İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 23 » Kamil insan
    7:35 AM
    Kamil insan
    3. AZADLIQ
    Azadlıq ən böyük və ali insani dəyərlərdən biridir. Başqa sözlə desək, azadlıq insan mənəviyyətinin, yəni onun heyvanlıqdan üstün olan cəhətlərinin bir hissəsidir. Azadlıq insan üçün maddi dəyərlərdən də əhəmiyyətlidir. İnsanlıq dəyərlərini azacıq da olsa dadanlar, ən çətin şəraitdə aclıq və susuzluqla yaşamağı kiminsə əlində əsir vəziyyətində yaşamaqdan üstün tuturlar. Onlar, kiminsə hökmranlığı altında deyil, azad yaşamaq istəyirlər.
    Bildiyiniz kimi, Əbu Əli İbni Sina təəssüflər olsun ki, bir müddət vəzir işləyib. Ona görə təəssüflər olsun deyirəm ki, o, vəzir işlədiyi üçün elmi işlərlə lazımınca məşğul ola bilməyib və şübhə yoxdur ki, vəzirlik etməsəydi, malik olduğu misilsiz istedadı ilə bəşəriyyət üçün gördüyü böyük işlərdən daha böyük və əzəmətli işlər görərdi. Molla Sədra kimi şəxsiyyətlər həmişə İbni Sinanın həmin işlərlə məşğul olmasından təəssüfləniblər.
    «Alimlərin məktubu» kitabında İbni Sinanın həyatının həmin dövrü barəsində çox maraqlı bir hekayət nəql edilib:
    «İbni Sina, bir gün onu müşayət edən təmtəraqlı bir dəstə ilə gedirmiş. Gözü, çirkli işlə məşğul ola-ola dilində bu lətif şeri zümzümə edən bir süpürgəçiyə sataşır:
    Gerami daştəm ey nəfs əz anət
    Ki asan be qozərəd bərdel cəhanət.
    Yəni: «Ey nəfs, dünya sənə asan keçməsi üçün səni əziz tutdum.»
    İbni Sina şeri eşidib təbəssüm etdi. Gülər üzlə həmin şəxsə kinayə ilə belə dedi: Təzim və ehtiram həddi sənin şərafətli nəfsə etdiyindir?! Onun qədir-qiyməti, quyu dibində zibil təmizləmək zillətinə düçar etməyin, izzət və şəni bu xar işə giriftar etməyindir?! Misilsiz ömrünü bu alçaq işdə puç edirsən və bu çirkin işi nəfsinə iftixar sayırsan? Həmin şəxs işdən əl çəkərək ona üz tutub belə dedi: «Himmət aləmində alçaq və hörmətsiz işlə çörək yemək rəis minnəti çəkməkdən daha yaxşıdır». İbni Sinanı tər basdı və sürətlə oradan uzaqlaşdı.
    İbni Sina həmin şəxsin məntiqinin cavabsız bir gerçəklik olduğunu dərk etmişdi. Heyvani və dünyəvi məntiqdə, insanın toyuq qızartması, plov, at, kəniz, qul və əyyan-əşrafı buraxıb süpürkəçilik etməsi və sonra azadlıqdan dəm vurması mənasızdır. Azadlıq nədir? O, hiss və duyğu orqanları ilə dərk edilən şeydirmi? Xeyir, duyğu ilə hiss edilən maddi şey deyil, amma ali insan vicdanı üçün azadlıq o qədər qiymətlidir ki, tualet quyusu təmizləməyi asılılıq və əsirlikdən üstün tutur.
    Azadlıq, doğrudan da böyük dəyərdir. İnsan bəzən bir cəmiyyətdə bu dəyərin tamamilə unudulduğunu, bəzən də oyandığını görür. Bəziləri bəşəriyyət sözünün mənasını azadlıq kimi izah edərək, azadlıqdan başqa heç bir dəyərin olmamasını iddia edirlər. Onlar bütün digər dəyərləri azadlıqda məhv etmək istəyirlər. Amma yaddan çıxarmaq olmaz ki, azadlıq yeganə dəyər deyildir, ədalət, hikmət, irfan və digər şeylər də inkaredilməz dəyərlərdir.
    4. EŞQ
    Bəzən də irfan, sufilik və irfani qəzəllərdəki eşq yeganə insani dəyər hesab edilir.
    Cilveyi kərd roxəş did mələk eşq nədaşt
    Yaxud:
    Fereşte eşq nədanəd ke çist, qisse məxan
    Bexah camo qolabi bexake adəm riz.
    Mələk bilməz eşqin mənasını, durma diz çök,
    Al ələ piyaləni, gülabı adəmin üstünə tök.
    Sonra digər bütün dəyərlər, hətta əql unudulur. Eşqin dəyərliliyinə daha çox meyl göstərən ariflər əql ilə müxalifdir və onunla rəsmi surətdə mübarizə aparırlar. Hafiz belə deyir:
    Sufi əz pərtovi mey razi nəhani danest
    Qohəre hər kəs əz in ləl təvani danest.
    Onun, bu şerdən məqsədi odur ki, yalnız və yalnız arif insan, eşq miniyi ilə həqiqi irfana (Allahın dərk edilməsinə) çata bilər. O, sonrakı beytlərdə belə deyir:
    Ey ki əz dəftəri əql ayəti eşq amuzi
    Tərsəm in nökte be təhqiq nədani danest.
    O, bu beytdə «İşarələr» kitabının sonunda eşqdən söz açmış İbni Sinaya xitab edib. Deməli, bunların fikrincə insan və insanlıq eşqdən ibarətdir və əql tamamilə məhkumdur.
    Bəzən də əql və təfəkkürün yeganə dəyər sayılmasının şahidi oluruq. İnsan bunlara baxdıqda hamısını xəyal və təsəvvür hesab edir. İbni Sina bəzən söhbətlərində belə deyib: «Bu sözlər sufilərin xəyali söhbətlərinə bənzəyir, əql ilə irəliləmək lazımdır.»
    Əql, eşq, məhəbbət, ədalət, xidmət, ibadət, azadlıq və bu kimi digər şeylər bəşərdə olan müxtəlif dəyərlərdir. İndi görəsən hansı insan kamil insandır: Sırf ibadətlə məşğul olan, yoxsa azad insan? Yaxud sırf aşiq və ya sırf əqlə meyl göstərən? Xeyir, bunlar heç biri kamil insan deyil! Bu dəyərlərin hamısını ən yüksək və ali həddə bir-biri ilə mütənasib surətdə özündə inkişaf etdirən şəxs kamil insandır. Əli (ə) belə bir insan olub.
    NƏHCÜL-BƏLAĞƏ KAMİLLİK KİTABIDIR
    Nəhclü-bəlağə, Seyyid Rəzinin həzrət Əli (ə)-ın sözlərinin bir hissəsini toplayaraq bir məcmuə və toplum şəklinə saldığı kitabın adıdır. Seyyid Rəzi ədəbiyyatçı olduğu üçün Nəhcül-bəlağə ilə birtərəfli əlaqə yaradıb, yəni həzrət Əli (ə)-ın yalnız ədəbi baxımdan gözəlliyin zirvəsində olan sözlərini toplayıb. Hal-hazırki Nəhcül-bəlağədə təqribən 229 xütbə var, halbuki Seyyid Rəzidən yüz il qabaq yaşamış Məsudi özünün «Mürucuz-zəhəb» kitabında yazır: «İndi camaatın əlində Əlinin təqribən 480 xütbəsi mövcuddur.» Bütün bu tarixi dəlil və sənədləri görən bəzi şəxslər «Nəhcül-bəlağə»nin Seyyid Rəzidən sonra meydana çıxdığını necə iddia edirlər?! Deməli, Əli (ə)-ın xütbələri mövcud «Nəhcül-bəlağə»dəkindən daha çox olub və Seyyid Rəzi onların hamısını toplamayıb.
    Amma bütün bununla belə, «Nəhcül-bəlağə» necə kitabdır? Bu kitabda müxtəlif ünsürlər vardır. Adam «Nəhcül-bəlağə»ni oxuyanda bəzən İbni Sinanın, bəzən Mövlana Cəlaləddin Rumi və ya Mühyiddin Ərəbinin, bəzən Firdosi kimi qəhrəmanlıq şairinin, yaxud azadlıqdan başqa heç nə başa düşməyən şəxsin, bəzən isə guşənişin və yalqız abid, zahid və ya rahibin danışdığını fikirləşir. Biz, Əli (ə)-da bütün insani dəyərlərin cəmləşdiyini görürük, çünki söz, danışan şəxsin ruhi təcəllisidir. İndi siz Əlinin nə qədər böyük, özümüzün isə, nə qədər kiçik olduğumuzu təsəvvür edin!
    Əlli il bundan əvvələ kimi bizim cəmiyyətin dini meyl və rəğbəti zahidlik və ibadət dəyəri istiqamətində idi. Buna görə də minbərə çıxıb xalqa moizə edən din xadimləri və ruhanilər «Nəhcül-bəlağə»nin hansı hissələrini oxuyurdular? Həmin vaxtlar adətən bu kitabdan yalnız iyirmiyə yaxın xütbə oxunurdu. özü də hansı xütbələr? Sırf zahidlik və axirət barəsindəki xütbələr! O zaman «Nəhcül-bəlağə»nin digər xütbələrindən xəbər yox idi və onlar bərəsində danışılmırdı. Bunun səbəbi o idi ki, cəmiyyət onları həzm edə bilmirdi. Cəmiyyət müəyyən dəyərlərə üz tutmuşdu və buna görə də «Nəhcül-bəlağə»nin yalnız həmin barədəki xütbələri yayılmışdı. Bəlkə, həmin şərait yüz il də davam etsəydi, heç kəs həzrət Əli (ə)-ın Malik Əştərə yazdığı ictimai-siyasi göstərişlər xəzinəsi olan fərmanını oxumazdı. Niyə və nə üçün? Çünki cəmiyyətdə həmin əhval-ruhiyyə yox idi. Məsələn, həzrət Əli (ə)-ın belə bir sözü var:
    «Peyğəmbərdən dəfələrlə eşitdim ki, belə buyurur: zəif təbəqələri güclülər qarşısında dayanaraq dili dolaşmadan öz haqqını tələb etmək mərhələsinə çatmayan heç bir ümmət, müqəddəsləşməz.»
    Əlli il bundan qabaqkı cəmiyyət bir və ya iki dəyərə meyl göstərərək həmin istiqamətdə addımladığı üçün bu sözün qiymət və dəyərini dərk edə bilmirdi. Amma Əlinin sözlərində bütün insani dəyərlər mövcuddur və həmin dəyərlər onun həyat tarixi və şəxsiyyətində də mövcud olub.
    ƏLİ (Ə)-IN XÜSUSİYYƏTLƏRİ
    Bizim Əli (ə)-ı özümüzə örnək və imam seçməyimiz bütün insani dəyərləri mütənasib və bərabər şəkildə özündə inkişaf etdirmiş kamil bir insanı özümüz üçün rəhbər seçməyimiz deməkdir.
    Axşamlar, gecənin sakit qaranlıqlarında heç bir arif Əliyə çata bilməz. İnsan müəyyən bir məsələdə coşduğu kimi, Əli də haqqa doğru cəzb edilərək çəkilir və Allaha doğru seyrdə təlatümə gəlir. Döyüş meydanında, bədəninin yaralanmasına və hətta bəzən bədənindən bir parça ətin qopmasına baxmayaraq, diqqətini mübarizə nöqtəsində cəmləyərək heç bir şeyə əhəmiyyət vermir. İbadətdə elə qərq olur və ilahi eşq, vücudunda elə şölələnir ki, sanki bu dünyada deyil. O, bəzilərini belə vəsf edir: «Onlar xalqla olmalarına baxmayaraq, ruhları çox ali məqamlara bağlıdır».
    İbadət edəndə bədəninə batmış oxu dartıb çıxarırlar, amma diqqəti haqq və ibadətə elə cəzb olur ki, heç nə hiss etmir. İbadət mehrabında elə ağlayır və elə sızlayır ki, misli görünməyib.
    Gündüz olanda isə elə olur ki, sanki həmin adam deyil. Səhabələri ilə oturanda çox təbəssümlü və gülərüz olur. Gülərüzlülük Əlinin mühüm sifətlərindən olub. Onun olduğu məclislər o qədər xoş və o qədər incə zarafatlı olub ki, Əmr As Əli (ə) əleyhinə təbliğat apararaq belə deyirmiş: O, xəlifəliyə yaramaz, çünki çox gülərüzdür. Gülərüz adamdan xəlifə olmaz! Xəlifə qaşqabaqlı və qaraqabaq adam olmalıdır ki, camaat ondan qorxsun.
    Əli (ə) bu barədə «Nəhcül-bəlağə»də belə deyir: «Nabiqənin oğluna təəccüb edirəm ki, mənim camaatla çox səmimi olmağıma, gülərüz və zarafatcıllığıma irad tutur.»
    Müharibə və döyüş meydanında düşmənlə mücahid kimi üzləşdikdə də gülərüz olub. Əlinin bu xüsusiyyəti barəsində belə deyiblər:
    «O, ibadət mehrabında çox ağlayan, döyüş meydanında isə çox gülən və şaddır.»
    «Bəkka» çox ağlayan, «Zəhhak» isə çox gülən mənasındadır. Əli (ə) necə mövcud olub? O, Quranın istədiyi insan olub. Quran, belə bir insan istəyir.
    «Şübhəsiz ki, gecə [namaz qılmaq üçün yataqdan] qalxmaq [çox çətin olsa da] daha əlverişli və [o zaman] söz demək [Quran oxumaq, dua etmək] daha münasibdir.
    Çünki gündüz [ya Peyğəmbər!] sənin uzun-uzadı davam edən [dünyəvi] işlərin vardır...» (Muzzəmmil 6-7).
    Gecəni ibadət, gündüzü isə şəxsi məişət işləri və ictimai məsələlərlə məşğul olmaq üçün nəzərdə tut. Əli (ə) sanki gecə bir şəxsiyyət, gündüz isə digər bir şəxsiyyət olub.
    Hafiz təfsirçi olduğu və Quranın mənalarını yaxşı dərk etdiyi üçün gecənin ibadət, gündüzün isə həyati məsələlərlə məşğul olmaq vaxtı olmasını özünün rəmzi dili ilə şerlərində qeyd edib.
    Ruz dər kəsbe honər kuş ke mey xurdəni ruz
    Del çun ayine dər zənge zəllam əndazəd.
    On zəman vəqte mey sobhe fruğəst ke şəb
    Gərde xərqah ufuq pərde şam əndazəd.
    Əli (ə)-ın gecə və gündüzü belə olub.
    Bizim kamil insan barəsində işlətdiyimiz ziddiyyətlər toplumu ifadəsi Əli (ə)-ın min il bundan qabaq tanındığı sifətlərdəndir. Hətta Seyyid Rəzi «Nəhcül-bəlağə»nin müqəddiməsində belə deyir: «Həmişə, dostlarımla söhbət zamanı irəli sürərək onları təəccübləndirdiyim mövzulardan biri Əli (ə)-ın sözlərinin çoxcəhətli olmasıdır. Əli (ə)-ın sözləri elə bir xüsusiyyətə malikdir ki, insan onun sözlərinin hansı hissəsinə daxil olursa, yeni bir dünyaya daxil olduğunu görür. O, bəzən abidlər, bəzən zahidlər, bəzən filosoflar, bəzən ariflər, bəzən əsgər və zabitlər, bəzən adil hökmdarlar, bəzən qazilər, bəzən də fitva verən alimlər dünyasındadır. Əli (ə) bütün dünyalarda var və heç bir dünyada qaib deyildir.
    Səkkizinci hicri əsrində yaşamış Səfiyyuddin Hilli həzrət Əli (ə) barəsində belə deyib:
    Cumiət fisifatikəl əzdad
    Fəlihaza əzzət ləkəl əndad
    Yəni: «Ziddiyyətlər səndə bir yerdə toplanaraq cəmlənib.
    Zahidun hakimun həlimun şüca
    Nasikun fatikun fəqirun cəvad.
    Həm həlimlik və yumşaqlığın son həddində, həm şücaətin son dərəcəsindədir. Lazım olan yerdə sənin çirkin qanları tökməyin də, qan tökməyin son dərəcəsindədir. Digər tərəfdən, ibadətin son dərəcəsinə çatmış bir abidsən. Həm yoxsul və həm də səxavətlisən! Heç nəyin yoxdur, amma bağışlayırsan. Heç nəyin yoxdur və əlinə gələni bölüşdürürsən. Bəzi yerlərdə rəftar və davranışın o qədər lətif və mülayimdir ki, meh bu əxlaqın lətifliyindən xəcalət çəkir. Həmçinin ruhunda o qədər şücaət və mücahidlik vardır ki, daş, filiz və cansız əşyalar onun müqabilində əriyirlər. Sənin ruhun o lətafətli mehdir, yoxsa bu qüdrət və möhkəmliyin? Sən necə varlıqsan?!
    Deməli, kamil insan bütün insani dəyərlərdə qəhrəman olan şəxsdir. Kamil insan insanlığın bütün meydanlarında qəhrəmandır!
    Biz, nə dərsi öyrənməliyik? Biz, bir dəyərdən yapışaraq digər dəyərləri unutmaq xəstəliyinə tutulmamaq dərsini öyrənməliyik. Biz bütün dəyərlərdə qəhrəman ola bilmərik. Amma imkan daxilində mümkün olan qədər bütün dəyərləri bərabər şəkildə əldə etməyə çalışmalıyıq. Tam kamil insan olmasaq da, orta və mütənasib insan olmalıyıq. Belə olan surətdə, biz bütün meydanlarda həqiqi müsəlman kimi görünə bilərik. Deməli, kamil insanın mənası və onun ən bariz nümunəsi budur və biz də belə olmalıyıq. İnşallah gələcək söhbətlərimizdə bu mövzunu bir daha davam etdirəcəyik.
    ƏLİ (Ə)-IN HƏYATININ SON GÜNLƏRİ
    Əli (ə)-ın ömrünün son Ramazan ayı başqa və səfalı bir Ramazan olub. Bu ay Əli (ə)-ın ailəsi üçün çox sıxıntlı və iztirablı keçib. Çünki Əlinin bu aydakı rəftarı bütün digər ramazanlarla fərq edib. Mən indi Əli (ə)-ın qəhrəmanlıq xislətlərinin digər birinə toxunmaq istəyirəm ki, «Nəhcül-bəlağə»də də yazılıb. Əli (ə) buyurur: Allah-taala – «İnsanlar yalnız: iman gətirdik – demələri ilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar» – ayəsini nazil etdikdə, peyğəmbərdən sonra ümmətin böyük fitnələrə düçar olacaqları və böyük imtahanlara çəkiləcəyini başa düşdüm. Amma bununla belə peyğəmbərdən soruşdum: Ey Allahın peyğəmbəri, ayədəki fitnədən (imtahandan) məqsəd nədir? Peyğəmbər belə buyurdu: «Ey Əli, mənim ümmətim məndən sonra imtahan olunaraq sınanacaqdır.» Əli (ə), peyğəmbər vəfat etdikdən sonra fitnə, imtahan və sınaqların baş verəcəyini eşitdikdə keçmişdə baş vermiş bir hadisəni xatırlayaraq belə dedi: «Ey Allahın Peyğəmbəri! Ühüd döyüşündə Həmzə ibni Əbdülmüttəlib başda olmaqla müsəlmanlardan 70 nəfəri şəhid olanda və mən şəhid olmaq feyzindən məhrum olanda çox narahat olmuşdum. Mən sizdən bu nemətdən məhrum olmağımın səbəbini soruşdum. Siz mənə həmin vaxt belə dediniz: Burada şəhid olmasan da, başqa vaxt, Allah yolunda şəhid olacaqsan. Bu həqiqətən belə olacaqdır, amma sən şəhid olmağa necə səbr edəcəksən? Mən peyğəmbərə belə dedim: Ey Allahın peyğəmbəri, necə səbr edəcəksən yox, necə şükr edəcəksən buyur, ora səbr yeri deyil, şükr yeridir!»
    Peyğəmbərin verdiyi xəbərlər və Əli (ə)-ın bildiyi əlamətlər və bəzi vaxtlar işlətdiyi ifadələr nəticəsində onun ailə və yaxın səhabələri arasında narahatçılıq və iztirab yaranmışdı. O, çox təəccüblü sözlər danışırdı. Əli (ə) həmin Ramazanda övladlarının evində iftar edirdi. Hər axşam onların birinin evində qonaq olurdu. Bir gecə imam Həsən (ə), bir gecə imam Hüseyn (ə) və bir gecə də qızı Zeynəb (s)-ın qonağı olurdu, amma həmişəkindən az yemək yeyirdi. Uşaqların, atalarına canları yanır və həqiqətən riqqətə gəlirdilər. Bəzən deyirdilər: Atacan, niyə bu qədər az yemək yeyirsən? Həzrət Əli (ə) onların cavabında belə buyururdu: Allahla ac qarınla görüşmək istəyirəm. övladları onun nəyinsə intizarını çəkdiyini başa düşürdülər. Bəzən göyə baxıb belə deyərdi: Mənə xəbər verən sevimli peyğəmbərim düz deyib, onun sözü yalan deyil, yaxındır, yaxındır. Ramazanın on üçüncü günü həmişəkindən daha çox narahatlıq yaradan bir məsələni açıqladı. Deyəsən həmin gün cümə günü olub və Əli (ə) həmin məsələni açıqlayıb. Bəzən imam Hüseyn (ə)-dan soruşardı: Oğlum, bu ayın qurtarmasına neçə gün qalıb? O cavab vermişdi: Atacan, 17 gün. Əli (ə) o zaman belə buyurmuşdu: Bəli, bu saqqalın bu başın qanına bulaşmasına az qalıb, saqqalımın boyanması yaxındır. On doqquzuncu gün də çatdı. övladları gecə yarısına kimi Əli (ə)-ın yanında idilər. Gecə imam Həsən (ə) evinə getdi. Əli də evində namaz üçün ayırdığı yerdə idi. Səhər açılmamış imam Həsən (ə) ya narahatçılıq və ya hər gecə belə olduğu üçün atasının namaz qıldığı yerə qayıtdı. Əli (ə) Zəhra (s)-dan olan övladları imam Həsən və imam Hüseyn (ə)-a xüsusi ehtiram göstərirdi və onlara hörmət göstərməyi Peyğəmbər (s) və Zəhraya hörmət hesab edirdi. Həzrət Əli (ə) imam Hüseynə belə dedi: Oğlum, bir dəfə yuxuda peyğəmbər qarşımda canlandı. Peyğəmbəri görəndə ona dedim: Ey Allahın peyğəmbəri, mən sənin bu ümmətinin əlindən nələr çəkmədim!? Doğrudan da camaatın Əli (ə)-la düz gəlməməsi və onların Əlinin göstərdiyi yolla getməyə hazır olmamaları çox təəccüblüdür. Əli onların əlindən nələr çəkdi? Ayişə və beyəti pozanlar bir tərəfdən, Müaviyə və onun hiylə və kələkləri digər tərəfdən!! Müaviyə dünyanın dahi hiyləgərlərindən biri olub. O, Əli (ə)-ın qəlbinin, hansı işlərin görülməsindən qanla dolduğunu bilirdi və buna görə də məhz həmin işləri görürdü. Sonda da Xəvaric və quru müqəddəslər tam inam və əqidə ilə Əlini kafir və fasiq adlandırdılar. Siz onların Əliyə qarşı nələr etdiklərini bilirsiniz. Doğrudan da insan Əli (ə)-ın başına gələn müsibətləri görəndə heyrətlənərək dəhşətə gəlir. Dağ belə müsibətlərə dözə bilməz. Əli (ə) ürəyini kimə açmalı idi? Buna görə də peyğəmbəri yuxuda görəndə ona belə deyir: Ey Allahın peyğəmbəri, mən sənin bu ümmətinin əlindən nələr çəkmədim!? Bunlar mənə qarşı nələr etmədilər?!
    Mən bunlarla necə rəftar edim?
    Həzrət Əli (ə) söhbətinin davamında imam Həsən (ə)-a belə deyir: Oğlum, cəddin mənə göstəriş verərək belə dedi: Əli, onlara nifrin et! Mən də yuxu aləmində onlara belə nifrin etdim: Allahım, tezliklə mənə ölüm ver, onlara isə layiq olduqları şəxsi hakim et!
    Bu cümlə ilə o həzrətin necə sıxıntı və iztirab keçirməsi məlum olur. Əli (ə) evdən çölə çıxanda ördəklər səs-küy qaldırır, toyuqlar qaqqıldaşırlar. Amma çox çəkmir ki, orda insanların da növhə səsləri ucalır. övladları Əlinin qarşısını kəsib, belə deyirlər: Atacan, səni məscidə getməyə qoymayacağıq, gərək öz yerinə başqasını göndərəsən! Əli, əvvəl belə dedi: Bacım oğlu Cödət ibni Hübeyrəyə deyin gedib məsciddə camaat namazı qılsın. Amma dərhal sözünü geri götürərək deyir ki, yox, özüm gedirəm. Dedilər: Onda icazə ver yanında bir adam getsin. Amma Əli (ə) cavab verir ki, xeyir, kiminsə müşayət etməsini istəmirəm.
    Həmin axşam Əli (ə) üçün çox səfalı gecə idi. Təkcə Allah bilir ki, o həzrət həmin gecə nə həyacanlar keçirib! Əlbəttə özü deyir ki, mən məsələnin sirrini kəşf etməyə çox səy göstərdim. Onun «Nəhcül-bəlağə»dəki sözlərindən belə məlum olur ki, Əli (ə) onu, böyük hadisələrin gözlədiyini ümumi və müxtəsər şəkildə bilirmiş. «Nəhcül-bəlağə»də deyir: Bu işin sirr və batinini bilməyə çox çalışdım, amma Allah onu aşkar etməyi əsirgədi.
    Sübh azanını özü deyirdi. Səhərin açılmasına yaxın minarəyə çıxaraq «Allahu əkbər» nidasını ucaltdı. Azanı dedi və dan yeri ilə vidalaşaraq belə dedi: Ey sübh! Ey dan yeri! Ey günün erkən vaxtı! Əli bu dünyaya göz açandan elə bir gün olubmu ki, sənin dan yerin sökülsün və onun gözləri yuxuda olsun? Əlinin gözü bundan sonra həmişəlik olaraq yuxuya gedəcək. Minarədən aşağı düşəndə şer oxuyaraq özünü mömin mücahid vəsf edir.
    Əhli-beytinin, yerlərindən hərəkət etmək icazəsi yox idi. Əli bu qışqırıq və səs-küyün arxasında növhəçiliyin olacağını demişdi. Həmişə olduğu kimi Zeynəb, Ummu Gülsüm və Əhli-beytin digər üzvləri oyaq idilər, amma bu axşam nə baş verəcəyindən çox narahat və nigaran! Birdən bir səs hamının diqqətini özünə cəlb etdi, hər yeri bürüdü: Allaha and olsun ki, hidayət və haqq yolun sütunu dağıdıldı, mömin və təqvalıların ağası yox oldu, ən möhkəm ip qırıldı, Mustafanın əmisi oğlu öldürüldü, seçilmiş peyğəmbərin vəsisi qətlə yetirildi, Mürtəza Əli şəhid edildi, onu xəbislərin ən xəbisi qətlə yetirdi.
    Category: Kamil insan | Views: 1079 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024