Günah müxalifət mənasınadır. İslam dinində Allah-təalanın əmrinə zidd olan əməllərə günah deyilir. Günah kiçik də olsa belə, Allahın fərmanı ilə zidd olduğu üçün böyük sayılır. İslam Peyğəmbəri Həzrət Məhəmməd (səlləllahu ələyhi və alihi və səlləm) Əbuzərə buyurur:
Günaha səbəb olan amillərdən biri nadanlıqdır. Allaha, yaranışdan olan hədəfə, günahın zərərli təsirinə və bu kimi şeylərə qarşı nadan olmaq insanı günaha tərəf yönəldir. Məsələn, tibb elmindən başı çıxmayan bir şəxs mikrobla dolu bir yeməyi asanlıqla yeyir, lakin savadlı bir həkim heç vaxt bu işi görmür.
Cahiliyyət dövründə də (İslam dinindən qabaqkı dövrə cahiliyyət dövrü deyilir) insanların həyatının bütün sahələrini bürümüş günahların çoxu cahillik səbəbindən və na
... Read more »
Günahın cəmiyyətdə mədəni proseslərlə bağlı amillərindən biri də şəxsiyyətə pərəstişdir. Aydın məsələdir ki, hər bir insanın həyatında yüksək məqsədlərə nail olması üçün kamil bir nümunə insan, yəni ideal olmalıdır. Belə nümunə liderlər insanın tərbiyəsində mühüm rol oynayırlar. Çünki insanın təbiəti elədir ki, o, həyatının bütün sahələrində nümunə tapmaq istəyir, yəni kimdənsə örnək almaq istəyir. Bunun üçün çalışır. Lakin əgər cəmiyyət düzgün mədəniyyətə malik olmasa, yalan və məcazi nümunələr həqiqi və düzgün nümunələri (liderləri) əvəz edəcəkdir. Bunun nətic
... Read more »
Həm dində, həm də müasir elmdə yeməyin insanın bədənində təsir qoyduğu kimi, ruhunda da mənfi və ya müsbət emosiyalar yaratması artıq çoxdan isbat edilmişdir.
Yəni zəhərli yemək insan orqanizmini zəhərləyirsə haram yemək də onun ruhunu zəhərləyir. «Maidə» surəsinin 3-cü ayəsində oxuyuruq:
Mühit pozğunluğuna səbəb olan amillərdən biri də insanların arasında həya pərdəsinin götürülməsidir. Deməli, mühiti sağlamlaşdırmaq üçün islamda tövsiyə olunan «həyanı» qorumalıyıq. İnsanın Allah qarşısında, sair insanlara qarşı və özü qarşısında həya etməsi mühitin sağlamlığına çoxlu kömək edəcəkdir. İslam Peyğəmbəri (s) buyurur:
Günaha zəmin yaradan ictimai amillərdən biri də nalayiq rəhbərlərin hakimiyyətdə olmasıdır. Eləcə də ölkədə nalayiq işçi və icraçıların olması günahın çoxalmasına artıq təsir göstərir. «İsra» surəsinin 16-cı ayəsində oxuyuruq:
Günaha zəmin yaradan amilləri sayarkən dedik ki, bu amillərdən biri də insan şəxsiyyətinin təhqir edilməsidir. Burada da qısa şəkildə bu mövzunu araşdırmağa çalışaq.
İnsan özünün böyük və əzəmətli şəxsiyyətini dərk etsə heç vaxt onu dəyərsiz və puç yollarda məhv etməz. Misal üçün, insan heç vaxt bir parça qızılı bir daş parçası ilə dəyişməz.
Günahın üstünü örtən və günahkarı öz yolunda daha da möhkəmləndirən bəhanə və üzrlərdən biri də mədəni üzrlərdir. Misal üçün:
1. Günahkar şəxs özünə bəraət qazandırıb günahını yumaq üçün deyir: «Savadsız idim. Bilmirdim» Bu bəhanə də başqa bəhanələr kimi əsassızdır, çünki Allah-təala bir tərəfdən insana əql, vicdan və fitrət veribdir ki, o bunların vasitəsi ilə günah işləri tanıyıb, onlardan qoruna bilər. O biri tərəfdən də Peyğəmbər (s) və İmamlarımızın vas
... Read more »
Ümumiyyətlə çətin işlərdə məsuliyyətdən boyun qaçırmaq məqsədiylə bəhanələr çoxalır. Cihad və düşmənlə müharibə etmək ağır və məsuliyyətli işlərdən biridir. İmanı zəif olan şəxslər bu müqəddəs vəzifədən boyun qaçırmaq, eləcə də bu günahlarına din çərçivəsində haqq qazandırmaq üçün müxtəlif bəhanələr gətirirlər. Ya ata-analarının qocalığını, ya ailəsinin sahibsizliyini, ya səhhətlərinin xəstəlik səbəbindən imkan verməməsini, hətta havanın istiliyini, soyuqluğunu və bu kimi ucuz bəhanələri əllərində dəstək tutaraq h
... Read more »