İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 9
Qonaqlar 9
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 23 » Kəramət sahibləri
    6:47 PM
    Kəramət sahibləri
    «HATƏMDƏN DƏ KƏRİMLİ»
    Şeyx Məhəmməd Qumi böyük təqva sahibi alim və zahid Şeyx Ənsarinin müasiri olmuş Seyyid Əhməd Ərcəzinidən belə nəql edir:
    Şeyx nə qədər ki, sağ idi, mənim xərcimi ödəməyi öz öhdəsinə götürmüşdü. Amma vəfat edəndən sonra mənim güzəranım pisləşdi və çox çətinlik çəkməyə başladım. Bir gün arvad-uşağa yeməyə bir şey tapmaq üçün evdən çölə çıxdım, amma heç bir şey hasil olmadı. Yavaş-yavaş günorta düşürdü.
    Həmin gün yayın isti günlərindən biri idi və qayda üzrə hərəmin də qapıları bağlanırdı. Küçələrdə camaatın get-gəlişi də kəsildi. Hətta borc almağa bir tanış da tapa bilmədim. Çox narahat və qəmgin halda Şeyx Ənsarinin məqbərəsinə gedib dedim:
    Ey Şeyx həzrətləri! Siz ki, Hatəmdən(Peyğəmbərin (s) zamanında yaşamış məşhur səxavətli insan.) əskik deyilsiz. Bir iddə (qrup) adam Hatəmin məqbərəsinə daxil olub ondan ziyafət (qonaqlıq) istədilər. Üstündən bir az keçməmiş Hatəmin qohumlarından olan bir neçə nəfər tez gəlib dəvə kəsdilər və onlara yaxşı qonaqlıq verib dedilər: Yuxuda Hatəmi gördük ki, dedi: "Mənim qonaqlarıma qulluq edin.”
    Mən də indi sizin qonağınızam − deyib, fatəhə oxumağa başladım. Bir az keçməmiş gördüm ki, Mirzə Şirazi Tənbakuyi sürətlə mənə tərəf gəlir. Havanın çox isti olduğundan qan-tər içində idi. Məqbərəyə yaxınlaşaraq pəncərədən əlini içəri uzadıb, tez pulu mənə verib geri qayıtdı. Hava çox isti olduğundan heç fatihə də oxumadı.
    Mizrə Şirazi çox mülayim və lətif xasiyyətli olduğundan, heç vaxt kimsə təsəvvür etməzdi ki, günortanın o çağında evdən bayıra çıxsın.
    Mən həmin pulla lazım olan şeyləri alıb evə apardım və Şeyx Ənsarinin bu qonaqlığından çox sevinib, ona təşəkkür etdim.(Seyyid Mirzə Hadi Hüseyini Xorasani, "Mu`cizat və kəramat”, səh. 2)
    «DƏQİQƏN HƏMİN MƏBLƏĞ»
    Əllamə Ağa Büzürg Tehrani buyurur:
    Kərbəlayi ləqəbilə məşhur, Mirzə Şirazinin şagirdlərindən olan fazil, əllamə Şeyx Həsən İsfahani ömrünün son günlərini xəstə yatağında yatdığı vaxt Şeyx Məhəmməd Təqi Qəzvininin dilindən mənim üçün Mirzə Şirazinin kəramətlərindən birini hekayət etdi. Şeyx Məhəmməd Təqi deyir: İraqdakı müqəddəs yerləri ziyarət etmək üçün yaman şövqüm vardı. Amma məlum səbəblərə görə bu arzuma çatmağa ümidim yox idi. Bir gecə yuxuda gördüm ki, bu arzuma nail və sonra Samirra şəhərində Mirzə Şirazinin xidmətinə müşərrəf olmuşam. Mirzə mənə dedi: "Getmək istəyirsən, yoxsa bizim yanımızda qalırsan? Əgər qalmaq fikrin varsa, hər ay filan qədər sənə verərəm. Elə bu vaxt yuxudan ayıldım.
    Bir neçə gündən sonra Allahın lütfüylə, arzuladığım ziyarət mənə qismət oldu. Ziyarətdən sonra Samirra şəhərində Mirzənin hüzuruna müşərrəf oldum. Hal-əhval soruşandan sonra Mirzə dedi:
    Getmək istəyirsən yoxsa bizim yanımızda qalırsan? Əgər qalmaq fikrin varsa, sözüm əvvəl dediyim kimidir.
    O gecə gördüyüm yuxu yadıma düşdü. Başa düşdüm ki, Mirzə yuxuda mənə dediklərinə və təyin etdiyi məbləğə işarə edir.
    Nəhayət Samira şəhərində qalmalı oldum və bir aydan sonra Mirzənin xadimi gəlib dəqiq yuxuda təyin olunmuş məbləği mənə verdi və hər ay bu işi yerinə yetirirdi.(Əllamə Şeyx Ağa Büzürg Tehrani, "Mirzə Şirazi” ("Hidayətur-razi”nin tərcüməsi), səh. 66)
    «TƏKİD ETMƏYİN»
    Bir gün Samirra şəhərinin zəvvarlarından üç fəqir kişi Mirzə Şirazinin məclisinə gəlib kömək istədilər. Mirzə onlardan birinə iyirmi qran, digərinə beş qran və üçüncüsünə isə heç nə vermədi.
    İkinci şəxs çox təkid edirdi ki, beş qran artıq alsın və üçüncü şəxs də öz etirazını bildirdi. O iki nəfər deyirdilər:
    Biz hər üçümüz dost və birgəyik. Üçümüzün də yemək-içməyə ehtiyacımız olduğu halda niyə bizim aramızda fərq qoyursunuz?
    Mirzə dedi:
    Sizin öz istəyinizə görə, mən bu işi gördüm (yəni özünüz istədiniz ki, pulunuz bərabər və eyni olsun). Bundan artıq rüsvay olmağınıza da təkid etməyin.
    Amma onlar yumşaq dillə razılaşmayıb, artıq pul almaq üçün israr etdilər. Mirzə Şirazi xidmətçilərdən birini çağırıb əmr etdi ki, onların cibləri və əyin-başlarını axtarsınlar. Axtarışdan sonra məlum oldu ki, iyirmi qran verdiyi birinci şəxsin kisəsində beş qran, beş qran verdiyi ikinci şəxsin kisəsində iyirmi qran və heç nə vermədiyi üçüncü şəxsin kisəsində isə iyirmi beş qran var imiş.
    Buradan məlum oldu ki, Mirzənin onların arasındakı bərabərlik nəzəri nə imiş.(Həmin mənbə, səh. 67)
    «MİRZƏYƏ SİFARİŞ ETMİŞİK»
    Fazil alim, hacı şeyx İbrahim Təcrişi Tehrani belə hekayət e dir:
    Fəzilətli şəxslərdən biri ilə Əllamə hacı Molla Əli Kəninin hüzuruna getmişdik. Söhbət əsnasında hacı Molla Əli dedi:
    İstəyirsinizmi sizə öz kitab xəzinəmdən bir şey göstərim?
    Bu sözdən sonra onunla birlikdə kitabxanaya girdik. Məxsus bir yerdən çox böyük ehtiramla bir məktub çıxararaq onu öpüb, bizə göstərdi. Dedi:
    Bu mərhum Mirzə Şirazinin öz xəttilə yazılmış və aşağısına da öz möhürünü vurmuşdur. Hacı Molla Əli sonra edib dedi:
    Bu məktub mənim üçün çox dəyərli və qiymətlidir. Sanki, hiss edirəm bu, həzrət İmam Əsgəri (ə) tərəfindən göndərilmiş bir namədir. Oğluma vəsiyyət etmişəm ki, mən öləndən sonra onu kəfənimə qoysun. Namənin məzmunu Qəzvin əhalisindən olan bir seyyidlə bağlı yazılmış tövsiyədir.
    Hal-qəziyyə buradan başlayır ki, çox varlı və dövlətin böyük xadimlərindən biri həmin bu seyyidin əmlakının böyük bir hissəsini qəsb edir. Seyyid də Tehrana gəlib bu haqda mənə şikayət edir. Sözün düzü, mənə pənah gətirir ki, onun müşkülünü həll edəm və ona zülm edən şəxsdən haqqını geri alam. Amma o adam dövlətin nüfuzlu şəxslərindən biri olduğundan, mən seyyid üçün heç bir iş görə bilmədim. Bir müddətdən sonra Seyyid də məndən artıq ümidini üzdü. Elə bu vaxtlar mənim yaxın dostlarımdan üçü İraqa ziyarətə getmək niyyətində idilər. Onlardan biri böyük alim Seyyid Məhəmməd Təqi Tonikaboni idi. Seyyid də onlarla birlikdə yola düşdü və yol boyunca hey deyirdi ki, bu səfərdə yalnız Samirraya gedib Mirzə Şiraziyə şikayət etmək qəsdindəyəm.
    Seyyid Məhəmməd Tonikaboni deyir ki, Samirra şəhərinə çatdıqdan sonra Mirzə Şirazi ilə görüşə bilmədik. Nəhayət Samirrada olduğumuz sonuncu günün axşamı Mirzənin hüzuruna yetişə bildik və seyyid öz macərasını (əmlakının qəsb olunması və uzun müddət Tehranda qalmasını) ona danışdı. Həmçinin hacı molla Əli Kəniyə də müraciət etdiyini və heç bir nəticə hasil olmadığını da əlavə etdi. Mirzə bu məsələ haqda bizdən soruşanda dedik ki, bəli, həmin şəxsin dövlətdə böyük nüfuzu olduğundan Molla Əlinin bu məsələyə dəxalət edə bilmədiyini söylədik. Mirzə dedi:
    Əgər hacı molla Əli qəsb olunmuş əmlakı geri almağa qadir deyilsə, bəs mən nə edə bilərəm? Əgər mən sənə kömək etmək istəsəm belə Molla Əliyə namə yazmaqdan başqa əlimdən bir iş gəlməz. Beləliklə Mirzə də ümidi olmadığını bildirdi. Sonra hamımız Mirzə Şirazilə sağollaşıb hərəmə getdik.
    Seyyid olduqca qəmgin və narahatçılıq içində idi. O zərihə yaxınlaşıb iki imama (İmam Nəqi (ə) və Əsgəri (ə)) xüsusilə İmam Həsən Əsgəriyə (ə) təvəssül etdi. Seyyidin nalələri yavaş-yavaş yardım və kömək həddini aşıb, hörmətsizliyə gedib çıxdı ki, biz onu evə aparıb yatağına uzatdıq. Seyyid elə narahat halda da yuxuya getdi.
    Sübh tezdən səfər hazırlığı görmək üçün yuxudan ayılanda seyyid şadlıq və sevincdən bilmirdi nə etsin. Dedi ki, İmam Həsən Əsgərini (ə) yuxuda gördüm və İmam fars dilində mənə dedi: "Narahat olma, (səni) Mirzəyə tapşırmışıq. Dan yeri təzəcə açılmağa başlayanda Mirzənin şeyx Əbdülkərim adlı xidmətçisi həmin bu naməni gətirib seyyidə verdi. Dərhal başa düşdüm ki, bu namə seyyidin gördüyü yuxuyla əlaqədardır.
    Hacı Molla Əli Kəni əlavə edərək dedi:
    Mirzənin dəstxətti (naməsi) mənə çatandan sonra, Nəsrəddin şaha bir məktub yazdım. Seyyidin macərasını əvvəldən axıracan orada şərh edib, bu naməni də arasına qoyub göndərdim.
    Bu namədən sonra Nəsrəddin şah seyyidin qəsb olunmuş əmlakını geri alıb, özünə qaytardı və bu işin həlli həmin bu namənin bərəkətilə düzəldi.(Həmin mənbə, səh. 68)
    «VƏ NURİDU ƏN NƏMUNNƏ...»
    Şeyx Əli Tərihinin oğlu və Şeyx Məhəmməd Tahanın xüsusi şagirdlərindən olan Şeyx Razi (vəfatı 1240 q.) ustadı Şeyx Məhəmməd Tahanın başına gələn bir hadisəni belə nəql edir:
    Bir vaxtlar dizimdə şiş əmələ gəlmişdi və müraciət etdiyim həkimlərin hamısı onun müalicəsində acizliyini bildirirdilər. Çarəsiz qalıb müalicə üçün Bağdada getdim. O vaxtlar maddi vəziyyətim də çox pis idi. "Kəbə” ləqəbiylə məşhur olan Hacı şeyx Məhəmməd Həsənin ailəsi mənim çətinliklərimin həllini öz öhdəsinə götürdülər və Bağdadda olduğum iki-üç il ərzində nəhayət bu xəstəlikdən nicat tapdım. Nəcəfə qayıtmazdan əvvəl qərara aldım ki, Samirra şəhərinə İmam Əsgərinin (ə) ziyarətinə gedim.
    Qayıdaq əvvələ. Xəstə olduğum vaxtlar sinəm qəm-qüssədən daralmışdı. Öz ruhi-cismani vəziyyətim haqda düşündükdə, ömrümün hədər, boş keçib getdiyini, faydalı bir şey öyrənmədiyimi hiss edirdim. Bir tərəfdən də maddi vəziyyətim pis olduğuna görə yaman çətinlik çəkirdim. Özümü hər iki dünyadan (dünya və axirət) məhrum və əli üzülmüş halda görüb o iki əziz İmama bu qəsidəylə xitab etdim. Qəsidənin beytlərindən biri belədir:
    یا اباة الضیم ما هذا السکوت
    عن عبید کاد بالهَمِّ یموت
    (Ey zülmü qəbul etməyənlər! Qəm-qüssənin şiddətindən az qala öləcək bu həqir bəndənin müqabilində sükutunuzun mənası nədir?)
    Bu macəradan sonra bir axşam yatağa girdim. Hələ dərin yuxuya getməmişdim ki, qeybdən gələn nida səsinə yerimdən atıldım. Eşitdim ki, deyirdi: "Və biz istəyirik...”
    Başa düşdüm ki, Quran ayəsidir və istəyir ki, mənə təskinlik versin. Bu səsi eşidəndən sonra dərin yuxuya getdim. Sübh, namaza yuxudan oyandım.
    Səhər açılanda Mirzə Şirazi bizim evi öz qədəmlərilə işıqlandırdı. Bir xeyli oturub söhbət etdikdən sonra beş dəqiqəyə yaxın sükut edib üzümə baxdı. Elə bu vaxt bir Quran ayəsini oxumağa başladı:
    بسم الله الرحمن الرحیم
    و نرید ان نمنَّ علی الذین استضعفوا فی الارض و نجعلهم ائمة و نجعلهم الوارثین
    Mirzə bu ayəni oxuyanda yuxuda gördüklərim yadıma düşdü.
    Şeyx Razi deyir ki, ustaddan soruşdum:
    Həmin yuxu barəsində siz Mirzəyə bir söz demişdinizmi? Ustad dedi:
    Xeyr.
    Beləliklə Şeyx Məhəmməd Taha elə bir məqama çatır ki, əsrin "Şeyxüt-taifə”si (Nəsirəddin Tusinin ləqəblərindən biri) ləqəbini qazanır. Mirzənin ona diqqətlə baxışı da bir növ bəsirət gözü ilə duyduğu həqiqət idi və həmin ayəni oxumaqla dünya və axirətdə nəsib olacağı yüksək məqamı müjdələyirdi.(Həmin mənbə, səh. 72)
    «NURLA SƏFƏR YOLDAŞI»
    Şeyx Əbdülkərim Ali Muhyiddin belə hekayət edir:
    Bir gün anam mənə dedi: Yuxuda gördüm ki, İmam Zaman (ə) sənin dalınca adam göndərib və özüylə Həccə ziyarətə aparır.
    Bir müddət keçdi və mən o yuxunu unutmuşdum. Günlərin birində Mirzə dalımca adam göndərdi, mən də getdim. Mirzə evin astanasında dayanmışdı. Salamlaşıb hal-əhval soruşandan sonra dedi:
    Mən Həccə getmək istəyirəm, sən də mənimlə gəlirsənmi? Dedim:
    Bəli. Mirzə səfərdə lazım olacaq şeylərin siyahısını və bir neçə dirhəm mənə verib dedi:
    Bu şeyləri al və Həcc səfərinə hazırlaş. Lazım olan şeyləri alıb işlərimi səhmana saldıqdan sonra Mirzəylə birlikdə Həccə müşərrəf olduq.
    Həcc ziyarətindən qayıtdıqdan sonra, anamın gördüyü yuxu yadıma düşdü. Ondan sonra Mirzənin məqamı nəzərimdə daha da ucaldı. Bunu da deyim ki, mən Mirzənin məclislərinə çox get-gəl edirdim.
    Günlərin birində anam yenə də dedi:
    Sənin üçün yaxşı yuxu görmüşəm. Dedim:
    Xeyirdir, inşallah? Dedi:
    Gördüm ki, İmam Zaman (ə) səni çağırıb, özü üçün Nəcəfdə bir ev tikməyi tapşırdı. Sən də onun əmrinə itaət edib evi tik.
    Bu əhvalatın üstündən neçə gün keçməmişdir ki, Mirzə dalımca adam gördərdi. Onun hüzuruna getdim.
    Buyurdu:
    Sənə mühüm bir iş tapşırmaq istəyirəm filan evi tikmək lazımdır. Mirzənin tapşırığını qəbul edib Əllamə Ənsarinin evinin yaxınlığında binanın tikintisini sona çatdırdım. İşim qurtarandan sonra birdən anamın yuxusu yadıma düşdü. Ondan sonra Mirzəyə xalis xidmət etmək arzusu məndə neçə qat artdı.
    Şeyx Əbdül Kərim dövrünün təqvalı, əmanətdar və misilsiz şəxsiyyətlərindən olmuşdur. Elə buna görə də ustad Mirzənin bütün işləri onun öhdəsində idi.
    Şeyx Əbdül Kərim onun sirdaşı, malı və əhli-əyalına əmanətdar olmuş və Mirzənin vəfatından sonra bir aydan artıq yaşamamışdır.(Şeyx Ağa Büzürg Tehrani, həmin mənbə, səh. 75)
    «PƏRİ ÇÖHRƏLƏRİN CƏMALI»
    Şeyx Məhəmməd Şərif Razi belə yazır:
    Bir gün mərhum Hacı şeyx Məhəmməd Təqi Bafiqinin hüzurunda idim. O, mərhum hacı molla Məhəmməd Əşrəfi Mazandaraninin (vəfatı 1315 q.) xatirəsini yad edərək onun elmi, ruhani məqam və dərəcəsindən söz açdı. O cümlədən onun Əhli-Beytlə olan fövqəladə rabitəsi olduğunu qeyd etdi ki, əgər onlara (ə) namə göndərsəydi, həmin tərəfdən mütləq ona cavab verilərdi.
    Misal olaraq deyim ki, Mazandaranın Babul məntəqəsindən bir qrup Həzrət İmam Rzanı (ə) ziyarət etmək niyyəti ilə Məşhədə yola düşür. Mərhum Hacı Əşrəfinin xas müridlərindən biri sağollaşmaq üçün Hacının yanına gəlib deyir ki, mən Məşhədə gedirəm. Sizin bir sifarişiniz varmı? Mərhum Hacı Əşrəfi buyurur:
    Verdiyim bu kağızı aparıb Həzrət İmam Rzaya (ə) verərsən və cavabını da alıb gətirərsən. Orada mənə dua da edərsən.
    O mömin şəxs kağızı alıb öz-özünə fikirləşir ki, bu iş mümkün deyil? Axı bu kağızı mən necə İmam Rzaya (ə) verim və cavabını da alım? Nəhayət karvanla birlikdə Məşhədə yola düşür və ora çatdıqdan sonra öz-özünə deyir ki, Hacının verdiyi kağızı İmam Rzanın (ə) zərihinə ataram. Hərəmə gedib kağızı zərihin arasından içəri atıb, ziyarətə məşğul olur və istədiyi vaxta qədər Məşhəddə qalır.
    Deyir:
    Məşhəddə olduğum sonuncu gecə vida ziyarəti niyyəti ilə hərəmə getmişdim. Hələ gecədən çox keçməmişdi ki, neçə nəfər fərraş və xidmətçi paltarında hərəmə daxil olub camaatı çölə çıxarmağa başladı. Fikirləşdim ki, yəqin kim isə dövlət adamlarından və ya böyük şəxsiyyətlərdən biri ziyarətə gələcək. Amma heç kim gəlmədi.
    Əyləşdiyim yerdə dua oxumaqla məşğul idim. Birdən hərəmin hədsiz dərəcədə işıqlandığını gördüm. Zərihin qapısı açıldı və İmam Əli ibn Musa Rza (ə) çölə çıxdı. Mənə tərəf gələrək vücuduma hakim oldu və mən o nurlu simaya heyran oldum. Dedi:
    Filankəs, Babula gedib hacı Əşrəfə mənim salamımı çatdır və ona de:
    آیینه شو جمال پری طلعتان طلب
    جاروب کن تو خانه سپس مهمان طلب
    Həzrət zərihə geri döndükdən sonra, hərəm yenə əvvəlki kimi zəvvarla doldu. Özümə gələndən sonra başa düşdüm ki, İmam (ə) Hacının naməsinin cavabını mənə həvalə etməklə böyük mərhəmət edib. Bundan sonra Hacının Əhli-beyt (ə) ilə nə qədər yaxın rabitəsi olduğunun şahidi oldum.
    Babula qayıdandan sonra Hacının görüşünə getdim. İmamın verdiyi cavabı ona demək istəyəndə, Hacı məni qabaqlayıb İmamın buyurduğunu təkrar etdi:
    آیینه شو جمال پری طلعتان طلب
    جاروب کن تو خانه سپس مهمان طلب
    (Məhəmməd Razi, "Ət-təqva və ma ədrakə mət-təqva”, səh. 121)
    «MƏNİ SÜRGÜN EDƏCƏKLƏR»
    Məşrutiyyətlə müxalif olan alimlərdən "Höccətül-islam” ləqəbi ilə tanınmış arif Molla Qurbanəli Zəncaninin aşkar kəramətlərindən biri də, onun məşrutiyyətdən sonra baş verəcək hadisələr və faciələr barəsində qabaqgörənliyidir. Yadellilərin doğma vətənə təcavüzü, qadınların yaşmaq və örtüklərinin götürülməsi, ruhani geyimlərinin qadağan edilməsi, cəmiyyətdə fəsadın çoxalması və bütün digər faciələr Höccətül-islamın məşrutiyyətin ilk illərində qabaqcadan xəbər verdiyi hadisələr idi. Onlardan bir neçəsini burada qeyd edirik:
    Bir neçə nəfər elm əhli axundun yanına gəlib ərz etdilər:
    Ağa məşrutiyyətə başqa alimlər imza çəkib, təsdiq eləmişlər. Bəs siz niyə imzalamırsınız? Yaxşı olardı ki, siz də imzalayasınız. Axund üzünü onlara tutub dedi:
    Əgər imzalasam, onda əmmamələrinizi başınızdan götürəcəklər, ha! (Bunu söyləməklə Rzaxan Pəhləvinin müasirlik adı altında əmmamələri yığışdıracağını xəbər verirdi. Halbuki, bu hadisə axundun ölümündən 20 il sonra baş verdi.
    Yenə bir neçə nəfər bazar əhli axundun yanına gedib deyirlər:
    Axı, niyə siz məşrutiyyəti təsdiqləmirsiniz? Axund onlara xəbərdarlıq edərək bildirir:
    Bax, qadınlarınızın örtüklərini zorla açacaqlar, ha! (Elə, belə də oldu.)
    Həmçinin şəhid şeyx Fəzlullah Nurinin − Bizim işimizin axırı nə olacaq? (Yəni başımıza nə gələcək?) − məktubunun cavabında axund belə yazmışdı: Əziz qardaşım, səni asacaq və məni də sürgün edəcəklər. (Müasir tariximizdə bu iki hadisə, xüsusilə şeyx Fəzlullah Nurinin edamı təfsilatı ilə nəql olunmuşdur.)(Əli Əbulhəsən, "Səltənəte elm və dövləte fəqr”, səh. 167-174)
    Category: Kəramət sahibləri | Views: 1123 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024