İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 6
Qonaqlar 6
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 23 » Kəramət sahibləri
    6:44 PM
    Kəramət sahibləri
    «BƏRƏKƏTLI PULLAR»
    Cənab Ələmül-Huda Məlayiri deyir:
    Nəcəf-Əşrəfdə dini təhsil aldığım vaxtlar dolanışıq cəhətdən çətinlik çəkirdim. Bir gün iş o yerə çatdı ki, ailəmə çörək almağa bir qəpik pulum qalmadı. Evdən çıxıb pərişan halda bazara yollandım. Neçə dəfə bazarı əvvəldən axıra kimi gedib-gəldim və kimsəyə öz vəziyyətimi bildirmədim. Öz-özümə fikirləşdim, bazarda bu cür gedib-gəlmək yaxşı iş deyil. Bazardan çıxıb küçəyə daxil oldum, hacı Səidin evinin yanına çatanda birdən Seyyid Mürtəza Kəşmirini gördüm. Mənə çatanda əvvəl dedi: Nə olub sənə? Niyə bu haldasan? Cəddin Əmirəlmöminin (ə) arpa çörəyi yeyərdi, elə gün də olurdu heç nə tapmırdı.
    Beləcə o həzrətin (əs) çətinliklərindən bir az danışıb mənə ürək-dirək verdi və sonra dedi:
    Səbr elə, darıxma, əlbəttə düzələcəkdir. Nəcəfdə gərək zəhmət çəkəsən, əzaba qatlaşasan.
    Bunu deyib bir neçə xırda pul cibimə saldı və dedi: Bu pulları heç vaxt sayma və kimsəyə də söyləmə. Nə qədər istəsən ondan xərclə.
    Mürtəza Kəşmiri gedəndən sonra bazara girib həmin pula bir az çörək, yavanlıq alıb evə döndüm. Neçə gün bu minvalla həmin pulla alış veriş edirdim. Öz-özümə fikirləşdim ki, bu pullar qurtaran deyil, əlimi cibimə salanda oradan pul çıxır, yaxşısı budur ki, bir az evi-eşiyi sahmana salım. Həmin gün evə ət alıb gətirdim. Arvad əti görüb dedi:
    Deyəsən vəziyyətin düzəlibdir, bəxtin gətiribdir? Dedim:
    Bəli. Dedi:
    Onda don tikdirmək üçün mənə bir az parça alarsan.
    Bazara gedib parça satandan arvadın tapşırdığı parçanı kəsdirib bükdürdüm. Əlimi cibimə saldım, bir miqdar pul çıxardıb parça satanın qarşısına qoydum və dedim:
    Bax gör parçanın pulunu ödəyirmi? Əskik olsa, üstünü düzəldim.
    Pulları sayıb gördü ki, elə o deyən miqdardır. Nə isə, bu minvalla mən düz bir il hər gün özümə lazım olan qədər o pullardan xərcləyirdim və bu barədə kimsəyə bir kəlmə söz demirdim.
    Günlərin bir günü paltarımı yumaq üçün dəyişməli oldum və pulları cibimdən çıxarmaq yadımdan çıxdı. Paltarları yumaq üçün verib evdən çölə çıxdım.
    Uşaqlardan biri əlini cibimə salıb pulları çölə çıxardır və həmin pullarla o günün alış verişi edilir. Bununla da pullar birdəfəlik qurtarır.
    Şəhid Ayətullah Dəstğeyb bu hekayənin nəqlindən sonra buyurur:
    Seyyid Mürtəza Kəşmirinin kəramətləri və imam Zaman Həzrətləri (əs) ilə görüşməsini Nəcəf-Əşrəfin əksər elm adamları təsdiq edirdilər.(Şəhid Dəstğeyb, "Dastanhaye şegeft”, səh. 250)
    «ALIMLƏRIN MÜQƏDDƏSLIYI»
    Tehran sakini Hacı Müin Şirazi nəql edirdi:
    Bir gün ruhani yoldaşlarımdan biri ilə birlikdə Tehranın xiyabanlarından birində durub maşın gözləyirdik. Yarım saata qədər gözlədik, maşın tapa bilmədik; taksilər ya dolu gəlirdi, ya da saxlamayıb keçirdilər.
    Yorulub əldən düşmüşdük. Birdən bir taksi gəlib yanımızda dayandı, sürücü dedi:
    Cənablar, buyurun əyləşin, hara lazımdı sizi çatdıraram. Biz əyləşib ünvanı söylədik.
    Yol əsnasında dostuma dedim:
    Allaha şükür ki, Tehranda bir nəfər müsəlman sürücü tapıldı ki, bizim halımıza yansın.
    Sürücü bu sözləri eşidib dedi:
    Cənablar qəribə də olsa mən müsəlman deyiləm, xristianam.
    Dedik, bəs nə əcəb bizə maşın saxladın? Dedi:
    Düzdür ki, müsəlman deyiləm, amma müsəlmanların alimlərinə və ruhani libası geyinmiş elm əhlinə böyük hörmətim var. Başıma bir iş gəldi, ondan sonra ruhanilərə ehtiram etməyi özümə lazım bildim. Soruşdum:
    Nə iş? Dedi:
    Mirzə Sadiq Müctəhid Təbrizini (vəfatı 1351 q.) Təbrizdən Tehrana sürgün edən ili mən kəşfiyyat idarəsinin sürücüsü işləyirdim və onu aparan maşını da mən sürürdüm. Yol üstündə çəmənlik və bulağı olan bir yerə yetişdik. Cənab Təbrizi bu yerə çatanda dilləndi: Burada saxlayın günorta namazımı qılım. Maşında oturan zabit mənə dedi:
    Fikir vermə, yoluna davam et. Mən də etina etməyib maşını saxlamadım. Bulağın başına çatanda birdən maşının mühərriki söndü. Nə qədər çalışdım işə düşmədi. Yerə düşüb maşının kapotunu qaldırıb orasına-burasına baxmağa başladım ki, görüm harası xarab olub. Amma baş çıxara bilmədim.
    Rəhmətlik Təbrizi dedi:
    İndi ki, maşın dayanıb, icazə verin namazımı qılım. Zabit dillənmədi. Ağa düşüb namaza başladı. Mən də maşının mühərrikini qurdalayırdım. Ağa namazını qurtarıb ayağa qalxanda, maşın da işə düşdü.
    O vaxtdan başa düşdüm ki, elm əhlinin libasını geymiş şəxslərin Allah yanında hörmət, izzəti var.(Həmin mənbə, səh. 64)
    «BU EYVANDAKILARDAN BIZDƏ ÇOXDUR»
    Qum şəhərində yerləşən Məhəmmədiyyə məscidinin axundu Şeyx Möhsün Hərəmpənahı rəhmətlik Məhəmmədəli Səfayidən nəql belə edir:
    Samirra şəhərində dərs oxuduğum əyyamda bir müddət pulum olmadı. Çətinliklə yaşayırdım, hətta bir gün səhərdən axşama yeməyə bir şey tapa bilmədim və o gecəni ac yatdım.
    Sübh tezdən acqarnına hücrədən çölə çıxdım. Ayətullah Naininin evinə yollanmaq istədim. Naini o zaman böyük mərcə idi. Amma yolda fikirləşdim ki, onların eyvanında ancaq bir stəkan çayla qonaqları yola salırlar, başqa bir şey verəcəkləri məlum deyil; yaxşısı budur ki, Əsgəreynin(İmam Təqi (ə) ilə İmam Əsgərinin (ə) hərəmi nəzərdə tutulur.) hüzuruna gedim, bəlkə daha yaxşı qonaqlıq oldu.
    Qayıdıb mütəhhər hərəmə tərəf getməyə başladım... Ziyarət edib hacətimi söylədim. Bir az hərəmdə oturub gözlədim, xəbər çıxmadı. Eşiyə çıxıb hərəmin həyətində bir guşədə oturdum... Nə qədər gözlədim bir xəbər olmadı.
    Günorta yaxınlaşırdı... Əlim hər yerdən üzüldü, ümidsizliklə istəyirdim qalxıb yola düzəlim, birdən gördüm Ayətullahül-üzma Naini hərəmdən çıxdı. Həyətə enəndə gördüm mənə tərəf gəlir. Mənə çatanda yaxınlaşıb iki ədəd əşrəfi(O zaman İranın pul vahidlərindən biri. 18 noxud çəkisində qızıl pul sikkəsi.)verdi və dedi:
    Götür; bu eyvandakılardan bizdə çoxdur!(Ne`mətullah Hüseyni, "Mərdane elm dər meydane əməl”, c. 3, səh.109)
    «EŞIDƏN QULAQLAR»
    Elm əhli arasında təqvası, zahidliyi ilə tanınan, "Səfinətül-bihar” və digər məşhur kitabların müəllifi olan rəhmətlik Mühəddis Qumidən birbaşa nəql edərək deyirlər:
    Bir gün Nəcəfin Vadiüs-Səlam qəbristanlığına möminlərin qəbirlərinin ziyarətinə getmişdim. Bu arada, mən olduğum yerdən bir az uzaqda qulağıma dəvə nəriltisi dəydi. Sanki dəvəni dağlayırmışlar, dəvədən elə nərilti, elə bağırtı qopurdu ki, bütün qəbristanlığı lərzəyə salmışdı.
    Mən tez qalxıb dəvənin harayına yetişmək üçün o səmtə yollandım. Yaxınlaşanda gördüm dəvə yoxdur, nərilti, gurultu basdırılmaq üçün gətirilmiş bir cənazədən qopur. Cənazəni basdırmağa gəlmiş adamların bu qəziyyədən əsla xəbərləri yox idi. Sakitcə hərə öz işini görürdü.
    Yəqin etdim ki, bu zalım bir adamın cənazəsidir ki, ölümünün ilk mərhələsində bu aqibətə düçar olmuşdur. Yəni dəfndən və qəbir əzabından qabaq öz bərzəxdəki surətini görüb qorxuya düşmüş, fəryad qopartmışdır.(Ayətullah seyyid Məhəmməd Hüseyn Hüseyni Tehrani, "Mə`ad şenasi”, c. 1, səh. 137)
    «BARMAĞIN TƏSIRI»
    Şeyx Mehdi Qumi hədsiz məqam və kəramət sahibi olmuşdur. O cümlədən, əgər barmağını və ya üzüyünü ilan və əqrəb çalan yerə qoysaydı, o saat zəhərin təsiri gedər, sancı kəsərdi və beləliklə xəstə şəfa tapardı.
    Bu kəraməti Qumun alimləri və ağsaqqallarının dəfələrlə müşahidə edib, yaxından öz gözləri ilə gördüyünü nəql edirlər.
    Bir gün İsfahana səfər etmiş Şeyx Mehdi Qumi Quma qayıtmaq üçün avtobusa minəndə sürücü deyir:
    Mən maşına axund mindirmirəm. (Rzaxan Pəhləvinin zamanı olduğu üçün ruhanilərə münasibət mənfi idi.) Nəhayət avtoparkın müdirinin xahişi ilə sürücünü yola gətirirlər və şeyx avtobusa oturur.
    Təsadüfən yolda "Murçe-xort” deyilən məntəqədə maşının təkəri deşilir. Əvvəldən şeyxin avtobusa minməsindən narahat olan sürücü qışqır-bağır salıb deyir:
    Mən demədim ki, şeyxi avtobusa buraxmayın? Gördünüz, mənim sözüm düz çıxdı... Bunun ayağı bizə düşmədi, təkər də partladı.
    Nə isə... Sürücü camaatın gözünün önündə şeyxə ağzından çıxanı deyir. Camaat təkər dəyişənə qədər, hərəsi bir tərəfə dağılır. Şeyx də öz müridləri ilə bir tərəfdə əyləşib işin axırını gözləyir. Sürücü ayaq yoluna çıxmaq üçün bir təpənin arxasına getmişdi, elə bu dəmdə qışqırtısı göyə qalxır:
    Vay öldüm, kömək... Camaat, dadıma yetişin...
    Camaat ona tərəf qaçır, görürlər ilan ayağını sancıb. Deyəsən sürücü başa düşür ki, bu bəla şeyxə hörmətsizlik etdiyi üçün onun başına gəlmişdir və bu bəla ilə də ölməlidir; çünki burada nə həkim tapılacaqdı, nə də dərman. Ölümünü yəqin edib dedi:
    Şeyxə deyin qələt eləmişəm, məni halal etsin. Vəziyyəti gedib şeyxə danışırlar, buyurur:
    Eybi yox, mən onu halal etdim, gedin onu mənim yanıma gətirin. Sürücünü şeyxin yanına gətirirlər. Ağrının şiddətindən iki qat olmuş sürücü tez-tez üzürxahlıq edirdi. Şeyx əlini ilan sancan yerin üstünə qoydu. O saat zəhər çölə axdı və ağrı sakitləşdi.
    Sanki sürücü yenidən dünyaya gəldi və o zamandan öz fasid əqidəsindən tövbə edib şeyxin yaxın müridlərindən birinə çevrildi.(Məhəmməd Razi, "Asarul höccət”, c. 1, səh. 117)
    «RƏHLIN SƏDASI»
    Seyyid Yəhya Müdərris Yəzdidən nəql olunur:
    Ustadımız Ayətullah Ziyaüddin İraqi 1361-ci (h.q.) ildə həyatla vidalaşandan sonra Nəcəfin elmi hövzəsi üç gün tətil oldu və yas mərasimləri təşkil edilib o cənabın əziz xatirəsi yad olundu.
    Bir neçə gündən sonra biz Məhəmmədhüseyn İsfəhaninin (Kompani ləqəbi ilə məşhurdur) evinə gedib ondan xahiş etdik ki, dərsləri başlasın.
    O dedi:
    Ağa Yəhya! Açığı mən bu gün dərsləri başlamaq istəyirdim, amma həqiqət budur ki, sübh namazından sonra duaya və Allahın zikrinə məşğul idim ki, yarı yuxulu, yarı oyaq halda rəhmətlik Ziyaüddin İraqi gəlib durdu qapının ağzında və dedi:
    Şeyx Məhəmmədhüseyn! Hazırlaş gələn cümə axşamı bizim yanımızda olacaqsan. Mən yəqin etdim ki, ömrümün son günlərini yaşayıram.
    O deyən kimi də oldu. Həftənin axırı Ayətullah İsfəhani heç bir xəstəliyi olmadığına baxmayaraq, gözlənilmədən dünyadan köçdü.
    ...Həmçinin Seyyid Mustafa Səfayi Ayətullah Məhəmməd Haşimi Gülpayqaninin dilindən nəql edirdi ki, buyurdu:
    Məhəmmədhüseyn İsfəhaninin vəfat etdiyi gecə atam seyyid Cəmaləddin Gülpayqani məni çağırıb dedi:
    İndicə Ziyaüddin İraqi gəlmişdi. Dedi ki, Ayətullah İsfəhani bizim yanımıza gəldi. Mən dedim:
    Ağacan! Şeyx Məhəmmədhüseyn sap-sağlamdır, neçə saat bundan qabaq onu görmüşəm. Dedi:
    Oğlum! Bu dəqiqələrdə ağa Ziyaüddin gəldi və bu xəbəri gətirdi. Sən get, öyrən gör, nə xəbər var.
    Mən qalxıb Ayətullah İsfəhaninin halını öyrənməyə gedirdim ki, gördüm rəhmətliyin evindən şivən səsi qalxdı. Tez evinə gedib yatağına yaxınlaşdım. Gördüm dünyadan köçüb.(Şeyx Məhəmməd Razi, "Kəramate Salehin”, səh. 267)
    «XALIS INCILƏR SILSILƏSINDƏN»
    İmam Əli (ə) buyurur:
    Arif şəxs dünyadan köçəndə, nə rəhbərlər, nə də şəhidlər onu nə qiyamətdə, nə də Rizvan cənnətdə axtararlar tapa bilməzlər. Həmçinin Cəhənnəmin maliki atəşdə tapa bilməz.
    Bir nəfər sual edir:
    Bəs arif harada olar?
    İmam cavabında buyurur:
    "Qüdrətli padşahın yanında, ləyaqətli bir yerdə olar (Quran ayəsi).” (Yəni ariflərin yeri "cənnəti-zat”dır.)(Əllamə Həsənzadə Amuli, "Dər Asimane mə`rifət”, səh. 350)
    «SU ILƏ DOLU QUYU»
    Tehranın tanınmış vaizlərindən olan Şeyx Məhəmməd Mehdi Tac nəql edirdi ki, Tehranın hörmət sahibi olan tacirlərindən biri deyirdi:
    Tehranın Şimiran adlı səfalı yerində bağ almışdım, amma su cəhətdən korluq çəkirdik. O zaman həmin yerə su borusu çəkilməmişdi. Ona görə də naçar qalıb qərara gəldik ki, bağın bir yerində dərin quyu qazdırıb nasos vasitəsilə su çəkib, bağı suvaraq. Amma bağın hansı yerini qazdıqsa su çıxmadı. Çoxlu xərcim çıxmasına baxmayaraq bir nəticə hasil olmadı.
    Bağı o vəziyyətdə qoyub bir gün İmam Rizanın ziyarəti üçün Məşhədə yollandıq. Orada olanda mənəvi məqam sahibi şeyx Həsənəli Noxudəki ilə köhnədən tanışlığımız olduğu üçün onun da ziyarətinə getdim. Hal-əhvaldan sonra söhbət əsnasında bağın əhvalatını − çoxlu xərc çəkdiyimi, zərərə düşdüyümü də ona danışdım və ondan kömək istədim. Buyurdu:
    Bir göstəriş verəcəm, əgər o göstərişə uyğun əməl etsəniz, bağın hansı yerini qazsanız su çıxacaq və heç vaxt da qurtarmayacaq. Həmin su sizin bütün ehtiyaclarınızı ödəyəcək, bu şərtlə ki, bağın xaricində bir dənə də gedib-gələnlər, qonşular üçün bulaq yeri düzəldəsiniz.
    Deyilən şərti qəbul etdim. Sonra şeyx Həsənəli bir kağız parçası götürüb üstünə bir-iki cümlə dua yazdı və mənə verib buyurdu:
    Hansı tərəfi istəsən qazdırarsan, amma əvvəl bu kağızı qazdıracağın yerə qoyarsan sonra qazarlar. Elə ki, suya çatdınız bu kağızı quyuya tullayarsınız.
    Onun dediyi kimi də elədik. Birinci qazmada suya yetişdik. İndiyə qədər o quyudan istifadə edirik, amma qurumaq bilmir. Bir dənə də bulaq gözü çöl tərəfdə düzəltmişik ki, ümumi camaat istifadə etsin.(Əli Miqdadi, "Neşani əz bi neşanha”, səh. 80)
    «NƏ DEMIŞDIM YERINƏ YETIR»
    Cənab şeyx Muxtar Ruhani nəql edir:
    Bir gün seyyidə və kasıb bir qadın məndən çadır və baş örtüyü istədi. Dedim, indi sənin xahişini yerinə yetirməyə bir şeyim yoxdur. Təsadüfən həmin gün Şeyx Həsənəli İsfəhaninin yanına getməli oldum.
    Xudahafizləşib yanından çıxmaq istəyirdim ki, mənə bir az pul uzadıb dedi:
    Bu pulu götür həmin seyyidə qadına çadır və baş örtüyü al. Sonra əlavə bir tümən pul, bir kisə də düyünün qəbzini verdi ki, o qadına çatdırım.
    Təəccüb məni götürdü ki, şeyx hardan xəbər tutdu ki, belə bir qadın məndən çadır istəmişdi? Xülasə ordan çıxıb yola düzəldim. Yolda fikirləşdim ki, hələlik bu bir tüməni və düyünün qəbzini qadına verməyim, başqa vaxt verərəm, amma birdən qulağıma şeyxin səsi gəldi ki, dedi:
    Nə demişdim yerinə yetir, işə dəxalət etmə!(Həmin mənbə, səh. 50)
    «YALNIZ BIR NEÇƏ−SANIYƏ»
    Seyyid Əbülqasim Hindi nəql edir ki, Şeyx Həsənəli İsfəhani ilə birlikdə Məşhədin ətraf dağlarından birinə − Məcuni dağına getmişdik. Bu anda dağın bir kənarından quldurluğu ilə ətraf kəndlərin canına qorxu salmış Məhəmməd Quşabadi peyda oldu və xəbərdarlıq etdi ki, yerinizdən tərpənsəniz, özünüzü ölmüş bilin.
    Şeyx məndən soruşdu:
    Dəstəmazın varmı? Dedim:
    Bəli. Əlimdən yapışıb dedi:
    Gözlərini yum. Bir neçə saniyədən sonra bir-iki addım getməmişdik ki, buyurdu:
    Aç gözlərini. Elə ki, gözlərimi açdım, gördüm şəhər darvazasının yaxınlığındayıq.
    Həmin gün günortadan sonra yanına getdim... Soruşdu: Səhərki əhvalatı kimsəyə danışmamışsan ki? Dedim:
    Yox. Dedi:
    Dilinə yiyəlik edə bilməyin çox yaxşıdır. Hələ ki, mən sağam o macəranı bir kəsə söyləməməlisən, yoxsa öz həlakına səbəb olarsan.(Həmin mənbə, səh. 47)
    Category: Kəramət sahibləri | Views: 1239 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024