İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 7
Qonaqlar 7
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 23 » Kəramət sahibləri
    6:48 PM
    Kəramət sahibləri
    «QONAĞIN UŞAĞINA NƏVAZIŞ»
    Hacı Seyyid Məhəmməd Həsən Cəzayiri Seyyid Məhəmməd Təqi Təbatəbaidən, o da Kərbəla əyanlarından olan Seyyid Cəfər Sabitidən belə nəql edir:
    Bir dəfə uşaq vaxtı atamla birlikdə Kərbəladan Nəcəf-Əşrəfə gəldik. Həzrət Əlinin (ə) hərəmini ziyarət etdikdən sonra atam dedi:
    İmam Əli Murtəzanı ziyarət etdik, indi isə gedək Şeyx Murtəzanı da ziyarət edək.
    Atamla birlikdə Şeyxin mənzilinə getdik. Qapını döyəndə Molla adlı bir şəxs (xadim) qapını açdı. Həyətdə oturub Şeyxi gözlədik. Molla Şeyxi çağırandan sonra Şeyx də gəlib bizimlə əyləşdi. Bir az keçəndən sonra Molla bir sinidə nahar yeməyini gətirib qabağımıza qoydu. Nahar bir qab bozbaş, bir neçə dənə xurma və 3 tikə çörəkdən ibarət idi.
    Şeyx çörəyi doğrayıb bozbaşın içinə tökdükdən sonra yeməyə başladıq. Amma mən bozbaş çox dadsız olduğuna görə bir neçə xurma yeməklə kifayətləndim.
    Nahar yeməyindən sonra Şeyxlə sağollaşıb evə qayıtdıq. Yolda atamdan soruşdum:
    Axı o dadsız bozbaşı necə o cür ləzzətlə yeyirdin? Dedi:
    Sən o yeməyin təsirini bilmirsən. Evə qayıdanda, anamdan yeməyə bir şey istədim. soruşdu:
    Məgər siz qonaq getməmişdiniz? Dedim:
    Bəli, dilənçi evinə və onların yeməyindən yemədim.
    Səhəri gün atamla hərəmə getdik. Təsadüfən Şeyx də hərəmdə idi. Şeyx ziyarətnaməni oxuyub qurtarandan sonra mənim əlimdən tutub, atamla birlikdə hərəmdən çölə çıxdıq. "Qiblə” qapısının (hal-hazırda Şeyxin məqbərəsi orada yerləşir) yanında mənə dedi:
    Desəyən, dünən dilənçi evindəki yemək xoşuna gəlməmişdi. İndi isə bunları götür. Ovucumun içinə iki lirə qoyub getdi. Mən çox təəccübləndim. Çünki bu sözləri ancaq anama demişdim və bizim yanımızda da başqa bir adam olmamaşdı ki, Şeyxə xəbər versin. Elə ondan sonra o dindar fəqihin böyük şəxsiyyət olduğu mənə aydın oldu.(Həmin mənbə, səh. 125)
    «XALİS İNCİLƏR SİLSİLƏSİNDƏN»
    İmam Sadiq (ə) buyurur: "Hüzn və qəm ariflərin şüarıdır. Çünki onların qəlblərinə daim qeybdən çoxlu xəbərlər daxil olur və İlahinin camal və cəlal çətri altında olmaq iftixarını daşıyırlar.
    Hərçənd arifin zahiri tutqun və qəmlidir, amma batini aydın və genişdir. Onun camaat arasında yaşayışı zahirdə bir xəstə həyatına bənzəyin və Allahla əlaqəsi isə müqərrəblərin həyatı kimi, tam meyl və rəğbətlədir.("Biharul-ənvar”, c. 72, səh. 70)
    «ÇOX QÜRURLANMA»
    Şeyx Ənsarinin şagirdlərindən biri belə deyir:
    İbtidai dini təhsilimi başa vurduqdan sonra elmimi təkmilləşdirmək üçün Nəcəf-Əşrəfə yollandım və Şeyxin dərslərinə qatıldım. İlk vaxtlar onun dərslərindən bir şey anlaya bilmirdim. Nə qədər səy etsəm də faydası olmayırdı.
    Nəhayət bir gün həzrət Əmirəlmömininə (ə) mütəvəssil oldum. Axşam yuxuda gördüm ki, Həzrətin hüzurundayam. Əli (ə) mənim qulağıma "Bismillahir-Rəhmanir-Rəhim”i oxudu.
    Səhəri gün dərsə gələndə artıq dərsi başa düşürdüm. Yavaş-yavaş dərslərimdə irəliləyiş olmağa başladı. Bir neçə gündən sonra artıq sinifdə mən də dərs haqqında öz fikrimi söyləyirdim.
    Bir gün dərsdə Şeyxlə çoxlu bəhs edib, səhv tuturdum. Həmin gün dərs qurtarandan sonra Şeyxin hüzuruna getdim. O yavaşca qulağıma pıçıldayıb dedi:
    Sənin qulağına "Bismillah”ı oxuyan mənim qulağıma "Vələzzalin”ə qədər oxuyub. O bunu deyib getdi. Mən bu işdən çox təəccübləndim və başa düşdüm ki, Şeyx kəramət sahibidir. Çünki o vaxta qədər yuxumu heç kimə danışmamışdım.(Həmin mənbə, səh. 130)
    «QIZILLARA ƏL VURMA»
    Vaiz və Əhvaz şəhərinin pişnamazı Hacı Seyyid Tacəddin Dezfuli bir neçə vasitəylə əcdadlarından olan Seyyid Məhəmməd Əlidən belə nəql edir:
    Ziyarət niyyətilə Nəcəf-Əşrəfə səfərə getdim. Özümlə götürdüyüm bir miqdar pulum da qurtardı. Hətta bir tanış yox idi ki, ondan borc pul alım. qürurumdan bu haqda alimlərdən biriylə danışmağa razı ola bilmədim. Buna görə də Həzrət Əlinin (ə) hərəminə gedib müşkülümü o həzrətə ərz edərək, dedim:
    Əgər hacətim qəbul olmasa, necə olursa-olsun sənin hərəmindəki qızıllardan bir miqdar götürüb xərcləyəcəm. Sonra evə qayıdıb həmin gecə ac-qarına yatdım.
    Səhər gördüm ki, kimsə məni çağırır. Özümü ona təqdim etdim. Həmin şəxs dedi: Mən Molla, Şeyx Ənsarinin xidmətçisiyəm. O səni görmək istəyir və dedi ki, səninlə karvansarada filan otaqda görüşə bilərəm. Xidmətçilə birlikdə Şeyxin hüzuruna getdim. Şeyx bir pul kisəsini mənə verib dedi:
    Bu otuz tümən İran puludur ki, cəddin Əli (ə) xərclik üçün sənə verib. Pulları götürüb neçə addım uzaqlaşandan sonra məni çağırıb yavaşca dedi:
    Daha Həzrət Əlinin (ə) qızıllarına əl vurma.
    Onun sözlərindən çox təəccübləndim. Çünki bu, yalnız mənim zehnimdən keçmişdi və mən bunu, o böyük alimin kəramətlərindən hesab etdim.(Həmin mənbə, səh. 131)
    «İMAMƏT GÜNƏŞİLƏ GÖRÜŞ»
    Şeyx Ənsarinin şagirdlərindən biri belə nəql edir:
    Kərbəlaya müşərrəf olduğum xüsusi ziyarətlərimdən birində, gecə yarısı hamama getmək üçün evdən çölə çıxdım. Küçələr palçıqlı olduğundan özümlə çıraq götürdüm. Uzaqdan Şeyxə bənzər bir şəxs gördüm. Bir az yaxınlaşanda bildim ki, Şeyx özüdür. Öz-özümə dedim ki, bu gecə vaxtı gözü də zəif olan adam palçıqlı yolda hara gedir? Mən fürsəti əldən verməmək üçün yavaşca Şeyxin arxasınca düşdüm. Uçub-dağılmış bir evin qapısına çatdıqda dayandı. Xas bir tərzdə Camiə ziyarətnaməsini oxuyub, evə daxil oldu. Daha heç nə görə bilmədim, amma Şeyxin səsini eşidirdim. Guya kiminləsə danışırdı. Hamama gedəndən sonra hərəmə müşərrəf oldum və Şeyx də orada idi. Səfərdən sonra, Nəcəf-Əşrəfdə Şeyxin hüzuruna gedib, həmin axşam gördüklərim haqda soruşdum. Əvvəl Şeyx inkar etməyə başladı, amma çox israr etdikdən sonra dedi:
    Bəzən İmam Zamanın (ə) hüzuruna getmək üçün mənə o Həzrət tərəfindən izin verilir və sənin heç vaxt tapa bilməyəcəyin həmin xaraba evin qapısına gedib "Camiə” ziyarətnaməsini oxuyuram. Yenidən icazə verildikdə İmamın hüzurunda hazır olub bəzi məsələlər haqda o həzrətdən soruşuram.
    Sonra Şeyx dedi:
    Nə qədər ki, mən sağam bu məsələni gizli saxla və heç kimə danışma.(Həmin mənbə, səh. 133)
    «İZSİZ ŞƏXSİYYƏT»
    Əllamə Təbatəbai buyurur:
    Təqribən yüz il əvvəl Şüştər şəhərində tanınmış və hamının (ümum camaatın) müraciət etdiyi qazi Seyyid Əli Şüştəri (vəfatı 1282 q.) adında bir alim var idi. Digər alimlər kimi o da, tədris və mərcəiyyətlə məşğul idi. Günlərin birində evinin qapısı qəfildən döyülür və qapının arxasından kimin olduğunu soruşanda, naməlum şəxs deyir:
    Aç qapını, bir nəfərin səninlə işi var. Mərhum Ağa Seyyid Əli qapını açanda, bir toxucu kişini görüb, soruşur:
    Nə işiniz var? Toxucu kişi deyir:
    Filan mülkün filankəsin olduğu hökmünüz düzgün deyil. O mülk yetim bir uşağındır və sənədi də filan yerdə basdırılıb. Seçdiyiniz bu yol düzgün deyildir. Ayətullah Şüştəri soruşur:
    Məgər mən səhvmi eləmişəm? Toxucu kişi deyir:
    Söz elə mən deyən kimidir. Bunu deyib gedir.
    Ayətullah Şüştəri çox fikirləşdi ki, bu şəxs kim idi və nə dedi. Araşdırdıqdan sonra məlum oldu ki, toxucu kişinin dediyi yerdə həmin yetim uşağın mülkünün sənədi basdırılıb və o mülkün filan şəxsin olduğu haqda şahidlərin israrı yalan imiş.
    Ayətullah Şüştəri toxucu kişinin sözlərindən sonra dərindən fikirləşir ki, bəlkə elə indiyə qədər bəzi məsələlər haqda verdiyi hökm və fətvalar səhv imiş. Bütün vucudunu vəhşət və qorxu hissi bürüyür. Sabahı gün toxucu kişi axşam yenə həmin vaxt qapını döyüb deyir:
    Ey Seyyid Əli Şüştəri, tutduğunuz bu yol düzgün deyildir. Üçüncü gecə də həmin əhvalat təkrarlanır və bu dəfə toxucu kişi Ayətullah Şüştəriyə deyir: Yubanmadan tez ev əşyalarınızı yığın və evinizi də satıb Nəcəfə gedin. İndi sizə tapşırdığım işləri yerinə yetirin və altı aydan sonra Nəcəfin "Vadiüssəlam”ında məni gözləyin.
    Mərhum Şüştəri yubanmadan ona verilən tapşırıqları yerinə yetirməyə başlayır. Lazım olan ev əşyalarını götürüb Nəcəf şəhərinə yollanır.
    Təyin olunmuş gün dan yeri söküldüyü zaman Nəcəf şəhərinə daxil olanda Vadiüssəlamda həmin toxucu kişini görür. Elə bil su kimi qaynayaraq yerdən çıxıb, onun qarşısında zahir olur və bəzi tapşırıqlar verib yenə qeyb olur.
    Mərhum Şüştəri Nəcəf-Əşrəfə daxil olub, toxucu kişinin ona tapşırdıqları işləri yerinə yetirdikdən sonra elm sahəsində elə bir dərəcə və məqama çatır ki, dillə onu bəyan etmək çətindir.
    Mərhum Şüştəri hörmət əlaməti olaraq mərhum Şeyx Murtəza Ənsarinin fiqh və üsul dərsində, Şeyx Ənsari də həftədə bir dəfə mərhum Seyyid Əlinin əxlaq dərsində iştirak edərdi.
    Şeyx Murtəza Ənsarinin vəfatından sonra, Şuştəri onun tədris işlərinə öhdədarlıq etməyə başlayır və dərsləri Şeyx Ənsarinin qaldığı yerdən başlayır. Amma əcəl ona da aman vermir və altı aydan sonra fani dünya ilə vidalaşır.
    Ənənəvi ustad-şagird silsiləsinin halqaları Mərhum Şüştəriyə və sonda həmin toxucu kişiyə gəlib yetişir. Amma toxucu kişinin kim olduğu, kiminlə əlaqə saxladığını və bu maarifi (mənəvi elm) hardan və necə əldə etdiyi haqda heç kimə bir şey bəlli deyil.(Ayətullah Seyyid Məhəmməd Hüseyn Hüseyni Tehrani, "Risaleye Lübbul-lübab”, səh. 154)
    «KİMYAGƏRLİYİ(Ali-mə`nəvi məqamlara çatma yolu və burada dərslik vəsaiti nəzərdə tutulur. Bir şəxsin ustadsız bu işlərə girişməsi caiz deyil.)TƏRK ET»
    Əllamə Həsənzadə Amuli yazır ki, ayətullah Şerani dərslərinin birində Hacı Şeyx Əbdunnəbi Nurinin öz dərslərinin birində bizim üçün nəql etdiyini belə söyləyir:
    Mən tələbəlik dövrümdə təhsilimi davam etdirmək üçün Mazandarandan Tehrana gəldim. Qədim Sepəhsalar mədrəsəsində kiçik bir hücrə tutub, dərsə başladım. Təsadüfən kimyagərlik haqqında bir kitab rastıma çıxdı və axşamlar tələbələr yuxuya gedəndən sonra, onlardan xəbərsiz mədrəsənin damında kitabda yazılan tapşırıqlara əməl edirdim. Bu işdən heç kəsin xəbəri yox idi və elə bu minvalla hər axşam verilən göstərişlərlə məşğul olurdum.
    Bahar fəsli idi. Bizim tanışlardan neçə nəfər Məşhədə ziyarətə getmək üçün Mazandarandan Tehrana gəlmişdilər. Qədim Sepəhsalar mədrəsəsində mənimlə görüşəndən sonra dedilər:
    Şeyx Əbdunnəbi, biz "səkkizinci” imamı ziyarət etmək üçün Məşhədə getmək istəyirik. Əgər meylin varsa bizim qonağımız olun və sizinlə bu ziyarətdə həmsəfər olaq. Onlara minnətdarlıq edib dəvətlərini qəbul etdim.
    O vaxtlar Səbzivar şəhərində Molla Hadi Səbzivarinin (vəfatı 1289 q.) şöhrəti dillərdə gəzirdi. O vaxtı Səbzivar şəhəri gecə-gündüz karvanların yükl boşaldıb − istirahət etdiyi yer idi. Bizim karvan orada yüklərini boşaldandan sonra yoldaşlarıma dedim:
    Mən şəhərə gedirəm və bir neçə saatdan sonra qayıdacağam.
    Şəhərdə nə işin var və hara gedirsən? − deyə məndən soruşduqları zaman dedim:
    Bu şəhərdə böyük şəxsiyyət və böyük alim var və mən onun görüşünə (ziyarətinə) gedirəm. Dedilər:
    Bizim səfərimiz də ziyarət səfəridir və çox yaxşı olar ki, biz də bu ruhani alimin ziyarətinə gedək.
    Bir neçə nəfər mənimlə yola düşüb Hacı Səbzivarinin hüzuruna yolandıq. Bir az oturduqdan sonra Hacıdan icazə istəyib ayağa qalxdıq. Hacı mənə işarə edərək dedi:
    Siz hələ qalın. Sizə bir-iki sözüm var. Sonra üzünü mənə tutub dedi:
    Təhsilinizlə məşğul olun və gecələr gördüyün o işləri də tərk edin. O işlə bir yerə çıxmayacaq və vaxtınızı tələf etməkdən başqa sizə heç bir faydası olmayacaqdır.(Əllamə Həsənzadə Amuli, "Dər asimane mərifət”, səh. 384)
    «ÇAĞIRIŞA TEZ CAVAB»
    Əllamə Nuri "Kələmeye Təyyibə” kitabında yazır ki, Nəcəf-Əşrəf alimlərindən, həmin diyarın alimləri arasında çox hörmətli və nüfuzlu şəxs və Həzrət Əlinin (ə) hərəmində pişnamaz olan Seyyid Hüseyn Şüştəri belə deyir:
    Seyyid Əli Şüştəri və Şeyx Murtəza Ənsari ilə birlikdə Kərbəlaya ziyarətə getmişdik. Mən orada həmişə qaldığım evə getdim. Bu dəfə ev sahibi məndən də kasıb idi və heç nəyi yox idi. Həzrət Abbasın (ə) ziyarətinə getdim. Ziyarət və namazdan sonra zərihə yaxınlaşıb ərz elədim:
    Ey mövlam, bilirsiniz ki, mən sizin zəvvarınızam və heç nəyim yoxdur. Sözümü deyib qurtarmamış gördüm ki, zərihin arasından nə isə tərpənib yanıma düşdü. Həmin şey bir ədəd "şami” idi ki, İran pulu ilə iki qran yarım olurdu. Pulu götürüb Allaha şükür etdim.(Murtəza Ənsari, "Zendeqaniye Şeyx Murtəza Ənsari”, səh. 287)
    «MÜCƏRRƏD NƏFS»
    Kamil arif mərhum Mirzə Cavad Ağa Məliki Təbrizi (vəfatı 1343 q.) belə deyir:
    Günlərin birində ustad Molla Hüseynqulu Həmədani mənə dedi:
    Filan şagirdi tərbiyə etmək sizin öhdənizədir.
    Həmin şagird böyük əzmə malik idi. Altı il "müraqibə” və "mücahidət”lə məşğul olduqdan sonra, mücərrəd nəfsi dərk etmə məqamına yetişdi. Mən istədim ki, o, bu məqamı ustadın əlilə müşahidə etsin. Beləliklə onu ustadın hüzuruna apardım. Ustad məsələdən agah olduqdan sonra buyurdu:
    Bu, elə də mühüm iş deyil. Barmağı ilə bir işarə edib dedi:
    Təcərrüd halı buna bənzəyir. O şagird deyir ki, bir anda bədənimdən ayrıldım və öz kənarımda özümü müşahidə etdim.
    «AFƏRİN SEYYİD MƏHƏMMƏD!»
    Axund molla Hüseynqulu Həmədaninin qız nəvəsi Məhəmməd Hüseyn öz babasından belə nəql edir:
    Bir gün Axund dərslərinin birində eyni sözü ardıcıl olaraq təkrar edirdi:
    Afərin, Seyyid Məhəmməd Səid, afərin, Seyyid Məhəmməd Səid! (Seyyid Məhəmməd Səid Hububi (vəfatı 1333 q.) Axundun ilk şagirdlərindən idi. O, İrfanda böyük məqam sahibi olmasından əlavə, İraqda İngilis istismarçılarına qarşı mübarizədə doxsan min müsəlmana rəhbərlik etmişdi.) Məclisdə olanlar Axundun bu sözündən çox təəccüblənirlər (çünki Seyyid Məhəmməd Səid orada yox idi).
    Bu əhvalatdan bir neçə gün keçəndən sonra Seyyid Məhəmməd Səiddən soruşurlar ki, sən həmin gün harada idin? O, belə cavab verir:
    Qayıqda oturub, Kufədən Kərbəlaya gəlirdim. Bir ərəb kişi mənim yanımda başını çiynimə qoyub yatmışdı. O, xoruldayır və ağzının suyu da üstümə tökülürdü. Bununla belə onu qaldırmağa ürəyim gəlmədi. Kərbəlaya qədər beləcə davam etdi və mən onu yuxudan qaldırmadım.
    Axundun həmin gün Seyyid Məhəmməd Səidi tərifləməsi buna görə idi.(Təzkirətül muttəqin”, səh. 22)
    «TƏHARƏTSİZ QURAN!»
    Həzrət Ayətullah Seyyid İsmail Sədrin oğlu mərhum Seyyid Mehdi Sədr deyir:
    Həddi büluğa çatdığım ilk günlərdə atamın sifarişi ilə cümə günləri Həzrət Axund Molla Fəthəlinin hüzuruna gedib (Arif molla Hüseynqulu Həmədaninin müasiri) Quran təfsirini öyrənirdim. Günlərin birində cənabətli halda onun hüzuruna gedəndə gördüm ki, fikirli oturub bir söz demir. Yarım saat keçdi, amma yenə bir söz demədi. Ayağa qalxmaq istəyəndə mənə dedi:
    Seyyid Məhəmməd Mehdi, adam Quranın sorağınca gedəndə, gərək özünü paklasın.(Mənuçehr Səduqi Suha, "Tarixe hükəma və urəfaye mütəəxxirin”, səh. 147)
    «BƏRƏKƏTLİ TORPAQ»
    Nəql olunur ki, "Qisəsul Uləma” kitabının müəllifi mərhum Mirzə Məhəmməd Tonikaboni ildə bir neçə dəfə Mərhum Mirağa Məhəmməd Bəsməli (vəfatı 1300 q.) görmək üçün Süleymanabaddan Sadatməhəlləyə gedərdi. Amma mərhum Mirzə Məhəmməd onun mənzilinə çatmamış, Bəsməl başını otaqdan bayıra çıxarıb deyərdi:
    Bəsdir, kifayət edər, daha qayıdın. Mərhum Tonikaboni də elə oradan geri qayıdardı.
    Mərhum Mirağa Məhəmməd Bəsməldən çoxlu kəramətlər görünüb ki, onlardan biri də belədir:
    Bir balıqçı dövlətdən müqavilə ilə bir çayı icarəyə götürür. Bir müddət keçəndən sonra başa düşür ki, vəziyyət elə bu cür davam etsə, ilin axırında ziyan görəcək. O, mərhum Bəsməlin yanına gedib ondan kömək istəyir. Bəsməl ona bir az torpaq verib deyir ki, onu çaya töksün. O, həmin torpağı çaya tökdükdən sonra, orada balıq o qədər çoxalır ki, onların hamısını tutmaqda aciz qalır.(Məhəmməd Səmami, "Büzürqane Ramsər”, səh. 126)
    «QUŞUN VƏZİFƏSİ»
    Seyyid Əli ibn Hadi Məhəmməd Rza Hüseyni (vəfatı 1300 q.) qırx il ardıcıl olaraq oruc tutub, "təhzibi nəfs” (öz nəfsilə mübarizə) ilə məşğul olan böyük şəxsiyyət və çoxlu kəramət sahibi imiş. Onlardan birini onun nəvəsi Mərhum Seyyid Hüseyn mir Müştaqi öz anasının dilindən belə nəql elədi:
    Ramsər yaylağında hava çox isti idi və Mərhum Seyyid Əli də oruc tutmuşdu. Evin qabağındakı çeşmədə dəstəmaz alarkən mənə dedi:
    Bu gün körfəz balığı iftar üçün münasibdir. Hələ sözü ağzında qurtarmamış başımızın üstündə balıq yeyən bir quş ağzında böyük bir "azad” balığı peyda olub, onu qabağımıza atdı və balıq hələ də diri idi.(Həmin mənbə, səh. 103)
    «ƏLİ (Ə) YUXUDA, MİRZƏ İSƏ OYAQ»
    Ayətullah Hacı Şeyx Əbdunnəbi Nuridən belə nəql olunur:
    Samirra şəhərində təhsillə məşğul olduğum və Ayətullah üzma Mirzə Məhəmməd Həsən Şirazinin dərslərində iştirak etdiyim vaxtlar idi. Güzəranımı əhli sünnədən olan şəhər dükançılarından biri ilə nisyə alış-verişlə keçirir və evdən göndərilən pul gəlib çatanda onun pulunu qaytarırdım. Bir dəfə hələ pul gəlib çatmamışdı və borcum da çox idi. Təsadüfən dükanın qabağından keçəndə məni çağırıb dedi:
    Heç bilirsən borcun nə qədərdir? Dedim:
    Yox. Dükançı dedi:
    Altmış lirə borcun var. Dedim:
    Eybi yoxdur, iki günə qaytararam. Amma gedəndən sonra fikirləşdim ki, axı iki günə mən bu məbləği haradan tapıb ödəyəcəm? Narahat və qəmgin halda evə döndüm. Gecə oldu və yatıb yuxuda gördüm ki, Nəcəf-Əşrəfdəyəm. Bir şəxs məni çağırıb dedi: Əmirəlmöminin (ə) səni görmək istəyir. Tələsik qalxıb həzrətin (ə) hərəminə getdim. Qəribə burasıdır ki, yuxuda hərəmə daxil olanda gördüm ki, o həzrət (ə) alicənablıqla əyləşibdir. Mən salam verdim və salamımın cavabını alandan sonra, bir pul kisəsini çıxararaq mənə verib dedi:
    "Bu altmış lirədir. Götür borcunu qaytar.”
    Sevindiyimdən nə edəcəyimi bilmirdim. Pul kisəsini götürdükdə o həzrət (ə) yenə də kəramət edərək başqa bir pul kisəsini mənə verib dedi: "Götür, bu da həmin məbləğ qədərdir və güzəranını bununla yola ver.” Onu da götürəndə yuxudan ayıldım.”
    Gördüyüm yuxunun təbirinin necə olduğu haqda fikirləşirdim ki, mənzilimin qapısı döyüldü. Çölə çıxıb, Ayətullah Mücəddid Şirazinin evinin xidmətçisini qapıda gördüm. O dedi:
    Dünən axşam Ayətullah Şirazi sizi görmək istəyirdi və mənim işim olduğundan indi sizin dalınızca gəlmişəm. İndi isə qalx gedək.
    Ayətullah Şirazinin hüzuruna çatanda gördüm ki, əcəba, Həzrət Əli (ə) kimi əzəmət və vüqarla oturmuşdur! Salam verdim. Salamın cavabını alıb dedi:
    Yaxın gəl. Bir pul kisəsini çıxarıb mənə verərək dedi:
    Get bu altmış lirə ilə borcunu ödə. Sevincək pul kisəsini götürəndə, başqa bir pul kisəsini də mənə verib dedi:
    Bu altmış lirə də güzəranını keçirmək üçündür.(Məhəmməd Razi, "Kəramate Salehin”, səh. 270)
    «XALİS İNCİLƏR SİLSİLƏSİNDƏN»
    İmam Sadiq (ə) buyurmuşdur: "Xəlvətə çəkilib Allahla razü-niyaz edən, Onun pənahına sığınar və mühafizəsində olar. Xoş o kəsin halına ki, gizlində və aşkarda Allahı yad edər, Allahla olar! Allah yolunun yolçusunun on şeyi bilməsi zəruridir:
    1. Haqq və batili tanımaq.
    2. Sadə yaşamağı sevmək.
    3. Zahidanə həyat sürmək və onun çətinliklərinə dözmək.
    4. Xəlvət hallardan ruhi bəhrələr götürmək (Allahla munis olmaq üçün fürsətdən istifadə və tənhalığa çəkilmə).
    5. İşlərin aqibəti haqda fikirləşmək (ölüm və qiyamət).
    6. İbadətdə öz nöqsanlarına diqqət.
    7. İbadətdə səy göstərmək.
    8. Ücb və xudbinliyin tərki (İlahinin tofiqlərinə görə qürurlanmamaq).
    9. Allahı çoxlu zikr və həmişə yad etmək və qəflətin tərki. Çünki qəflət şeytanın torudur və hər bir giriftarçılığın başlanğıcıdır. Allahla bəndəsi arasında bütün hicablar qəflətdən yaranır.
    10. İbadət vaxtı fikri Allah və ibadətdən yayındıran şeylərdən uzaq olmaq.
    Category: Kəramət sahibləri | Views: 1769 | Added by: Islam_Kitabxanasi | Rating: 2.2/4
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024