İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 7
Qonaqlar 7
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 23 » Kəramət sahibləri
    6:50 PM
    Kəramət sahibləri
    «NAMAZI NİYƏ TƏK QILDIN?»
    Günlərin bir günü Seyyid Rəzi namazda qardaşı Seyyid Murtəzaya iqtida etdikdən sonra birdən, namaz əsnasında fürada (tək) niyyəti ilə camaat namazından ayrılaraq namazını tək qıldı. Onlar evə qayıtdıqdan sonra Seyyid Murtəza qardaşından anasına gileyləndi. Anası Seyyid Rəzini məzəmmət edib danladıqda Seyyid Rəzi belə dedi:
    Namazı ayrılıb tək qılmağımın səbəbi var idi. Namaz əsnasında birdən gördüm ki, qardaşım bütünlüklə qadın qanına qərq olub. Mən bu halı görəndə bərk heyrətləndim və çarəsiz qalıb namazımı ayrı qıldım.
    Seyyid Murtəza qardaşının dediklərini təsdiqləyib dedi:
    Məscidə gedərkən yolda bir qadın heyz məsələsi ilə bağlı məndən bir sual soruşdu və o səbəb oldu ki, namaz əsnasında yadıma düşməklə fikrimi məşğul etsin.(Seyyid Nemətullah Hüseyni, "Mərdane elm dər meydane əməl”, c. 3, səh. 383)
    «ZAMANDA SEYR»
    Mərhum Mühəddis Nuri "Mustədrəkül-vəsail” kitabında tanınmış alim Seyyid Hüseyn Qəzvinidən belə nəql edir:
    955-ci hicri ili (Birinci Şəhidin şəhadətindən 179 il sonra) yuxuda gördüm ki, Cəzzin qəryəsində, yəni "Birinci Şəhid” ləqəbiylə məşhur olan Şeyx Şəmsəddin Məhəmməd ibn Məkkinin (vəfatı 786 q.) kəndindəyəm. Şeyxin evinə gedib qapını döydüm. Şeyx özü qapını açdı. Mən ondan xahiş etdim ki, Şeyx Cəmaləddin ibn Mütəhhər Əllamə Hillinin ictihad haqqında yazdığı kitabı mənim üçün gətirsin. Evə daxil olub həmin kitabla birgə zənnimcə, hədislərə aid başqa bir kitabı da gətirib mənə verdi.
    Yuxudan oyandığım zaman gödüm ki, o iki kitabın ikisi də yanımdadır.(Məhəmməd Həsən Əmani, "Şəhide əvvəl fəqihe Sərbedaran”, səh. 72)
    «FƏDAKARLIĞIN BƏHRƏSİ»
    Şiə məzhəbinin fəxri, zöhd və təqvasıyla məşhur olan mərhum Müqəddəs Ərdəbili ( vəfatı 993 q.) bahaçılıq və qıtlıq ilərində öz malını kasıb və yoxsullar arasında bölüşər, özünə isə ancaq bir fəqirin payı qədər götürərdi.
    İllərin birində yenə bu işi təkrarlayarkən arvadı bu işdən narahat olub dedi:
    Bizim malımızı fəqirlərə paylayır, amma öz övladını ac qoyursan?
    O, arvadının bu sözünə etiraz etmədən etikaf etmək üçün Kufə məscidinə getdi. Etikafın ikinci günü bir kişi müəyyən qədər əla növ un və buğdanı Ərdəbilinin mənzilinə gətirib dedi:
    Bunları ev sahibi göndərdi və özü isə Kufə məscidində etikaf saxlayır. Halbuki mərhum Ərdəbili bundan xəbərsiz idi. Etikafdan sonra bu məsələdən agah olduqda başa düşdü ki, bu Allah-taala tərəfindən bir mərhəmət imiş və buna görə də Allaha həmd-səna etdi.(Məhəmməd Əli Mudərrisi, "Reyhanətül ədəb”, c. 5, səh. 368)
    «NURLA BİRGƏ»
    Müqəddəs Ərdəbilinin təqvalı, inanılmış və etibarlı şagirdlərindən biri belə hekayət edir:
    Həzrət Əlinin (ə) hərəminin həyətində kiçik bir hücrəm vardı. Gecələrin birində mütaliəni başa vurub hücrədən çölə çıxdım. Gördüm ki, bir şəxs hərəmə yaxınlaşır. Öz-özümə dedim: Bəlkə, oğrudur. Beləcə yavaş-yavaş ardınca düşdüm, belə ki, mən onu görür, o isə məni görmürdü. Gəlib hərəmin qapısının qarşısında dayandı. Birdən qıfıl yerə düşdü və qapı açıldı. Ardınca ikinci qapı da açıldı. O şəxs zərihə yaxınlaşıb salam verdikdə qəbirdən salamın cavabını eşitdim. Səsindən tanıdım ki, öz ustadımdır. Sonra o İmamla (ə) danışmağa başladı. İmamdan (ə) elmi bir məsələ haqda nə isə soruşurdu. Sonra hərəmdən çıxıb şəhərdən xaric oldu və Kufə məscidinə tərəf yollandı. Mən də dalınca getdim. O, hələ də məni görmürdü. Kufə məscidinin mehrabına yaxınlaşdığım zaman səsini eşitdim ki, bir şəxsə həmin məsələ haqda danışır. Sonra oradan çıxıb Nəcəfə yollandı. Mən də arxasınca yola düşdüm. Nəcəfin darvaza qapısına çatanda artıq səhər açılırdı. Amma o, hələ də məndən xəbərsiz idi. Ona yaxınlaşıb dedim:
    Mən əvvəldən axıradək sizinlə idim. Hərəm və Kufə məscidində sizinlə danışanın kim olduğunu mənə söyləyin. O, mənimlə əhd kəsdi ki, sağlığında bu haqda heç kimə bir söz deməyim. Sonra belə dedi:
    Ay oğul, bəzən məsələlərin düz və ya səhv olması məndə şübhə yaradır. Buna görə də, çox vaxt, gecələr Həzrət Əlinin (ə) qəbri üstə gedib həmin məsələni İmamdan soruşuram və o da cavab verir. Bu axşam o həzrətdən bir məsələni soruşdum. Həzrət Əli (ə) məni İmam Mehdinin (ə) yanına göndərdi. Dedi ki, bu gecə övladım Mehdi (ə) Kufə məscidində olacaq. Onun hüzuruna gedib bu məsələni ondan soruşarsan. Kufə məscidində gördüyün o şəxs İmam Mehdi (ə) idi.(Mirzə Məhəmməd Tonekaboni, "Qisəsul Uləma”, səh. 344)
    «QEYBDƏN PAY»
    Böyük İslam alimlərindən olan Şeyx Bəhayi belə buyurur:
    Bir dəfə bizim məntəqəyə çoxlu qar yağmışdı. Babam Şeyx Şəmsəddinin evində uşaqlar acından ağlayır və yemək istəyirdilər. Evdə yeməyə heç nə yox idi. Babam arvadına dedi:
    Uşaqları sakit et ki, dua edib Allahdan bir təam istəyək. Elə bu zaman nənəm qardan bir ovuc götürüb təndirə yaxınlaşaraq dedi:
    İndi bu çörəyi sizin üçün bişirəcəyəm. Əvvəl təndiri qaladı. Qarı kündə formasına salıb təndirə yapışdırdı. Elə həmin an babam dua edirdi. Çox keçməmiş Allahın mərhəməti ilə təndirdən isti təzə çörək onlara nəsib oldu.(Əllamə Seyyid Məhəməd Baqir Xonsari, "Rövzatül cənnat”, c.2, səh. 331)
    «İKİNCİ ŞƏHİD»
    Şeyx Bəhayi atasından belə nəql edir:
    Bir gün səhər İkinci Şəhid (ləqəbiylə məşhur olan) Zeynəddin ibn Əli Amulinin hüzuruna getmişdim (911-966 q.). Şeyx çox fikirli idi. Elə bil ki, gözlənilməz bir hadisə baş vermişdi. Mən ondan niyə fikirli və narahat olduğunu soruşanda belə dedi:
    Ay qardaş, elə güman edirəm ikinci şəhid mən olacağam! Mən soruşdum:
    Niyə, nə olub ki? Dedi:
    Dünən axşam yuxuda gördüm ki, Seyyid Murtəza çox böyük bir qonaqlıq təşkil edərək bütün şiə alimlərini ora dəvət edib. Mən məclisə daxil olduğum zaman Seyyid Murtəza ayağa qalxaraq mənə xoş gəldin deyib buyurdu:
    Filankəs, buyur Məhəmməd ibn Məkkinin (Birinci Şəhid) yanında əyləş. Mən də onun yanında əyləşdim. Sonra yuxudan oyandım. Elə buna görə də zənn edirəm ki, ikinci şəhid mən olam.(Həmin mənbə, c. 3, səh. 383)
    «BURADA BÖYÜK BİR ŞƏXS ÖLDÜRÜLƏCƏK»
    Şeyx Bəhayidən belə nəql olunur:
    Günlərin bir günü İkinci Şəhid ilə atam Şeyx Hüseyn ibn Əbdüssəməd Harisi Meditəranənin sahilindən ötüb keçirmişlər. Zeynəddin ibn Əli Amuli sonralar qətlə yetiriləcəyi məkana çatdığı zaman, birdən onun çöhrəsinin rəngi dəyişir. Sanki gözlənilməz, qəfil bir hadisəylə üzləşir. Atam ondan narahat olmasının səbəbini soruşduqda, belə deyir:
    Bu yerdə böyük bir şəxs öldürüləcək.
    Bir müddət keçəndən sonra o, həmin yerdə şəhid edilir.(Həmin mənbə, c. 3, səh. 383)
    «TƏMƏL UÇURAN ZİKR»
    Tədqiqatçı alim Nəraqi "Xəzain” (xəzinələr) kitabında yazır:
    Mərhum Mirzə Əbulqasim Mirfənd Rəsəkinin (vəfatı 1059 q.) səfərlərin birində, sakinləri məsihi olan bir şəhərdən yolu düşərək bir müddət orada qalmalı olur.
    Günlərin birində bir dəstə adam Mirzənin əqidəsinin (dinini) batil olduğunu isbat etmək üçün ona belə dedilər:
    Bizim dinimizin haqq və sizinkinin batil olmasına dəlalət edən şeylərdən biri, məbədlər və ibadətgahlarmızın möhkəm olmasıdır. Belə ki, onların bəzilərinin tikilməsindən 2-3 min il keçməsinə baxmayaraq hər biri olduğu kimi öz istehkamını qoruyub saxlamışdır. Amma gördüyümüz kimi sizin məscidlərinizin binası bir əsrdən artıq qalmır. Bəs bu, ona görə deyilmi ki, həmişə haqq özünü qoruyub saxlayır, amma batil isə aradan gedir? Mirzə cavabında belə buyurdu:
    Səbəbi bu deyil. Doğrusunu bilmək istəsəniz, bu binalar (məscid) möminlərin haqq kəlməsinin, saleh əməllərinin və məqbul ibadətlərinin qarşısında taqətsizdir. Buna görə də bizim məscidlərin binası tez uçulub-dağılır. Amma sizin məbədlərinizdə isə Allahın razı olduğu və bəyəndiyi bir haqq kəlməsi asimana ucalmır. Bilin ki, əgər sizin haqqında tərif etdiyiniz məbədlərdən birində bizim haqq ibadət və məqbul dualarımızın səsi ərşə ucalsa, görərsiniz ki, ora da Allahın əzəməti və böyüklüyü qarşısında qorxudan zəlil tək uçub, dağılacaqdır. Onlar dedilər:
    Bunu ancaq imtahan etməklə qəbul edirik. Gördüyünüz o məbəd, bizim ən qədim və möhkəm kilsələrimizdən biridir. Get ora, istədiyin hər bir işi gör. Əgər sənin dua və ibadətlərin nəticəsində binada bir uçuq və ya zədə əmələ gəlsə, sənin iddian doğru olacaq. Əks təqdirdə isə gərək bizim dediklərimizin doğru olduğunu təsdiqləyəsən. Mirzə şərti qəbul etdi.
    Dəstəmaz aldıqdan sonra cəddinə (Peyğəmbər (s)) təvəssül edib Allah-taaladan ona bu işdə yardım etməsini diləyərək məbədə daxil oldu.
    Şəhər əhalisi məbədi dövrəyə almışdı. Mirzə heybət və vüqarla azan və iqamə deyib, təkbirətul-ehrama hazırlaşdı. Bütün vucudunu Allaha tapşırıb, Tur dağındakı ağacın Həzrət Musa (ə) ilə danışıqlarını dilə gətirərək bütün vücuduyla "Allahu Əkbər!” − dedikdən sonra tez oradan çölə çıxdı. Bir göz qırpımında həmin böyük bina uçub yerlə-yeksan oldu. Sanki orada heç əvvəldən bina tikilməmişdi və həmin böyük məbəddən torpaq yığınından başqa bir əsər qalmadı.(Həmin mənbə, c. 2, səh. 344)
    «İMAM ZAMANIN (Ə) HÜZURUNDA "CAMİƏ” ZİYARƏTNAMƏSİ»
    Böyük islam alimi və mərifət əhli olan mərhum birinci Əllamə Məclisi belə buyurur:
    Nəcəf-Əşrəfdə Həzrət Əlinin (ə) hərəminin kənarında sakin olduğum vaxt öz nəfsimlə cihad edir və mübarizə ararırdım. Nəhayət Allah-taala Həzrət Əlinin (ə) bərəkətilə mükaşifə qapılarını üzümə açdı. Bəzi dar düşüncəlilərin bu həqiqəti düzgün dərk edə bilməyəcəkləri üçün, onu nəql etməkdən pəhriz edirəm. Amma bir gecə mükaşifələrimin birində Samirra şəhərində İmam Hadi (ə) ilə İmam Həsən Əsgərinin (ə) hərəmini son dərəcə əzəmət və gözəllik içində gördüm. O iki imamın qəbrinin üstünə behiştin yaşıl rəngli parçalarından örtülmüşdü ki, mən heç vaxt onun mislini görməmişdim. Həzrət Sahibəzzaman (ə) arxası qəbrə və üzü qapıya tərəf əyləşmişdi.
    O həzrəti gördüyüm zaman uzaqda durub "Camiə” ziyarətnaməsini məddahlar kimi, uca səslə axıradək oxudum. İmam ziyarət bitəndən sonra dedi:
    Yaxşı ziyarətnamədir. Mən, İmam Hadinin (ə) qəbrinə işarə edərək dedim:
    Ağa, cəddinizi ziyarət etməyə izin verirsinizmi? İmam buyurdu:
    Bəli, gəl içəri. Hərəmə daxil olub qapının kənarında durdum. Buyurdu:
    Yaxın gəl. Dedim:
    Ağa, qorxuram sizin hüzurunuzda ədəb qaydalarına düzgün riayət edə bilməyib küfrə batam. İmam buyurdu:
    Əgər bizim icazəmizlə olsa, eybi yoxdur. Mən bir az qabağa getdim, amma qorxudan bədənim əsirdi. Yenə buyurdu:
    Yaxın gəl, yaxın gəl. Mən asta-asta gedib İmama yaxınlaşdım. Dedi:
    Otur. Dedim:
    Ağa, qorxuram. Dedi:
    Qorxma, hər halda mən də zəlil bir bəndə kimi cəlil Allahın qarşısında oturmuşam. İmam buyurdu:
    Piyada və ayaqyalın yol gəlmisən, yorğunsan. Rahat əyləş və istirahət et. İmam (ə) mənim üçün saysız-hesabsız dəqiq, elmi mətləblər açıqladı ki, onların çoxu yadımdan çıxıb.
    Mükaşifə halından adi hala qayıdandan sonra mövlam İmam Zamanın (ə) dediyi kimi piyada və ayaqyalın İmam Hadi (ə) və İmam Həsən Əsgərinin (ə) ziyarətinə gedib o hərəmdə yenidən "Cameə” ziyarətnaməsini oxumağı qərara aldım. Hərəmdə olduğum vaxt daha heyrətli kəramət və möcüzələri müşahidə etdim ki, əgər onlar haqqında danışsam çox uzun çəkər.
    Bütün olub-keçənlərdən sonra bu ziyarətnamənin (duanın) İmam Hadiyə (ə) mənsub olduğunu yəqin etdim. Həmçinin İmam Zamanın (ə) bu ziyarətnamə (dua) haqqında söylədiyi bəyanından sonra başa düşdüm ki, o mühüm və kamil ziyarətnamələrdən biridir.(Seyyid Həsən Əbtəhi, "Aləme əcibe ərvah”, səh. 144)
    «RAM OLMUŞ ŞİR»
    Tanınmış İslam alimlərindən olan mərhum Seyyid Nemətullah Cəzayiri (vəfatı 1112 q.) belə yazır:
    Böyük məqam və kəramət sahibi olan cəddim Seyyid Şəmsəddinin bir inəyi var idi ki, həmişə çöllükdə otlayardı. Günlərin birində inək çöllükdə otladığı vaxt birdən yırtıcı bir heyvan (şir) ona hücum etdi. İnək ağır yaralandığından öldü. Amma o yırtıcı heyvan inəyin ətindən yeməyib onun yanında dayanmışdı.
    Seyyid bu xəbəri eşidəndə inəyi bağladığı ipi görürüb şirin sorağınca getdi. Camaat da Seyyidin ardınca getdilər. Seyyid ipi şirin boynuna salıb evinə gətirdi. Camaat bu səhnədən heyrətə gəlmişdilər. O, şiri bir gecə saxlayandan sonra dedi:
    İstəyirəm inəyimin əvəzinə yer şumlamaq üçün xışı ona bağlayım. Amma camaat şirdən qorxduğu üçün Seyyid onu azad etdi.(Seyyid Ne`mətullah Hüseyni, "Mərdane elm dər meydane əməl”, səh. 394)
    «XALİS İNCİLƏR SİLSİLƏSİNDƏN»
    Peyğəmbəri-Əkrəm buyurmuşdur:
    "İslamda bir fəqihin vücudu iblis üçün min abiddən daha dözülməz və ağırdır.”(Əllamə Məclisi, "Biharül-ənvar”, c. 1, səh. 177)
    «GET QÜSUL AL»
    Mərhum Seyyid Zeynəlabidin Lahici belə hekayət edir:
    Atam deyirdi ki, biz Nəcəfdə olduğumuz vaxt Ayətullah Məhəmməd Baqir Behbəhaninin (vəfatı 1205) hüzurunda dərs oxuyurduq. Ayətullah Behbəhani çox qoca olduğundan kütləvi tədrisdən əl çəkərək bütün istidlali dərslərin tədrisini öz şagirdlərinə tapşırmışdı. Özü isə ancaq "Şərhi-lümə” kitabından dərs deyirdi. Mən hələ istidlal qüvvəm olmadığım üçün ustadın dərslərində iştirak edirdim.
    Günlərin birində möhtəlim oldum və sübh namazım da qəzaya getdi. Bir tərəfdən dərsin vaxtı da gəlib çatdı. Öz-özümə dedim: Namazım əlimdən çıxdı və əgər hamama da getsəm dərsə çatmayacağam. Yaxşısı budur, dərsə gedim və dərsdən sonra qüsul alaram.
    Dərsə getdim. Amma ustad Behbəhani hələ gəlib çıxmamışdı. Bir az keçəndən sonra ustad gəldi və xoşhal idi. Oturub ətrafa nəzər saldıqdan sonra birdən, narahat oldu. Sonra dedi:
    Bu gün dərs deməyəcəm. Tələbələr bunu eşidəndən sonra dağılışdılar. Mən durub getmək istəyəndə, mənə dedi:
    Otur. Bir az keçəndən sonra ara sakitləşdi. Ayətullah Behbəhani dedi:
    Oturduğun yerdə xalçanın altında bir miqdar pul var. Götür onu, get qüsul al və bundan sonra cənabətli halda belə məclisdə oturma.
    Onun bu sözləri məni yaman təəccübləndirdi. Əlimi xalçanın altına salıb pulu götürəndən sonra, hamama gedib, qüsul aldım. Beləliklə, bu bir kəraməti o mərhumdan özüm müşahidə etdim.(Mirzə Mahmud Əraqi, "Darus-səlam”, səh. 561)
    «BƏRZƏX SƏFƏRİ»
    Tanınmış alim mərhum Ayətullah Molla Məhəmməd Mehdi Nəraqi (vəfatı 1209) fiqh, üsul, hikmət, riyaziyyat, əxlaq və irfan elmlərində İslamın misilsiz alimlərindən biri olmuşdur. Nəraqi Nəcəf sakini olub elə orada da, vəfat etmişdir. Onun məqbərəsi İmam Əlinin (ə) hərəminin sahəsinə bitişikdir.
    Nəcəfdə sakin olduğu müddətdə bir gün Ramazan ayında onun mənzilində iftara heç nə yox idi. Əyalı ona dedi:
    Evdə yeməyə heç nə yoxdur, get bir şey al gətir.
    Mərhum Nəraqi evdən çölə çıxdı, amma onun bir qəpiyi də yox idi. O, qəbir əhlini ziyarət etmək üçün birbaşa "Vadiüs-səlam”a tərəf yollandı. Qəbirlərin arasında bir qədər oturduqdan sonra fatihə oxudu. Artıq hava yavaş-yavaş qaralırdı. Elə bu zaman qəbiristanlığa bir cənazə gətirdilər. Qəbir qazıb, cənazəni qəbirin içinə qoyduqdan sonra ona dedilər:
    Biz tələsirik, işimiz var və evə qayıdırıq. Qalan işləri isə siz görün. Onlar bunu deyib getdilər. Mərhum Nəraqi deyir:
    Mən qəbirin içinə girdim. Kəfəni açıb meyyitin üzünü torpağa qoyduqdan sonra üstünü torpaqla örtmək istədikdə, birdən, qəbirin içində bir oyuq gördüm. Oradan keçib böyük bir bağa daxil oldum. Bağda cürbəcür meyvələri olan çoxlu yaşıl ağaclar vardı. Bu bağın ortasında böyük və çox gözəl bir qəsr var idi. Buradan ora bahalı daş-qaşlarla örtülmüş bir yol gedib çıxırdı. Mən ixtiyarsız olaraq birbaşa həmin qəsrə tərəf yollandım.
    Qəsr həddən artıq gözəl idi və qiymətli cəvahiratlardan olan kərpiclərlə tikilmişdi. Pillərdən qalxıb böyük bir otağa daxil oldum. Otağın yuxarı başında bir şəxs oturmuş və qalanları onu dövrəyə almışdılar.
    Mən, salam verib oturdum. Onun dövrəsində oturanlar yuxarı başda əyləşən şəxsdən hələ sağ olan qohum-əqrəbaları haqqında soruşur və o şəxs də, cavab verirdi.
    Bir az keçəndən sonra gördüm ki, bir ilan otağın qapısından girib birbaşa həmin şəxsə tərəf yaxınlaşdı və onu sancıb otaqdan çıxdı. İlan həmin şəxsi sancdıqdan sonra onun üzünün rəngi dəyişdi və ağrıdan qıvrılmağa başladı. Bir az keçəndən sonra halı yaxşılaşdı. Yenidən bir-birlərilə danışıb, hal-əhval tutmağa başladılar. Bir saatdan sonra həmin ilan gəlib əvvəlki kimi onu sancıb getdi. Yenə əvvəlki halı təkrarlandı və halı yaxşılaşandan sonra ondan soruşdum:
    Siz kimsiniz? Bura haradır? Bu qəsr kimindir? Bu ilan nədir və niyə sizi sancır? Dedi:
    Mən sizin indi qəbirə qoyduğunuz şəxsəm. Bu bağ mənim bərzəxdəki behiştimdir ki, Allah-taala mənə əta edib və qəbrimin içindən bu aləmə qapı açıb. Bu qəsr də mənimkidir. Gördüyünüz bu gözəl ağaclar, cəvahiratlar və bu yer mənim bərzəxdəki behiştimdir və mənə bura nəsib olub. Otaqda gördüyün adamlar mənim qohumlarımdır. Onlar məndən qabaq dünyadan köçmüşlər, indi isə məni görməyə gəliblər və sağ qalan yaxınları haqqında məndən soruşurlar. Mən də cavab verirəm. Dedim:
    Bəs bu ilan niyə sizi sancır? Dedi:
    Mən oruc, namaz , xums və zəkat əhliyəm, mömin bir adamam. Heç vaxt əyri bir iş görməmişəm. Bu bərzəx bağı da mənim saleh əməllərimin nəticəsidir. Amma yayın isti günlərinin birində küçədən keçirdim. Gördüm ki, bir dükan sahibi öz müştərisiylə mübahisə edir. Mən məsələni aydınlaşdırmaq üçün onlara yaxınlaşdım. Dükan sahibi müştəriyə deyirdi ki, 300 dinar mənə verməlisən. Müştəri isə deyirdi: Mən sənə 200 dinar borcluyam. Mən dükan sahibinə dedim:
    Gəl sən öz 50 dinarından keç və müştəriyə də dedim ki, sən də öz 50 dinarından keçib 250 dinar dükan sahibinə ver. Baxmayaraq ki, dükan sahibi sakitləşdi, amma haqq onun olduğu üçün bu bölümlə razı deyildi və beləcə onun haqqını kəsdim. Elə bu əməlimə görə də, Allah-taala həmin ilanı məni sancmaq üçün məmur edib və bu iş qiyamət gününə qədər belə davam edəcək. Ümidvaram Allah-taala Məhəmməd (s) və Ali Məhəmməd xatirinə məni əfv edə.
    Onu dinlədikdən sonra ayağa qalxıb dedim:
    Əyalım evdə məni gözləyir. Gərək onlar üçün yeməyə bir şey aparam. Yuxarı başda əyləşən şəxs qalxıb məni qapıyadək ötürdü. Qapıdan çıxanda balaca bir kisədə mənə düyü verib dedi:
    Bu yaxşı düyüdür, əyalınız üçün aparın. Mən düyünü götürüb sağollaşdım. Bağa girdiyim qapıdan çölə çıxdım. Elə bu zaman gördüm ki, həmin qəbirin içindəyəm, qarşımda da həmin cənazə və orada heç bir qapı da yoxdur.
    Qəbirdən çölə çıxdım. Torpaq töküb qəbirin üstünü düzəltdim. Düyü kisəsini götürüb evə tərəf yollandım.
    Bu əhvalatın üstündən bir xeyli keçmişdi. Amma həmin düyüdən nə qədər bişirirdiksə qurtarmaq bilmirdi. Hər dəfə o düyüdən bişirəndə bütün məhəlləni onun gözəl ətri bürüyərdü. Qonşular hər dəfə bizdən o düyünün haradan aldığımızı soruşurdular.
    Nəhayət bir gün mən evdə olmayanda mənzilimizə bir nəfər qonaq gəlir. Əyalım yenə həmin düyüdən bişirir. Ətri bütün evi bürüyərkən qonaq soruşur:
    Bu düyünü haradan almısınız? Bütün ənbər düyülərdən ətirlidir! Evdəkilər düyünün əhvalatını qonağa danışırlar. Beləliklə evdə qalan bir miqdar düyünü bişirdikdən sonra düyü daha qurtardı.
    Bəli, bunlar behişt ruziləridir ki, Allah-taala onları öz dərgahına yaxın olan bəndələrinə əta edər.(Əllamə Hüseyn Hüseyni Tehrani, "Məad şenasi”, c. 2, səh. 246)
    «CAMALIN HEYRANI»
    Əllamə Seyyid Mehdi Bəhrul-Ülumun (vəfatı 1212 q.) yaxınlarından biri belə deyir:
    İmam Hadi (ə) ilə İmam Həsən Əsgərinin (ə) hərəmində Əllamə Bəhrul-Ülum ilə birlikdə camaat namazı qılırdıq. Mərhum Əllamə təşəhhüdü deyib bir az dayandı və ondan sonra ayağa qalxdı. Namazdan sonra orada olanların hamısı təəccüb içindəydilər. Amma heç kəs bir şey soruşmağa cürət etmirdi. Evə qayıdandan sonra yemək süfrəsi açıldı. Seyyidlərdən biri mənə dedi ki, Əllamədən həmin hadisənin sirrini soruşum.
    Seyyid Əllamə Bəhrul-Ülum bizim pıçıltı ilə danışdığımızı görüb (başa düşərək) dedi:
    Nə haqda danışırsınız? Aralarında hamıdan cürətli mən olduğum üçün, dedim:
    İstəyirlər ki, namazda sizdə baş verən halın sirrini bilsinlər. Əllamə dedi:
    Həzrət Sahibəzzaman (ə) atasının qəbrini ziyarət etmək üçün hərəmə daxil olarkən o həzrətin nurlu camalını gördükdə, məndə o hal baş verdi.(Şeyx Abbas Qumi, "Fəvaidür-rəzəviyyə”, səh. 680)
    «ÜRƏK OXŞAYAN QURAN SƏSİ»
    Böyük alim, abidlərin fəxri olan mərhum Səlmasi belə nəql edir:
    Günlərin birində Əllamə Bəhrul-Ülum Həzrət Əmirəlmömininin (ə) hərəminə daxil olub bu beyti zümzümə etdi:
    چه خوش است صوت قرآن زتو دلربا شنیدن
    به رخت نظاره کردن سخن خدا شنیدن
    Seyyiddən bu beyti oxumağının səbəbini soruşdum. Dedi:
    Əmirəlmömininin (ə) hərəminə daxil olduğum zaman gördüm ki, İmam Zaman (ə) qəbirin baş tərəfində Quran oxuyur. O həzrətin səsini eşitdiyim zaman bu beyti oxuyub, hərəmə daxil oldum və İmam (ə) isə hərəmdən çölə çıxdı.(Həmin mənbə.)
    «KÖVSƏR QONAĞI»
    Mərhum Seyyid Bəhrul-Ülumun xüsusi və inandığı şagirdlərindən biri olan Axund Səlmasi belə nəql edir:
    Günlərin bir günü mərhum Mirzə Qumi ilə Seyyid Bəhrul-Ülum məclislərin birində birlikdə idilər. Mirzə Seyyidə dedi ki, məclisi xəlvət etsinlər. Seyyidin əmri ilə hamı çıxıb getdi və yalnız mən qaldım. Mirzə istəyirdi ki, mən də oranı tərk edim. Amma Seyyid dedi ki, lazım deyil, çünki bu şəxs mənim sirlərimə məhrəmdir. Nisbətən qoca olan Mirzə Qumi, Seyyidə dedi:
    İstəyirəm gizli sirlərindən birini eşitməklə, ondan ləzzət alım. Seyyid Bəhrul-Ülum inkar edib sirrini açmamaq üçün dedi:
    Mənim gizli heç bir şeyim yoxdur. Mirzə çox israr etdikdən sonra Seyyid dedi:
    Xeyli vaxt bundan əvvəl yuxuda gördüm ki, Həzrət Fatiməyi Zəhranın (ə) hüzurundayam. Anam Zəhra (ə.h.) mənə bir kasa aş yedirtdi ki, çox dadlı və ləziz idi və beləsini heç vaxt yeməmişdim.
    Bu hadisədən bir xeyli keçəndən sonra Xorasana ziyarətə getdim. Nişaburda ev sahibi mənim üçün aş gətirdi. Mənə elə gəldi ki, bu, yuxuda daddığım aşdandır. Ev yiyəsindən soruşdum ki, bu nə aşdır belə? Dedi ki, bu şəhərdə buna Fatimə aşı deyirlər. Yadıma düşdü ki, yuxuda aşı yedikdən sonra, anam Fatimə (ə) mənə dedi:
    Cəddinin ziyarətinə getmək istəyirsənmi? Ərz elədim:
    Bu mənim son arzumdur. Sonra Həzrət Zəhra (ə.h.) ilə bir evə daxil olduq. Mən qapıda dayanıb gördüm ki, Peyğəmbər (s) evin yuxarı başında və Əmirəlmöminin (ə) qapının qabağında əyləşib. Mən salam verdim. Həzrət buyurdu:
    Əyləş. Öz-özümə fikirləşdim ki, evin hər hansı yerində əyləşsəm Əlinin (ə) yerindən yuxarı olacaq. Odur ki, evin küncündə əyləşdim. Həzrət Peyğəmbər (s) təbəssüm edib dedi:
    Övladım, sənin fikir və düşüncən savabdır. O zaman Peyğəmbərdən (s) bir neçə sual soruşdum ki, hamısına cavab verdi. Mirzə dedi:
    Soruşduğun suallar nə haqda idi? Seyyid dedi:
    Onları heç kimə deməyəcəyəm. Mirzə Hər nə qədər israr etdisə də, Seyyid heç nə demədi.(Mirzə Məhəmməd Tonekaboni, "Qisəsul Uləma”, səh. 172)
    «ÇOX İSTƏRDİM ... AMMA»
    Bir dəfə mərhum Seyyid Bəhrul-Ülum buyurdu:
    Çox istərdim ki, öləndə mənə meyyit namazını Şeyx Hüseyn qılsın. Amma mənə meyyit namazını böyük alim Mirzə Mehdi Şəhristani qılacaq. Seyyidin hüzurunda olanlar onun bu sözündən çox təəccübləndilər. Çünki Mirzə Mehdi Şəhristani Kərbəlada və Seyyid özü isə Nəcəfdə qalırdı.
    Qısa bir müddətdən sonra Seyyid fani dünyanı tərk etdi. Hələ o vaxta qədər Mirzə Mehdi Şəhristanidən bir xəbər yox idi. Seyyidə qüsul verib, kəfən etdikdən sonra, meyyit namazı qılmaq üçün cənazəni Həzrət Əlinin (ə) hərəminin həyətinə gətirdilər. Oraya toplaşan alim və fəqihlər namaza hazırlaşdıqları zaman Seyyid Şəhristani həyətin şərq qapısından daxil oldu. Cənazəyə yaxınlaşanda bütün alimlər ona iqtida etdilər və mərhum Bəhrul-Ülumun dediyi kimi Seyyid Şəhristani ona meyyit namazı qıldı.(Şeyx Abbas Qumi, "Fəvaidür-rəzəviyyə”, səh. 68)
    «YARIN BAĞINDA»
    "Miftahül kəramət” kitabının müəllifi mərhum Seyyid Cavad Amuli belə deyir:
    Gecələrin birində gördüm ki, Seyyid Bəhrul-Ülum Həzrət Əlinin (ə) hərəminin çöl qapısını açıb içəri girdi və hərəmə tərəf getdi. Mən də onun arxasınca düşdüm. Salonun qapısı qıfıllı olduğuna baxmayaraq onun üzünə açıldı. Hərəmin qapısının qıfılı da öz-özünə açıldı. Seyyid hərəmə daxil olub cəddinə salam verdi və qəbirdən salamın cavabını aldı. Mən qorxduğum üçün daha geri qayıtdım.
    Həmçinin Seyyid Cavad Amuli belə nəql edir:
    Bir axşam Seyyid Bəhrul-Ülumu Kufə məscidində Həzrət İmam Zaman (ə) ilə danışdığını gördüm. O, İmam Zamandan (ə) bir məsələ də haqda soruşduqda, Həzrət buyurdu:
    Sizin vəzifəniz zahiri dəlillərlə kifayətlənməkdir və batini həqiqətlər sizə aid deyil.(Mirzə Məhəmməd Tonekaboni, "Qisəsul Uləma”, səh. 173)
    «XALIS DƏRMAN»
    "Qisəsul Uləma” kitabının müəllifi yazır ki, inandığım dostlardan biri Şeyx Cəfərin (vəfatı 1228 q.) kəramətlərindən birini belə nəql etdi:
    Neçə illər idi ki, əmim gözağrısına mübtəla olmuşdu. O zamanın bütün həkim və cərrahlarına müraciət etsək də, bir əlac olmamışdı. Əmim eşitmişdi ki, Şeyx Cəfər Lahican şəhərinə gedib. O, Şeyxin hüzuruna yetişəndən sonra onun əlindən öpərək dedi:
    Neçə ildir ki, gözüm ağrıyır. Sizin hüzurunuza gəlməyimin səbəbi odur ki, dua edin, Allah-taala mənə şəfa versin.
    Şeyx mübarək ağzının suyundan onun gözünə çəkəndən sonra şəfa tapdı və heç vaxt gözağrısı görmədi.(Həmin mənbə, səh. 190)
    «MİRZƏNİN KƏRAMƏTİ»
    Mərhum Ayətullah hacı şeyx Aştiyani belə hekayət edir:
    Günlərin birində Qum şəhərinin qəbiristanlığında mərhum Mirzə Quminin (vəfatı 1231 q.) qəbrinin kənarında yaşlı bir kişi gördüm. Əsli Qəzvindən idi və ev-eşiyini buraxıb qəbirin kənarında etikaf saxlamışdı. O, Quran təlavət edir və gözlərindən arasıkəsilmədən yaş tökürdü. Ondan belə narahat və qəmgin olmasının səbəbini soruşanda dedi:
    Mən Mirzəni çox gec tanıdığım və tez də itirdiyim üçün bu cür təəssüflənirəm. Soruşdum:
    Onunla necə və harada tanış olmuşdun? Dedi:
    Ey əziz dost! Mənim əslim Qəzvindəndir. Bu böyük şəxsiyyətin vəfatından iki il öncə dəniz yolu ilə Həcc səfərinə getmişdim. Günlərin birində müsafiri olduğumuz iki təbəqəli gəminin alt təbəqəsində bir küncə çəkilib kisəmdəki pullarımı saymağa başladım. Elə bu zaman gəminin yuxarı təbəqəsində birinin məni pusduğunu gördüm. Həmin şəxs mənim pul kisəm və içindəki pullara diqqətlə baxırdı. Pul kisəsini yenidən kəmərimə bağlayıb öz yerimdə oturdum.
    Bir saatdan sonra gəminin yuxarı təbəqəsində hay-küy qalxdığını gördüm. Soruşdum ki, nə olub? Dedilər, müsafirlərdən biri hay-küy salıb ki, filan nişan və əlaməti olan pul kisəmi oğurlayıblar. İndi isə gəminin kapitanı tərəfindən bir qrup, müsafirlər arasında təftişə başlayıb və qərara alınıb ki, əgər oğrunu tapsalar, dənizə atsınlar. Deyilənlərə diqqətlə qulaq asanda gördüm ki, həmin adam mənim pul kisəmin nişanələrini deyib. Mən pullarımı sayanda, o bütün nişanələri yadda saxlayıbmış.
    Çox pis vəziyyətə düşdüm. Bütün var-yoxum, abır-heysiyyətim və canım xətərdə idi. Nə qədər fikirləşdimsə, pulumdan keçib abrımı və canımı qorumaqdan başqa çıxış yolu tapmadım. Elə buna görə də pul kisəmi kəmərimdən açıb, Həzrət Əliyə (ə) xitab edərək dedim:
    Əlican! Sən Allahın əmanətdar bəndəsi, mən isə pənahsız quluyam. Götür pul kisəmi, sənə tapşırıram − deyib onu dənizə atdım. Tez qayıdıb öz yerimdə oturdum. Amma qəm-qüssəyə qərq olmuş halda fikirləşirdim ki, pul-parasız səfərimi necə davam etdirəcəyəm. Elə bunu fikirləşirdim ki, təftiş qrupu həmin bədxislətli adamla içəri girib, üst-başımı diqqətlə yoxlamağa başladı. Kapitan yalandan iddia edən şəxsə dedi:
    Biz gəminin bütün müsafirlərini və onların bağlamalarını yoxladıq. Amma sən nişanələrini verdiyin şeyi tapmadıq. Niyə bu Allah bəndələrinə, "Beytullah” zəvvarlarına töhmət vurursan? O yalançı kişi yerində quruyub qaldı və üzünün rəngi bütünlüklə dəyişdi. Çoxları başa düşdü ki, o yalançı və oğrudur. Beləliklə həmlə edib, onu öz cəzasına çatdırdılar. Amma bunun mənə heç bir faydası yox idi, çünki mən pul kisəmi içi dolu pulla birlikdə dənizə atmışdım.
    Özümü çox böyük çətinliklə Məkkəyə çatdırdım. Həcc mərasimini yerinə yetirəndən və Mədinədə Peyğəmbər (s) qəbrini ziyarət edəndən sonra İraqa yollandım. Ora çatan kimi əvvəl Əlinin (ə) hərəminə gedib, ərz elədim:
    Ey sərvərim! Dənizdə sizə tapşırdığım pul kisəsinə indi çox ehtiyacım var. Lütf edib onu mənə qaytarın − deyib ağladım. Həmin axşam yuxuda Həzrət Əlini (ə) gördüm ki, mənə dedi:
    Quma gedib pul kisəni Mirzə Qumidən təhvil alarsan. Yuxudan ayılanda çox təəccübləndim. Öz-özümə dedim: Mən pul kisəmi Omman dənizinə atmışam. İndi mən onu Qumda, Mirzə Əbulqasim Qumidən necə istəyim. Axı mən o şəxsi tanımıram və bilmirəm kimdir.
    İkinci gün yenə Əlinin (ə) hərəminə gedib pul kisəmi həzrətin özündən istədim. Həmin axşam yenə Həzrət Əlini (ə) yuxuda gördüm və birinci gün yuxuda eşitdiklərimi yenidən eşitdim.
    Üçüncü gün bir daha olaraq hərəmə yollandım və gecə həmin yuxunu gördüm. Həzrətə dedim:
    Ey sərvərim! Axı, mən Mirzə Qumini tanımıram. Buyurdu:
    O çox tanınmış adamdır, (mərcə təqliddir) müctəhiddir. Dedim:
    Ağa, axı mən özümü Quma necə çatdırım? Mən "Beytullah” səfərimi çox çətinliklə başa çatdırmışam və indi heç nəyim yoxdur. Həzrət dedi:
    Bazarda bu ünvana get və 20 lirə filan sərrafdan alıb qayıdarsan.
    Yuxudan ayıldım. Həmin gecənin səhəri bazara getdim. Deyilən ünvan üzrə o sərraf kişini tapdım. O məni çox yaxşı qarşılayaraq dedi:
    Mənimlə bir işin var? Dedim:
    Bəli! Yolxərcim sizə tapşırılıb. Dedi:
    Nə qədərdir. Dedim:
    20 lirə. O, həmin məbləği mənə verdi. Səfər xərcimin düzəlməsinə görə çox şad idim. Bir az sovqat alıb Quma yola düşdüm.
    Qum şəhərinə çatdıqdan sonra Mirzə Quminin mənzilini soraqlaya-soraqlaya gəlib tapdım. Mənzilə daxil olduğum zaman Mirzə dərs tədris edirdi. Dərs qurtarıb, şagirdlər gedəndən sonra məni çağırıb soruşdu: Mənimlə işiniz vardı? Dedim:
    Bəli. Dedi:
    Buyurun. Mən bütün olub-keçənləri əvvəldən axıracan ona nəql etdim. Mənə ürək-dirək verib dedi:
    Pul kisən hazırdır. Özü pul kisəsini gətirib dedi:
    Yaxşı-yaxşı bax, gör hər şey yerindədirmi? Pul kisəsini alıb gördüm, əcəba! Odur! Açıb içinə baxanda gördüm ki, pulları dənizə atmamışdan qabaq səliqəylə yığdığım kimidir. Sevindiyimdən o böyük şəxsi qucaqlayıb öpməyə başladım. Onunla sağollaşıb Qəzvinə qayıtdım.
    Günlərin bir günü arvadım mənə dedi:
    Eşidəndə ki, yolda pullarını itirmişdin, çox narahat oldum. Dedim:
    Bəli və başıma gələnləri hamısını əvvəldən axıracan ona danışdım. Amma o, inana bilmirdi və mən and içəndən sonra qəbul etdi. Bu zaman dedi:
    Ay Allahın bəndəsi, bəs niyə görə Qum şəhərini və o cür böyük şəxsiyyəti buraxıb gəldin?
    Ona xidmət etmək, mənəviyyət və kamal kəsb etmək üçün niyə orada qalmadın? İndi isə qalx, birgə o ruhani alimin hüzuruna gedək.
    Arvadımın təşviqiylə hər nəyimiz vardısa satıb, ailə üzvlərimlə birlikdə Qum şəhərinə gəldik. Amma əfsus ki, Qum şəhərinə daxil olanda şəhəri Aşura günündə olduğu kimi qəm-qüssə içində gördük. Soruşdum:
    Nə olub? Dedilər:
    Rəbbani alim Ayətullah Mirzə Qumi vəfat edibdir. Onun yoxluğunun çox ağır itki olduğunu və hamı üçün əziz olan bir şəxsiyyəti itirdiyimi hiss etdim. Elə ona görə də, o zamandan özümlə əhd-peyman bağladım ki, ömrümün sonuna qədər gecə-gündüz onun nurlu qəbrinin yanında qalıb və ruhunun şad olması üçün Quran tilavət edəm (oxuyam).(Məhəmməd Razi, "Kəramate Salehin”, səh. 241)
    Həmin şəxs nəql etdiyi başqa bir hekayətdə belə deyir:
    Mirzənin evinin qapasına çatanda, onun xadimi dedi:
    Ağa yatıb. Bir az gözlə, yuxudan qalxar, sonra: Dedim:
    Mən bu şəhərdə qəribəm və uzaq yoldan gəlmişəm. Xadim narahat halda dedi:
    Onda özün qapını döy. Qapını döydükdə, içəridən Mirzənin səsi gəldi:
    Ay filankəs, gəldim! Mən çox təəccübləndim ki, Mirzə mənim adımı haradan bilir. Bu zaman qapı açıldı və Mirzə əbasının altından ağzı bağlı pul kisəmi çıxarıb dedi:
    Pul kisəni götür və öz şəhərinə qayıt. Nə qədər ki, mən sağam, bu əhvalatı heç kimə danışma.(Mirzə Mahmud Əraqi, "Darul İslam”, səh. 556)
    Category: Kəramət sahibləri | Views: 1954 | Added by: Islam_Kitabxanasi | Rating: 3.5/4
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024