İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 6
Qonaqlar 6
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 23 » Kəramət sahibləri
    7:44 AM
    Kəramət sahibləri
    «BIR SAAT SONRA ÖLƏCƏYƏM»
    Tanınmış arif seyyid Haşım Həddadın ölümü barədə qızı Fatimə və nəvələri seyyid Abbas və seyyid Musa belə nəql edirlər ki:
    Ölümünə az qalmış seyyid Haşim Həddadı Kərbəla xəstəxanasında yatırdırlar. Xəstənin xüsusi həkimi doktor seyyid Məhəmməd Şəruqi idi. Ramazan ayının 12-ci günü qürub çağına üç saat qalmış ağa Həddad deyir ki, məni xəstəxanadan çıxarıb evə aparın, seyyidlər evə yığışıb məni gözləyirlər.
    Doktor etiraz edib deyir ki, sizi heç yerə buraxmaq olmaz.
    Ağa Həddad doktora deyir:
    Səni and verirəm anam Fatimeyi Zəhraya, icazə ver mən gedim, bir saatdan sonra mən bu dünyadan köçəcəyəm.
    Doktor əlacsız qalıb icazə verir və xəstənin yaxınlarına deyir, hələlik halı yaxşıdır, bu tezlikdə ölən deyil.
    Seyyid Haşim Həddad həmin anda qalxıb evə gəlir. Evə çatanda görür bacanağı hacı Səməd Dəllalın oğlanları evdə oturub onu gözləyirlər.
    Hacı Səmədin oğlanları gəlməklərinin səbəbini bildirib deyirlər ki, "İnna sənulqi əleykə qəvlən səqilən” ayəsinin mənasını soruşmağa gəlmişik. Bu ayədə "qəvlən səqilən” dedikdə nə nəzərdə tutulur?
    Seyyid Haşim Həddad sualın cavabında buyurur: "La Huvə illa Hu”. Bunu deyib evdəkilərdən hazır xına istəyir və ərəb cavanları adəti üzrə toy günü əllərinə və ayaqlarına xına bağladıqları kimi, xınayaxma mərasiminə uyğun olaraq Həddad da ayaqlarına və əllərinə xına bağlatdırır. Sonra evdəkilərə işarə edir ki, otağı xəlvət edin.
    Bu halda üzü qibləyə uzanır. Bir az keçmiş içəri girib görürlər ki, canını Allaha təslim etmişdir.
    Doktor seyyid Məhəmməd Şəruqi deyir:
    Seyyid Haşım mənə deyəndə ki: bir saat sonra öləcəyəm, mən həmin dəqiqələrdə onun evinə yollandım ki, görüm məsələ nə yerdədir. İçəri keçib gördüm üzü qibləyə uzanıbdır. Nəbzini tutdum, gördüm artıq dayanmışdır.(Hüseyn Hüseyni Tehrani, "Ruhe mücərrəd”, səh. 618)
    «DÜZ SƏKKIZ MIN TÜMƏN»
    Ayətullahül-Üzma Xansari özünə xas bəsirəti və baxış sahibi olan şəxsiyyətlərdən idi. Onun bu xüsusiyyəti barədə maraqlı hekayələr söyləyirlər.
    Tehranın etimadlı tacirlərindən biri deyirdi:
    Bir gün Xansarinin yanında tək oturmuşdum. Başqa heç kəs yox idi. Nagəhan ağa dedi:
    Qapının ağzında bir nəfər dayanıb, bir istəyi olmalıdır. Ərz etdim:
    Ağa qapının zəngini çalan olmadı. Dedi:
    Niyə ki, kimsə var. Al bu zərfi ona ver getsin.
    Mən zərfi alıb mənzilin qapısını açdım, gördüm geyimli-keçimli bir nəfər qapının qarşısında o tərəf, bu tərəfə var-gəl edir. Onu səsləyib dedim:
    Qapının zəngini basan siz idiniz? Dedi:
    Xeyr! Soruşdum:
    Bir işiniz var? Dedi:
    Bəli. Arvadım xəstədir. Xəstəxanada yatırtmaq üçün pul istədilər; lazım olan miqdarı düzəltmək üçün səkkiz min tümənim çatmır. Əlim hər yerdən üzüldü, arvadı xəstəxanada qoyub pul dalınca çıxdım. Amma bilmirdim kimə ağız açım? Nəhayət belə qərara gəldim ki, gedim ağa Xansariyə deyim. Amma indiyə qədər bu qapıya gəlməmişəm və bura heç bir xüms, zəkat verməmişəm. Elə fikirləşirdim ki, zəngi vurum, ya yox, siz qapını açdınız.
    Ağanın verdiyi zərfi ona uzatdım. Alıb açdı və içindəki pulları çıxarıb sayanda gördüm əcəba, düz səkkiz min tümən, − ona lazım olan miqdardadır.
    «DOSTLA BIRLIKDƏ»
    Rəhmətlik Ayətullahül-üzma Mərəşi Nəcəfi dəfələrlə İmam Zamanın görüşünə nail olmuşdur. Biz burda, nəql olunan hekayələrdən ancaq birini yad edəcəyik.
    Mərəşi Nəcəfi deyirdi:
    Samirrada yaşadığım əyyamlarda bir gün axşam həzrət seyyid Məhəmmədi ziyarət etmək üçün Samirradan çıxıb yola düzəldim və yolda azdım.
    Yolun yorğunluğu, susuzluq və aclıq bir tərəfdən, o biri tərəfdən də səhranın isti küləyi məni taqətdən salıb həyata ümidimi üzdü. Bihuş olub isti qumlar üzərinə yıxıldım.
    Özümə gəlib gözlərimi açanda başımı bir nəfərin dizi üstə gördüm. Həmin adam kuzəni mənim dodaqlarıma toxundurub su içməyimə kömək edirdi. İndiyə qədər bu lətafətdə, bu sərinlikdə su dilimə dəyməmişdi. Su içdikdən sonra süfrə salındı. Süfrədə iki üç girdə ətirli çörək var idi. Çörəyi yedikdən sonra həmin ərəb kişi mənə dedi:
    −Yaxınlıqda bir arx var, gedib orda yuyuna bilərsən. Dedim:
    Bu ətrafda arx-filan yoxdur, əgər olsaydı mən susuzluqdan bu hala düşməzdim.
    Həmin ərəb dedi:
    Bu ətrafında axan su deyil, bəs nədir? Bu söz onun ağzından çıxar-çıxmaz gördüm məndən bir az kənarda səfalı suyu olan bir arx uzanıb gedir. Bunu görəndə daha çox təəccübləndim ki, necə olur, mənim kənarımdan şarıl-şarıl su axıb getsin, mən isə bir qurtum sudan ötəri az qala həlak olacaqdım.
    Həmin ərəb sonra məndən soruşdu:
    Səfərin haradır? Dedim Seyyid Məhəmmədin hərəmini ziyarətə gedirəm. Həmin şəxs bu sözlərimi eşitcək əli ilə yan tərəfə işarə edib dedi:
    Bu da seyyid Məhəmmədin hərəmi.
    Baxıb gördüm seyyid Məhəmmədin məqbərəsinin yaxınlığındayam. Halbuki mən Qadisiyyə deyilən yerdə yolu itirmişdim və ora ilə seyyid Məhəmmədin məqbərəsi arasında böyük bir məsafə var.
    Həmin ərəblə yol boyu söhbətimizdə çoxlu mühüm məsələlər soruşub öyrəndim və mənə bir sıra tövsiyyələr etdi. O cümlədən Qurani-Məcidi tilavət etməyi, Quranın təhrif olduğunu inkar etməyi, valideynə hörmət, seyyidlərə ehtiram etməyi, müqəddəs məkanlara və imamzadələrin ziyarətinə getməyi, gecə namazı qılmağı, Həzrət Zəhranın (ə) təsbihinin zikri və şəhidlər ağası Həzrət İmam Hüseynin ziyarətini təkidlə tapşırdı.
    Bu arada birdən ağlımdan keçdi ki, ey dili-qafil, olmaya bu adam imam Zaman ola?
    Bu fikri ağlımdan keçirməklə gözlənilmədən həmin şəxs gözlərim önündən qeyb oldu. Əziz dostun hüzurunda ola-ola onu tanıya bilmədiyimə çox təəssüfləndim.(Əli Rəfim, "Şəhabe şəriət”, səh. 293)
    «O PULLA OLMAZ»
    Cənab Razi yazır: Polis idarəsinin işçilərindən biri şah zamanı istefa verib işdən çıxır və azad işlə məşğul olur. O mənimlə tanış idi. Bir gün ondan işdən çıxmasının səbəbini soruşdum. Dedi:
    Ayətullah Mərəşinin batini baxışı və bəsirəti bu işə bais oldu. Dedim:
    Necə məgər? Dedi:
    Bir gün iş rejiminə görə axşam saat 12-dən səhər saat səkkizə qədər Qumun "İrəm” xiyabanında postda durmalı idim. Həmin gecə boynuma qüsul gəlmişdi və hamama getməli idim, amma hamam üçün verməyə pulum yox idi. Təqribən gecə saat ikiyə yaxın İsfəhandan müsafir avtobusu gəlib hərəmin qarşısında saxladı ki, müsafirləri endirsin.
    Mən yaxınlaşıb sürücüyə dedim:
    Maşını burda niyə saxlamısınız? Sürücü vəsiqənizi göstərin. Sürücü bir beş tümənlik ovcuma basıb üzürxahlıq elədi. Mən də ona tez çıxıb getməsinə göstəriş verib öz-özümə dedim:
    "Hamam pulu da düzəldi.”
    Gözlədim ki, səhərə yaxın hamam açılsın, gedib qüsul alıb namaz qılam.
    Hərəmin qapısı hələ açılmamışdı ki, gördüm Ayətullah Mərəşi həmişəki kimi hərəmə tərəf gedir. Amma həmin gecə yolunu dəyişib xiyabanın bu tərəfinə keçdi və mənim yanıma gəldi.
    Çatan kimi salam verib dedi:
    "İrəli gəl!” Qabağa getdim. Beş tümən mənə uzadıb dedi:
    Bu pulla get qüsul al, o pul qüsul almağa yaramaz. Dedim:
    Göz üstə! O gecəki hadisədən sonra bu qərara gəldim ki, polis idarəsindən çıxıb azad bir işlə məşğul olum. Belə də oldu... İndi əlhəmdülillah vəziyyətim çox yaxşıdır, Məkkəyə də getmişəm.(Məhəmməd Razi, "Kəramate Salehin”, səh. 308)
    «GƏLƏCƏYƏ SƏYAHƏT»
    Cənab Hüseyni yazır:
    Bir gün bir məclisdə Ayətullah seyyid Hüseyn Qazidən eşitdim ki, Ayətullahül-üzma seyyid Əbulqasim Xoyi deyirmiş:
    Mən Nəcəfdə dini elmləri öyrəndiyim əyyamlarda dini qayda-qanunlara, vird və zikirlərə çox diqqət yetirirdim.
    Hərdən Ayətullah seyyid Əli Qazinin feyzlə dolu məclislərində iştirak edir, onun ilahi nəfəsindən bəhrələnirdim.
    Bir gün belə məclislərin birində ona dedim:
    Mənə bir şey öyrədin, yerinə yetirmək üçün bir əməli tapşırıq verin.
    O mənə əməli bir tapşırıq verib dedi:
    Qırx gün bu tapşırığa əməl edərsən.
    Mən o gündən həmin əməli yerinə yetirməyə başladım. Elə ki, qırxıncı gün başa çatdı, məndə mükaşifə halı yaranmağa başladı və mən bütün hadisələri, həyatımla bağlı olacaqları, öz gələcəyimi müşahidə etməyə başladım. Gördüm minbərdə oturub dərs deyirəm; öz mənzilimdə oturmuşam və camaat mənim evimə get-gəl edir. Camaat namazı qılmağımı, o camaatın müxtəlif məsələlərə görə mənə müraciətini və özümlə bağlı cürbəcür halları bir aynada görürmüş kimi seyr edirdim. Nəhayət bu tamaşanın bir yerində birdən eşitdim ki, kimsə güldəstənin yuxarı hissəsində uca səslə elan edib deyir: İnna lillah və inna ileyhi raciun! Ey camaat məlumunuz olsun ki, Ayətullah Xoyi dünyadan köçdü.
    Mükaşifənin bu yerində həmin haldan çıxıb adi hala qayıtdım.
    Kitabın müəllifi əlavə edir:
    Yuxarıda nəql olunan əhvalatı mən seyyid Məhəmməd Rza Gülpayqaninin vəfatı ilə bağlı cümə axşamlarından birində olarkən seyyid Abdullah Fatiminiya cənablarının dilindən də eşitmişdim.
    «ƏZABIN AZALMASI»
    Kəramət sahibi olmuş müasir alimlərdən biri də Ayətullah ağa Rza Bəhaüddini olmuşdur. Bəhaüddini hazırkı əsrin adlı-sanlı ariflərindən idi.
    Onun yaxın dostlarından biri deyir:
    Bir gün ağa ilə birlikdə bir qəbristanlığa getdik. Ağa Bəhaüddini adəti üzrə həmişə qəbristanlığın girəcəyində qəbir əhlinə fatihə verərdi. Bu dəfə də qəbristan əhlinə bir fatihə oxudu, amma həmin gün fatihə oxuduqdan sonra qəbristanlığın içərisinə doğru addımlayıb bir qəbirin başında durdu. Bir qədər fikirləşdikdən sonra dedi:
    Bir az burada əyləşək. Bir-neçə dəqiqə həmin qəbirin yanında oturduq, sonra qalxıb birlikdə qəbristanlıqdan çıxdıq.
    Bir müddətdən sonra sual etdim ki, həmin qəbirin yanında oturmağınızın xüsusi bir səbəbimi vardı?
    Dedi:
    Qəbir sahibi çətin əzabda idi, dedim bəlkə orda oturmağımızla əzabı bir az azaldı.(Seyyid Həsən Şəfii, "Hacı Ağa Rza Bəhaüddini”, səh. 54)
    «XALIS INCILƏR SILSILƏSINDƏN»
    İmam Sadiq (ə) buyurur: Camaat əgər Allah-təalanın mərifətinin fəzilətini tanısaydılar, dünya əhlinin əlində olan dünyəvi mətaha göz dikməzdilər. Nəinki göz dikməzdilər, hətta onların dünyası bunların üstünə ayaq basdıqları şeydən də əskik və kiçik olardı. Bu halda ilahi mərifət nemətinə çatar və behişt gülzarında Allah övliyaları ilə həmsöhbət olmaqdan ləzzət alan kəsin ləzzəti onun nəsibi olar.
    Həqiqətən də Allah mərifəti hər vəhşətin munisi, hər tənhalığın rəfiqi, hər zülmətin nuru, hər zəifliyin gücü, hər dərdin şəfasıdır.[("Fürui Kafi”, c. 8, səh. 207, bab 8, hədis 347.)
    «CAMAATLA YOLA GETMƏK LAZIMDIR»
    Həzrət Ayətullah Bəhaüddininin yaxın dostlarından biri deyir:
    Bəzi vaxtlar − axşamlar ağanın görüşünə gedib namazda ona iqtida etmək şərəfinə nail olurdum. Bu şərəfdən olduqca şad olurdum.
    Günlərin birində axşam çağı qərara gəldim ki, camaat namazı qılmaq üçün Şeyxin hüseyniyyəsinə gedim.
    Küçənin əvvəlində durub, taksi gözləyirdim. Birdən yanımdan bir maşın şütüyüb keçərək, çalanın içinə yığılmış palçıqlı suyu əbama sıçratdı. Çox narahat oldum və əsəbi halda maşının sürücüsünə dedim:
    Korsan? Gözün hara baxır? O getdi və qəziyyə də burada bitdi. Bir neçə dəqiqədən sonra Ağanın hüzuruna getdim.
    Namaz bitdikdən sonra, onun ətrafına toplaşdıq... Şeyx söhbətə başladı. Amma birdən söhbət əsnasında dedi:
    İmam Zamanın (ə) çörəyini yeyən tələbə üçün çox ayıbdır ki, söyüş söyə. Tutaq ki, taksi sürücüsü səhv edib sizin paltarınızı çirkləndirib. Onda gərək cəsarət edib söyüş söyəsiniz? Gərək camaatla yola gedəsiniz.(Şəfii, Həmin mənbə, səh. 60)
    «İSTISQA NAMAZININ BƏRƏKƏTI»
    Böyük mühəddis Ayətullah seyyid Nemətullah Cəzayirinin oğlu, Müfti Seyyid Məhəmməd Abbas Şuştəri Cəzayiri Hindistan sakini olmuşdur. 1224-cü hicri ilində anadan olmuş və 1306-cı hicri ilində vəfat etmişdir.
    O, öz dövrünün çox istedadlı və həmin diyarın ən məşhur alimlərindən olmuşdur. Müxtəlif fənlər üzrə çoxlu əsərlər yazmışdır.
    O, "Əl-bərahin əl-isna əşərə əla vucudil imam əs-sani əşər” kitabının müəllifi Ayətullah Seyyid Təyyib Cəzayirinin babası olmuşdur. Müfti Cəzayiri çox əcib kəramətlər sahibi olmuşdur ki, onlardan bir neçəsini bu kitabda dərc edirik.
    Həkim Mirzə Kazim Hüseyni deyir ki, 1295-96-cı hicri ilində Hindistanın Ləkəhnu şəhərində hava çox isti keçirdi. Yağış yağmadığından qıtlıq da başlamışdı. Mən Həkim Şeyx Əli Məhəmmədin həkimxanasında hər gün xəstələri müayinə edirdim. İstidən camaatın canı boğazına yığılmışdı.
    Sünnilər "Eyşe bağ” məhəlləsində istisqa (yağış) namazı qıldılar, amma faydası olmadı. Şəhərin ağsaqqal və böyükləri Müftinin hüzuruna gəlib, istisqa (yağış) namazı qılmasını xahiş etdilər. Müfti buyurdu ki, hamı oruc tutsun. Camaatın əksəriyyəti oruc tutdular və mən də oruc tutdum. Sübh saat 8-9 idi ki, Müfti Abbas əba altında geyilən köynək şalvarla, əmmaməsiz və əbasız, ayaqyalın, başı açıq evindən çölə çıxdı. Öz evlərinin qapısında dayanmış möminlərlə birlikdə çaya tərəf hərəkət etdilər. Rumi darvazasının qarşısında istisqa namazı qıldılar.
    Namazdan sonra danışmaq üçün minbərə qalxdı. Minə yaxın adam orda toplaşmışdı. Söhbətə başlayan kimi, birdən buludlar göründü və yağış yağmağa başladı. Müftinin xübtəsindən sonra mərhum Mövləvi seyyid Əli minbərə qalxıb dedi:
    Bu gün Həzrət Abbasın adaşı gəlib su istədi, yağış yağdı, göydən rəhmət suyu nazil oldu. Amma Kərbəla hadisəsində Bəni Haşimin Qəməri − Əbülfəzl Abbas da gəldi və su istədi, Fərat çayının kənarına gəldi, ancaq bu ümmət ona necə su verdi.
    Elə bu vaxt məclis əhlindən elə hay-küy qalxdı ki, hamı huşdan getdi. Evə necə çatdığım yadıma gəlmir. Çünki hamıdan çox mənim halım pis idi. Ustadım mərhum Məneşi seyyid Ryaz Əl Həsən və mərhum Mövləvi Seyyid Əli Nəqi də o gün həmin məclisdə idilər.("Tarixe Abbas” (təcəlliyat), 2-ci cild, səh. 27)
    «YANĞINDAN NICAT TAPMA»
    Bu hadisə də çox isti yay mövsümündə baş vermişdir. Həmin vaxt elə bil göydən alov tökülürdü. Göyün üzündə buluddan heç bir əsər-əlamət yox idi və yağış fəsli də deyildi.
    Müfti Abbas evin üstündə bir neçə tələbəyə dərs deyirdi. Onun ailəsi də həmin evdə idi və pilləkənin altında qamışdan tikilmiş çox balaca bir ev var idi. Birdən həmin qamış ev yanmağa başladı. Alov çox sürətlə pilləkənlərə və evin damına qalxdı. Hər yeri alov bürümüşdü.
    Aşağı düşməyə başqa bir yol yox idi. Alovun istisindən və tüstüsündən hamı boğulmaq üzrə idi. Aşağı mərtəbədən qadınların şivən səsi eşidilirdi. Məlum idi ki, hamı yanğından həlak olacaq. Elə bu vaxt Müfti asimana tərəf baxdı. İki əlini göyə qaldırıb, göz yaşları tökərək dua etməyə başdadı. Duanı qurtarmamışdı ki, göyün üzündə bir bulud parçası göründü. Düz yanğın baş verən evin üstündə yağış yağmağa başladı. O qədər yağdı ki, yanğın söndü və mənzildə olanların hamısı qəti ölümdən nicat tapdılar.
    Bir müddətdən sonra yağış dayandı. Qəribə orasıdır ki, yanğın baş verən mənzilin ətrafındakı evlərə hətta bir damla da yağış yağmamışdı. Bu kəramət səfər ayının 15-i 1274-cü hicri ilində, həftənin birinci günü baş vermişdir.
    «MÜFTI ABBAS ILDIRIMLA ÜZ-ÜZƏ»
    Bir gün Müfti Hindistanın Kanpur şəhərində Nəvvab Seyyid Baqir Əlixanın mənzilində qonaq idi. Mənzildən çöldə bir yer vardı ki, o orada ibadətlə məşğul idi. Həmin mənzilin ətrafı kərpic divar əvəzinə qurumuş otlarla örtülmüşdü ki, yanğına hazır idi.
    Qürub vatxı idi. Ağa Müfti həmişəki adəti üzrə, xuzu və xuşu ilə namaz qılmağa məşğul idi. Elə bu vaxt göyün üzü buludla örtüldü. Birdən şimşək səsi yeri-göyü lərzəyə gətirdi və ildırım həmin yeri elə vurdu ki, ürəklər əsib, gözlər bərələ qaldı.
    Həmin ildırım Ağa Müftinin ətrafında elə fırlandı ki, hamı elə bildi onu başdan-ayağa yandırdı. Hamının vücudunu dəhşət və qorxu elə bürümüşdü ki, gözlərini yumdular
    Müfti deyirdi ki, həmin vaxt mənim halım elə idi ki, az qala nəfəsim kəsilirdi və boğulma halı məndə baş verdi. Kükürd iyini daha çox hiss edirdim və az qala can verəcəkdim. Həmin iztirablı və həyəcanlı halda "Ya Allah” kəlməsi dilimə gəldi. Elə bu vaxt ildırım məni buraxıb düz xətt üzrə bir ağaca tərəf hərəkət edərək, onu bütövlükdə yandırdı.
    Bu hadisəni görənlər deyirlər ki, biz gördük ki, ildırım bir neçə dəfə Müftinin başına fırlanıb, sonra bir ağaca dəydi və onun altında olan heyvanlarla (inək və qoyun) birlikdə elə yandırdı ki, külü qaldı.
    Ağa Müftinin böyük iman sahibi olması bu hadisədən məlum olur. Çünki, bu vaxta qədər heç kəs eşitməyib ki, ildırım adamı bu cür vura, amma o yanmaya.
    Namazı qurtarandan sonra yenidən əvvəlki hala qayıtdım. Başa düşdüm ki, həmin vaxt ətrafdakılar qışqırırmış:
    Vay, ağa öldü. Onlar deyirdilər:
    Görürdük ki, elə bil alovlu bir papaq ağanın başı üstə idi.("Tarixe Abbas” (təcəlliyat), 2-ci cild, səh. 27)
    «ÖLÜM MƏLƏYİ İMAMIN ƏMRİNƏ TABEDİR»
    Ayətullah Cəzayiri deyir ki:
    Uşaq vaxtı əlacsız bir xəstəliyə tutulmuşdum və halım çox pis idi. Artıq ölüm əlamətləri məndə görünürdü. Bu elə bir vaxtda idi ki, Kazimeyndə çoxlu möcüzələr baş verir və hər gün yüzlərlə xəstə şəfa tapırdı.
    Anam gedib evindəki hüseyniyyədə fəryad etdi:
    Ey Musa ibn Cəfər, Babul-həvaec (dərdlərin dərmanı). Sizin kəramət və möcüzələriniz təkcə sizin hərəminizə aiddirmi? Edə bilməzsiniz ki, Hindistana gəlib mənim ölüm ayağında olan uşağıma şəfa verəsiniz? Bunu deyərək özünü döyüb ağlayırdı.
    Atam Müfti Seyyid Məhəmməd Əli Cəzayiri deyir:
    Həmin vaxt mən yuxuda gördüm çox hündür və uca boylu ayağı yerdə, başı isə göylərə dəyən bir şəxs mənim yatağıma tərəf gəlir. Dedim:
    Siz kimsiniz? Dedi:
    Mən ölüm mələyiyəm, gəlmişəm bu uşağı özümlə aparam. Dedim:
    Məgər anasının fəryad səsini eşitmirsən? O bu uşağı Babul-həvaicə zəmanət verib. Dedi:
    Artıq faydası yoxdur. Çünki ömrü sona yetib.
    Elə bu vaxt mən əl-ayağa düşüb, özümü itirdim. Yuxuda çağırdım: Ey Musa ibn Cəfər! Ey Babul-Həvaec! Bizim dadımıza çat! Elə həmin vaxt gördüm ki, bir nurani şəxs mənim yatağımla Ölüm mələyi arasında göründü. Ölüm mələyi onu görən kimi yerində dayanıb, salam verdi. Həmin nurani şəxs dedi:
    Nə üçün gəlmisən?
    Ölüm mələyi dedi:
    Bu uşağı qəbze-ruh etmək üçün. Çünki ömrü sona çatıb. Dedi:
    Qayıt, çünki mən Allah-təaladan bu uşaq üçün artıq ömür istəmişəm.
    Bu yuxudan sonra atam yuxudan oyandı. Amma anam hələ də hüseyniyyədə ah-nalə edirdi. Anamı çağırıb dedi:
    Gəl uşağına bax, indi Babul-həvaec gəlib ona şəfa verdi.
    Üzümə örtülən parçanı çəkəndə məni qıvraq və sağlam gördülər. Üz-gözümün rəngi açılmış və halım yaxşılaşmışdı.
    «ÖLÜ YENİDƏN DİRİLİR»
    Ayətullah Cəzayiri (Müfti Seyyid Təyyib) deyir:
    Mən Pakistanda, xüsusilə də Pəncab məntəqəsində, Əhli-beytsevərlərin evlərinin üstündə bayraq görürdüm ki, üzərində "Ya Abbas” yazılmış və Həzrət Əbülfəzl bayrağı adı ilə məşhur idi. Bu işin fəlsəfəsi mənim üçün aydın olmadığından, onlardan təqlid etməyə hazır deyildim. Amma zaman keçdikcə onun xeyir-bərəkətini görürdüm. Mən də Nəcəf-Əşrəfdəki mənzilimdə bu bayrağı (pərçəmi) taxdım. Əlhəmdülillah, indiyə qədər ki, mənzilim Qum şəhərindədir, bu bayraq mənim evimin üstündədir və mən çoxlu fövqəladə kəramətlərini müşahidə etmişəm.
    O cümlədən, Nəcəf-Əşrəfdə olduğum bir vaxtda, günlərin birində uşaqlarımdan biri ki, böyük qızım idi, güclü ishal olmuşdu. Mən çox ciddi yanaşmayıb, öz-özümə dedim ki, yəqin istidən olub. İnşallah cüzi dərmanlarla yaxşı olub keçər.
    Günortadan sonra evə qayıdanda, anası dedi: Qıza bax, halı çox pisdir. Gərək onu həkimə aparaq. Elə bu vaxt qızım ayağa qalxıb, ayaqyoluna getmək istəyəndə, addım ata bilməyib yerə yıxıldı. Gözlərini yumdu və ağzı qıfıllandı. Nəbzi də vurmurdu.
    Tez evin damına qalxıb Həzrət Əbülfəzlin bayrağını gətirib qızın başı üstə sərdim. O Həzrəti adıyla çağırmağa başladım. O biri uşaqlarıma da dedim ki, siz də Abbas, Abbas deyib, çağırın.
    Hamımız qışqırırdıq:
    Ey Abbas, ey Abbas! Mən gah ey Abbas deyir, gah da xəstə qızımın adını çağırırdım.
    Birdən gördüm ki, xəstə qızımın bədəni titrədi və gözlərini açdı.
    Soruşdum:
    Necəsən? Dedi:
    Yaxşıyam. Bundan qabaq elə bilirdim ki, dərin bir quyuya düşürəm və sizin səsiniz də uzaqdan gəlirdi ki, məni çağırırsınız. Həmin vaxt gördüm ki, bir şəxs əlini uzadıb məni tutdu və həmin qaranlıq quyudan çıxartdı.
    Bu əhvalatdan sonra, uşağın yaxşılaşmasına baxmayaraq, ehtiyat üçün onu xəstəxanaya apardıq. Orada qan analizi verdikdən sonra dedilər ki, zəhərlənibmiş, indi gərək xəstəxanada yata.
    Mən uşağın anasına dedim:
    İndi ki, Həzrət Abbas ona şəfa verib və halı da yaxşıdır, niyə onu xəstəxanada yatırdaq? Evə gəldik və qızımın halı lap yaxşılaşdı.
    «QƏRIBÇILIKDƏ MÜŞKÜLÜN HƏLLI»
    Ayətullah Müfti Seyyid Təyyib Cəzayiri deyir:
    Səfərlərimin birində yenə də İslam dininin yayımı və təbliği üçün Kanadaya gedirdim. Bu səfərdə çox təəccüblü bir problemlə rastlaşdım ki, Allah-təalanın köməkliyi və Əhli-Beytin bərəkəti ilə bu müşkül çox asanlıqla həll oldu.
    Tehrandan Kanadaya uçuş proqramı elə idi ki, bir axşam Parisdə qalmalı idim. Paris hava limanı çox böyük bir yer idi və ucu-bucağı görünmürdü. Camaat fransız və ya başqa müxtəlif dillərdə söhbət edirdilər və mən heç bir şey başa düşmürdüm.
    Əlacsız qalıb bir oturacaqda oturdum. Əl çantalarımı yanıma qoyub fikirə getdim. Öz-özümə fikirləşirdim ki, sabaha qədər burda necə oturacağam. Kanadaya uçan təyyarənin dəqiq yerini də bilmirdim. Kim mənə yol göstərəcək? Mən ki, fransız dilini bilmirəm.
    Elə bu fikirdəydim ki, bir neçə iranlı qadın mənə yaxınlaşıb soruşdular:
    Ağa, siz burda neyləyirsiniz?
    Dedim: Kanadaya getmək istəyirəm. Biletimə baxıb dedilər:
    Siz gərək sabah Diqal hava limanından Kanadaya uçasınız və bu hava limanıyla Diqal arasında olan məsafə çox uzaqdır.
    Yenə də soruşdular:
    Məgər təyyarədə bu haqda sizə heç nə deməyiblər? Dedim:
    Xeyir! Çox təəccüblənib dedilər ki, təyyarə qanunu budur ki, bu cür hallarda hava yolları şirkəti bir nəfərə bu işi tapşırır ki, sizin kimilərə bələdçilik etsin və axşam qalmaq üçün hotelə aparıb, səhəri gün də o biri təyyarəyə mindirsin.
    Dedim:
    Mən İran Ayer-dən bilet aldım və heç kəs bu haqda mənə bir şey demədi.
    Həmin qadınlar gedib çox çətinliklə bir iranlı bələdçi tapdılar. Onunla mübahisə də etdilər ki, siz necə bu ağanı burda təkbaşına buraxıb getmisiniz. Həmin bələdçi mənə avtobus və dördulduzlu hotel bileti verdi. Müsafirlərdən fransız dili bilən bir nəfəri də mənə bələdçi qoydu. O müsafirlə hotelə getdim.
    Səhəri gün nə qədər ona dedimsə: Gəl tez hava limanına gedək, razı olmadı və mənim vaxtımı alış-veriş və boş şeylərlə tələf etdi. Axır ki, razı olub, avtobusa minib Diqal hava limanına yollandıq.
    Təqribən bir saat yolda olduqdan sonra hava limanına çatdıq. Mənimlə gələn şəxs biletini hava limanı məmuruna göstərəndə, o dedi:
    Siz səhv gəlmisiniz. Sizin uçuş 3 nömrəli terminaldan olacaq. Gərək ora gedəsiniz. Həmin yarımçıq yol-yoldaşım bunu eşidən kimi sağollaşmadan bir tərəfə qaçdı.
    İndi mən tək qaldım. Biletimi həmin qadın məmura göstərəndə dedi:
    Sizin uçuş 1-nömrəli terminaldan olacaq. Dedim:
    Bir nömrəli terminal haradadır? Dedi:
    Çox uzaqdır, gərək avtobusla gedəsiniz. Ora çoxlu avtobuslar gəlirdi. Amma üzərindəki bütün yazılar fransız dilində idi. Hər hansı bir avtobusa işarə edəndə ya saxlamırdı, saxlayanda da 1 nömrəli terminal deyən kimi tez sürüb gedirdi. Əl çantamda çoxlu kitab olduğundan çox ağır idi. Tamam tər içində yorulub əldən düşmüşdüm.
    Nəhayət əlim hər yerdən üzüldü, məyus və pərişan çəkilib bir kənarda dayandım. Anladım ki, yaman pis yerdə ilişmişəm. Saat 10-na qalmışdı. Uçuşum saat 11-də idi. Avtobus tapmalı olsaydım da yenə də xeyri olmayacaqdı, çünki bir saat yol getməli idim. Avtobusdan düşəsi, təyyarəyə giriş kartı alası − bu da heç olmasa yarım saat çəkəcəkdi. Öz-özümə dedim: Pərvərdigara! Özün mənə kömək ol! Məni Kanadada gözləyən camaatın yanında xəcalətli etmə! Mən camaata söz vermişəm. Bu anda bir nəfər mənə yaxınlaşıb dedi:
    Mərhəba! Dedim:
    Mərhəba! O ərəb dilində soruşdu:
    Hara gedirsən? Dedim:
    Kanadaya gedirəm. Uçuşum saat 10-da, birinci terminaldandır, amma avtobus tapa bilmədim, vaxtım da çox az qalıb. Dedi:
    Ardımca gəl, sənə maşın taparam. Məni avtobuslara tərəf apardı və fransız dilində söhbət eləməyə başladı. Ancaq məlum oldu ki, 1-ci terminala gedən avtobus yoxdur.
    Nəhayət o da məyus olub saata baxdı və dedi:
    Ağa! Siz belə getsə təyyarəyə çaata bilməyəcəksiniz, icazə verin sizi öz maşınımla çatdırım.
    Əvvəl fikirləşdim ki, mən burda qəribəm, bu adamı da yaxşı tanımıram, ola bilsin başqa bir məqsədi var, amma fikrimdən daşınıb maşına oturdum.
    Yol çox uzun çəkdi. Yolda ondan soruşdum ki, hansı ərəb ölkəsindənsiz?
    Dedi:
    Ərəb deyiləm! Dedim:
    Bəs, haralısınız? Dedi:
    Mən elə bu diyarın övladıyam, fransızam.
    Fikirləşdim yəqin taksi sürücüsüdür, nigaran oldum ki, məndə fransız pulu yoxdur, düşəndə ona nə verəcəyəm?
    Ondan soruşdum:
    İşiniz nədir? Dedi:
    Fransız ordusunun polkovnikiyəm. Onun bu sözündən bir anlığa diksindim ki, ilahi bu nə danışır? Ərəb dilini hardan bilir?
    Dedi:
    Təəccüblənmə, mən bir vaxtlar İordaniyada yaşamışam, ərəb dilini də o vaxtlar öyrənmişəm. Sizi də ona görə maşına mindirdim ki, sizin Allahınızla, bizim Allahımız birdir.
    Nəhayət, mümkün sürətlə maşını qovub, məni 1-ci terminala çatdırdı. Terminala yetişəndə tez maşından düşüb sandıqdan çamadanları endirdi və ən ağır olan çamadanı götürüb çıxışa yaxın bir yerə apardı. Xudahafizləşib getdi.
    Saata baxdım. Uçuşa hələ 20 dəqiqə qalırdı. Biletləri kontrol edən yerin qabağında uzun bir növbə düzülmüşdü. Hamı həmin yoxlama qapısından çıxıb minik bileti almaq istəyirdi. Dedim:
    İlahi bura qədər köməklik göstərmisən, əgər Sənin lütfün olmasaydı heç bura da gəlib çıxa bilməzdim. Yaxşı, indi bəs neyləyim?
    Qarşımda uzun bir sıra düzlənmişdi. Növbədə duranların çoxusu başqa uçuşların sərnişinləri idi.
    Bu halda kənarımdakı keçid məntəqəsinə baxdım, gördüm bir qadın tək oturub və həmin yerdən keçən yoxdur. Ağlıma gəldi ki, gedib problemimi ona deyim, bəlkə bir yol göstərdi. Yaxınlaşıb müşkülümü söylədim. Dedi:
    Biletini ver. Bileti verən kimi minik üçün kağız yazıb verdi.
    Dedim hansı tərəfdən gedim. Sağ tərəfə işarə edib dedi:
    Tez ol ki, qarşıda bir az da yol getməlisən, uçuşuna az qalıb.
    Nəhayət özümü təyyarəyə yetirdim və mən minəndən bir dəqiqə sonra təyyarənin qapıları bağlandı.
    Bu hadisə, Allahın bu cür təbliğ üçün getdiyim səfərlərdə mənə göstərdiyi xüsusi inayətlərdən biri idi ki, sizə nəql etdim.
    Və sədəqəllahul-Əliyul-Əzim. "Vəlləzinə cahədu fina, linəhdiyənnəhum subuləna və innəallahə li məəl-möhsinin.”
    Son.
    Category: Kəramət sahibləri | Views: 1221 | Added by: Islam_Kitabxanasi | Rating: 1.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024