1. Əlləri qiyam halında təkbir deyərkən yuxarı qaldırmaq Allahdan qeyri hər bir şeyi arxaya atmaq (kənara qoymaq) deməkdir. Buna baxmayaraq bizlərdən bə`zilərimiz elə namaz qılırıq ki, elə bil Allaha ehsan veririk. Buna görə də bizim səcdəmiz, rükumuz qiyamımızla fərq etmir. Amma elə kəslər olub ki, rükuda əsirmişlər. Bədənləri tərpənməsə də qəlbləri Allahın xofundan lərzəyə gəlirmiş. Belə insan namaza duranda günahlarını yada salır. Belə olan halda, artıq günahla
... Read more »
Qur`an və Əhli-beytə (ə) doğru-düzgün e`tiqadı olmadan gedilən hər-hansı bir yol sonda tənəzzülə uğrayacaqdır. Nəticədə tarix, o cümlədən də Səqifə əhvalatı və Kərbəla vaqiəsi kimi mühüm hadisələr hər gün təkrar olur.
Çünki hər gün haqq olanın haqqı tapdalanır və nahaqqa haqq qazandırılır. Həmişə Hüseyn (ə) və Yezid kimi haqq və batil də mövcud
... Read more »
Görkəmli filosof ustad şəhid Mürtəza Mütəhhəri yeni kəlam elminin əsasını qoymuşdur.
Şəhid Mürtəza Mütəhhərinin əsərlərini oxuyub başa düşmək, onun düşüncə və təfəkkür zirvəsini fəth etmək həddindən artıq çətin, amma eyni zamanda mühüm və zəruridir. Bəli, ustadın islam maarifi və ilahiyyat elmləri sahəsində yazıb-yaratdığı əsərləri oxuyub başa düşmək çəti
... Read more »
QƏDİM KƏLAM ELMİNDƏ MÜZAKİRƏ OLUNAN MƏSƏLƏLƏR HAQQINDA
Qədim kəlam elmində bir çox məsələlər müzakirə olunurdu. Zaman keçdikcə onlardan bir çoxu öz aktuallığını itirdi və artıq bu elmdə həmin məsələlərdən çox az bir qismi qalmaqdadır. Onlara misal olaraq Quranın hadis1 və ya qədim2 olması məsələsini qeyd etmək olar.
Müasir dövrdə artıq başqa məsələlər daha maraq
... Read more »
Əsrlər boyu dünya mütəfəkkirləri arasında özünəməxsus fikir və əndişəsi olan şəxslər yaşayıb-yaratmış, öz zəkası ilə bəşəriyyətə misilsiz xidmətlər etmişlər. Belə şəxslərlə yanaşı, əsassız iddialarla çıxış edərək elmi dəyər və əhəmiyyətə malik olmayan sözlər danışan, fikir və düşüncələri arasında heç bir məntiqi bağlılıq olmayan alimnümalar da az olmamışdır. Bu növ elm iddiaçılarının bir neçə kitabını oxuyub, qalan əsərlərinə müraciət etmədən də onun səviyyəsini müəyyən etmək, ə
... Read more »
Güc və qüvvənin tərif olunmağa heç də ehtiyacı yoxdur; təsir bağışlaya bilən hər hansı bir amilə güc və ya qüvvə deyilir. Dünyada hər hansı bir varlıq bir və ya bir neçə təsir edici qüvvəyə malikdir. Belə ki, istər qeyri-üzvi maddə və b
... Read more »
İNSAN «MÜRƏKKƏB» [RUH VƏ CİSMƏ SAHİB OLAN] BİR VARLIQDIR
İnsan islam dini baxımından başqa mövcudlarla fərqli olaraq, mürəkkəb şəxsiyyətli bir varlıqdır. Onun mürəkkəb bir şəxsiyyətə malik olmasını bütün din və fəlsəfələr, eləcə də alim və psixoloqlar təsdiq etmişlər. Bu artıq isbata
... Read more »
İnsan müxtəlif cəzbedici qüvvələrdən təsirlənmək və onlardan hansısa birini seçmək bacarığına malik olmaqla başqa varlıqlardan fərqlənir. İnsanda olan bu qüvvə onda iradə və ixtiyar qüvvəsinin də olmasını bildirir.
Şəhid Mütəhhəri insan «şəxsiyyətinin» potensial qüvvə şəklində olmasını, eləcə də bu şəxsiyyətin insanların məhz öz iradə və ixtiyarı ilə aktuallaşmasını nəzərə alaraq, onları üç dəstəyə bölüb deyir: Qurani-kərimdə insan üçün üç mənsəb zikr ed
... Read more »
İnsanın kamilləşmə mərhələsi heyvanlıqdan başlayıb insanlıqda təkmilləşir. Ən əvvəl o, maddi bir cismdir, təkmilləşdirici rolunu oynayan cövhəri hərəkət nəticəsində ruh və ya qeyri-maddi cövhərə çevrilir. İnsan ruhu cismin bətnində doğulub kamala çatır və öz müst
... Read more »
Bu nəzəriyyə əlli faiz düz olsa da, əlli faiz səhv sayılır. Bu nəzəriyyənin nöqsanlarından bir neçəsini oxuculara təqdim edirik:
1. Bunların «dünyada yalnız bir yaxşılıq mövcuddur və o da başqalarını sevməkdir» ifadəsi heç də həqiqətlə uyğun gəlmir. Çünki dünyada bundan başqa bir çox ayrı yaxşılıqlar da mövcuddur.
İslam dinində nəfsə hakim olmaq barəsində çox danışılmışdır. Məsələn yazırlar ki, bir gün Peyğəmbər (s) hansısa küçədən ötərkən bir dəstə cavanın öz güclərini sınamaqlarını müşahidə edir. Onlar ağır daşları qaldırıb özlərini sınayırdılar. Bütün idman növləri kimi, qədimdə adət olan bu idman növünün də hakimə ehtiyacı var idi. Cavanlar Peyğəmbəri görüb, «bundan üstün hakim ola bilməz» deyərək, o həzrətə yaxınlaşdılar. Ey Allahın Rəsulu! Siz b
... Read more »
Bir sözlə desək, agahlıq hədəf təyin edən deyil, məlumat verəndir. Deməli, təkcə agah olmaqla insanlığı qurub düzəltmək mümkün deyil. Sənayi bu barədə gözəl kəlam söyləmişdir:
«Oğru çıraqla gəlsə, ən gözəl əşyaları seçib aparacaqdır». Agahlıq insanlar üçün fəzanı işıqlandırmaqdan başqa heç bir iş görmür. Necə ki, elm insanlara öz
... Read more »
Arif bütün dünyaya yalnız bir həqiqət qail olduğu və həmin həqiqətin eşqdən ibarət olduğunu bildirdiyi üçün onun fikrincə, insanın həqiqəti filosofun dediyi kimi fikir deyil, onun «qəlb»idir. Qəlbdən də məqsəd ilahi eşq mərkəzidir. Deməli, əql məktəbi ilə eşq məktəbi arasındakı fərqlərdən biri insanın «mən»liyi məsələsidir. İnsanın «mən»liyi onun fikirləşmə mərkəzidir, yoxsa eşq bəslədiyi yer? Arif deyir ki, sənin «mən»liyin fikirləşmə mərkə
... Read more »
İslam, ariflərin kamil insanını yuxarıdakı qədər təsdiq edir. Amma irfan məktəbində bəzi şeylər təhqir edilib ki, islam həmin alçaltmalarla razılaşmır və buna görə də, ariflərin kamil insanı da bu din baxımından yarımkamildir. İrfanda elm və əql
... Read more »
İrfan məntiqində belə deyilir: «Nə istəyirsənsə onu öz qəlbindən tələb et; çünki hər şey sənsən!» Yəni irfan batinpərəstlik məktəbidir. Bu məktəbdə qəlb dünyadan da böyük hesab edilir. Belə ki, əgər bütün dünyanı bir tərəfə, onların qəlb adlandırdıqları şeyi isə o biri tərəfə qoysaq, qəlb bütün dünyadan böyük olar. Onların dedikləri qəlbdən məqsəd, hər bir insana üfürülmüş ilahi ruhdur. Ariflər dünyanı kiçik insan, qəlbi isə böyük insan adlandırırlar. Bu adlandırmanın s
... Read more »
İnsan bir neçə baxımdan başqa canlılarla fərqlənir. Birincisi, dünyaya baxışları, ikincisi isə istəkləri ilə başqa varlıqlardan fərqlənir. Qabaqda bu məsələlərlə bağlı olan bəhsləri nəzərə alaraq belə bir nəticə əldə olunur ki, insanın başqa canlılarla olan əsas fərqi və insanlığa qiymət vermək üçün əsas götürülən əlamət, elm və imandır.
Kamil insan barəsində söz açan məktəblərdən biri də əql və eşqə deyil, yalnız qüdrətə əsaslanan məktəbdir. Bu məktəbin fikrincə kamil insan qüdrətli insandır və kamal, qüdrətin hansı mənada nəzərdə tutulmasından asılı olmayaraq güc və qüvvətdir.
Qədim Yunanıstanda sufistlər adlandırılan bir qrup olub. Onlar tam aşkar şəkildə deyirlərmiş ki, haqq g
... Read more »
Filosofların fikrincə insanın cövhəri yalnız onun əqlidir və qalan şeylərin hamısı onun üçün alət və vasitədirlər. Onlar deyirlər ki, əgər bizə bədən, göz, qulaq, hafizə, xəyal, vahimə və hər hansı bir başqa qüvvə verilibsə, onlar bizim zatımız üçün vasitədirlər və bizim zatımız da həmin əqldir.
Biz islamda bu məsələni təsdiqləyəc
... Read more »
Sual 1: Həzrət Ayətullahül-Üzma Behcətin mübarək məhzərinə:
Əvvəlcə salam və ehtiramımı ərz edib öz problemlərimə görə qiymətli vaxtınızı aldığım üçün sizdən üzr istəyirəm. Mən "biznes” sahəsində fəaliyyətə qoşularaq bütün var-yoxumu əldən çıxarmışam. Bu üzdən, düşdüyüm ziyandan çıxmaq, borclarımı qaytarmaq üçün hara müraciət edirəms
... Read more »