İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 8
Qonaqlar 8
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 17 » İnsanı tanımaq
    9:56 AM
    İnsanı tanımaq
    İKİNCİ FƏSİL
    ŞƏXSİYYƏT BAXIMINDAN İNSANLARIN QİSMLƏRİ
    Şəhid Mütəhhəri insan «şəxsiyyətinin» potensial qüvvə şəklində olmasını, eləcə də bu şəxsiyyətin insanların məhz öz iradə və ixtiyarı ilə aktuallaşmasını nəzərə alaraq, onları üç dəstəyə bölüb deyir: Qurani-kərimdə insan üçün üç mənsəb zikr edilmişdir.
    1. Heyvanın fövqündə olan mənsəb;
    2. Heyvanla bir səviyyədə olan mənsəb;
    3. Heyvandan aşağıda olan bir mənsəb (heyvaniyyət).
    O, həmin məsələyə əsaslanaraq insanların əməllərini də üç qismə bölür:
    1. Əxlaqi işlər; (heyvan həddindən yüksək).
    2. Qeyri-əxlaqi işlər; (nə əxlaqi və nə də əxlaqın ziddinə olan orta bir mövqe).
    3. Əxlaqın ziddinə olan işlər. (Heyvandan aşağı dərəcə).
    Şəhid Mütəhhəri başqa bir yerdə də insanların qismləri başlığı altında yazır: İnsanlar üç dəstəyə bölünürlər:
    1. İnsanlığa yetişmiş insanlar; (insani dəyərləri və həqiqi insan mahiyyətini aktuallaşdırmış insanlar);
    2. İnsanlığı potensial qüvvə şəklində qalmış insanlar. (Yarım vəhşi, uşaqlıq həddində qalmış və inkişaf etməmiş insanlar. Fitri insanlığı təhrik olunmamış və hələ də bir növ yuxuda olan insanlar).
    3. Məsx olunmuş insanlar. (Öz həqiqi surətlərini əldən verərək insanlıq mahiyyətini dəyişdirmiş və ən pis canlıya çevrilmiş şəxslər).
    Buna əsaslanaraq ayrı bir ifadə ilə insanları üç növə də bölmək olar:
    1. Pak insan;
    2. Boş və puç insan;
    3. Çirkin və murdar insan.
    Mərhum Mütəhhəri ayrı bir yerdə yenə insanları üç növə bölür.
    1. Kiçik ruhlu və qədir-qiyməti olmayan insan;
    2. Böyük ruh sahibi olan insan;
    3. Yüksək mərtəbəli ruha sahib olan insan.
    SƏY GÖSTƏRMƏYƏN VƏ QƏDİR-QİYMƏTİ OLMAYAN İNSANLAR
    Mərhum Mütəhhəri belə şəxslərin xüsusiyyətlərini bəyan etmək məqsədi ilə, nümunə olaraq sərvət əldə etmək sahəsini misal çəkir. Sərvət əldə etmək üçün insanların çalışqanlığı heç də bərabər deyildir. Bəziləri azacıq da olsa, sərvət toplamaq üçün səy etmirlər. Onları yalnız qarınlarının tox olması maraqlandırır. Bir qarın çörəkdən ötrü nökərçilik etməyə də hazırdırlar. Hətta bu yolda rüsvay olmağa da razı olurlar. Bu cür insanlar bəzən sərvət toplamaq üçün iş dalınca gedən insanları təhqir edir, onlara rişxəndlə gülürlər. Görəsən bunlar dünya malından əl çəkmiş və yalnız mənəviyyatları ilə məşğul olan zahidlərdirmi? Əlbəttə belə deyildir. Dünyapərəst və həris insan, tənbəl şəxslərdən daha üstün və daha şəxsiyyətlidir. Heç bir çalışqanlığı olmayan insan məzəmmət olunmağa daha layiqdir. Həris və dünyapərəst insanı həqiqətən zahid olan bir şəxs məzəmmət edə bilər. Məsələn, Əli (ə) kimi çalışqan, sərvətli, amma eyni zamanda səxavətli və sərvəti başqalarına kömək etmək məqsədi ilə qazanan bir insan bu işi görə bilər.
    YÜKSƏK RUHLU ÇALIŞQAN İNSANLAR
    Şübhəsiz çalışqanlıq yüksək ruhun, tənbəllik isə cılız ruhun nişanəsidir.
    Hemməte bolənd dar ke mərdane ruziqar
    Əz hemməte bolənd be caye rəsideənd.
    Mənası: İradə və əzmini yüksəlt ki, tarixin böyük şəxsiyyətləri yüksək iradə və əzmlə ucalıblar.
    Başqa birisi deyir:
    Bolbol be bağo coğd be virane taxteəst
    Hər kəs be qədre hemməte xod xane saxteəst.
    Mənası: Bülbül bağı, bayquş xarabalıqları sevər. Hər bir şəxs öz əzm və iradəsi miqdarında ev tikə bilər.
    İnsan hansı yolda olursa-olsun, həyatın bu dəyişməz qanunu ilə qarşılaşmalı olacaqdır!
    1. ELM YOLUNDA
    Elm yolunda edilən səylər müxtəlif olur. Bəziləri yalnız attestat almaqla kifayətlənir. Amma bəzən elmin heç bir hədd-hüdudu ilə qane olmayan insanlarla da qarşılaşırıq. Belə şəxslər özlərini elmə həsr etmiş, həyatlarını elmi kəşf və yaradıcılıqlar bağlamışlar.
    2. MAL-DÖVLƏT ƏLDƏ ETMƏK YOLUNDA
    Bəzi insanlar çoxlu sərvət toplamaqla məşğul olurlar. Sanki, onların daxilində böyük sərvət əldə etmək və aza qane olmamaq hissi qoyulmuşdur.
    3. MƏQAM VƏ MƏNSƏB ƏLDƏ ETMƏK YOLUNDA
    Bəzi şəxslər mənsəb və hörmət əldə etmək yolunda var qüvvəsilə çalışırlar. Görəsən bu sahədə hamı bərabərdirmi? İsgəndərin çalışqan və yüksək himmətli olmasına heç kəs şübhə etmir. O, bütün dünyanı işğal etmək fikrinə düşmüşdü. Şübhəsiz İsgəndər, hörmətli olmaq istəməyən tənbəl insanların çoxundan üstün bir şəxsdir. Eləcə də Nadir şah və bu kimi insanlar. Belə insanlar yüksək şəxsiyyətli ruh sahibləri deyil, sadəcə olaraq böyük ruh sahibləridirlər. Çünki, bu cür insanların geniş fəzalı ruhlarını yalnız şan-şöhrət əldə etmək hissi bürümüşdür. Onlar yalnız, hamıdan daha qüdrətli olmaq haqqında fikirləşir və bundan başqa heç bir şey haqqında düşünmürlər.
    BÖYÜK RUH ZƏHMƏTLƏ ƏLDƏ OLUNUR
    Böyük ruh sahibinin cismi də istər-istəməz həmişə əzab-əziyyət içindədir. Təkcə kiçik ruhlu və qədir-qiyməti olmayan şəxslər rahat yaşayış tərzi keçirir, rahat yatır, yeyir və bəzən də uzun ömür sürürlər. Amma ruhun böyük olması, ruh sahibinin zəhmətlə qarşılaşmasına və bəzən də onun ömrünün qısa olmasına səbəb olur.
    Mütənəbbi deyir:
    İza kanətin nüfusu kubara
    Təibət fi muradihil əcsam.
    Mənası: Ruhun böyük olması, cismin zəhmət çəkməsinə səbəb olur.
    Elə buna görə də böyük ruh sahibləri həmişə zəhmət içində olmuşlar. İsgəndər də belə şəxslərdəndir. O rahatlıqla yaşasaydı, İsgəndər ola bilməzdi. Şan-şöhrət dəlisi olan Nadir şah da əgər rahat yaşasaydı, Nadir ola bilməzdi. O, bəzən on günlərlə ayaqqabısını ayağından çıxarmırdı. Belə insanlar, artıq rahat yorğan-döşəkdə yatıb ləzzətli xörək yeyə bilmirlər.
    Hansı sahədə olursa-olsun, böyük ruha yiyələnən şəxslər cismi rahatlıqdan məhrum olacaqlar.
    MƏSX OLUNMUŞ BÖYÜK RUHLAR
    Əgər hansısa bir şəxs böyük alim olub, elmdən savayı istedad və məziyyətə sahib deyildirsə, onda yeni kəşf və yaradıcılıqlara olan meyl böyük ruh nişanəsidir. Yəni elm yolunda atılmış böyük addımdır. Bəziləri də artıqtamah olub iş-gücü daim mal-dövlət toplamaqdır. Bəziləri şəhvətpərəst, həris və kin-küdurətli olub yalnız başqalarına həsəd aparmaqla məşğul olurlar. Bütün bunlar xudpəsəndlik nişanələridir. Bunların heç birinə yüksək şəxsiyyətli insan demək olmaz və onlar yalnız müəyyən mənada böyük ruh sahibləridir.
    Belə insanların «səy və çalışqanlığı» olmayan insanlarla müqayisədə üstünlüyü, onların öz istedad və bacarıqlarını inkişaf etdirməsidir. Amma onlar bu bacarıq və istedadlardan, öz «ilahi fitrətlərinə» uyğun olmayan tərzdə istifadə edirlər. Əzm və iradəsiz «tənbəl» insan isə öz istedadlarının heç birini inkişaf etdirməmişdir. Belə şəxslər heyvanla bərabərdirlər, amma öz istedadlarını «ilahi fitrətlə» uyğun olmayan tərzdə istifadə edən şəxslər, heyvandan da aşağı bir səviyyədədirlər.
    İnsanın ruh və mənəviyyatının məsx olub heyvana çevrilməsi mümkün olan bir şeydir. Hətta elə bir heyvana çevrilə bilər ki, dünyada o çirkinlik və pislikdə heyvan olmasın. Qurani-kərimin «Əraf» surəsinin 179-cu ayəsində «bəl hum əzəll» — yəni bəzi insanların heyvandan da aşağı səviyyədə olması barədə söhbət açılır. Bu necə olar bilər? Bəli, insanın ruhən heyvana çevrilməsi mümkün olan bir şeydir! Çünki hər bir insanın şəxsiyyəti onun əxlaqi və psixoloji xüsusiyyətləri ilə ölçülür. Əgər onun şəxsiyyəti hansısa bir heyvan xüsusiyyətlərinə oxşayırsa, deməli həqiqətən o, yırtıcı bir heyvana çevrilmişdir. Donuz həqiqətdə donuz olub, onun bədən quruluşu ilə xüsusiyyətləri bir-birinə mütənasib yaranmışdır. Amma əgər insan öz həqiqi xüsusiyyətlərini itirib donuz xüsusiyyətlərini əldə etsə, donuza çevrilmiş olar. Səhabələrdən biri söyləyir ki, imam Səccad (ə) ilə Məkkəyə getmişdik; Ərəfatda minlərlə hacı görüb dedim: «Ma əksərəl həcic» yəni, maşallah bu il hacı çoxdur.
    İmam (ə) buyurdu: «Ma əksərəz-zəcici və əqəllil həcic» yəni necə də səs-küy və fəryad çox, hacı isə azdır.
    O şəxs deyir: İmam (ə)-ın nə etdiyini bilmədim, amma bir də baxdıqda səhranı müxtəlif heyvanlarla dolu gördüm. Onlardan yalnız bir neçəsi həqiqi insan surətində idi. Sonra İmam (ə) buyurdu: İndi başa düşdün ki, bu işin batini nə yerdədir?
    Bu məsələ İmam (ə) və saleh bəndələr üçün gün kimi aydın məsələlərdən biridir. Əgər biz müasir insanlar, söylənilənləri qəbul etmiriksə, yanılırıq.
    İslami mənbələrdə söylənilir ki, insanlar qiyamət günü öz əxlaqi xüsusiyyətləri əsasında məşhur olacaqlar. Yəni insanlar, əxlaq və rəftar cəhətdən hansı xüsusiyyətləri özündə toplamışsa, həmin gün o xislətlərə uyğun gələn heyvan şəklində də zahir oluncaqlar. Təkcə əxlaqi xüsusiyyətləri insan şəninə layiq olan şəxslər insan simasında zahir olunacaqdır. Başqa sözlə desək, yalnız əxlaqları insan əxlaq və rəftar üsulları ilə mütənasib olan şəxslər insan formasında zahir olunacaqlar.
    Heyvan kimi yemək, yatmaq və cinsi əlaqədən başqa heç bir şey başa düşməyən şəxslər batini cəhətdən məsx olunmuş, yəni insan xüsusiyyətlərini tamamilə itirmiş və ruhən bir heyvana çevrilmişdir. Bu şəxslər heyvan xüsusiyyətlərini özləri əldə etmişlər.
    Mübarək «Nəbə» surəsinin 18-ci ayəsində oxuyuruq:
    (Yəvmə yunfəxu fissuri fətətunə əfvacən və futihətis-səmau fəkanət əbvabən vəsuyyirətil cibalu fəkanət sərabən).
    «Sur çalınacağı gün (qəbrlərinizdən çıxıb) dəstə-dəstə məhşərə gələcəksiniz».
    İnsanlar qiyamətdə müxtəlif dəstələr şəklində məşhur olacaqlar və din başçılarımız (imamlar və peyğəmbər) dəfələrlə demişlər ki, onlardan yalnız bir dəstəsi insan simasında olacaq, qalanları isə müxtəlif heyvanlar şəklində gətiriləcəklər.
    Məsələn, bir dəstə qarışqa, bir dəstə əqrəb, bir dəstə ilan, o biri dəstə isə şir-pələng simasında zahir olacaqlar.
    Axı nə üçün belə olmalıdır? Ona görə ki, onlar dünyada əqrəb xüsusiyyətlərini kəsb etmiş və onu-bunu çalmaqdan başqa bir iş görməmişlər. Hələ üstəlik bu qeyri-insani rəftarlarından ləzzət də almışlar. Bəli, bu cür insanlar qiyamətdə öz həqiqi xüsusiyyətləri ilə məşhur olunacaqlar.
    Qurani-kərimin «Tövbə» surəsinin 35-ci ayəsində buyurulur:
    «O gün (qiyamət günü) yığdıqları qızıl-gümüş cəhənnəm atəşində qızdırılıb alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacaq (və onlara): «Bu, sizin özünüz üçün yığıb saxladığınız mallardır. Yığdığınızın (əzabını, acısını) dadın!»-deyiləcəkdir».
    Əgər hansısa bir şəxs pulpərəstdirsə, qiyamətdə həmin qızıl-gümüş əridilmiş qızmar şəkildə onu yandıracaqdır, çünki maddəyə ibadət edən bir şəxs məsx olunub anormal şəklə çevrilmiş bir insandır.
    (Yəhşərun-nasi əla niyatihim).
    İnsanlar qiyamətdə öz məqsəd, istək və niyyətləri əsasında tanınacaqlar. Siz bu dünyada kimsiz və necə olmaq istəyirsiniz? Sizin istəkləriniz insaniyyətə layiq bir istəkdir, yoxsa yırtıcı heyvanların istəkləri ilə oxşardır?
    İstəkləriniz nədirsə, o cür də tanınacaqsınız. Elə buna görə də Allahdan başqa, bütün şeylərə ibadət etməyin qarşısı alınır, çünki insan nəyə pərəstiş etsə, o cür də olacaqdır.
    Əgər bir şəxs, hansısa bir heyvanın xüsusiyyətlərini əldə etmiş olsa, ruhi və mənəvi baxımdan həmin heyvana çevrilmiş olur. Burada belə bir sual yaranır: Nə üçün bəzi şəxslərin heyvandan da aşağı səviyyədə olduğu qeyd edilir?
    Məsələn, bəzi şəxslər hansısa bir heyvan xüsusiyyətlərini əldə edib və artıq özündən başqa heç kəs haqqında düşünmür. Bu cür insanlar heyvanla bir səviyyədə olmaqla bərabər, əxlaqi rəftar normalarına da əməl etmirlər. Amma bir şeyi qeyd etmək lazımdır ki, onların rəftarı əxlaq normaları ilə də zidd deyildir. Bəzən həyati bir məsələdə psixoloji xəstəliklərə düçar olmuş və öz fitri istedadlarını heyvani fikirləri ilə idarə edən insanlarla da qarşılaşırıq. Heyvanların qidalanması insanlarda olduğu kimi, təbii bir haldır. Amma bəzən, hərislik xəstəliyinə tutulmuş insanlarla da qarşılaşırıq. Artıq bu təkcə öz həyatı uğrunda deyil, çoxlu mal-dövlət toplamaq uğrunda göstərilən səylərdən biridir. Bu hərislik xəstəliyidir.
    Bəzi insanlar ehsan və yaxşılığın vacib və zəruri olmasını dərk etdiyi halda, paxıllıq üzündən bu işi görmürlər. Bu özü bir növ psixoloji xəstəlikdir. Peyğəmbərin (s) təbirincə desək, onlar «şuhhun mutaun» adlı xəstəliyə düçar olublar. Yəni onlar elə bir psixoloji vəziyyətə düçar olublar ki, fikir, ağıl və iradələri öz əllərində deyildir. Daha aydın desək, pul toplamaq xəstəliyi onların bu cür xeyirxah işlər görməsinin qarşısını alır. Əgər o, ağıl və məntiqlə fikirləşsə, başa düşər ki, belə anlarda xərcləmək və ehsan etmək lazımdır. Amma nə etmək olar, paxıllıq xəstəliyi onu bu yaxşı əməllərdən çəkindirir və sanki ağlını əlindən alır. Artıq bu cür rəftar əxlaq normalarının ziddinədir. Hərislik insan və heyvanların təbii rəftarlarından aşağıda olan bir psixoloji xəstəlikdir. Belə insanlar öz şəxsiyyətlərini itirməkdən əlavə, heyvandan da aşağı səviyyəyə enmiş olurlar. Çünki onlar mal, pul və digər şeylərə pərəstiş edirlər. Əxlaq alimləri insanların bu cür psixoloji xəstəliklərə tutulmaması üçün onlara Allahdan qeyri heç bir şeyə pərəstiş etməmələrini tövsiyə etmişlər.
    ALLAHDAN QEYRİSİNƏ OLUNAN BÜTÜN PƏRƏSTİŞ VƏ İBADƏTLƏR, NƏFSƏ OLUNAN PƏRƏSTİŞ SAYILIR
    Bütün əxlaq müəllimləri bəşər övladını mal-dövlət hərisi olmaqdan çəkindirmişlər.
    Həzrət Əli (ə) buyurur:
    «Dünya bəşər üçün qərargah deyil, keçid məkanıdır».
    Sonra buyurur:
    «İnsanlar dünyada iki sinfə bölünürlər; bəziləri özlərini sataraq kölə olur və bəziləri isə özlərini alaraq azad edir və köçüb gedirlər».
    Bəşər övladı dünya malı qarşısında iki cür olduğunu çox yaxşı dərk edir. İstəsə onun qarşısında kölə və əsir, istəsə də azad olur.
    Dünya malı qarşısında kölə və qul olmaq nə deməkdir? Görəsən dünya malının insanları özünə qul etməyə gücü çatarmı? İnsan canlı, sərvət isə cansız və qeyri-üzvi bir maddədir. Cansız bir varlıq da, canlı varlığı özünə qul edə bilərmi? Cavab mənfidir. Bəs həqiqət nədir?
    İnsan həqiqətdə dünya malının deyil, öz mənəvi xüsusiyyət və hərisliyinin quludur. O, öz iyrənc fikirlərinin qulu olmuşdur, əks təqdirdə pul heç vaxt insanı özünə qul edə bilməz. Ümumiyyətlə cansız varlıqların insanı məğlub edə biləcək güc-qüvvəsi yoxdur. İnsan bu məsələ üzərində dərindən fikirləşsə, öz-özünü qul etməsini yaxşı anlayar. O, görər ki, onda olan hərislik və ya şəhvət həqiqətdə öz vücudunda bəslədiyi tamah və qəzəb adlı qüvvələrdir ki, onu kölə etmişdir.
    «Öz heyvani hisslərini özlərinə allah seçən şəhvət düşkünlü insanları gördünmü? Bunlardır öz heyvani hisslərinə qul olanlar».
    Artıq burada bəşər övladı əsil həqiqəti anlayaraq görür ki, məzəmmət olunası şey, heç də dünya malı deyildir. Bəzən insanlara xitab olaraq: «Səni özünə qul edəcək şeylərdən qorx» sözləri deyilirsə, əslində bu, «heyvani hisslərinin səni özünə qul edəcəyindən qorx» mənasındadır.
    ŞƏXSİYYƏTLİ RUHLAR VƏ BÖYÜK İNSANLIQ
    İndiyə qədər açıqlanan bütün məsələləri özünə pərəstişliyin böyük nümunələrindən hesab etmək olar. Bunların heç birini yüksək şəxsiyyətlilik adlandırmaq olmaz. Psixoloji və fəlsəfi baxımdan aydınlaşdırılan məsələlərdən biri də, insanın daxilində — Quranın təbirincə desək, fitrətində bu cür böyüklük hissindən başqa yüksək insaniyyət hissinin də mövcud olmasıdır.
    Axı bu nə hissdir ki, insanları (və ya bəzi şəxsləri) şərəfli olmağa vadar edir və onları yüksəldərək uca məqamlara çatdırır. Belə şəxslər sözün həqiqi mənasında böyük insandırlar və dünyapərəstlikdən daha yüksəkdədirlər. Bu şərəf hissi artıq onları pis əməllərdən uzaqlaşdırır.
    Dünyapərəst insanlar bu məsələni o qədər əhəmiyyətli hesab edirlər ki, həyatın mənasını da bunda görürlər. Onların fikrincə, insan həyatda qoyuna deyil, şirə oxşamalıdır, yəni parçalayan rolunu oynamalı və başqası tərəfindən parçalanmamalıdır.
    Məşhur İtaliya diktatorlarından biri öz dostuna söyləmişdir: Mən yüz il qoyun rolunu ifa edən insanlar kimi yaşamaqdansa, bircə il şir kimi yaşamağı üstün tuturam. Bir il şir olub başqalarını parçalamaq, yüz il qoyun olub şirlər dişi altında çeynənilməkdən daha yaxşıdır. O, məktubunda dostundan xahiş edir ki, mən dünyadan getməyincə bu sözü heç kəsə demə. Dostu ondan bu məsələni gizli saxlamağının sirrini soruşur. O isə cavabında yazır ki, mən bu şərtlə şir ola bilərəm ki, camaat qoyun olsun, amma əgər bu məsələdən xəbərdar olsalar, onlar da mən Mussolini tək şir olmaq arzusuna düşər və daha mən şir ola bilmərəm.
    Bu öz-özlüyündə böyük sözdür, amma heç də yüksək şəxsiyyətli ruh sahibinin sözü deyildir.
    Bəs yüksək şəxsiyyətli ruh sahibi necə olmalıdır? Onlar istəyirlər ki, dünyada tamamilə yırtıcılıq məfhumu olmasın. Bu insandakı hisslərin yüksək səviyyəli olmasının nişanəsidir. Quranın dilincə desək, bu, insanda olan şərəf və vüqar hissidir (insanlıq hissinin nişanəsidir).
    Peyğəmbər (s) buyurmuşdur:
    «Mən insanların şərəfli əxlaqını kamala çatdırmaq üçün göndərilmişəm. Yəni yüksək səviyyəli əxlaq və böyüklük üçün, amma başqasından üstün olmaq üçün əldə olunan böyüklük deyil, qeybət, yalan və bütün pis və insana yaraşmayan sifətlərdən uzaqda olan bir böyüklük».
    Bu sahədə müraciət edilməli islami mənbələr həddindən artıq zəngindir və biz insaniyyət meyarları bölümündə bu barədə daha geniş surətdə söhbət açmışıq.
    Category: İnsanı tanımaq | Views: 1166 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024