İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » 2011 » November » 14 » Günahşünaslıq
    11:42 AM
    Günahşünaslıq
    LƏYAQƏTSİZ RƏHBƏRLƏR
    Günaha zəmin yaradan ictimai amillərdən biri də nalayiq rəhbərlərin hakimiyyətdə olmasıdır. Eləcə də ölkədə nalayiq işçi və icraçıların olması günahın çoxalmasına artıq təsir göstərir. «İsra» surəsinin 16-cı ayəsində oxuyuruq:
    وَاِذا اَرَدْنا اَنْ نُهْلِكَ قَرْيَةً اَمَرْنا مُتْرَفِيها فَفَسَقُوا فِيها فَحَقَّ عَلَيْهَا الْقَوْلُ فَدَمَّرْناها تَدْمِيراً
    «Hər hansı şəhəri məhv etmək istəsək, dövlətli başçıları doğru yola çağırırıq, əmrimizdən çıxarlar. Onlar əzab çəkməyə layiq olandan sonra bu şəhəri darmadağın edərik».
    Bu ayədən belə aydın olur ki, ictimai pozğunluqların çox hissəsi Allahdan xəbərsiz varlılar tərəfindən törənir. Onlar başqalarını istismar edib öz təsirləri altına alırlar. Camaat da onların yolunu gedir, nəticədə ilahi əzaba düçar olurlar. Hər halda, insanlar arasında nüfuzlu şəxsiyyətlər cəmiyyətə daha çox təsir etməyə malikdirlər. Elə buna görədir ki, hədislərin birində oxuyuruq:
    النّاسُ عَلى دينِ مُلُوكِهِمْ
    «İnsanlar öz rəhbərlərinin dinindədirlər».
    Başqa bir hədisdə İmam Əli (ə) buyurur:
    النّاسُ بِاُمَرائِهِمْ اَشْبَهُ مِنْهُمْ بِآبائِهِمْ
    «İnsanlar öz atalarından çox rəhbərlərinə oxşayırlar.»
    «Nəhl» surəsinin 100 –cü ayəsində oxuyuruq:
    اِنَّما سُلْطانُهُ عَلَى الَّذِينَ يَتَوَلَّوْنَهُ وَالَّذِينَ هُمْ بِهِ مُشْرِكُونَ
    «Şeytanın şərri ancaq ona (şeytana) qulaq asanlara və müşriklərə çatar».
    Bu ayə onu göstərir ki, şeytansifət rəhbərlərə itaət etmək cəmiyyəti günaha tərəf çəkir, fəsadın və pozğunluğun yayılmasına səbəb olur. «Kəhf» surəsinin 28-ci ayəsində oxuyuruq:
    وَلا تُطِعَ مَنْ اَغْفَلْنا قَلْبَهُ عَنْ ذِكْرِنا وَاتَّبَعَ هَواهُ وَكانَ اَمْرُهُ فُرُطاً
    «Bizi unudub həvayi-nəfsinə qul olan və hər işində həddi aşan adamlara itaət etmə!»
    Bu mövzuya aid bir neçə hədisi nəzərinizə çatdırırıq.
    İslam Peyğəmbəri (s) buyurur:
    اِنَّما اَخافُ عَلى اُمَّتي ثَلاثاً: شُحّاً مُطاعاً وَهَوىً مُتَّبَعاً وَاِماماً ضالاً
    «Ümmətimin üç işindən qorxuram:
    a. Paxıllıq etmələrindən.
    b. Nəfsani istəklərinə itaət etmələrindən.
    v. Nalayiq rəhbərlərə itaət etmələrindən.»
    Başqa bir hədisdə İmam Əli (ə) buyurur:
    فَلَيْسَتْ تَصْلُحُ الرِّعِيَّةُ اِلاّ بِصَلاحِ الْوُلاة
    «Camaatın düz yola gəlməsi onların rəhbərlərinin düz yola gəlməsinə bağlıdır.»
    İmam Sadiq (ə) buyurur:
    مَنْ اِدَّعى اِمامَةً مِنَ اللهِ لَيْسَتْ لَهُ، وَمَنْ جَحَدَ اِماماً مِنَ اللهِ، وَمَنْ زَعَمَ اَنَّ لَهُما فِي الاِْسْلامِ نَصِيباً
    «Allah-təala qiyamət günü üç dəstə insanla danışmaz, onların günahını bağışlamaz və onları çətin əzaba düçar edər:
    1. Özlərini yalandan Allah tərəfindən təyin olunmuş rəhbər kimi tanıtdıran şəxslər.
    2. Allah tərəfindən təyin olunmuş rəhbəri inkar edən şəxslər.
    3. Bu iki dəstəni müsəlman bilən şəxslər.»(Fruği-kafi, 7-ci cild, 175-ci səh.) Bir şeyə diqqətli olmaq lazımdır ki, ali rütbəli şəxslərin cəmiyyətdə böyük rolu olduğu kimi, kiçik dövlət işçiləri də öz səviyyələrinə uyğun cəmiyyətdə yer tuturlar. Deməli, onlar düz adam olsalar, rəhbərlik etdikləri cəmiyyətin də doğru yolda, düzgün inkişafını təmin edəcəklər. Yox əksinə olsa, onların cəmiyyətdə mənfi təsir qoyması şübhəsizdir.
    İslam Peyğəmbəri (s) buyurur:
    «Mənim ümmətimin iki dəstəsi fasid (pozğun) olsa, camaat da fasid olacaqdır. Yox, saleh olsa, camaat da saleh və düz yolda olacaqlar:
    اَلْفُقَهاءُ وَالاُْمَراءُ
    Din alimləri və ölkə rəhbərləri.»
    İslam dinində düzgün ölkə rəhbərlərinin bir xüsusiyyəti də islam qanunlarını düzgün icra etməkdir. Çünki qanunların ölkədə düzgün icrası cəmiyyətdəki hərc-mərcliyin qarşısını müəyyən qədər alır. Əksinə qanunun ümumiyyətlə icra olunmaması, yaxud düzgün icra olunmaması cəmiyyətin sağlamlığına birbaşa mənfi təsir göstərir.
    Elə buna görədir ki, İslam Peyğəmbəri (s) buyurur:
    ساعَةُ اِمام اَفْضَلُ مِنْ عِبادَةِ سَبْعِينَ سَنَةً وَحدٍّ يُقامُ للهِ فِي الاَْرْضِ اَفْضَلُ مِنْ مَطَرِ اَرْبَعِينَ صَباحاً
    «Adil rəhbərin bir saat rəhbərlik etməsi, 70 ilin ibadətindən fəzilətlidir. Allahın əmrinə görə bir ilahi qanunun icrasının faydası isə 40 gün yağan yağışdan çoxdur».(Məryəm surəsi, 59-cu ayə.)
    İmam Əli (ə) buyurur:
    اِنَّ شَرَّ النّاسِ عِنْدَ اللهِ اِمامٌ جائِرٌ ضَلَّ وضُلَّ بِهِ، فَاَماتَ سُنَّةً مَأخُوذَةً وَاَحْيا بِدْعَةً مَتْرُوكَةً
    «Allah dərgahında insanların ən pisi özü pis olub, camaatı da pis yola çəkən və gözəl adət-ənənələri məhv edib, yerinə pis adət ənənələr gətirən dövlət rəhbəridir».
    İMAM SƏCCADIN (Ə) SARAY ALİMİNƏ YAZDIĞI MƏKTUB
    Məhəmməd ibni Müslüm Zühəri məşhur alimlərdən idi. O, Peyğəmbərin (s) səhabələrindən on nəfərini görüb ziyarət etmişdi. O, hicri tarixi ilə 185-ci ildə Bağdad şəhərində dünyadan köçdü. (Qəbri "Babüttin qəbiristanlığındadır). Məhəmməd ibni Müslüm Zühəri zəmanəsinin zalım padşahları ilə oturub-durur, bəzi vaxtlar onların məclislərində iştirak edirdi. İmam Səccad (ə) bu işinə görə ona tənbehedici bir məktub yazıb islam dininin belə alimlərə qarşı münasibətini aydınlaşdırdı. O məktubun bir hissəsini nəzərdən keçirək:
    «Onların (zalım padşahların) səni özlərinə tərəf çəkməsi sənin (elmi və mənəvi cəhətdən) ləyaqətinə görə deyildir. Onlar sadəcə olaraq sənin nüfuzundan sui-istifadə edirlər. Həqiqətən, daha düzgün (etiqadlı) alimlər yoxdur. Nadanlıq sənə və onlara qələbə edibdir. Səni onlara bağlı edən şey dünya malına və böyük məqamlara vurğunluqdan başqa bir şey deyil. Nə üçün qəflət yuxusundan ayılmırsan? Niyə öz səhvini başa düşmürsən? (Sən səhvini başa düşsən belə deyərsən:)
    «Allaha and olsun! İndiyə kimi bir dəfə də olsun, Allahın dininin müdafiəsindən ötrü və yaxud batil işlərin əleyhinə ayağa qalxmamışam, səsimi qaldırmamışam».
    Budurmu, Allahın sənə verdiyi biliyin müqabilindəki vəzifən?!
    Mən qorxuram ki, sən də bu ayəyə şamil olasan:
    اَضاعُوا الصَّلوةً وَاتَّبَعُوا الشَّهَواتَ فَسَوْفَ يَلْقَوْنَ غَيّاً
    «Namazdan əl çəkdilər, şəhvətlərə uydular. Tezliklə (onlar) cəhənnəmə düşəcəklər».(Tühəfül-üqul)
    Bu məktubun başqa bir hissəsində belə oxuyuruq:
    اَوَلَيْسَ بِدُعائِهث اِيّاكَ حِينَ دَعاكَ جَعَلُوكَ قُطْباً اَدارُو بِكَ رِحى مَظالِمِهِمْ وَجِسْراً يَعْبرُونَ عَلَيْكَ اِلى بَلاياهُمْ، وَسُلَّماً اِلى ضَلالَتِهِمْ، داعِياً اِلى غَيِّهِمْ...
    «Onların səni saraya dəvət etməsi buna görə deyilmi ki, səni dəyirman daşı kimi öz zülmkarlıqlarına vasitə etsinlər?! Onlar səni camaatın başına gətirdikləri bəlalar üçün körpü etmək istəyirlər. Onların məqsədi budur ki, səni bataqlıq yollara körpü etsinlər, sən də onların getdiyi əyri yolu düz yol kimi camaata təbliğ edəsən. Ey dinini satmış alim! Onların sənin əlinlə gördüyü işlər ən təcrübəli vəzirlərin belə əlindən gəlmir. Sən onların pis və yaramaz işlərini ört-basdır edib xalqı onlara tərəf yönəldirsən».(Yusif» surəsi, ayə-101.)
    PİS YOLDAŞ
    İnsanı günah işlərə tərəf yönəldən işlərdən biri də pis və nalayiq adamlarla dost olmaqdır. Əksinə yaxşı dost da insanı yaxşı işlərə yönəldən bir vasitədir. Həm elm, həm də təcrübə yolu ilə təsdiq olunmuşdur ki, insan öz yoldaşından müəyyən təsirləri qəbul edir. Pis yoldaş onun şəxsiyyətini, ləyaqətini və heysiyyətini məhv edir, yaxşı dost isə onun şəxsiyyətinin düzgün formalaşmasında müstəsna rol oynayır. Pis insanlar hətta Nuhun oğlunu pis yola çəkməyə nail oldular. Lakin Əshabi-Kəhfin iti bir neçə gecə-gündüz pak şəxslərlə olduqdan sonra insanda olan bəzi müsbət xüsusiyyətləri mənimsədi.
    Quran ayələrində bu mövzu diqqət mərkəzindədir. Burada onlardan bir neçəsini nümunə gətiririk:
    1. İslam Peyğəmbərinin (s) zamanında Məkkə şəhərində Əqəbə və Übəyy adında iki bütpərəst bir-biri ilə dost idilər. Əqəbə həmişə səfərdən qayıdanda evində süfrə açır və öz qohum-qəbiləsinin böyük şəxsiyyətlərini evinə dəvət edirdi. O, müsəlman olmasa da, bu süfrəyə Peyğəmbəri (s) də dəvət edirdi. Bir gün əqəbə səfərdən qayıtdı. Həmişə olduğu kimi, bu dəfə də böyük şəxsiyyətləri Peyğəmbərlə (s) birlikdə evinə dəvət etdi. Qonaqlar gəldilər. Süfrə hazır idi. Bu vaxt Peyğəmbər (s) üzünü Əqəbəyə tutub dedi: «Allahın birliyinə və Onun göndərdiyi Peyğəmbərə (s) iman gətirməsən, sənin yeməyindən yeməyəcəyəm» Əqəbə Peyğəmbərin (s) sözünü qəbul edib müsəlman oldu. Onun müsəlman olması xəbəri dostu Übəyyə çatdı. O, Əqəbəyə etiraz edib dedi: «Sən öz dinindən (bütpərəstlikdən) münhərif olmusan!».
    Əqəbə dedi:
    Mən münhərif olmamışam. Lakin bir kişi mənim evimdə müsəlman olmasam, yemək yeməyəcəyini bildirdi. Onun evimdən ac getməməsinə görə müsəlman oldum.
    Übəyy dedi: O kişinin müqabilində dayanıb ona xəyanət etməsən, səndən razı olmayacağam».
    Əqəbə dostunun sözünə aldandı və mürtəd oldu. O, Bədr müharibəsində, dostu Übəyy isə Ühüd müharibəsində kafirlərin qoşununda həlak oldu. Bu hadisədən sonra «Furqan» surəsinin 27-29-cu ayələri pis dostun sözünə qulaq asıb münhərif olan şəxslərin haqqında nazil oldu. O üç ayə bunlardır:
    وَيَوْمَ يَعَضُّ الظّالِمُ عَلى يَدَيْهِ يَقُولُ يا لَيْتَنِي اتَّخَذْتُ مَعَ الرَّسُولِ سَبِيلاً
    يا وَيْلَتى لَيْتَنِي لَمْ اَتَّخِذُ فُلاناً خَلِيلاً
    لَقَدْ اَضَلِّني عَنِ الَّذكْرِ بَعْدَ اِذْ جائَنثي وَكانَ الشَّيْطانُ لِلاِنْسانِ خَذُولاً
    27: «Zalım kəs o gün dizlərinə döyər, «kaş Peyğəmbərin (s) ardınca gedib doğru yolu tutaydım!»- deyər.»
    28: «Vay olsun mənə, kaş mən filankəsi özümə dost tutmazdım!»
    29: «Agahlıq gəlmişdi mənə, (filankəs) məni haqq yoldan azdırdı.» Şeytan da həmişə insanı düz yoldan azdırır». Bu ayələrdən Əqəbə və onun kimi pis adamlarla dost olanların qiyamət günündəki vəziyyətləri aydın olur. 29-cu ayədən məlum olur ki, pis adamlarla dost olmaq şeytana itaət etməyin nəticəsidir. Şeytan bu yolla insanı Allah dərgahından uzaqlaşdırır. Başqa sözlə bu ayə insanlara bir növ xəbərdarlıq edir ki, şeytan pis dost vasitəsi ilə onları əyri yollara çəkməsin.
    2. "Ənam» surəsinin 68-ci ayəsində oxuyuruq:
    وَاِذا رَاَيْتَ الَّذِينَ يَخُوضُونَ فِي آياتِنا فَأَعْرِضْ عَنْهُمْ حَتّى يَخُوضُوا فِي حَدِيث غَيْرِهِ...
    «Ayələrimizə istehza edənləri görsən, onlardan üz çevir ki, başqa söhbətə keçsinlər».
    «Nisa» surəsinin 140-cı ayəsində oxuyuruq:
    «Allahın ayələrinə küfr və istehza edənlərlə, başqa söhbətə keçənə qədər oturmayın, yoxsa siz də onlar kimi olarsınız».
    3. «Müddəssir» surəsinin 42-45-ci ayələrində oxuyuruq: Behşitdə olanlar cəhənnəm əhlindən soruşurlar: «Sizi cəhənnəmə gətirən nə idi?» Onlar bir neçə amil sayırlar. O cümlədən deyirlər:َ
    «Batilpərəst adamlarla birlikdə batil işlər görürdük».
    4. «Fussilət» surəsinin 25-ci ayəsində pis yoldaş Allahın düşmənlərinə bir cəza kimi qiymətləndirilir.
    «Biz onlar üçün elə dostlar qərar verdik ki, pis işləri onlar üçün yaxşı işlər kimi cilvələndirərlər».
    Bu ayə pis dostun insan üzərindəki təsirini və onun insan üçün bir bəla olduğunu bildirir.
    Pis adamlarla dostluq və onun mənfi təsiri haqqında olan hədislərin sayı o qədər çoxdur ki, onların hamısını burada yazmaq mümkün deyil. Ona görə bir neçə hədisi nümunə olaraq göstəririk:
    1. İmam Sadiq (ə) buyurur:
    «Mömin şəxsə yaraşmayan işlərdən biri də budur ki, günah edilən məclisdə otursun, bir halda ki, məclisin gedişini dəyişməyə qüdrəti çatmaya». (Məsələn: Məclisdə qeybət edirlər, amma möminin qüdrəti çatmır ki, günahın qarşısını alsın.)
    2. İslam Peyğəmbəri (s) buyurur:
    «İnsan öz dostunun və yoldaşının dinindədir».
    3. İmam Sadiq (ə) buyurur:
    «Mömin bir şəxsə avara, axmaq və yalançı adamlarla dostluq etmək yaraşmaz».
    4. İmam Cavad (ə) buyurur:ُ
    «Pis adamla oturub-durma, çünki o qınından çıxmış qılınc kimidir: Zahiri görkəmi yaxşı, təsiri isə pisdir».
    5. Süleyman ibni Cəfər deyir: Bir gün İmam Kazim (ə) mənə buyurdu:
    «Nə üçün səni Əbdürrəhman ibni Yəqubla bir yerdə görürəm?»
    Dedim: «O mənim dayımdır».
    İmam buyurdu: «Onun Allaha əqidəsi düz deyil».
    Sonra buyurdu:ُ
    «Ya onunla otur-dur və bizi tərk et, ya da bizimlə ol və onu tərk et!»
    6. İmam Əli (ə) buyurur:ِ
    «Pis adamlarla dost olmaq insanı yaxşı adamlara qarşı bədbin edər».
    7. İmam Baqir (ə) buyurur:ا
    «İmamlardan birinə nalayiq söz deyilən zaman məclisdə olub, oranı tərk etməyə qadir olsa da o məclisi tərk etməyən şəxsə Allah-təala bu dünyada zillət paltarını geyindirəcək. Axirətdə isə onu cəzalandıracaq və nəhayət, onu bizə (İmamlara) qarşı olan mərifətdən məhrum edəcək.»
    8. İmam Əli (ə) buyurur:
    «Allaha və qiyamət gününə əqidəsi olan şəxs başqalarına böhtan deyilən məclisdə oturmaz».
    NALAYİQ SÖZLƏR DANIŞAN DOSTDAN UZAQ OLMAQ
    İbni Nö man deyir: İmam Sadiqin bir dostu var idi. İmam çox vaxt onunla bir yerdə olardı. Bir gün o öz quluna dedi:
    «Ay haramzadə, harada idin?»
    İmam dostunun bu sözünü eşidəndə o qədər narahat oldu ki, əlini qaldırıb möhkəm öz alnına vurub, dedi:
    «Sübhanəllah! Sən onun anasına zina töhməti vurursan? Mən səni təqvalı bir şəxs bilirdim, amma indi görürəm ki, sənin təqvan yox imiş».
    İmamın dostu bunu eşidəndə ərz edir:
    «Sənə fəda olum! Bu qulun anası Hindistan əhalisindən və bütpərəstdir». (Deməli ona söyüş vermək olar)
    İmam isə buyurdu:
    «Sən bilmirsənmi ki, hər bir xalqın özünə məxsus evlənmək adəti vardır? Məndən uzaqlaş!»
    İbni Nöman daha sonra deyir: Bu hadisədən sonra heç vaxt İmamı o dostu ilə bir yerdə görmədim.
    İCTİMAİ MƏHRUMİYYƏTLƏR
    İnsanın günaha düşməsinin səbəblərindən biri də onun cəmiyyətdə ictimai məhrumiyyətlərə uğramasıdır. İşlərini xalis ilahi məqsədlərə uyğunlaşdırmayan şəxslərin xoşbəxt və ya bədbəxt olması camaatın onlara qarşı hansı fikirdə olduğundan asılıdır. Yəni onlar həyatda xoşbəxtliyi camaatın onları tərifləməsində, bədbəxtliyi isə camaatın onları pisləməsində görürlər. Belə şəxslər ictimai məhrumiyyətlərə uğrayan zaman özlərində həqarət hissləri keçirirlər. Nəticədə bu hiss onların qəlbində başqalarına qarşı düşmənçilik və kin-küdurət toxumunu əkir və bu yolla da onları müxtəlif günahlara sövq edir. Deməli, bu cür günahların bünövrəsini işlərini qeyri-ilahi hədəflərə görə icra etmək təşkil edir. İslam tarixində bu cür mənfi hisslərə qapılıb xətərli günahlara yol verən şəxslərin nümunəsi çoxdur. Yetimlərin ehtiramını saxlamağın səbəbi də onların üzləşdiyi bir növ ictimai məhrumiyyətin qarşısını almaqdır. Bəlkə də müqəddəs islam dinində sifariş olunmuş camaatla məsləhətləşmək, onların şəxsi dünya görüşünə ehtiramla yanaşmaq, başqalarına pis ad qoymamaq, onları istehza etməkdən çəkinmək və bu kimi əxlaq tərzi insanların qəlbində həqarət hissini məhv edərək, onların mükəmməl şəxsiyyət kimi formalaşmasına xidmət edən amillərdəndir. İmam Baqirdən (ə) maraqlı bir hədisi nəzərinizə çatdırırıq.
    O həzrət özünün dərrakəli şagirdlərindən olan Cabir Cofi adlı bir şəxsə buyurur:
    «Ey Cabir! O vaxt sən bizim dostumuz olarsan ki, şəhərin bütün camaatı sənə desə ki, «sən pis adamsan», narahat olmayasan; eləcə də bütün camaat sənə «yaxşı adamsan» desə də, sən onların bu sözündən sevinməyəsən. Sən özünü Allahın kitabı olan Quranla müqayisə et! Özünü Quran buyurduğu bir insan kimi görsən, onda sənə müjdələr olsun. Yəni Quranın qadağan etdiyi işlərdən çəkinib, əmr etdiyi işlərə əməl edəsən və günah haqqında xəbərdarlıq olunan işlərdən qorxub çəkinəsən.»
    Həqiqətən, bu hədisə diqqət yetirsək, görərik ki, İmam Baqirin (ə) bu hədisi bütün insanlar üçün böyük və mənalı bir dərsdir.
    GÜNAHIN PSİXOLOJİ AMİLLƏRİ
    İnsanın həyatda üzləşdiyi süni çətinliklər və ya xurafatlara inanması onun əhval-ruhiyyəsində pis təsir qoyur. Bu vaxt insanda bəzi ruhi əlamətlər yaranır ki, bu da insanı günaha tərəf yönəldən daha bir amilə səbəb olur. Məsələn: İnsanın yersiz təhqir edilməsi, başqasının əlində zəlil olmağı ona məsxərə edilib ələ salınması və bu kimi mənfi rəftarlar insanda onu günaha tərəf çəkən ruhiyyə yaradır. Günahın bu növ amillərini təhlil və izah etmək üçün aşağıdakı mövzuları araşdırmağı lazım bilirik:
    1. İnsanın şəxsiyyəti;
    2. İnsan şəxsiyyətinin sındırılıb, təhqir edilməsi;
    3 İqtisadi çətinliklər və təbii ehtiyacların təmin edilməsi;
    4. Yalançı və faydasız arzular; (xülyalar)
    1. İNSANIN ŞƏXSİYYƏTİ
    İnsan varlıq aləmindəki yaranmışların ən qiymətlisidir. Allah-təala heç bir məxluqu insandan üstün yaratmayıbdır. İnsan həm ruhi, həm də cismani cəhətdən yaradılmış başqa məxluqlardan fərqlənir. Onda olan ruhi istedadlar və cismi bacarıqlar bir-birindən maraqlıdır.
    «İsra» surəsinin 70-ci ayəsində oxuyuruq:
    «Şübhəsiz, biz Adəm övladlarını (insanları) əziz etdik, quruda, dənizdə onları həml etmiş, onlara təmiz-təmiz şeylərdən ruzilər vermişik və onları yaratdığımızın çoxundan üstün tutmuşuq.»
    İnsanın Allah dərgahında əziz olması iki növdür:
    1. Allahın ona bəxş etdiyi əzizlik. «İsra» surəsinin 70-ci ayəsində bu cür əziz olmağa işarə olunur. İnsan Allahın ona verdiyi bu əzizliyə görə bütün məxluqlardan, hətta mələklərdən də üstündür. Başqa sözlə, bu cəhət insana elə bir istedad verir ki, başqa məxluqlar bu istedaddan məhrumdurlar.
    2. İnsanın özünün qazandığı əzizlik. İnsanın Allah dərgahında bu cür əziz olması onun təqvalı olub, yaxşı işlər görməsindən asılıdır.
    «Hücürat» surəsinin 13-cü ayəsində oxuyuruq:
    «Şübhəsiz, Allah dərgahında sizlərdən ən möhtərəm olanı - daha təqvalı olan kəsdir».
    İnsan elə bir yüksək dərəcəyə malikdir ki, Allah-təala mələklərə, Adəm peyğəmbərə səcdə etmələrini əmr etdi. Onların bu səcdəsi Allaha şükr səcdəsi idi ki, ilahi, belə bir üstün məxluq yaratmısan.
    Quran və hədislərdə insanı tərbiyə və hidayət etmək məqsədi ilə həmişə onun əzəmətli şəxsiyyəti xatırladılır. Misal olaraq aşağıdakı hədislərə diqqət yetirək:
    1. İmam Əli (ə) buyurur:
    «(Ey insanlar!) Sizin qiymətinizə təkcə behişt layiqdir. Onu behiştdən aşağı bir şeyə satmayın».
    Başqa bir hədisdə o Həzrət buyurur:
    «(Ey insan!) Sən elə güman edirsən ki, balaca bir məxluqsan? Sənin vücudunda böyük bir dünya vardır!».
    2. O Həzrət buyurur:
    «Öz qədir-qiymətini bilməyən şəxs həlak olubdur».
    3. İmam Əli (ə) başqa bir hədisdə belə buyurur:
    «Alim odur ki, öz qədir-qiymətini bilsin, cahil isə o şəxsdir ki, öz qədrini bilməsin».
    4. Əmirəl-möminin (ə) daha bir hədisdə buyurur:ُ
    «Özünə qiymət verən və öz həddini anlayan şəxs ən gözəl bəndədir».
    Category: Günahşünaslıq | Views: 736 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024