İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 9
Qonaqlar 9
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 23 » Kəramət sahibləri
    6:46 PM
    Kəramət sahibləri
    «HƏDDİNİ AŞMIŞ ŞƏXSİN MƏSX OLMASI»
    Məşrutiyyət və istibdad tərəfdarlarının qalmaqallarının qızğın vaxtlarında Zəncanın bazar əhlindən olub məşrutiyyətin mühüm mübəlliğlərindən biri, axundun (Ayətullah Molla Qurbanəli) hüzuruna gəlib onu yolundan döndərmək fikri ilə söhbətə başlayır. Axund deyir:
    Bizim fiqhimiz (sünnə və ya Əhli-beytin tapşırıqları) mənə məşrutiyyəti imzalamağa icazə vermir.
    Bu sözlərdən sonra o şəxs fiqh və hədislər haqda təhqiramiz sözlər söyləməklə alimlərin ardınca ağzına gələni deyir. Bu zaman axund sadə ləhcəsi ilə üzünü həddini aşmış şəxsə tutub sərt şəkildə (onu heyvanlardan birinə bəndə edərək) deyir:
    Qalx, itil burdan ay qanmaz...!
    Həmin şəxs axundun evindən çölə çıxıb (axundun evi Zəncan bazarına yaxın idi) öz dükanına tərəf üz tutur. Amma yol boyu qəribə vəziyyətlə üzləşir, belə ki, hansı dükanın qarşısından keçirsə (istər dost, istər düşmən) hamı barmağı ilə onu bir-birinə göstərərək deyir: "Qanmaz eşşəyə baxın!” Bu təhqiramiz sözlər qısa bir vaxtda, özü də səbəbsiz, o qədər təkrar olur ki, həmin şəxs əmin olur ki, bu məsələ adi məsələyə oxşamır və bu işin axundun ona acıqlanması ilə əlaqəsi var. Yubanmadan birbaşa axundun yanına qayıdır və bundan bir az əvvəl dediyi sözlərə görə üzr istəyib istiğfar edir. Axund təbəssümlə buyurur:
    Qayıt daha. Eybi yoxdur. Mən üzr istəyirəm, bir az əsəbləşdim. Daha keçdi. Sən eşşək deyilsən!
    O, bu dəfə bazara qayıtdıqda artıq həmin təhqir və ələsalmalardan əsər-əlamət görmür.(Həmin mənbə, səh. 177)
    «XALİS İNCİLƏR SİLSİLƏSİNDƏN»
    İslam peyğəmbəri (s) buyurmuşdur: "Elm sorağında olan, gündüzləri oruc tutub gecələri ibadətlə keçirən şəxs kimidir. Elm sahələrindən birini öyrənmək, bəndəyə Allah yolunda Əbu Qubeys dağı qədər qızıl xərcləməkdən daha üstündür.”("Biharul-ənvar”, c. 1, səh. 184)
    «BALIĞIN BUYRUĞA QULLUĞU»
    Mirzə Həbibullah Rəştinin şagirdlərindən olan Rəhmətlik Seyyid Məhəmməd ibn Seyyid Cavad Miyandehi (vəfatı 1330 q.) ictihad dərəcəsinə nail olmuş, zahid yaşayışında çox sadə dolanacaqla keçinən bir şəxs imiş.
    Qasımabad əhalisindən Seyyid Məhəmmədin müridlərindən olan bir qoca Seyyidin vəfatından sonra onun evinə gedir. Olduqca narahat görünən bu adam ağlayır, sızlayır, tez-tez deyirdi: "O xatirələri necə unudum” Ondan soruşurlar:
    Hansı xatirələri? Deyir:
    Çoxdur, hansını deyim... Biri budur:
    Adət üzrə istilər düşəndə Seyyid ailəsini Curdiyəyə göndərər, özü əkin-biçinə baxmaq üçün yayın əvvəllərinə qədər Miyandehdə qalardı. Bu müddətdə mən də gündüzləri onun yanında olardım və birlikdə Curdiyə yaylağına gedərdik. Günlərin birində, yola çıxmazdan bir gün qabaq mənə xəbər verdi ki, sabah Curdiyəyə gedəcəyik. Ona dedim:
    Yol üçün yemək-içməkdən nə götürəcəyik? Mənə dedi:
    Narahat olma, birlikdə çayın kənarına düşüb balıq tutarıq və o da olar bizim yol azuqəmiz. Dedim:
    Seyyid indi balığın vaxtı deyil. Dedi:
    Hələ bir gedək, bəlkə balıq oldu.
    İkimiz də çaya tərəf yola düşdük. Çayın kənarına çatanda qələmdanı cibindən çıxararaq balaca bir kağız parçasına nə isə yazıb onu suya tulladı. Çox keçmədi ki, gördüm böyük bir çəki balığı qarşımızda, çayın düz qırağında çabalayaraq atılıb-düşməyə başladı. Tez əyilib çətinlik çəkmədən əlimlə balığı tutdum. Çox təəccübləndim. Çünki ilin bu fəslində çayda çəki balığı olmazdı. Özü də suyun belə az vaxtı bu böyüklükdə balığın çayda olması ağlasığmaz idi. Seyyid mənə bərk-bərk tapşırdı ki, nə qədər mən həyatdayam bu sirr faş olmasın.
    Bir gün yenə Seyyid Məhəmmədlə evə gəlirdik. Evə çatanda gördük qapı qıfıllıdı. Rəhmətlik Seyyidin özündə açar yox idi. Gördüm nə isə oxudu və qıfıl öz-özünə dərhal açıldı.(Məhəmməd Səmami, "Büzürqane Ramsər”, səh. 122)
    «ÇOBANIN MƏMURİYYƏTİ»
    Hacı Seyyid Ziyauddin (Seyyid Məhəmməd Myandehinin nəvəsi) nəql edir ki, bir dəfə babam ölümündən qabaq Curdiyədə bərk xəstələnir, qızdırması yuxarı qalxır. O, qızdırmasını salmaq üçün bir miqdar buz istəyir. Əyalı deyir:
    İndi buzun vaxtı deyil. Babam deyir:
    Çıxın gəzin, bəlkə tapıldı.
    Yoldaşı məyus halda evdən eşiyə çıxır. Bir az ətrafı gəzəndən sonra, görür bir çoban uşağı qışqırır:
    Buz, buz! Uşağı tez səsləyərək, ,bir-iki qəpik pul verib bir miqdar buz alır. Ondan soruşur ki, buzu hardan gətirmisən? Uşaq deyir:
    Dərənin dibində qoyunların yanında durmuşdum (dərədən Seyyidin evinə qədər 3 km. fasilə olardı). Gördüm bir nəfər niqablı qadın mənə yaxınlaşaraq bu buzu verib dedi: Gedərsən Şeyxül-islamın evinin yanında (Şeyxül-islamın evi Seyyidin evinə yaxın idi) hər kəs səndən buz istəsə, buzu ona satarsan.(Həmin mənbə, səh. 123)
    «TƏNTƏNANİ HALVASI»
    Rəhmətlik Şeyx Ağabüzürg Tehrani yazır:
    Seyyid (böyük arif Molla Hüseynqulu Həmədaninin şagirdi) Əhməd Kərbəlayi çox vaxt xəlvətə çəkilib namazını qılar və Camaatın ona iqtida etməsindən çəkinərdi. Allahın xofu və vüsalına rəğbətdən daim ağlar, belə ki, hətta namazda göz yaşlarını saxlaya bilməzdi. Xüsusilə də gecə nafilələrini qılanda ixtiyarsız ağlayırdı. Neçə il onunla qonşu olmaq mənə nəsib oldu. Evlərimiz yaxın idi. Bu müddətdə ondan qəribə hadisələr müşahidə etdim ki, hamısını qeyd etməli olsam söz uzun çəkər. Anasına çox kömək edərdi və anasından qabaq dünyasını dəyişdi.”(Nüqəbaül bəşər”, c. 1, səh. 88)
    Ölümündən sonra bir gecə onu yuxuda gördüm. Onun şəhadət barmağından möhkəm tutub dedim: Allahın sənə lütf etdiyi dərəcələrdən mənə də bir şey bəyan elə. Barmağını tez əlimdən çəkib, gülümsünərək dedi: "Təntənani halvası yeməsən bilməzsən!”(Seyyid Hüseyn Hüseyni Tehrani, "Tövhide elmi və eyni”, səh. 20)
    Kinayə ilə demək istəyirdi ki, bərzəx aləminin dərəcə və ləzzətləri dadmalı və görməlidir, deməli yox.
    «BƏSİRƏT GÖZÜ»
    Rəhmətlik Ayətullah Molla Məhəmməd Kaşi (1249-1333 q.) şiə aləminin böyük arif və tanınmış alimlərindən olmuşdur. Şəhid Mütəhhərinin dediyinə görə O, güclü riyazət əhli idi və ondan qeyri-adi işlər zahir olmuşdu.(Xədamate mütəqabile İslam və İran”, səh. 611)
    Nəql edilir ki, bir gün Molla Məhəmməd öz xidmətçisi ilə birgə getdiyi halda birdən, xidmətçisinə üzünü tutub onu danlayır və üstünə acıqlanır. Mədrəsəyə qayıtdıqdan sonra xidmətçi onunla olan bu rəftarın səbəbini soruşur. Qəlbi Allah sevgisi ilə dolub-daşan, ruhu mələkut aləmində seyr edən Molla Məhəmməd bir anlıq bu sirli əhvalatın üzərindən pərdə götürərək deyir:
    Birdən gözlərim önündən pərdə götürüldü və hər kəsi öz həqiqi timsalında gördüm. Səhnə o qədər fövqəladə idi ki, özümü itirdim və bir anlıq sözün yüyəni əlimdən çıxdı.("Məcəlleye Nure elm”, № 48, səh. 56)
    Əllamə Həsənzadə Amuli "bəsirət gözü” barədə deyir: Əməli irfanda insan elə bir yerə çatır ki, onun bərzəx gözü açılır, yəni insanları onların ruhi aləmlərinə müvafiq şəkildə görür... Böyük şəxsiyyətlər, haqq övliyalarına qiyamət bu dünyada zühur etmişdir... Əsas odur ki, bəndənin bərzəx gözü görsün. Əgər mənim bəsirətim görmürsə, gözüm kimi o da müalicə olunmalıdır...
    Əməllərin təcəssümü və məxluqatın öz ruhi aləmlərinə uyğun həşrinə dair Qurani Kərimdə, təfsirlərdə, əhli-beytdən nəql olunan rəvayətlərdə və əqli-irfani kitablarda nə qədər desən, sübut var. Xülasə, böyük arif Cəlaləddin Ruminin nəzmə çəkdiyi bu neçə beyt həmin mənaya işarə edir:
    Ey Yusiflər libasın yırtan insan
    Ağır yuxudan, qurd tək qalxarsan, inan.
    Qurdlara dönmüşdür pis xislətlərin
    Qəzəblə yırtırlar bil, tikələrin.
    İlan, əqrəb tək zəhərli sözlərin
    İlan, əqrəb tək yapışar ətəyin.
    Hansı xislət tutsa sənin vücudun
    Həşrə vacib olar həmin timsalın.(Əllamə Həsənzade Amuli, "Dər Asimane mə`rifət”, səh. 51-53)
    Category: Kəramət sahibləri | Views: 1039 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024