İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 23 » Kamil insan
    7:37 AM
    Kamil insan
    BİRİNCİ FƏSİL
    İNSANIN RUHİ VƏ PSİXOLOJİ NÖQSANLARI
    Yadına sal ki, İbrahimi öz Rəbbi bir neçə sözlə imtahana çəkdiyi zaman o, Allahın əmrlərini tamamilə yerinə yetirdi. Belə olduqda Allah-taala ona: «Səni insanlara imam təyin edəcəyəm» dedi. İbrahim isə «Nəslimdən necə?» – deyə soruşdu. Allah-taala onun cavabında: «(Sənin nəslindən olan) zalimlər Mənim imamlığıma nail olmazlar» – buyurdu.
    Söhbətimizin mövzusu islam baxımından kamil insan barəsindədir. Kamil insandan məqsəd nümunəvi, daha ali və uca insandır. İnsan da digər yaranmışlar kimi, kamil və qeyri-kamil, eybli, nöqsanlı və ya sağlam olur. Sağlam insanın özü də iki qismdir: Sağlam kamil insan və sağlam qeyri-kamil insan. Biz müsəlmanlara, islam baxımından kamil və nümunəvi sayılan insanı tanımaq vacibdir. Çünki o, bizim üçün örnək və simvol rolunu oynayır və islam dininin ali hədəfi kamil insan formalaşdırmaqdır. Əgər biz kamil müsəlman olmaq və islami təlim-tərbiyə əsasında insani kamilliyə çatmaq istəyiriksə, kamil insanın necəliyini, yəni onun mənəvi və ruhi xüsusiyyətlərini öyrənməliyik. Biz bu barədə hərtərəfli məlumatlar əldə etdikdən sonra özümüz və yaşadığımız cəmiyyəti onun meyarları əsasında formalaşdıra bilərik. Əgər islamın nəzərdə tutduğu «kamil insan» simvolunu tanımasaq heç vaxt tam və kamil müsəlman ola bilmərik. Başqa sözlə desək, islam baxımından hətta nisbətən də olsa, kamil insan kimi dəyərləndirilmərik.
    İSLAM BAXIMINDAN KAMİL İNSANI TANIMAQ YOLLARI
    İslam baxımından kamil insanı tanımaq üçün iki yol vardır. Quran və sünnədə «kamil insan» deyil, «kamil müsəlman» ifadələrinin işlədilməsinə baxmayaraq, biz ilk növbədə Quranın, sonra isə sünnənin kamil insanı necə vəsf etdiyini araşdırmalıyıq. Hər halda «kamil müsəlman» islamda kamala çatmış, «kamil mömin» isə iman sayəsində təkamülə çatmış insan deməkdir. Biz Quran və ya sünnənin kamil insanı hansı xüsusiyyətlərlə vəsf edərək tanıtdırdığı və onun üçün hansı cizgilər müəyyənləşdirdiyini öyrənməliyik. Xoşbəxtlikdən bu barədə Quran və sünnədə kifayət qədər məlumatlar vardır.
    Kamil insanı tanımağın ikinci yolu isə bəyan və vəsf yolu deyildir. Yəni, biz bu yolda Quran və sünnənin bu barədəki bəyan və açıqlamalarını araşdırmırıq, özlərini islam və Quranın istədiyi kimi formalaşdırmalarından arxayın olduğumuz real nümunələrə nəzər salırıq. İslamın buyurduğu kimi, insan heç vaxt xarici aləmdə mövcud olmayan zehni və xəyali varlıq deyildir. Kamil insan, özünün həm yüksək, həm də ən aşağı dərəcələrində xarici aləmdə mövcud olub.
    Əziz islam Peyğəmbəri və eləcə də Əli (ə) islamın kamil insan nümunələrindəndir. Əli (ə)-ı tanımaq islamın kamil insanlığını tanımaq deməkdir. Amma yaddan çıxarmaq lazım deyil ki, Əli (ə)-ı zahiri görkəmi, adı, atasının adı və s. zahiri əlamətləri ilə deyil, onun əsil şəxsiyyətini tanımaqla müəyyənləşdirmək olar. Bəzən biz Əli (ə)-ı adının nə olması, kimin oğlu olduğu, atasının adının Əbu Talib, babasının adı Əbdülmüttəlib, anasının adının Fatimə binti Əsəd, Peyğəmbərin qızı Fatimənin əri, Həsən və Hüseynin atası, təvəllüd və vəfat tarixi, apardığı döyüş və müharibələr və bu kimi xüsusiyyətləri ilə tanıyırıq. Bu Əli (ə)-ı adi və fərdi xüsusiyyətləri ilə tanımaq deməkdir. Belə ki, əgər biz onun üçün şəxsiyyətini təsdiq edən sənəd vermək istəsək, bu iş üçün lazım olan məlumatlar bu həddə kifayət edər. Amma Əli (ə)-ı bu həddə tanımaq onun tanınması demək deyildir. Əlini tanımaq onun şəxsiyyətini tanımaq vasitəsiylə mümkündür və əsl tanışlıq məhz budur. Əli (ə)-ın hərtərəfli şəxsiyyətini tanımaqla, islamın həqiqi kamil insan obrazını tanımış oluruq. Kamil insanı söz va ad ilə deyil, əməli şəkildə nə qədər özümüzə imam və başçı seçsək, yolunu davam etdirsək, ona tabe olsaq və özümüzü həmin nümunəyə uyğunlaşdırmağa çalışsaq, bir o qədər onun ardıcılı hesab olunarıq. «Lümə» kitabının müəllifi və digər islam alimləri deyiblər ki, «şiə» Əlinin yolunu davam etdirən və bütün rəftar, davranış, əməl, söhbət... və s. işlərində ona tabe olan şəxsdir. Bu, o deməkdir ki, insan söz, ad, eşq və məhəbbətlə şiə olmur. Bəs insan nə ilə şiə olur? Tabeçiliklə! Əli şiəsi o şəxsdir ki, əməldə Əliyə tabedir və əməli surətdə onun yolunu davam etdirir.
    İndiyə kimi etdiyimiz söhbətlərdən kamil insanı tanımağın iki yolu və bu barədəki bəhslərin faydası məlum oldu. Deməli, kamil insan məsələsi təkcə fəlsəfi və elmi bəhs deyildir. Biz islamın nəzərdə tutduğu kamil insanı, Quran və sünnənin açıqlamaları ilə və bu kitabın formalaşdıraraq yetişdirdiyi insanlar vasitəsilə tanımasaq, bu dinin müəyyənləşdirdiyi yol ilə gedərək həqiqi müsəlman ola bilmərik. Digər tərəfdən də yaşadığımız cəmiyyət islam cəmiyyəti ola bilməz. Buna görə də islamın nəzərdə tutduğu kamil, ali və uca insanı tanımağımız zəruridir.
    KAMİL İLƏ TAM ARASINDA FƏRQ VARMI?
    Burada belə bir sual ortaya çıxır ki, «kamil» kəlməsinin mənası nədir? Kamil insan nə deməkdir?
    Ərəb dilində iki müxtəlif kəlmə vardır ki, onların antonimi eyni bir kəlmədir. Belə ki, bu bir kəlmə bəzən o iki kəlmədən birinin, bəzən də digərinin zidd və antonimi kimi işlədilir. Fars dilində isə həmin iki kəlmənin heç biri yoxdur və onların yerinə digər bir kəlmə vardır. Ərəb dilində olan həmin iki sözün biri «kamal», digəri isə «tamam» kəlməsidir. Bu dildə bəzən «kamil», bəzən isə «tam» kəlməsi işlədilir və onların antonimi kimi «naqis» kəlməsindən istifadə edilir. Bu işlədilmə forması fars dilində də ərəb dilində olduğu kimidir. Məsələn, burada deyilir: Bu «kamil»dir, o isə «naqis»; bu «tam» və ya «tamam»dır, o biri isə «naqis».
    Quran ayələrinin birində bu iki kəlmənin hər ikisindən istifadə edilib.
    «Əlyovmə əkməltu ləkum dinəkum və ətməmtu ələykum neməti»
    Yəni: «Bu gün dininizi kamala yetirdim və sizə olan nemətimi tamamladım.»
    (Maidə-3).
    Dilşünas alimlər bildirirlər ki, əgər bu ayədə «ətməmtu dinəkum» (dininizi tamamladım) və «əkməltu neməti» (sizə olan nemətimi kamala yetirdim) deyilsəydi, ərəb dilinin qarmmatikası baxımından düzgün olmazdı. İndi görək bu iki kəlmə arasındakı fərq nədən ibarətdir? Biz bu iki kəlmə arasındakı fərqi aydınlaşdırmasaq, barəsində danışmaq istədiyimiz mövzunun izahına başlaya bilmərik. Belə ki, bizim söhbətimizin əvvəli bu iki kəlmənin mənasını bilməklə başlanır.
    Müəyyən bir şey barəsində «tamam» kəlməsi o vaxt işlənir ki, onun vücudunun əsli üçün lazım olan bütün şeylər yaranmış olsun. Belə ki, o şeylərin bəziləri yaranmasa həmin şey öz mahiyyətində naqis hesab edilir, vücudu natamam adlandırılır. Həmin şey barəsində də «yarısı, üçdə biri və ya üçdə ikisi mövcuddur» kimi ifadələr işlədilir. Məsələn, müəyyən plan və proyekt əsasında tikilən məscid üçün bir salon nəzərdə tutulur və salonun tikilməsi üçün divar, tavan, qapı, pəncərə və bir sıra digər şeylərə ehtiyac olur. Həmin tikinti üçün lazım olan və onlarsız həmin salonun istifadəsi mümkün olmayan bütün şeylər hazırlandıqdan sonra belə deyilir: Tikinti tamamlandı. Bu kəlmənin müqabilində naqis kəlməsindən istifadə edilir. Amma kamal və kamil sözləri elə yerlərdə işlədilir ki, hər hansı bir şey «tamam» olmasına baxmayaraq, olduğundan daha yüksək dərəcə və məqamda ola bilsin. Həmin kamillik olmadıqda belə, şey mövcud olur, amma həmin kamilliyin olması ilə o, daha yüksək mərtəbə və dərəcədə qərar tapır. Kamilliyi şaquli, tamamı isə üfüqi istiqamətlərlə açıqlayırlar. Şey üfüqi istiqamədə özünün son həddinə çatdıqda, onun tamamlandığını bildirirlər. Şaquli istiqamətdə yuxarı qalxdıqda isə, onun, əvvəlkindən daha kamil olduğunu bəyan edirlər. Filankəsin ağlı kamilləşib – sözünün mənası budur ki, onun əvvəl də ağılı olub, amma ağılı bir qədər də yüksəlib. Filankəsin elmi kamilləşib – cümləsinin mənası da bu şəkildədir. Belə ki, həmin şəxsin əvvəl də elmi olub və o, həmin elmindən istifadə edib. Amma o, indi elmi kamillik baxımından daha da yüksəlib. Deməli üfüqi baxımdan natamam olan insan müqabilində tamam insan vardır, yəni əsil baxımdan «yarım insan» və ya naqis insandır. Məsələn, insanlığın üçdə bir və ya üçdə ikisinə malikdir. Bir sözlə, tam insan deyildir. Bundan başqa digər bir insan da vardır ki, o, tam insandır. Tam insan kamil, daha kamil və bundan da yüksək mərtəbələrə çata bilər. Bu, elə bir insandır ki, insanlığın ən yüksək mərtəbəsinə çatmaq imkanı vardır. Belə bir insan «kamil insanların kamili» yəni insanlığın ən uca və yüksək mərtəbəsinə çatmış varlıq adlandırılır.
    KAMİL İNSAN İFADƏSİNİN TARİXİ
    Hicri-qəməri tarixinin yeddinci əsrinə kimi islam ədəbiyyatında «kamil insan» ifadəsi mövcud olmayıb. Amma bu termin bu gün Avropada da çox geniş işlədilir. Bu termin islam dünyasında ilk dəfə insan barəsində işlədilib. İnsan barəsində bu ifadəni ilk dəfə məşhur arif Mühyiddin Ərəbi işlədib. Mühyiddin Ərəbi islam irfanının atası hesab olunur. Belə ki, yeddinci əsrdən sonra bütün müsəlman xalqlarından olmuş ariflər, Mühyiddin məktəbinin şagirdləridir. Mövlana Cəlaləddin Rumi də Mühyiddin məktəbinin yetişdirmələrindən sayılır. O, bütün əzəmət və böyüklüyünə baxmayaraq, irfan baxımından Mühyiddinlə müqayisə oluna bilməz. Mühyiddin Ərəbi, ərəb soyludur və Hatəm Tayinin nəslindən olub. O, vaxtı ilə müsəlman ölkəsi olmuş Andalos (indiki İspaniya) əhalisindən olub. Bu böyük arif bütün islam ölkələrinə səfərlər edib və sonda, Şamda vəfat edib. Onun qəbri Dəməşq şəhərindədir. Mühyiddinin Sədrəddin Konyəvi adlı şagirdi olub ki, ondan sonra ən böyük arif hesab edilir. İslam irfanının həddindən artıq elmi şəkil alması Mühyiddinin işləri və Sədrəddinin şərhlərinin məhsuludur. Türkiyənin Konya şəhərindən olan Sədrəddin Mühyiddinin oğulluğu sayılır. Belə ki, Mühyiddin Sədrəddinin həm ustadı, həm də anasının əri olub. Mövlana Sədrəddinin müasirlərindən olub. Sədrəddin məsciddə pişnamaz olan zaman Mövlana həmin məscidə gedərək namazda ona iqtida edirmiş. Mühyiddinin fikirləri Sədrəddin vasitəsi ilə Mövlanaya çatdırılıb.
    Onun irəli sürdüyü məsələlərdən biri «kamil insan» məsələsi olub. Əlbəttə o, bu məsələni irfan baxımından irəli sürüb. Başqaları da öz baxışları ilə «kamil insan» barəsində bir sıra sözlər deyiblər. Amma «kamil insan» ifadəsi ilə ilk dəfə bu məsələni irəli sürən şəxs, Mühyiddin Ərəbi olub. Biz kamil insanın, Quran baxımından necə olmasını bilmək istəyirik. Söhbətimizi sonrakı mərhələlərə çatdırmaq üçün tam və naqis insanla başlayırıq.
    CİSMİ VƏ RUHİ NÖQSANLAR
    İnsan sağlam və ya nöqsanlı ola bilərmi? Sağlamlıq və nöqsan bəzən insanın cismi ilə bağlı olur. Bəzi insanların cismi baxımdan sağlam, bəzilərinin isə nöqsanlı və xəstə olmalarında heç bir şübhə yoxdur. Məsələn, bəziləri kar, kor, bəziləri iflic və bu kimi fiziki nöqsanlara düçar olublar. Amma bunlar insanın özünə aiddir. Diqqət etdikdə görürük ki, biz kiminsə kar, kor, iflic, çirkin, qısaboy və s. xüsusiyyətlərini fəzilət, insanlıq və şəxsiyyət baxımından onun üçün nöqsan hesab etmirik. Məsələn, bəzilərinin «peyğəmbərlərin davamçısı adlandırdığı məşhur Yunan filosofu Sokrat dünyanın ən eybəcər adamlarından biri olub. Amma heç kəs eybəcərliyi Sokrat üçün bir insan kimi eyb və nöqsan hesab etmir. Yaxud böyük ərəb şairi və dilçisi Əbul-əla Muirri və müasir Misir tədqiqatçı alimlərindən olmuş Taha Hüseyn kor olublar. Onların cismlərində olan bu korluq qüsuru onların şəxsiyyətləri üçün nöqsan hesab edilirmi? Xeyir, belə deyil! Bu onu göstərir ki, insan «şəxs» və «şəxsiyyətdən», bədən (cism) və ruhdan ibarətdir. Ruhla cismin hesabı bir-birindən ayrıdır. İnsan ruhunun, tamamilə onun cisminə tabe olmasını fikirləşənlərin səhvləri məhz buradadır. Ümumiyyətlə insan ruhi cəhətdən xəstə, cismi baxımdan isə sağlam ola bilərmi? Bunun özü mühüm bir məsələdir. Ruhun əsilliyini inkar edənlərin və bütün ruhi xususiyyətlərin birbaşa insanın sinir sistemininin təsiri altında formalaşmasını iddia edənlərin fikirlərinə əsasən, ümumiyyətlə ruhun heç bir rolu yoxdur və hər şey cismə tabedir. Onların fikrincə, əgər insan ruhi cəhətdən xəstədirsə, onun cismi də xəstədir. Çünki, ruhun xəstəliyi cismi xəstəlikdən yaranır və ruhun xəstəliyinin səbəbi cismin xəstə olmasıdır. Bir sözlə, ruhi xəstəlik cismi xəstəlikdir.
    Xoşbəxtlikdən bu gün sübut edilib ki, bədən vitaminləri, sinir sistemi, qan dövranı və cismlə bağlı bütün cəhətləri çox sağlam olan şəxslər də ruhi cəhətdən xəstə ola bilər. Bu necə ola bilər? Bəli, bu gün «həsəd və kinlilik» ruhi xəstəlik hesab edilir. Bu gün elm, kinli adama xəstə deyir. Belə ki, həmin şəxsin ruhunda cismi cəhətdən tam sağlam olmasına baxmayaraq, pozğunluq yaranıb. Buna görə də bu cismi xəstəliklərin müalicəsi, cismin müalicə edilməsi yolları ilə mümkün deyil, yəni bu ruhi xəstələr maddi dərmanlarla müalicə edilə bilməzlər. (Əlbəttə burada cismi pozğunluq və çatışmamazlıqlar nəticəsində yaranan bəzi ruhi xəstəliklər söhbətimizdən xaricdir. Çünki bəzi ruhi xəstəliklər, məsələn sinir sisteminin zəifliyi və bu kimi digər cismi səbəblərdən yaranır.) Təkəbbür də ruhi xəstəliklərin digər bir nümunəsidir. Bu gün təkəbbürün də, həqiqətən ruhi xəstəlik olması sübuta yetirilib. Amma görək aptekdə təkəbbürü müalicə edə biləcək bir dərman tapmaq mümkündürmü? Təkəbbürlü insan bir həb ataraq təvazökar insana çevrilə bilərmi? Şimr ibni Zilcovşən kimi daş ürəkli və cəllad bir insana bir iynə vurmaqla və ya bir həb atdırmaqla onu mehriban, rəhimli və şəfqətli bir insana çevirmək olarmı? Xeyir! Onu müalicə etmək yolları yolu bunlar deyil. O, müalicə edilə bilər, amma başqa yollarla. Bəzi ruhi xəstəliklər cismi yollarla müalicə edildiyi kimi, bəzən cismi xəstəliklər də ruhi yollarla müalicə edilir. Məsələn, əslində cismi xəstəlik olan bəzi xəstəliklər bir sıra təlqin yolları və ruhiyyəni gücləndirmək vasitəsilə müalicə edilirlər. Bu məsələnin özü, insanın cism və ruhdan ibarət bir varlıq olması və insan ruhunun cismdən müstəqil olmasına aid qəti dəlillərdən biridir. Bu məsələ göstərir ki, cism tam şəkildə ruha tabe olmadığı kimi, ruh da tam şəkildə cismdən asılı deyildir. Onlar qarşılıqlı olaraq bir-birlərinə təsir göstərirlər. Filosoflar demişkən: «Bədən ruha və ruh bədənə təsir göstərir və onların hər biri müstəqil olaraq öz işlərini görürlər. Bu da, insan ruhunun müstəqil bir sistem olmasını göstərir.
    Biz kamil insan barəsindəki söhbətimizə başlamazdan əvvəl sağlam və qeyri-sağlam insan barəsində bir sıra məsələləri açıqladıq. Məqsədimizin cismi sağlamlıq və ya nöqsan olmasını aydınlaşdırmaq üçün bu müqəddimənin gətirilməsi lazım idi. Biz burada tibbi məsələlər barəsində söhbət etmək niyyətində deyilik. Həmçinin məqsədimiz, tam sağlam insanın bütün tibbi müayinələrdən keçərkən bədənin bütün orqanlarının yüz faiz düz işləməsi məlum olan şəxsin olması demək deyil. Bu məsələ bizə aid deyildir və ümumiyyətlə bizim bədənlə işimiz yoxdur.
    Deməli, məlum oldu ki, insan, ruhi və psixoloji baxımdan sağlam olduğu kimi, xəstə və nöqsanlı da ola bilər. Quran da bu məsələni qəbul edir. Allah-taala öz müqəddəs kitabında belə buyurur:
    «Onların ürəyində nifaq və həsəd mərəzi var...» (Bəqərə-10).
    Quran onların, məsələn gözlərində xəstəlik olmasını demir. Quranın dediyi ürək və qəlb, müalicəsi üçün ürək həkiminə müraciət edilməsi lazım olan ürək deyil. Bu müqəddəs kitabdakı ürəkdən məqsəd ruhdur. Allah-taala Quran barəsində belə buyurub:
    «Biz, Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik...» (İsra-82).
    Quran möminlər üçün şəfadır. Həzrət Əli (ə) buyurub: «Bəla və çətinliklərin biri yoxsulluqdur. Yoxsulluqdan daha pis bədənin xəstəliyidir. Bədənin xəstəliyindən də pis və çətin insanın qəlb və ürəyinin xəstəliyidir.»
    Quranın əsas proqramlarından biri sağlam insan yetişdirməkdir. Biz kamil insan olmaq və ya ona yaxınlaşmağımızdan əvvəl özümüzün «sağlam və ya nöqsanlı» insan olmağımızı müəyyənləşdirməliyik.
    Category: Kamil insan | Views: 1427 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024