İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 5
Qonaqlar 5
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 23 » Kəramət sahibləri
    6:49 PM
    Kəramət sahibləri
    «ÖVLADIMIN ÖLÜMÜNÜ YETİR»
    Fəthəli şah Qacarın Mirzə Qumiyə böyük hörməti vardı. Hər dəfə Quma gələndə, Mirzəni də ziyarət edərdi. Mirzə də əlacsız qalıb onunla həmsöhbət olardı. Əlbəttə, həmişə ona nəsihət edərdi. Bir gün Mirzə, Fəthəli şahın uzun saqqalına əl çəkib dedi:
    Ey padşah, elə iş görmə ki, qiyamət günü bu saqqalın cəhənnəm odunda yansın. Həmin görüşdə Fəthəli şah gördü ki, çox ədəbli bir cavan onlar üçün çay gətirdi. Mirzədən soruşdu:
    Bu cavan oğlanın sizinlə nə nisbəti var. Mirzə dedi:
    Oğlumdur. Fəthəli şah cavan oğlanın camal və kamalına heyran qalmışdı. Mirzəyə dedi:
    Mənim də bir qızım var. İstəyirəm sənin oğluna verəm. Mirzə dedi:
    Mənim sizinlə qohum olmağım düzgün deyil. Bu istəyindən vaz keç. Fəthəli şah israr edib dedi:
    Gərək bu iş baş tuta. Mirzə çarəsiz qalıb dedi:
    Elə isə bizə bir gecə möhlət ver ki, fikirləşək. Fəthəli şah onlara bir gecə möhlət verdi.
    Həmin axşam gecəyarısı Mirzə gecə namazı qılmaq üçün yuxudan oyandı. Namazın əvvəlində belə ərz elədi:
    İlahi! Mən çox yaxşı bilirəm ki, əgər bu əlaqə baş tutsa, elə bilirəm sənə olan məhəbbətim azalsın. Əgər bu işin vəslətin zərəri olacaqsa onda övladımı öldür.
    Gecə namazının ikinci rəkətində ikən arvadı gəlib dedi:
    Oğlun bərk sancılanıb. Namazın dördüncü rəkətində yenə arvadı gəlib dedi:
    Oğlunun halı çox pisdir. Nəhayət namazın on birinci rəkətində oğlunun ölüm xəbərini verdilər. Mirzə Qumi namazdan sonra şükür səcdəsi etdi. Bu çıxılmaz vəziyyətdən nicat taparaq şahın onlarla heç bir rabitəsi baş tutmadı.
    Maraqlısı bu idi ki, Mirzə Qumi şaha da belə bir məktub yazdı:
    Sənə olan azacıq məhəbbət və rabitəmi də kəsdim və sənə nifrət edirəm. Özüm də çərşənbə bu dünyadan köçəcəyəm. Məktubu möhürləyib şaha göndərdi.
    Təsadüfən məktub çərşənbədən əvvəl Fəthəli şaha çatdı. Əmr etdi ki, tez faytonu hazırlasınlar. Özünü Tehrandan tez Quma çatdırmaq istəyirdi ki, bəlkə Mirzə ilə görüşə bildi. Qumun Əliabad kəndinə çatanda Mirzə Quminin vəfat xəbərini eşitdi. Əmr etdi ki, Quma çatmamış cənazəni dəfn etməsinlər. Özünü Mirzə Quminin cənazəsinin başı üzərinə çatdırıb ağlamağa başladı. Şah dedi:
    Ay Mirzə, sən məni rədd etdin, amma mən səni çox istəyirdim.(Məhəmməd Məhəmmədi İştəhardi, "Dastanha və pəndha”, c. 3, səh. 50)
    «XALİS İNCİLƏR SİLSİLƏSİNDƏN»
    İmam Sadiq (ə) buyurmuşdur: "Allah-taala mərifət və agahlıq üzündən olmayan əməli qəbul etməz və mərifət də əməlsiz olmaz. Deməli kimin mərifəti olsa, ona əməlində bir bələdçi olacaqdır. Kim əməl etməzsə, mərifəti yoxdur. Bilin ki, imanın hissələri biri digərindən asılıdır!”
    «HƏQİQİ SƏRRAF»
    Günlərin birində zahid alim, təqva və kəramət sahibi, şiənin fəxri Molla Mehdi Mollakitab Nəcəf-Əşrəfdə həzrət Əlinin (ə) hərəminin həyətində bir qrup tanışları ilə birgə oturmuşdu. Elə bu zaman Şeyx Cavad Amuli çox narahat halda gəlib onların kənarında oturdu. Molla Mehdi ondan narahat olmasının səbəbini soruşanda dedi:
    Bazarda bir dükançıya 6 tümən borcluyam və bu gün çox kobud bir tərzdə məndən öz borcunu istədi. Amma mənim isə borcu qaytarmağa pulum yoxdur. Şeyx dedi:
    Narahat olma, borcunu mən ödəyərəm. Orada olanlar bilirdilər ki, Şeyxin pulu yoxdur və zarafatla dedilər:
    Haradan ödəyəcəksən? Ya da ki, o yəhudi sərrafın yanına göndərə bilərsən. Dedi:
    Onu əsil sərrafın yanına göndərirəm. Ey Şeyx Cavad, səni Əmirəlmömininə (ə) tapşırdım. Get o məbləği Həzrətdən al.
    Şeyx heç vaxt bihudə və hədər söz danışmadığı üçün, Şeyx Cavad qəbul etdi. Ayağa qalxıb hərəmə yollandı. Bir az keçməmiş içində 6 tümən (30 şami) olan pul kisəsiylə qayıtdı. Dedi:
    Hərəmə daxil olub ərz elədim:
    Ey Əmirəlmöminin, mən ziyarətə gəlməmişəm. Məni Şeyx Mehdi sizin hüzurunuza göndərdi və 6 tümən üçün gəlmişəm. Sonra mübarək zərihi öpüb, neçə addım atmışdım ki, bir şəxs məni çağırıb dedi:
    Al, bu Şeyxin tapşırdığı məbləğdir. Çox təəccüblü və heyran halda onu aldıqdan neçə saniyədən sonra ətrafa baxdıqda daha onu görmədim.(Şeyx Abbas Qumi, "Fəvaidur-rəzəviyyə”, səh. 685)
    «DOSTUN DİYARINA GEDƏN YOL»
    Şeyx Mehdi Mollakitab ömrünün sonuncu ilində Həccə getmək arzusuna düşdü. Ona dedilər ki, yaxşısı budur Kərbəlaya gedin. Ərəfə günü İmam Hüseynin (ə) hərəmində olmaq həccin savabından yüksəkdir. O dedi:
    İki şeyə görə həccə getmək istəyirəm. Birincisi, əgər birdən həccə gedəndə ya qayıdanda vəfat etsəm Allah-taala məni behişt bağına daxil edər. Həmin bağ Məkkə yolunda vəfat edənlərə məxsusdur. İkincisi, bəlkə Həzrət Sahibəzzəmanla (ə) birlikdə olmaq iftixarı mənə nəsib oldu.
    Məlum olduğu kimi İmam Zaman (ə) hər il həcc mərasimində iştirak edir. Şeyx bir qrup xas adamlarla, o cümlədən Seyyid Hüseyn Nəhavəndi, şeyx Məhəmməd Ubudi və digər fazil alimlərlə Məkkəyə yola düşdü. Məkkədən qayıdanda Şeyx Mehdi Mollakitab Nəcd ərazisində vəfat etdi və az bir fasilə ilə Seyyid Hüseyn də dünyasını dəyişdi. Karvandakılar cənazələri Nəcəf-Əşrəfə aparmaq istədikdə xəbis karvanbaşı bu işdən xəbərdar olub bunu Nəcdin şeyxi və Vəhhabilərin böyüyü İbn Səuda xəbər verdi. Vəhhabilər cənazəni bir yerdən başqa yerə aparmağı bidət saydıqları üçün, cənazəni Nəcəfə aparmaq istəyənlər, məmurlar gəlib çıxmamış, şeyx Mollakitabın və Seyyid Hüseyn Nəhavəndinin cənazələrini elə Nəcd ərazisində dəfn etdilər. Qəbirlərin üstünü hamarlayıb, izi itirsələr də, buna görə çox narahat oldular.
    Səhəri gün şeyx Məhəmməd onlara dedi:
    Narahat olmayın, mən öz gözümlə gördüm ki, dünən axşam cənazələr Nəcəf-Əşrəfə aparıldı. Dedilər:
    Nə gördün? Şeyx Məhəmməd dedi:
    Dünən gecədən bir az keçmiş olardı ki, siz yatmışdınız. Amma mən oyaq idim və ocağın yanında oturub qızınırdım. Birdən, Şeyxin qəbrinin yanında bir dəstə atlı gördüm. Soruşdum:
    Nə iş üçün gəlmisiniz? Dedilər:
    Gəlmişik Şeyxi Əmirəlmömininin (ə) qonşuluğuna aparaq. Sonra gördüm ki, Şeyx də atlıdır və onlarla gedir. Mən onların ardınca düşüb dedim:
    Mən də sizinlə gəlim. Dedilər:
    Qayıt, olmaz. Onlar Nəcəf-Əşrəfə yollandılar. Mən bir neçə addım atandan sonra, Şeyx mənə üz tutub dedi:
    Geri qayıt, hələ sənin bizimlə gəlmək vaxtın çatmayıb. Amma narahat olma, sevin ki, səni də ayın 3-də cümə günü Əmirəlmömininin (ə) hərəminə gətirəcəklər.
    Qayıtdım və atlıların arasında dünyadan köçmüş alimlərdən Seyyid Sadiq Fixam və başqalarını da gördüm ki, mən onları tanıyırdım. Sözümün doğruluğunun əlaməti də budur ki, mənə xəbər verdikləri kimi, ayın 3-də cümə günü vəfat edəcəyəm. Onun dediyi kimi də oldu. Həmin təyin olunmuş gün çatanda Şeyx Məhəmməd Ubudi vəfat etdi.(Həmin mənbə, səh. 684)
    «SALMANIN QONAQPƏRVƏRLİYİ»
    Mərhum Ayətullah Seyid Məhəmməd Baqir Qəzvininin (vəfatı 1246 q.) yaxınlarından olan Seyyid Murtəza Nəcəfi belə nəql edir:
    Kazimeyndə olduğum zaman mərhum Seyyid Məhəmməd Baqir Qəzvininin İmam Rzanın (ə) ziyarətindən qayıdandan sonra, hüzurunda oldum. Seyyid dedi:
    Salman Farsinin ziyarətinə getmək istəyirəm. Özün və dostun Seyyid Murtəza üçün heyvan icarə et və görüş yerimiz filan yerdə olacaq.
    Səhəri gün təyin olunmuş yerdə görüşəndə gördük ki, Seyyid at belində yola heç bir azuqə götürmədən gəlmişdi. Biz birmirdik ki, Seyyid bizim yol üçün hazırlıq görəcəyimizdən əmin olduğu üçün özü heç bir şey götürməyib.
    Həzrət Salman Farsinin hərəminə çatıb orada bir mənzil icarə etdik. Seyyid hərəmə gedib, namaz və ziyarətdən sonra dedi:
    Evimiz haradadır? Evi ona göstərdim. Seyyid soruşdu:
    Çıraq haradadır? Birdən yadıma düşdü ki, özümüzlə çıraq gətirməmişik. Dedi:
    Qəhvə hazırdır? (Seyyid qəhvəni çox xoşlayardı) Utandığımdan başımı aşağı saldım, çünki qəhvəmiz də yox idi. Seyyid üzünü həzrət Salmanın hərəminə tərəf tutub dedi:
    Ey Salman, sən səxavətli və qonaqpərvər bir tayfanın xadimi olmusan və mən də həmin nəsildənəm. Bu təzəlikdə İmam Rzanın ziyarətindən qayıtmışam və Əmirəlmöminin Əlinin (ə) ziyarətinə də getmək istəyirəm. Allaha and içirəm, əgər bu axşam bizim qəhvəmiz gəlməsə, Həzrət Əliyə (ə) səndən şikayət edib deyəcəyəm ki, Salmanın qonağı oldum, amma məni yaxşı qarşılamadı. Elə bu zaman hərəmin xidmətçisi əlində iki şamdan və beş-altı ədəd də ağ şam içəri girib, dedi:
    Bunu zəvvarların istifadəsi üçün gətiriblər, buyurun götürün. Şamları götürüb yandırdıq. Seyyid yenə üzünü Salmanın hərəminə tərəf tutub əvvəlki sözünü təkrar etdi. Sözünü deyib qurtarmamış bir kişi içəri daxil oldu. Seyyidi görüb dedi:
    Çox qəribə bir əhvalatım var. Seyyid dedi:
    Qəhvən necə? Dedi:
    O da var. Seyyid ona dedi:
    Əvvəl get, qəhvəni gətir, sonra əhvalatını danışarsan. Həmin şəxs gedib bir xeyli qəhvə, onu hazırlamaq üçün lazım olan şeylər və bir miqdar da şirin çörək gətirdi. Seyyid dedi:
    Salman istədiyimdən artıq lütf etdi. Həmin ərəb sözə başladı:
    Mənim bir gəmim var. İşim tacirlərin yükünü Bəsrədən Bağdada aparmaqdır. Bu axşam hərəkət edəndə külək əsirdi və gəmi çox sürətlə gedirdi. Birdən Salmanın qəbrinin yaxınlığına çatanda, gəmi dayandı. Elə bil ki, bir iddə onun hərəkətinin qarşısını almışdı. Nə qədər çalışsaq da, gəmini hərəkətə gətirə bilmədik. Bu vaxt sanki kimsə mənə dedi:
    Ay bədbəxt, hər dəfə Həzrət Salmanın qəbrinin yanından keçirsən, amma çoxdandır ki, onu ziyarət etmirsən.
    Gəmidən çıxıb, ziyarət üçün bura gəldim və bu işin sirrini (hikmətini) başa düşmədim. Biz də macəranın nə olduğunu onun üçün danışdıq. Səhər Seyyid mənə dedi:
    Ona yükünü gəmiyə qədər aparmağa kömək edin.
    Mən onu gəmiyə qədər ötürdüm. Hamı gəmiyə mindikdən sonra, gəmi sürətlə hərəkət etməyə başladı. O vaxta qədər dənizçilər gəminin təmiri ilə məşğul olsalar da, bir iş görə bilməmişdilər və bu hadisə hamıda heyrət doğurdu.(Mirzə Hüseyn Nuri, "Darus-səlam”, c. 2, səh. 200)
    «BATİNDƏN XƏBƏR»
    Seyyid Murtəza deyir:
    Günlərin birində Seyyid Məhəmməd Baqir Qəzvini ilə birlikdə pak insanlardan birinin görüşünə getmişdik. Seyyid ayağa durmaq istəyəndə, ev sahibi dedi:
    Bu gün təzə çörəyimiz var. İstərdim ki, bizimlə birlikdə meyl edəsiniz. Seyyid qəbul edəndən sonra süfrə salındı. O, çörəkdən bir tikə kəsdikdə, əl saxlayıb dedi:
    Çörəyi heyzli qadın bişirib və mən yeməyəcəyəm. Ev sahibi təəccüblənib, çölə çıxdı. Seyyidin dediyi həqiqət ona da aydınlaşdıqda, başqa çörək hazırlatdı və Seyyid ondan yedi.(Həmin mənbə, səh. 201)
    «QIŞDA TƏZƏ ÜZÜM»
    Belə nəql edilir ki, qış günlərinin birində bir kişi Axund Molla Zeynəlabidinin (vəfatı 1259 q.) evinə gedib belə ərz elədi:
    Arvadım ağır xəstədir və ürəyi təzə üzüm istəyir. Bilmirəm qışın bu vaxtı təzə üzüm hardan tapım. Xahiş edirəm kömək edəsiniz.
    Elə bu zaman Molla Zeynəlabidin əlini uzadıb evin ortasındakı kürsünün altından yarpaqı bir təzə üzüm salxımı çıxarıb, həmin kişiyə verdi. Yanındakılar dedilər:
    Əgər o üzümdən yenə varsa, bizə də ver. Axund dedi:
    Elə bu qalmışdı və o da bu kişinin payı idi.(Əqiqi Bəxşayişi, "Məfaxiri Azərbaycan”, c. 1, səh. 135)
    «QƏRİBƏ VƏSİYYƏT»
    Nəql olunur ki, Axund Molla Zeynəlabidin Nəvayi ölümündən qabaq camaata belə demişdi:
    Elə ki, mən öldüm, evlərinizdən çölə çıxıb, şəhərin ətrafındakı səhralarda ağlamağa başlayın.
    Mərhum Molla Zeynəlabidin vəfat etdiyi zaman camaat onun vəsiyyətinə əməl edərək, şəhər ətrafındakı səhralara gedib ağlamağa başladılar. Həmin axşam camaat səhrada olarkən, güclü zəlzələ Xoy şəhərini və onun ətrafını bərk silkələdi. Zəlzələ o məntəqəyə çoxlu ziyan vursa da, amma Xoy camaatının heç biri zədə almadı.(Həmin mənbə.)
    «RƏHMƏT YAĞIŞI»
    "Camiun-nureyn” kitabında belə yazılır ki, mərhum Hacı İbrahim Kəlbasinin zamanında (vəfatı 1261q.) bir il yağış yağmadı. Mənuçehrxan Motəmidud-dövlə Hacının xidmətinə gəlib dedi:
    Camaat sizdən təmənna edir ki, yağış duasına çıxın. Hacı üzrxahlıq edib dedi:
    Mən qoca adamam, yol getməyə halım yoxdur. Motəmidud-dövlə ərz etdi:
    Sizin üçün rahat taxt göndərərəm, onda əyləşib gedərsiniz. Hacı dedi:
    Axı qəsbi (haram) taxtla yağış duasına getməyə nə ad vermək olar? Səncə Allah o duanı qəbul edərmi? Hacının oğlu Ağa Məhəmməd Mehdi dedi:
    Evdə taxta var. Biz özümüz sizin üçün taxt düzəldərik. Hacı dedi:
    Eybi yoxdur.
    Dülgər çağırıb taxtı hazırladılar. Sonra şəhərdə elan etdilər ki, camaat şənbədən otuc tutmağa başlasın və birinci gün oruc halında Hacıyla birlikdə yağış duasına hazır olsunlar.
    Oruc tutmuş camaat təyin olunmuş gün bir yerə toplaşıb Hacını taxtın üzərində "Təxti-fulad” deyilən yerə gətirdilər. Bir tərəfdə İsfahan erməniləri əllərində İncili, digər tərəfdə İsfahan yəhudiləri Tövratlarıyla orada hazır oldular.
    Mərhum Hacı bir tərəfdə ermənilər və digər tərəfdə yəhudilərin düzüldüyünü görəndə, çalmasını açaraq, əllərini səmaya tərəf qaldırıb dedi:
    İlahi, bu İbrahim saqqalını islam yolunda ağartmışdır. Bu gün məni yəhudi və məsihilərin yanında xəcalətli etmə. Birdən göyün üzünü bulud aldı və elə həmin saat yağış yağmağa başladı.(Molla İsmail Səbzivari, "Camiun-nureyn”, səh. 233)
    «ALLAHDAN İSTƏDİM Kİ, HƏLƏ SAĞ QALASAN»
    Şeyx Ənsarinin şagirdlərindən olan Şeyx Mahmud Əraqi "Darüs-səlam” kitabında Hacı Seyyid Əli Şüştərinin övladından belə nəql edir:
    1260-cı qəməri ilində Nəcəf-Əşrəfdə vəba xəstəliyi yayılmışdı. Bir gecə gecə yarısı mərhum atam (Hacı Seyyid Əli Şüştəri) da bu xəstəliyə tutuldu. Onu rəngi qaçmış və pərişan halda görəndə çox qorxdum. Öz-özümə dedim ki, əgər atam vəfat etsə Şeyx bizi danlayacaq ki, niyə Seyyiddin əyadətinə gəlməsi üçün ona qabaqcadan xəbər verməmişik. Çırağı yandırdım ki, Şeyxin mənzilinə gedib Seyyidin ağır xəstə olduğunu ona xəbər verim. Seyyid (atam) dedi:
    Neyləyirsiniz? Ərz elədik:
    İstəyirik gedib Şeyxə xəbər verək. Dedi:
    Lazım deyil, özü indi gələcək. Bir az keməmiş mənzilin qapası döyüldü. Seyyid dedi:
    Qapını açın, gələn Şeyxdir. Qapını açdıq. Gələn Şeyx Ənsari və rəhmətlik Molla (xadim) idi. Şeyx dedi:
    Hacı Seyyid Əli necədir? Dedik:
    İndi ki, bu xəstəliyə yoluxub, Allah özü rəhm eləsin. Dedi:
    İnşallah, heç bir qorxusu yoxdur. İçəri girəndə Seyyidi pərişan və narahat görüb dedi:
    Narahat olma, inşallah yaxşı olacaqsan. Seyyid ərz elədi:
    Hardan bilirsən? Dedi:
    Mən Allahdan arzu eləmişəm ki, sən məndən sonra sağ qalıb, mənim cənazəmə meyyit namazı qılasan. Seyyid dedi:
    Niyə bunu arzulamısan (istəmisən)? Dedi:
    Bir istək idi ki, qəbul da olub. Şeyx oturub Seyyidlə bir az söhbət etdikdən sonra qalxıb getdi. Ertəsi gün Şeyx tədrisini (dərsini) qurtarandan sonra dedi:
    Deyirlər Hacı Seyyid Əli xəstədir. Tələbələrdən kim onun əyadətinə getmək istəyirsə, mənimlə gəlsin. Şeyx minbərdən aşağı enib bir dəstə tələbəylə Seyyidin evinə getdi.
    Şeyx evə daxil olanda xəbərsiz adam kimi Seyyidin halını soruşmağa başladı. Mən istədim deyəm ki, ey Şeyx, dünən axşam siz buradaydınız və Seyyidin halından da xəbəriniz var. Birdən Seyyid barmağını dodağının üstünə qoyaraq mənə işarə etdi və mən də susub heç nə demədim.
    Seyyidin halı yaxşılaşdı və Şeyx vəfat edənə qədər sağ qaldı. Şeyxin vəsiyyət etdiyi kimi onun cənazəsinə atam meyyit namazı qıldı.(Murtəza Ənsari, "Zendeqani və şəxsiyyəte Şeyx Ənsari”, səh. 119)
    «PULU BÖLÜŞDÜRÜN»
    Şeyx Məhəmməd Hüseyn Kazimi belə nəql edir:
    Hər axşam xiftən namazından sonra hərəmə daxil olub, hərəmin qapısı kənarında üzüm zərihə tərəf və divara söykənib ziyarətnamə oxuyardım. Adətən, axşamlar Şeyx Murtəza Ənsarinin hərəmə girib-çıxdığı vaxt, mənim hərəmdə olduğum vaxta təsadüf edirdi.
    Təsadüfən bir axşam Şeyxlə rastlaşdığım zaman yavaşca bir pul kisəsini ovucuma qoyub dedi:
    Bu pulların yarısı sənin, yarısını da öz şagirdlərinin arasında bölərsən.
    Hərəmdən çıxıb evə qayıtdım. Pulları sayanda gördüm ki, mənim payım borcum qədərdir. Öz-özümə dedim: Borcumun hamısını qaytararam, qalan pulları da tədricən şagirdlərə verərəm. Mən bu haqda heç kimlə danışmadım.
    Yenə bir axşam hərəmdə olduğum vaxt, Şeyx mənim yanımdan keçəndə yavaşca qulağıma pıçıldayıb dedi:
    Ey Şeyx, siz şagirdlərin pulunun hamısını onların arasında bölün, mən yenə sizə pul verərəm.
    Bu əhvalatdan sonra başa düşdüm ki, Şeyxin mənim nə fikirləşdiyimdən xəbəri varmış. Beləliklə öz fikrimdən daşındım və onun necə böyük məqam sahibi olduğunu dərk etdim.(Həmin mənbə, səh. 121)
    Category: Kəramət sahibləri | Views: 1329 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024