İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2075
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 11
Qonaqlar 11
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Main » 2011 » September » 17 » Ayətullahül-üzma Behcətin həyatı
    10:04 AM
    Ayətullahül-üzma Behcətin həyatı
    Tarix təkrarlanır
    Qur`an və Əhli-beytə (ə) doğru-düzgün e`tiqadı olmadan gedilən hər-hansı bir yol sonda tənəzzülə uğrayacaqdır. Nəticədə tarix, o cümlədən də Səqifə əhvalatı və Kərbəla vaqiəsi kimi mühüm hadisələr hər gün təkrar olur.
    Çünki hər gün haqq olanın haqqı tapdalanır və nahaqqa haqq qazandırılır. Həmişə Hüseyn (ə) və Yezid kimi haqq və batil də mövcuddur. Camaatın işi ya imam Hüseyn (ə)-ın və ya Yezidin tərəfində vuruşmaqdır.
    Buna görə də insan gərək hər gün haqq və ya batil tərəfdarı olduğunu aydınlaşdırsın.(Həmin mənbə, səh. 412-413)
    Şah 20 milyon nəfərlə oyun oynaya bilər amma mən...
    Günlərin birində seyyid Cəmaləddin Əsədabadi Nəsirəddin şahın hüzurunda olarkən əlindəki bir almanı atıb-tuturdu.
    Nəsirəddin şah ona e`tiraz edib dedi:
    –Sən mənim hüzurumda almayla oynayırsan?
    –Şah iyirmi milyon nəfərin taleyi ilə oyun oynaya bilər, amma mən bir alma ilə oynamayım–deyə Əsədabadi dərhal cavab verdi.(Həmin mənbə, səh. 412-413)
    Padşahınıza ədəb verin.
    Şeyx Məhəmməd Hüseyn Kaşiful-Ğita çox cəsur və qorxmaz bir adam idi. O bir gün Rza xan Pəhləviyə (İranın şahı) dedi:
    –"Sənin səltənət və qüdrətin nə qədər yüksək olsa belə, Sultan Əbdülhəmidin səltənət və hakimiyyətindən üstün ola bilməz. Hal –hazırda sultan Əbdülhəmidin oğlu Hindistanda dilənçilik edir.
    Bir dəfə də İraqda olarkən oranın padşahı Məlik Qazinin hüzuruna getmişdi. Məlik Qazi ona hörmətsizlik etdiyinə görə saraydan çıxarkən saray əhlinə ucadan dedi:
    "Padşahınıza ədəb öyrədin, padşahınıza ədəb öyrədin!”(Həmin mənbə, səh. 413-414)
    İmam Zamanla görüşməkdən daha üstün...
    Bə`zən insanlar Həzrət Mehdi (ə)-ın hüzuruna nail olmaq üçün çox sə`y edirlər. Amma iki rəkət namaz qılıb mə`sum İmamlara (ə) təvəssül etmək bundan daha yaxşıdır. Çünki İmam Zaman (ə) həm bizləri görür, həm də eşidir. Onun qeyb dövründəki ibadət, zühur edəcəyi vaxtdakı ibadətdən qat-qat üstündür. Mə`sum İmamlardan (ə) hər hansı birini ziyarət etmək, İmam Zamanı (ə) ziyarət etmək kimidir.("Nüktehayi-nab”, Rza Baqirzadə, səh. 50-51)
    Çətinliklərdə ən üstün zikr
    Çətinliklər zamanı oxunan ən yaxşı zikr Peyğəmbərdən (s) bizə tövsiyyə olunmuş zikrdir:
    Bu zikr mənim ümmətimi çətinliklərdə amanda saxlayacaq bir zikrdir.
    "Böyük və üstün Allahdan başqa heç bir qüdrət və qüvvət sahibi yoxdur. Allahdan (Allahın qəzəbi və verəcəyi əzabdan) qurtuluş üçün kömək və pənah yeri yalnız və yalnız Ona üz tutmaqdır.(Həmin mənbə, səh.72; "Mən la yəhzuruhül-fəqih”, c.4, səh. 371)
    Fitnə və ixtilaflarda haqqın me’yarı
    Müsəlmanlar arasında baş verən ixtilaflar zamanı gərək həqiqi Əli (ə) tərəfdarı olan şəxslə birgə olaq və seçdiyimiz bu yol haqq yoludur.(Həmin mənbə, səh. 72)
    Fərəc duasının mə`nası
    İmamlarımız bizə Axirəz-zamana yaxın baş verən sıxıntılarda bu duanı oxumağı sifariş etmişlər:
    "Ey Allah! Ey Rəhman! Ey Müqəllibəl-qulub! (Ey qəlbləri döndərən, dəyişən!) Bizim qəlbimizi öz dinində sabit (dayanıqlı) et!”("Biharül-ənvar”, c. 52, səh. 148; c. 92, səh. 326; c. 2, səh. 351)
    Amma nə edək ki, dərman dalınca getmək əvəzinə dərd dalınca gedirik.
    "Ya müqəllibəl-qulub, səbbit qəlbi əla dinik”in mə`nası budur ki;
    "Ey Rəbbim! Bizi öz bəyəndiyin məqama çatdır və həmin məqamda saxla.”
    Sirat elə buradan başlayır. Əgər azacıq da olsa bu yoldan kənara çıxsaq, Allah bilir hansı uçuruma yuvarlanacağıq.
    Əgər bir adamın işləri bərbaddırsa ya irəli getmiş, ya da geridə qalmışdır. Hər halda orta həddə riayət etməmişdir.
    Biz mə`sum olmadığımıza görə Allah-təaladan bizə orta həddi nəsib etməsini və bizləri həmin məqamda sabit saxlamasını istəyirik.(Həmin mənbə, səh. 76)
    Əməli tapşırıqlar
    Bir kəsin Xaliq və məxluqa etdiqadı olarsa, peyğəmbərlr və imamlarla bağlılığı olub onlara etiqadi və əməli cəhətdən təvəssül edərsə, onların buyruqlarına uyğun addım götürüb, addım atarsa, ibadətində qəlbini Allahdan qeyri bütün şeylərdən boşaldarsa, qəlbi fariq halda namaz qılarsa, şübhəli görünən məsələlərdə İmam Zamana tabe olarsa–yəni İmam kimi özünə müxalif bilirsə o da onunla müxalifətdə olsun, kimi özünə müvafiq bilirsə o da onunla müvafiq olsun; onun məl`un bildiyi kəsi o da lənətləsin, onun mərhum("Onun məhəbbət yetirdiyinə”, məhəbbət və mərhəmət olunmuş.) bildiyinə o da məhəbbət göstərsin, hətta o şəxsin haqqında dəqiq məlumatı olmasa da.
    Qeyd olunan bu xüsusiyyətləri özündə əks etdirən bir şəxs heç bir kamaldan məhrum qalmaz, heç bir nöqsana düçar olmaz.
    Allahın adı ilə
    Böyük və kiçik– hamımız bilməliyik ki, dünya və axirət səadətinə çatmağın yeganə yolu Böyük Allaha bəndəlik etməkdir. Ən böyük bəndəlik etiqad və əməllərdə günahın tərkidir. Bir şeyi bildiksə ona əməl edək, bilmədiksə dayanıb məlum olana qdər ehtiyatı gözləməliyik. Əgər bu yolu tutsaq heç vaxt peşiman olmarıq...
    İbadətin ləzzətini dadmaq üçün nə edək?
    Möhsün Qərəviyan nəql edir: Ayətullah Behcətdən soruşdum: "Ağa ömrümüz keçdi, amma indiyə qədər ibadətlərimizdə, xüsusilə də nama zlarımızda bir ləzzət hiss edə bilməmişik. S izcə nə edək ki, məsumların buyurduqları ibadətin ləzzətini azacıq da olsa biz də dadaq?”
    O, zikr və duaya məşğul olduğu halda başını qaldırıb mənalı bir ifadə ilə mənə baxdı. Sonra–bu hamımızın mübtəla olduğu bir dərddir–deyə buyurdu.
    –Ağa, hər halda dərəcəsi var, aşağısı–yuxarısı var; nisbi bir məsələdir; bəziləri–sizin kimi–ali mərtəbəyə sahibdir. Amma bizim heç nəyimiz yoxdur. Biz nə edək?
    –Bəlkə də mən sizin dərəcənizin təmənnasındayam!
    –Ağa, təvazökarlıqdan keçib, bu bir həqiqətdir ki, deyirəm.
    O yenə də xüsusi təvazökarlıqla: Mən də sizin kimiyəm–dedi.
    Çox israr etdikdən sonra nəhayət buyurdu: Namazdan həzz almaq üçün bir-neçə miqəddiməyə diqqət yetirmək lazımdır. Onlardan bir hissəsi namazın xaricindədir (namazdan qabaq), bir hissəsi isə namazın özündədir. Namazdan qabaq diqqət yetiriləsi və əməl ediləsi məsələ budur ki, insan günah etməsin, qəlbini qaraltmasın. Günah ruhu qara dumana bürüyür, qəlbin nurunu aparır. Namaz vaxtı diqqət ediləsi məsələyə gəldikdə isə insan namaz vaxtı öz ətrafına dəmirdən, tikanlı simdən "hasar” çəkməlidir ki, Allahdan qeyrisi ora daxil ola bilməsin. Allahdan başqa bütün şeyləri fikrindən çıxarmalıdır. Zehnini Allahdan qeyri heç bir şeyə məşğul etməməlidir. Əlbəttə, qeyri-ixtiyari olaraq fikri bir yerə getsə eybi yoxdur. Amma elə ki, iltifat tapıb diqqətini cəmlədi, Allahdan qeyrilərini qəlbindən çıxarmalıdır.("Dər məzhəre büzürqan”, Möhsün Qərəviyan, c. 2, səh. 69-70)
    Ziyarət və təvəssül haqqında
    Ziyaraət haqqında üç baxış mövcuddur. Birinci baxış vəhhabilərin baxışıdır. Onlar ziyarəti şirk hesab edirlər. İkinci baxış sünnilərin və bəzi şiələrin baxışıdır. Bu dəstənin fikrinə görə imam vəfat etmişdir. Həzrət Rzanın (ə) ziyarətinə getdiklərində sanki qəbir əhlinin ziyarətinə gedirlər. Onların düşüncəsinə görə imam ölmüşdür?! Deyirlər: "Nə imamı görürük, nə də onun bizi gördüyünü düşünürük!”
    Bu məsələdə bizim əksəriyyətimizin vəziyyəti elə sünnilər kimidir.
    Böyük vəzifə sahibinin, məsələn prezidentin görüşünə gedəndə öz hərəkətlərimizə nə qədər diqqət yetiririk? Dediyimiz sözlərə necə diqqət edirik? Başımızı yan-yörəyə yönəltmirik. Çünki böyük bir məqam sahibinin hüzurundayıq! Həmin məqam sahibi qarşımızda dayanıb bizi görür!
    Sizcə Həzrət Rzanın (ə) hüzurunda olanda həmin diqqəti, ciddiyyəti daşıyırıqmı? Sanki ölmüş bir adamın ziyarətinə gedirik. Həzrət Rza (ə) vəfat etmişdir?!
    Görən bu insanlar ərəbcə söylənən ziyarətnamə sözlərinin mənasını anlayırlarmı?
    Üçüncü dəstə imamı diri, hazır, nazir və qadir bilir. İmam Allahın görən gözüdür. Mömin Allahı hazır bilir. Allahın vasitəsini də hazır və nazir bilir. Mömin imamın diri olduğunu, nazir və qadir olduğunu anlayır. İmamların məqamı daha böyükdür. Mələklərdən də üstündürlər, sadəcə bizim iltifatımız kəmdir. Hərəmə gedib-gəlirik, elə bilirik ki, kimsə bizi görmür. Mələklər bizdən xəbərsiz deyillər, bizi görürlər!
    Günlərin birində Kərbəlaya getmişidm. Bizim ustadımızın birinci zövcəsindən övladı olmurdu. Məndən xahiş etdi dostuma deyim ki, soruşub görsün Allah-təala nə vaxt onlara övlad əta edəcək. Çünki mənim dostum ruhları çağırmağı bacarır və cin tayfalarından bəziləri ilə əlaqə saxlayırdı. Onun tanıdığı cinlərdən ikisi İmam Hüseynin (ə) hərəmində xidmət edirdilər. Dostum həmin iki nəfərlə əlaqə saxlayıb mənə dedi ki, gələn ilin Ramazan ayında ustadınız övlad sahibi olacaqdır. O deyən kimi də oldu.
    Dostlarımdan Ağamirzə adlı birisi əhvalatı belə görüb öz gələcək təhsili haqqında maraqlandı. Cinlərlə əlaqəsi olan dostum yenə də həmin iki nəfər cinlə rabitə yaradıb bu barədə sual etdi. Cavab gəldi: "İmam Hüseynin (ə) hərəminə daxil olarkən duxul (daxil olma) izni alıb, bir dəfə öz adından, bir dəfə də başqasının naibliyi ilə İmamı ziyarət edən kəsə deyin ki, əgər Nəcəfə getsə müctəhid olacaqdır!”
    Bu onu göstərir ki, ziyarətə gələnləri təkcə imam yox, hətta cinlər də görürlər və hər kəsi də tanıyırlar. Yuxarıdakı əhvalatdan aydın olur ki, hətta cinlər bu dostumuzun hər dəfə ziyarətə gəldiyində iki dəfə İmam Hüseyni (ə) ziyarət etdiyini bilirmişlər.
    Sizin də ziyarətiniz canlı olmalıdır. Hərəmə daxil olarkən öncə giriş izni alın. Əgər halınız oldu hərəmə daxil olun. Həzrət Rzadan (ə) duxul izni alarkən və ərəbcə "(daxil olummu ey Allahın höccəti?!)–sözlərini deyərkən qəlbinizə müraciət edin, görün orada bir dəyişiklik yaranıbsa, deməli Həzrət (ə) sizə icazə vermişdir. Həzrət İmam Hüseynin (ə) duxul izni ağlamaqdır. Əgər izn alarkən gözünüzdən yaş gəldisə, bilin ki, Həzrət (ə) sizə giriş izni vermişdir. Bu halda daxil olun. Əgər halınız oldu hərəmə daxil olun, yox, əgər qəlbinizdə heç bir dəyişiklik hiss etmədinizsə, gördünüz əhvalınız ziyarət üçün əlverişli deyil, bu halda ziyarətdən vaz keçib yaxşı olar ki, başqa bir müstəhəbbi əmələ məşğul olasınız.
    Üç gün oruc tutun, qüsl alın və yenidən hərəmə gedib giriş icazəsi alın.
    İmam Rzanın (ə) ziyarəti İmam Hüseynin (ə) ziyarətindən üstündür. Çünki İmam Hüseynin (ə) ziyarətinə əksər müsəlmanlar gəlir, amma İmam Rzanın (ə) ziyarətinə ancaq on iki imam şiələri gedirlər.
    İmam Rzaya (ə) sual verib cavab alan çox olub.
    Kərbəlada, Nəcəfdə, Məşhəddə çox möcüzələr müşahidə olunub. Diqqətli olun! Etiqadlı olun!
    Bu müqəddəs məkanlarda ila-maşallah– nə qədər desən şəfa tapıblar.
    İraqın dövlət adamlarından birində bədxassəli şiş peyda olmuşdu. Qorxulu olduğu üçün həkimlər tezliklə cərrahiyyə əməliyyatı aparmağı tövhsiyyə etmişdilər. Həmin şəxs İmam Rzaya (ə) təvəssül edib şəfasını istəyir. Gecə yuxuda Həzrət Məsuməni (ə) görür ki, buyurdu: "Şiş sağalacaq, cərrahiyyə əməliyyatına ehtiyac yoxdur.”
    ...Həzrət İmam Rzaya (ə) təvəssül etmişdi, cavabını (şəfasını) Həzrət Mə’sumə (ə) verdi. Bu bacı və qardaş bir-birinə sıx bağlıdırlar.
    Bütün ziyarətnamələr təsdiq olunmuş və etibarlıdırlar. "Camieyi Kəbirə” ziyarətini oxuyun. "Əminəllah” ziyarəti də çox mühümdür. Ziyarəti qəlbiniz oxumalıdır. Öz qəlbinizin dili ilə oxuyun. Lazım deyil İmam Hüseynin (ə) hüzurunda öz hacətlərimizi dilə gətirib bir-bir sayaq; Həzrət (ə) özü bilir! Dualarınızda mübaliğə etməyin; ziyarət ürəkdən olmalıdır. İmam Rza (ə) bir nəfərə belə buyurdu: "Bəzi adamların ağlamaqlarından narahatam!”
    Böyük alimlərdən biri belə deyirdi: "Mən iki şeyə ümid edirəm. Birincisi süst və könülsüz halda Qur`an oxumamışam. İkincisi də İmam Hüseynin (ə) əzadarlığında çox ağlamışam.”
    Bəziləri Qur`anı elə oxuyurlar ki, elə bil Şahnamə oxuyurlar. Qur`ani-kərim İtrətə bənzər bir mövcuddur.
    Həzrət Ayətullah Bürucerdinin gözündə ağrı peyda olmuşdu. Deyir aşura günü İmam Hüseyn (ə) əzadarlarının alınlarına yaxdıqları palçıqdan bir azını götürüb gözlərimə çəkdim. Bundan sonra dərd-ağrı birdəfəlik kəsildi və ömrümün axırına qədər göz ağrısına mübtəla olmadım. Hətta eynək taxmağa da ehtiyac duymadım!
    Bir nəfər İmam Rzanın (ə) hərəminə daxil olur. Nurani bir seyyidin ədəb-ərkanla dayanıb ziyarətnamə oxuması onun diqqətini cəlb edir. Həmin seyyidə yaxınlaşıb nə oxuduğuna diqqət edir. Görür seyyid məsumların adlarını bir-bir çəkib hamısına salam verir. İmam Zamanın (ə) adına gələndə seyyid dayanır! Həmin şəxs başa düşür ki, ziyarətnaməni oxuyan seyyid elə İmam Zamanın (ə) özüdür.
    Böyük ağalardan biri nəql edir ki, filan şəxslə birlikdə həm ziyarət etmək, həm də havamızı dəyişmək üçün şəhərdən kənarda yerləşən imamzadələrdən (pir) birinə getmişdik. Belə qərarlaşmışdıq ki, yolda minik götürüb miniklə gedək. Amma minik tapa bilməyib yolu piyada getməli olduq. Mən yol getməkdən yoruldum. Ayaqlarımda bərk ağrı hiss edirdim. Dostuma dedim” "Nə oldu, bu qədər yolu piyadamı gedəcəyik. Artıq getməyə taqətim qalmayıb, aclıq da bir tərəfdən heyimizi kəsib. Çörəyimiz var, amma yesək susayacağıq. Su da ki yoxdur.”
    Rəfiqim oradaca İmam Zamana (ə) təvəssül etdi və Həzrətdən belə istədi: "Ya Sahibəz-Zaman! Getməyə bizə bir minik yolla.”
    Çox keçmədi ki, ətraf kəndin sakinləri buğda aparmaq üçün gətirdikləri miniklə yolumuzun üstünə çıxdılar. Bizi də mindirib yola düşdülər.
    Həzrət Rzanın(ə) hərəmində nə kəramətlər görsənməyib...
    Bir nəfər yuxusunda görür ki, Həzrət Rzanın (ə) hərəmindədir. Deyir bir də gördüm hərəmin günbəzi yarıldı, həzrət İsa (ə) və Həzrət Məryəm (ə) oradan hərəmə daxil oldular. Onlar üçün taxt gətirdilər. Hər ikisi həmin taxta oturub həzrət Rzanı (ə) ziyarət etdilər.
    Səhərisi gün həmin şəxs hərəmə yollanır. Birdən hiss edir ki, hərəmin səs-küyü tamamilə kəsildi. Sanki hərəmdə kimsə yox idi. Bu anda Həzrət İsa (ə) və Həzrət Məryəm (ə) günbəz tərəfdən hərəmə daxil olduqlarını görür.(Mətndə nəql olunan şəxsin ayıq halda hadisəni müşahidə etməsi göstərilir. Çox ehtimal ki, mükaşifə halında olmuşdur.)Deyir yuxuda gördüyüm kimi onlar günbəzin yarığından hərəmə daxil olandan sonra bir taxta oturub Həzrət Rzanı (ə) ziyarət etməyə başladılar. Ziyarətanamə oxuyurdular. Elə bizim oxuduğumuz adi ziyarətnamə idi. Ziyarətnaməni oxuyub qurtarandan sonra gəldikləri yerdən də geri qayıtdılar. Bu səhnə bitəndən sonra yenə hər şey öz adi halına qayıtdı; camaatın səs-küyü hərəmi başına aldı.
    İndi sizcə Həzrət Rza (ə) vəfatmı etmişdir?
    Axır sözüm budur ki, gəlin bildiklərimizə əməl edək. Bilmədiklərimizdə ehtiyatı gözləyək; ehtiyyat əsası ilə hərəkət edək.(Nəql olunan mətn Ayətullahül-üzma Behcətin müqəddəs Məşhəd şəhərində söylədiyi moizələrindən əxz edilmişdir.)
    Əql sahiblərinə sirr deyil ki, məxluqatda olan hərəkətin əsasnaməsi, mühərriki (hərəkətə gətirəni, yaradıcı qüvvəni) tanımaqdır. Hərəkət mühərrikə möhtacdır. Bilməliyik ki, bütün şeylər hərəkətini Ondan alır, Ona doğru hərəkət edir, Onun üçün hərəkət edir. Yəni bir mümkün varlığın başlanğıcı, sonu və qərəzi anbaan məqsədə doğru hərəkətdən ibarətdir.
    Alim və cahil arasındakı fərq hadisələrin əlacını tanımaqda və mərifətin yoxluğundadır. Onların sonda çatdıqları mənzilin fərqi, başlanğıcda hər birinin malik olduğu elmin dərəcəsi arasında olan fərqə bərabərdir.
    Beləliklə, əgər mühərriki tanısaq, hərəkətdə olanlar arasında mövcud nizam-intizamdan mühərrikin gözəl tədbir və hikmətini dərk etsək, bizim bütün diqqətimiz Onun təkvini və təşri`i iradəsinə yönələcəkdir.
    Xoş o kəsin halına ki, öz yaradanını tanıyır,– hətta böyük şəhidlərdən olmuş olsa da vay tanımayanın halına,– hətta zəmanəsinin fironu olmuş olsa da.
    Bu hərəkətlərin sonunda cahil deyər: "Ey kaş heç yaranmayaydım.”
    Alim deyər: "Kaş ki, məqsədə doğru bu hərəkət yetmiş dəfə olardı; qayıdardım, yenidən hərəkət edərdim; haqqın yolunda şəhid olardım.”
    Məbada öz həyatımızdan peşiman halda qayıdaq. Açıq deyirəm, –məsələn–əgər bir adamın ömrünün yarısı həqiqi nemət sahibini yad etməklə, qalan yarısı qəflətdə keçsə, Allahı yad edərək yaşadığı ömrünü yarısı onun həyatı, qəflətdə keçən qalan hissəsi isə onun ölümü hesab edilir.
    Allahı tanıyan Ona müti olur. Bütün işlərinin mehvərində Allah dayanır. Allahın razılığına müvafiq bildiyi şeylərə əməl edir, bilmədiyi işlərdə məsələ aydın olana qədər dayanır. Mömin ömrünün hər anını öyrənir və əməl edir, bilmədiyi yerdə dayanır.
    Möminin əməli əlindəki dəlilə görədir, dayanmağı dəlilin yoxluğu üzündəndir.
    Sizcə Qadir Allaha itaət silahı ilə silahlanmadan karvanımızı təhlükə ilə dolu olan bu yollardan salamat keçib məqsədə çata bilərikmi?
    Sizcə mümkündürmü ki, vücudumuz Xaliqdən, amma qüvvətimiz Ondan qeyrisindən olsun?
    Belə olan halda, əgər bu mərhələdə yəqin sahibi olduqsa, bu sifət və əhvalları əməldə həyata keçirmək üçün bilməliyik ki, həqiqəti mə’lum olmuş bu hərəkət əvvəldən axıra qədər batil iddiada olan mühərriklə (batil istəklərlə) müxalifət etməkdədir. Əgər batil istəklərə uymasaq tək bu əməlimiz bizi Allahın rizasına qovuşduracaq səadətimizə yetər: "Salikin sənə doğru hərəkətdə götürəcəyi ən dəyərli və üstün yol azuqəsi onun əzimli və möhkəm iradəsidir.”(Be`sət günün duasından bir fəqərə.)
    Nəsihət və moizə haqqında
    Allahın adı ilə
    Mömin qardaş və bacılarımızdan bir qrupu xahiş edib nəsihət söyləməyimi istəyirlər. Onların bu istəklərinə bir -neçə cəhətdən e’tiraz edirəm:
    1.Nəsihət cüzi məsələlərdə edilir. Moizə isə cüziyyatı və külliyyatı əhatə etməkdə daha ümumidir.
    Yadlar bir-birini nəshiət etməzlər.
    2. "Hər kəs bildiyinə əməl etsə, Allah-təala onu bilmədiklərinin də varisi edər.”("Bihar”, c. 78, səh. 189. (İmam Sadiqin (ə) buyuruqlarından.))
    "Hər kəs bildiyinə əməl etsə, bilmədiklərinə kifayət edər.” (Bilmədikləri işlərin hesabı ondan sorulmaz.)
    "Bizim yolumuzda cihad edib çalışanları öz yollarımıza (Bizə tərəf gətirib çıxardan behişt yollarına) hidayət edəcəyik...”("Ənkəbut”, 69.)
    Bildiyinizə əməl edin. Bilmədiyiniz məsələlərdə həmin məsəl aydın olana qədər ehtiyat yolunu tutun. Əgər aydınlaşmasa bilin ki, bə’zi mə’lumatlarınızı ayaq altına qoymusunuz. Bildiyinə əməl etməyənin moizə təlb etməsi qəbul edilməzdir. Hökmən moizə eşitmişsiniz və bilirsiniz. Amma əməl etmədiniz. Əgər bildiklərinizə əməl etmiş olsaydınız aydın olardınız.
    3. Hamı bilir ki, risaləni (şəri hökmlər risaləsi) götürüb oxumalıdır, anlayıb əməldə tətbiq etməlidir; halalı, haramı onunla aydınlaşdırmalıdır.
    Belə isə deyə bilməzlər: "Biz bilmirik nə edək, nə etməyək.”
    4. Əqidəniz olduğu (etibarlı bilib, inandığınız) şəxslərin əməllərinə nəzər yetirin. Onların etdiklərini ixtiyari olaraq siz də edin, etmədiklərini ixtiyari olaraq siz də etməyin.
    Bu, ali məqsədlərə qovuşmaqda ən yaxşı yollardan biridir. Dilinizdən qeyri yollarla (əməl, rəftar, əxlaqınızla) Allaha də’vət edənlərdən olun.”
    Əməllə edilən moizə dillə edilən moizədən daha üstün və təsirlidir.
    5. Hər gün Qur`an oxumaq lazımdır –öz yerində–aydın məsələlərdəndir. Hər namazın öz təqibatını (gündəlik zikri, duası), həmçinin hər vaxtın və məkanın münasib duasını da oxuyun. Məscidlərə, şərəfli ziyarətgahlara çox gedin. Alimlərə, saleh insanlara tez-tez baş çəkin, onlarla oturub-durun. Bu, Allahın və rəsulunun bəyəndiyi xüsusiyyətlərdəndir. Alimlər, saleh bəndələrlə oturub-durmaq günbəgün insanın bəsirətini aydınlaşdırır, ibadət, tilavət və ziyarətlə daha artıq ünsiyyət yaratmasına səbəb olur.
    Əksinə, qəflət əhli ilə oturub-durmaq qəlbin qəsavətini, zülmətini artırır, insanı ibadətdən, ziyarətdən soyudur. Bu səbəbdəndir ki, insanın ibadətdən, ziyarətdən əldə etdiyi xoş ruhiyyəsi imanı zəif insanlarla oturub-durmaqla bədbin əhval-ruhiyyəyə çevrilir. Bunun üçün də zəif imanlı insanlarla zəruri səbəb və ya onları hidayət məqsədi olmadığı surətdə oturub-durmaq insanın öz müsbət xüsusiyyətini əldən verməsinə səbəb olur, bəlkə də onların pis xüsusiyyətlər mənimsəməsinə gətirib çıxardır.
    "Gördüyünüzdə Allahı sizin yadınıza salan, danışıqları elminizi artıran, əməlləri sizi axirətə rəğbətləndirən kəslərlə oturub-durun.”
    6.E’tiqad və əməldə günahın tərki də bilməli olacağınız aydın məsələlərdəndir. Buna əməl etsəniz Allahdan qeyrisinə möhtac olmazsınız. Yəni bilin ki, başqası Allaha möhtacdır, Allah başqasına möhtac deyil.
    Allah xeyir yetirən və bəlaları dəf edəndir.
    "Mən cin və insanları ancaq Mənə ibadət etsinlər deyə yaratdım.”("Zariyat”, 56.)
    Bəziləri elə güman edirlər ki, günahın tərkini adlayıb keçmişlər! (Artıq günah etmirlər) Daha bilmirlər ki, günah ancaq bildiyimiz kəbirə (böyük) günahlardan ibarət deyil. Səğirə (kiçik) günahlarda israr etməyin (günahı təkrarlamaq) özü də böyük günahdır. Məsələn, qorxutmaq, incitmək məqsədiliə fağır adama acıqlı baxışla baxmağın özü haramdır. Həmçinin təşviq, təsdiq məqsədilə güanhkarın üzünə gülümsəmək günahdır.
    Alimlərdən, saleh insanlardan uzaq düşmək din oğrularının əlini-qolunu açır, onlara möminlərin imanını satın almağa fürsət yaradır. Tarixdə belə şeylər çox görünüb.
    Allahdan istəyirik ki, dünya və axirət səadətinin açarı olan günahı həmişəlik və qəti əzmlə tərk etməkdə bizi müvəffəq etsin, islamın şərif bayramlarını və əldə edilən imanı bizim həqiqi bayramımız qərar versin. Bununla günahın tərki bizdə bir mələkəyə zatı bir xüsusiyyətə, adətə çevrilsin. Mələkə sahibi üçün günah etmək susuz bir insanın zəhər içməsi kimidir.
    Əlbəttə, əgər bu yolu getmək axıra qədər müşkül olsaydı, mehriban Allah tərəfindən bu qədər rəğbət və məhəbbət göstərilməzdi.(Ayətullahül-üzma Behcətin lentə alınmış çıxışlarından və həmçinin şagirdləri tərəfindən qeyd olunmuş yaddaşlardan əxz edilmişdir.)
    Category: Ayətullahül-üzma Behcətin həyatı | Views: 847 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024