İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 23 » Kamil insan
    7:31 AM
    Kamil insan
    ƏLİ MÜRÜVVƏTİ
    Bu gün Ramazan ayının 21-ci gecəsidir. İslamın məntiqi ilə tanış olmağımız üçün Nəhcül-bəlağədən bu iki məsələyə aid iki qısa ibarə oxuyuram. Müaviyə və Əli (ə)-ın qoşunları Fərat kənarında bir-birləri ilə üzləşirlər. Müaviyə göstəriş verir ki, onun döyüşçüləri tez, Əli (ə) və onun qoşunu çatmamış suyu onların üzünə bağlasınlar. Bu göstəriş Müaviyənin ətrafındakıları çox sevindirir. öz-özlərində fikirləşirlər ki, yaxşı vasitədən istifadə etdik, çünki Əlinin qoşunu çatanda su əldə edə bilməyəcək və nəticədə qaçmaq məcburiyyəti qarşısında qalacaqdır.
    Əli (ə) məsələdən xəbərdar olanda belə buyurur: Əvvəlcə müzakirə aparaq, bəlkə məsələni bu yolla həll edə bildik. (Necə deyərlər əl ilə açıla bilən düyünü dişlə açmayaq.)
    Elə bir iş görək ki, iki müsəlman dəstəsi arasında döyüş baş verməsin və qan tökülməsinin qarşısı alınsın. Sonra Müaviyəyə xitab edərək belə deyir: Sən biz çatmamış belə işə əl atmısan! Müaviyə döyüş şurası yaradaraq məsələni öz əsgər və sərkərdələri ilə müzakirə edərək belə deyir: Siz nə məsləhət görürsünüz? Onları su içməyə azad qoyaq ya yox? Bəziləri suyun azad buraxılmasına, bəziləri isə bunun əksini bildirdilər. Əmr As dedi: Azad qoyun, çünki azad qoymasanız zor gücünə suyu sizdən alacaqlar və sizin abrınız gedəcək. Axır ki, Əli (ə)-ın qoşununu azad su içməyə buraxmadılar və onu müharibəyə girişmək məcburiyyəti qarşısında qoydular. Belə bir vəziyyətdə Əli (ə) öz qoşunu qarşısında təsiri minlərlə təbil, şeypur, hərbi nəğmə və marşdan yüksək olan belə bir xütbə oxudu: «Müaviyə bir qrup azğını ətrafına toplayıb və onlar suyu sizin üzünüzə bağlayıblar; bilirsiniz nə ediblər? Suyu sizin üzünüzə bağlayıblar. Ey mənim səhabələrim! Teşnəsiniz? Su istəyirsiniz? Mənim yanıma suyunuz olmadığı üçün gəlibsiniz? Camaat! Nə etməli olduğunuzu bilirsiniz? Əvvəlcə gərək qılınclarınızı bu rəzil qanlarla suvarasınız, sonra özünüz sudan içib doyasınız.» Sonra elə bir cümlə dedi ki, hamını həyacanlandırdı. O, həyat və ölümün qəhrəmanlıq və hərbi baxımdan olan tərifini belə dedi: Ey camaat! Həyat nədir? Yaşamaq nə deməkdir? ölüm nədir? Həyat torpaq üstündə yerimək, yemək və yatmaqdan ibarətdirmi? Xeyir, nə o həyatdır və nə də bu ölüm! Həyat odur ki, öləsiniz, amma qalib gələsiniz, ölüm odur ki, sağ olasınız, amma başqalarının hökmü altında qalasınız! Bu cümlə nə qədər gözəl və igidliyin ali dərəcəsindədir!? İndi Əli (ə)-ın qoşununun qarşısını güclə almaq olarmı? İki dəfəyə hücuma keçdilər, Müaviyə və onun qoşununu sudan neçə kilometr uzağa qovdular. Su Əli (ə)-ın qoşununun ixtiyarına keçdi. Onlar suyun qabağını kəsdilər və Müaviyə susuz qaldı. Müaviyə xahiş üçün adam göndərdi. Əli (ə)-ın səhabələri dedilər ki, bizim sizə su verməyimiz qeyri-mümkündür, çünki bu işi əvvəlcə biz yox, siz etdiniz və indi biz sizə su verməyəcəyik. Amma Əli (ə) belə buyurdu: Mən belə iş görməyəcəyəm; bu namərdlikdir; mən düşmənlə döyüş meydanında üzləşəcəyəm; bu cür təzyiqlər yolu ilə qələbə qazanmaq istəmirəm; bu cür yollarla qələbə qazanmaq nə mənim və nə də heç bir şərəfli müsəlmanın şəninə yaraşmaz.
    Bu işin adı nədir? Buna mürüvvət və mərdlik deyirlər. Mürüvvət şücaətdən də üstündür. Mövlana, Əli (ə)-ın mədhində deyilmiş ən gözəl şerlərdən birində necə də gözəl söz deyib. O, Əli (ə)-a xitab edərək belə deyir:
    Dər şücaət şire rəbbanisti
    Dər mürüvvət xod ki danəd kisti
    Mənası:
    Şücaətdə Allahın şirisən, amma mürüvvətdə kim olduğunu yalnız özün bilirsən.
    Mövlananın məqsədi budur ki, sənin mürüvvətdə kim olduğunu heç kəs vəsf edə bilməz.
    Biz Əli (ə)-ı burada məxsus bir mövqe, səhnə və vəziyyətdə görürük.
    ƏLİ (Ə)-IN MÜNACATI
    Bir dəfə də Əli (ə)-ı camaatın işlərini qurtardıqdan sonra təklikdə olanda təsəvvür edin. Belə hallarda onun bir özü, bir də Allahı olur; təklikdə Allahı ilə aşiqanə surətdə razi-niyaz edir və ibadət dünyasında qərq olur. Xoşbəxtlikdən Nəhcül-bəlağədə bu barədə də söhbətlər vardır. Əli (ə) bu barədə belə deyir: «İlahi! Sən övliyaların üçün bütün həmdəmlərindən ən yaxınısan.» Yəni mən heç bir həmdəmlə Sənin kimi ünsiyyətdə olmuram, mənim həmdəmim Sənsən, yalnız Səninlə olanda kimsəsiz olduğumu hiss etmirəm. Əli (ə) söhbətinin davamında belə buyurur: «Sənə təvəkkül edənlər, Sənin hər yerdə olduğunu görürlər, çünki Sən təvəkkül edənlərin harayına çatırsan. İlahi! Dost və aşiqlərini batini sirrlərində görürsən və onların batinlərindən xəbərdarsan, onların bəsirətlərinin necə olmasını bilirsən, onların sirləri Sənə əyandır və ürəkləri Sənə doğru uçmaqdadır.»
    Cümə axşamları Əli (ə)-ın duası olan Kumeyl duasını oxuyun. Bu dua məzmun baxımından irfanın ən yüksək zirvələrindədir. Belə ki, siz o duanı əvvəldən axıra kimi oxusanız, onda nə dünya və nə də axirət, yəni behişt və cəhənnəmə rast gəlməzsiniz. Kumeyl duasında dünya və axirətdən üstün şeylər – Allah, müqəddəs ilahi zata vurğun və valeh olan pərəstişkar bəndənin Haqq ilə səmimi əlaqəsi, yəni ibadətin həqiqəti vardır. Onun özü də həqiqi ibadəti məhz bu cür izah edir. Siz Əli (ə)-ın öz Allahı ilə necə razi-niyaz etdiyinə, necə münacatlar etdiyinə nəzər salın. Həmçinin imam Zeynəlabidin (ə)-ın Ramazan ayında səhər çağları Əbu Həmzə duasında öz Allahı ilə necə razi-niyaz və münacat etdiyinə diqqət edin. Bu, bizim müsəlmançılığımızın ilk addımıdır. Müsəlmançılığın ilk addımı budur ki, öz Allahımıza yaxınlaşaq. Biz Allahımıza yaxınlaşdıqdan sonra digər vəzifələrimiz, o cümlədən ictimai məsuliyyət və vəzifələrimizi yaxşı və düzgün yerinə yetirə bilərik. Biz dinin birtərəfli meyllər xəstəliyinə düçar olmaması üçün müsəlmanların həmişə giriftar olduqları bu xəstəliyi kənara qoymalıyıq. İbadətin dəyərini heç vaxt azaltmamalıyıq.
    İmam Sadiq (ə) ömrünün son anlarında bütün yaxın qohumlarını çağırtdırdı. Sonra gözünü axırıncı dəfə açaraq bir cümlə dedi və dünyadan köçdü. Həmin cümlə bu idi: «Bizim şəfaətimiz namazı yüngül sayan şəxslərə nəsib olmayacaqdır!»
    ƏLİ (Ə) ÖLÜMÜNÜN SON SAATLARINDA
    Əli (ə)-ın həyatının ən heyrətamiz mərhələsi təqribən qırx beş saat olub. Ümumiyyətlə o həzrətin həyatı bir neçə mərhələdən ibarətdir:
    Təvəllüdündən Peyğəməbrin nübüvvət məqamına çatmasına kimi olan mərhələ;
    Peyğəmbərin nübüvvətə çatmasından hicrətə kimi olan dövr;
    Hicrətdən həzrət Məhəmmədin (s) vəfatına kimi olan dövr; Əli (ə)-ın həyatının üçüncü mərhələsi olan bu dövr özünəməxsus xüsusiyyətə malik olub.
    Peyğəmbərin (s) vəfatından xilafətə qədər olan 25 illik iztirablı həyat;
    Əli (ə)-ın həyatının digər bir mərhələsi də vardır ki, təqribən iki gün davam etmişdir. Bu, o həzrətin zərbətlənməsindən vəfatına kimi olan müddəti əhatə edir. Onun kamil insan olması burada, yəni ölümlə üzləşdiyi anda aşkar olur. Əli (ə) ölümlə üzləşərkən göstərdiyi ilk əksül-əməl nədən ibarət olub?
    Qılınc, o həzrətin mübarək başına dəyəndə ondan iki cümlə eşidilib. Həmin cümlələrin biri «bu şəxsi tutun», ikincisi isə «Kəbənin Rəbbinə and olsun ki, muradıma nail oldum» yəni şəhadətə çatdım, şəhadət mənim üçün böyük səadət və uğurdur sözləri olub.
    Əli (ə)-ı gətirib yatağında uzatdılar. Onun yarasını müalicə etmək üçün Kufədə yaşayan adlı-sanlı təbib Əsir ibni Əmri gətirdilər. Təbib dövrün mövcud müalicə və müayinə üsulları ilə o həzrəti yoxladı və qılıncın zəhərlə suvarıldığını və onun qana keçdiyini başa düşdü. Buna görə də bu dərdin əlacsız olduğunu bildirdi.
    Adətən əlacsız xəstənin dərdinin düzəlməyəcəyini onun özünə deyil, yaxın adamlarına deyirlər. Amma o bilirdi ki, Əli (ə)-ın vəziyyətini ilk növbədə onun özünə demək lazımdır. Buna görə də belə dedi: Ey Əmirəl-möminin, vəsiyyətin varsa buyur!
    Ummu Kulsum əzəli və əbədi lənət sahibi olan İbni Mülcəmi görəndə ona belə deyir: «Mənim atam sənə nə etmişdi? Mən atamın sağalacağına, üzüqaralığın isə sənə qalacağına ümid bəsləyirəm.» Ummu Kulsum bu sözləri deyəndə İbni Mülcəm danışmağa başlayaraq belə dedi: Arxayın ola bilərsən; mən həmin qılıncı min dirhəmə almışam; min dirhəm da vermişəm ki, onu zəhərlə suvarsınlar; mən o qılınca o qədər zəhər yedirtmişəm ki, əgər Kufə əhalsininin başına birdən dəysəydi, hamısını bir yerdə öldürərdi. Atanın sağ qalmayacağından tam arxayın ola bilərsən.
    Əli (ə)-ın heyranediciliyi və insani xariquladəliyi özünü burada göstərir. Vəsiyyətlərindən biri də «əsirinizlə xoş davranın» sözləri olur. Sonra isə belə deyir: «Ey Əbdülmüttəlib övladları! Mən dünyadan köçdükdən sonra camaatın arasına düşüb, «Əmirəl-möminin şəhid oldu, filankəs qatili təhrik etdi, filankəsin bu işdə əli var» deyib onu-bunu günahlandırmayın.» Sizin bu söhbətlərin dalınca getməyinizi istəmirəm. Mənim qatilim bir nəfərdir.
    İmam Həsən (ə)-a belə buyurdu: «Oğlum Həsən! Məndən sonra onun ixtiyarı sənin əlindədir, azad etmək istəsən azad edərsən, qisas almaq isətəsən isə, yadında qalsın ki, o sənin atana bir zərbə vurub. Ona bir zərbə vurarsan, ölsə ölüb, ölməsə də ölməyib.»
    Sonra yenə öz qatilinin vəziyyəti ilə maraqlanıb, ona yemək və su verilməsini soruşur; ona baxılıb-baxılmaması ilə maraqlanır. O həzrətə süd gətirirlər. O süddən bir az içib kasanı ətrafındakılara verərək belə deyir: «Qalanını həmin adama verin ki, ac qalmasın.»
    Düşməni ilə bu cür rəftarları, Mövlananın ona «şücaətdə Allahın şirisən, mürüvvətdə kim olmağını isə özün bilirsən» deməsinə səbəb olur.
    Bunlar Əli (ə)-ın mərdliyi və insanlığıdır. O, ölüm yatağına düşüb və halı getdikcə pisləşir; zəhər müqəddəs bədəninə daha çox təsir edir. Səhabələri narahat olur, ağlayır və nalə çəkirlər. Amma Əli (ə)-ın dodaqlarının təbəssümlə dolu olduğunu görürlər. Əli (ə) həmin vəziyyətdə belə buyurur:
    «Allaha and olsun ki, başıma gələn mənim bəyənmədiyim şey deyil, xeyir! Allah yolunda şəhid olmaq həmişə mənim arzum olub; mənə ibadət halında şəhid olmaqdan daha yaxşı nə ola bilər.» Sonra ərəblər arasında çox məşhur olan bir misalı çəkir. Ərəblər səhralarda köçəri həyat sürdükləri üçün su və ot olan yerlərdə otraq salardılar. Həmin yerin su və otu qurtarmayınca ordan köçməzdilər. Su və ot qurtardıqdan sonra isə başqa yerdə su və ot tapıb ora köçərdilər. Gündüzlər hava çox isti olduğu üçün onlar bəzən su olan yer tapmaq üçün gecələr axtarışa çıxardılar. Gecə su dalınca gedən şəxsə «qarib» deyirdilər. İndi Əli (ə) camaatı başa salmaq üçün belə deyir: «Ey camaat! Gecə vaxtı su axtaran və birdən su tapan adam necə sevinər? Mən zülmətli bir gecədə su tapan və öz məşuquna çatan aşiq kimiyəm.»
    Duş vəqte səhər əz qosse necatəm dadənd
    Vandər an nimeye şəb abe həyatəm dadənd
    Çe mübarək səhəri budo çe fərxonde şəbi
    On şəbe qədre ke in tazə bəratəm dadənd
    Bu beyt «Kəbənin Rəbbinə and olsun ki, muradıma nail oldum» cümləsinin mənasını tərənnüm etdirir. «Məni qüssədən qurtardılar» həmin mənadadır. Həzrət Əli (ə)-ın ən təlatümlü və hərarətli sözləri həmin 45 saatda deyilib. O, Ramazanın 19-cu günü, dan yerinin sökülməsinin ilkin vaxtlarında zərbətləndi və 21-ci gecəsi, gecə yarı müqəddəs ruhu asimana pərvaz etdi.
    Əli (ə)-ın ömrünün son anlarında hamı onun yatağı ətrafında toplaşmaşdı. Zəhər mübarək bədəninə çox təsir etmişdi və buna görə də, bəzən özündən gedir, bihuş olurdu. Amma huşa gələn kimi yenə də dilindən dürr, hikmət, nəsihət və moizə tökülürdü. Onun son bəyanı iyirmi maddədə bəyan etdiyi hərarətli və şövqlü moizə idi. O, həmin moizədə əvvəl Həsən və Hüseynə, sonra isə digər ailə üzvlərinə xitab edib. Həsənim, Hüseynim! Ey bütün övladlarım və qiyamətə kimi sözüm onlara çatacaq insanlar, sizinləyəm! (Yəni Əli (ə) bizə və sizə də xitab edib). O, bu kəlmələrdə islamın hərtərəfliliyini bəyan edib. Sizə yetimləri, bir daha yetimləri tapşırıram! Sizə Allahın kitabını, Quranı tapşırıram! Sizə qonşularınızı, bir daha qonşularınızı tövsiyə edirəm! Rəbbinizin evi barəsində Allahdan, Allahdan qorxun, namazınız....»
    Fikrində olan mətləbləri dedikdən sonra gözlər Əlinin dodaqlarına dikilir, onun halının dəyişdiyi və müqəddəs alnının tərlədiyi müşahidə olunur. Əlinin gözləri ətrafındakılardan üzüldü. Göz və qulaqlar bir daha nə demək istədiyini bilmək üçün o həzrətin dodaqlarına dikilmişdi. Bir də gördülər ki, Əli (ə)-ın «Əşhədu ənla ilahə illəllah və Əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluhu» səsi ucaldı.
    La hovlə vəla qüvvəta illa billahil əliyyil əzim!
    Category: Kamil insan | Views: 817 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024