İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 9
Qonaqlar 9
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 17 » İnsanı tanımaq
    9:48 AM
    İnsanı tanımaq
    TƏBİƏTDƏN DÖNÜKLÜK
    İrfan məntiqində belə deyilir: «Nə istəyirsənsə onu öz qəlbindən tələb et; çünki hər şey sənsən!» Yəni irfan batinpərəstlik məktəbidir. Bu məktəbdə qəlb dünyadan da böyük hesab edilir. Belə ki, əgər bütün dünyanı bir tərəfə, onların qəlb adlandırdıqları şeyi isə o biri tərəfə qoysaq, qəlb bütün dünyadan böyük olar. Onların dedikləri qəlbdən məqsəd, hər bir insana üfürülmüş ilahi ruhdur. Ariflər dünyanı kiçik insan, qəlbi isə böyük insan adlandırırlar. Bu adlandırmanın səbəbi, onların dünya ilə qəlbi bir hesab etmələridir. Yəni onların fikrincə, bunlar bir-biri ilə uyğun gələn iki dünyanın iki müxtəlif formalarıdırlar və dünya kiçik, qəlb isə böyük aləmdir. Onlar insanın kiçik aləm, dünyanın isə böyük aləm olmasını demirlər, bəlkə bizim böyük dünya adlandırdığımız bu dünyanı kiçik aləm, insanı isə böyük aləm adlandırırlar. Deyirlər ki, aləm kiçik insandır, böyük insan isə sənin daxilində olan şeydir. Mövlananın bu sözlərinə diqqət edin:
    Çist əndərxom ke əndər nəhr nist
    Çist əndərxane kəndər şəhr nist.
    Küpdə nə var ki, çayda olmasın?! Evdə nə var ki, o, şəhərdə olmasın?!
    Ola bilərmi ki, evdə bir şey olsun, amma o, həmin yerləşən şəhərdə olmasın? Xeyr, çünki həmin ev bu şəhərin bir hissəsidir. Evdə hər nə varsa şəhərdə olan şeyin bir nümunəsidir. Ola bilərmi ki, küpdə bir şey olsun, amma o, bu küpün doldurulduğu çayda olmasın? Xeyr, çünki küpdə olan şey, çayda olanın bir hissəsidir.
    İn cəhan xəmməsto del çun cuyab
    İn cəhan xaneəsto del şəhre əcab.
    Bu dünya küp, qəlb isə su arxıdır; bu dünya ev, qəlb isə heyrətlər şəhəridir.
    Mövlana qəlbin küp, dünyanın isə su arxı olmasını deyil, dünyanın küp, qəlbin isə su arxı olduğunu deyir. Bu qism şeylər insanı xarici aləmdən çox uzaqlaşdırır. İnsan ev dalınca gedər, yoxsa şəhər? Məlumdur ki, evdə olan hər bir şey şəhərdə varsa o, şəhərin dalınca gedər. İnsan küp və ya kiçik bir qabın dalınca gedər, yoxsa arxın? Əlbəttə ki, kiçik qab və küpün deyil, arxın dalınca gedər.
    İrfan batinpərəstlik, qəlbpərəstlik, batinə diqqət və xaricdən üz döndərməyə əsaslanır və xarici aləmi hətta hədəf və məqsədi, yəni haqqı əldə etmək vasitəsi kimi də rədd edir. Onlar hər şeyin batindən əldə edilməsinə təkid edirlər.
    İrfan «batinə diqqət» məsələsində həddindən artıq inkişaf etmişdir.
    Amma islamın nəzəri bu deyildir. İslam dini bütün bu deyilənləri qəbul etməklə yanaşı, ayrı məsələlərə diqqət yetirməyi də zəruri hesab edir , zahiri ələm, ailə-məişət və cəmiyyət qanunlarını da onlarla birlikdə qeyd edir. İslam tərbiyə etmək istədiyi insanı təkyönlü görmür, gecəni raz-niyaz edib Ondan qeyri hər bir şeyi unutmasını müsbət qiymətləndirirsə, gündüzlər cəmiyyətin içərisinə daxil olub onlarla birgə çalışmağı da vacib sanır.
    İSLAMIN NƏZƏRİ
    Görəsən islam baxımından da insan, yalnız başqalarının dərdini çəkərək onların qeydinə qalan şəxsdirmi? Yaxud, yalnız Allah dərdinə malik olan şəxslər insan adlanır? İslam meyarları baxımından, insan Allah dərdinə malik olan şəxsdir və o, Allah dərdinə malik olduğu üçün digər insanların da dərdini çəkir.
    Quranın, başqalarının dərdini çəkərək qeydinə qalmaq barəsindəki sözlərinə diqqət edin. Bu ilahi kitab peyğəmbər barəsində belə buyurur:
    «[Ya Məhəmməd!] Yoxsa [kafirlər] bu Qurana inanmasalar, [səndən üz döndərib getdiklərinə görə] arxalarınca təəssüflənib özünü həlak edəcəksən?!»
    (Kəhf-6).
    Peyğəmbər (s) xalqın hidayət və səadəti, onların dünya əsirlikləri və giriftarçılıqlarından qurtarmaları və axirətlərinin yaxşı olmasına o qədər rəğbət bəsləyirmiş ki, sanki özünü bu yolda həlak etmək istəyirmiş. Buna görə də ona xitab edilir ki, nə olub? Nə xəbərdir? Özünü xalqa görə həlak edəcəksənmi?
    «Biz Quranı sənə məşəqqət çəkməyin üçün nazil etmədik!...
    [Biz onu Allahın əzabından] qorxan bir kimsəyə yalnız öyüd-nəsihət olaraq göndərdik.»
    (Taha-2-3).
    Digər bir ayədə isə belə buyurur:
    «[Ey ümmətim!] Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə, məşəqqətə düşməyiniz ona ağırdır, o, [sizin iman gətirməyinizi] çox istəyir, möminlərə şəfqətli və mərhəmətlidir.»
    (Tövbə-128).
    Siz bu ayədə Quranın ifadəsinin nə qədər maraqlı və ali olduğuna diqqət edin. Camaat! Sizin öz aranızdan və öz cinsininzdən olan peyğəmbər gəlib. Onun birinci xüsusiyyəti budur ki, sizin çətinlik, məşəqqət və narahatçılıqlarınız ona ağır gəlir və o, sizin dərdinizi çəkir. Deməli, müsəlman həm Allah və həm də Allah bəndələrinin dərdini çəkən şəxsdir. Quran həris kəlməsindən istifadə edib. Bəzən valideynlər uşaqlarının ruhani olmalarını istəyirlər və bu məsələdə o qədər ifrata varırlar ki, onlar barəsində belə deyilir: Filankəs uşağının savadlı olmasına hərisdir. Bu hərislik, istəyin çoxluğu baxımından eynilə dünyapərəstlik və pulpərəstlik kimidir. Peyğəmbər xalqın nicat tapmasına, onların dərdlərinin yaxşılaşmasına həris olub. Xalqın dərdini çəkmək budur.
    Əli (ə)-ın özü də bu ifadədən istifadə edib və dərd ifadəsi ona məxsusdur.
    Bəlkə də bu məsələni dəfələrlə eşidibsiniz. Osman ibni Huneyf Bəsrədə bir qonaqlıqda iştirak edibmiş. Həmin məclisdə nə olmuşdu? Allah eləməmiş, orada araq içilmişdimi? Xeyir! Qumar oynanılmışdımı? Xeyir! Pozğunçuluq olmuşdumu? Xeyir! Bəs nə olmuşdu? Osman ibni Huneyfin günahı tam əşraf, bu günkü dillə desək, aristokratlar məclisində iştirak etməsidir. Belə ki, həmin məclisdə yoxsullardan heç kəs olmayıb. Təəssüflər olsun ki, bizlər bu gün belə şeylərə tamamilə laqeyidliklə yanaşırıq. Əli (ə)-a xəbər çatır ki, sənin nümayəndə və hakimin yoxsullardan bir nəfərin belə iştirak etmədiyi varlı, əşraf və pulluların qonaqlıq məclisində iştirak edib. Əli (ə) belə buyurur: «Ey Osman ibni Huneyf! Mən sənin ancaq varlılar dəvət edilmiş və kasıbların dəvət edilməyərək qapı arxasında qaldıqları süfrədə oturmaq dəvətini qəbul etməyinə inanmazdım. Əli (ə) sonra öz dərdləri barəsində danışaraq bu yerə çatır: Əli xəlifədir! öz-özünə deyir ki, istəsəm mənim üçün hər bir imkan hazırdır. İstədiyim ən yaxşı yeməli, içməli və geyinməli şeyləri özüm üçün əldə edə bilərəm. Amma mənim belə etməyim qeyri-mümkündür. Mənim öz cilovumu hərislik və nəfsani istəklərimin əlinə verməyim mümkün olmayan bir şeydir.»
    Əli (ə) nə üçün belə deyir? Məgər Allah bu nemətləri haram edib? O, bəzilərinin yaxşı paltar geyinmək, saf bal yeməyin haram olmamasını güman etməmələri üçün bu barədə izah verərək deyir ki, xeyir, məsələ belə deyil, onlar haram deyil, halaldır. Amma məsələ belədir ki, əgər mən burada öz qarnımı doyuzdursam İraq, Kufə, Yəmanə, Fars körfəzi sahilləri və Hicazda kiminsə bu bir tikə çörəyə belə ehtiyacı ola bilər, bir tikə çörək əldə etməyə belə ümidi olmaz. Mən tox qarınla yatım, amma ətrafımda ac qarınlar və susuz cigərlər olsun? Mən bu şerdəki kimi olum:
    Və həsbukə daən təbitə bibitnətin
    Və hovləkə əkbadun təhinnu iləl qiddi
    Mənası:
    Sənə təkcə bu dərd bəsdir ki, sən tox qarınla yatasan,
    Amma ətrafında ac qarınlar olsun.
    Xalqın dərdini çəkmək buna deyərlər. İnsanlıq meyarı, daha düzgün desək, dəyərlərin ikinci anası budur. Əli (ə) söhbətinin davamında belə deyir: Mən Əmirəl-möminin, xəlifə və abadlıqların çoxunu əhatə etmiş islam ölkələrinin başçısı ləqəb və xitabına qane olub özümü möminlərin ağası adlandırım, amma çətinliklərdə onlarla şərik olmayım?!
    Diqqət edəndə görürsən ki, burada, bütün sözlər başqalarının dərdlərini duymaqdan gedir.
    İSLAM TARİXİNDƏN BİR NÜMUNƏ
    Peyğəmbərin səhabələri necə olublar? «Kafi» kitabında nəql edilmiş və Mövlananın nəzmə çəkdiyi məşhur hədis, doğrudan da çox maraqlıdır. Bu hədis həm şiə və həm də sünni mənbələrində nəql edilib. Hədisdə deyilir ki, Peyğəmbər (s) bir gün səhər tezdən dan yeri söküləndə Suffə sakinlərinin yanına getdi. Suffə sakinləri arasında gözü bir gəncə sataşdı. Peyğəmbər həmin gəncin qeyri-adi halda olduğunu müşahidə etdi. O, sağa-sola aşırdı, gözləri çuxura düşmüş və rəngi solmuşdu. Peyğəmbər (s) ona yaxınlaşaraq soruşdu: Səhəri necə açdın? Gənc dedi: Yəqinliyə çatmış halda səhərə çıxdım; yəni sənin dilinlə qulağımıza dediyin şeyləri mən bəsirət gözümlə gördüm. Peyğəmbər (s) ondan söz almaq üçün belə buyurdu: Hər şeyin əlaməti var; sən ki, yəqin əhlindən olmağını iddia edirsən, yəqinliyə çatmağının əlaməti nədir? Gənc belə cavab verdi: Mənim yəqinliyimin əlaməti budur ki, o, məni gecələr yuxusuz, gündüzlər isə susuz saxlayır. Yəni, gecə yuxusuz qalmağım və gündüz oruc olmağım mənim yəqinliyə çatmağımın əlamətidir. Mənim yəqinim, gecə balışa baş qoymağa və gündüz yemək yeməyimə icazə vermir. Peyğəmbər (s) buyurdu: Bunlar bəs deyil, başqa şeylər de; səndən, bunlardan artıq əlamət istəyirəm. Gənc, peyğəmbərin cavabında belə dedi: Ey Allahın peyğəmbəri! İndi bu dünyadayam, amma sanki o dünyanı görürüm, oranın səslərini eşidirəm. Behiştdən behişt əhlinin, cəhənnəmdən isə cəhənnəm əhlinin səslərini eşidirəm. Ey Allahın peyğəmbəri, əgər icazə versən səhabələrinin bir-bir behiştlik və ya cəhənnəmlik olmalarını deyərəm. Peyğəmbər barmağını dodağına yaxınlaşdıraraq buyurdu: Sakit! Danışma!
    Peyğəmbər sonra ona belə buyurdu: Gənc, arzun nədir? Nə arzulayırsan! Gənc belə dedi: Ey Allahın peyğəmbəri, Allah yolunda şəhid olmaq arzusundayam.
    Quran doğrudan da çox qəribə sözlər deyir: «Səbr etmək və namaz qılmaqla kömək diləyin.» Təfsir alimləri səbrdən məqsədin oruc olmasını və ya heç olmasa səbrin növlərindən birinin oruc olduğunu bildiriblər. Quran, möminlərə namaz və səbrdən kömək diləməyə əmr edib. Biz namazdan necə kömək diləyə bilərik? Allaha ibadətdən necə yardım ala bilərik? Allaha ibadətin özü yardım və köməkdir. Ümumiyyətlə hər bir yardımı buradan almaq olar. Əgər siz cəmiyyətdə həqiqi müsəlman və güclü mücahid olmaq istəyirsinizsə xalis, saf və əsil namaz qılan olmalısınız.
    İNSAN VƏ İMAN
    Biz bura qədər təqdim olunan insanlıq meyarlarının hamısını araşdırdıq. Araşdırılan insanlıq meyarları bunlardan ibarət oldu: Elm, xasiyyət və əxlaq (məhəbbət və insansevərlik), mükəlləfiyyət və məsuliyyət hissi, iradə, azadlıq, ziyalılıq və aydın fikirli olmaq, hikmət, həqiqət, eşq və gözəlliyə pərəstiş etmək. Həmçinin elmin geniş mənada fəlsəfəni və hikməti əhatə etməsi, insanlığın bir hissəsi, eşq və pərəstişin və ya Allaha, eləcə də Onun yaratdıqlarına qarşı olan dərdin, insanlığın digər bir hissəsi olması məlum oldu.
    Elə buna görə də iman insanlıq meyarı sayılan bütün nəzəriyyələrdən ayrıca saxlanılaraq, müstəqil şəkildə araşdırılmır və bu nəzəriyyə eşq və pərəstiş nəzəriyyəsinin başqa bir tərzdə ifadə olunan mənasını daşıyır.
    Mərhum Mütəhhəri yazır ki, imanın həqiqət ilə bir-birinə bağlılığı idrak yolu ilə, ibadətin imanla bağlılığı isə əməllədir. İbadət iman nəzəriyyəsində, iman isə həqiqət nəzəriyyəsində başa çatır.(M.Mütəhhəri. Həyatdan hədəf, səh.-95 (idrak yolu ilə bağlılıqdan məqsəd qəlbdir. Çünki imanın yeri ağıl yox, qəlbdir.))
    Bütün bu mülahizələri nəzərə alaraq, ilk növbədə imanı geniş surətdə tərif etməli, daha sonra isə onun qeyd olunan meyarlarla bağlılığını açıqlamalı, nəticədə elm və imanın insanlıq meyarı olmasının səbəbini şərh etməliyik.
    İMANIN TƏRİFİ
    İnsanların mənəvi və yüksək inamları, onların bu aləmdə olan bəzi həqiqətlərə qarşı iman və etiqadından doğan bir şeydir. İnsanın iman gətirdiyi bu inanclar həm fərdin və həm də təbiətin fövqündə dayanan həqiqətlərdir. Bu cür iman və etiqadlar öz növbəsində, Allahın peyğəmbərlər vasitəsilə insanlara təqdim etdiyi dünyagörüşündən doğan məsələlərdir. Buna görə də, insanın yüksək mənəvi inamı özü üçün fikri və etiqadi bünövrə qurduqdan sonra «iman» adını kəsb edir.(M.Mütəhhəri. İnsan və iman. səh-12-13.)
    Hikmət alimləri islamda olan imanın dərrakə və düşüncə ilə bağlı olduğunu söyləyirdilər, amma iman haqqında olan bu izahlara diqqət yetirdikdə, onları islami əsaslarla heç cür tətbiq etmək olmur. Çünki islamda olan iman dərrakə və düşüncədən daha geniş bir həqiqətdir. Məsələn, sosioloq cəmiyyəti, zooloq heyvanları, psixoloq isə insan psixloligiyasını araşdırır və öyrənir. Bunları tanıyıb bilmək, onların həqiqətlərini dərk etmək deməkdir.
    Görəsən Quranda buyurulan iman da belədir, yoxsa yox? Əlbəttə yox! Çünki, Allah və peyğəmbərə olan iman təkcə onları dərk etməkdən ibarət deyildir və burada əlavə olaraq inam və təslim olmaq da tələb olunur. İman adlı bir məfhuma inam, təslim və məhəbbət ünsürləri də daxildir. İnsan həmişə dərk etdiyi şeylərə meyl və rəğbət göstərmir. Astronom ulduzlara meyl və rəğbət bəsləmir, sadəcə olaraq onları öyrənir və dərk edir. Başqa sahədə çalışan alimlər də öyrəndiyi şeylərə rəğbət bəsləmir və sadəcə olaraq onları dərk edirlər.
    Hətta bəzən insanın öyrəndiyi və dərk etdiyi şeylərə nifrət etməsi də mümkündür. Siyasətçilər düşmənlərini özlərindən daha yaxşı tanıyırlar, amma bu o demək deyildir ki, onlara rəğbət bəsləyirlər.
    Müsəlman alimlərin imanın təkcə düşüncə və dərk ilə bağlı olmadığını söyləmələrinin səbəbi, Quranda Allahı və Onun peyğəmbərini, eləcə də məadı hamıdan yaxşı dərk edən, amma bu həqiqətlərə kafir olan varlığın adının çəkilməsidir. Yəqin ki, bu varlığın Şeytan olması hamıya məlumdur. Şeytan Allahı bizdən daha yaxşı tanıyır və uzun illər Ona ibadət etmişdir. O, mələkləri, peyğəmbərləri və məadı çox gözəl dərk edir, amma buna baxmayaraq Quran onun kafir olduğunu söyləyib buyurur: «...Kanə minəl kafirin». (Sad surəsi-74). Yəni [Şeytan] kafirlərdən oldu.
    Əgər filosofların iddiasına uyğun olaraq, iman ancaq düşüncə və dərk ilə əldə olunsaydı, Şeytan hamıdan əvvəl mömin olardı. Amma gördüyünüz kimi belə deyil, çünki o, Allahı tanıya-tanıya inadla Onunla müxalifətçilik edir, düşünüb dərk etdiyi həqiqət qarşısında təslim olmayır və Ona rəğbət bəsləmir.
    Deməli, qeyd etdiyimiz kimi, iman təkcə düşüncə ilə bağlı deyildir. İslam filosoflarının çoxu Quranda «Ət-Tin» surəsindəki «...İlləlləzinə amənu» (iman gətirənlərdən başqa) ifadəsini nəzəri hikmət, «Və əmilussalihat»ı (saleh əməllər edənlərin) isə əməli hikmət adlandırırlar.
    Halbuki, «...İlləlləzinə amənu» ifadəsi nəzəri hikmətdən daha yüksək bir mənanı çatdırır və nəzəri hikmət bu yüksək mənalı məfhumun yalnız bir hissəsidir.
    Deməli, bütün bu söylədiyimiz elm, mərifət, idrak və sair məfhumlardan yüksək olan daha bir məfhum da vardır ki, o da təslim, meyl və rəğbətdir.(Kamil insan. səh-126-128.)
    İman, meyl və rəğbətlə yanaşı olan, eyni zamanda agahlıq üzərində qurulmuş bir məsələdir. İman agahlıqla yanaşı olduqda təslim deməkdir, yəni Allahı tanıyıb Ona rəğbətlə təslim olmaq.(Əxlaqın fəlsəfəsi. səh-245.)
    İman məfhumunun daxilində, agahlıqla təslim və rəğbət bəsləməkdən əlavə, küfr ünsürü də vardır. İman gətirilən hər hansı bir şeyin qarşısında təslim olmaq zəruridir. İnsanın imanı o vaxt kamala çatmış olur ki, iman və təslim olduğu şeyin ziddinə hər nə varsa, onlara qarşı kafir olsun. Ümumiyyətlə insan əgər bəzi şeylərə qarşı kafir olmasa, mömin ola bilməz. Üsyan olmasa, təslim məfhumu öz mənasını əldən vermiş olur. Sizin Allaha imanınız o vaxt həqiqi olur ki, Allahın ziddinə olan hər bir şeyə qarşı kafir olasınız. Allaha təslim olub Ona baş əymək, amma Onun ziddinə olan şeylərə təslim olmamaq «iman» sayılır.
    Həzrət Peyğəmbərin (s) ərəblərə birinci şüarı bu idi: «La ilahə illəllah» (Aləmlərin Rəbbindən başqa bir Allah yoxdur). Burada bir təsdiq və bir də inkar vardır.
    İnkar, Allahdan qeyri-bir ilahi varlığın rədd edilməsi, isbat isə Onun öz vücudunun təsdiq edilməsidir. Allahdan başqa hər bir şeyin qarşısında üsyan və tüğyan, Allahın qarşısında isə təslim və iman olmalıdır.
    Ayətəl-kursidə buyurulur:
    «Hər kəs Şeytanı [və ya bütləri] inkar edib Allaha iman gətirərsə, o artıq [qırılmaq bilməyən] ən möhkəm bir ipdən [dəstəkdən] yapışmış olur.»
    Quran burada da birinci küfrün, sonra isə imanın adını çəkir.
    Səid ibni Ənsari Peyğəmbərin (s) səhabələrindən biri olmuşdur. Peyğəmbər (s) onun barəsində söyləmişdir:
    Səid qeyrətli bir şəxsdir, mən ondan qeyrətliyəm və Allah da məndən qeyrətlidir.
    «Allah məndən də qeyrətlidir» sözünün mənası o deməkdir ki, O, heç vaxt özünə şərik qəbul etməyir. Allah-taala insanlardan yalnız Onun qarşısında təslim olub, başqa heç bir şeyə baş əyməməyi tələb edir. Ona şərik qoşulmamalıdır. Həm Allaha, həm də onun ziddinə təslim olmaq qeyri-mümkündür.
    İmanda agahlıq, rəğbət və meyl, təslim olmaq, tağuta (Allahın ziddinə) küfr bəsləmək ünsürlərinin hamısı bir yerdə cəm olmuşdur. «İman elm və agahlıqdan daha genişdir» ifadəsinin mənası da məhz budur.
    İMANIN ELMLƏ OLAN BAĞLILIĞI
    İmanı tərifində onun elmlə olan bağlılığı da aydınlaşdı və elmin imanla birgə olduğu açıqlandı. Elimsiz iman həqiqi iman sayılmır. Tarixdə elmin imandan ayrı düşməsi nəticəsində meydana gələn faciə və ziyanlar haqqında çox danışılmışdır. İman yalnız elm sayəsində mövhumat və xurafatlardan təmizlənə bilər. İman elmdən uzaq düşdükdə, mürtəce bir əqidəyə dönər, yəni ifrat dərəcədə dindar olub, başqa dinlərə qarşı ədavət və kin bəsləməyə çevrilər və ümumbəşəri tərəqqinin qarşısını alar. Elm və mərifət olmayan yerdə nadan möminlərin imanı, zirək münafiqlərin əlində alətə çevrilər. Buna nümunə olaraq, islamın ilk çağlarındakı xəvaric firqəsini və indiyə qədər müxtəlif şəkillərdə zahir olan ayrı-ayrı dəstələri misal gətirmək olar.(M.Mütəhhəri. İnsan və iman, səh-35.)
    İmansız elmin faydasız olması, eləcə də insanların inkişaf və tərəqqisi qarşısında maneəyə çevrilməsi məlum məsələdir. Elm insana işıqlandırıcı qüdrət verər, amma istiqamətləndirə bilməz.
    Deməli, elm və iman bir-birini kamilləşdirən iki müxtəlif şeylərdir. Elm insanın yarısını, iman isə qalan hissəsini qurub düzəldir.
    1. Elm, bizə işıqlandırıcı qüdrət, iman isə eşq və ümid bəxş edir;
    2. Elm alət, iman isə məqsəd yetişdirər;
    3. Elm bizə sürət bəxş edir, iman isə yol göstərər;
    4. Elm bacarıq, iman isə gözəl istəkdir;
    5. Elm bizə varlıqları tanıtdırır, iman isə «nə etmək lazımdır» məsələsini ilham edər;
    6. Elm zahiri, iman isə batini bir inqilabdır;
    7. Elm dünyanı insan üçün münasib vəziyyətə gətirib çıxarır, iman isə insanın ruhunu insanlığa yönəldir;
    8. Elm insanın vücudunu horizontal, iman isə vertikal şəkildə genişləndirir;
    9. Elm təbiəti, iman isə insanları qurub düzəldir;
    10. Elm və iman hər ikisi insana qüdrət bəxş edir, amma elm fasiləli, iman isə fasiləsiz olaraq bu işi görür;
    11. Elm ağılın, iman isə ruhun gözəlliyidir;
    12. Elm insanlar üçün zahirdə, iman isə batində əmniyyət yaradır. Elm insanları müxtəlif xəstəliklərdən, tufanlardan, iman isə iztirablardan, tənhalıq və ümidsizlik hissləri kimi ruhi sıxıntılardan qoruyur;
    13. Elm dünyanı insanla, iman isə insanı özü ilə uyğunlaşdırır;
    14. Bütün bunlardan ən əhəmiyyətlisi budur ki, elm zülmə qarşı mübarizə aparmağa qadir deyil, amma imanın əsil işi məhz budur. Elm zülmkarların qarşısını almağa, yəni bəşəri ədalətli olmağa vadar etməyə qadir deyil. Çünki elm həm zülümkara, həm də zülmə məruz qalana qüdrət bəxş edir. Nəticədə hər iki tərəf bir-biri ilə yüksək səviyyədə mübarizəyə qalxırlar. Elmin olmadığı zaman, insanlar bir-biri ilə qılıncla, elm gəldikdə isə top-tüfənglə mübarizə edirlər.
    Elm heç bir zümlkarın qarşısını ala bilməmişdir, çünki elm insanlara meyl, rəğbət və duyğu deyil, yalnız qüdrət bəxş edir. Elm insanlara fərdi və şəxsi mənfəətlərin fövqündə dayanan heç bir məqsəd və ya məram vermir. Amma iman məhz bu işi görür.
    İman zülmlə iki cəbhədə mübarizə edir: biri zülmə məruz qalanın, o birisi isə zülmkarın cəbhəsində. İman birinci cəbhədə, zülmə məruz qalana zülmü heç vaxt qəbul etməməsini və onunla mübarizə aparmasını təkid edərək Allah dərgahında zülmü qəbul etməklə, zülm etmək arasında heç bir fərq olmamasını vurğulayır. İman bu yolla zülmə məruz qalanı özünü müdafiə etməyə dəvət edir.
    İkinci cəbhədə isə, təsiredici rol oynayan mənəvi bir amil kimi, insanları daimi zülm etməkdən yayındırır. Bəşər övladının çoxu məhz imanlı olduğuna görə, başqalarına zülm etməkdən boyun qaçırırlar.(İmandan qaçış. Səh-184-185)
    İMANIN İNSANSEVƏRLİK VƏ MƏHƏBBƏTLƏ BAĞLILIĞI
    Elmdən sonra oxuculara təqdim olunan ikinci insanlıq meyarı, məhəbbət və insansevərliklə birgə bəhs olunan əxlaq və xasiyyət oldu. Bu bəhsin axırında insansevərliklə, insanlıq meyarı deyil, onun insanlığa yetişmək üçün zəruri amil olması məlum oldu. İmanın insanlıq meyarı olması aydınlaşdıqdan sonra, onun insansevərliklə bağlılığı diqqət mərkəzinə çıxır. Bu məsələ də, əvvəldə geniş surətdə bəhs etdiyimiz iki mətləbə nəzər salmaqla aydınlaşacaq.
    Birinci budur ki, ayrı-ayrı fərdlər insanlığın özü deyil, onun hasilidir.
    İkinci mətləb budur ki, insanlar üç qismə bölünürlər:
    1-İnsanlığa çatanlar;
    2-İstedad və qabiliyyətləri potensial həddə qalmış insanlar;
    3-Məsx olunmuş, yəni öz həqiqətlərini əldən vermiş insanlar.
    Belə bir sual meydana çıxır ki, bu üç qism insanlardan hansıları başqalarına məhəbbət bəsləyə bilər və insan bu üç qism insanlardan hansını sevməlidir? Hamısını, yoxsa yox?
    Şübhə yoxdur ki, söhbət qarşılıqlı məhəbbətdən gedən zaman, eləcə də bütün cəmiyyət üzvlərinin bir bədən şəklində olub dərdlərinin müştərək olduğunu nəzərə alanda bu üç qism insan hamısı bir cür olmayacaqdır. Səhrada yaşayan vəhşi və insanlıq fitrəti hələ oyanmamış insanlar, başqalarının dərdlərinə də şərik ola bilməzlər. Bu cür insanlar cəmiyyətdə olan müştərək hakim ruhdan xəbərsizdirlər.
    İnsanlığı məsx olunmuş şəxslərin isə yeri hamıya məlumdur. Burada təkcə insanlığa yetişmiş və öz həqiqi mahiyyətini tapmış insanlar qalır. Bir bədən sayılan cəmiyyətin həqiqi üzvləri və o cəmiyyət üzərində hökm sürən vahid ruha tabe olan insanlar məhz bunlardır.
    Ağrıdarsa bir üzvi ruzigar,
    Digər üzvlər də olar biqərar.
    Bütün fitri və insani dəyərləri özündə canlandırmış insanlar, əsil möminlərdir. Çünki iman əsil insanlıq dəyərlərinin və insan fitrətinin başında dayanır. Deməli, insanları vahid bir şəkilə salan, onlara vahid bir ruh bəxş edən və bu cür əxlaqi və insani möcüzələrə səbəb olan imandır. Özü də vahid bir varlığa olan iman.
    Şübhəsiz insanlığa yetişmiş hər bir kəs, bütün insanlara, hətta bütün varlıqlara, o cümlədən məsx olunmuş insanlara qarşı da məhəbbət bəsləyir. Elə buna görə də Allah-taala həzrət Peyğəmbəri (s) «rəhmətun lilaləmin» adlandırmışdır. Peyğəmbər kimi insanlar, hətta öz düşmənlərinə qarşı da mehriban olurlar. Əli (ə) İbni Mülcəm Muradi barədə deyərmiş ki, mən ona həyat, o isə mənə ölüm diləyir.
    Söhbət bunun bizim kimilər üçün ideal bir məqam olmasından getmir. Bizim bəhsimiz qarşılıqlı məhəbbət və dərdə şərik olmaqdan ibarətdir.
    Bu cür qarşılıqlı mehribanlıq, yalnız iman əhlindən qurulmuş cəmiyyətlərdə yarana bilər.
    İNSANIN MƏSULİYYƏT VƏ VƏZİFƏ İLƏ OLAN BAĞLILIĞI
    Kantın nəzəriyyəsi baxımından, insanlıq meyarı vicdandan doğan vəzifə və məsuliyyət hissi idi. Amma qabaqkı bəhslərdə qeyd edildiyi kimi, vicdan təklikdə insanların bütün mənafelərini, ona qurban verməkləri üçün, bir məslək yaratmağa qadir deyil. Halbuki, iman bu işi görə bilər. Dini imana rəğbət, insanda təbii və fərdi istəklərin yolunda çalışmasından əlavə, yeri gəlsə bu yolda bütün varlığını qurban vermək hissi də yaradır. Bu cür hisslər yalnız ideologiya müqəddəs amal olduqda, insan üzərində mütləq hakim ola biləcəyi təqdirdə yarana bilər!
    İnsan ideyasına müqəddəslik bəxş edib, onun hökmlərinin insanlar üzərində kamil surətdə icra edilməsinə yalnız din qadirdir.
    Bəzən insanlar, dini əqidələri yolunda deyil, başqa əqidələrin təzyiqi nəticəsində əmələ gəlmiş intiqam hissi, kin-küdurət və başqa təbii reaksiyalarla fədakarlıq göstərir, yeri gəlsə canından, malından və bütün heysiyyətindən belə, keçməyə hazır olurlar. Biz bunun nümunəsini dünyanın müxtəlif regionlarında müşahidə edə bilərik.
    Dini və qeyri-dini ideologiyaların fərqi bundadır ki, əqidə dini olduqda ideologiya müqəddəsləşir və onun yolunda edilən fədakarlıqlar, təbii olaraq insanın öz razılığı ilə baş verir. İnsanın imandan doğan öz ixtiyarı ilə etdiyi fədakarlığı və başqa əqidələrin təsiri nəticəsində əmələ gələn daxili partlayışla edilən fədakarlıq arasında böyük fərq vardır.
    İMANIN İRADƏ İLƏ OLAN BAĞLILIĞI
    İradənin insanlıq meyarı götürülməsi nəzəriyyəsini tənqid etdiyimiz bəhslərdən məlum oldu ki, iradənin insan meylləri üzərində hakim olmasının zəruriliyini heç bir məslək rədd etməmişdir. Bəhs, bu mətləbin icrasını hansısa qüvvə tərəfindən öz öhdəsinə götürməsinin zəruri olmasındadır. İnsanda olan hansı qüvvə bu işə zəmanət verməlidir?
    Daha geniş ifadəylə desək, iradə ağılın icraedici qüvvəsi olduğundan bunların ikisinin də meyillər üzərində hakim olması lazım gəlir, amma hansı yolla, necə və hansı qüvvə bu işin icra olunmasına qarşı təminat verir? Bildiyimiz kimi, insan birinci dərəcədə öz mənafelərini güdən bir varlıqdır və iradəsini bu mənafelər qorunub saxlanana qədər öz meylləri üzərində hakim edə bilər. Amma mənafelərin əldən getdiyini görcək bu işdən əl çəkəcəkdir.
    Artıq burada insana öz mənafelərindən daha üstün istəklər bəxş edən başqa bir qüvvə olmasa, ağıl və iradənin əlindən bir iş gəlməyəcəkdir. İnsanların öz mənafeləri dalınca getməklərinin qarşısını ala bilən, eləcə də maddi və şəxsi mənafelərinin fövqündə dayanan istəkləri ona bəxş edə bilən yeganə qüvvə imandır. İnsanı bəyənilən səmtə hidayət edən qüvvə məhz imandır.
    İMANIN ZİYALILIQ VƏ AZADLIQLA OLAN BAĞLILIĞI
    Sarter və onun ardıcıllarının nəzərincə, azadlıq və ziyalılıq insanlıq meyarı sayılır. Bu fikrin sahibləri insanların dərdinə şərik olub, tam agahlıqla yüksək insani məqsədlər səmtinə üz tutmuş şəxsləri, ziyalılı insanlar adlandırırlar. Qabaqcadan bu nəzəriyyə əleyhinə tənqid olaraq qeyd etdik ki, agahlıq məlumatdan başqa bir şey deyildir və yol işıqlandırmaqdan başqa bir iş görmür. Agahlıq insanlara məqsəd göstərməyə qadir deyildir.
    Bütün bunlara əlavə edib demək lazımdır ki, Sarter və başqalarının nəzərdə tutduğu ziyalılıq məsələsinin izahı dini iman bəhsini ortaya atmadan qətiyyən mümkün deyil.
    Ziyalılıq məsələsi islam dini ədəbiyyatında ürəyiaçıq və xeyirxah adlanır. İnsanda ağıl və fikir mərkəzindən başqa, qəlb adlı daha bir başqa mərkəz də vardır. İnsan qəlbi aləmdə rəmzi şəkildə olan bir mərkəzdən daimi nur alaraq işıqlanır. Qəlbin işıqlanması nəticəsində insanda bir sıra hallar, o cümlədən başqalarının dərdi ilə şərik olma hissi üzə çıxır.
    Hikmət alimləri deyir ki, elm və fəlsəfə insanlara başqalarının dərdinə şərik olma hissi bəxş etmir və təkcə onun şəxsi təbiətinə xidmət edir. Elm və fəlsəfənin fövqündə dayanan yüksək ruh coşqunluğu adlı bir qüvvə mövcuddur. Bu qüvvə insan ruhunun işıqlanmasına səbəb olur. Ola bilər bir şəxs, elm əhli olmayıb, heç bir dərs oxumadan ona həqiqi yolunu nişan verən aydın qəlb sahibi olsun. İmam Cəfər Sadiq (ə) buyurmuşdur:
    Elm, çox oxuyub öyrənməklə əldə olunmur. Elm, Allahın öz istədiyi şəxslərin qəlbinə saçdırdığı bir nurdur.
    İmam Sadiq (ə) dövründə yaşayan Bəsri adlı bir şəxs, daxildə nəyəsə qarşı şövq hissi keçirdiyindən bildikləri onu qani etmirmiş. Bir neçə dəfə imam Sadiqin (ə) dərslərində iştirak etdikdən sonra başa düşür ki, axtardığı şeyi tapmışdır. Həzrətin hüzuruna gəlib şərh-halını ona söylədikdən sonra İmam buyurur: Sən axtardığın elm öyrədilib-öyrənilməklə əldə edilmir. O elmi əldə etmək üçün mədrəsəyə ustad yanına getməzlər. Sən istədiyin elm nura bənzəyən qəlbə saçılası bir elmdir. Bundan sonra İmam (ə) o şəxsə nəfsini islah etmək üçün bir neçə göstəriş verib deyir: Bunlara düzgün əməl et, özünü saflaşdır, axtardığın elm sənin öz batinindən coşacaqdır!
    Buna əsasən demək olar ki, Əbuzər Qəffari bu cür insanlardan, yəni bu gün alimlər kimi fəlsəfə, riyaziyyat və başqa elmləri oxumamış, amma aydın fikirli və qəlbi səfalı nurla dolu bir şəxs olmuşdur.
    Deməli, əgər insan pak olsa, özünü bütün çirkinliklərdən təmizləsə, mənəvi və hidayət nuru qəlbini işıqlandırıb onu düzgün yola yönəldəcəkdir. Bu cür insanlar məsuliyyətli olub, öz əqidəsinə tam bağlı və bunun yolunda bütün fədakarlığa hazır olacaqdır.(İmandan qaçış. səh-203-205. (müxtəsər formada).)
    İMANIN ROLU MƏQSƏDİ TƏYİN ETMƏKDİR
    İmanı elmlə, insansevərliklə, mükəlləf olmaq və məsuliyyətlə, iradə, azadlıq və ziyalılıqla müqayisə etdikdən sonra, bütün bunların insan əlində alət olduğu bizə məlum oldu. Eləcə də bütün bu meyarların insan üçün məqsəd təyin edə bilməməsi və məhz imanın bu işə qadir olduğu açıqlandı. Deməli, insan insanlığa yetişmək üçün həm alətlərə, həm də məqsədə ehtiyacı var. Çünki insan alətləri işə salmazdan əvvəl, məqsəd haqqında fikirləşməlidir. Bu alət rolunu oynayan meyarlar, məqsədə çatmaq yolunda istifadə olunur. Bəs məqsədlər necə yaranır?
    İnsan təbiətcə heyvan və potensial surətdə insan olduğundan, öz təbiətinə görə bu alətlərdən fərdi və heyvani məqsədlər yolunda istifadə edir və ona doğru hərəkət edir. Buna görə insanlar əlində alətə çevrilən bu meyarlardan əlavə, onu öz məqsədi yoluna yönəldə bilən başqa bir qüvvəyə ehtiyac duyulur. İnsan hər an onu daxilindən coşduran və gizli qalmış istedadlarını üzə çıxarıb həyata keçirə bilən, eləcə də ona düzgün istiqamət verə bilən bir qüvvəyə möhtacdır. Bu işi elm öyrənməklə, insanlar və təbiət üzərində hakim olan qanunları kəşf etməklə görmək olmaz. Bu proses insan ruhunda bəzi dəyərlərin müqəddəs tanınmasından doğulmuş, bu da öz növbəsində bir sıra ali istəklər, insan və aləmə xüsusi tərzdə baxışdan, yəni imandan doğan bir şeydir.(İnsan və iman. səh-37.)
    Eləcə də qabaqda olunan bəhslərdə, imanın nə dərəcədə zəruri və həyati olduğu məlum oldu. İnsan ideologiya və iman olmadan sağlam həyat sürə bilməz və bəşəriyyətin tərəqqisi yolunda heç bir faydalı iş görə bilməz. Çünki imansız insan xudpəsəndliyə qərq olub, öz şəxsi mənafelərindən başqa heç bir şey haqqında düşünməyir. İmanı olmayan insanlar şəkk içində olub, öz ictimai və əxlaqi vəzifələrini dərk etmirlər.
    Hər bir insan daimi olaraq həyatda, ictimai və əxlaqi məsələlərlə qarşılaşır və labüd bu məsələlər qarşısında öz reaksiyasını göstərməlidir. Əgər öz əqidə və imanına bağlıdırsa vəzifəsinə əməl edəcəkdir. Amma əgər öz məslək və dini təkliflərini aydınlaşdırmamış olsa, şübhə içində olub bir-biri ilə zidd olan işlərə əl atacaqdır. Odur ki, insanı həqiqi bir mömin kimi yetişdirə bilən qüvvə yalnız imandır. İman insanlara xudpəsəndlikdən uzaq olub, əqidəyə bağlı və təslim olmağı, eləcə də məsləkin onlara təqdim etdiyi ən kiçik məsələlərdə belə, şübhə etməyi öyrədir. Bu proses onlarda o qədər güclənir ki, onsuz həyatın puç olduğu onlar üçün aşkar olur.(İnsan və iman. səh-41-42.)
    Category: İnsanı tanımaq | Views: 1007 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024