İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 4
Qonaqlar 4
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 17 » Ayətullahül-üzma Behcətin həyatı
    2:45 PM
    Ayətullahül-üzma Behcətin həyatı
    BEŞİNCİ FƏSİL
    Əməli tapşırıqlar (tövsiyyələr və moizələr)
    Günahı tərk etmək axar çeşməyə bənzər.
    Hörmətli tələbələrdən biri belə nəql edir: Bir gün Ayətullah Behcətin hüzuruna gedib dedim: Rəhmətlik Bidabadi kimi tanınmış dini şəxsiyyətlərdən nəql olunmuş xüsusi tapşırıqlara ustadın göstərişi olmadan biz özümüz əməl edə bilərikmi? Behcət belə cavab verdi: "Rəhmətlik Bidabadi və digər böyük şəxsiyyətlər islam yolunda çox zəhmət çəkmişlər. Bu şəxsiyyətlərin hər biri mö`min insanları müxtəlif yollarla Allaha tərəf gedən yola hidayət edərmişlər. Amma mənim nəzərimcə bütün xüsusi tapşırıqlar bir şeydə–günahı tərk etməkdə toplanmışdır. Elə fikirləşməyin ki, günah etməmək özü çox asan və sadə bir işdir. Bə`zən zahirdə sadə görünən bu işin özü çox çətindir. Günahları tərk etmək axar çeşməyə bənzəyir. Əvvəlcə siz günahları tərk edin, sonrakı ibadət və tapşırıqlar özü sizə tərəf gələcək.”
    Çox dindar tələbələrdən biri deyir ki, bir gün Ayətullah Behcətin yanına gedib dedim: Mənə xüsusi bir tapşırıq verin. Buyurdu: "Çalış günah etmə.” Dedim: Bu yaşda mənə günah etmək yaraşarmı? Bir zikr və ya xüsusi tapşırıq verin ki, ona əməl edim. Behcət dedi: "Dünən öz evində hansı günaha mürtəkib olduğunu deyimmi?” Mən dedim: Bəli, deyin. Behcət dünən baş verənləri bir-bir mənə sadalayanda, yerimdə quruyub qaldım. Sonra tez onunla sağollaşıb getdim. (Əlbəttə, hər kəs öz həddində günaha mürtəkib olur və ola bilsin ki, bə`zilərinin nəzərində bunlar günah hesab olmasın.)
    İnqilabda çox zəhmət çəkmiş böyük şəxsiyyətlərindən biri Behcətdən xüsusi bir tapşırıq istədi. Behcət həmişəki kimi başını aşağı salıb zikr deməyə məşğul idi. O, başını qaldırıb dedi: "Bacardıqca günah etməyin.” Sonra yenə də zikr deməyə davam etdi. Yenə mənə baxıb buyurdu: Əgər birdən hər hansı bir günaha mürtəkib olsanız, çalışın camaatın haqqı ilə əlaqədar olmasın.” Sonra yenə zikr deməyə məşğul oldu. Üçüncü dəfə başını qaldırıb dedi: "Əgər həqqünnasla əlaqədar günaha mürtəkib olsanız, bu dünyada halallıq almağa çalışın.” (Bu günahı axirətə saxlamayın, orada sizin üçün çox çətin olar.)
    Tapşırılana əməl etmək lazımdır.
    Bir tələbə deyir: "Ayətullah Behcətə dedim: Peyğəmbər (s) və Həzrət Əlinin (ə) Salman Farsi, Əbuzər, Meysəm Təmmar və Rəşid Hicri kimi şəxsiyyətlərə verdikləri xüsusi tapşırıqlar hal-hazırda mövcuddurmu? Behcət buyurdu: "Hər nə varsa Qur`an və Nəhcül bəlağədədir. Bunlardan başqa heç bir şey öz səhabələrinə öyrətməyiblər.”
    Başqa bir yerdə belə buyurmuşdur: "Tapşırıq istəyənlərin sayı çoxdur. Amma mən hər kəsə bir tapşırıq verə bilmərəm. Bu tapşırığı mən hamıya tövsiyə edirdim ki, "Vəsailüş-şiə” kitabının "Cihadun-nəfs” bölümündən hər gün bir hədis oxuyub, ona əməl etməyə çalışsınlar. Bir ildən sonra əxlaqi cəhətdən dəyişdiyinizi hiss edəcəksiniz. Bu, xəstələndiyiniz vaxt istifadə etdiyiniz dərmana bənzəyir. Çünki dərmanın tə`siri bir müddət keçəndən sonra özünü büruzə verir.”
    "Dər məhzəre bozorgan” kitabında Ustad Qərəviyan belə qeyd etmişdir: "Bir gün bir qrup adamla Ayətullah Behcətin hüzurunda (məclisində) oturmuşduq. O, üzünü məclisdəkilərə tutub dedi: Hüzeyfədən nəql olunur ki, İmam Sadiq (ə)-ın yanına gəlib ərz etdi: Ey peyğəmbər övladı! Hamı sizdən "xeyir nədir?”–sualını soruşur. Amma mən sizdən "şər nədir?”–sualını soruşmaq istəyirəm.
    Sonra Behcət əlavə edərək dedi: İnsan əgər şərin nə olduğunu bilsə və ona mürtəkib olmasa, bütün işləri düzələr.”
    Riyanın əlacı
    ...Bir dəfə Ayətullah Behcət söhbətini bitirdikdən sonra icazə alıb dedim: Mənim bir sualım var. Buyurdu: "Əgər xülasə olsa, eybi yoxdur.” Ərz elədim: Bə`zən, insan Allah yolunda gördüyü xeyir işlərin tam ixlasla olması üçün çox sə`y edir. Amma şöhrətpərəstlik, camaatın yanında riyakarlıq, başqaları tərəfdən tə`riflənmək kimi cüzi şeytani vəsvəsələrdən yaxa qurtara bilmir. İnsanın zehnində dolaşan belə vəsvəsələr riya sayılırmı? Bu fikirlər insanın gördüyü xeyir işlərin dəyərini azaldırmı?
    Behcət belə cavab verdi: "Yol verilməyən riya ancaq ibadətdir və riya ilə qarışıq olan ibadi əməllər haramdır. Bə`zilərinin dediyinə görə riya hətta ibadəti batil edir. Amma ibadətdən kənar işlərdə riyanın maneəsi (eybi) yoxdur. Riyanın özü riyaya çarə ola bilər və riyanın çarəsi də düzgün fikirləşməkdədir.
    Niyyət
    Belə niyyət edin ki, elminizlə əməliniz uyğun olsun. Elm və əməl nə biri-birindən qabağa keçsin və nə də geri qalsınlar. Bizim bədbəxtçiliyimizin əsas səbəbi elm və əməlimizin uyğun olmamasıdır. Bə`zilərinin elmi əməlindən geridə, bə`zilərinki isə irəlidədir. Xülasə, elmləri ilə əməlləri biri-birinə uyğun gəlmir. Adətən, bir çoxlarının elmi bə`zən əməlindən qabağa keçir və bə`zən də geri qalır. Beləliklə, bildiyiniz hər bir şeyə əməl etməyə çalışın ki, elminizlə əməliniz bərabər olsun.("Dər məhzəre büzürqan”, Möhsün Qərəviyan, səh. 71-72)
    Nur çeşməsindən süzülən kəlamlar
    Kommunistlərin Qafzaqdakı represiyaları
    Kommunistlərin hökumət etdikləri yetmiş illik represiya dövründə Qafqazda–Bakı, İrəvan, Naxçıvan və digər şəhərlərdə din və dindarların başına nələr gəldiyini bir Allah bilir. Camatın din adını çəkməyə ixtiyarı yox idi. Onların hökumət etdikləri dövrlərdə uzun illər camaat namazı qılınan məscidlər anbarlara çevrildi. Qafqazın böyük alimlərindən olan Mirzə Qəni Badkubini çox faciəli bir şəkildə öldürdülər. Bolşeviklərin Qafqaza gəldiyi ilk vaxtlarda Leninin şəklini küçə və bazarlarda gəzdirib deyirdilər: "Lenin Məhəmməddən (s) ağıllıdır.”
    Mirzə Qəni minbərə çıxıb dedi: "Düzdür ki, Lenin ağıllı adamdır, amma həzrət Məhəmmədin (s) ayaqqabısının bağı belə ola bilməz. Bu sözə görə kommunistlər ona əzab verərək öldürdülər. Onun qatilinə Allah lə`nət eləsin.
    Bakıda elə ağır vəziyyət yaranmışdı ki, alimlər ya təqiyyə, ya da hicrət etməyə məcbur oldular.("Dər məhzəre Ayətullah-Üzma Behcət”)
    Günah və günahkarın aqibəti
    İmam Rzadan (ə) belə rəvayət olunmuşdur: "Allahın rəğbət və mərhəmətindən naümid olmaq, insanın ömür boyu mürtəkib olduğu günahlarından qat-qat çoxdur.” Əgər Allaha qarşı mə`siyət (üsyan) etməkdə öz nəfsimizin öhdəsindən gələ bilməsək, getdikcə ilahi ayələri təkzib və inkar etməyə başlayacağıq. Beləliklə, Allahın rəhmət və mərhəmətindən naümid olacağıq, halbuki, günahkar olan hər bir şəxsə Allahın rəhmətindən uzaq olması gün kimi aydındır.
    "Qiyamət günü Allah-təala rəhmət qapılarını elə açacaqdır ki, hətta İblis də tamah salacaq.”("Biharül-ənvar”, c. 7, səh. 287; c. 6, səh. 236. "Əmali”, Şeyx Səduq, səh. 205. "Rövzətül-vaizin”, c. 2, səh. 502)
    İmam Hüseynin (ə) şəhadəti müqabilində Ömər Sə`də hansı və`dlər verilməmişdi? Amma o nə şah, nə xəlifə və nə də Reyin hakimi ola bildi.("Rey, onun ətrafı və Cürcan vilayətlərinə hakimlik etməyi Ömər Sə`də və`d vermişdilər.” "Biharül-ənvar”, c. 44, səh. 305 və 385; c. 45, səh. 9. "Kəşfül-qummə”, c. 2, səh. 47. "Məsirul-əhzan”, səh. 50)Nəfsin bu vəsvəsələrindən Allaha pənah aparırıq. İnsan öz aqibətinin xeyirli olması üçün nəfsini hər cür vəsvəsələrdən qorumalıdır.(Həmin mənbə, səh. 193)
    Məkruh yemək yemişdim...
    Nəcəf elmi hövzəsindəki təhsilini başa vurmuş bir tələbə İrana qayıtmaq istəyərkən, Seyyid Məhəmməd Kazim Yəzdinin yanına gedib, ona rəvayət nəql etməsi üçün icazə verməsini istəyir. Bir-neçə gün keçsə də, Seyyid Yəzdi bir cavab vermir. Həmin tələbə deyir: Öz-özümə fikirləşirdim ki, Seyyiddən Beytül-maldan bir şey istəməmişəm! Mənə elə gəlir ki, İranda onu elə də tanıyan olmaz və onun icazə verməsi bir o qədər də mühüm deyil. Elə buna görə də hər dəfə Seyyid Məhəmməd Kazim Yəzdini görəndə çox acığım tuturdu.
    Bu əhvalatdan bir-neçə gün keçəndən sonra Seyyid rəvayət nəql etməyi mənə icazə verdi və cavabı gecikdirdiyi üçün məndən üzrxahlıq etdi. O, tə`xirə salınmış cavabın səbəbini belə açıqladı:
    "Mən o gün məkruh yemək yemişdim. Onun tə`sirinin bütünlüklə bədənimdən çıxmasını gözlədim ki, tam paklanandan sonra silsilə rəvayətlər sırasında böyük alim və ravilərlə öz mə`nəvi bağlılığımı bərpa edim və bundan sonra sənə rəvayət nəql etmək icazəsi verim.”(Həmin mənbə, səh. 337)
    Halal və haram yeməyin insanın taleyindəki rolu
    Vay o gündən ki, yemək-içməkdə haramdan çəkinməyək. Çünki bu yeməklər insanın elm, iman və ya küfründə böyük tə`siri var. Elə bu cəhətdən də bir vaxt ayılıb görürük ki, Yezidə iman gətirmişik. Allah-təala "Bəqərə” surəsinin 35-ci ayəsində Adəmə (ə) belə buyurur:
    "Sizə haram buyurulmuş bu ağaca yaxınlaşmayın ki, zülmkarlardan olmayasınız.”
    Bu ayədən mə`lum olur ki, elə bu yemək-içməklər Adəmin (ə) cənnətdən qovulub yer üzünə gəlməsinin səbəblərindəndir. Yemək-içmək insanı məxluqatın ən ali ya da ən alçaq (aşağı) dərəcəsinə çatdıra bilər. Bütün yeməli-içməlilər insanın qanında, bədənində, ruhunda, zehnində və fikrində özünü çox aydın büruzə verir. Elm, əməldə yüksək müvəffəqiyyətlər əldə etmiş sağlam fikir və düşüncə sahibi olan alimlər, ancaq halal yeməklərdən istifadə etməklə belə ali məqamlara çata bilmişlər.(Həmin mənbə, səh. 337-338)
    Bu vəhşilərə deyin!
    Böyük alimlərdən biri bolşeviklərin zamanında Rusiyada olan bir şəxsin dilindən belə nəql edirdi:
    "Qafqazda yerləşən üç böyük şəhərə – Bakı, Tiflis və İrəvana get-gəl edirdim. Bir dəfə Tiflis şəhərində olarkən bir qrup məsihi ilə qatara mindim. Elə bu vaxt bir keşiş də onu müşaiyət edən bir-neçə nəfərlə qatara daxil oldu. O vaxtlar hər şəhərdə ancaq iki və ya üç keşiş olardı. Buna baxmayaraq qatarda olan məsihilərin heç biri ona əhəmiyyət vermədi. Elə bu vaxt qalxıb yerimi həmin keşişə verdim. Keşiş dedi:
    Nə üçün qalxıb yerini mənə verdin? Dedim: Çünki bizim itaət etdiyimiz peyğəmbər bizə ruhanilərə hörmət etməyi buyurmuşdur.
    Keşiş bir müddət başını aşağı saldı və sonra yenə də soruşdu: Xahiş edirəm, niyə qalxıb mənə yer verdiyinizi bir daha təkrar edəsiniz. Dedim ki, biz müsəlmanların peyğəmbəri ruhanilərə hörmət etməyi bizə tövsiyə etmişdir. Keşiş ətrafına göz gəzdirib dedi: "Bunu bu vəhşilərə deyin, bu vəhşilərə deyin! (Bolşevik–yə`ni dinsiz.)
    Buradan mə`lum olur ki, onlar fəqət islam dini ilə deyil, bütün dinlərlə müxalif idilər.(Həmin mənbə, səh. 351-352)
    Ne`mət bol deyilsə, deməli şükrümüz az olmuşdur.
    Başımıza gələn bütün bəla və müsibətlər Allahın bizə əta etdiyi ne`mətlər qarşısında naşükür olmağımızla əlaqədardır. Çünki Allah-təala İbrahim surəsinin 7-ci ayəsində buyurur:
    "Yadınıza salın ki, o zaman Rəbbiniz bunu bildirmişdi: Əgər (Mənə) şükür etsəniz, sizə olan ne`mətimi artıracağam. Yox, əgər nankorluq etsəniz, (unutmayın ki) Mənim əzabım, həqiqətən, şiddətlidir.”
    Şükür etmək ne`mətlərin artmasına və naşükürlük isə onların azalmasına səbəb olur. Əgər Allahın bizə əta etdiyi ne`mətlərin azaldığını görsək, şübhəsiz ki, bunun əsas səbəbi bizim naşükürlüyümüzdən irəli gəlir.
    Şükürün geniş mə`nası vardır ki, onlardan biri də Allaha itaət deməkdir. Şükür təkcə dildə "əlhəmdülillah” deməklə bitmir. Baxmayaraq ki, bu da Allaha şükür etməyin bir yoludur və itaət deməkdir.
    Deməli, Rəbbin bizə lütf etdiyi ne`mətlərin müqabilində şükür Onun itaətində olmaq və ne`mətlərin daha artması mə`nasındadır. Ne`mətlər qarşısında naşükürlük isə Allaha qarşı üsyan və Onun tərəfindən nazil olacaq əzaba dəlalət edir.
    Əgər nə vaxtsa başımıza bir müsibət və ya bəla gələrsə, onun səbəbini ötən günlərdə axtarmalıyıq. Çünki, insan öz yaxşı və pis əməllərinin müqabilində Allah-təala tərəfindən mükafatlandırılır. Yaxşıya yaxşı, pisə isə pis ilə cavab verilir.
    Biz nə vaxt hansı bir vacib əməli tərk etmədiyimizə və ya harama mürtəkib olmadığımıza əmin olsaq, gərək sevincdən papağımızı göyə ataq.(Həmin mənbə, səh. 358-359)
    Halal ruzi üçün harama əl atmayaq.
    Axı, niyə bizə dərs olmur? Allah-təala Qur`anda buyurur:
    "Ey Adəm! Həqiqətən, sən orada (cənnət) aclığın, çılpaq olmağın nə olduğunu bilməzsən.”("Taha”, ayə 118.)
    Əgər haram yeməsək aclıq və susuzluqdan ölmərik. Cənnət bütün ne`mətləri ilə sənin ixtiyarında olacaqdır. Əks-təqdirdə heç bir şey. Biz insanların əgər cənnətə inamımız olsaydı, bu qədər ilahi hökmlərə qarşı müxalif çıxmazdıq. Şeytan Adəm və Həvvaya (ə)–"(Adəmin və Həvvanın) örtülü ayıb (övrət) yerlərini özlərinə göstərmək məqsədilə onlara vəsvəsə edib dedi: Rəbbiniz sizə bu ağacı yalnız mələk olmamağınız və ya (cənnətdə) əbədi qalmamağınız üçün qadağan etmişdir.”("Ə`raf”, ayə 20.) –yalan demişdi. Allahın itaətindən çıxıb sizə nəhy edilmiş ağacın meyvəsindən yediyinizə görə, cəhənnəm odunda yanacaqsınız!
    Biz insanların işi quşlara çox bənzəyir. Quşlar üçün tələ quranda ora dən tökürlər və onlar dən yemək üçün gələndə ovçunun toruna düşürlər. Əgər insanın qəlbi tora düşsə nə baş verər?
    Allahdan nə qədər uzaq düşmüşük ki, fəsad və əxlaqsızlığa düçar olmuşuq. Şiə əqidəsində müvəqqəti izdivac (siğə) caiz sayılır və haram iş (zina) görməyə heç bir ehtiyac yoxdur. Amma şeytan bir çoxlarının yolu üstə durub, onları harama sürükləyir. "İblis dedi: Sən məni (Adəmə səcdə etmədiyimə görə) məhrum etdiyinə əvəz olaraq mən də Sənin düz yolunun üstündə oturub insanlara (Sənə ibadət və itaət etməyə) mane olacağam!
    Allah-təala buyurdu: Oradan (cənnət) rüsvay olmuş (qovulmuş) halda çıx. Onlardan (insanlar) hər kim sənə uysa, (cəzasını alacaq). Əlbəttə, cəhənnəmi sizin hamınızla dolduracağam!”
    Category: Ayətullahül-üzma Behcətin həyatı | Views: 951 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024