İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2076
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 23 » Kəramət sahibləri
    6:45 PM
    Kəramət sahibləri
    «ZİKRİN TƏRƏNNÜMÜ»
    Höccətül-islam Hüseyn Ənsariyan yazır:
    Axund Kaşidən (Molla Məhəmməd) elmi-əməli tərbiyə almış şəxsiyyətlərdən biri də görkəmli filosof Həkim Rahim Ərbab olmuşdur. Bu böyük alim, Axund Kaşini ziyarət etmək üçün iki dəfə İsfahana getmiş və hər dəfə də Axundun feyz xırmanından bəhrələr götürmüşdür. Bu böyük şəxs, ustadı Axund Kaşinin mənəvi-ruhi halları ilə bağlı olduqca maraqlı əhvalatlar nəql etmişdir.
    Axund Kaşinin qaldığı "Sədr” mədrəsəsinin tələbələrindən biri (bu tələbənin özü də mənəvi hala sahib imiş) deyir:
    Gecələrin birində ibadət və münacat üçün yuxudan oyandım. Dəstəmaz alıb ibadətə hazırlaşırdım ki, birdən, mədrəsənin tamam qapı-pəncərələri, daş-divarı, yerdəki xırda daşlara qədər bütün mövcudat, qəlbi yanıqlı bir insanın naləsinə cavab olaraq "Subbuhun, Quddusun, Rəbbul-məlaikəti vər-Ruh” nəğməsini tərənnüm edirlər. dedim, Pərvərdigara! Bu nalənin, bu səsin əsil sahibi kimdir? Bu nə səsdir ki, mədrəsənin bütün mövcudatı onunla səs-səsə verib? Axtarmağa başladım. Axundun hücrəsinə çatanda gördüm nurani üzünü yerə qoyub, hönkürtü ilə ağlayaraq bu şərif zikri "Subbuhun, Quddusun, Rəbbul-məlaikəti vər-Ruh.” söylədikcə mədrəsinin daşı-divarı, ağaclar və otlar da ona qoşulub bu zikri söyləyirlər. Zikr deyənin, zikrin və zikr olunanın heybətindən fəryad çəkib qəşş elədim. Özümə gələndən sonra tez hücrəmə qayıtdım.
    Günorta vaxtı ustadın yanına gedib heyrət içində ərz etdim:
    Gecəki əhvalat nə idi k? Məni hədsiz dərəcədə vahiməyə saldı.
    Axund Kaşi mülayimliklə dedi:
    Heyrət doğuran budur ki, necə olub bərzəx göz-qulağın açılıb, belə bir hadisəni görmüsən! De görüm, nə etmişdin ki, belə bir hadisəni müşahidə etmək sənə nəsib olub?(Hüseyn Ənsariyan, "İrfani islami”, c. 5, səh. 167)
    «AXIRINCI MƏNƏM»
    Tonikabon və Humədə öz əsrinin məşhur alimlərindən olan Ağa Nəcəfi ləqəbi ilə tanınan Seyyid Əbdüs-Səməd uzun illər Nəcəf-Əşrəfdə Mirzə Həbibullah Rəşti və Molla Hüseynqulu Həmədani kimi böyük alimlərdən dərs almışdır. İctihad dərəcəsinə çatdıqdan sonra Ramsərə qayıdıb tərdislə məşğul olmuş və dövrünün zahid və ariflərindən sayılmışdır. O, vaxtının çoxunu camaatın ehtiyacları və moizəsinə sərf edərdi.
    1337-ci (h.q.) ilin yayında Ramsərin Curdiyə məntəqəsində vəba xəstəliyi yayılır və bu xəstəliyin nəticəsində gündə neçə nəfər canını tapşırırdı. O zaman Ağa Nəcəfi Curdiyə məscidində camaat namazına imamlıq edirdi. Bir gün axşam namazından sonra minbərə qalxıb camaata moizə edəndən, sonra vəba xəstəliyi və camaatın kütləvi tələfatına dair deyir:
    Mənim ölümümlə vəba da qurtaracaq və artıq kimsə bu xəstəliyə mübtəla olmayacaq. Vəbadan ölənlərin axırıncısı isə mən olacağam.
    Ertəsi gün o vəba xəstəliyə tutulur və üç gündən sonra vəfat edir. Ağa Nəcəfini "Adinə” məscidinin qəbiristanlığında dəfn edirlər və onun vəfatı ilə də vəba aradan gedir.(Məhəmməd Səmami, "Büzürqane Ramsər”, səh. 83)
    «HAMAM, DAHA VACİB İDİ»
    Ağa Rəzəvi buyurur: Bir dəfə rəhmətlik Bidabadi (Şeyx Məhəmməd Cavad) Mədinəyə getmək qəsdi ilə Buşehr yolu ilə Şiraza gəlir və iki aya yaxın orada qalır. Şirazda Əli Əkbər Məcarənin evində qonaq qalan Şeyxin gədiyini eşidən şəhərin elm adamları, onun elm xəzinəsindən bəhrələnmək üçün günün üç vaxtı camaat namazına gəlib onun başına toplaşardılar.
    Bir dəfə mənə cənabət qüsulu vacib oldu. Sübh azanından sonra hamam qəsdi ilə evdən çölə çıxdım. Yolda Şeyxul-islam Məhəmməd Baqirlə rastlaşdım.O, sübh namazına Bidabadinin yanına gedirdi. Mənə dedi:
    Gəl birlikdə gedək. Utandığımdan bir söz deməyib, ona qoşularaq yola düzəldim. Öz-özümə dedim: Hələ vaxt çoxdur, Bidabadi ilə əlüstü salaməleyk edib sonra hamama gedərəm.
    Bidabadilə görüşərkən əvvəl Şeyxül-islam hal-əhval tutub bir kənarda oturdu. Sonra isə mən salaməleyk dedim. Əl tutub görüşəndə, yavaşca məni sinəsinə sıxıb qulağıma belə pıçıldadı:
    "Hamam, daha vacib idi!” Onun bu sözündən bədənim əsdi. Qızarıb, başımı aşağı salaraq çölə çıxdım. Şeyxül-islam dedi:
    Ağa Bidabadi, Rəzəvi hara gedir? Bidabadi astaca buyurdu:
    İşiniz olmasın, onun daha vacib işi var.(Şəhid Dəstğeyb, "Dastanhaye şegeft”, səh. 31)
    «FİTNƏDƏN XƏBƏR»
    Ağa Rəzəvi buyurur:
    Rəhmətlik Bidabadi Şirazda qaldığı vaxtlar "məşrutə”nin qızğın çağlarına təsadüf edirdi. O zaman camaat arasında ikitirəlik yaranmışdı; bəziləri məşrutəni dəstəkləyir, bəziləri də istibdadın qalmasını istəyirdi. Bidabadi münaqişəli tərəflər arasında sülh yaratmaq, təfriqə və fəsadın qarşısını almağa çox ciddi yanaşırdı. O, bu hadisələrdə də ixtilafı aradan qaldırmaq üçün çox çalışdı, hətta şəxsən məşrutə tərəfdarlarından olan əllamə Məhəmməd Baqir İstehbanatinin evinə gedib bu məsələni yoluna qoymaq üçün nə qədər səy etsə də faydası olmadı.
    Bu hadisədən sonra gözlənilmədən Şirazı tərk etmək üçün səfərə hazırlaşdı. Biz nə qədər ondan qalmasını israr etsək də, razı olmayıb, dedi:
    Tezliklə bu şəhərdə fitnə alovu baş qaldıracaq və bu fitnə atəşində çoxlu qanlar töküləcək, evlər yıxılacaqdır.
    O, yola çıxarkən neçə nəfər yaxın adamlardan, o cümlədən Dəllal ləqəbi ilə məşhur olan Seyyid Abbas və Mirzə Məhəmməd Mehdi Həsənpur (hər ikisi "Came” məscidinə get-gəl edirdi) ona qoşulurlar. O iki nəfərin dediyinə görə "Ərjən” çölünə çatanda Bidabadi bizə dedi:
    Artıq Şirazda fitnə atəşi şölələnmişdir. Şeyx Məhəmməd Baqir İstehbanati və bir çoxları öldürülmüşdür, evdə ailələriniz çox nigarandır, gərək qayıdasınız.
    Bu xəbərdən sonra biz ikimiz və başqa neçə nəfər Şiraza qayıtdıq və o böyük şəxsin sözlərinin doğruluğunun şahidi olduq.(Həmin mənbə, səh. 81)
    «DAĞIN TƏSLİMİ»
    İsfahanın Nəcəfabad qəsəbəsindən bir neçə nəfər seyyid, rəhmətlik Bidabadinin yanına gəlib deyirlər:
    Əhalinin istifadə etdiyi dağın ətəyindən axan bulağın suyu neçə gündür ki, quruyub. Əhali yaman əziyyət çəkir. Siz dua edin, bəlkə açıldı.
    Bidabadi bu mübarək ayəni − Ləuv ənzəlna həzəl-Quranə əla cəbəlin − bir parça kağıza yazaraq onlara verib buyurur:
    Axşamüstü bu kağızı dağın təpəsinə qoyub qayıdarsınız. Onlar Bidabadinin dediyi kimi də edirlər. Elə ki, evlərinə yetişirlər, dağda tükürpədici bir gurultu qopur. Səs o qədər şiddətli olur ki, bütün qəsəbənin əhalisi eşidir. Səhər açılanda görürlər ki, bulağın gözü açılıb. Bundan hədsiz sevinən əhali Allaha həmd-səna edib, şükür səcdəsi qılırlar.(Həmin mənbə, səh. 71)
    «XALIS INCILƏR SILSILƏSINDƏN»
    Peyğəmbər (s) buyurmuşdur: "Əgər Allahı layiq olduğu mərifətlə tanısaydınız, dəryalar üstündə gəzər, duanızla dağ yerindən oynardı.”("Mizanul hikmə”, c. 6, səh. 158, "Mə`rifət” babı.)
    «İMAMƏT GÜNƏŞILƏ BIRGƏ»
    Mirzə Cavad Məlikinin xüsusi şagirdlərindən biri deyir:
    Şahrudda bir gecə yuxuda gördüm ki, bir səhrada İmam Zamanın (ə) ətrafına çoxlu adam toplaşıb. Deyəsən, camaat namazı qılırdılar. Yaxına getdib mübarək camalını ziyarət etmək, şərəfli əlindən öpmək istədim. Həzrətin (ə) kənarında, simasından vüqar və əzəmət sezilən bir şeyxin durduğunu gördüm.
    Yuxudan qalxandan sonra həmin şeyxin fikri məni götürdü. Fikrimdə çox çək-çevir etdim ki, görəsən, o şeyx kim idi ki, bu qədər İmam Zamana (ə) yaxın və ona bağlanıb?! Nəhayət, şeyxi tapmaq üçün yükümü bağlayıb Məşhədə yollandım, amma orada mənə rast gəlmədi. Tehrana gəldim, amma sorağını ala bilmədim. Quma səfər etdim. Axır, "Feyziyyə” mədrəsəsində hücrələrin birində tapdım.
    O, tələbələrə dərs verirdi. Soruşdum ki, bu şəxs kimdir? Dedilər, Mirzə Cavad Məliki Təbrizidir. Yaxınlaşıb ədəblə görüşdüm. Mənimlə hal-əhval tutub buyurdu: Nə vaxt gəlmisən? Deyəsən, o məsələdən xəbərdar idi və məni tanıyırdı. Beləliklə dərslərinə qatılıb ondan ayrılmadım. Onu yuxuda necə görmüşdümsə, fikrimdə necə arzulamışdımsa, həyatda da o cür gördüm.
    1343-cü (h.) ilin zilhiccə ayının on birinci gecəsi səhərə yaxın birdən yarı yuxulu-yarı ayıq vəziyyətdə gördüm ki, asimanın qapıları açılaraq, göyün üzündən pərdələr götürüldü. İlahi ərşin alt hissəsinə nəzər salanda gördüm ki, Mirzə Cavad ayaq üstə dayanıb, əlləri qunutda gözündən yaş damcıları süzülərək razü-niyaz edir, münacata məşğuldur. Onun Haqq Təalaya bu qədər yaxın olması məni heyrətə qərq etdi. Elə bu vaxt birdən qapı döyüldü. Tez qalxıb qapını açdım. Gördüm, dostlarımdan biri həyəcan içində dedi:
    Filankəs, tez gəl, gedək ustadın evinə. Dedim:
    Nə xəbərdir? Dedi:
    Başın sağ olsun, bəs, ustad dünyadan köçdü!(Məhəmməd Razi, "Gəncineyi daneşməndan”, c. 1, səh. 232)
    «FEYZIN KITABI DAHA YAXŞIDIR»
    Ayətullah Musa Şubeyri Zəncani, Axund Molla Əli Həmədanidən nəql edir ki, Mirzə Cavada məclislərin birində buyurdu:
    Hər kəs məsum imamlardan (ə) birini yuxuda görmək istəsə, gərək bir gün oruc tutub iftardan sonra, yatmadığı vaxt yüz dəfə "Qul huvəllah”, ya "İnnə ənzəlnahu” surəsini və ya hər ikisini oxusun. (hansı surəni oxumaqdan tərəddüd bizdəndir). Mən (Mirzə Cavad) bir kitab yazmışdım. Çapdan qabaq gördüm ki, həmin mövzuda Feyz Kaşani də bir kitab yazıb. Tərəddüdd idim ki, Feyzin kitabı ola-ola, mənim kitabımın çap olması nə dərəcədə düzgündür.
    Tərəddüddən qurtarmaq üçün bir gün oruc tutub yuxarıda göstərilən tövsiyəyə əməl etdim. Həzrət Sadiqə (ə) təvəssüldən sonra Həzrətdən (ə) yuxuda sualıma cavab istədim. Yuxuda o Həzrətdən (ə) soruşdum ki, mənim kitabım yaxşıdır, yoxsa Feyzin? Həzrət (ə) dinməyib sükut etdi. Ərz etdim: Siz də sual verəni cavab verməkdən məhrum edirsinizmi? Həzrət buyurdu:
    Feyzin kitabı daha yaxşıdır. Bundan sonra mən daha öz kitabımı çapa vermədim.(Seyyid Ne`mətullah Hüseyni, "Mərdane elm dər meydane əməl”, c. 3, səh. 402)
    «TANINMAZ BƏLƏDÇI»
    Əllamə Həsənzadə Amuli yazır: Tələbəlik dövrlərində bir zaman elə fikirləşirdim ki, Mirzə Cavadın qəbri Nəcəf-Əşrəfdədir. 1388-ci (h.q.) il rəcəb ayının ikinci yarısı olardı. Bir gün təxminən axşamdan üç saat keçmiş Seyyid Əli Qazinin qardaşı oğlu Ayətullah Hüseyn Qazi Təbatəbai ilə yolda təsadüfən rastlaşdıq. Birlikdə yolüstü söhbət əsnasında sözü Mirzə Cavaddan salıb qəbrinin harada olduğunu soruşdum. Dedi ki, onun qəbri Qumun həmin "Şeyxan” qəbiristanlığında Mirzə Quminin qəbrinin yanındadır. Qəbir daşının üzərində də lövhəsi var. Mən qəbirin lövhəsi olduğunu eşitdikdə, daha soruşmadım ki, Mirzə Quminin qəbrinin hansı səmtindədir.
    Seyyid Hüseyn Qazi ilə xudahafizləşən kimi, tələsik "Şeyxan” qəbiristanlığına tərəf getdim ki, birdən qapıları bağlayarlar, ziyarət edə bilmərəm.
    Orada əksər qəbir daşlarının lövhələrini gözdən keçirdim. Bəzisini oxuya bilsəm də, bəzisini qaranlıq və oranın işıqları zəif olduğu üçün oxuya bilmədim. Qəbirləri bir-birindən ayırmaq çox çətin idi. Öz-özümə dedim ki, indi gecə və qaranlıqdır, qalsın sabaha. Ümidsiz halda qəbiristanlığı tərk etsəm də, amma gedə-gedə gözaltı qəbirlərə nəzər salırdım. Birdən, tanımadığım bir nəfər qəbiristanlığın şərq qapısından içəri daxil olub birbaşa mənə tərəf gəlməyə başladı. Mənə çatar-çatmaz dedi: Siz Mirzə Cavadın qəbrini axtarırsınız? Mənə Mirzə Cavad Məlikinin qəbrini göstərib sürətlə qəbiristanlığın qərb qapısına tərəfə yollandı. Mən bir an istər-istəməz diksinərək vahimə keçirdim. Arxasınca onu səsləyib dedim:
    Ay qardaş, bəli, mən onun qəbrini axtarırdım, amma siz hardan bildiniz?
    Həmin şəxs getdiyi halda, üzünü yarı mənə tərəf çevirib dedi:
    "Biz öz müştərilərimizi tanıyırıq.”(Əllamə Həsənzadə Amuli, "Dər Asimane mə`rifət”, səh. 115)
    «FATIMƏNIN ADI DÜYÜN AÇANDIR»
    Rəhmətlik Ayətullah Qazinin uzun illər Seyyid Murtəza Kəşmiri (vəfatı 1350 q.) ilə yaxın əlaqələri olmuşdur. Seyyid Murtəza Kəşmiri öz dövrünün nadir şəxsiyyətlərindən, zahid və mükaşifə sahiblərindən idi.
    Qazi nəql edir ki, bir gün Murtəza Kəşmiri ilə birlikdə İmam Hüseynin (ə) qəbrini ziyarət etmək üçün Nəcəf-Əşrəfdən Kərbəlaya gəldik. Beynəl-Hərəmeynin bazar mədrəsəsində bir hücrə tutduq. Bu hücrə pillələrin qurtaracağında yerləşirdi və buna görə də hər gün o uzunluqda pillələri düşüb-çıxmalı olurduq. Həmin ərəfələrdə bir dəfə Seyyid Murtəza qabaqda, mən də arxasınca hücrəmizə gedirdik. Elə ki, pillələr sona yetdi, gördük hücrənin qapısı bağlıdır. Kəşmiri nəzərini mənə yönəldib dedi:
    Deyirlər, hər kəs Həzrət Musanın (ə) anasının adını bağlı qıfıla oxusa, qıfıl açılar. Mənim anam (Həzrət Fatimə (ə.s)) Həzrət Musanın anasından heç də əskik deyil.
    Bunu deyib əlini qıfıla uzatdı və dedi: "Ya Fatimə!” Bir anda açıq qıfılı qarşıma qoydu və içəri keçdik.("Mehre Taban”, səh. 323)
    Category: Kəramət sahibləri | Views: 1281 | Added by: Islam_Kitabxanasi | Rating: 2.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024