İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 6
Qonaqlar 6
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 17 » Ayətullahül-üzma Behcətin həyatı
    9:38 AM
    Ayətullahül-üzma Behcətin həyatı
    SUAL VƏ CAVABLAR
    Sual 1: Həzrət Ayətullahül-Üzma Behcətin mübarək məhzərinə:
    Əvvəlcə salam və ehtiramımı ərz edib öz problemlərimə görə qiymətli vaxtınızı aldığım üçün sizdən üzr istəyirəm. Mən "biznes” sahəsində fəaliyyətə qoşularaq bütün var-yoxumu əldən çıxarmışam. Bu üzdən, düşdüyüm ziyandan çıxmaq, borclarımı qaytarmaq üçün hara müraciət edirəmsə bir şey çıxmır. İxtiyarımda olan mülkü satıb bu yolla camaatın borcunu qaytarmaq istəyirəm, amma işlərim alınmır. Buna görə də əlim hər yerdən üzülüb. Məsələn, mülkü satışa çıxarıram, çoxlu müştəri tapılır,... işin əvvəli yaxşı gedir, amma sonda bir nəticə çıxmır. Sizdən acizanə xahiş edirəm ki, mənim əlimdən tutasınız. Ümidvaram, sizin xeyir-duanız və hidayətinizlə mənim çətinliyim həll olsun.
    Cavab: "Allahın adı ilə. Şərəfli "istiğfar” zikrini("Əstəğfirullahə rəbbi və ətubu iləyh.”) çox təkrar edin və bu zikri deməkdən yorulmayın. Allah sizə tofiq versin! Vəssəlam.”
    Sual 2: Həzrət Ayətullahul-Üzma Behcətin mübarək məhzərinə:
    Salam əleyküm. Bildiriş üçün deyim ki, mən Gilan vilayəti Rudsər şəhərinin ətraf kəndlərindən birinin sakiniyəm. Sənətim fəhləlikdir. Bir neçə il olar ki, ailə qurmuşam. İki övladım var. Uşaqlıq illərində ata-anamı itirib yetim böyümüşəm. Ailə qurduğum ilk illərdə dolanışığım yaxşı idi. Özümə bir ev də tikmişdim. Amma yeni evə köçəndən sonra müxtəlif problemlərlə qarşılaşmalı oldum. Qazancım orta həddədir. Lakin qazancımın çoxusu dərmanlara, xəstəxanalara xərclənir. Ümumi götürsək, gəlirimin 90 faizi özümün, yoldaşımın, ya da uşaqların xəstəliklərinə–həkimlərə, dava-dərmana sərf olur. Bu vəziyyət neçə ildir davam edir. Xəstəliklərin çoxusu birdən-birə, gözləmədiyimiz halda qarşıya çıxır. Bə`ziləri bizim bu halımıza baxıb deyirlər: Sizi tilsimə salıblar, ya da gözə gəlmisiniz. Özüm də bilmirəm bu qədər problem haradan yaranır, niyə bu qədər çətinliklərə mübtəla oluruq. Bunun üçün də sizdən xeyir-dua zikri və xüsusi əməli tapşırıqla kömək etməyinizi xahiş edirəm.
    Cavab: "Allahın adı ilə. Sədəqə verməklə bərabər "müəvvəzətəyn”i[("Fələq” və "Nas” surələri nəzərdə tutulur.)həmişə deyin, şərif "La hövlə və la quvvətə illa-billah”ı çox zikr edin. Allah sizi müvəffəq etsin. Vəssəlam.”(Rza Baqirzadə, "Nüqtehaye nab”, səh. 28-29)
    Sual 3: Neçə vaxtdır ki, bir nəfərin məhəbbətində əsir olmuşam. Necə deyərlər, ağlın cilovunu əldən vermişəm. Nə edim?
    Cavab: "Aqil insan kamalda, gözəllikdə, davamda, mənfəət yetirməkdə ən üstün olana məhəbbət yetirər. Onun məhəbbətini digərlərinin məhəbbətindən üstün tutar. Ən kamil olanın məhəbbəti digərlərinin məhəbbətinin əksinə olaraq şər və bəlanı insandan dəf edər.”
    Sual 4: Xahiş edirik namaz haqqında qısa və aydın elə bir cümlə buyurasınız ki, hər zaman gözlərimiz önündə olub qəlbimizə həkk edilsin.
    Cavab: "Allahın adı ilə. Yüksək mərtəbədə yerləşən namazın fəziləti haqqında buyurulmuş ali bəyanlardan biri mə`sumlardan (ə) birinin məşhur olan bu kəlamıdır: Namaz mö`minin me`racıdır.
    Doğruluğuna yəqin hasil edib bu ali məqamın tələbində israrlı olan və onu unutmayanlar üçün tək bu cümlə yetərlidir.”
    Sual 5: Xahiş edirəm buyurasınız ki, Allah və pak imamlarla daha yaxşı ünsiyyət yaratmaq üçün nə etmək lazımdır?
    Cavab: "Allah-təalaya, Peyğəmbərə (s) və imamlara itaət, e`tiqad və əməldə günahı tərk etmək.”
    Sual 6: İlahi buyuruqları yerinə yetirərkən, xüsusi ilə namaz qılarkən Allaha təslim halını (xüzu` və xuşu`) almaq üçün nə etmək lazımdır?
    Cavab: "Namazdan qabaq İmam Zamana həqiqi təvəssül etmək, mütləq niyyətlə əməli yerinə yetirmək.”
    Sual 7: Riyadan uzaqlaşmaq üçün nə etmək lazımdır?
    Cavab: "Kamil inamla çoxlu "həvqələ” (la hövlə və la quvvətə illa billah) demək.”
    Sual 8: Əsəbiliyin dərmanı üçün nə edək?
    Cavab: "Kamil inamla çoxlu salavat (Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd) göndərmək.”
    Sual 9: Dərs deməkdən, Allah-təalanın kitabı və Əhli-beyt təfsirini oxumağa sə`y etməkdən başqa hansı işlə təqva və Allaha doğru meyli gücləndirmək olar?
    Cavab: "Allahın adı ilə. E`tiqad və əməldə günahın tərk edilməsinə dair verilən qəti və daimi qərarla.”
    Sual 10: Tələbələrdən bə`ziləri bizə müraciət edib onlara əxlaqi tövsiyyələr verməyimizi xahiş edir, həmçinin nəfsin saflaşdırılması barədə soruşurlar. Buna görə də xahiş edirik bu mühüm işdə bizə yol göstərəsiniz.
    Cavab: "Allahın adı ilə. Bu işdə faydalı olacaq ən böyük əməllərdən biri budur ki, hər gün sizin yanınıza dərs almağa gələn tələbələrə "Vəsailüş-şiə” kitabının "cihad” bölümündə nəfslə cihada aid əxlaqi bir rəvayət, həmçinin "Vəsail”in həcc bölümündə "adabül-işrət” babından müəyyən bir rəvayəti dərsdən qabaq oxuyub açıqlayasınız. Bu şərtlə ki, deyilən rəvayətlər düşüncə və tədbirlə, onları əməldə tətbiq etmək qəsdi ilə zikr edilsin.”
    Sual 11: Bə`zi tələbələr bizdən "riya”, "ücb”, "kibr”, "şəhvət” və sair haqqında soruşurlar. Sizin bu barədə şərif nəzəriniz nədir?
    Cavab: "Allahın adı ilə. Bütün bu rəzil sifətlərin mənşəyi Allaha qarşı mə`rifətin (Allahı tanımağın) az olmasıdır. Bu sifətlər ibadətdə munislərin munisi Allah-təala ilə ünsiyyət yaratmaqla dəf olur. Əgər insan bilsə ki, Allah-təala bütün hallarda və zamanlarda hər yaxşıdan daha yaxşıdır, Onunla ünsiyyətdən ayrılmaz.”
    Sual 12: Namazda fikri toplayıb, yalnız Allah haqda fikirləşmək üçün nə etmək lazımdır?
    Cavab: "Allah-təalanı tanıyıb Onunla munis olan kəsin diqqəti Allahdan yayınmamalıdır. Ona deyilir ki, ancaq həyatın zəruri işlərinə görə ondan ayrıl. Daha ona deyilmir ki, zəruri hacətlərini də bir kənara qoyub, ancaq diqqəti Allaha yönəlt. Əgər namaz qılan şəxs bilsə ki, Allahın camalı onu necə əhatə edibdir, heç vaxt namazdan yorulmaz.”
    Sual 13: Allaha doğru hərəkətdə (seyri-süluk yolunda) hökmən ustad olmalıdırmı? Əgər fərz etsək ki, ustad yoxdur, çarə nədir?
    Cavab: "Allahın adı ilə. Sənin ustadın sənin elmindir. Bildiyinə əməl et və bilmədiyin şeyə görə vəzifən yoxdur.”
    Sual 14: Həqiqi zöhd nədir? Necə həqiqi zahid olmaq olar?
    Cavab: "Zöhd odur ki, öz nəfsinin ağası olasan. Hər əməl və qadağada Allah-təalanın buyuruğundan çıxmayasan.”
    Sual 15: Əhli-beytə, xüsusilə də İmam Zamana (ə) qarşı məhəbbətimizi necə gücləndirə bilərik?
    Cavab: "Allahı tanıyandan sonra buyuruqlarına boyun əymək Ona qarşı məhəbbətin yaranmasına və beləliklə, Allahın sevdiyi kəslərə də məhəbbət bəsləməyə səbəb olar. Peyğəmbərlər və vəsiləri, o cümlədən Həzrət Məhəmməd (s) və pak ailəsi Allaha ən sevimli kəslərdir. Onların bizə ən yaxın olanı Sahibəz-zamandır.”
    Sual 16: Allahı tanımağın yolu nədir? Əgər mümkünsə yol göstərin.
    Cavab: "Allahı tanımağın yolu insanın özünü tanımasındadır. Biz ki, özümüz özümüzü yaratmamışıq və bu işi bacarmarıq. Başqası da əgər bizim kimidirsə, nə özünü, nə də bizi yaratmamış və yarada da bilməz. Deməli, bizi mütləq qadir yaratmışdır. O, Allahdır. Ona yaxınlaşmağın yolu ne`mət verənə şükür etmək, itaət göstərməkdir. İtaətin məşəqqəti ötəridir. Çox keçmir ki, Ona yaxınlaşmaq tələbində olanlara Allaha etdikləri ibadət və itaətləri hər şeydən şirin gəlir.”
    Sual 17: Ən üstün zikr hansıdır?
    Cavab: "Nəzərimcə ən üstün zikr əməli zikrdir. Yə`ni e`tiqad və əməldə günahın tərk edilməsidir. Hər şey ondan asılıdır, amma özü bir şeyə möhtac deyil və xeyir-bərəkət mənbəyidir.”
    Sual 18: Allaha yaxınlaşmaq istəyirəm. Lütfən, mənə yol göstərin. Bu işdə ustada ehtiyac varmı?
    Cavab: "Allahın adı ilə. Ustad elmdir. Müəllim vasitədir. Öz mə`lumatınıza əməl edin. Bildiklərinizi ayaq altına atmayın. Bu hədis–"Öz bildiklərinə əməl edən kəsi Allah bilmədiklərinin də varisi edər”("Bihar”, c. 79, səh. 189) və Qur`ani-kərimin bu ayəsi–"Bizim yolumuzda cihad edib çalışanları Öz yollarımıza hidayət edəcəyik”("Ənkəbut”, 69.) sizə kifayətdir.
    Əgər bir nəticəsi olmasa, bilin ki, ona əməl etməmisiniz. Gün ərzində bir saatınızı da dini elmləri öyrənməyə ayırın.”
    Sual 19: Qürurdan yaxa qurtarmaq üçün hansı yolu tövsiyyə edirsiniz?
    Cavab: "Allahın adı ilə. Qürurun əlacı çoxlu "həvqələ”("La hövlə və la quvvətə illa billah”) deməkdir.”
    Sual 20: Namazda qəlbin hazırlığı və fikri cəmləmək üçün nə etmək lazımdır?
    Cavab: "Allahın adı ilə. Həmin anda ki, anladınız fikriniz başqa yerdədir tez fikrinizi toplayıb namaza qayıdın. İxtiyari olaraq namazdan yayınmayın.”
    Sual 21: Mən vəsvəsə xəstəliyinə tutulmuşam. Lütfən, onun aradan qaldırılması üçün mənə yol göstərin.
    Cavab: "Çoxlu "təhlil”("La ilahə illəllah” zikri nəzərdə tutulur.)demək vəsvəsənin əlacıdır.”
    Sual 22: Əxlaqda hər hansı bir əmələ yiyələnmək üçün özümə bir proqram tuturam. Hətta and verib nəzir də boyun oluram. Amma bir müddətdən sonra iradəm süstləşir, məğlub oluram. Nə edim?
    Cavab: "Bir dəqiqə də olsa özünüzü Allahı yad edən görəndə ixtiyari olaraq bu haldan çıxmayın. Əgər qeyri-ixtiyari, qəflət üzündən olsa, eybi yoxdur, fikir verməyin.”
    Sual 23: İstəyirəm Allaha yaxın olum, seyri-süluka qədəm qoyum, yolu nədir?
    Cavab: "Allahın adı ilə. Əgər talib (bu istəyin tələbində olan) sadiq olsa (istəyində və niyyətində düz olsa), günahın tərki bütün ömür üçün kifayət edər, hətta ömrü min il olsa da.”("Sual-cavab” bölümü əsasən, Seyyid Mehdi Sainin "Məhbuba doğru” kitabından əxz edilmişdir. )
    Category: Ayətullahül-üzma Behcətin həyatı | Views: 1063 | Added by: Islam_Kitabxanasi | Rating: 2.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024