İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 23 » Kamil insan
    7:27 AM
    Kamil insan
    KAMALA ÇATMAQ YOLU
    Arif bütün dünyaya yalnız bir həqiqət qail olduğu və həmin həqiqətin eşqdən ibarət olduğunu bildirdiyi üçün onun fikrincə, insanın həqiqəti filosofun dediyi kimi fikir deyil, onun «qəlb»idir. Qəlbdən də məqsəd ilahi eşq mərkəzidir. Deməli, əql məktəbi ilə eşq məktəbi arasındakı fərqlərdən biri insanın «mən»liyi məsələsidir. İnsanın «mən»liyi onun fikirləşmə mərkəzidir, yoxsa eşq bəslədiyi yer? Arif deyir ki, sənin «mən»liyin fikirləşmə mərkəzi deyil, eşq bəsləmə mərkəzidir.
    Filosofun fikrincə, kamil insan məqamına çatmaq istəyən şəxs hansı vasitə ilə hərəkət edib irəliləməlidir? O deyir ki, insan bu məqama məntiq, deduksiya, müqayisə nəticəsi, təfəkkür və məntiqi dəlillərlə çatmalıdır. Amma arif deyir ki, məsələ elm, savad, söz-söhbət, məntiq, müqəddimə, deduksiya və s. ilə deyil.
    Dəftəre sufi səvado hərf nist
    Coz delesbid həm çun bərf nist.
    Bütün bunların yerinə nəfsini təmizləməklə məşğul ol! Filosof deyir ki, fikirləş, dərs oxu, müəllim yanına get, amma arif deyir ki, nəfsini təmizləyərək pak və saf et, çirkin, rəzil əxlaq və davranışı özündən uzaqlaşdır, bacardıqca haqdan başqa şeylərə olan diqqətini özündən kənar et və haqqa diqqəti gücləndir, zehnindən keçən şeylərə nəzarət edərək onları öz əlinə al, qəlbinə Allah fikrindən başqa nə gəlsə divdir. Nə qədər ki, div var Allah nuru olan mələk sənin qəlbinə gəlməz.
    Bər səre anəm ki gər zedəst bərayəd
    Dəst be kari zənəm ki qosse sərayəd
    Xəlvəte del nist caye sohbəte əğyar
    Div çu birun rəvəd fereşte dərayəd
    Sohbəte hukkam zolməte şəbe yəldast
    Nur ze xurşid cuy bu ki bərayəd
    Bər dele ərbabe bi müruvvəte dünya
    Çənd neşine ke xace key bedərayəd
    Tərke gedayi məkun ke gənc beyabi
    Əz nəzəre rəhrovi ke dər qozərayəd.
    Şair burada insanı böyük şəxsiyyət və qüdrət sahiblərinin qapısına getməkdən çəkindirdikdən sonra deyir ki, yolçuluğu tərk etmə, amma hansı yolçuluğu? Kamil insan qarşısında olan yolçuluğu!
    Tərke gedayi məkun ke gənc beyabi
    Əz nəzəre rəhrovi ke dər qozərayəd.
    Hər halda bu məktəbin kamil insan məqamına çatmaq üçün təklif etdiyi yol və vasitə nəfsi islah edərək təmizləmək və Allaha diqqət etməkdir. Bu məktəb tərəflarlarının fikrincə insan Allaha nə qədər çox diqqət etsə, zehnindən Allahdan başqasına olan fikri nə qədər çox çıxartsa və öz batininə dalaraq xariclə əlaqəsini nə qədər çox kəssə, bir o qədər kamil insan məqamına yaxınlaşmış olar.
    Təbii ki, onlar bəhs, deduksiya və məntiqə dəyər vermirlər. Mövlana deyir:
    Paye istidlaliyan çubin bovəd
    Paye çubin səxt bi təmkin bovəd
    Dəlilə əsaslananların dayaqları çubuqdan olar və çubuq dayaq çox zəif və müqavimətsizdir.
    Digər bir yerdə isə belə deyir:
    Bəhse əqli gər dorro mərcan bovəd
    On degər başəd ke bəhse can bovəd
    Bəhse can əndər məqame digərəst
    Bade canra qivame digərəst
    Yolun sonu haradır? Filosofun fikrincə yolun sonu insanın özü-özlüyündə bir aləm – düşüncə və təfəkkür dünyası olmasıdır. Bütün dünya, ümumi şəkildə olsa belə, onun əql aynasına düşməlidir. Yəni o, dünyanı öz içində görməlidir. Filosof yolunun son nöqtəsi bilmək və dünyanı görməkdir. Bəs ariflər yolunun son nöqtəsi haradır? Ariflər yolunun sonu, görmək deyil, çatmaqdır. Nəyə çatmaq? Haqqın zatına çatmaq. Onların fikrincə insan öz batinini təmizləsə, eşq miniyi ilə hərəkət etsə və yol boyu olan mənzilləri daha kamil insanın nəzarəti altında keçsə, sonda onunla Allah arasındakı pərdə tamamilə götürülər və onların dili ilə desək, insan Allaha çatar. Quranda Allaha qovuşma məsələsi irəli sürülüb və ariflər bu barədə çox geniş söhbətlər ediblər. Mən indi Allaha qovuşma məsələsinə girişib onun məna verib-vermədiyi barəsində danışmaq istəmirəm. Amma hər halda arif uğursuz və nəs düşüncə dünyası və dünyanı əks etdirən nəs ayna olmaq istədiyini demir. O, dünyanın mərkəzinə çatmaq üçün hərəkət etdiyini bildirir. «Ey insan! Sən [ölənə qədər] Rəbbinə doğru çalışıb çabalayırsan. Sən Ona qovuşacaqsan!...» (İnşiqaq-6). Ora gedib çatdıqdan sonra sən hər şeysən və sənin hər şeyin var. Sənin hər şeyin var, amma sən heç nə istəmirsən. Müəmma da burdadır. Sən elə bir məqama çatırsan ki, sənə hər şey verirlər və sən Ondan başqa heç bir şeyə etina etmirsən. Əbu Səid Əbulxeyr necə də şirin deyib:
    On kəs ke tora şenaxt canra çe konəd
    Fərzəndo əyalo xanemanra çe konəd
    Divane koni hər do cəhanəş bəxşi
    Divaneye to hər do cahanra çe konəd
    Mənası:
    Səni tanıyan canı neynir,
    övlad, arvad, evi neynir.
    Sən dəli edib hər iki dünyanı verirsən,
    Sənin dəlin iki dünyanı neynir.
    Əbu Səid deyir: Sən, Səni tanıyanı əvvəlcə özünə vurğun edirsən və sonra ona hər iki dünyanı verirsən; Sən iki dünyanı ona o vaxt verirsən ki, o, onları qətiyyən istəmir. Nə qədər ki, Səni tanımamışdı hər şeyi istəyirdi, amma onda onları ona vermirdin; Səni tanıyandan sonra isə ona hər şeyi verirsən amma o, həmin vaxt heç nəyə etina etmir, çünki artıq Səni tapıb, artıq nə dünya və nə də axirəti istəyir; yalnız dünya və axirətdən üstün olan Səni istəyir.
    İndi gərək islamın bu barədəki nəzərini açıqlayaq və görək ki, ariflərin kamil insanı islami ölçülərlə düz gəlir, yoxsa yox? İndiyə kimi etdiyimiz söhbətlərdən ariflərin kamil insandan məqsədlərinin nə olduğu məlum oldu. Ariflərin kamil insanı Allaha çatan, Allaha çatdıqdan sonra bütün ilahi ad və sifətlərin kamil təzahürü olan və haqqın zatı onda zühur edərək cilvələnən aynadır.
    Filosofların təsvir etdiyi kamil insanın islam baxımdan kamil deyil, naqis olduğunu bəyan etdiyimiz və həmin məktəbin nəzəriyyələrinin hansı hissəsinin bu din baxımından təsdiq və hansı hissələrinin rədd edildiyini dediyimiz kimi, bu məktəb barəsində də həmin yolla gedəcəyik. İslamda nəfsin təmizlənərək saflaşdırılması adlı məsələ vardırmı? Bəli, şübhəsiz ki, islamda belə bir məsələ mövcuddur, çünki bu məsələ Quranın mətnində gəlmişdir.«Nəfsini [günahlardan] təmizləyən mütləq nicat tapacaqdır!
    Onu [günaha] batıran isə, əlbəttə, ziyana uğrayacaqdır.»
    (Şəms 9-10).
    Allah-taala bir-birinin ardınca yeddi dəfə and içdikdən sonra buyurur ki, səadət və xoşbəxtlik nəfsini təmizləyənlərə, bədbəxtlik isə nəfs, ruh və batinlərini çirkinlik və rəzil sifətlərə düçar edənlərə məxsusdur.
    LÜTFLƏ BAĞIŞLANAN ELM
    İslamda nəfsin təmizlənməsi elmə doğru olan bir yoldurmu? Quranın «Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır» deməsində heç bir söz ola bilməz, amma haqqı tanımaq yolu nəfsin təmizlənməsidir, yoxsa Onu tanımaq və elm əldə etmək; yəni, yalnız filosofların dedikləri dəlil, bürhan və deduksiya yoludurmu?
    Şübhəsiz ki, islam bura kimi deyilənləri təsdiq edir. İslam peyğəmbərinin inkaredilməz bir cümləsi vardır ki, həm şiələr və həm də sünnilər onu nəql ediblər. Peyğəmbər (s) buyurub: «Kim qırx gecə-gündüz əməllərini yalnız Allah xatirinə (saf niyyətlə) yerinə yetirsə, hikmət çeşmələri onun qəlbindən dilinə cari olar.» Məqsəd budur ki, qırx gün onun vücudunda Allah razılığından başqa heç bir şey hakim olmasın, danışması, susması, baxması, göz yumması, yeməyi, yatmağı, oyaq qalmağı, bir sözlə hər bir şeyi Allah üçün və Onun razılığını əldə etmək üçün olsun. Yəni öz proqramını elə tənzim etsin və ruhunu elə təmizləsin ki, Allahdan başqa heç bir şey üçün qətiyyən iş görməsin, necə deyərlər həzrət İbrahim (ə) olsun. «De ki: Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!»
    (Ənam-162).
    Bəli, Peyğəmbər buyurub ki, kim qırx gün nəfsi istəklərini tamamilə buraxıb həmin müddətdə Allahdan başqa heç bir şeyi nəzərdə tutmadan iş görsə və Ondan başqa heç bir şeylə yaşamasa elm və hikmət çeşmələri onun batinindən qaynayaraq dilində cari olar. Deməli islam, lütf və feyzlə bağlanan, yəni daxildən qaynayaraq çıxan elmi qəbul edir. Əlbəttə islam, əqli elmi də qəbul edir və davamçılarını ona doğru çağırır. Musa (ə)-a buyurur: «Bizim bir bəndəmiz var, onun yanına get və ondan elm öyrən. Biz həmin bəndəmizə öz tərəfimizdən, öz yanımızdan elm vermişik.» Məqsəd budur ki, o, elmini hansısa insandan öyrənməyib, biz onun daxilində elm çeşmələri qaynatmışıq.
    Hafiz özünün o sirli şirin dili ilə həmin hədisi nəzmə çəkərək məna edib.
    Səhərgəh rəhrovi dər sərzəmini
    Həmi qoft in muəmma ba qərini
    Ki ey sufi şərab on gəh şəvəd saf
    Ki dər şişe bemənəd ərbəini.
    Peyğəmbər (s) həmçinin belə buyurub: «Əgər şeytanlar Adəm övladlarının qəlbləri ətrafında fırlanıb onda qübar və qaranlıqlar yaratmasaydı, onlar qəlb gözü ilə məlaikə və ruh aləmini müşahidə edərdilər.» Bu hədis bizim «Camius-səadət» kimi hədis kitablarımızda da nəql edilib. O həzrət həmçinin belə buyurub: «Əgər sizin [yersiz] çərənçilikləriniz və artıq danışmaqlarınız və qəlblərinizdəki çəmənliklər olmasaydı [və orada hər bir heyvan otlamasaydı] mənim gördüklərimi görər, eşitdiyim səsləri eşidərdiniz.» Məqsəd budur ki, həmin şeyləri görmək və ya eşitmək üçün insanın peyğəmbər olması lazım deyil; bəzən Məryəm kimi peyğəmbər olmayan şəxslər də o səsləri eşidirlər.
    Əli (ə), Peyğəmbərlə (s) birlikdə Həra dağında olanda 10 yaşlı uşaq idi. Peyğəmbərə ilk dəfə vəhy nazil olanda və dünya, o həzrət üçün başqa bir şəklə düşəndə onun qeybdən eşitdiyi səsləri Əli (ə)-da eşidirdi. Əli (ə) Nəhcül-bəlağədə nəql edir: «Peyğəmbərə dedim ki, ey Allahın peyğəmbəri, ilk dəfə vəhy nazil olanda şeytanın naləsini eşitdim. Peyğəmbər (s) mənə dedi: Bəli, mən eşitdiklərimi sən də eşidirsən və mənim gördüklərimi sən də görürsən, amma buna baxmayaraq sən peyğəmbər deyilsən.»
    Buna görə də nəfsin təmizlənməsi, saflıq və nəfsi istəkləri özündən uzaqlaşdırmaq insanın qəlbini saflaşdırmaqla yanaşı, daha çox və yüksək təsirlər göstərir, onun vasitəsilə insanın daxilindən elm və hikmət çeşmələri qaynayır.
    RUHUN TƏRƏQQİ VƏ TƏNƏZZÜLÜ
    Əllamə Məclisi «Biharul-ənvar» kitabında belə bir hədis nəql edib: Peyğəmbərin (s) mömin olan səhabələri özlərində qeyri-adi bir hal hiss etdilər. Onlarda belə bir qorxu yarandı ki, birdən münafiq olarıq və özümüzün xəbərimiz olmaz. Peyğəmbərin yanına gəlib dedilər: Ey Allahın peyğəmbəri, biz münafiq olmağımızdan qorxuruq. Peyğəmbər (s), onlardan bunun səbəbini soruşdu. Onlar dedilər ki, biz sənin mübarək hüzurunda oturanda və siz söhbət və moizə edəndə, Allahdan, qiyamətdən, günahlardan tövbə etmək və istiğfardan danışanda çox yaxşı hala düşürük, amma sizin yanınızdan getdikdən və arvad-uşağımızla bir az oturduqdan sonra – onlar uşaqlarımızı iylədikdən sonra ifadəsini işlədiblər – hamımızın dəyişdiyimizi, yenə də əvvəlki adam olduğumuzu görürük. Ey Allahın peyğəmbəri, bu münafiqlikdirmi? Olmaya bu nifaqdır və biz münafiq olmuşuq? Peyğəmbər (s) onlara belə buyurdu: Xeyir, bu nifaq deyil. Nifaq ikiüzlülükdür, bu isə ikihallılıqdır. İnsanın ruhu bəzən çox yüksək olur və bəzən də aşağı düşür. Siz mənim yanımda olanda və bu sözləri eşidəndə belə bir hala düşməyiniz labüddür. Peyğəmbər (s) sonra bu cümləni buyurdu: Əgər mənim yanımda olduğunuz halda qalaraq ondan çıxmasanız mələklərin gələrək sizinlə əl-ələ görüşdüklərini və batmadan su üzərində yol gedə bildiyinizi görərsiniz. O, sizin üçün həmişə qalacaq bir hal deyil. Həmin hal sizin üçün bir adət şəklini alsa bu məqamlara çatarsınız.
    Məncə Sədinin bu məşhur beyti həmin hədisin tərcüməsidir, amma o, mətləbi Yəqub (ə)-ın dilindən başqa cür nəql edib:
    Yeki porsid əz on qomkərde fərzənd
    Ke ey roşən qohər pire xerədmənd
    Zemesrəş buye pirahən şenidi
    Çera dər çahe kənanəş nə didi?
    Bir nəfər oğlunu itirmiş şəxsdən (həzrət Yəqubdan) soruşdu ki, ey parlaq cövhərli, dərrakəli qoca: Misirdən (Yusifin) köynəyinin iyini aldın, bəs nə üçün onu Kənan quyusunda olanda görmədin?
    Yusif Misirdə özünü qardaşlarına təqdim etdi və köynəyini onlara verdi ki, onu özləri ilə aparsınlar. Onlar Kənana çatmamış həzrət Yəqub belə dedi: «...Əgər məni səfeh hesab etməsəydiniz [və ya yalançı hesab edib danlamasaydınız], deyərdim ki, Yusifin ətrini alıram!»
    (Yusif-94).
    Şerdə də kimsə Yəqub peyğəmbərə xitab edərək deyir: Sən Misirdən Yusifin köynəyinin ətrini necə hiss edirsən, halbuki o, öz kəndinizdə Kənan quyusunda idi, amma sən bunu hiss etmədin? Nə üçün onu quyuda olanda görmədin?
    Be qoft əhvale ma bərqe cəhanəst
    Dəmi peydavo digər dəm nihanəst
    Gəhi bər tarəm əla neşinim
    Gəhi bər poşte paye xod nəbinim.
    Bizim halımız ildırım parıltısı kimidir, bir an görünür və bir an yoxa çıxır, bəzi vaxtlarda çox yüksəklikləri seyr edərik və bəzi vaxtlarda öz ayağımızın altını görmərik.
    Hafizin dili ilə desək:
    Bərqi əz mənzili leyli be derəxşid səhər
    Vəh ki ba xərməni məcnun dele əfkar çekərd.
    Leylinin evindən bir şimşək çaxdı, bədbəxt Məcnunun xarmanına gör necə od vurdu.
    Bura kimi Yəqubdan soruşulan sualın davamı və onun verdiyi cavab idi. Bundan sonra Sədi belə deyir:
    Əgər dərviş dər hali bemandi
    Səro dəst əz do aləm bər fəşandi.
    Əgər arif onun üçün yaranmış hal və vəziyyətdə qalsa iki dünyadan da yuxarı qalxar.
    KAMİL İNSANIN MƏNƏVİ RİYAZƏTİ (RUHİ MƏŞĞƏLƏLƏRİ)
    İndi, bütün bunları təsdiq etmək üçün sizlərə Nəhcül-bəlağənin bir hissəsini oxuyacağam. İndiyə kimi olan söhbətlərimizdə dəfələrlə demişəm ki, Nəhcül-bəlağə Əli (ə)-ın özü kimidir. İnsanın sözləri onun özü kimi olur. Çünki söz insan ruhunun tənəzzülə uğramış forması və onun cilvəsidir. Alçaq ruhun sözü alçaq, uca və yüksək ruhun sözü isə ali olur; məhdud ruhun sözü birtərəfli, geniş ruhun sözü isə hərtərəfli olur. Əli (ə) ziddiyyətlər toplusu olduğu üçün onun sözləri də ziddiyyətlər toplusudur. Onun sözlərində, irfan öz ali həddində, fəlsəfə özünü ən yüksək nöqtəsində, azadlıq, qəhrəmanlıq və əxlaq da özlərinin ən yüksək həddindədir. Nəhcül-bəlağə də Əli (ə)-ın özü kimi hərtərəflidir. O həzrət söhbətlərinin birində belə buyurur: «Mənəvi riyazətlə məşğul olan şəxs əqlini dirildərək nəfsini öldürür. Bu şəri riyazət elə bir həddə çatıb ki, onu nazikləşdirib, bədəninin ətini əridib, ruhunun sərtliklərini lətifləşdirib və onların ruhları incələşib; belə bir vəziyyətdə birdən onun daxilində bir qığılcım parlayır və ona yol göstərir; o, bu qapıdan digər qapıya gedərək sonda yolunun axırı olan səadət mənzilinə çatır.»
    Deməli islam, kamil insanın mənəvi riyazətlə məşğuliyyətini, nəfsini təmizləməli olan insan olması fikrini təsdiq edir.
    Bundan başqa bir sual da meydana çıxır ki, görəsən islamın kamil insanı riyazətlə, yəni ruhi məşğələlərlə məşğul olan insandırmı? Mərhələ-mərhələ, addım-addım irəliləyən insandırmı? Riyazətlə məşğul olaraq yavaş-yavaş inkişaf edən şəxsdirmi? Sualların cavabı müsbətdir. Çünki həzrət Əli (ə) buyurur: O, bu qapıdan digər bir qapıya gedər, üzünə yeni qapılar açılar və mərhələləri arxada qoyaraq, sonda «asayiş qapısı» adlandırılan qapıya çatar. Ora çatmaq isə yolun sonuna çatmaq deməkdir.
    «Haqqa yaxınlaşmaq» fikri düzgündümü? Bəli, şübhəsiz ki, insan ora çatdıqdan sonra onunla Allah arasında pərdə olmur və o, qəlb gözü ilə Rəbbini görür. Həmin şəxs, artıq bizim kimi göyə, yerə və s. baxmaqla Allahı görməyə çalışmır. Xeyir, onun üçün belə sözlər mənasızdır; Allah onun üçün yarpaq, yer, göy və digər şeylərdən də aşkardır.
    Məgər imam Hüseyn (ə) həmin mətləbi buyurmayıbmı? «İlahi, Səndən başqasının elə bir zühuru varmı ki, Sənin olmasın?»
    Bir nəfər həzrət Əli (ə)-dan soruşur: Allahı görmüsənmi? Əli (ə) onun cavabında belə buyurur: «Mən heç vaxt görmədiyim Allaha ibadət etməmişəm.» Amma o həzrət, həmin şəxsin Allahı adi gözlə görməyin mümkünlüyünü və Onun məkana malik olmasını fikirləşməməsi üçün sözünün davamında belə deyir: «Onu bu zahir gözlər görməz, qəlblər iman həqiqəti ilə Onu müşahidə edərlər.»
    center>
    Ey nuri səmavati zəmin gərçi nihansan
    Amma nəzəri arifi danada əyansan
    Batin gözünün görməyə yox səndə qüsuru
    Zahir gözü görməz səni əlbəttə nihansan.
    Category: Kamil insan | Views: 887 | Added by: Islam_Kitabxanasi | Rating: 3.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024