İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 6
Qonaqlar 6
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 23 » Kəramət sahibləri
    6:41 PM
    Kəramət sahibləri
    «TEYYÜL-ƏRZ»
    Ağa Qazi ziyarət əyyamlarında həmişə Nəcəf-Əşrəfdən Kərbəlaya gedərdi. Heç kim onun maşına mindiyini görməmişdi. Bu sirdən saat bazarının (böyük bazar) bir nəfər tacirindən başqa heç kim xəbər tuta bilməmişdi. Həmin tacir müqəddəs Məşhəd şəhərində ziyarətdə olarkən Qazini orada görür. Qazidən xahiş edir ki, pasportunda qarşıya çıxmış problemi həll etsin.
    Qazi ona bu işində kömək göstərir. Tacir Nəcəfə döndüyündən Qazini Məşhəddə gördüyünü faş edir.
    Qaziyə bunu deyəndə hədsiz əsəbləşir və deyir:
    ( Əllamə Hüseyn Hüseyni Tehrani "Mehre Taban" səh.371)
    Hamı bilir ki, mən Nəcəfdəydim, heç bir yerə səfər etməmişəm.
    Nəcəf-Əşrəfin üləmalarından olan Məhəmmədrza Xalxali bu əhvalatı ətraflı nəql edib deyirdi:
    Həmin tacir Məşhəddən Nəcəfə dönəndə öz yoldaşlarına deyir:
    Pasportumda problem çıxmışdı, polis idarəsinə getdim düzəlmədi. Qayıtmaq üçün ağa Qaziyə müraciət etdim və pasportumu ona verdim. Qazi dedi:
    Sabah polis idarəsinə gedib pastortunu təhvil alarsan!
    Həmin günün səhəri polis idarəsinə getdim, idarədə pasportumda düzəliş aparmışdılar. Pasportu alıb Nəcəfə döndüm. Həmin şəxsin dostları deyirlər:
    Ağa Qazi o vaxtı Nəcəfdə idi, heç yenə getməmişdi.
    Həmin adam özü durub Qazinin yanına gedir və əhvalatı əvvəldən-axıra kimi nəql edir. Qazi deyilənləri inkar edir və deyir:
    Elə şey olmayıb. Hamı bilir ki, mən Nəcəfdəydim, heç bir yerə getməmişəm. Həmin tacir qalxıb Nəcəfin böyük şəxsiyyətləri və üləmalarından olan Məhəmmədtəqi Amoli, şeyx Əli Məhəmməd Bürucerdi və seyyid Əli Xalxalinin yanına gedir və əhvalatı danışır. Onlar Qazinin hüzuruna gəlib məsələnin nə yerdə olduğunu soruşurlar. Qazi yenə də inkar edir. Onlar israrla Qazini vadar edirlər ki, onlar üçün əxlaq dərsi keçsin və islam əxlaqından dərs desin. O zamanlar Qazini tanıyan çox az idi, kimsənin onun əhvalı və məqamından xəbəri yox idi. Nəhayət Qazi söz verir ki, onlar üçün əxlaq dərsi müəyyən edəcək.
    «VADIÜS-SƏLAMDAN ANLADIM!»
    Mirzə Əli ağa Qazinin əksər şagirdləri nəql edirdilər ki, Qazi Nəcəfin Vadiüs-səlam qəbristanlığına ziyarət üçün çox gedirdi. Ziyarəti üç, dörd saata qədər çəkirdi. Hərdən şagirdləri də onunla gedirdilər və Qazi bir kənarda səssiz-səmirsiz sükut içində əyləşərdi. Bu haldan şagirdlərin çoxusu yorulardı və geri qayıdardılar. İşin nə yerdə olduğunu bilməyən şagirdlər Qazinin bu əhvalatına etiraz edib öz qəlblərində deyərdilər: Axı ustad üç-dörd saat vaxtı niyə burda oturur? Görən yorulmur?
    Tehranda olduqca təqvalı, alicənab bir alim var idi. Həqiqətən də düzünü demək istəsək bu şəxs olduqca yaxşı adam idi. Bu şəxsin adı Məhəmmədtəqi Amoli və özü də Qazinin birinci silsilə irfan və əxlaq yönlü şagirdlərindən idi.
    Məhəmmədtəqi Amoli nəql edirdi: Mən həmişə görürdüm ki, Qazi gedib 2-3 saat Vadiüs-səlamda oturur. Öz-özümə dedim: İnsan qəbristanlığa gəldi, gərək ziyarət edib tez də getsin. Bir fatihə oxuyub ölülərin ruhuna tapşırsa bəsdir, daha bu qədər burda oturub vaxt öldürmək nəyə lazımdır, görüləsi o qədər vacib iş var ki...
    Bu narazılıq həmişə mənim qəlbimdə dururdu, amma heç kəsə, − hətta ən səmimi bildiyim dostlarıma belə bu barədə bir söz deməmişdim.
    Günlər ötdü, illər sovuşdu, mən bu minvalla hər gün ustadın xidmətinə gedir, onun elm və mərifət dəryasından incilər toplayırdım.
    İş elə gətirdi ki, Nəcəf-Əşrəfdən İrana qayıtmaq fikrinə düşdüm, amma bu səfərin nə dərəcədə məsləhətə uyğun olduğunu bilmirdim, ikifikirli qalmışdım. Bu niyyətimi heç kimə bildirməmişdim.
    Bir axşam yatmaq istəyirdim. Otaqda yataq taxtının ayaq tərəfində taxçanın üstündə elmi və dini kitablar yığmışdım. Yatan vaxtı təbii olaraq mənim ayaqlarım kitablara tərəf uzadılmış olurdu. Öz-özlüyümdə dedim:
    Görən qalxıb yatağımın səmtini dəyişim, yoxsa lazım deyil, belə qalsın? Çünki kitablar tam mənim ayaqlarımın müqabilində durmurdu, bir az yuxarıda taxçaya yığılmışdı. Fikirləşdim ki, bununla kitablara hörmətsizlik olmaz. Bunu deyib yatdım.
    Səhər tezdən ustadım Qazinin yanına getdim, salaməleyk etdim, cavabımı verib dedi: Sənin İrana qayıtmağın məsləhət deyil, kitablara tərəf də ayağı uzatmaq elmə, kitaba ehtiramsızlıq sayılır.
    Bu sözləri eşidəndə diksinib özümü itirdim. Dodağım əsə-əsə dedim:
    Ağa, siz hardan bildiniz?
    Dedi:
    Vadiüs-səlamdan bildim.
    Qazi bu son cümləsi ilə uzun müddət Məhəmmədtəqi Amulinin xatirində ustadının Vadiüs-səlamda uzun müddət oturması ilə əlaqədar dolaşan şübhələrə də son qoydu.
    (Əllamə Hüseyn Hüseyni Tehrani "Məad şenasi" c.2, səh.291)
    «XALIS INCILƏR SILSILƏSINDƏN»
    Peyğəmbəri-Əkrəm (s) buyurur:
    Əgər şeytanlar Adəm övladlarının qəlblərini başdan-ayağa dolaşmasaydılar, insanlar hökmən göylərin və yerin mələkut aləmini görərdilər.("Biharul-Ənvar" c.63, səh.332)
    «GECƏ NAMAZI»
    Ayətullahul-Üzma Hüseyn Qumi Rzaxan Pəhləvinin din əleyhinə mübarizəsinə etirazından sonra Rey şəhrinə getməli olur. Onun gediş-gəlişini izləyən hökumət dairələri həzrət Əbdül-Əzim hərəminə yaxın yerdə kirayələdiyi mənzili mühasirəyə alırlar. Bir axşam ziyarət qəsdi ilə evdən çıxmaq istəyən Qumi bağın qapısında gözətçi durmuş dövlət məmuruna deyir:
    Ziyarətə getmək istəyirəm, xahiş edirəm qapını açın.
    Məmur etina etməyib onun dəfələrlə xahiş etməsinə baxmayaraq qapını açmır. Ayətullah Qumi üzünü gözətçiyə tutub deyir:
    İndiki öz xoşunla qapını açmaq istəmirsən, eybi yoxdur, biz özümüz açarıq, sənə ehtiyacımız yoxdur. Bunu deyib iki rəkət namaz qılır və sonra dua oxuyur. Bu anda bağın darvazası öz-özünə açılır. Ayətullah Qumi bağdan çıxıb hərəmə gedir və ziyarət etdikdən sonra yenidən evə qayıdır.(Pül Əmini Muhəmmdəbaqir "Qaməte qiyam" səh.112)
    Ey ürək atəş olub yan ki, odun hər bir işi həll etsin
    Gecə yarı namazın ərşə çıxıb yüz bəlanı dəf etsin.
    «QƏRIBƏ YUXU»
    Ayətullah Zəncani yazır:
    İnsanın ölümdən qurtulmasına səbəb olan yuxulardan birini də Tehranın mötəbər üləmalarından biri Mirzə Məhəmmədəli Şahabadi görmüşdür. O deyir:
    Yuxuda gördüm ki, bir neçə nəfərlə bir yerdə oturmuşuq; mənim yanımda da bir uşaq əyləşmişdi. Oturduğumuz yerdən bir az aralı bir uçurum var idi. Mən qorxurdum ki, məbada uşaq gedib ordan yıxılar.
    Ətrafımdakı adamlarla söhbət edə-edə uşağa da göz yetirirdim. İşin tərsliyindən uşaq gözümdən yayındı, onda gördüm ki, uşaq uçurumdan yıxıldı.
    Bu mənzərənin vəhşətindən yuxudan ayıldım. Qapını açıb otaqdan çölə boylananda gördüm ki, balaca bir uşaq su anbarının kənarında dayanıb. İstədim səslənib haraylayam ki, geri qayıtsın, elə bu dəmdə uşaq su anbarının içinə yıxıldı. Tez qaçıb uşağı quyudan çıxartdım. Əgər bir an gec oyanmış olsaydım, yəqin ki, uşaq suda batıb öləcəkdi.(Əl-Kəlamu yəcurruhul kəlam" c.1, səh.110)
    «İMAM HÜSEYNIN SALAMI»
    Əllamə Təbatəbai deyir:
    Dostlarımdan biri nəql edib deyirdi ki, avtobusla Kərbəlaya gedirdim. İrandan yola düşmüşdüm və mənim kənarımda yan oturacaqda bir cavan əyləşmişdi. Üz-gözündən, geyimindən müasir tipli olduğu görsənirdi və bunun üçün də yol boyu bir-birimizlə kəlmə kəsmədik.
    Birdən oğlana nə oldusa hönkürüb ağlamağa başladı. Çox təəccübləndim, soruşdum:
    Nə olub, niyə ağlayırsan? Dedi:
    Sizə də deməyib, bəs kimə deyəcəyəm.
    Mən yol və inşaat mühəndisiyəm. Uşaqlıqdan məni əqidəsiz və dinsiz mühitdə tərbiyə etmişlər və belə bir mühitdə böyüdüyüm üçün dini, axirəti qəbul etmirdim. Amma məzhəbindən asılı olmayaraq dindar adamlara − istər müsəlman, istər xristian olsun − qəlbimdə bir məhəbbət hiss edirdim.
    Bir gecə dostlarımla kef məclisi qurmuşduq, gecəni yarıya qədər yeyir-içir, oynayır, yaramaz işlərlə məşğul olurduq. Dostlarımın əksəriyyəti bəhai (Mirzə Hüseynəli Bahanın adı ilə bağlıdır. 19-cu əsrin birinci yarısının sonlarında çar Rusiyasının əli ilə İranda dinin əleyhinə yaradılmış firqənin əli) idilər. Belə məclislərdən sonra həmişə özümdə bir narahatçılıq hiss edir, özümdən bərk acığım gəlirdi. Bu dəfə də bir az əylənəndən sonra halım pisləşdi, otaqdan çıxıb yuxarı təbəqəyə qalxdım. Bir müddət həmin yerdə tək qaldım və birdən məni ağlamaq tutdu. Ağlaya-ağlaya dedim:
    Ey O kəs ki, adı Allahdır! Əgər varsansa, mənə də bir nəzər sal!
    Bir az keçəndən sonra aşağı endim. Gecə tamam olanda hərə qalxıb öz evinə getdi.
    Həmin gecənin sabahısı dəmiryol rəisi və neçə nəfər başqa şəxslə işimizlə əlaqədar səfərə çıxmalı olduq. Bir də gördüm uzaqdan nurani bir seyyid (Ayətullah Seyyid Mahmud Zəncani) düz mənə tərəf gəlir. Çatıb salam verdi və dedi:
    Səninlə işim var. Söz verdim ki, sabah günortadan sonra görüşünə gedərəm.
    O gedəndən sonra yanımda durmuş adamlardan bəzisi dedi:
    Bu adam tanınmış və çox hörmətli seyyiddir, niyə etinasızlıqla onun salamının cavabını verdin? Dedim:
    Seyyid mənə salam verəndə elə bildim ehtiyacı olduğu üçün mənə yaxınlaşıb, dedim yəqin pul istəyəcək.
    Təsadüfən dəmiryol rəisi əmr etdi ki, sabah günortadan sonra bir iş üçün filan yerdə olmaq lazımdır. Tərslikdən o dediyi vaxtla seyyidin görüşü üçün təyin etdiyim vaxt üst-üstə düşürdü. Dəmiryol rəisi mənə lazım olan göstərişləri verib çıxıb getdi. Öz-özümə dedim:
    Artıq seyyidlə görüşə bilməyəcəm.
    Sabahısı gün rəisin tapşırdığı işin vaxtı yaxınlaşdıqca mən özümü pis hiss etməyə başladım. Yavaş-yavaş qızdırmam qalxmağa başladı və elə hala düşdüm ki, məni aparıb yatağa uzatdılar. Üstümə həkim gətirdilər, həkim baxıb bu vəziyyətlə işləyə bilməyəcəyimi bildirdi. Beləliklə, dəmiryol rəisinin tapşırdığı işdən azad olundum. Elə ki, camaat dağılışıb getdi və rəisin göndərdiyi adam çölə çıxdı, gördüm qızdırmam aşağı enir, çox keçmədi vəziyyətim əvvəlki halına qayıtdı.
    Özümü olduqca normal və gümrah hiss etdim, bildim ki, burada nə isə bir sirr var, odur ki, qalxıb birbaşa seyyidin evinə yollandım.
    Elə ilk görüşümüzdə mənə üsuliddindən və etiqadi məsələlərdən bir dərs təyin edib dəlil və sübutlarla söhbətə başladı. Dərsin sonunda mən etiqadımı dəyişib mömin oldum. Sonra mənə bir-neçə göstəriş verib dedi:
    Sabah yenə də gələrsən. Neçə gün bu minvalla onun yanına getdim. Elə ki, onun müqabilində əyləşdim, olub keçən əhvalatları bir zərrə olsun belə artırıb-azaltmadan mənə söyləməyə başladı. Mənim şəxsi işlərimdən və niyyətimdən elə dəqiq misallar söyləyirdi ki, özümdən başqa heç kimin o işlərdən xəbəri yox idi. Bir müddət seyyidin yanına gedib gəlməyə başladım, bir gün köhnə dostlarım məni qonaqlığa dəvət etdilər. Nə qədər etiraz etsəm də, israr edib əl çəkmədilər. Naçar qalıb dəvətlərini qəbul etdim. Qonaqlıqda istər-istəməz təsir altına düşüb bir anlığa hər şeyi unutdum. Məcbur oldum uşaqlarla mən də qumar oynayım. Sabahısı seyyidin yanına gedəndə dedi:
    Heç utanıb ölmürsən ki, belə böyük günahlara batırsan. Sən ki, söz vermişdin? Xəcalət təri məni basdı, peşmançılığımı bildirib göz yaşı axıtmağa başladım, dedim:
    Qələt eləmişəm, tövbə edirəm. Dedi:
    Get tövbə qüsulu al və bir də belə işlər görmə. Sonra mənə bir-iki tapşırıq verdi. Xülasə o zamandan həyatım, baxışlarım tamam dəyişdi.
    Bu hadisə Zəncanda başıma gəldiyi üçün, oradan Tehrana dönəcəyimi bildirəndə seyyid tapşırdı ki, Tehranda bəzi alimlərə baş çəkim. Bir gün seyyid sifariş göndərdi ki, Kərbəla, Nəcəf ziyarətinə səfərə çıxım. Mən bu səfərə seyyidin buyuruğu ilə gedirəm.
    Əllamə Təbatəbai hekayənin davamında deyir:
    Dostum dedi: İraqa çatmağa az qalmış gördüm yenə bu cavanı ağlamaq tutdu, səbəbini soruşdum dedi:
    İndicə İraq torpağına daxil olduq, çünki İmam Hüseyn mənə salam verib, xoşgəldin dedi!
    (Əllamə Hüseyn Hüseyni Tehrani "Risaleye Lübbul lübab" səh.93)
    Aydındır ki, bu hekayə rəbbani arif Ayətullah Mahmud Zəncaninin də mənəvi dərəcəsinə dəlalət edir. Onun haqqında Əllamə Təbatəbai buyurur:
    O, nəfsinə sahib, alim və müraqibə əhli olan birisi idi. Onun tərbiyəsinin bərəkəti nəticəsində Zəncanda bir sıra fəhm və fəzl əhli kamala çatmışdır.
    Ayətullah İzzəddin Zəncani onun övladlarından biri olub islam aləmində iftixarla yad edilir.
    (Əllamə Hüseyn Hüseyni Tehrani "Mehre Taban" səh.326)
    «YAĞIŞ NAMAZI»
    1362-ci (h.q.) ildə İran müttəfiqlərin işğalı altında olanda və İngiltərə, Amerika əsgərlərinin bir hissəsinin Qumun "Xakfərc” məhəlləsində yerləşdikləri vaxt İranda havaların yağmursuz keçməsi nəticəsində quraqlıq hökm sürürdü. Camaat susuzluqdan əziyyətə düçar olub gələcək günlərin çox çətin şəraitdə keçəcəyini deyirdi. Xalqın ağsaqqalları yığılıb həzrət Ayətullah Məhəmmədtəqi Xansarinin yanına gedir və ondan xahiş edir ki, islam qanunlarına əsasən onlarla birlikdə istisqa namazı qılsın ki, bəlkə Allah öz rəhmət yağışını onlardan əsirgəmədi.
    Xansari onların xahişini qəbul edib, şəhərin müxtəlif təbəqələrindən olan 20 minə yaxın cəmiyyətlə birlikdə ramazan ayının günlərindən birində, orucağız Xakfərc məntəqəsində yerləşən böyük müsəllaya doğru hərəkət edir.
    Bu vaxt İranın siyasi çöhrələrindən bir-neçə nəfər dövlət məmuru (bəhai) müttəfiq qoşunların içində olan nüfuzlarından istifadə edib zabitlər arasında şayiə yayırlar ki, şəhərin camaatı çölə tökülüb sizin üstünüzə hücuma hazırlaşırlar; Vaxtında tədbir töküb camaatın qarşısını alın.
    Zabitlər qoşuna hazırlıq komandası verir; topların, pulemyotların lüləsini camaat gələn səmtə tuşlayıb sıraya düzlənirlər.
    Amma gözlədiklərinin əksinə görürlər ki, camaat səssiz-səmirsiz hərəkət edib müsəllaya yığışdı.
    Ayətullah Xansari iki gün dalbadal istisqa namazına gedir. İkinci gün namaza duranda müttəfiq cəbhənin əsgərləri bir-neçə nəfər bəhainin təhriki ilə camaatı ələ salıb gülməyə başlayırlar. Çünki havada buluddan əsər-əlamət yox idi.
    Namaz qurtarar-qurtarmaz birdən göydə qara bulud topaları görsənməyə başlayır. Camaat müsəlladan çıxıb evlərinə çatmamış elə şiddətli yağış yağmağa başlayır ki, qurumuş çaylar daşıb, coşmuş selə dönür. Hadisə o qədər fövqəladə olur ki, xarici jurnalistlər və müttəfiq qoşunların nümayəndəsi bu xəbəri xaricdə də yayımlayırlar. Həmin günün səhərisi əksər radiolar bu hadisəni təfsilatı ilə şərh edib xəbər verirlər.
    Maraqlı burasıdır ki, müttəfiq qoşunlar arasında təxribat yaratmaq istəyən bir-neçə bəhai həmin gecə aradan çıxırlar. Zabitlər onları cəzalandırmaq üçün nə qədər axtarsalar da tapa bilmirlər.(Əli Dəvani "Tarixe Qum" səh.253)
    «TƏXTI-FULADDA QORXULU MƏNZƏRƏ»
    Seyyid Cəmaləddin Gülpayqani Nəcəf-Əşrəfin böyük mərcə-təqlid və alimlərindən olmuşdur. Gülpayqani, Ayətullah Naininin şagirdlərindən olub, elm və əməldə Nəcəfdə ad çıxarmışdır. Onun kəramət və məqam, pak nəfsə sahib olmasında kimsənin şübhəsi yox idi. Nəfsin həvavü-həvəsindən qorunmaqda ilk yerlərdən birini tuturdu.
    Onun münacatının, ağlamağının səsindən qonşular qəribə əhvalatlar söyləyirdilər. Səhifeyi-Səccadiyyə həmişə onun xəlvət vaxtlarının müunisi idi, qarşısından əskik olmazdı; mütaliədən ayrılan kimi onu vərəqləməyə başlayırdı. Yanıqlı ahı, göz yaşı, təsirli sözü, maraqlı bəyanı və ilahi eşqdən közərmiş ürəyi vardı.
    Doxsan ildən çox ömür yaşadı, neçə ildir ki, artıq aramızda yoxdur.
    Cavanlığında İsfahanda dərs oxuyurdu və Hüseyn Bürucerdi ilə həm sinif yoldaşı, həm də yaxın dost idilər.
    Ayətullah Bürucerdi sonralar da istər Bürucerddə olanda, isərsə də Quma köçüb orda yerləşəndən sonra həmişə onunla məktublaşar, bəzi çətin məsələlərin həllindən ondan kömək istəyərdi.
    Gülpayqani deyirdi:
    Cavanlıq illərində İsfahanda olanda, axund Kaşi və Cahangirxan Qaşqayi kimi böyük ustadlardan əxlaq və seyrü-süluk dərsi öyrənirdim. Onlar mənim mürəbbilərim idilər.
    Mənə tapşırıq vermişdilər ki, cümə axşamı və cümə günləri gecələri İsfahandan qırağa çıxım və Təxt-fulad qəbristanlığına gedib bir az ölüm və ruhlar aləmi haqqında təfəkkürə dalım; bir az da ibadət edib səhər açılanda geri qayıdım.
    Mən də bir qayda olaraq cümə axşamı və cümə gecələri Təxt-fulada gedər, qəbir və məqbərələrin arasında bir-iki saat gəzib təfəkkür edəndən sonra bir az dincimi alıb gecə namazına və münacata qalxardım. Sübh namazını qılandan sonra İsfahana qayıdardım.
    Bir gün yenə də qışın soyuq gecələrindən birində, qarlı-soyuqlu havada ruhlar və o aləmin sakinləri haqqında təfəkkür üçün İsfahandan hərəkət edib Təxt-fulada gəldim. Oradakı hücrələrdən birinə daxil olub boxçanı açdım ki, bir-iki loğma çörək yeyib sonra da bir az yıxılıb yatım və gecə yarısı qalxıb öz işlərimlə məşğul olum.
    Bu vaxt məqbərənin qapısı döyüldü. Gördüm bir neçə nəfər adam təzə cənazə gətiriblər ki, axşamı bura qoyub səhər gəlib dəfn etsinlər. Cənazə məqbərə sahibinin yaxın qohumlarından biri idi və İsfahandan gətirmişdilər. Cənazənin yanında qalmaq üçün də bir nəfər Quran oxuyan adam gətirmişdilər ki, səhərə qədər cənazənin başı üstündə Quran oxusun.
    Mən gətirdiyim boxçanı açıb təzəcə çörəyə əl uzatmışdım ki, bir də gördüm əzab mələkləri gəlib cənazəyə divan tutmağa başladılar. Odlu gürzləri onun başına elə çırpırdılar ki, od-alovu asimana yüksəlirdi. Meyidin fəryadı, ah-naləsi bütün qəbiristanı lərzəyə salmışdı. Bilmirəm hansı günahın sahibi imişsə ona bu cür əzab verirdilər. Bütün bu hadisədən Quran oxuyanın əsla xəbəri yox idi; sakitcə cənazənin başı üstündə oturub öz işinə məşğul idi.
    Bu mənzərəni görəndə bihuş oldum, bədənimə titrətmə düşüb rəngim qaçdı. Məqbərə sahibinə nə qədər işarə eləsəm də, qapını aç, mən getmək istəyirəm, bir şey başa sala bilmədim. Nə qədər danışmağa səy etsəm də alınmırdı, dilim kilidlənmişdi, hərəkət edə bilmirdim.
    Axırı bir təhər onu başa saldım ki, qapını aç, mən çıxmaq istəyirəm.
    Dedi:
    Ağa, hava çox soyuqdur, yolu-izi büs-bütün qar örtüb, gecə vaxtı qurda-quşa rast gələrsən səni parçalayar.
    Ona heç cür anlada bilmirdim ki, mənim bu mənzərəni görməyə taqətim yoxdur. Naçar qalıb özümü bir təhər qapının yanına sürüklədim, qapını açıb çölə çıxdım. Təxt-fuladdan İsfahana elə də çox məsafə olmasa da yolu çox çətinliklə gedir, tez-tez yerə dəyirdim. Çətin əzab-əziyyətdən sonra nəhayət özümü evə çatdırdım.
    Bu hadisədən sonra düz bir həftə xəstə yatdım. Axund Kaşi və Cahangirxan tez-tez gəlib mənə baş çəkir, dərman verirdilər.
    (Əllamə Hüseyn Hüseyni Tehrani "Məad Şenasi" c.1, səh.138)
    «XƏBIS RUHLARLA SÖHBƏT»
    Seyyid Cəmaləddin Gülpayqani deyirdi:
    Nəcəf-Əşrəfdə olarkən bir gün qəbir əhlini ziyarət etmək üçün Vadiüs-səlama getdim. Hava olduqca isti idi. Zöhr namazını qılıb havanın istisindən özümü kölgəlik bir yerə verib əyləşdim ki, bir az yorğunluğum çıxsın. (Seyyid Cəmaləddin Vadiüs-səlama çox gedirdi. Qəbristanlıqda oturub saatlarla ləngiməsindən biz belə başa düşürdük onun pak ruhlarla nə isə bir işi var, elə-belə burada oturmur, öz aralarında söhbət edir, bir-birlərinə xəbər ötürür, xəbər gətirirlər.)
    Gülpayqani deyir: Oturub çubuğu çıxardıb alışdırdım ki, bir az istirahət edim, elə bu dəmdə gördüm bir dəstə pis gündə ruh mənə tərəf gəlir. Üst-başları cır-cındır içində idi. Yalvarıb məndən xahiş edirdilər ki, ağa gəl bizim fəryadımıza yetiş və bizə şəfaətçi ol!
    Bu ruhlar mən aralarında oturduğum qəbirlərin yiyələri idi və hamısı da ərəbin böyükləri və şeyxləri olub dünyada var-dövlətləri ilə ad çıxarmış, sağlıqlarında təkəbbür və vəzifə sahibləri olmuşdular. Öz xahişlərində israr edir, yaxamdan əl çəkmək istəmirdilər.
    Mənim keyfim bərk pozuldu, hamısını qovub dedim: Ey insafsızlar! Siz vaxtilə dünyada yaşayırdınız, xalqın malını çalıb-çapırdınız, cinayət edirdiniz, yetimin-yesirin, zəifin haqqını əlindən alırdınız və biz nə qədər sizə desək də qulaq asmırdınız. İndi gəlmisiniz ki, bizə şəafət elə; itilin gözümdən, rədd olun gedin. Hamısını qovdum dağılışıb getdilər.(Əllamə Hüseyn Hüseyni Tehrani "Məad Şenasi" c.2, səh.290)
    Category: Kəramət sahibləri | Views: 1285 | Added by: Islam_Kitabxanasi | Rating: 1.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024