İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » 2011 » September » 23 » Kamil insan
    7:25 AM
    Kamil insan
    İSLAMIN NƏZƏRİ
    İslam baxımından insanın təbiətlə əlaqəsi əkinçi ilə tarla, tacirlə bazar və abidlə ibadətgah arasında olan əlaqə kimidir. Tarla əkinçi üçün hədəf deyil, vasitədir. Əkinçinin yaşadığı yer şəhərdir, amma o, öz rifah və səadəti üçün lazım olan şeyləri bu tarla vasitəsilə əldə edir. Əkinçi tarlaya gedərək yeri şumlamalı, toxum səpməli və torpağı abadlaşdıraraq münbitləşdirməlidir. Məhsul çıxandan sonra isə alaq otları çıxsa onları təmizləməli, məhsulu biçərək xarmana aparmalıdır. «Dünya axirət üçün tarladır». Bu Peyğəmbər (s)-dən nəql edilmiş hədisdir. Bəli, əkinçinin tarla ilə evini səhv salması, hansının qalmaq yeri olduğunu bilməməsi böyük səhvdir. Tarlanın əkin yeri olmasını heç nə ilə səhv salmaq olmaz. Bazar tacir üçün iş yeridir, yəni o, öz sərmayəsini və bütün səy və cəhdini çoxlu gəlir əldə etməyə sərf etməli, varını artırmalıdır. Dünya da insan üçün belədir. Həzrət Əli (ə)-da buyurub: «Dünya Allah övliyaları üçün ticarət yeridir.»
    Bir dəfə bir şəxs həzrət Əli (ə)-ın yanında dünyanı pisləməyə başlayır. O, Əli (ə)-ın dünyanı pisləməsini eşitmişdi, amma o həzrətin dünyanı nə cəhətdən pislədiyini başa düşməmişdi. Həmin şəxs elə bilirdi ki, Əli (ə) dünyanı pisləyəndə məsələn, təbiəti pisləyir, amma bilmirdi ki, o həzrət dünyapərəstliyi pisləyir; insanın bu dünyapərəstliyi haqq və həqiqətpərəstliyə zidd olduğu və bütün insani dəyərləri inkar etməklə bərabər olması səbəbindən məzəmmət edir. O, dünyanı pisləyəndə dünyapərəstliyə zidd olan və onu məzəmmət edən Əli (ə) qəzəblənərək belə buyurdu: «Ey dünyanı məzəmmət edərək pisləyən şəxs! Ey dünyaya aldanmış insan! Dünya səni aldatmayıb, sən aldanmısan.» Bu çox qəribə bir ifadədir; dünya heç kəsi aldatmır, insan özü aldanır.
    Mən bununla bağlı bir məsəl çəkmək istəyirəm. Məsələn, ola bilərmi ki, bir qoca arvad süni bəzəklərlə kimisə aldatsın; yəni ağzında dişi olmamasına baxmayaraq süni dişlər düzəltdirsin, saçının tökülməsinə baxmayaraq süni saç qoydursun və s. şeylərlə özünü bəzəyib cavan qız kimi göstərsin. Bir nəfər də onun cavan olduğunu təsəvvür edib onunla evlənsin. Amma iş-işdən keçəndən sonra, səhv etdiyini başa düşsün. Həmçinin bir dəfə də belə ola bilərmi ki, həmin qoca qarı bütün həqiqətləri əvvəlcədən deyərək yaşının məsələn, 59 olduğunu bildirsin. Desin ki, ağzımda olan dişlərim hamısı süni dişlərdir, başımdakı parikdir və s. bütün bunları açıqcasına dedikdən sonra tərəf müqabilə evlənmək təklifi etsin. O, nə qədər desə ki, dişlərim tökülüb, tərəf müqabil «tökülən dişlərinə qurban olum» desin; «mənim heç bir gözəlliyim yoxdur» deyəndə tərəf müqabil «sən təvazökarlıq edirsən» söyləsin. Belə olan şəraitdə həmin qadın səni aldatmayıb, sən özünü aldatmağa hazırlaşır, özün-özünü aldatmaq istəyir və aldanmaq üçün bəhanə axtarırsan. Əli (ə) buyurur ki, dünya heç nəyi gizlətməyib. Axı dünya nəyi gizlədib ki, sən onun səni aldatdığını deyirsən? Sən öz əlinlə atanı torpağa basdıranda, dünya səni aldatmışdımı?! Dünya deyir ki, mən buyam; mən dəyişkənlik yeriyəm; məndə sabitlik və əbədilik yoxdur. Dünya deyir ki, məni olduğum kimi dərk et! Nə üçün mənə olmadığım şəkillərdə inam bəsləmək istəyirsən? Mən bir cürəm və özümü olduğum şəkildə də sənə göstərirəm; amma sən mənə mən olduğum kimi deyil, özün istədiyin kimi inanmaq istəyirsən. Deməli dünya heç kəsi aldatmır, insan özü aldanır. Gəl hesablayaq görək, sən dünyaya qarşı cinayət törətmisən, yoxsa dünya sənə qarşı? Sən dünyaya xəyanət edirsən, yoxsa dünya sənə? Dünya səni nə vaxt aldadıb? Nə vaxt sənin nəfsani istəklərini tələb edib? Sən nəfsani istəklərinlə dünyanın dalınca düşmüsən!! Həzrət Əli (ə) sonra belə buyurur: «Dünya Allah dostlarının məscididir, səcdə yeridir.» Abid, məscid olmasa ibadət edə bilərmi? «Dünya Allah övliyalarının ticarət yeridir.» Bazar olmasa tacir alver edərək pul qazana bilərmi?
    Dünyanı insan üçün zindan, quyu və qəfəs hesab edən və insanın vəzifəsinin özünü həmin quyu, qəfəs və zindandan qurtarmaq olduğu bildirən fikir və düşüncə ruh və nəfsin tanınması mövzusunda başqa bir şeyə əsaslanır ki, islam həmin məsələni qəbul etmir.
    RUHUN DÜNYADA TƏKAMÜLÜ
    İslamdan qabaq Yunanıstan və Hindistan kimi ölkələrdə belə bir əqidə olub ki, insanın ruhu əvvəlcə tam və kamil surətdə başqa bir aləmdə yaradılıb və sonra onu qəfəsə salınmış quş kimi bu dünyaya gətiriblər. Belə olan surətdə insan həmin qəfəsi sındırmalıdır. Amma Quran Muminun surəsinin ayələrinin birində bu fikri rədd edir. Molla Sədranın bu barədə çox maraqlı bir ifadəsi var. O, deyir ki, mən «yaranmanın cismani, əbədiliyin isə ruhi» olmasını həmin ayədən kəşf etmişəm. Həmin ayə, insan barəsində danışaraq belə deyir: «Biz insanı torpaqdan yaratdıq, o, mərhələ-mərhələ keçərək gəlib nütfə oldu; nütfəni laxtalanmış qana çevirdik, sonra laxtalanmış qanı bir parça ət etdik, sonra o bir parça əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük.» Ayənin davamında belə buyurur: «...və daha sonra onu başqa bir məxluq olaraq yaratdıq.» Yəni biz həmin maddə və təbiəti başqa bir şey, yəni ruha çevirdik, yəni ruh həmin təbiətdən doğan bir şeydir. Ruh abstraktdır, amma «maddədən doğulmuş abstrakt» bir varlıq. Deməli, insan başqa yerdə kamil şəkildə olmayıb ki, biz onun bu dünyada qəfəsdə yerləşməsini iddia edə bilək. İnsan bu dünyada öz anasının qucağındadır. Təbiət insan ruhunun anasıdır və onun təbiətdə yaşaması anasının qoynunda yaşaması deməkdir. Buna görə də onun əvvəlcədən təkamülə çatması, sonra burada zindan yaxud quyuda yerləşməsi və quyudan qurtarmaq üçün çalışmalı olması fikri səhvdir. O, bu dünyada təkamülə çatmalıdır. Zindan və quyu fikirləri islamın fikri deyildir.
    Əlbəttə islam deyir ki, sən həmişəlik olaraq ana qucağında qalmamalısan. Çünki belə olan surətdə «ana uşağı» olaraq qalar və meydana gələrək kişi kimi öz ayağın üstündə dura bilməzsən. Əgər təbiət və bu anadan əl çəkərək ayağa durub yuxarı qalxmasan, orada qalaraq təbii varlığa çevrilərsən. Rəzillərin rəzili olarsan və iman gətirib yaxşı əməllər edənlərdən olmazsan; ən alçaq və rəzil nöqtədə qalarsan. İnsanın ən rəzil nöqtədə, yəni təbiətdə qalaraq yuxarı qalxmaması, onun üçün başqa dünyada cəhənnəm mislindədir. Allah, körpəni bu təbiətin qoynunda dünyaya gətirib ki, o, doğulduqdan sonra anasının qucağından yuxarı qalxsın, məktəbə getsin və mərhələləri keçərək ucalsın. Əgər o, həmin yerdə qalsa, orada həmişəlik olaraq qalmalı olacaqdır. Əlbəttə bu misal və bənzətmənin çox naqis olmasına baxmayaraq, demək olar ki, həmin şəxs doğrudan da «ana uşağı» olan şəxsə bənzəyir. Ana uşağı 25 yaşına çatanda da anasının yanında yatmalıdır, onun yuxulaması üçün anası döşlərini onun üzünə qoymalıdır. Sizcə belə adamdan sabah nə çıxar?!
    Deməli, insan, islam baxımından əvvəlcədən düzəldilərək müqəddəs aləmdə uçmuş, sonra isə bu qəfəsə salınmış və yeganə vəzifəsi bu qəfəsi sındırmaq olan varlıq deyil. İslam bu məsələni qəbul etmir. Bəli, əgər siz ruhlar aləminin cismani aləmdən qabaq olmasını eşitmisinizsə, onun mənası ruhların əsl və kökünün qabaq olmasıdır, yəni ruh əvvəllər kamil şəkildə başqa yerdə olmuş və sonra bu dünyaya gətirilərək qəfəsə salınmış şey deyil, bəlkə burada vücuda gətirilmiş, amma başqa bir aləmdən bu dünyaya saçan nur və şüadır. Bu fikir yəni «tənsüx» fikri hindistanlılar və Əflatuna məxsusdur. Əflatun yunanlılar arasında belə bir fikrə malik olub ki, insanın ruhu bu dünyadan qabaqkı «musul» aləmində yaradılıb və sonra bir sıra məsləhətlərə görə bu dünyada zindana salınıb. Buna görə də o, bu zindandan azad olaraq getməlidir. Amma islam, təbiətə bu nəzərlə baxmır. Əlbəttə bəzilərinin çaşqınlığa düçar olmamaları üçün bunu da deyim ki, mən bütün ariflərin bu qədər səhv etdiklərini demək istəmirəm. Bəli, böyük ariflər bəzən heç olmasa öz söhbətlərində də olsa bu məsələyə diqqət yetiriblər. Onlar nə cəmiyyət və nə də təbiəti tərk etməyiblər. Həmin ariflər Quranın xarici və batini nişanələri bir-birinin kənarında zikr etməsini və təbiətin də haqqın camalının ayna və nişanəsi olmasını tamamilə başa düşüblər. Məsələn, Şəbüstəri özünün doğrudan da insanlıq barəsində şah əsəri olan çox-çox ali və uca şerində bu məsələni gözəl şəkildə aydınlaşdırmışdır.
    Əgər biz Quranı bir tərəfə, irfanı isə digər bir tərəfə qoysaq, yəni Quranla irfan məktəbinin təbiətə diqqətini bir-biri ilə müqayisə etsək görərik ki, bu ilahi kitab batinə diqqət və ona müraciət məsələsini heç bir şəkildə inkar etmədən təbiətə irfandan çox diqqət yetirib. Buna görə də Quranın təsvir etdiyi kamil insan əql və qəlbə meyl göstərməklə yanaşı, cəmiyyət və təbiətyönümlüdür. İslam baxımından kamil insanın siması barəsində danışanda imkan olsa bunların hər birinin nə qədər dəyərə malik olmalarını deyəcəyəm. Hər halda burada bunu deməklə kifayətlənirəm ki, Quranın dediyi kamil insan əql, qəlb, təbiət və cəmiyyət meyllidir.
    ÖZÜNÜ TƏRK ETMƏK
    Keçən söhbətlərimizin sonunda bir məsələyə toxundum ki, təsadüfən bu gün də bəhsimizi onunla başa vurmaq istəyirəm. Bu bəhsə başlamaq üçün bir sıra müqəddimə və giriş xarakterli şeyləri bəyan etmək lazımdır ki, onlar deyilməsə söhbətimizin heç bir faydası olmaz. Onlardan biri də «özünü tərk» məsələsidir.
    İrfan məktəbi, qəlbi möhtərəm saymasına baxmayaraq Quranda nəfs adı ilə qeyd edilmiş şeyi rəzil bir şey hesab edir. Bu məktəbin çağırışının bir hissəsi «özünü tərk», «özündən uzaqlaşmaq», «özünü rədd», «xudbinlik və özünü bəyənməyin rədd edilməsi» barəsindədir. Bu mətləb müəyyən qədər düzdür və islam da, bunu təsdiq edir. Biz gələn söhbətlərimizdə Allahın köməyi ilə «özünü rədd» barəsində həm irfan, həm də islamın nəzərlərini açıqlayacağıq.
    Biz islamda iki «öz» və hətta iki «nəfs» ilə rastlaşırıq. İslam bu «öz»lərdən birini rədd edərək kiçiltməsinə baxmayaraq, onların digərini dirildir və bu mətləb çox dəqiq bir məsələdir. Bu məsələ insanın canı xətərdə olan bir dostu ilə düşməninin bir-birlərinin yanında dayanmalarına bənzəyir. Belə bir şəraitdə əgər dostumuzu vursaq bütün hədəf və məqsədimiz puça çıxar. Məsələn, bir uşaq meyvə yığmaq üçün ağaca çıxır və birdən ağacın başında çox böyük bir ilan görünür. İlan sürünərək gəlib uşağın yanında dayanır. Burada çox mahir bir ovçu lazımdır ki, ilanın başını nişan ala bilsin və güllə uşağa dəyməsin. Çünki güllə bir az o tərəfə, yaxud bu tərəfə getsə ya boşa çıxacaq, ya da ilana dəymək əvəzinə uşağa dəyərək onu öldürəcək. Buna görə də ovçu o qədər dəqiq olmalıdır ki, ancaq ilanı vursun və uşağa heç bir ziyan dəyməsin. Dostla düşmənin bir-biri ilə əlbəyaxa olaraq hər birinin digərini öldürmək istəmələri də buna bənzəyir. Siz güllə və ya qılınc ilə elə nişanə almalısınız ki, düşmən öldürülsün və dostunuza heç bir ziyan dəyməsin.
    İnsanda olan bu iki «öz» də bir-birinə elə birləşib ki, rəzilliyə malik «özü» məhv etmək və bütün insani dəyərlərin bağlı olduqları «öz»ə zərər vurmamaq üçün fövqəladə mahirliyə malik ovçu lazımdır.
    İslamın ecazkarlığı budur ki, o, bu iki «özü» dəqiqliklə bir-birindən ayırıb və onlarda səhvə yol verilmir. Bu ayırma irfanda bəzən düzgün olur. Amma bəzi vaxtlar onların «düşmən öz»ü vurmaq əvəzinə, «dost öz»ü vurduqlarını görürük. Yəni nəfsin qurban edilməsi əvəzinə özlərini qurban edirlər. Bu, çox dəqiq bir məsələdir və inşallah gələn söhbətlərimizdə bunun barəsində bəzi nöqtələri izah edəcəyik.
    Category: Kamil insan | Views: 855 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024