İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 4
Qonaqlar 4
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 23 » Kamil insan
    7:22 AM
    Kamil insan
    HEYSİYYƏT, QURAN VƏ HƏDİS BAXIMINDAN
    Dediyimiz kimi, islamda nəfsi istəklərə uymağın qadağan edilməsi, nəfsin, pis işlərə əmr edən olmasının bildirilməsi, «Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır! Onu (günaha) batıran isə, əlbəttə ziyana uğrayacaqdır» və «Cismani ölümdən qabaq nəfsinizi öldürün» kimi məsələlərin olması ilə yanaşı, onun qədir-qiyməti və heysiyyət məsələsi üzərində çox təkid edilib. Quran buyurur: «... Şərəf-şan da, qüvvət və qələbə də Allaha, Onun peyğəmbərinə və möminlərə məxsusdur...» (Munafiqun-8). Gördüyünüz kimi, şərəf-şan və heysiyyət, nəfsin izzət və ucalığı özünü bəyənmək və özündən razılıq kimi qiymətləndirilmir. Xeyr, heysiyyət başqa bir şeydir. Peyğəməbr (s) buyurub: «Ehtiyaclarınızı heysiyyətlə istəyin.» İnsanın başqa bir insana möhtac olması təbii bir məsələdir. Peyğəmbər (s) buyurub ki, bir şeyə ehtiyacınız olanda onu rəzalət və zəlilcəsinə istəməyin, heç kəsin qarşısında özünüzü xar etməyin. Ehtiyacınız olan şeyi heysiyyətinizi qorumaqla istəyin, yəni öz şəxsiyyətinizi və izzətinizi ləkələməyin. Belə fikirləşməyin ki, ehtiyacınız olan şeyi başqalarından dilənçi kimi istəmək nəfslə cihad və mübarizə baxımından daha yaxşıdır. Xeyr, islam buna icazə vermir. Kimdənsə, ehtiyacın olan bir şey istəyirsənsə, onu izzət və heysiyyətini qorumaqla istə və al!
    Əli (ə)-ın döyüş meydanında söylədiyi bu cümləyə diqqət edin. Bu cümlədə heysiyyət və şərəfdən söz gedir. O həzrət buyurur: «ölüm alçaq həyatda, həyat isə izzət və şərəfli ölümdədir!»
    center>
    Tən mordevo geryeye dustan
    Behəz zendevo xəndeyi doşmənan
    Məra ar ayəd əz in zendəgi
    Ke salar başəm konəm bəndəgi.
    Yəni: Cismimin ölməsi və dostlarımın ağlamaları mənə diri olub düşmənlərin gülməsini görməkdən yaxşıdır. Mənə ağa ola-ola qul kimi yaşamaq ar gəlir.
    İmam Hüseyn (ə) belə buyurur: «İzzət və heysiyyətlə ölmək, zillət və xar yaşamaqdan daha yaxşıdır.» O həzrət «nəfslə cihad, bizdən Yezid və İbni Ziyadın hökmlərinə tabe olmaq tələb edir, çünki belə olan surətdə biz öz nəfsimizlə daha çox mübarizə aparmış oluruq» sözlərini demir. İmam Hüseyn (ə) belə buyurur: Ziyadın oğlu – şərəfsiz oğlu şərəfsiz – məndən iki şeydən birini seçməyimi istəyib. Zillət bizdən çox uzaqdır. Bunu Allah, peyğəmbər və möminlər bizə icazə vermirlər...»
    Bəli, imam Hüseyn (ə) zillətə tabe olmağı özündən rədd edərək buyurur ki, biz hara zillət hara?! Mənim zillətə tabe olmağıma və xarlığıma Allah razı deyil. İmamın bu sözdən məqsədi budur ki, mənim xar olmağa razı olmamağım şəxsi hisslərimə qapılmağımdan yaranmayıb. Mənim məktəbim, Allahım, peyğəmbərim və aldığım tərbiyə, mənə bu icazəni vermir. Mən Əli (ə) və Fatimə (s)-in qucağında böyümüşəm. Mən Zəhranın südü ilə böyümüşəm və o süd mənə bu icazəni vermir. Yəni, sanki anam burdadır və mənə belə deyir: Hüseyn! Sən mənim südümü əmmisən. Mənim südümlə böyümüş bir kimsə zillətə boyun əyməz!
    İmam Hüseyn (ə) «gedək İbni Ziyada tabe olaq, qoy nə istəyir eləsin, bizi təhqir edərək söyməkdən başqa bir iş görməyəcək ki? Onsuz da o, bu işlərdən nə qədər çox etsə, biz nəfsimizlə o qədər çox cihad etmiş oluruq!» sözlərini demədi. Qətiyyən, belə şey ola bilməz. O, «mən heç vaxt sizə zillət əli uzatmayacağam və heç vaxt qul kimi qabağınızda qalmayacağam» və ya başqa nəqlə əsasən «qullar kimi sizin haqq olmanızı etiraf edib dilimə gətirməyəcəm və zillətə boyun əyməyəcəyəm» sözlərini buyurub.
    Quran ayələrindən, Peyğəmbər (s) və məsum imamlardan, xüsusilə imam Hüseyn (ə)-dan nəql edilmiş hədislərdə belə ifadələr həddindən artıq çoxdur.
    GƏNCLƏRƏ TÖVSİYƏ
    Mən Cavid məscidindəki söhbətlərimdən birində bir nöqtəyə toxunmuşdum və indi izah etmək üçün onu burada bir daha təkrar etmək istəyirəm. Həmin söhbətimdə, son zamanlar imam Hüseyn (ə)-ın adından yayılmış «həyat əqidəyə malik olmaq və onun uğrunda cihad etməkdən ibarətdir» cümləsi barəsində danışaraq dedim ki, islami mətnlərin heç birində o həzrətdən belə bir hədis nəql edilməyib. Deməli, həmin hədis sənədsiz olduğu üçün mötəbər deyildir. Hədisin mənası da düz deyildir və o imam Hüseyn (ə)-ın məntiqi ilə də uyğun gəlmir. İslam məntiqi baxımından həyat, insanın əqidəyə malik olması və onun uğrunda cihad etməsi demək deyildir. İslamda əqidə deyil, haqdan söhbət gedir. Buna görə də həyat insanın haqqı tapması və onun yolunda cihad etməsidir. Əqidə yolunda cihadın zəruriliyi fikri əcnəbilərə məxsusdur və o, sonralar müsəlmanlar arasında aşağıdakı şer şəklini alıb.
    center>
    Qif dunə rəyikə fil həyati mucahidən
    İnnəl həyatə əqidətun və cihad.
    Yəni: Həyatda, sənin fikir və əqidəndə olmayanları döyüşlə dayandır, çünki həyat əqidə və cihaddır.
    Mən gördüm ki, gənclərdən bir neçəsinin ürəyi həmin cümlənin imam Hüseyn (ə)-dan olmasını istəyir və mənim həmin cümlənin o həzrətdən olmamasını deməyim onların xoşuna gəlmir. Buna görə də ilk növbədə qeyd etmək istəyirəm ki, biz gənc nəslə, onları əqidələrində təəssübkeş deyil, həqiqət axtaran hesab etdiyimiz üçün xüsusi hörmət bəsləyirik. İndi əvvəla, əgər gənc nəslin də başına bir şey girəndə onu başlarından çıxarmaq mümkün olmasa və ya onlar da heç bir dəlil və məntiqə əsaslanmadan söz danışaraq əqidələri barəsində söhbət etməyə icazə verməsələr, keçmiş nəsl kimi olurlar. Belə gənclə keçmiş arasında olan fərq budur ki, onun bu cümlədən, keçmiş nəslin isə başqa cümlədən xoşu gəlib. Amma hər iki işin mahiyyəti birdir, yəni sən də, o, da dəlil və sübutsuz öz əqidənizdən yapışmısınız.
    İkincisi, siz indi qabaqcadan öz dostunuzdan eşidirsiniz ki, bu cümlə həm islamın məntiqi ilə düz gəlmir, həm də heç bir kitabda onun sənədi yoxdur. İndi fərz edin ki, sizin düşmən və müxaliflərinizdən olan və islam məsələlərindən yaxşı baş çıxaran bir qeyri-müsəlman şəxs «həmin hədis imam Hüseyn (ə)-dandır» deyib haray salan müsəlmana belə deyir: «Filankəs, imam Hüseynin sözlərinin kitablarda sənəd və kökü olmalıdır. O bu cümləni harda deyib?» Belə olan surətdə təbii ki, siz həmin cümləni tapa bilməyəcək və durub, mənim yanıma gəlib belə deyəcəksiniz: «Həyat əqidəyə malik olmaq və onun uğrunda cihad etməkdən ibarətdir» cümləsi harada və hansı kitabda yazılıb? Onu tez mənə göstər. Mən həmin sənədi mübahisə etdiyim müxaliflərdən birinə göstərmək istəyirəm. Mən onda sizə desəm ki, bu cümlə heç bir kitabda imam Hüseyn (ə)-ın dilindən nəql edilməyib, deyəcəksiniz ki, bəs bunu indiyə kimi nə üçün deməmisən ki, biz belə səhvə yol verməyəydik. Bəli, onda sizin kimisinin biri gəlib mənim kimisinin yaxasından yapışacaq ki, nə üçün bu qədər susdun, niyə heç nə demədin və indi biz düşmən qarşısında çıxılmaz vəziyyətdə qalanda və düşmən tərəfindən məhkum ediləndə səsini çıxarırsan?! Belə bir cümlənin olmamasını indi deyirsən?! Üçüncüsü, əgər siz bu cümləyə igidlik və qəhrəmanlıq baxımından vrulmuşsunuzsa, imam Hüseyn (ə)-ın ondan yüz qat artıq üstünlüyə malik cümlələri var. Sizcə «həyat əqidəyə malik olmaq və onun uğrunda cihad etməkdən ibarətdir» cümləsi yaxşıdır, yoxsa bundan əvvəl oxuduğumuz «izzət və şərəfli ölüm, zillətli həyatdan daha yaxşıdır» cülməsi? Bunlardan hansı yaxşıdır? O cümlə yaxşıdır, yoxsa o həzrətin bu cəmləsi ki, buyurur:
    center>
    Əlmovtu xəyrun min rukubil ari
    Vəlaru ovla minduxulin-nari.
    Yəni: ölüm, arla yaşamaqdan və ar da oda daxil olmaqdan daha yaxşıdır.
    Bu üstündür, yoxsa o həzrətin Aşura günü dediyi başqa bir cümlə ki, buyurub: «Ziyadın oğlu – bu şərəfsiz oğlu şərəfsiz – məndən iki şeydən birini, qılınc və ya zilləti seçməyi istəyib; zillət bizdən çox uzaqdır...»Həmin cümlə üstündür, yoxsa başqa bir xütbəsində dediyi bu cümlə? «Kim bizim yolumuzda qan və canından keçmək və özünü Allah görüşünə çatdırmaq istəyirsə bizimlə birlikdə səfərə çıxsın, mən inşaallah səhər hərəkət edəcəyəm!»
    Biz ki, şüar yoxsulu deyilik! Əgər biz bu cür şüarlara möhtac olsaydıq və özümüzün qəhrəmanlıq şüarlarımız olmasaydı, hansısa cümlənin imam Hüseyn (ə)-dan olmasını eşidəndə deyərdik ki, onsuz da bizim özümüzün bir şeyimiz yoxdur, gəlin bu cümləni götürüb imam Hüseyn (ə)-a nisbət verək. Amma xoşbəxtlikdən məsələ belə deyildir. İmam Hüseyn (ə)-ın özündən, atasından, anasından, qardaşları və övladlarından nəql edilmiş o qədər şüarlarımız vardır ki, dünya gəlib belə şeyləri bizdən borc almalıdır. Biz nə üçün gedib başqalarını götürməliyik? Buna görə də gənc nəslin bu barədə təəssübkeşlik etməsi yaramaz.
    Mən yenə də deyirəm, əgər kimsə bu cümləni kitablarda tapıb mənə gətirsə, mən gəlib bu minbərdə səhv etdiyimi etiraf edəcəyəm. Mən doxsan doqquz faiz bilirəm ki, tapılmayacaq, yüz faiz demirəm, çünki iddia etmək istəmirəm. Biz bir söz danışarkən dəlil və sübuta əsaslanaraq danışmalıyıq, sənədsiz heç bir şeyi dilimizə gətirməməliyik. Bu barədə də söz çoxdur, amma vaxt keçdiyi üçün söhbətimi burada da sona çatdırmaq məcburiyyətindəyəm.
    Bu da bizim sufi ədəbiyyatımızda nəfslə cihad məsəlsində, nəfsin izzət və şərəfinin tapdalanmasının islam meyarları ilə tənqidi idi. Göründüyü kimi, həmin məsələləri islam meyarları ilə ölçdükdə, həmin hissənin islah edilərək düzəldilməsinin zəruriliyi duyulur.
    Category: Kamil insan | Views: 796 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024