İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2075
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 4
Qonaqlar 3
İstifadəçilər 1
Ferec313
Son qeydiyyatçılar
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Main » 2011 » September » 23 » Kamil insan
    7:08 AM
    Kamil insan
    MEHRİBANÇILIĞA BİR MİSAL
    Ümumiyyətlə rəhm, mehribançılıq və başqalarının halına yanma islamda həmişə təkid olunmuş məsələlərdəndir. Bəlkə də nəql edəcəyim bu əhvalatı hamınız eşitmisiniz. Bir dəfə, cahillik dövrünün tanınmış şəxsiyyətlərindən biri Peyğəmbər (s)-in yanına gəlir və görür ki, o həzrət nəvələrindən birini dizinin üstündə oturdub üzündən öpür, başını sığallayaraq ona məhəbbət göstərir. Həmin şəxs birdən Peyğəmbərə (s) üz tutaraq belə deyir: Mənim on uşağım var, amma indiyə kimi bir dəfə də olsun belə, onların heç birini öpməmişəm. (Bu həmin Niçe məktəbidir. Çünki öpmək onları sevməyim və onlara acımağım deməkdir. Başqasına acımaq isə zəiflikdir. Güclü adam heç vaxt belə işlər görmür, bu qism işlər güclü adam üçün yüngüllükdür.) Bu barədə nəql edilmiş rəvayətlərin birində deyilir ki, Peyğəmbər (s) bu sözdən o qədər narahat oldu ki, mübarək sifəti qızardı, rəngi dəyişdi və belə buyurdu: «Başqasına rəhm etməyənə rəhm edilməz!» Yəni Allah başqasına rəhm etməyən şəxsə rəhm etməz. Başqa bir rəvayətdə isə nəql edilib ki, o həzrət belə buyurub: «Əgər Allah sənin qəlbindən rəhmi çıxarıbsa, mən nə edim?!»
    Bu barədə də hədis və rəvayətlər çoxdur. Əli (ə)-ın həyatı buna ən yaxşı nümunədir. Ümumiyyətlə o həzrət rəhm və mehribançılıq simvoludur. Zəif adamın qarşısında dayananda Əli (ə)-ın rəhm və məhəbbət dəryası cuşa gəlir.
    QƏRBDƏKİ İNSANİ DUYĞU VƏ HİSSLƏR
    Mən keçən söhbətimizdə şərqli və qərblinin ruhiyyəsi barəsində danışaraq dedim ki, qərblilərin ruhi dərinlikləri soyuqqanlıq və sərtlikdir, onlar rəhimsiz və daşürəkli adamlardır. Əlbəttə onların özləri də bu məsələni etiraf edir və məhəbbət, güzəşt, ehsan və bu kimi xüsusiyyətləri şərqli xislətləri adlandırırlar. Onlarda hətta atanın övladına, övladın ata-anaya və ya bacı-qardaşın bir-birinə məhəbbəti də çox azdır. Şərqlilər bu məsələni hiss edərək deyirlər ki, insani hiss və duyğular yalnız şərqdə mövcuddur və qərbdə həyat çox quru və cansıxıcıdır. Orada, başqalarına nisbətdə deyil, öz aralarında ictimai ədalət var, amma məhəbbət, qayğıkeşlik və bu kimi xislətlər yoxdur.
    Bizim dostlarımızdan birinin oğlu Avstryada təhsil alırdı və onun özü də mədəsini müalicə etdirmək üçün oraya getmişdi. O, deyirdi ki, mən xəstəxanadan çıxandan sonra özümü yaxşı hiss etmirdim. Bir gün oğlumla restoranda oturmuşdum və oğlum yemək, çay və qəhvə sifariş verərək mənə qulluq edir, ətrafımda fırlanırdı. Restoranın o biri tərəfində ər-arvad olmaları bəlli olan bir kişi ilə bir qadın oturmuşdu və onlar diqqətlə bizə baxırdılar. Oğlum yerindən durub o tərəfə gedərkən gördüm ki, onların yanından keçəndə ondan nəsə soruşdular və o da onlara cavab verdi. Oğlum gələndə soruşdum ki, onlar nə deyirdilər? Dedi ki, məndən soruşdular ki, sənin bu qədər qulluq etdiyin şəxs kimdir? Mən də dedim ki, atamdır. Dedilər ki, atan olanda nə olar? Məgər sən ona bu qədər qulluq etməlisənmi? Oğlum deyir ki, mən onlarla öz məntiqləri ilə danışdım və dedim ki, axı o, mənə pul göndərir və mən burada dərs oxuyuram; o, pul göndərməsə mən burada oxuya bilmərəm. Təəccüblə soruşdular: O, sənin xərcliyini öz qazandığı puldan göndərir?! Dedim ki, bəli, özü qazandığı pullardan göndərir! Onlar çox təəccübləndilər və sonra bizə, sanki buynuzlu divlərə baxan şəxslər kimi baxmağa başladılar. Bir az sonra bizim yanımıza gəlib söhbət etməyə başladılar. Dedilər ki, bəli, bizim də bir oğlumuz var və neçə ildir ki, xaricdədir və s. Oğlum, sonra onlar barəsində gizli araşdırma apardı və məlum oldu ki, onların heç övladı da yoxdur. Sonra dedilər ki, biz otuz ildir nişanlıyıq. O vaxt dedik ki, bir-birimizin xasiyyəti ilə tanış olmaq üçün bir müddət belə yaşayaq, əgər bir-birimizin xasiyyətindən xoşumuz gəlsə, gedib rəsmi surətdə evlənərik. Amma indiyə kimi vaxt edib rəsmi surətdə evlənə bilməmişik.
    Mərhum Ayətullah Birucirdinin Almaniyaya göndərdiyi nümayəndə rəhmətlik Mühəqqiq doğrudan da çox təəccüblü bir əhvalat nəql etmişdi. O, deyirdi ki, biz orada olanda sonradan müsəlman olmuş bir professor bizimlə çox get-gəl edirdi. ömrünün axırında həmin qocaman professorda xərçəng xəstəliyi tapıldı və o, xəstəxanada yatmalı oldu. Mühəqqiq danışırdı ki, biz və orada olan müsəlmanlar onun yanına xəstəxanaya gedirdik. Bir gün həmin professor gileylənərək dedi: Mən birinci dəfə xəstələnəndə həkimlər analiz götürüb dedilər ki, səndə xərçəng xəstəliyi var. O zaman oğlum və arvadım yanıma gəlib dedilər ki, sənin xərçəng xəstəliyin varsa demək öləcəksən, bəs sağ ol, biz getdik! Onların hər ikisi sağ ol deyib getdilər və fikirləşmədilər ki, bu bədbəxtin belə vəziyyətdə məhəbbət və mehribançılığa ehtiyacı var. Mühəqqiq deyirdi ki, biz onun kimsəsiz olduğunu bildiyimiz üçün tez-tez yanına gedirdik. Bir gün, xəstəxanadan xəbər verdilər ki, professor ölüb. Biz onun cənazəsinə qüsl verib kəfənləyərək dəfn etmək üçün xəstəxanaya getdik. Gördük ki, onun oğlu da oradadır. öz-özümüzə fikirləşdik ki, oğlu heç olmasa cənazəsinin dəfni üçün də olsa gəlib. Amma sonra məlum oldu ki, professorun oğlu ölməmişdən qabaq onun cənazəsini xəstəxanaya satıbmış və indi də gəlib ki, meyidi təhvil verib pulunu alsın!
    ƏDALƏT FƏDAKARLIQDAN QABAQKI MƏRHƏLƏDİR
    Mənim əsas məqsədim bunlar deyildi. Onların insani hisslərə malik olmamalarında heç bir işim yoxdur. Məqsədim budur ki, bizim insani hiss və duyğular adlandırdığımız işlərin çoxu insani hiss deyil, bir növ özünü istəməkdir. Lakin biz onları insani hiss və insanlıq adlandırırıq.
    İnsani hiss nə deməkdir? İnsani hissin mənası budur ki, insan öz qanuni haqqını başqalarının xeyrinə sərf etsin. Belə bir adam bundan qabaqkı mərhələni keçməlidir Bundan qabaqkı mərhələ, insanın xalqın hüququnu pozmaması, onların hüquqlarına hörmət bəsləməsi və öz haqqını əldə etməsi və sonra, öz qanuni haqqından başqalarına xeyir vermək üçün istifadə etməsidir. Bu işi görən şəxsin həmin xisləti «ictimai insanlıq hissi» adlanır.
    Amma siz həyatda heç vaxt öz haqlarına qane olmayan, halal-haram fikirləşmədən nə yolla olursa-olsun pul əldə etmək istəyən və başqalarının hüquqlarını pozan şəxslərlə rastlaşırsınız. İndi həmin şəxsin bir gün filan dostuna görə neçə min manat pul xərcləyəndə biz, onun bu işini səxavət, humanistlik və ictimai insanlıq hissi kimi qiymətləndiririk. Xeyr, bu ictimai insanlıq hissi deyil, özünü istəmək və şöhrətpərəstlikdir. İnsanın şöhrətpərəstlik və özünü sevdirmək xatirinə bu cür işlər görməsi insansevərlik və humanistlik deyil. Neçə nəfərin hüququnu pozaraq bir nəfərə pul xərcləyən şəxs humanist deyil, bizim etdiyimiz işlərin çoxu insansevərlik deyildir.
    Bu barədə başqa bir məsəl çəkim. Bəzilərimiz qonaqpərvərlik adlandırılan bir xislətə malikik və ya onu özümüzə yapışdırırıq. Deyirik ki, biz mərdik və mərd kişinin qapısı açıq olar! Həmişə qonağın biri gəlir, biri gedir. Nahar, şam və hətta gecə yatmaq üçün evimizə qonaq çağırırıq. Bu iş öz-özlüyündə yaxşı bir işdir, amma işin o biri tərəfini fikirləşmirik. Çox vaxt qonaqpərvərlik adı ilə evdə olan həyat yoldaşımıza zəhmət verir və «qapımız açıqdır, biz qonaqpərvərik!» deyirik. Şəri baxımdan bizim, həyat yoldaşımıza göstəriş vermək ixtiyarımız yoxdur və onun özü, öz razılığı ilə işləmək istəsə azad şəkildə ev işlərini görməlidir. Birinə zülm etmək bahasına başa gələn səxavət qonaqpərvərlik deyil!
    Əli ibni Əbu Talib (ə) evdə həyat yoldaşı Zəhra (s) ilə həmkarlıq edib. Zəhra (s) ev işlərini öz ixtiyarı ilə seçmişdi və Əli (ə) onu hansısa işə məcbur etmirdi.
    İndi sual budur ki, adamın həmişə evə qonaq gətirməsi və bədbəxt arvad bir dəfə yorulanda onunla kobud davranaraq «istəmirsənsə mənim evimdən çıx! deməsi qonaqpərvərlik və insansevərlikdirmi?
    Deməli bunlar da ictimai insanlıq hissləri deyil. Bəli, işin fədakarlıq mərhələsinə çatması başqa bir şeydir. Əməllərinin ictimai insanlıq hissləri əsasında olmasını istəyən şəxs, əvvəlcə ədalət mərhələsini keçərək arxada qoymalıdır, yəni o, adil olmalı və başqalarının hüquqlarını pozmamalıdır. Belə olan surətdə əgər öz haqqından keçərək onu başqalarına xidmət yolunda qurban vermək istəyirsə, buna heç bir mane yoxdur. Buna görə də böyük alimlərin bəziləri başqalarının hüquqlarını zərrəcə belə pozmamaları üçün çox ehtiyatlı davranıblar. Onlar öz evlərində, həyat yoldaşları və uşaqlarından hətta bir dəfə də olsun amiranəliklə bir şey istəməyiblər.
    İslam dünyasının çox böyük müctəhidlərindən olan mərhum ayətullah hacı şeyx Əbdülkərim Hairinin ustadlarından olmuş mərhum Mirzə Məhəmmədtəqi Şirazi barəsində nəql edilib ki, o, heç vaxt ailə üzvlərinə göstəriş verməyib. Deyirlər ki, o, bir dəfə xəstələnibmiş və həyat yoldaşı ona, düyü şorbası bişiribmiş. Uşaqları yeməyi gətirib qapının ağzına qoyub gedirlər. O, bərk xəstələndiyi və yerindən dura bilmədiyi üçün yemək qoyulduğu yerdə qalır və bir neçə saatdan sonra gəlib görürlər ki, yeməyi hara qoymuşlarsa, orada da qalıb. Niyə? Çünki o həmin yeməyi yemək üçün uşaqlardan birini çağıraraq onlardan bu işi görmələrini istəməli idi. O mərhum, şəri baxımdın həyat yoldaşını mətbəxdən çağıraraq ondan bu işi görməsini istəməyin düz olub-olmamasında şəkk etdiyi üçün onu çağırmayıb. Fikirləşirmiş ki, həyat yoldaşı öz razılığı ilə ev işlərini görürsə bunun mənə heç bir günahı yoxdur, çünki mən ona bu barədə göstəriş verməmişəm. Amma mən ona göstəriş verilməsi tələb olunan iş deyə bilmərəm.
    Deməli, insanın qayğı və fədakarlığı özünü göstərmək və istəmək üçün olmayanda, əsl insani hiss və fədakarlıq hesab olur.
    HƏQİQİ FƏDAKARLIĞA BİR NÜMUNƏ
    Əziz islam peyğəmbəri həzrət Məhəmmədin (s) səhabələri haqda Mutə müharibəsində baş vermiş bir hadisə nəql edilib və bu, çox heyrətləndirici bir hekayətdir. Bu hadisə əsl fədakarlıq nümunəsidir. Mutə müharibəsində səhabələrdən bir qrupu yaralanaraq yerə düşürlər. Yaralı adamın qanı axdıqca onun bədəni yenidən qan yaratmalı olur. Bu vəziyyətdə insan çox susuzlayır, çünki bədənin yeni qan yaratması üçün suya ehtiyacı olur. Buna görə də yaralanmaq və bədən qanının axması susuzluq yaradır. Bir nəfər əlində su qabı tutaraq müsəlman yaralıların arasında gəzməyə başlayır ki, onlardan susuzlayanı olsa ona su versin. Yaralılardan birinə yaxınlaşaraq ona su vermək istəyəndə, yaralı əli ilə başqasını göstərdi ki, suyu ona ver, onun suya ehtiyacı daha çoxdur. Su paylayan həmin adamın yanına gedir, amma o da başqa birisini göstərir və onun suya daha çox möhtac olduğunu deyir. Həmin şəxs üçüncüsünün yanına gedəndə görür ki, o, ölüb. Geri qayıdanda görür ki, ikinci adam, yəni onun su təklif etdiyi ikinci şəxs də ölüb. Birincinin yanına qayıdanda onun da öldüyünü görür. Buna fədakarlıq və başqasını özündən üstün tutmaq, yəni tam ehtiyac içində olmasına baxmayaraq, başqasını özündən üstün tutmaq deyirlər.
    MƏHƏBBƏT MƏKTƏBİNİN İRADLARI
    Məhəbbət və xidmət məktəbinin də iki iradı vardır. Əlbəttə məqsədimiz məhəbbətdən yaranan xidmətdir. Xidmət və məhəbbətin insani dəyərlərdən olmasında heç bir şəkk-şübhə yoxdur, amma onlar, insani dəyərlərdən yalnız biridirlər. Qüdrət məktəbinə edilmiş iki irad bu məktəbə də aid edilib.
    İradlardan biri budur ki, məhəbbət məktəbi də təkdəyərlidir, yəni bütün dəyərləri buraxaraq bir dəyərə, yəni xidmət və məhəbbətə yapışıb. Məhəbbət, insan üçün kamillikdir; həddindən artıq feyz və bərəkət yetirmək kamaldır. Filosofların sabit etdikləri kimi, çox feyz yetirmək, səxavətlilik və bağışlamaq kamillik sifətlərindəndir və onlar, Allah-taalanın da zati sifətlərindən sayılır. Buna görə də vücudu vacib olan uca varlıq «tam feyz və bərəkət yetirən»dir. Bəs bu məsələdə heç bir şəkk-şübhə yoxdur. Məhəbbət məktəbi tərəfdarlarının səhvi budur ki, onlar, digər dəyərləri unudaraq, xalqa xidmətdən başqa heç nəyin olmaması və insanlığın yalnız bu dəyərdən ibarət olmasını vurğulayıblar. Qüdrət məktəbinin mühüm səhvi qüdrəti düzgün tanımaması, onun yalnız qol gücündən ibarət olmasını düşünməsi və ruhi qüdrətləri unutması olduğu kimi, xalqa xidmət məsələsində də çox-çox böyük bir səhvə yol veriblər və mən, həmin səhvi burada izah edəcəyəm.
    Xalqa xidmət nədir? Xalqın nəyinə xidmət etmək lazımdır? Mənim, «insanlıq yalnız xalqa xidmətdən ibarətdir» deyən şəxslərə sualım var. Siz mənə, xalqın nəyinə xidmət etmək lazım olmasını izah edin. Ola bilər ki, siz Allah bəndələrinin qarınlarına xidmət etməyin lazım olmasını bildirirsiniz, yəni deyəcəksiniz ki, Allah bəndələri acdırlar və onların qarınlarına xidmət etmək lazımdır. Ac insanların qarınlarının doyuzdurulmasını lazımı məsələlərdən olmasında şəkk-şübhə yoxdur. Allah bəndələrinin bədənlərinə də xidmət etmək lazımdır. Əgər çılpaqdırlarsa geyindirilməli, isti-soyuqdan qorunmalı, mənzillə təmin edilməli və azadlıqları yoxdursa, onlara azadlıq verilməlidir. Bəli bunların hamısı düzdür və bunlar xalqa xidmətdir. Amma burada ortaya belə bir sual çıxır ki, son nəticə nədir? Bizim Allah bəndələrinin ancaq ehtiyaclarını ödəməyimiz yaxşı və xeyirli əməldir? Əgər Allah bəndələri özləri-özlərinə xidmət etmirlərsə və özləri özlərinə düşməndirlərsə, yəni nadanlıq ucbatından elə əməllər edirlər ki, özləri özlərinin bir nömrəli düşmənidirlərsə və səadət yolu deyil, bəşəriyyətin bədbəxtliyi yolunda hərəkət edirlərsə biz, yenə də gözümüzü yumaraq «Allah bəndələrinə xidmət etmək lazımdır; bizim başqa şeylə nə işimiz var? Biz qarınları doyuzdurmalıyıq!» deməliyikmi? Bizim, «qarını doyanın hansı yolla getməsi, hansı hədəf və məqsədə qulluq etməsi və indi hansı yolda olması ilə nə işimiz var?» deməyimiz düzdürmü? Bizim yol və hədəflə işimiz olmamalıdırmı? Ancaq qarın tox olmalı və bədən örtülməlidir? Yaxud insanlara xidmət, insanlığa xidmət şərti ilə olmalıdır, yəni insani dəyərlərə xidmət edilməlidir? Bəli, məsələ elə buradadır. Allah bəndələrinə xidmət o vaxt insani dəyərə malikdir ki, o, digər insani dəyərlər istiqamətində olmuş olsun. Xalqa xidmət digər insani dəyərlər istiqamətində olmasa, bir qara pul qədər də dəyərə malik deyildir.
    XALQA XİDMƏT İMANIN MÜQƏDDİMƏSİDİR
    Burada digər bir mətləbə də toxunmaq lazımdır. Bir qrup deyir ki, məgər Allahın bütün əmrləri, iman və ibadət insanların sonda xeyirxah olmaları və Allah bəndələrinə xidmət etmələri üçün deyilmi? Onlar deyirlər ki, bizim imanlı olmağımız nəticədə, onun sayəsində Allah bəndələrinə xidmət etməyimiz üçündür. Allaha ibadət etməliyik, çünki ibadət sayəsində onun bəndələrinə daha yaxşı xidmət edirik. Onların fikrincə islam, digər bütün dinlər və bəşəriyyətin böyük şəxsiyyətlərinin göstərişləri Allah bəndələrinə xidmət göstərilməsi üçün müqəddimədir. Onlar Allah bəndələrinin özlərinin nə olmaq istədiklərini demirlər. Axı xalqa xidmət edilməsinin zərurliyini vurğulayanlar Allah bəndələrinin proqramlarının nə olmasını da deməlidirlər. Allah bəndələrinin öz proqramları nədir? Onların heç bir proqramı yoxdur? Xeyr, belə deyil. İman, ibadət və digər şeylər xalqa xidmətin müqəddiməsi deyildir, məsələ tamamilə bunun əksinədir, yəni xalqa xidmət iman, ibadət, ağıllılıq və digər dəyərlərin müqəddiməsidir. Biz xalqa, onları iman və allahpərəstlik yoluna istiqamətləndirmək və digər dəyərlərə sövq etmək üçün xidmət etməliyik.
    İman xalqa xidmət üçün müqəddimə deyil, xalqa xidmət iman üçün müqəddimədir. İslam belə bir məktəbdir və onun sözü budur. Doğrudan da fikirləşəndə, xalqa xidmətin bundan başqa digər faydasının olmadığını görürük. Əgər belə olmasa, yəni xalqa xidmət imanın müqəddiməsi olmasa, biz bütün insanları onların insanlıqlarından ayrı təsəvvür etməliyik. Sonra da, əvvəllər dediyimiz kimi, Lumumba ilə Cumba Musaya bir gözlə baxmalıyıq, çünki onların hər ikisi insandır və hər ikisinin qarnı var, hər ikisi ac və çılpaq ola bilər. Bu iki insan bioloji baxımdan bir-birindən fərqlənmir.
    Mən nisbətən abırlı jurnalları oxuyanda görürəm ki, bəziləri islam irfanının məqamını yüksəltmək və onu tərifləmək istəyəndə deyirlər ki: Bizim ariflərimiz balaca adamlar deyildirlər, onlar çox böyük sözlər deyiblər! Soruşuruq: Ariflərimiz nə deyiblər?! Cavab verirlər: İrfanın sonu xalqa xidmətdir!
    Xeyr, məsələ belə deyildir. İrfanın sonu deyil, ortası, bəlkə də yolunun əvvəli xalqa xidmətdir. İrfanda xalqa xidmət var və olmalıdır da, amma bu irfanın sonunda deyil. Xalqa xidmət irfanın müqəddimələrindən biridir. Şəri dillə desək, Allaha yaxınlaşmaq xalqa xidmətin müqəddiməsi deyil, xalqa xidmət ilahi dərgaha yaxınlaşmağın müqəddiməsidir!
    Deməli, məhəbbət məktəbinin də iki iradı vardır. Onlardan biri bu məktəbin məhəbbəti yeganə dəyər hesab etməsi, digəri isə məhəbbəti insanlığın sonu təsəvvür etməsidir. Başqa sözlə desək, bu məktəb insanlığın son mərhələsini xidmət və məhəbbət hesab edir. Amma islam bunu qəbul etmir. İslam xalqa xidmət və məhəbbət göstərilməsini qəbul edir, sitayiş edərək dəyər sayır, amma yolun sonunda deyil, əvvəlində olan bir dəyər kimi! Yolun sonu xalqa xidmətdə bitmir, əksinə əvvəl oradan başlamaq lazımdır, amma əsl hədəf və məqsəd başqa bir şeydir.
    Category: Kamil insan | Views: 934 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024