İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 4
Qonaqlar 4
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 23 » Kəramət sahibləri
    6:39 PM
    Kəramət sahibləri
    «QƏRIBƏ MÜKAŞIFƏ»
    Əllamə Hüseyni Tehrani yazır:
    Ayətullahül-Üzma Cəmaləddin Gülpayqani mənə nəql etdi ki, Ziyaüddin İraqi vəfat edəndən sonra Nəcəf elmi hövzəsinin rəisliyi Məhəmməd Hüseyn İsfəhaniyə tapşırıldı.
    Heç kim onun tezliklə öləcəyini ehtimal etmirdi.
    İraqinin ölümündən bir həftə sonra mən namaz qıldığım vaxt, vitr namazının qunut halında gördüm Ziyaüddin İraqi bir atın üstündə gəlir. Bu cür gələ-gələ, gəlib çıxdı Məhəmməd Hüseynin evinə.
    Mən o saat anladım ki, şeyx Məhəmməd Hüseyn vəfat etmişdir.
    Gün yeni baş qaldırmağa başlayanda, Əmirəlmöminin minarəsindən yenicə hay çəkib salavat demək istəyirdilər ki, mən evdəkilərə dedim: Qulaq asın, indicə Məhəmməd Hüseynin ölüm xəbərini elan edəcəklər.
    Qulaq verdilər, elan verilir ki, bəs Məhəmməd Hüseyn vəfat edibdir, xalqı cənazə namazına və yas mərasiminə dəvət edirlər.("Tövhidi əməli və eyni”.)
    «MISALI SURƏTIN MÜŞAHIDƏSI»
    Mirzə Cavadağa Ənsari Həmədani nəql edirdi:
    Mən Həmədanın xiyabanlarından biri ilə gedirdim, gördüm bir dəstə camaat çiyinlərində dəfn etmək üçün cənazə aparırlar.
    Amma mənəvi yöndən cənazəni qaranlıq və anlaşılmaz bir nöqtəyə doğru aparırdılar. Ölmüş adamın misali ruhu cənazənin üstündə var-gəl edir, qışqır-bağır salırdı; istəyirdi ki, desin ilahi məni bu bəladan qurtar, mən ora getmək istəmirəm, amma dili Allah kəlməsi ilə açılmırdı.
    Bu zaman üzünü camaata tutub deyirdi: Ey camaat! Mənə kömək edin, qoymayın məni aparsınlar, amma səsini eşidən olmurdu.
    Həmədani deyir: Mən cənazə sahibini tanıyırdım, həmədanlı idi və sağlığında hakim vəzifəsində işləmişdi. Çox zülümkar adam idi.
    «XALIS INCILƏR SILSILƏSINDƏN»
    Peyğəmbərdən (s) rəvayət edilir ki, buyurdu: Əgər çox danışan olmasaydınız, əgər qəlblərinizdə iztirab və batil xəyallar olmasaydı, yəqin ki, mənim gördüyümü siz də görər, mənim eşitdiyimi siz də eşidərdiniz.(Əllamə Hüseyn Hüseyni Tehrani, "Risaleye Lübbul-lübab”, səh. 42)
    «İMAM ZAMAN MOLLA HAŞIMIN EVINDƏ»
    Molla Haşim Qəzvini, Qəzvinin haşimxan qəsəbəsindən olub, Məşhəddə yaşayırdı və orada elmi hövzənin birinci dərəcəli ustadlarından sayılırdı. Rzaxan Pəhləvinin islam əleyhinə çıxardığı qanunlara etiraz etdiyi üçün, şah onu Məşhəddən Qəzvinə sürgün etdirmişdi. Qəzvinə gələndən sonra Haşimxan qəsəbəsinin əhalisi öz həmvətənlərini camaata yol göstərib, moizə etmək üçün öz doğma yurduna dəvət edir.
    Qəzvinin tanınmış şəxsiyyətlərindən biri... Seyyid Haşim adlı şəxsin dilindən nəql edirdi ki, deyir:
    Atam vəfat edəndən sonra, ailənin məsuliyyəti mənim üzərimə düşdü. Mən həm cavan, həm də olduqca kasıb idim.
    Bir gün "Təzrək” əhlindən və atamın müridlərindən olan bir nəfər mənə bir odun şələsi verdi ki, qəsəbəyə aparım. Yolda gördüm alicənab bir seyyid mənə tərəf gəlir. Yaxınlaşanda gördüm ki, başında qara əmmamə, belində yaşıl şal var. Mübarək üzünə baxdım, camalı günəş kimi nur saçırdı, ixtiyarsız camalı qarşısında əriyib məhv oldum. Mənə dedi:
    Seyyid Haşim dərs oxu, niyə dərs oxumursan? Seyyidə savadsızlıq yaraşamaz.
    Dedim:
    Ağa mənim məktəbə verməyə pulum yoxdur. Buyurdu:
    Mən molla Haşimə tapşıraram sənin məktəb pulunu verər, bir də qəsəbə əhlinə de ki, niyə bu ağaya əziyyət verirlər? (Qəsəbədə Mənsurus-Səltənə adlı bir nəfər ağaya çox əziyyət verirdi)
    Bunu deyib bir anın içində gözümdən qeyb oldu, təzə başa düşdüm ki, İmam Zaman imiş. Mən gözüyaşlı evə gəldim. Evdə oturub ağlayırdım və təəssüf edirdim ki, niyə İmam Zamanı tanımadım.
    Anam dedi:
    Niyə ağlayırsan?
    Mən başıma gələnləri anama danışırdım ki, bu vaxt molla Haşimin külfəti Səkinə xatun gəldi və dedi:
    Ağa sizi çağırır. Qalxıb molla Haşimin evinə getdim. Ağa dedi:
    Seyyid Haşim nə var, nə yox? Bu gün yolda kimi gördün və o sənə nə dedi? Mən yolda gördüklərimi ona danışdım. Dedi:
    Bəli, o İmam Zaman idi, mənim evimə gəldi və səni mənə tapşırdı. Amma necə ki, mən sağam bu əhvalatı heç kimə danışma, mən də kimsəyə bir söz deməmişəm.(Seyyid Ne`mətullah Hüseyni, "Mərdane elm dər meydane əməl”, c. 5, səh. 398)
    «İMAM ZAMANIN XÜSUSI MƏRHƏMƏTI»
    Şeyx Müctəba Qəzvini deyir:
    Rza şah zamanı üləmalara gün-güzaran vermirdilər − axund libasları, əmmamə qoymaq qadağan edilmiş, rövzəxanlara rövzə oxumağa, dərs deməyə icazə vermirdilər. Biz − Mirzə Mehdi İsfəhaninin bir qrup şagirdləri gizlincə, küçələrin arası ilə dərsə gedirdik. Mirzə Mehdi İsfəhani arada bizə bir az pul da verirdi.
    Bir gün yenə hərəmizə bir az pul verib dedi: Bu mənim axırıncı köməkliyimdir, sizin İmam Zamanınız var, gedin ondan kömək istəyin, o sizin nemətinizin vəlisi və ağanızdır.
    Şeyx Müctəba Qəzvini deyir:
    Mənim maddi vəziyyətim olduqca ağırlaşdı, çörəkçidən, baqqaldan, əttardan götürdüyüm nisyə mallar yığışıb 30 tümən oldu. Ağır borcun altında artıq dükandan nisyə alış-veriş etməyə üzüm gəlmirdi.
    Bir gün əliboş evə qayıdıb bir kənarda əyləşdim. Anam vəziyyətimi başa düşüb dedi:
    Müctəba niyə narahatsan? Dedim:
    Narahat deyiləm. Dedi:
    Mən görürəm ki, narahatsan, məgər bizim İmam Zamanımız yoxdur? Məgər bizim sahibimiz bizi yaddan çıxara bilər?
    Anam o qədər belə sözlər dedi ki, axır mənim halım xarab oldu.
    Bütün vücudumla anam deyən sözləri fikirləşirdim ki, − biz yiyəsiz deyilik, İmam Zaman bizi görür, bizim hacətimiz onun əlindədir − elə bu vaxt qapının döyüldüyünü eşitdim. Gedib qapını açdım, gördüm qoca bir kişidir. Soruşdu Müctəba sənsən? Dedim bəli, mənəm. Mənə içində pul olan balaca bir kisə verdi və dedi:
    Bu sənə çatacaq. Bunu deyib çıxıb getdi.
    Evə gəlib kisənin ağzını açdım, gördüm mənim borcumun miqdarından da bir az artıq pul var kisənin içində. Tez bazara gedib borclarımı qaytardım, bir az da bazarlıq edib evə gəldim və anamla birlikdə oturub çörək yedik.
    O gündən sonra nə almaq istəsəm, həmin kisədən bir az pul götürüb ehtiyacım qədər xərcləyirdim, amma kisənin pulu öz yerində dururdu, qurtarmaq bilmirdi.
    Bir müddət güzəranım bu cür keçdi. Bir gün necə oldusa dura bilmədim, əhvalatı dostlarımdan bəzisinə danışdım. Bundan sonra pullar tamam oldu, o cür böyük nemət əlimdən çıxdı!!(Əbdül-Cavad Qərəviyan, "Cilvehaye rəbbani”, səh. 25)
    «AH-NALƏNIN MÜKAFATI»
    Bir müddət "Firdovs”un imam cüməsi olmuş, hal-hazırda Müqəddəs Məşhəd şəhərində İmam Rzanın hərəminin salonlarından birində axşam namazlarına imamlıq edən cənab Hacı Əlizadə deyirdi:
    Şeyx Müctəba Qəzvini Firdovsda olduğu illərdə Məşhədə quraqlıq gəldi. Əkinçilik və heyvandarlıqla məşğul olan ətraf kəndlərin əhalisi su qıtlığından əziyyət çəkir, əkinləri, heyvanları tələf olurdu.
    Biyabanlar qurumuş, arxlar və çeşmələrdə su azalmışdı. Xülasə camaat vəziyyəti belə görüb Şeyx Müctəbanın yanına gedib xahiş edirlər ki, istisqa namazı qılsın.
    Çoxlu isrardan sonra şeyx Müctəba deyir ki, mən gərək üç gün otuc tutam, üçüncü günü hamı birlikdə gedib istisqa namazı qılarıq. Üç gün oruc tutandan sonra, üçüncü günün axırı şəhərdən kənarda bir təpənin üstünə çıxıb istisqa namazı qılırlar. Namazdan sonra hamı günahlarına istiğfar edib duaya məşğul olur.
    Şeyx Müctəba dua edə-edə göz yaşı axıdır, ah-nalə çəkirdi, camaat da gözüyaşlı amin deyə-deyə şeyxin duasına qulaq asırdılar. Hamının gözü asimana zillənmişdi.
    Dua qurtarar-qurtarmaz Allahın rəhmət buludları göydə görsənməyə başladı. Çox keçmədi yağışın ilk damcıları camaatın yanaqlarına düşüb göz yaşlarına qarışaraq süzülməyə başladı. Bu dəfə camaat sevincdən ağlayır, Allaha həmd və şükür edirdi. Yağış get-gedə şiddətləndi, quru torpaq tez bir zamanda palçığa döndü; belə ki, camaat çətinliklə gilin, palçığın içindən keçib özlərini zorla evlərinə çatdırırlar.(Həmin mənbə, səh. 26)
    «RUHLARIN ZÜMZÜMƏSI»
    Şeyx Məhəmmədtəqi Amuli deyirdi:
    Təqribən qırx yaşlarında olardım ki, Quma getdim. Aşura günü idi və həzrət Məsumənin hərəminin həyətində rövzə oxuyurdular. Çox təsirləndim, xeyli ağladım.
    Sonra qalxıb Şeyxan qəbiristanlığına getdim və "Əssalamu əla əhli La ilalə illəllah” ziyarətini oxudum.
    Bu vaxt gördüm bütün ruhlar qəbirlərinin üstündə oturmuşlar və bir ağızdan "əleykəs-səlam” dedilər. Qulaq verib eşitdim ki, nəsə zümzümə edirlər, deyəsən İmam Hüseyn (ə) və Aşura haqqında idi oxuduqları.(Seyyid Ne`mətullah Hüseyni, "Mərdane elm dər meydane əməl”, c. 5, səh. 400)
    Müəllif əlavə edir:
    Məhəmmədtəqi Amuli (vəfatı 1391 q.) Mazandaranın böyük alimlərindən olub Tehranda yaşayırdı. Elmi dərinlyinə, əxlaqına, fiqh və fəlsəfə sahəsindəki dərin biliyinə görə Tehranın sayılıb-seçilən üləmalarından idi.
    Cavanlığında Nəcəf-Əşrəfdə olarkən Qazinin elmi və irfani dərslərindən bəhrələnərək kamal dərəcələrinə yiyələnmişdir. Bununla belə mərciyyətdən imtina etmiş, fiqhi risalə çap etdirməmişdir.
    «MƏNIM SIZƏ HÖRMƏTIM VAR»
    Seyyid Əbdülkərim Kəşmiri nəql edirdi ki, bir-neçə nəfər dost-tanışla Məşhəddən Tehrana gedirdik. Dostlarım yolüstü Şeyx Məhəmməd Kuhestaniyə də baş çəkmək qərarına gəldilər. Mən razılaşmayıb onlara dedim:
    Mən gəlmirəm, maşında oturub sizi gözləyəcəm, siz gedin ziyarət edin qayıdın. Evlərinin yanına çatanda dostlarımdan biri əl çəkmədi, israrla mənim də gəlməyimi xahiş etdi. Bir söz deməyib mən də maşından düşdüm, birlikdə Məhəmməd Kuhestaninin görüşünə getdik.
    İçəri keçib görüşəndə, hələ heç kim ağzını açıb bir söz deməmiş, birbaşa üzünü mənə tutub dedi:
    Niyə gəlmək istəmirdin, mənim sənə və sənin babana böyük hörmətim var!!
    «İLAHI GÖZƏTÇI»
    "Xurşid” kəndinin sakini Mürtəza Qəmgüsari Ayətullah Kuhestaniyə böyük inam bəsləyir və ara-sıra xidmətinə gedib məhzərindən feyz alırdı.
    Nədənsə illərin birində neçə ay onun yanına getmir və uzun müddətdən sonra bir gün Ayətullah Kuhestaniyə baş çəkməyə gedir. Kuhestani ondan soruşur:
    İndiyə qədər harada idin? Mürtəza ərz edir:
    Əkin-biçin fəsli idi, bu il də tarlaya o qədər heyvan, həşərat daraşıb ki, bütün günü əkinin üstündə olub məhsulu qoruyurdum, ona görə də vaxt edib sizə baş çəkə bilmirdim.
    Kuhestani deyir:
    Bir şey yazacam, aparıb onu əkinin başında bir yerə taxarsan, inşallah daha heyvan-həşərat əkininə ziyan yetirməz.
    Bunu deyib bir vərəqə nəsə yazdı və mənə verdi.
    Həmin kəndli o kağızı aparıb əkinin başında bir yerdən asır və bununla da digər əkin sahələrindən fərqli olaraq onun sahəsinə heç bir zərər dəymir. O kağız sanki əkin sahəsini dörd tərəfdən hasara alıb heyvanların ora girməsinə mane olurdu və beləliklə də əkini qorumağa başqa kimsənin ehtiyacı olmurdu.
    «QEYBI GÖZƏTÇI»
    Müasir yazıçılardan biri yazır:
    Ayətullah Kuhestani o kəslərdən idi ki, mələklər ona xidmətçi olacaqlar deyə, iftixar edirdilər. Mənim bu dediklərimə dəlillərim var. İndi nəql edəcəyim hekayədən başqa, digər dəlillərimi nəql edə bilmərəm. O hekayə budur:
    Məşhəddə Şühəda meydanının yaxınlığından Nadiri xiyabanında dükanı olan və Məşhədin möhtərəm şəxslərindən sayılan bir nəfər bir gün mənim yanıma gəlib dedi:
    Mənim on dörd yaşında bir qızım var. Hər gün səhər tezdən yuxudan qalxanda bizə qəribə şeylər danışır. Dediyinə görə bu xəbəri ona ruhlar verir. Qəribə olan burasıdır ki, dediklərinin də çoxu düz çıxır. Əgər sizə zəhmət deyilsə bizim evimizə gələrdiniz, görərdiniz qız nə danışır və danışdıqlarını haradan öyrənir, Allah eləməmiş bəlkə başına hava gəlib?
    Mən onların evinə getdim. O qız mənə başqa dünyadan və o dünyanın sakinləri haqqında qəribə mətləblər söylədi. Dediyinə görə keçən gecə ruhlar onu tamam başqa bir dünyaya aparmışlar və o bunları orada görmüşdür.
    Bunu da deyim, müqəddəs ziyarətgahlardan, onların quruluşu haqqında elə şeylərə işarə edir ki, elə dəqiq adlar çəkirdi ki, mən onları dəfələrlə ziyarət edib gördüyüm üçün, qızın sözlərinin doğruluğuna şəkkim qalmırdı. Gördüm qız heç nəyi artırıb-azaltmadan yerli-yerində danışır, halbuki, qızın atasının və qardaşlarının dediyinə görə o indiyə qədər Məşhəddən başqa ayrı bir yerdə olmamışdır.
    Qızın atası və qardaşları mənimlə dost olduqları üçün bir neçə dəfə mən, qızın atası da olmaqla onun söhbətlərinə qulaq asdım. Bizə qəribə şeylər danışırdı və biz qızın söhbətlərindən çox bəhrələnirdik... Nə isə, uzun söhbətdi...
    Söhbətlərin birində mənə dedi:
    Siz ağa Kuhestanini tanıyırsınız? Dedim:
    Bəli, ona çox inanıram. Dedi:
    Dünən gecə məni onun yanına aparmışdılar... Başladı necə getməyini, hansı küçədən keçməyini, Kuhestan kəndinin harasında olduğunu və Ayətullah Kuhestaninin evinin nişanələrini danışmağa. Dedi:
    Dünən axşam onun evinə daxil olanda, böyük bir otaq sağ tərəfdə, bir-neçə dənə də kiçik otaq sol tərəfdə yerləşirdi ki, tələbələr orada istirahət edirdilər. Qarşımızda balaca bir qapı vardı ki, içəri otağa açılırdı, biz ora getdik. Ağa Kuhestani yatan otağın qapısının ağzına çatanda mənimlə gələn ruhlar dedilər:
    Bura Allah övliyalarından birinin mənzilidir.
    Dedim:
    Adı nədir? Dedilər:
    Şeyx Məhəmməd Kuhestani və sonra da əlavə etdilər ki, əgər içəri daxil olmağa bizə icazə versələr, yatmamış olsa, elmindən yaxşı feyz alacağıq.
    Amma təəssüflər olsun ki, onun yatdığı otağın qapısına yaxınlaşanda, qapının ağzında gözətçilik edən iki nəfər mələk bizə daxil olmağa icazə vermədi. Biz israr edəndə, ancaq mənə icazə verdilər, o da bu şərtlə ki, fəqət çöldən boylanıb baxa bilərsən, içəri keçmək olmaz. Amma Kuhestani yatırdı.
    Bu yerdə başladı Ayətullah Kuhestaninin qiyafəsinin xüsusiyyətlərini deməyə. Dediklərinin hamısı həqiqətə uyğun idi. Nə görmüşdüsə, nə deyirdisə bütün nişanələr düz gəlirdi, hətta sonralar mən Ayətullah Kuhestaninin evində olanda evin bütün nişanələrinin qız deyən kimi dəqiq, yerli-yerində olduğunu gördüm.
    Ayətullah Kuhestaninin görüşünə gedəndə qızın əhvalatını ona danışdım, təbəssüm edib dedi:
    Ola bilər, mümkündür... Bizim hamımız Allahın əmrinə uyğun olaraq mələklərin mühafizəsi altındayıq.(Seyyid Həsən Əbtəhi, "Pərvaze ruh”, səh. 177)
    «ÖLÜMDƏN XƏBƏR»
    Seyyid Əhməd Müdərris Yəzdi təqribən 10 il bundan qabaq vəfat etmişdir. O, həmişə ailəsinə deyərdi ki, mən 1392-ci (h.q.) ildə vəfat edəcəyəm və bu sözü ona yuxuda deyilmiş xəbərə əsasən söyləyirdi. O, özü bu yuxusuna çox inanırdı. Hər il keçdikcə ömrünün qalan illərini hesablayır, evdəkilərə deyirdi. 1392-ci ildə sap-sağlam olmasına baxmayaraq, bu xəbəri tez-tez yada salırdı və hətta həmin ilin baharında ağaclar yaşıl don geyinəndə, evin həyətindəki tut ağacı bar gətirəndə ağaca baxıb deyirdi: Bu il mən bu tutdan yeyə bilməyəcəm.
    O deyən kimi də oldu. Gözlənilmədən qulunc xəstəliyinə mübtəla oldu və yorğan-döşəyə düşdü. Ustad Yəzdiyə böyük inamı olan həkimlərdən biri ona baxdıqdan sonra apandisitində problem olduğunu və yeganə ümidin cərrahiyə əməliyyatı aparılmasını dedi.
    Ustadı Məşhəddəki İmam Riza adına xəstəxanaya apardılar. Özünün və böyük oğlunun icazəsi ilə cərrahiyyə əməliyyatı aparıldı və yaxşı da nəticə hasil oldu. Amma bir gün sonra gözlənilmədən qan təzyiqi yuxarı qalxdı və səhərə yaxın ruhu göylərə uçdu. Cənazəsi İmam Rizanın hərəmi yaxınlığında torpağa tapşırıldı.("Məcəlleye Məşkuh”, № 53 1375 (qış).)
    Category: Kəramət sahibləri | Views: 1211 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024