İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1820
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » 2011 » September » 23 » Kamil insan
    7:06 AM
    Kamil insan
    İMAN «MƏN»LƏRİN «BİZ» OLMA YOLUDUR
    Digər bir məsələ isə budur ki, əvvəldə «O»na çevrilmiş «mən» gerçək və həqiqi «biz» ola bilər. Bu ariflərin nəzəriyyəsindəki mətləbdir. Əvvəlcə «O» olmamış, «mən» «bizə» çevrilə bilməz. «Mən»lərin «biz» olma yolu onların, əvvəlcə «O» olmaları, yəni Allaha iman gətirmələridir. «[Ya Məhəmməd!] Söylə: «Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan bir kəlməyə tərəf gəlin!» [O bu kəlmədir ki:] Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi [özümüzə] rəbb qəbul etməyək!...» Bu ayədə kitab əhlinə xitab edilib. Ey kitab əhli! Ey yəhudi, xristian, zərdüşt və atəşpərəstlər! Gəlin hamımız bir kəlmə və həqiqət ətrafında toplaşaq, hamımızın arasında eyni olan bir həqiqət ətrafında! Siz Quranın ifadələrinin incəliyinə diqqət edin. Buyurur ki, O, elə bir həqiqətdir ki, nə mənim, nə sənin, nə bizim və nə də sizindir. O, bizim hamımızındır, həm siz və həm də biz onda şərikik. O, bizim hər ikimizə, hamımıza aiddir. Peyğəmbər buyurur ki, Allah hamınındır və mən iddia edə bilmərəm ki, O, xristianın, yəhudinin, zərdüştin və bütpərəstin də Allahı deyil, yalnız mənim Allahımdır. O, hamının Allahıdır və hamıya məxsusdur. İnsanın Ona mənsub olması, «mən» yaradaraq aralarda sərhəd çəkən məhdud şeyə bağlılığı kimi deyildir. O, mən və sənin bağlandığımız zaman çəkişmə və vuruşmalara səbəb olan pul deyil. O, elə bir həqiqətdir ki, eyni anda hamını özündə birləşdirə bilir. Gəlin hamımız «biz» olaq! Hansı yolla? Vahid iman, ideya və kəlmə – Allah kəlməsi və Ona iman vasitəsilə! Gəlin hamımız «biz» olaq, amma bundan əvvəl hamımız «o» olmalıyıq. Hamımız «o» olduqdan, yəni bu «mən»lər onun müqabilində yoxa çıxdıqdan və hamımız bir rəng – «o»nun rəngində olduqdan sonra «biz» ola bilərik. Bizim və sizin aramızda eyni və bərabər olan bir kəlməyə tərəf gəlin! İslam Peyğəmbəri əgər hamının «biz» olması üçün ərəb dilini öyrənməsini təklif etsəydi, fars dili deyərdi ki, nə üçün ərəb dili? Gəlin hamımız fars dilini öyrənək. Fransalı deyərdi ki, nə üçün ərəb dili? Həmin dil fransız dili olsun. Ərəb dili hamının onda bərabər ola bilməsi mümkün olan şey deyil. Ərəb, fars, türk, fransız və s. dillərin hər biri bir xalqa məxsusdur. Bir çox digər şeylər də belədir.
    Amma hamının olan və heç kəsə məxsus olmayan həqiqət bizim Allahımızdır. Bəli, mütləq həqiqət, hamımızı və dünyanı yaradan və son dönüş nöqtəsi olan Allah hamınındır, gəlin Ona tərəf tələsək, təkcə Ona itaət edək və heç nəyi Ona şərik qoşmayaq. Sonra buyurur ki, Allahı qoyub bir-birimizi özümüzə Rəbb etməyək! Biz «Ona» tərəf gedərək «o» olduqdan sonra «biz» ola bilərik. Belə olan surətdə bir-birimizi özümüzə Rəbb, yəni Allah seçməyək. Ağalıq-nökərlik, istismarçı-istismar olunan, yuxarı-aşağı söhbəti də aradan götürülsün, yığışdırılsın, amma oradan başlamaq, yəni ayədə deyilən yerdən başlamaq şərti ilə! Gördüyümüz kimi, Quran «biz» tərəfdarıdır və həmişə «biz»dən söhbət edir.
    Namazda Allahı sitayiş edərək Ona həmd etdikdən, yəni «Əlhəmdu-illahi Rəbbil aləmin» dedikdən sonra ona xitab edirik. Mən tək namaz qılıram və namazın cəm şəkildə deyil. Amma «Allahım təkcə Sənə ibadət edirəm və yalnız Səndən kömək istəyirəm» demək əvəzinə, «Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!» deyirəm. «Mən yalnız sənə ibadət edirəm» demirəm. Namazın sonunda isə «Əssəlamu ələyna və əla ibadillahis-salihin» yəni «biz və Allahın saleh bəndələrinə salam olsun» deyirik.
    SƏDİNİN ŞERİ
    Sədinin belə bir şeri var:
    Bəni adəm əzaye yek digərənd
    Ke dər afərineş zeyek qohərənd
    Çu ozvi be dərd avərəd ruzqar
    Digər ozvhara nəmanəd qərar
    To kəz mohnəte digəran bi ğəmi
    Nə şayəd ke namət nəhənd adəmi.
    Yəni: Adəm övladı bir-birlərinin bədən üzvləri kimidirlər; çünki yaradılışda bir incidəndirlər. Fələk bir üzvi ağrıdanda digər üzvlər də qərar tapa bilməzlər. Əgər sən başqalarının çətinlik və dərd-qəminə kədərlənmirsənsə, sənin adını insan qoymaq olmaz.
    Sədinin çox yüksək qiymətləndirilmiş və həmin qiymətə doğrudan da layiq olan bu şeri Peyğəmbərin (s) bir hədisinin eynilə tərcüməsidir, amma şer bir az naqisdir və hədisin məzmununa tam uyğun gəlmir. Peyğəmbərin (s) hədisi budur: «İman əhli qarşılıqlı dostluq və mehribançılıq baxımından bir bədənin üzvü kimidirlər. Onlardan biri narahat olanda bədənin digər üzvləri qızdırma və yuxusuzluq keçirməklə ona şərik olurlar. Bədən üzvlərindən biri ağrıyanda digər üzvlər rahat yataraq «o» üzv nə qədər ağrı çəkir qoy çəksin!» deyirlər, yoxsa onun dərdinə şərik çıxırlar?! Peyğəmbər (s) buyurur ki, bədənin digər üzvləri özlərinin ağrıyan üzvlə həmdərd olmalarını iki yolla, biri qızdırma, digəri isə yuxusuzluq yolu ilə bildirirlər. Həmin vaxt digər üzvlər yatmırlar və həmişə narahat vəziyyətdə olurlar. Məsələn, bağırsaqda narahatlıq yaranır və ya ciyərdə iltihab olur, amma nə əl, nə baş, nə ürək və nə də heç bir üzv yatmır. Ümumiyyətlə bədən istirahət etmir. Bütün bu narahatçılıqların səbəbi hansısa bir üzvün ağrıması olur. Qızdırma bütün bədən üzvlərinin bir üzvdəki narahatçılığa verdiyi reaksiyadır. Peyğəmbər (s) burada bir nöqtəyə diqqət edib. O həzrət «mömin bədən kimdir» deyəndə, bədənin ruh istəməsini nəzərdə tutub. Bütün üzvləri «o» etmək və sonra, onların «biz» olmaları üçün ruh lazımdır. Siz ölü bədəni doğrayaraq parça-parça etsəniz, digər üzvlər bunu hiss edərlərmi? Xeyr, çünki ruh yoxdur. Möminləri vahid şəklə salaraq birləşdirən şey ruhdur. Onlar həmin ruhda bir olduqları üçün «biz» olublar və bir-birləri ilə həmdərdlik edirlər. Həmin ruh «iman», yəni ayədə deyilən müştərək həqiqətdir. Möminlər iman sahibi olduqları üçün onların «mən»ləri «o» olub və buna görə də təbii olaraq həmdərddirlər. Amma bərabər kəlmə və həqiqətə malik olmayan insanlar belə deyillər. Peyğəmbər (s) möminləri deyib, yəni onlar bir ruhda ortaq və şərikdirlər, onlara vahid həqiqət hakimdir. Sədi «Adəm övladı bir-birlərinin bədən üzvləridir» deməklə səhvə yol verib. Çünki adəm övladı ayədə deyilən vahid və müştərək kəlmə və həqiqətə malik olmayınca, heç vaxt bir-birlərinin bədən üzvü ola bilməz. Adəm övladının bir bədən üzvi kimi olmaları yalan sözdür. Amerikalılar və vyetnamlılar adəm övladıdırlar, ya yox? Bəli, onların hər ikisi adəm övladıdır, amma adəm övladının bir-birinin bədən üzvü olması yalandır. Adəm övladına bir ruh və iman hakim olanda, yəni onların «mən»ləri vahid «o»da və imanda bir-birinə qarışaraq yoxa çıxanda onlar bir-biri ilə həmdərdlik edirlər. Fələk bir üzvi ağrıdanda digər üzvlərin də qərar tutmaması da həmin vaxt olur.
    Deməli, bu məktəbin kamil insan barəsinədki səhvlərindən biri onun bir dəyər, yəni «biz»dən başqa bütün dəyərləri unutmasıdır. »Biz» olmaq fikri düzdür, yəni «mən»liyi «biz» olmayan insan, kamil insan deyil. Amma təkcə «mən»liyin «biz» olması ilə insanın kamilliyə çatmasını düşünmək də səhvdir. «Biz» olmaq kamil insanın sifət cizgilərinin hamısı deyil, yalnız biridir. Onların digər səhvləri isə, «mən»ləri «biz» edən şeyin xüsusi mülkiyyət olmasını təsəvvür etmələridir. Onlar elə düşünürlər ki, xüsusi mülkiyyət aradan götürülsə, artıq bundan sonra heç kim «mən» hissinə malik olmayacaqdır.
    DƏVƏ VƏ TÜLKÜNÜN NAĞILI
    Neçə il bundan əvvəl jurnalların birində bir nağıl oxumuşdum. Orada belə bir əfsanə yazmışdılar ki, bir gün bir dəvə ilə bir tülkü dost olurlar. Tülkü dəvəyə təklif edir ki, gəl müştərək həyat sürək, xüsusi həyat və mülkiyyəti ləğv edərək dost olaq, birləşək və hətta bir-birimizi dost deyib çağıraq. Mən səni «dostum dəvə», sən isə məni «dostum tülkü» deyə çağır və ortada «mən» söhbəti olmasın. Hətta mən bundan sonra öz balama «mənim balam» deməyəcəm və sən də öz balanı «mənim dəvə balam» deyib çağırma; mən də, sən də öz balalarımızı «bizim balamız» deyib çağıraq. Gəl «mən» kəlməsini tamamilə yoxa çıxarıb, «biz»ə çevirək. Mən bundan sonra sənin palanına «bizim palanımız» deyəcəyəm, sən də mənim quyruğuma «bizim quyruğumuz» de! Ümumiyyətlə «mən»dən söhbət getməsin. Yazıq dəvə də inandı və onlar bir müddət belə müştərək həyat sürdülər. Amma bu müştərək həyat bir hadisə baş verənə kimi davam etdi. Belə ki, tülkü neçə gün ov əldə edə bilmədi. Bir gün əsəbi və narahat halda yaşadıqları müştərək evə gəldi, amma aclıqdan kiçik bağırsaqları böyük bağırsaqlarını kəsirdi. Gözü dəvənin balasına sataşdı. O, dəvənin balasını bir küncə çəkərək parçaladı və qarnının doydurdu. Dəvə evə qayıdanda balasını soruşdu. Tülkü xəbərsiz olduğunu dedi. Dəvə balasını axtarmağa başladı və axırda onun leşini tapdı. O, başına döyərək «mənim balamı kim bu günə salıb?» deyib ağlamağa başladı. Dəvə «mənim balam» deyən kimi tülkü deyir: Sən hələ tərbiyələnməmisən? Hələ də «mənim balam» deyirsən? «Bizim balamız» de!
    «Mən»lərin bu cür «biz» olması «dəvə-tülkü» nağılıdır.
    Deməli, bu məktəb də «kamil insan» barəsində kamil məktəb deyil. Bu məktəbdə də yalnız bir dəyərə – o da naqis şəkildə – diqqət yetirilib.
    EKSİSTANSİALİZM MƏKTƏBİ NƏZƏRİYYƏSİNİN XÜLASƏSİ
    Söhbətimizin sonunda digər bir məktəbin nəzəriyyəsini xülasə şəkildə açıqlamaq istəyirəm. Əlbəttə həmin məktəb barəsində gələn söhbətimizdə geniş söhbət aparacağıq.
    Bu məktəb bu gün çox yayılmış məktəblərdəndir və demək olar ki, insani dəyərlər və kamil insan üçün çəkdiyi cizgilər baxımından sosializmin müqabil və əks nöqtəsidir. Sosializm məktəbində ictimai cəhətlərə çox diqqət yetirilib. Sosializm baxımından insan, bütün insanlar arasında bərabərlik və vəhdət bərqərar edildikdə kamil olur. Onların müştərək və kollektiv mülkiyyətə təkid etmələri də ümumi və ictimai cəhətlərə diqqət etmələri səbəbindən olur.
    Eksistansializm məktəbində isə ictimai deyil, fərdi cəhətlərə malik dəyərlərə diqqət edilir. Bu məktəb iradə azadlığı, düşüncə azadlığı, insanın özünə hakimiyyəti və müstəqilliyi məsələsinə çox təkid edir. Bu məktəb deyir ki, hər bir icbardan azad olan, heç bir qüdrətin təsiri altında olmayan, tam azad həyat tərzi keçirən və azad iradəyə malik insan, kamil insandır. Bu məktəbin fikrincə insanlığın əsas meyarı azadlıqdır. Onların agahlıq demələri də onun azadlığın müqəddiməsi olmasına görədir. Deyirlər ki, «kamil insan» azad insandır və insan nə qədər çox azad olsa, bir o qədər kamildir. O, digər amillərin təsiri altında nə qədər çox olsa, insanlığı bir o qədər azalar. Bu məktəb tərəfdarlarının fikrincə, Allaha inam, etiqad və bəndəçilik onun insanlığını sındırır. Onlar deyirlər ki, bu qism inam və etiqadlar insanı Allah müqabilində təslim olmağa vadar edir və Allaha bəndəçilik insanın azadlığını əlindən alır. İnsanın kamilliyi onun azadlığında olduğu və kamil insan, bütün şeylərdən azad olmalı olduğu üçün insan, hətta dini əsirlik və tabeçiliklərdən də azad olmalıdır. Hafiz deyir:
    Qulame himməte anəmke zire çərxe kəbud
    Ze hərçe rənge təəlloq pəzirəd azadəst.
    Yəni: Mən mavi səma altında o kəsin himmətinin quluyam ki, bağlılıq rəngi olan hər bir şeydən azaddır.
    Əgər bu mavi səma altında heç nəyə bağlı olmayan kimsə tapılsa, o, kamildir.
    Digər bir yerdə deyib:
    Faş miquyəmo əz qofteye xod del şadəm
    Bəndeye eşqəmo əz hər do cəhan azadəm.
    Yəni: Faş edirəm və dediklərimdən şadam; eşqin quluyam və hər iki dünyadan azadam.
    Eksistansializm məktəbində deyilir ki, «eşqin quluyam» demək də səhvdir. Hər iki dünyadan, eşqdən və hətta ay üzlüdən də azadam demək lazımdır. İnsanlıq azadlıq və onun tələb etdiyi şeylərdir. Azadlıq üsyan və itaətsizlik, hər şey müqabilində asilik və heç nəyə tabe olmamaqdır. İnşallah gələn söhbətimizdə bu barədə geniş danışacağıq.
    Category: Kamil insan | Views: 532 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019