalı və ya verilməli olması mühüm məsələlərdəndir. Yəni sual budur ki, insanlar haqqı öz istək və razılıqları ilə sahibinə verməlidirlər, yoxsa haqq sahibi onu özü tələb edərək almalıdır? Bəzi məktəblərin fikri budur ki, haqq verilməlidir, yəni zalım aldığı haqqı öz sahibinə qaytarmalıdır. Amma əgər qaytarmasa heç nə etmək lazım deyil, çünki haqq alınmalı deyil, verilməlidir. Xristianlıq bu əsasda qurulub. Onlar deyirlər ki, biz zalıma sənin haqqını qaytarmalı olmasını deyəcəyik, sənin onunla işin olmasın. Ey haqqı tapdanmış şəxs! Biz, zalıma sənin haqqının qaytarılmasını tövsiyə edərək ondan xahiş edəcəyik. Sən heç vaxt öz haqqını almaq üçün qiyam və üsyan etməməlisən. Çünki bu insanlıq və əxlaqa yaraşmayan bir işdir. Bunların fikrincə haqq verilməlidir.
    Digər bir qrup isə haqqın yalnız alınmalı olmasını deyir. Onlar deyirlər ki, məgər kimsənin haqqını qəsb etmiş şəxsin gəlib həmin haqqı qaytarması mümkündürmü? Bu fikir sahibləri insanlıq hissləri və vicdan məsələsini inkar edirlər.
    İslam baxımından isə haqq həm alınmalı və həm də verilməlidir. Belə ki, bu məktəb baxımından haqqın əldə edilməsi üçün ikitərəfli mübarizə aparmaq lazımdır. İslam özünün təlim-tərbiyə üsuslları ilə kiminsə haqqını qəsb etmiş şəxsi haqqı qaytarmağa hazırlayır və bu işdə müəyyən qədər uğur da qazanıb. Amma bununla kifayətlənməyərək haqqı yeyilmiş şəxsə deyir ki, haqq alınmalıdır və sən öz haqqını əldə etmək üçün qiyam edərək onu geri almalısan.
    Əli (ə) özünün Malik Əştərə olan məşhur məktubunda peyğəmbərdən bir cümlə nəql edib. Əmirəl-möminin buyurub: Mən Peyğəmbər (s)-in dəfələrlə bu sözləri dediyini eşitmişəm: «Heç bir ümmət, zəifləri güclülərdən haqqını dili pəltək vurmadan (cəsarətlə) almaq mərhələsinə çatmayınca müqəddəs sayılaraq sitayiş edilməz. (Yəni yüksək məqamlara çatmaz).» Məqsəd budur ki, islam, öz haqqını tələb edə bilməyən zəifi qəbul etmir. Zəifləri öz haqlarını tələb edə bilməyən və bu qədər xar olan cəmiyyət, islam cəmiyyəti deyil.
    Bizim böyük şəxsiyyətlərimiz necə olublar? İslam Peyğəmbəri (s) necə adam olub? Peyğəmbərin xüsusiyyətlərindən biri onun ruhi və cismi güc və qüvvətə malik olmasıdır. O həzrətin ruhi və mənəvi gücünü onun həyat tarixi göstərir.
    PEYĞƏMBƏRİN (S) RUHİ VƏ CİSMİ GÜCÜ
    «Məhəmməd – yenidən tanınmalı olan peyğəmbər» adlı kitabın müəllifi rumuniyalı Konstan Virjil öz kitabında iki mətləbi çox gözəl canlandırıb. Əlbəttə bu kitabda zəif nöqtələr çoxdur və bu, onun bütün tarixi sənədlərdən lazımı dərəcədə baş çıxarmamasından irəli gəlir. Onun çox yaxşı təsvir etdiyi iki şeydən biri Peyğəmbərin (s) yaşadığı cəmiyyətdəki mövqeyidir. Peyğəmbər (s) elə bir şəraitdə yerləşmişdi ki, onun siyasi-ictimai baxımdan heç bir ümid yeri yox idi və bütün şərait ona qarşı idi. Onunla qələbə arasında bir tük qədər də olsun bağlılıq yox idi. Amma o həzrət heç vaxt öz iradəsini əldən vermirdi. Peyğəmbərin iradəsi bütün hallarda bir zərrə belə titrəməyən dağ kimi idi. Doğrudan da Peyğəmbərin (s) həmin 23 il ərzində ruhiyyəsi çox maraqlıdır. İnsan həmin dövrün tarixini oxuyanda heyrətə gəlir. Peyğəmbərin (s) zamanında yaşamış Həssan ibni Sabitdən olan bu misrada doğrudan da çox düzgün deyilib:
    center>
    Ləhu himəmun la muntəha likibariha
    Və himmətuhus-suğra əcəllu minəddəhri.
    Yəni: Onun böyüklüyünün sonu olmayan himmətləri var; ən kiçik himməti isə zəmanədən böyükdür.
    Bundan əlavə Peyğəmbər (s) zahiri və fiziki qüdrət baxımından da qüvvəli adam olub. Onun bədəni qəhrəman və igid pəhləvan kimi olub. O, güclü və şücaətli olub. Kök və ya arıq deyil, ortabab olub. Bədəni əzələli olub. Əzələdən məqsəd budur ki, o həzrətin bədəni idmançı bədəni kimi olub. Ümumiyyətlə o həzrətin şücaəti o dərəcədə olub ki, Əli (ə) bu barədə belə buyurub: Biz, çətin vəziyyətlərdə Peyğəmbər (s)-ə pənah aparırdıq.
    Mən 1966-cı ildə ilk dəfə olaraq Məkkəyə getmişdim. Həmin vaxt Məkkədə maraqlı və təəccüblü bir yuxu gördüm. Mən yuxuda Peyğəmbəri (s) arxadan gördüm; onun çox təəccüblü bədəni var idi və elə yuxudaca Əmirəl-möminin Əli (ə)-ın həmin cümləsini xatırladım. öz-özümə dedim ki, Əli (ə) boş yerə belə deməyib: «Biz çətin vəziyyətlərdə Peyğəmbərə (s) pənah aparırdıq.»
    Bəli, Peyğəmbər (s) şücaətli və güclü olub, həmçinin güc və şücaəti də tərifləyib. Deməli, islamda güc və qüdrət təriflənib, yəni bu din, onları insan üçün lazımı dəyər kimi qiymətləndirib.
    İndi qısa da olsa demək istəyirəm ki, güc və qüdrət islamda digər insani dəyərlərlə yanaşı dayanan bir dəyərdir və həmin dəyərlər hamısı birlikdə əl-ələ verərək islamın kamil insanını yaradırlar. Əlbəttə bu barədə gələn söhbətlərimizdə geniş danışacağıq. Niçe bütün dəyərlər içərisində yalnız bu dəyəri görüb. Məlumdur ki, əgər ağacın bütün budaqlarını kəsərək yalnız bir budağını saxlasalar, həmin bir budaq inkişaf edər və digər budaqlar məhv olaraq aradan gedər. Niçe məktəbi ilə islam məktəbi arasındakı fərq budur ki, Niçe məktəbində insanlığın yalnız bir dəyəri var və o, güc və qüdrətdən ibarətdir. Deməli, digər dəyərlər məhv edilərək bu bir dəyərə qurban edilir. Amma islamda, qüdrət digər ali dəyərlərdən biridir. Bu dəyər, digər dəyərlərlə yanaşı gətirildikdə lazımı forma alır.
    Category: Kamil insan | Views: 892 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024